Azərbaycan Dövlət
İ
qtisad Universitetinin
tələbələri ilə keçirilən
Mülki müdafiə dərsinin
konspekti
Mövzu №1: “Fövqəladə hallar və
onların xarakteristikası”
“Təsdiq edirəm”
Mülki müdafiə
kafedrasının müdiri
___________ Elçin Əliyev
“___” yanvar 2015-ci il
Azərbaycan Dövlət İqtisad Universitetinin
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin
konspekti
Mövzu № 1: “Fövqəladə hallar və onların xarakteristikası”
Keçirmə vaxtı : 8 saat
Keçirmə üsulu : Mühazirə
Keçirmə yeri : auditoriya
Dərsin məqsədi: 1. Tələbələrə “Mülki müdafiə” fənninin tədrisini izah etmək, Mülki
müdafiə üzrə rəhbər sənədlərlə və onların tələbləri ilə tanış etmək.
2. Dinc və müharibə dövründə yaranan fövqəladə halların təsnifatı,
onların yaranma səbəbləri və anlayışı barədə tələbələri
məlumatlandırmaq.
Dərsin sualları: 1. Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri
Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu,
“Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193
nömrəli Qərarı, onların məzmunu və tələbləri.
2. Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və
anlayışı.
Ədəbiyyat : - Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu;
- “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193
nömrəli Qərarı;
- H.Ocaqov - “Mülki Müdafiə”;
- Fövqəladə hadisələr zamanı necə davranmalı;
- Fövqəladə Hallar Nazirliyinin qəzetləri.
I .Giriş hissə - 5 dəq.
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.
Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram.
II. Əsas hissə - 80 dəq.
1-ci sual.Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri Azərbaycan
Respublikasının “Mülki müdafiə haqqında” Qanunu, “Mülki müdafiənin təmin edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193
nömrəli Qərarı, onların məzmunu və tələbləri.
1931-ci ilin mayında tibbi xidmət generalı fransız Corc Sant-Pol Parisdə “Cenevrə
Regionu Assosiasiyası” təşkilatını yaradır. Sonralar o Beynəlxalq Mülki müdafiə
Təşkilatına (BMMT) çevrilir.
“Cenevrə regionu” anlayışı altında müharibə zamanı əhalinin bəzi kateqoriyaları
(qadınlar, uşaqlar, xəstələr və qocalar) sığınacaq tapa biləcək neytral zona, yaxud açıq
səhər nəzərdə tutulurdu.
Son illərdə insanların təhlükəsizliyinin təminatı kəskin hal almışdır. Bu ona görədir
ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər
sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və
istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması
insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə
təhlükə yaradırlar. 1988-ci ildən Azərbaycan müharibə şəraitində yaşayır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir sülh dövründə və silahların
tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini
təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması
haqqında elmdir.
O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın
mühafızəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum
dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza
hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
Mülki müdafiən
in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd
etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük
istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır.
Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yolunda, güclü
təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez
baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan
şə
raitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün,
insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması
məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə
fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını
yenidən qiymətləndirmək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid
dövründə daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də "Azərbaycan
Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73
saylı fərmanı və 1998-ci il aprelin 18-də "Mülki müdafiə haqqında Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır.
Yuxarıda göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsasnamə
və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət
hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və
bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
“Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarının təıəbləri:
Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və
ümumtəhsil məktəbləri şagirdlərinə mülki müdafiənin öyrədilməsi.
- Mülki müdafiə fənni - ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün
tələbələrinə öyrədilməsi məcburi olan fənn sayılır və tədris planlarına xüsusi fənn
kimi daxil edilir.
- Ali məktəblərin tələbələrinə mülki müdafiə fənni qüvvədə olan proqramlara müvafiq
tədris edilir.
Tələbələrə MM öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali
məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi
üsullarını öyrənmək;
- ümumtəhsil məktəblərinin II, V, VI siniflərində mülki müdafiə fənni üzrə məşğələlər
aparmağı bacarmaq.
- xüsusi fənn olmaqla mülki müdafiə üzrə məşğələlər bütün ali təhsil məktəblərinin
yuxarı kurslarında bir semestr ərzində keçirilir.
- mülki müdafiə fənni imtahan verməklə qurtarır.
Mülki müdafiə fənninin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:
- istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini;
- istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri;
- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini;
- fövqəladə hallar, onların baş vermə səbəblərini;
- fövqəladə hadisələrin xəbərdar edilməsinin növlərini və vasitələrini;
- davranış qaydalarının əhaliyə çatdırılması üsullarını və yollarını;
- fövqəladə hallarda əhalinin mühafizəsinin prinsiplərini və üsullarını;
- fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini;
- zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirə salınmaz işləri;
- fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi
yollarını və üsullarını;
- zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini.
Bacarmalıdır:
- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılması və aktın tərtib edilməsini;
- istehsalat sahələrində təlimatların aparılmasını;
- istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması
tədbirlərinin həyata keçirilməsini;
- istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını;
- ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkilini;
- əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını;
- fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini;
- zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini.
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu
Qəbul edilmişdir: 30 dekabr 1997-ci il, № 420-IQ.
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan
Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin
hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin,
habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə dövlət hakimiyyəti
orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2) mülki müdafiə sistemi - mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə
edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların,
rabitə, xəbərdarlıq və informasiya təminatı sistemlərinin məcmusudur;
3) fövqəladə hadisə - insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin
pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;
4) fövqəladə hadisələrin qarşısının alınması - fövqəladə hadisələrin baş verməsi
təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların
və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi
itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər
sistemidir;
5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması - insanların
həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və
maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının
alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə
tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Maddə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib
hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün
ə
razisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə
tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-
strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və
ə
laqələndirilmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan
Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin
fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə
olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr
haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən
Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və
uzlaşdırılmış fəaliyyət göstərməsi).
Maddə 5. Mülki müdafiənin məqsədi
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata
keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum
azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu,
tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı
qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
6) mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki
müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədli və düzgün istifadə
olunmasını təmin etmək;
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə
vəsaitləri ehtiyatı yaratmaq;
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə
olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi
və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün
mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan
həyatı üçün zəruri ləvazimatın toxunulmaz ehtiyati ilə təmin etmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr
barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan
qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti
yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena
tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım
etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər
həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Maddə 7. Mülki müdafiə sahəsində
hüquqi şəxslərin vəzifələri
Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin
aşağıdakı vəzifələri vardır:
1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri
nəzərdə tutmaq və həyata keçirmək;
2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri
maliyyələşdirmək;
3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə
vəsaitləri ehtiyatı yaratmaq;
4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz
vəziyyətdə saxlamaq;
5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə
yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar
etmək, insanları təhlükəsiz yerə köçürmək;
6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-
xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən
müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 8. Mülki müdafiə sahəsində Azərbaycan
Respublikası vətəndaşlarının vəzifələri
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı
vəzifələri vardır:
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
ə
məl etmək;
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və
bilmək;
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət
orqanlarına və qonşulara məlumat vermək;
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
Maddə 9. Mülki müdafiə sahəsində Azərbaycan
Respublikası vətəndaşlarının hüquqları
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı
hüquqları vardır:
1) fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında
tam və obyektiv məlumat almaq;
2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən
istifadə etmək;
3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında
müəyyən olunmuş qaydada iştirak etmək;
4) mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət
etmək və ya yazılı təkliflər vermək;
5) fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun
ödənclər almaq;
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər
almaq.
Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri
və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 10. Fövqəladə hadisələrdən müdafiə
sahəsində əhalinin hazırlanması
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və yaşayış yeri üzrə,
habelə tədris müəssisələrində öyrədilir.
Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin
hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində,
xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir.
Dostları ilə paylaş: |