AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Jurnalistika fakültəsi
Beynəlxalq jurnalistika kafedrası
JURNALİSTİKA VƏ MÜASİR DÖVRÜN
QLOBAL PROBLEMLƏRİ
jurnalistika fakültələrinin müəllim və tələbələri üçün
TƏDRİS-METODİK
VƏSAİT
Azərbaycan Respublikası
Təhsil
Nazirinin 10.05.2012-ci il tarixli 799
saylı əmri ilə tədris-metodik vəsait
kimi təsdiq edilmişdir.
B
AKI
–
2012
Tərtib edənlər: dos.
İ.A.MAZANLI
b/m.
A.Ə.ZEYNALOVA
Elmi redaktor: dos. H.A.VƏLİYEV
Rəyçilər: prof.
Ş.Q.VƏLİYEV
prof. N.A.ƏHMƏDLİ
dos. V.Z.ƏLİYEV
Bakı Slavyan Universitetinin Yeni media
və kommunikasiya texnologiyaları
kafedrası
Mazanlı İ.A., Zeynalova A.Ə.
Jurnalistika və müasir dövrün qlobal problemləri: Tədris-
metodik vəsait. – Bakı: “Bakı Universiteti” nəşriyyatı. 2012,
107 s.
Tədris-metodik vəsait jurnalistika fakültələrinin müəllim
və tələbələri üçün nəzərdə tutulmuş, bəşəriyyətin taleyinin asılı
olduğu qlobal problemlərin araşdırılması, düzgün anlaşılması,
həlli, ən əsası isə KİV-in bu prosesdə iştirakı məsələlərinə həsr
olunmuşdur. Buradakı materiallar tədqiqat metodlarının, siyasət və
siyasi qlobalistika elmininin əldə etdiyi nəticələrin, “qlobal
problem” paradiqmasının və bu problemlərin həllində
sinergetikanın (KİV-in iştirakı ilə) tətbiqi əsasında zamanın
çağırışına adekvat cavabların tapılması üçün jurnalist tələbələrdə
müvafiq bilik və peşəkarlıq vərdişlərinin formalaşdırılmasına
xidmət edir. Vəsait yönəldici, tövsiyə xarakteri daşıyır və
problemin öyrənilməsi yanaşmalarını tam əhatə etmək iddiasında
deyil. Fənnin tələbələr üçün daha maraqlı və cəlbedici olması
məqsədi ilə onun məzmun və metodik əhəmiyyətinin
zənginləşməsində müəllim həmkarlarımızın ideyalarına ümid
edirik.
Dostları ilə paylaş: |