AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
FOLKLOR ĠNSTĠTUTU
___________________________________________________
FOLKLOR
VƏ
YAZILI ƏDƏBĠYYAT
II kitab
BAKI 2017
Folklor və yazılı ədəbiyyat
2
ELMĠ REDAKTORU: Muxtar KAZIMOĞLU
AMEA-nın həqiqi üzvü
TƏRTĠBÇĠLƏR:
Kamran ƏLĠYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Fidan QASIMOVA
filologiya üzrə fəlsəfə doktoru
Folklor və yazılı ədəbiyyat, II kitab. Bakı, “Elm və təhsil”,
2017, 224 səh.
Kitabdakı məqalələr AMEA Folklor Ġnstitutunun “Folklor və yazılı
ədəbiyyat” Ģöbəsində Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü
Kamran Ġmran oğlu Əliyevin rəhbərliyi ilə hazırlanmıĢdır.
folklor.az
F
3202050000
Qrifli nəĢr
098 – 2017
© Folklor Ġnstitutu, 2017.
Folklor və yazılı ədəbiyyat
3
ATALAR SÖZLƏRĠ VƏ AFORĠZMLƏR
Kamran ƏLĠYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi,
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat”
şöbəsinin müdiri
ġifahi və yazılı ədəbiyyatın bir-biri ilə təması müxtəlif
dövrlərdə özünəməxsus Ģəkildə təzahür edir və müxtəlif istiqa-
mətlərdə özünü göstərir. Bu təmas heç vaxt formal əlamətlərə
əsaslanmır, əksinə burada məzmun və məna yaxınlığı həmiĢə üs-
tünlük qazanır. ġübhə yoxdur ki, Ģifahi və yazılı ədəbiyyat nümu-
nələrinin bir-birinə yaxınlaĢmasında yazıçı və Ģairlərə aid olan
subyektiv amillər də az rol oynamır. Hər halda bu yaxınlaĢmalar
mədəniyyətin inkiĢafının təkan nöqtələrindən hesab edilə bilər.
ġifahi və yazılı ədəbiyyatın bir-birinə yaxınlaĢması daha
bariz Ģəkildə dastan və roman yaradıcılığında özünü göstərir.
Həm də bu göstəricinin kifayət qədər qədim tarixi vardır.
N.Gəncəvinin “Xosrov və ġirin”, “Leyli və Məcnun”, “Ġsgən-
dərnamə” kimi epik ədəbiyyat nümunələrinin dastan yaradıcılı-
ğını xatırlatması təsadüfi deyil. Bu faktlar onu göstərir ki, dastan
yaradıcılığında xalq geniĢ epik lövhələr vasitəsilə öz arzu və
istəklərini ifadə etdiyi kimi N.Gəncəvi, yaxud sonralar roman
yaradıcılığı ilə məĢğul olan sənətkarlar da öz əsərlərində xalqa
söykənərək cəmiyyət həyatı ilə bağlı olan qəhrəmanların yara-
dılmasına daha böyük üstünlük vermiĢlər. Hər halda zəngin
təhkiyə formasına və geniĢ planlı süjetlərə malik epos və roman
bir-birini tamamlayan janrlardır.
Bu fikirləri Ģifahi və yazılı ədəbiyyatın digər janrları haq-
qıda da söyləmək olar. Amma baĢqa bir məsələ var ki, Ģifahi və
Folklor və yazılı ədəbiyyat
4
yazılı ədəbiyyatın janrdaxili əlaqələri də mövcuddur. Bunlar isə
müxtəlif məzmun və müxtəlif çalarlarda özünü göstərir. Janrda-
xili əlaqələr kimi atalar sözləri və aforizmləri nümunə göstər-
mək olar. Atalar sözləri xalq, aforizmlər isə ayrı-ayrı sənətkarlar
tərəfindən yaradılan bədii nümunələrdir ki, onlar arasında sıx
əlaqə və bağlılıq vardır.
Atalar sözləri və aforizmlərin bir-biri ilə əlaqəsi Ģair və ya-
zıçıların atalar sözlərinə marağından baĢlayır. Atalar sözlərindən
istifadə sənətkarın xalqa arxalanmaq istəyinin nəticəsidir. Bu
istək iki formada özünü göstərir: birincisi, atalar sözləri sənətka-
rın ifadə etmək istədiyi fikrin və ideyanın daha qabarıq formada
təqdiminə yardımçı olur; ikincisi, sənətkarlar özləri atalar söz-
lərinə ekvivalent olan aforizmlər yaradırlar.
Səməd Vurğunun “Komsomol poeması”nın “QıĢ gecəsi”
adlanan birinci hissəsində son dərəcə maraqlı bir məqam vardır.
Orada nəql olunur ki, ayazlı-Ģaxtalı bir qıĢ axĢamı yeddi yoldaĢ
olub yola çıxan cavanlar xəstəhal ġahsuvarın vəziyyətini görüb
dayanır və od qalayırlar. Odun istisi ġahsuvarın halını xeyli
yaxĢılaĢdırır. Bu zaman kənardan bir atlı yaxınlaĢır. Həmin anı
Ģair belə təsvir edir:
Uzaqdan birisi - rüzgar qanadlı,
Gəlir baĢ götürüb iĢığa doğru.
Dedik, kim olmalı bu vaxtsız atlı?
O bəlkə quldurdu, bəlkə də oğru!
Hər halda ehtiyat gərəkdir - deyə,
Bəxtiyar tüfəngi doldurub qalxdı,
Zilləyib gözünü bir az da baxdı.
O, ilk gülləsini boĢaltdı göyə,
Hər halda ehtiyat gərəkdir – deyə. (4,s.8)
Bu kiçik parçada “Hər halda ehtiyat gərəkdir – deyə” mis-
rası, daha geniĢ mənada isə Bəxtiyarın söylədiyi fikir iki dəfə
təkrar edilir. Bunun birinci səbəbi cavanların düĢdüyü Ģəraitlə,
yəni gərgin vəziyyətlə əlaqədardır. Ġkincisi daha mühümdür və
Folklor və yazılı ədəbiyyat
5
bu da ondan ibarətdir ki, həmin gənclər əqidə adamlarıdır. Əqidə
adamı olmaq isə qarĢıya qoyulmuĢ məqsədin uğurla reallaĢması
istəyinə çatmaq deməkdir. Bu halda xalqa güvənmək, xalq tə-
fəkkürünə sığınmaq onları qələbəyə aparan əsas mənbələrdən
biridir. Ona görə də “Hər halda ehtiyat gərəkdir” ifadəsi xalqda
tez-tez iĢlənən “Ehtiyat igidin yaraĢığıdır” atalar sözünün bir-
baĢa özü də olmasa bənzəridir.
Poemada təsvir edilən sonrakı hadisələrdən bəlli olur ki,
Bəxtiyarın dəstəsi ilə Gəray bəyin dəstəsi qarĢı-qarĢıya gəlir. Bu
qarĢılaĢma sakit ötüĢmür və atıĢma ilə nəticələnir. AtıĢmada isə
ağır vəziyyətdə olan ġahsuvar atıĢmanın sona qədər davam etdi-
rilməsini öz dostlarından xahiĢ edir və ölür. AtıĢmanın gediĢində
Cəlal Gəray bəyi qolundan yaralayır və Gəray bəy öz dəstəsi ilə
geri çəkilir. Bu hadisə Gəray bəyi çox hiddətləndirir və öz daxi-
lində bunun əvəzini çıxacağını qərarlaĢdırır. Gəray bəy bu acığın
hələ ürəyindən çıxmadığı bir vaxtda həmin qərarla da Kür qıra-
ğına gəlir, orada Bəhmənlə rastlaĢır. Bəhmənlə Gəray bəyin di-
aloqu Gəray bəyin xarakterini, düĢüncə tərzini ətraflı Ģəkildə
izah etməyə də imkan açır. Onun nə qədər əzazil bir insan ol-
masının, qəlbinin kin-küdurətlə dolmasının Ģahidi oluruq:
– Vay, səni xoĢ gördük, haradan belə?
Bu namərd vətənə... Bu namərd elə
Yenəmi üz qoyub, salam verirsən?
– Haqlısan, ay Bəhmən, sözlərində sən
Fəqət nə etmək ki, belədir insan,
Əziz dostlarına küsər bir zaman,
Sonradan qövr eylər əski yaralar...
– Yoxsa, bu gəlməkdə bir fikrinmi var?
– Onsuz olurmu heç... Vardır, Ģübhəsiz...
Bu el, bu güzəran, bu mən, bu da siz,
Gəlin köməkləĢək görək nə olur?
Axtaran dünyada hər haqqı bulur –
DemiĢlər babalar,
Folklor və yazılı ədəbiyyat
6
– Bu doğru, lakin
Bir az hövsələniz olmasa sakin
Yenə də günahsız qanlar axacaq,
Burax bur tərsliyi, gəl Allaha bax! (4, s.14)
Bu parçada Gəray bəyin dilindən söylənmiĢ “Axtaran dün-
yada hər haqqı bulur” fikri xalq içərisində geniĢ yayılmıĢ “Axta-
ran tapar” atalar sözünün azca dəyiĢilmiĢ variantıdır. Amma bir
qəribəlik də özünü göstərməkdədir. Bu da ondan ibarətdir ki, el
arasında iĢlənən “Axtaran tapar” atalar sözü öz müsbət yükü ilə
daha əhəmiyyətlidir. “Komsomol poeması”nda isə Gəray bəyin
dilindən çıxan “Axtaran dünyada hər haqqı bulur” fikri xoĢ niy-
yəti ifadə eləmir. Çünki Gəray bəy qan və ölüm arxasınca gəl-
miĢdir. Bu halda belə bir cəhət də sübut olunur ki, xalqda yaĢa-
yan və əsrlər boyu qorunan atalar sözləri müxtəlif vəziyyətlərdə,
müxtəlif aspektlərdə iĢlədilə bilər.
Bədii ədəbiyyatda atalar sözlərindən istifadə, müəyyən
məqamlarda onlardan bəhrələnmək hər bir sənətkar üçün özünə-
məxsus səciyyə daĢıyır. Bu özünəməxsusluq sənətkarın məqsəd
və məramından asılı olduğu kimi bədii inikas üsulu, obrazların
xarakteri, müəllifin ifadə etmək istədiyi ideya ilə də sıx bağlıdır.
Əlavə edək ki, sənətkarların mənsub olduğu bədii metod, yaxud
aid olduqları ədəbi cərəyan da folklordan bəhrələnmədə fərqli
rol oynaya bilər. Bu mənada Azərbaycan romantizminin gör-
kəmli nümayəndələrindən olan Hüseyn Cavidin yaradıcılığında
həmin bəhrələnmə spesifik səciyyə daĢıyır.
H.Cavid yaradıcılığında bir çox sənətkarlarda olduğu kimi
atalar sözlərindən istifadə onun mahiyyətinin olduğu kimi qəbul
edilməsi anlamına gəlir. Yəni romantik Ģair ya öz fikrini qüvvət-
ləndirmək, ya obrazın xarakterinin tam açılmasına nail olmaq, ya
da inikas üsulunu qabartmaq üçün atalar sözlərinin məna və ma-
hiyyətinə güvənc yeri kimi baxır. Nümunə üçün qeyd edək ki,
xalq arasında “Qılınc yarası sağalar, söz yarası sağalmaz” kimi il-
lərin sınağından uğurla çıxmıĢ bir atalar sözü dolaĢır. Bu atalar
Folklor və yazılı ədəbiyyat
7
sözü insanlar arasındakı münasibətlərə aid olduğuna görə daha
çox yayılmıĢ və daha çox iĢlək xarakter almıĢdır. H.Cavidin “Pey-
ğəmbər” pyesində onun iĢlənmə məqamı çox maraqlıdır. Belə ki,
pyesdəki bir səhnə Mələk-Peyğəmbər, Skelet-Peyğəmbər münasi-
bətlərinə həsr edilib və bu səhnə fikir baxımından “Peyğəmbər”
pyesinin ən qabarıq səhnələrindən biridir. Həmin səhnədə Mələk
Peyğəmbərə Quranı – “altun qablı bir kitab”ı verib deyir:
“Haqqı təbliğ üçün sənin ancaq
Rəhbərin sənəti-kəlam olacaq” (2, s.11)
Skelet isə Mələyin sözünü təkzib edərək bunun tam əksini
söyləyir:
“Ġnqilab istəyirmisən, mənə bax!
ĠĢtə kəskin qılınc, kitabı burax” ” (2, s.11)
Beləliklə, tam aydın olur ki, Mələklə Skelet Peyğəmbərin
düĢüncəsinə təsir göstərmək üçün cəhd göstərir və mübarizə apa-
rırlar. Bu mübarizə davam edir və ikinci mərhələyə daxil olur.
Həmin həlledici mərhələdə Skelet Peyğəmbərin “alnında parlayan
yıldız” görüb onu inandırmaq istəyir ki, “dərsi-hikməti” məndən
almalısan. ġübhəsiz, bu hikmət dərsində Qılınc əsas mövzudur.
Bu anda kənardan baxan Mələk sakit dayanmır və yenidən
məsələyə müdaxilə edir. ġübhəsiz, bu müdaxilə Skeletlə mübari-
zənin davamı kimi elə olmalıdır ki, Mələk Peyğəmbəri inandıra
bilsin. Bu məqamda Mələk xalq təfəkkürünə sığınır və “Qılınc ya-
rası sağalar, söz yarası sağalmaz” deyiminə ümid edir. O, “Yox,
qılınc söz qədər deyil kəskin” (2, s.12). Bu sözlər sanki göydən
düĢmüĢ kimi olur və Mələyə elə gəlir ki, həmin sözləri eĢidəndən
sonra Peyğəmbər Mələklə razılaĢacaqdır. Hər halda Mələk xalq
təfəkkürünə söykənməklə öz fikrində daha möhkəm dayanır.
Hüseyn Cavidin “Xəyyam” pyesində isə skeletlərin məka-
nı olan bir məzarlıq təsvir edilir. Orada məzarçılardan biri “mə-
zardan bir əyri sümük” çıxarıb deyir:
“Bu çürük qozbelə bax bir, bu bunaq
Torpaq altında qozdur, sarsaq” (3, s.86)
Folklor və yazılı ədəbiyyat
8
ġübhəsiz, burada xalq içərisində geniĢ yayılmıĢ bir deyim
yada düĢür: “Qozbeli qəbir düzəldər”. Bu atalar sözü müəyyən bir
məsələ ətrafında həmiĢə səhv edən, yaxud dəfələrlə təkrar elədiyi
səhvini heç vaxt düzəldə bilməyən və yaxud da nəyəsə söz verib
onu heç vaxt yerinə yetirməyən insanlara aiddir. Aydındır ki,
həmin atalar sözü barədə müxtəlif fikirlərin yaranması “Qozbeli
qəbir düzəldər” deyiminin məcazi xarakteri ilə bağlıdır. Əgər belə
olmayıb konkret məzmun daĢısaydı, “Qozbeli qəbir düzəldər” de-
yimi bu qədər çoxĢaxəlilik qazana bilməzdi. Amma məsələnin
mahiyyəti bundadır ki, məzarçının sümüyə baxıĢı ilə atalar sözü
tamamilə təzad təĢkil edir. Yəni məzarçının rastlaĢdığı “əyri sü-
mük” atalar sözünə nəzərən tamamilə düzəlməliydi. Amma bu-
nun əksinə olaraq sümük əyri olaraq qalıb. BaĢqa sözlə, qozbel
elə qəbirdə də qozbeldir. Bəs bu halda H.Cavidin sənətkar möv-
qeyi xalq düĢüncəsinə, xalq təfəkkürünə yaddırmı?
Bu sualı cavablandırmaq üçün məzarda dəfn olunan ada-
mın xarakteri ilə tanıĢ olmaq zərurəti meydana çıxır. Pyesdə di-
gər bir məzarçı əyri sümük sahibini səciyyələndirərkən onun
“daim söz götürüb, söz gətirən” adam olması qənaətini irəli sü-
rür. Buradan isə belə bir nəticə alınır ki, “Qozbeli qəbir düzəl-
dər” xalq deyimi tamamilə doğrudur, lakin əxlaqca naqis olan
qozbeli qəbir də düzəldə bilmir və sözün həm məcazi, həm də
həqiqi mənasında belə qozbellərin düzəlməsi axirətə qalır.
Dünyanın müxtəlif sənətkarları öz bədii yaradıcılıqlarında
atalar sözlərindən istifadə etməklə yanaĢı, həmin məzmuna ek-
vivalent olan aforizmlər yaratmaq təĢəbbüslərində də olmuĢlar.
Bu təĢəbbüs ilk növbədə sənətkarların dünya duyumu, insanlara
və cəmiyyətə öz münasibətlərini bildirmək istəklərindən və
iddialarından irəli gəlirdi.
Yaradıcı sənətkar ifadə etdiyi, izlədiyi ideyanın daha bit-
kin çıxması və insanlara təsir göstərmək imkanına malik olması
üçün ümumiləĢmə gücünə malik fikirlərə daha çox üstünlük
Folklor və yazılı ədəbiyyat
9
verirlər. Belə bir ümumiləĢmə həm sənətkar istəyinin reallaĢma-
sına Ģərait yaradır, həm də sənətə və sənətkara məhəbbət artırır.
Üçüncü bir cəhəti qeyd etmək lazımdır ki, aforizm yarat-
maq düĢüncəsi süni xarekter daĢımamalıdır. Bu ya bədii situasi-
yanın özündən yaranmalıdır, ya da hər hansı bir obrazın xarak-
terinə uyğun Ģəkildə meydana çıxmalıdır. Burada baĢqa istiqa-
mətlər də ola bilər. Amma bir cəhət həmiĢə aydın olmalıdır: afo-
rizm yaradıcılığı təbii Ģərt və amillərə əsaslanmalıdır.
Xalq arasında bəzən “Belə yaĢamaqdansa, ölmək yaxĢıdır”
fikrinə rast gəlirik. Bu fikir insanları cəsarətə, dəyanətə, bütöv-
lüyə səsləyir. Ancaq maraqlı burasıdır ki, dünyanın azman sə-
nətkarları həmin fikrə uyğun aforizmlər yaratmaqdan da çəkin-
məmiĢlər. Alman Ģairi Höte belə söyləyir: “Faydasız həyat vaxt-
sız ölümə bərabərdir”. Həmin fikrin nə vaxt, harada, nə məq-
sədlə deyilməsinə baxmayaraq, orada Hötenin həyat haqqında
arzuları öz ifadəsini tapmıĢdır. Höte insanları həyata ürəklə bağ-
lanmağa, faydalı iĢlərlə məĢğul olmağa çağırır və qətiyyətlə bil-
dirir ki, faydasız yaĢamaq vaxtsız ölüm deməkdir.
Anri Barbüs isə “Ölmək dəhĢət deyil, dəhĢət yaĢamaqdır”
mülahizəsində həyatın çətinlikləri qarĢısında dayanan və hətta
çıxıĢ yolu tapa bilməyən bir insanın düĢüncəsini ortaya qoy-
muĢdur. Bu fikir sadə bir deyim yox, bəlkə də yazmağı bacaran
sənətkar üçün bir əsərə bərabərdir.
Bəs böyük romantik sənətkar Hüseyn Cavid necə söy-
ləyir? Bu mənada onun aĢağıdakı misraları çox məĢhurdur:
“Ölüm var ki, həyat qədər dəyərli.
Həyat var ki, ölümdən də zəhərli”.
Bu misralar da H.Cavidin həyat təcrübəsindən irəli gələn
misralardır ki, öz hikməti ilə ürəkləri yox, həm də əsrləri dolaĢ-
maq gücünə malikdir.
Sənətkarların gənclik haqqında söylədikləri aforizmlər də
maraqlıdır:
Nizami Gəncəvi:
Folklor və yazılı ədəbiyyat
10
“Gənclik insana gözəllik verən,
Gözəllik sönərsə, qəlb olurmu Ģən?”
Yenə də Nizami Gəncəvi:
“Ġstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi, axtar bir bucaq”.
Hüseyn Cavid:
“Gənclik, əlbəttə, baĢqa nemətdir,
Unutulmaz böyük səadətdir”.
Əfzələddin Xaqani:
“Gənclik bir qızıldır,ömrün əlindən
DüĢərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı
Torpağı yuyuram göz yaĢıyla mən”.
Maraqlı cəhət ondadır ki, bütün bunlar Afrika atalar söz-
lərindən biri ilə səsləĢir:
“Cavanlıqda odun yığsan, qocalıqda üĢüməzsən”.
Xalqın yaratdığı atalar sözləri və sənətkarların qələmə al-
dığı aforizmlər bir-birini tamamlamaqla həyati, realist gücə ma-
likdir. Onlar öz fəlsəfi məzmunu ilə insanın həyata və insanlara
baxıĢının inikasıdır.
ġifahi və yazılı ənənə arasında fərqlər olduğu kimi səciyyəvi
yaxınlıqlar və oxĢarlıqlar da vardır. Bu, hər Ģeydən əvvəl xalq tə-
fəkkürü və həmin xalqa mənsub olan sənətkarların fərdi düĢüncəsi
ilə bağlıdır. Onların bir-birinə təsir imkanlarını düĢünmək lazım
gəlsə, Ģübhəsiz, belə bir qənaətə gəlmək olar ki, xalq təfəkkürü
fərdi düĢüncəyə daha çox təsir göstərir. Fərdi düĢüncə ilə meydana
çıxan aforizmlər isə atalar sözləri səviyyəsində olmasa belə hər
halda onların da kifayət qədər təsir imkanları da vardır.
Atalar sözləri və aforizmlərin müqayisəsi onların bir-biri
ilə əlaqəsini də aĢkarlamağa imkan verir. Faktlar göstərir ki, bir
sənətkarın yaradıcılığında müĢahidə olunan aforizm xalq yad-
daĢında özünə möhkəm yer tutmuĢ atalar sözləri ilə sırf bağlıdır.
Folklor və yazılı ədəbiyyat
11
Nümunə üçün qeyd edək ki, Səməd Vurğunun aĢağıdakı misra-
ları hikmətli kəlam kimi daha çox tanıĢdır:
“Qızılı örtsə də, qara torpaqlar
Yenə qiymətini özündə saxlar”.
Bu misralar xalqın yaratdığı atalar sözü səviyyəsində yad-
daĢlarda qalır və həmiĢə də öz həyati gücünü qoruyub saxlayır.
Bu misralar vasitəsilə yaxĢı və pisi fərqləndirmək, dəyəri olanla
dəyərsizi seçmək asanlıqla mümkündür. BaĢqa sözlə, həmin
misraları bir çox həyat hadisələri fonunda örnək kimi də qəbul
etmək olar.
Məsələ burasındadır ki, sənətkar fərdi düĢüncədə cilalanıb.
Bu dil xalq təfəkkürü ilə yaranan bəzi atalar sözləri ilə də tam
səsləĢir. Nümunə üçün qeyd edək ki, el arasında “Saxla samanı,
gələr zamanı” kimi atalar sözü (1, s.563) məĢhurdur. Həmin ata-
lar sözünü Səməd Vurğuna aid misraların mənbəyi də hesab edi-
lə bilər. Ancaq unutmaq olmaz ki, həmin atalar sözü sırf saman-
la, otla bağlı atalar sözü deyil. Yəni orada bir məcazilik vardır.
Bu məcazilik həmin atalar sözünün həm dəyərini artırır, həm də
uzunömürlü edir. Eyni sözləri “Saxla gönü, gələr günü” (1,
s.563) atalar sözünə Ģamil etmək olar. “Hər parıldayan qızıl ol-
maz” (1, s.660) – bu atalar sözü isə dəyəri olanla dəyəri olmaya-
nın müqayisəsi əsasında yaranıb. Əgər bunları cəmiyyətə aid
etsək, onda belə bir qərara gəlmək olar ki, həm atalar sözlərində,
həm də Səməd Vurğunun misralarında qədirĢünaslıq ideyası
qabarıq əks olunmuĢdur.
Səməd Vurğunun daha çox məĢhur olan baĢqa misraların-
da da atalar sözlərinin gücü vardır. Həmin misralar belədir:
“GünəĢi örtsə də qara buludlar,
Yenə günəĢ adlı bir qüdrəti var”.
Əvvəlcədən qeyd edim ki, xalq yaradıcılığında və yazılı
ədəbiyyatda GünəĢ obrazı daha geniĢ yayılmıĢ obrazlardan
biridir. Müəyyən mərasimlərdə, xalq həyatı ilə bağlı olan adət -
ənənələrdə günəĢ iĢıq kimi, həyat mənbəyi kimi tez – tez təkrar-
Folklor və yazılı ədəbiyyat
12
lanır. Ona görə də insanlar günəĢin qüdrətinə inanır, onun sön-
məz, əbədi olmasına Ģübhə etmirlər. Bu baxımdan Səməd Vur-
ğunun günəĢ adlı qüdrətin həmiĢə yaĢayacığı barədə düĢüncəsi
həyati əsaslara malikdir. Eyni düĢüncəni atalar sözlərində də
arayıb tapmaq çətin deyil. Məsələn: “Gün doğuĢundan bəllidir”
(1, s.468). Yaxud: “Gün öz iĢığını heç kəsdən əsirgəməz” (1,
s.468) həm xalq düĢüncəsində, həm də sənətkar təxəyyülündə
formalaĢan hikmətli kəlamlar fərdlə xalqın sıx əlaqədə olması
faktını təsdiqləyir.
Sənətkarların yaradıcılığında müxtəlif məqamlarda deyilən
elə aforizmlər də vardır ki, onlar həm bir – birini tamamlayır,
həm də xalq təfəkkürü ilə bağlı olduğunu nümayiĢ etdirir. Niza-
mi Gəncəvi yaradıcılığında aĢağıdakı nümunə buna sübutdur:
“Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.
Sözün də su kimi lətafəti var
Hər sözü az demək daha xoĢ olar”.
Yaxud:
“Ġncitək sözlər seç, az danıĢ, az din,
Qoy az sözlərinlə dünya bəzənsin”.
Tam təsdiq edilir ki, bir sənətkarın yaradıcılığında müx-
təlif məqamlarda söylənən bu iki fikir eyni bir xətti ifadə edir.
Belə bir xətt xalq təfəkkürünün məhsulu olan iki müxtəlif atalar
sözündə də özünü göstərir:
“Artıq tamah daĢ yarar,
DaĢ qayıdar baĢ yarar” (1, s.70)
Yaxud:
“DanıĢmaq gümüĢ olsa, danıĢmamaq qızıldır” (1, s.279)
Atalar sözləri ilə aforizmlərin müqayisəsi baĢqa bir cəhəti də
meydana çıxarır. Bu cəhət isə ondan ibarətdir ki, iki müxtəlif
dövrdə yaĢayan ayrı-ayrı sənətkarların yaratdıqları aforizmlər xalq
təfəkkürünün məhsulu olan atalar sözləri ilə uyğun gəlir. XII əsrdə
yaĢamıĢ Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasında yazır:
Folklor və yazılı ədəbiyyat
13
“Kamil palançı olsa da insan
YaxĢıdır yarımçıq papaqçılıqdan”.
XX əsrdə yaĢamıĢ Hüseyn Cavid də belə yazır:
“ĠĢtə bax, axsaqlar rəqs təlim ediyor”.
Hər iki sənətkar müxtəlif əsrlərdə yaĢamaqlarına baxma-
yaraq, öz əsərlərində həyatın və insanın dəyəri haqqında daha
çox bəhs etmiĢdir. Bu sənətkarların humanizminin mahiyyəti də
elə bundadır. Onların qələmə aldığı həmin aforizmlərin müqa-
bilində atalar sözləri içərisində uyğun gələn kifayət qədər nümu-
nələr də vardır:
“Ġgid ölər, adı qalar, müxənnətin nəyi qalar?”. (1, s.356),
“Zər qədrini zərgər bilər” (1, s.344). “Ağ ayranı itə tökərlər, qara
kiĢmiĢi cibə” (1, s.16). Ġnsanlar arasında geniĢ yayılmıĢ “Çörəyi
ver çörəkçiyə, birini də üstəlik” atalar sözləri də məhz bu qəbil-
dəndir.
Ġstər xalq tərəfindən yaradılan atalar sözləri, istərsə də ayrı
– ayrı sənətkarlar tərəfindən qələmə alınmıĢ aforizmlər xalqın
milli sərvətidir.
Dostları ilə paylaş: |