Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 121,51 Kb.
səhifə1/6
tarix18.05.2022
ölçüsü121,51 Kb.
#58531
  1   2   3   4   5   6
MELİKOVA NİGAR ƏKRƏM QIZI BURAXILIŞ İŞİ 1802B


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Əlyazması hüququnda

MELİKOVA NİGAR ƏKRƏM QIZI

“TƏLİM PROSESİNDƏ YENİYETMƏNİN İDRAK MARAQLARININ İNKİŞAFI ”

İxtisas: Təhsildə sosial-psixoloji xidmət

BURAXILIŞ İŞİ

Elmi rəhbər: dos.ps.ü.f.d.Mehriban İsmayılova Cəlal
Kafedra müdiri: prof.Qızxanım Qəhrəmanova Nizammədin

BAKI-2022


MÜNDƏRİCAT
GİRİŞ....................................................................................................................3
I FƏSİL. İDRAK MARAQLARI PROBLEMİNİN PEDAQOJİ-PSİXOLOJİ ƏDƏBİYYATDA QOYULUŞU
1.1. İdrak maraqları təlim fəaliyyətinin aparıcı amili kimi.................................7
1.2. Yeniyetmələrin idrak maraqlarının formalaşması probleminə
dair psixoloji-pedaqoji ədəbiyyatın təhlili.......................................................16
II FƏSİL. TƏLİM PROSESİNDƏ YENİYETMƏLƏRİN İDRAK MARAQLARININ İNKİŞAF DİNAMİKASI
2.1. Yeniyetmələrin idrak maraqlarının psixoloji xüsusiyyətləri.............................27
2.2. Təlim fəaliyyətində yeniyetmələrin idrak maraqlarının inkişaf
dinamikası.........................................................................................................31
NƏTİCƏ...........................................................................................................36
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT................................................................40

Giriş
Mövzunun aktuallığ.Təlim fəaliyyətində idrak maraqlarının tədqiqi və bu tədqiqatın nəticələri psixoloji-pedaqoji elmdə öz aktuallığını saxlamaqda davam edir.Hal-hazırda müasir məktəblərdə idrak maraqlarının səmərəliliyini artırmaq üçün kifayət qədər planlar tərtib edilir.Məqalədə koqnitiv maraq anlayışının məzmunu,onun təlim prosesində inkişafı və həmçinində təlim-təhsil prosesində yeniyetmələrin idrak maraqlarının formalaşmasına şərait yaradan amillərdən,nüanslardan bəhs edilir. Koqnitiv maraq,yəni idrak maraqları yeniyetmələrədə təlim fəaliyyəti prosesində formalaşan sosial əhəmiyyətli şəxsiyyət xüsusiyyətlərindən biri hesab olunur. Koqnitiv maraq insanın ətraf aləmə,mühitə yönəlməsində böyük əhəmiyyətli rol oynayır və buna görə də aktivlik və seçiciliklə xarakterizə olunur.Onu əhatə edən ətraf aləmin cisim və hadisələrini bilmək istəyi kimi xüsusiyyətlərlə səciyyələnir və nəticə etibarilə müsbət emosional fonda baş verir. İdrak marağının formalaşmasında,təkamül səviyyəsinə çatmasında,mütərəqqi olaraq inkişaf etməsində və inkişafı prosesində ilk növbədə təhsil fəaliyyəti böyük önəm kəsb edir,həmin prosesdə də həyata keçirilir. Koqnitiv maraq yeni, naməlum bir şey öyrənmək istəyində ifadə olunur.Müasir cəmiyyət davamlı olaraq yaradıcı,özünü inkişaf etdirməyə qadir olan,öz üzərində işləyən,inkişaf etməyə can atan,yüksək təhsilli vətəndaşlara ehtiyac duyur.Və bu baxımdan fundamental təhsilin əhəmiyyəti artır.Nəticə etibarı ilə şagirdlərin yaradıcılıq qabiliyyətləri olmasa fundamental təhsil əl çatanlığı qeyri-mümkündür.Bu da öz növbəsində idrak marağının formalaşmadan olması mümkün deyil. Maraq təlim prosesinin təməlinin əsasını təşkil edir və onun başlanğıc nöqtəsidir. İbtidai məktəbdə oxuyarkən şagirdlər ilk növbədə hələ təhsili başa vurmağa diqqət yetirmir, əksinə, onların məqsədi əlavə təhsildir, buna görə də kiçik yaşlı şagirdlərin təlim-təhsil fəaliyyəti prosesində müəllimlər üçün təkcə maraq yaratmaq deyildə, həm də məktəbin bütün mərhələlərində saxlamaq vacibdir. Müasir dövürdə məktəbin müasirləşdirilməsi,beynəlxalq səviyyədə inkişaf etdirilməsi şagirdin individual,fərdi inkişafını,xüsusiyyətlərini və təhsil fəaliyyətində uğur qazanmasını təmin etməlidir. Pedaqoji prosesin səmərəliliyinin meyarlarından,əsas ümdə məziyyətlərindən biri müasir məktəbin mərkəzi problemlərindən biri olan məktəblilər arasında davamlı inkişaf mənsubluğu ilk seçilən idrak marağının formalaşdırılmasıdır. Və nəticə etibarı ilə ibtidai məktəbdə yeni federal təhsil standartlarının tətbiqi ilə idrak marağının formalaşması prosesinin sosial əhəmiyyəti artır. Bu problemin əsas aktuallığı,fenomenliyi təhsil və təlim fəaliyyətinin məzmununun yenisilə əvəz olunması, həmçinin də məktəblilər arasında biliklərin öz-özünə mənimsənilməsi bacarıqlarının inkişaf etdirilməsi zərurəti ilə müəyyən edilir. İdrak marağı kortəbii olaraq yaranmır.İdrak marağı şagirdlərdə ibtidai məktəbdən başlayaraq təhsil müəssisələri tərəfindən spesfik olaraq formalaşdırılır və inkişaf etdirilir. Ona görə də ibtidai məktəbdən başlayaraq bütün təhsil kollegası idrak marağının formalaşdırılması problemini erkən müdaxilə vasitəsilə həll etmək iqtidarında olmalıdırlar.Çünki meyllər məhz bu dövrdə baş verir.Bu yaş dövrü şagirdlərdə müxtəlif və çoxşaxəli maraqların formalaşdırılıb yaradılması üçün əlverişli hesab olunur. Eynizamanda uşağın qabiliyyətləri, müəyyən fəaliyyətlərə mənəvi ehtiyacları üzə çıxır. Kiçik məktəbli yaş dövründə idrak marağının formalaşması,bünövrəsinin qoyulması şagirdin özünün fərdi fəaliyyətinin daxili məqsədinin yaranmasına, onu təlim-təhsil fəaliyyətinin fəal subyektinə çevirməsinə təkan verir. Daha sonra şagirdin sinifdə keçirdiyi vaxt həyata hazırlıq deyil, həyatın özü, şagirdin özü üçün mənalı olur. Koqnitiv maraq məktəblilərdə təlim fəaliyyəti prosesində formalaşdırlıb,təkmilləşdirilən sosial əhəmiyyətli şəxsiyyət xüsusiyyətlərinin əsasını təşkil edir. Halhazırki dövürdə müasir məktəb şəraitində məktəblilərdə idrak marağının inkişafına ehtiyac açıq şəkildə özünü göstərir. Bununla belə, onun ən böyük inkişafının əlçatanlığını necə təmin etmək olar sualı hələ də problemli situatsiya yaradan hallardan biridir. Ona görədə ilk öncə koqnitiv maraq nədir sualına cavab tapmaq lazımdır.Çünki “koqnitiv maraq” anlayışının nəzəri əsaslandırılması olmadan problem obyektinə çevrilmiş məsələni həll etmək mümkün deyil.
Elmi və pedaqoji əhəmiyyət kəsb edən mövqelər, idrak marağı təlim prosesinin təkmilləşdirilməsində mühüm amil və eyni zamanda onun səmərəliliyinin göstəricisidir, çünki o, müstəqilliyi, idrak fəaliyyətini, materialın öyrənilməsinə yaradıcı yanaşmanı stimullaşdırır, özünü həvəsləndirir. Psixoloqlar apardıqları tədqiqat və araşdırmalar nəticəsində belə bir fikr irəli sürmüşlərki, şüurlu fəaliyyətin subyekti kimi şəxsiyyətin əsasını insanın motivasiya sahəsi və hər şeydən əvvəl onun maraqları,ehtiyacları təşkil edir.

Yüklə 121,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin