Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti



Yüklə 332 Kb.
səhifə1/6
tarix28.11.2022
ölçüsü332 Kb.
#70957
  1   2   3   4   5   6
dilcilik


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Bakı Slavyan Universiteti

Fakültə : Filologiya


İxtisas : Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup : AM 102
Fənn : Dilçilik
Müəllim : Allahverdiyeva Vəfa
Tələbə : İslamova Gülər
Bakı-2022
Mövzu 1: XIX əsr dilçilik məktəb və cərəyanları

XIX əsrdə bir çox dilçilik məktəbləri meydana gəlmişdir.Müqayisəli tarixi dilçiliyin əmələ gəlməsi 4 alim : F.Bopp,Y.Qrimm,R.Rask,A.Vostokun adı ilə bağlıdır.Bu dilçilər hind-Avropa dilləri ailəsinin müxtəlif qruplarına aid dillərin müqayisəli qrammatikalarına dair əsərlər yazmaqla dilçilik tarixində yeni bir dövr açmışlar.


Fəlsəfi dilçilik məktəbi-Humboldtun adı ilə bağlıdır.O,hər şeydən əvvəl, dili bir sistem kimi,üzvi vəhdətdə olan bir bütöv kimi nəzərdə tuturdu.
Naturalizm dilçilik məktəbi-nümayəndəsi A.Şleyxer olmuşdur.Onun fikrincə,dillərin inkişaf prosesinin 1-ci mərhələsi kök dillər,2-ci mərhələsi aqlütinativ dillər,3-cü mərhələsi isə flektiv dillər təşkil edir.
Psixoloji dilçilik məktəbi-H.Şteyntal,A.A.Potebnyanın adı ilə bağlıdır.H.Şteyntal belə hesab edirdi ki,dilçiliyin predmeti dildir,daxili,mənəvi,psixi hərəkətlərin,vəziyyətlərin məxrəclənmiş səslər vasitəsilə ifadəsidir.A.A.Potebnya-nın fikrincə ,dil təfəkkürün ifadə vasitəsi yox,yaranma vasitəsidir.Onu hazır fikrin ifadəsi kimi başa düşmək olar.
Gənc qrammatiklər-Bir qrup gənc dilçi alim A.Şleyxeri tənqid etməyi öz elmi fəaliyyəti üçün əsas götürürdü.Onlar Leypsiq dilçilik məktəbinin əsasını qoymuşlar.Gənc qrammatiklərə görə,dil psixofiziki və ya psixofizioloji fəaliyyətdir.Onlar Hind-Avropa dillərində mövcud olan bir sıra fonetik qanunlar kəşf etmişlər
Moskva və Kazan dilçilik məktəbləri-Nəzəri cəhətdən gən qrammatiklərin ideyalarına uyğun gəlirdi.Moskva dilçilik məktəbinin banisi F.F.Fortunov olmuşdur.O hesab edirdi ki,ayrı-ayrı sözlərdə formanın olması ayrı-ayrı bütöv sözlərin formal,yaxud qrammatik siniflərini əmələ gətirir.Kazan dilçilik məktəbi isə Boduen de Kurtenin adı ilə bağlıdır.O ilk dəfə olaraq fonem nəzəriyyəsini yaratmışdır.Fonem,morfem,sintaqm,leksem,qrafem və s.terminləri dilçiliyə ilk dəfə o gətirmişdir.

Yüklə 332 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin