Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu
DİLÇİLİK İNSTİTUTUNUN
ƏSƏRLƏRİ
№1
«Елм вя тящсил»
Бакы – 2018
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
2
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun Elmi Şurasının 01 iyul 2016-cı il tarixli (protokol №7)
qərarı ilə çapı tövsiyə edilmişdir.
BAŞ REDAKTOR: akademik Möhsün Nağısoylu
REDAKSİYA HEYƏTİ: fil.ü.f.d., dos. Baba Məhərrəmli (redaktor
müavini), fil.ü.e.d. Mayıl Əsgərov (məsul katib), fil.ü.e.d., prof. Roza
Eyvazova, fil.ü.e.d., prof. Sevil Mehdiyeva, fil.ü.e.d., prof.Qəzənfər
Kazımov, fil.ü.e.d., prof. Qara Məşədiyev, fil.ü.e.d., prof. İsmayıl
Məmmədli, fil.ü.e.d., prof. Sayalı Sadıqova, fil.ü.e.d., prof. Məsud
Mahmudov, fil.ü.e.d., prof. İsmayıl Kazımov, fil.ü.e.d. İlhami Cəfərsoy,
fil.ü.e.d. İlham Tahirov, fil.ü.e.d. Kamilə Vəliyeva, fil.ü.e.d. İdris
Abbasov, fil.ü.f.d., dos. Aynel Məşədiyeva, fil.ü.f.d., dos. Vahid Adilov,
fil.ü.f.d., dos. Gülşən Axundova.
Buraxılışa məsul: Vəfa İbişova
Dilçilik İnstitutunun Əsərləri
Bakı, “Elm və təhsil”, 2018, 392 səh.
Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə, Azərbaycan
Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, “Dilçilik
İnstitutunun Əsərləri” əlaqə:537-04-46
© «Elm və təhsil» nəşriyyatı, 2018
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
3
MÜNDƏRİCAT
Dil tarixi və dialektologiya
Möhsün Nağısoylu. Orta əsrlərdə Azərbaycan türkcəsini
zənginləşdirən qaynaqlar haqqında............................................... .6
İsmayıl Məmmədli. “Kitabi-Dədə Qorqud” dastanının lüğət
tərkibində maddi-mənəvi leksika .................................................. 18
Gülsüm Hüseynova. İran dillərində hal kateqoriyası .................. 25
Könül Səmədova. Azərbaycan dilinin Şimal qrupu
dialektlərində cümlə üzvləri, cümlə tipləri və onlarda
qıpçaq elementləri ......................................................................... 32
Vahid Adil Zahidoğlu. “Kitabi- Dədə Qorqud”un “Qan Turalı
boyu”ndakı bir soylama haqqında................................................. 44
Qətibə Quliyeva. Qədim uyğur mətnləri kontekstində xitabların
üslubi-ekspressiv funksiyaları....................................................... 59
Müasir Azərbaycan dili və terminologiya
Tünzalə Baxşıyeva. Mifonimlər .................................................. 70
Nərgiz Hacıyeva. “Quş” zooniminin metaforlaşması və
frazeologizm yaranmasında rolu.................................................. 78
Nəzakət Qaziyeva. Qloballaşma dövründə dildə gedən proseslər:
mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına
yeni baxış. .................................................................................... 95
Pərviz İsmayılov. Antroponimik sistemin xronoloji
ardıcıllıqla öyrənilməsi
məsələsinə dair.............................................................................. 111
Rasim Heydərov. Azərbaycan dilinin orfoqrafiya qaydalarının
tənzimlənməsinə dair................................................................... . 118
Təhminə İsmayılova. Səməd Vurğunun bədii yaradıcılığında
dil məsələləri.................................................................................125
Aysel Qəribli. Əlimərdan bəy Topçubaşovun
“ana dili” anlayışı......................................................................... 135
Fizuli Mustafayev. Kino dilində samitlərin tələffüzü...................142
Xədicə Heydərova. Vaqifin dilinin bəzi semantik və qrammatik
xüsusiyyətləri..................................................................................154
Qasımova Şəlalə. Müasir tərcümə lüğətləri və onların
xüsusiyyətləri..................................................................................162
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
4
Gülara Quliyeva. Bədii mətnin təşkilinin temporal
xüsusiyyətləri............................................................................... . 170
Gülnara Cəfərova (Əliyeva). Leksik semantikada sözün
komponentlərinə görə təhlili........................................................ . 180
Mətanət Ağasiyeva. Qantəmir nəsrinin sintaktik-üslubi
xüsusiyyətləri............................................................................... . 187
Natavan Əzizli. Maşın tərcüməsində obyekt dildə söz sırasının
avtomatik qurulması...................................................................... 194
Pərvanə Abbasova. Yarımçıq cümlələrin kommunikativ
tipləri............................................................................................. 201
İlhamə Sadıqlı. Entonim komponentli frazeologizmlərin
kvantitativ təhlili.............................................................................211
Vəfa İbişova. Mətnin partiturluq kateqoriyasının
müəyyənləşməsində etnomədəni və
psixoloji amillərin rolu....................................................................220
Nəzəri dilçilik məsələləri
İdris Abbasov. Mental məkanlarin koqnitiv statusu və
konseptual inteqrasiya nəzəriyyəsi................................................ 234
Mayıl Əsgərov. Diskurs, nitq və mətnin linqvo-psixoloji
mahiyyəti və qarşılıqlı transformasiya
potensialı................................................ ....................................... 259
Mirvari İsmayılova. Ünsiyyətin qeyri-verbal ifadə vasitələri..... 267
Nadir Məmmədli. Nitq mədəniyyəti: dil və nitq......................... 277
Kamilə Vəliyeva. Kompüter dilçiliyinin inkişaf tarixinə
bir nəzər......................................................................................... 287
Zemfira Əliyeva. Türk-slavyan dil əlaqələrinin nəzəri problemləri
....................................................................................................... 300
Baba Məhərrəmli. *Su “şəffaf maye, çay, göl, dəniz, rütubət”
nostratik kökünün dünya dillərində derivatları və allomorfları ... 307
Fikrət Əlizadə. Dilçilik lövhələri (tarixi-linqvistik,
etimoloji yanaşma)....................................................................... 322
Günel Bayramova. Orta əsr Venesiya yazılı mənbələrində
türk və ərəb dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri ......... 328
Арифа Гусейнова. Метод социолингвистического
измерения.................................................................................... 339
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
5
Türk dilləri
İslam Sadiq. Şumer və türk dillərində ilk sözlər və səs
artımı yolu ilə söz yaradıcılığı .......................................................344
Aynel Məşədiyeva. Türk dillərində feili bağlamaların və
feili sifətlərin öyrənilməsinin nəzəri problemləri..........................355
Elçin İbrahimov. Türkiyədə əlifba siyasəti..................................363
Resenziya
Elçin Məmmədov. “Dünya dillərində homogen sözlər” ..............369
Gülsüm Hüseynova. Dəyərli tədqiqat ......................................... 374
Personalia
Qüdrət Cəfərov – 80.................................................................... 376
Azərbaycan dialektoqrafiyası – 60 ............................................ 380
Məqalə müəlliflərinin nəzərinə .................................................. 388
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
6
Dil tarixi və dialektologiya
Möhsün Nağısoylu
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik
dr_mohsun@yahoo.com
Orta əsrlərdə Azərbaycan türkcəsini
zənginləşdirən qaynaqlar haqqında
*
(I məqalə)
Açar sözlər: dilin zənginləşməsi, tərcümələr, lüğətlər, “Kəvamilüt-
təbir”, söz yaradıcılığı
Ключевые слова: обогащение языка, переводы, словари,
“Кавамил ат-табир”, словообразование
Key words: enrichment of the language, translations, dictionaries,
"Kavamil at-tabir", word formation
Orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu
zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii
ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılar olmuşlar. Bu baxımdan
doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin
Həsənoğlunun, xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük
əhəmiyyət daşıyır.Məlum olduğu kimi, qaynaqlarda İ.Həsənoğlunun türkcə
və farsca divanları haqqında bilgilər verilsə də, şairin türkcə üç şeiri, farsca
isə bir şeiri günümüzə qədər çatmışdır. Həsənoğlunun “Apardı könlümü...”
sözləri ilə başlayan məşhur qəzəlinin cilalanmış və mükəmməl poetik dili və
bunun sübutu olaraq şeirdə işlənmiş məcazlar və frazeologizmlər (“apardı
könlümü”, “başımdan getmədi”, “şirin söz” və s.) türkcənin qədim
tarixindən xəbər verir (1, 160-161). Orta əsrlərdə Azərbaycan milli ədəbi
dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd
Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur (bax: 1,
199-235; 296-391).
*
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun
maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/46/5.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
7
Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə
zənginləşməsində müstəsna rolu və xüsusi çəkisi olan qaynaqlar sırasında
aşağıdakıları da ayrıca olaraq qeyd etmək lazımdır:
1. Sözügedən dövrdə ərəbcədən, xüsusilə də fars dilindən tərcümə
olunmuş əsərlər;
2. Həmin dövrə aid farsca-türkcə lüğətlər.
Azərbaycan türkcəsində olan klassik tərcümə əsərlərinin çoxu XV-
XVI yüzilliklərin məhsuludur və həm nəzmlə, həm də nəsrlədir. Əsasən,
dini, bədii və fəlsəfi mövzuları əhatə edən ilkin tərcümə örnəkləri canlı
xalq danışıq dilində qələmə alınmışdır, məhz buna görə də ədəbi dil
tarixinin araşdırılması üçün zəngin material verir. Bu baxımdan orta
əsrlərdə fars dilindən Azərbaycan türkcəsinə nəsrlə edilmiş tərcümələr
xüsusilə əhəmiyyətlidir. Belə ki, klassik tərcümə əsərlərinin bir çoxu eyni
zamanda Azərbaycanda milli ədəbi dilin yeni söz və terminlər hesabına
zənginləşməsi prosesini qabarıq şəkildə əks etdirən dəyərli qaynaqlardır.
Buna nümunə olaraq Xızır bin Əbdülhadi Bəvazicinin 955/1548-ci ildə
fars dilindən tərcümə, etdiyi “Kəvamilüt-təbir” kitabını göstərmək olar
(bax: 18). Yuxuyozmaya dair ensiklopedik səciyyə daşıyan bu tərcümə
əsərində mütərcimin söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin
nəticəsi, daha doğrusu, yazılı ədəbi dilin zənginləşməsinin göstəricisi
olan bir sıra leksik vahidlər yer almışdır. Kitabın mütərcimi Bəvazicinin
fars dilindən hərfi tərcümə yolu ilə özünün yaratdığı çoxlu sayda leksik
vahidlər quruluşca həm düzəltmə, həm də mürəkkəb sözlərdir. Bu
qəbildən olan düzəltmə sözlərin bir çoxu -ıcı, -ici şəkilçisinin köməyi ilə
düzəlmişdir. Onlardan bir neçəsinə (farsca orijinalları ilə birgə) nəzər
salaq:
Xanənde-oqıyıcı. Müasir ədəbi dilimizdə yalnız müğənni, xanəndə
anlamında işlənən farsmənşəli xanənde sözü bu dildə tarixən bir neçə
məna daşımışdır: 1. oxucu, oxuyan, mütaliə edən; 2. müğənni, xanəndə;
3. dəvət edən, dəvətçi, 4. savadlı. Sözün sonuncu iki mənası fars dili üçün
arxaik səciyyə daşıyır (8,I,951). “Kəvamülüt-təbir”in farsca orijinalında
bu söz birinci mənada işlənmişdir. Xanənde quruluşca düzəltmə sözdür:
xandən (burada: oxumaq, mütaliə etmək) felinin kökü xan və -ənde
şəkilçisindən ibarətdir. Fars dilində çox işlək olan -ənde şəkilçisi feil
kökünə qoşularaq, əsasən, feili sifət düzəldir: binənde (görən, tamaşaçı),
cuyənde (axtaran), rəvənde (gedən) və s.
Bəvazicinin xanənde sözünün qarşılığı kimi işlətdiyi oqıyıcı sözü
də istər mənaca, istərsə də quruluşca onun farsca əsli ilə tam üst-üstə
düşür. Belə ki, oxuyan, mütaliə edən anlamında işlənmiş bu söz də
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
8
farsca orijinalı kimi quruluşca düzəltmədir və oxumaq feilinin kökü (oxu)
və -yıcı şəkilçisindən ibarətdir.
Oqıyıcı sözünə qədim türk mətnlərində eyni mənada oqıcı və
oqığçışəkillərində rast gəlirik (bax: 25,369). Orta yüzilliklərə aid türk
yazılı abidələrində isə bu söz okucu və okuyucuşəkillərində qeydə
alınmışdır (bax: 30,V,2952; 18,343-344). Maraqlıdır ki, sözügedən
mətnlərdə istər oqıcıvəoqığçı söz ləri, istərsə də okucu və okuyucu
leksemlərinin yalnız dəvət edən, dəvətçi anlamında işlənməsi göstərilir
(bax:25,369; 30,V,2952). Bu amili nəzərə aldıqda belə bir fikrə gəlmək
olar ki, oqıyıcı sözünü müasir ədəbi dilimizdəki oxucu, mütaliə edən
anlamında ilk dəfə işlədən və yazılı ədəbi dilə gətirən, bununla da
türkcənin söz ehtiyatını zənginləşdirən tərcüməçilərdən biri də Xızır bin
Əbdülhadi Bəvazici olmuşdur.
Oqıyıcı sözü ilə bağlı daha bir məsələni qeyd etməyi lazım bilirik.
Azərbaycan ədəbi dili tarixinə aid kitab və araşdırmalarda –ıcı –ici şəkilçisi
əsasən, feildən sifət düzəldən şəkilçi kimi təqdim olunur (13,136-137).
Konkter olaraq XVI əsr yazılı tərcümə abidəsi “Kəvamilüt-təbir”də, eləcə
də eyni yüzilliyin yadigarı olan Nişatinin “Şühədanamə” tərcüməsində isə
(bax:16) bu şəkilçi ilə düzələn sözlərin çoxu qrammatik mənaca isimdir.
Məsələn, “Şühədanamə”də: qayırıcı (hami), saxlayıcı (gözətçi, qoruyucu);
“Kəvamilüt-təbir”də: alıcı (müştəri), yazıcı (mirzə, katib; yazan, yazıçı) və
s. Amuzənde-ögrənici. Farsmənşəli amuzənde sözü də eynilə xanənde kimi
quruluşca düzəltmədir. amuxtən (öyrətmək, öyrənmək) felinin kökü
amuzvə -ənde şəkilçisindən ibarətdir. Fars dili lüğətlərində rast gəlmə-
diyimiz amuzənde sözü mətndən də göründüyü kimi, öyrənən, şagird,
tələbə anlamını daşıyır. Maraqlıdır ki, Bəvazicinin amuzənde sözünün
qarşılığı kimi işlətdiyi ögrənici sözü istər qədim türk mətnlərində, istərsə də
orta yüzilliklərə aid türk yazılı abidələrində qeydə alınmamışdır. Bu faktı
nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, ögrənici sözü də Bəvazicinin
söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin nəticəsidir. Daha doğrusu,
bu sözü Bəvazici fars dilindən “kalka” şəklində tərcümə yolu ilə düzəltmiş
və ilk dəfə yazılı ədəbi dilə gətirmiş, bununla da ədəbi dilin zənginləşməsi
işinə xidmət etmişdir.
Fəribənde-aldayıcı. Farsmənşəli fəribənde sözü quruluşca yuxarıda
qeyd olunan xanənde və amuzənde leksemləri ilə üst-üstə düşür: fəriftən-
(aldatmaq) felinin kökü fəribvə-əndeşəkilçisindən ibarətdir. Farsca sifət
kimi işlənən bu sözün lüğəvi mənası aldadan deməkdir. Bəvazicinin həmin
sözün qarşılığı olaraq işlətdiyi aldayıcı da eyni quruluşdadır: aldamaq
(aldatmaq) felinin əsası olan alda və -yıcı şəkilçisindən düzəlmişdir. Qeyd
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
9
edək ki, aldayıcımənaca da fəribənde ilə tam üst-üstə düşür. Maraqlıdır ki,
aldayıcı sözü qədim türk mətnlərində qeydə alınmamışdır. XIII-XVI
əsərlərə aid bir necə qaynaqda isə bu sözün aldağan (çox aldadan) və
alduğu(aldadıcı) variantları qeydə alınmışdır (bax: 30,I,92-93). Farsca
məşhur “Qabusnamə” kitabının XV əsrə aid türkcəyə tərcüməsində və
XVI-XVII yüzilliklərə aid “Ət-töhfətüs-səniyyə” və “Müxfətüt-töhfə”
adlı farsca-türkcə lüğətlərdə isə aldayıcı sözü eynilə Bəvazicidə olduğu
kimi işlənmişdir (bax: 30,I,98). Aldayıcı sözünün bu yazılı qaynaqlarda
eynilə Bəvazicidəki kimi işlənməsi sübut edir ki, orta əsrlərin tərcüməçi
və leksikoqrafları farsca ayrı-ayrı sözlərin tərcüməsi zamanı eyni metod
və prinsiplərə söykənmiş, məhz buna görə də bir çox hallarda, bəlkə də,
biri digərindən xəbərsiz ayrı-ayrı farsmənşəli sözləri eyni şəkildə
tərcümə etmiş və yazılı ədəbi dilə gətirmişlər.
Setanende-diləyici. Farscada: Dəst-e bəxşənde behtər əst əz dəst-e
setanənde. Bəvazicinin tərcüməsində: Bəxşəndə əl diləyici əldən yegrək.
Nümunələrdən göründüyü kimi, Bəvazici farsca mətndəki bəxşənde
(bağışlayan) fars sözünü tərcümədə olduğu kimi saxlamış, setanənd-
e(istəyən, diləyən) sözünü isə diləyicikimi tərcümə etmişdir. Maraqlıdır
ki, diləyicisözünə istər qədim türk mətnlərində, istərsə də orta yüzilliklə-
rə aid türk yazılı abidələrində rast gəlmirik. Deməli, bu söz də Bəvazi-
cinin özünün yaratdığı leksemler sırasındadır və ilk dəfə onun tərəfindən
yazılı ədəbi dilə gətirilmişdir.
Bəvazici “Kəvamilüt-təbir”in farsca orijinalında işlənmiş bir sıra
sözlərin dilimizə tərcüməsi zamanı -cı, -ci; -lı, -li, -lu, -lü; -lıq, -lik, -luq,
-lükkimi sözdüzəldicisi şəkilçilərin köməyi ilə yaranmış düzəltmə
sözlərdən də istifadə etmişdir. Qeyd edək ki, bu qəbildən olan sözlərin
çoxuna eynilə qədim türk mətnlərində, eləcə də orta əsrlərə aid türkdilli
yazılı abidələrdə də rast gəlirik. Onlar müasir ədəbi dillmizdə də azacıq
dəyişikliklə işlənir. Bu isə o deməkdir ki, Bəvazici həmin sözləri doğma
ana dilindən – türkcədən hazır şəkildə götürmüş və orijinalda olan
sözlərin qarşılığı kimi işlətmişdir. Bu qəbildən olan çoxsaylı sözlər
içərisində aşağıdakılar diqqəti çəkir. Həmin sözləri farsca mətndəki
orijinalları ilə birgə veririk:kolahduz -börkçi,kəfşgər –başmaqçı,rəngrəz -
boyaçı, mivedar - yemişlü, sərapərde - günlük,came-ye xab- gecəlik,
barani- yağmurlıq və s.
Öncə qeyd edək ki, Bəvazicinin işlətdiyi bu sözlərin hamısı
quruluşca düzəltmədir, onların farsca orijinalları içərisində isə quruluşca
həm düzəltmələri, həm mürəkkəbləri, həm də bir izafət tərkibi var.
Deməli, orijinaldakı leksik vahidlərin tərcüməsində tərcüməçi heç də
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
10
həmişə onların quruluşunu da saxlamağa çalışmamış, bir çox hallarda hə-
min sözləri ana dilində mövcud olan qarşılıqları ilə verməyə cəhd
göstərmişdir. Maraqlıdır ki, tərcüməçinin işlətdiyi bu sözlərdən yalnız
gecəlik dilimizdə vətəndaşlıq hüququ qazana bilməmiş, yemişlü isə
müasir ədəbi dilimizdə bir qədər fərqli məna daşıyır, digərləri isə olduğu
kimi işlənir. Bununla belə, həmin sözlər Bəvazicinin tərcümə sənətinə
olan münasibətinin açıqlanması və onun bu sahədəki peşəkarlığının üzə
çıxarılması baxımından maraq doğurur.
Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi düzəltmə sözlər içərisin-
də -çı, -çi şəkilçisinin iştirakı ilə düzəlmiş iki söz haqqında da ayrıca
danışmaq lazım gəlir. Bunlar çağdaş ədəbi dilimiz üçün arxaik səciyyə
daşıyan və orta əsrlərin yazılı abidələrində nadir hallarda işlənilən
quyumcı və qəcərçi sözləridir.
Dilimizdə indi də eynilə işlənən farsmənşəli zərgər sözünün
qarşılığı olan quyumcı lekseminin kökündə dayanan quymaq feli Mah-
mudKaşğaridə tökməkmənasında işlənmişdir (bax: 25,464). Quyumçu
sözünə Hinduşah Naxçivaninin "Əs-sihah" lüğətində (10,53), Əsirəddin
Əbu Həyyan əl-Əndəlusinin "Kitab əl-idrak" əsərində (6,47) və
V.Radlovun lüğətində (26,II,209) rast gəlirik.
Rəhbəri(rəhbərlik, bələdçilik) sözünün qarşılığı kimi işlənmiş
qəcərçi sözü isə nə qədim türk mətnlərində, nə də orta əsr yazılı
abidələrində qeydə alınmışdır. Bu sözə bizə məlum məşhur mənbələrdən
yalnız XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə"də iki cümlədə
rast gəlirik:
Bir qəcərçiyiücrət ilən dutdı, ta badiyə yolından Müslimi Kufəyə
yetürə. Tanrının təqdirindən qəcərçiyolı azdı. (20,220b)
Lazar Budaqovbu sözü ğəçərçi-ğəzərçi şəklində qeydə almış və
onun bələdçi, yol göstərən, rəhbər mənalarını göstərmişdir (24,1,772).
Maraqlıdır ki, qəğərçi sözü Səfəvilər dövründə farsca yazılmış bir neçə
əsərdə rabitəçi, bələdçi mənasında işlənmişdir (bax: 22,335-336). Həsən
Zərinəzadənin fikrincə, qəcərçi sözü qaçırmaq felindən (qaç+ır+çı) törən-
mişdir (22,335).
Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin bir qismi də
mütərcimin fars dilindən “kalka” şəklində tərcümə yolu ilə yaratdığı və
yazıcı ədəbi dilə gətirdiyi (deməli, onu həm də zənginləşdirdiyi) quruluşca
mürəkkəb olan sözlərdən ibarətdir. Maraqlıdır ki, bu qəbildən olan mürək-
kəb sözlərin bir çoxunda ikinci tərəfdə -ıcı, -ici şəkilçisindən istifadə olun-
muşdur. Öncə həmin sözlərdən bir neçəsini ümumi şəkildə diqqətə çatdırı-
rıq: əzabendirici, qaniçici, ayinəsalıcı, qeybətedici, ipdəoynayıcı, panbuqatı-
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
11
cı, tavarsatıcı, sikkəurucı, suyatalıcı, gözədərmansalıcıvə s. Qeyd edək
ki, bu sözlərin farsca qarşılıqlarının bəziləri farsmənşəli yox, ərəb-
Dostları ilə paylaş: |