İzahat vərəqi “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında” təhsil menecerlərin hazırlanmasına, yenidən hazırlanmasının və ixtisasının artırılmasını müasir tələblər səviyyəsində təşkil etmək prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Təhsil Qanununun pedaqoji işçilərin hüquq və vəzifələrindən bəhs edən 49-cu maddəsində deyilir ki, pedaqoji işçilərin hüquq və vəzifələrindən biri də müəssisənin Nizamnaməsinə uyğun olaraq təhsilin idarə olunmasında iştirak etməkdir.
Bu baxımdan təhsilin magistr pilləsində tədris olunan “Təhsil menecmenti” fənni tədris proqramına daxil edilmişdir. Proqramın hazırlanması da bu zərurətdən irəli gəlmişdir.
Beləliklə, ixtisasından və təhsil formasından asılı olmayaraq təhsilin magistr pilləsinin hər bir məzunu təhsilin təşkili və idarə olunması, xüsusilə təhsil menecmenti məsələləri sahəsində müəyyən həcmdə bilik və bacarıqlar qazanmalıdır.
Tərtib etiyimiz proqram məhz bu boşluğu doldurmağa xidmət edir.
Fənnin mənimsənilməsi nəticəsində magistrantlar bilməlidirlər:
İdarəetmənin əsas pillələrini, funksiyalarını, menecmentin işdə aparıcı rolunu, təhsilin idarəedilməsinin qanunauyğunluqlarını.
“Təhsil menecmenti” fənni üzrə nümunəvi tematik plan
Təhsil menecmentində idarəetmənin modernləşdirilməsi və yeni inkişaf modelləri
2
2
15
Təhsil menecerinin pedaqoji prosesinin təkmilləşdirilməsinə rəhbərliyi
2
2
Cəmi:
30 s.
30 s.
1. Təhsildə menecmentin mahiyyəti və məqsədi Menecmentin məfhumunun mahiyyəti, onun nəzəri və əməli inkişafı. Menecmentin məqsədi və vəzifələri. Menecmentin xarakterik xüsusiyyətləri. Menecment və onun funksiyaları. Menecment anlayışı. İdarəçilik əməyinin zəruriliyi və tarixi. Qədim Şumerlərdə, Yunanıstanda, Misirdə və Romada idarəetmə sistemi. Menecment haqqında fikirlər və onların təkamülü. Menecmentin elm sahəsinə çevrilməsi. Menecment məktəbləri “Elmi-menecment məktəbi”, “İnzibatçılıq məktəbi”, “Psixologiya və insan münasibətləri məktəbi”, “İdarəetmə elmi məktəbi”, “İnsan-insan” peşələr sistemi, Müasir dövrdə idarəçilik elminin inkişafının əsas istiqamətləri. Menecment elminin obyektləri. Təbiət, maşın sistemi, cəmiyyət, istehsal və qeyri-istehsalsahələri, social-iqtisadi sistemlər idarəetmənin obyekti kimi. Menecment kursunun predmeti. İdarəçilik münasibətləri menecmentin tətqiqat predmeti kimi. İdarəetmə proseslərinin tədqiqinin və dərk edilməsinin üsulları. Menecment kursunun qarşısında duran məqsəd və vəzifələr.