Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

 

IV HİSSƏ 

349 


 

IV Hissə 

 

Ədəbiyyatla baðlý tədqiqatlar 

 

 

IV. 1. Füzuli poetikasının fonetik özəllikləri 

 

Məlumdur ki, türk dünyasının ünlü şairi Məhəmməd Füzuli öz 



əsərlərini əruz vəznində yazıb. O, incə şeirin türk dilində yazılması 

çətinliklərindən söhbət açırdı, lakin türk ləfzilə  şeirlər yazmağın 

böyük çətinliyini asan elədi“. M.Füzuli özündə qüdrət tapdı  və 

sirlərinə  bələd olduğu ana dilində  şeir yazmağın çətinliyini asan 

elədi. Unutmaq olmaz ki, M.Füzuli ərəb və fars dillərini də 

mükəmməl bilirdi. Ancaq o bütün poeziyasında türk dilinin 

əzəmətini qoruyub saxlaya bilmişdi. Elə bu səbəbdəndir ki, onun 

əsərləri bütün türk dünyasının sevimlisinə çеvrilmişdir. 

Əruz vəzni ünlü səslərin, yəni saitlərin uzunluğuna və 

qısalığına əsaslanır. Biz şairin „Məni candan usandırdı, cəfadən yar 

usanmazmı“ rədifli qəzəlində bunu aydın görürük: /mura:dım/, 

/şə:mi/, /bima:rinə/, /ca:nan/, /dəra:yi/, /bima:r/. Bu cür misallarla 

biz şairin başqa şeirlərində də rast gəlirik. 

Ancaq saitlərin uzun və  qısalığı ilə yanaşı Füzuli şeirinin  ən 

böyük şirinliyi onun fonetik alliterasiya və polindromdan (məqbul) 

məharətlə istifadə edə bilməsindədir. Biz irəlidə  şairin 

„Usanmazmı“ və „Vətənim“ rədifli iki qəzəlinin fonetik təhlilindən 

əldə etdiyimiz nəticələr barədə danışacağıq. 

Adı  çəkilən qəzəllərdə /an-an-an-an/, /ım-əm-im/, /mə-mə-

ma/, /nə-ni-nə/, /dil-dil/ və s. hecaları ya eyni, ya da kiçik 

dəyişikliklərlə alliterasiya yaradır. Məs.: 

Məni candan usandırdı, cəfadən yar usanmazmı? 

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? 

Və ya 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

350


Canı canan diləmiş verməmək olmaz ey dil! 

Nə niza eyləyim ol nə sənindir, nə mənim. 

Füzuli qəzəllərinin ahəngdarlığından söhbət açan M.Adilov 

onun polindrom və alliterasiyadan gen-bol bəhrələndiyini xüsusi 

qeyd edir. 

Bunlardan birincisi tək bir fonem fərqilə  işlənən sözlərdir. 

Buna misal olaraq həmin qəzəllərdə /canan-ehsan-dərman/, /inanar-

inanmaz/, /yanar-qan-giryan/, /mail-zail/, /sevdadır-rüsvadır/ kimi 

qafiyələri göstərmək olar. 

Şair bu qəzəllərində bir fonemin əvəzlənməsilə yaranan 

polindromun metaqram növündən geniş istifadə edir. Məs.: 

/yanmazmı-sanmazmı/, /inanmazmı-oyanmazmı/, /utanmazmı-

usanmazmı/ və s. 

Füzulidə polindromla alliterasiya arasında duran təkrarlar da 

vardır. Bu da şeirin ahəngdarlığını və bədiiliyini artırır, xüsusilə tam 

polindrom (məqlub) bir üslubi priyom kimi işlənir. /Mehr-rəhm/, 

/diləmiş-dil/ və s. 

Söz ortasında sait dəyişikliyi (/mən-min/), söz başında samit 

dəyişikliyi (/mən-sən/) istiqamətinə görə  fərqli olsalar da, onlar 

ahəngdarlığa xidmət edir. Doğrudan da, aşağıdakı misralar çox şirin 

səslənir: /Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı/ və ya 

/Degildim mən sənə mail, sən etdin əqlimi zail// və s. 

Bu qəzəllərdə saitlər düzümü çox maraqlı poetik üslub 

yaradır. Aşağıdakı misralarda ancaq incə saitlərin işlənməsinə 

baxaq: 

/Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim!/ və ya 



/Dəhənü qəddü rüxün qönçəvi sərvü səmənim/ 

/Vətənimdir, vətənimdir, vətənimdir, vətənim// 

M.Adilov yazır ki, polindrom ərəb, alliterasiya isə türk şeiri 

üçün səciyyəvidir. Polindromun bəzi növləri daxili alliterasiyaya 

aiddir. 

Şairin təhlil etdiyimiz „Vətənim“ rədifli qəzəlində hər misra, 

hər beyt, hətta bütün qəzəl fonemlərin alliterasiyasına  əsaslanır. 

/Canı canan diləmiş verməmək olmaz ey dil!/ misrasında həm açıq 



IV HİSSƏ 

351 


saitli hecalar (ca, ca, mə, nan, maz, ma/, həm də yüksək tonlu (incə) 

saitlərdən ibarət hecaların (dil, iş, ey, dil) təkrarlanması  şeirin 

ahəngdarlığını  təmin edir. Ən maraqlısı odur ki, hecanın fonetik 

strukturunda kompakt saitlər (/a,o,u,ı/) sonorlarla, diffuzlar isə (/e, 

ə, ü, i, ö/) küylü samitlərlə qonşuluqda işlənmişdir. 

Qəzəlin ikinci misrasında isə sonor bolluğu onun ahəngini 

daha da artırır. Burada /n/ 7 dəfə, /m/ və /l/ 3 dəfə, digər cingiltili 

samitlər 4 dəfə  işlənmişdir. Bunun müqabilində yalnız bircə  dəfə 

küylü, kar, novlu /ç/ samiti işlənmişdir. Müq.et: 

/Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim// 

Bundan fərqli olaraq aşağıdakı misrada fışıltılı, novlu samitlər 

daha çox işlənib, çünki bu misrada söhbət eşq mövzusundan gedir: 

Müq.et: 

/Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim// 

Yalnız incə saitlərin işləndiyi bu misrada 21 samitdən 11-i 

cingiltili, süzülən və sonor samitlərdirsə, 10-u küylü samitdir. 

Bundan sonrakı misrada isə 19 samitdən üç dəfə təkrar işlənən /m/, 

/r/, /b/, /d/ samitləridirsə, /h/ və /m/ cəmisi 2 dəfə  təkrar olur. 

/Vətənim/ rədifli  şeirdəki misraların son sözü üç hecalı olub 

təxminən eyni fonetik qəlibdə düzülüb: /bədənim-kəfənim-nə 

mənim-həzənim-(zə) fi tənim - (pir) əhənim-səmənim-vətənim/. 

Burada yalnız 4 halda qafiyələrdəki cingiltili samitlər müvafiq kar, 

küylü samitlərlə  əvəzlənsələr də, son hecada tamamilə  həmahəng 

olur: /nim/. Onlar dodaq və ya dilarxası samitləri olmaqla spektral 

xarakteristikasına görə  aşağı tonlu samitlərdir.  Şeirin misralararası 

və bəndlərarası bağlılığı məhz bununla izah olunur. Eyni vəziyyətlə 

biz /usanmazmı/ rədifli qəzəldə rastlaşırıq. Bu qəzəldə /anmazmı/ 

parçası bütün misralarda təkrar olunur, lakin misra daxilində 

ahəngin qorunub saxlanması üçün əvvəlində /us-, s-, in-, oy-, bul-, 

ut-, us-/ kimi fonem və fonem birləşmələri gələn sözləri işlətməklə 

şair qəzəlin ümumi fonetik arxitektonikasını saxlaya bilmişdir. Özü 

də qəzəlin birinci sintaqmı təsdiqdə, ikinci sintaqmı isə ritorik sual 

formasında işlənməklə təzad yaranır. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

352


Böyük alman alimi E.Sivers yazırdı ki, bütün heca düzəldən 

saitlər öz aralarında eyni cür səslənməsi və eyni cür olması ilə 

alliterasiyalaşır.

5

 



V.M.Smirnitski isə müəyyən intervallar üzrə 

səs 


birləşmələrinin təkrarlanması faktını və misralar arasında xarici səs 

əlaqələri yaratmaq faktını dilə deyil, ədəbiyyata aid edirdi

.6

 

Bu fikirlə heç cür razılaşmaq olmaz. Dilin fonemləri 



sintaqmatik səviyyədə müəyyən fonotaktik qaydalarda birləşməyə 

girə bilirlər. Dil sistemində mümkün olmayan model danışıq 

aktında gələ bilməz, gəlsə də, qulağa yad səslənər və qəbul edilməz. 

Misrada gələn samitlərin artikulyator baxımdan oxşar olması 

/Vətənim/ rədifli qəzəldə aydın görünür. /p-d-c-n-d-n-t-n-e-b-b-d-e-

v/ samitləri həmin qəzəlin misralarının başında gəlir. Onlardan bir 

neçəsi eyni tələffüz üsuluna və məxrəcinə malikdir: /d-c-n-t/. Digər 

tərəfdən həmin qəzəlin ikinci misraları açıq hecalarla başlayır. 

Füzuli sənətinin  ən ecazkar tərəfi ondadır ki, şair qəzəldə 

misralar daxilində harmoniya yaratmaqla yanaşı bütün qəzəli eyni 

və ya oxşar kəlmələrlə bağlayır. Təhlil etdiyimiz iki qəzəldə ikinci 

misraların axırıncı hecası eyni fonem tərkibinə malikdir: /ənim/ və 

/anmazmı/. /Vətənim/ rədifli qəzəldə  rədif bütün qəzəlin ruhuna 

uyğun olaraq incə saitlərlə, ikinci qəzəldə isə misralar qalın saitli 

sözlərlə yüklənib. Bundan başqa hər iki qəzəlin sonuncu hecalarında 

sonor samitlərdən /m/ və /n/ iştirak edir. Birinci qəzəldə dodaq 

samiti misranı qapalı, ikincidə isə /ı/ saiti onun açıqlığını təmin edir. 

Azərbaycan dilində hecaların təkrarı ilə yaranan kəlmələr çoxdur. 

Ancaq belə sözlərin seçilib misraya daxil edilməsi şeirə bir şirinlik 

verir: /sənsən/, /verməmək/, /gəmzədəyəm/ və s. 

Son dövrlərin fonoloji tədqiqtları sübut edir ki, Azərbaycan 

türkcəsində hind-Avropa dillərindəki anlamda söz vurğusu yoxdur. 

Sözün fonetik cildini onun birinci və axırıncı hecalarındakı sait 

müəyyənləşdirir ki, bu da sözün fonetik strukturunun həmahəngliyi 

deməkdir. Biz bu xüsusiyyətləri ikizirvəlilik nəzəriyyəsilə izah 

edirik


.



IV HİSSƏ 

353 


Bu nəzəriyyəyə görə sözün birinci hecasındakı sait onun 

bütövlükdə qalın və ya incə, dodaq/qeyri-dodaq çalarında 

köklənməsini təmin edir. 

/ə-e-i/ + /a+i/ + /ü+u/ + /i+ə/ + /i+a+ı/ + /ə+ə+i/ 

/pəm+be+yi da+ği cü+nun i+çrə ni+han+dır bə+də+nim// 

Bu misrada /daği/ və /nihandır/ sözləri „i“ ilə yazılsalar da, 

onlar sözlərin sinharmonik modelinə uyğun olaraq /ı/ ilə  tələffüz 

olunurlar. Digər tərəfdən birinci hecada dodaq saiti işlənirsə, 

deməli, sonrakı hecalarda da dodaq saiti gəlməlidir. Elə bu relevant 

əlamətə görə M.Füzulinin hər bir şeirində və misrasında hansı sözün 

türkcə olub-olmamsını asanlıqla müəyyən edə bilərik. Bu kriteri-

yaya görə /libasım/, /niza/, /ahım/, /zənbur/, /tömgi/, /daireyi/, 

/dövlətdir/ və s. sözlərin türkcə olmadığını təyin edirik. 

Həmahəngliyin digər əlaməti Azərbaycan sözlərində prosodik 

əlamətin sonuncu heca üzərinə can atmasıdır. Müq.et: /bədənim/, 

/səmənim/, /vətənim/ və s. 

Beləliklə, biz istənilən halda M.Füzulinin yaradıcılığında ərəb 

və fars mənşəli sözləri bu iki əlamətə görə asanlıqla müəyyən edə 

bilərik. Uzun və  qısa saitli sözlərin təhlili isə onların  ərəb və fars 

mənşəli olduğunu asanlıqla sübut edir. 

Əlbət ki, bir çıxışda ulu sənətkarımızın bütün yaradıcılığını 

əhatə etmək qeyri-mümkündür. Sadəcə olaraq bu təhlil bir daha 

təsdiq edir ki, M.Füzuli söz seçimində  və misra boyu onun 

işlənməsində türk dilinin ritmik-melodik özəlliklərini gözləmiş  və 

onun fonoloji-fonotaktik qəlibinə ardıcıl  əməl etmiş, nəticədə türk 

şeirinin əvəzsiz və bənzərsiz arxitektonikasını yaratmışdır. 

"Füzuli" "Yol bizim kültür araşdırma yayınları". 16-cı Sim-

pozium. Dizisi 5 Ankara, 2010, s.40-45. 



 

Ədəbiyyat 

1. A.Axunlov. Dil və  ədəbiyyat. II cild. -Bakı, 2003, s.9. 

A.Axundov bu sözləri  şairin 41-ci qitəsindən aşağıdakı beytinə  əsasən 

söyləyir: 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, 

Nəzm-nazik türk ləfzilə ikən oluşvar olur. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

354


Ləhceyi - türki qəbuli – nəzm tərkib etməyib. 

Əksərən ədfazi namərbutü nahamvar olur. 

Məndə tövfiq olsa bu dişvai asan eylərəm. (M.Füzuli. Əsərləri. 5 

cilddə, I cild, Bakı, 2006, s. 383). 

2. F.Veysəlli. Dilçilik ensiklopediyası. -Bakı, 2006, s.33. 

3. M.Adilov, M.Füzulinin üslubu və poetik dili. -Bakı, 1996, s. 9-

80. 

4. Yenə orada, s. 54-55. 



5. E.Sievers. Altgermanische Metrik. Halle, s.36. 

6.  А.I.Смиринцкий.  Обективностъ  существования  языка. «Ис-

тория советского языкознания (хрестоматия)». M., 1981, s.69-70. 

7. F.Yadigar (Veysəlli). Fonetika və fonologiya məsələləri. -Bakı, 

1993; F.Veyselli. Azerbaycan türkcesi fonetiği. Ankara, 2008. 

 

IV. 2. Təpəgözlə Hagen arasındakı oxşarlıqlar 

 

Məlum olduğu kimi, “Kitbi Dədə Qoqud” dastanının qələmə 



alındığı tarix mübahisəlidir. 

Bu dastan haqqında ilk sanballı  əsəin müəllifi M.Ergin yazır 

ki, onun bir əsr yarım tarixi vardır. M.Erginin 1958-ci ildə 

Ankarada çap etdirdiyi “Dede Korkut Kitabı” çox ciddi bir tədqiqat 

işidir. Bu kitaba “Ön söz” (5 səhifə) və ”Giriş” (70 səhifə) M.Ergin 

dastanın 12 boyunu geniş şərhlərlə daxil etmişdir (s.71-251).

1

 

Məlumdur ki, böyük alman ziyalısı F.fon Diits 1814-cü ildə 



Türkiyədə Prusiyanın səfiri olarkən (1784-1790) Drezden Kral 

kitabxanasında “Kitabi Dədə Qorqud” dastanının “Təpəgöz” 

boyunu öz əlilə köçürərək almancaya tərcümə etmiş  və öz 

mülahizələrilə birlikdə “Asiya haqqında düşüncələr” (Berlin, 1811-

1815)  əsərinin 2-ci cildində orijinalla birlikdə çap etdirmişdir. 

Həmin orijinal və tərcümə 2002-ci ildə Xəzər Universitetinin “Dədə 

Qorqud aşiqi” adlı toplusunda məşhur mütərcim  Ə.Şmidenin 

“Giriş” və F.fon Diits haqqında digər bir neçə müəllifin 

məqalələrilə birlikdə yenidən çap olunmuşdur. Topluda F.fon 

Diitsin “Təpəgöz və ya oğuz siklopu” adlı məqaləsini boyun özü ilə 

birlikdə alman dilindən azərbaycancaya tərcümə etmişik.

2

 



IV HİSSƏ 

355 


Almanların “Nibelunqlar nəğməsi”ndə olduğu kimi “Kitabi 

Dədə Qorqud”da da bir mübarizlik ruhu var. Almanların dastanında 

olduğu kimi, bizim dastanda da dini və irqi zəmində heç bir 

qarşılaşma yoxdur. “Nibelunqlar nəğməsi”ndə  cərəyan edən 

hadisələr geniş planda götürüldükdə Niderlandın keçmiş sakinləri 

nibelunqlar, almanlardan burqundiyalılar, islandiyalılar və 

macarlarla bağlıdır. Bunlar əsas obraz kimi verilən xalqlardır. Digər 

tərəfdən isə dastanda başqa xalqların çoxlu nümayəndələrinə rast 

gəlmək olur. Dastanın 22-ci boyunda 50 beytlik şeirdə (1336-1386-

cı bəndlər) söhbət hunların imperatoru Etselin (Atillanın) Krimhildi 

qarşılamasından gedir. Qarşılamada Avropada yaşayan müxtəlif 

xalqların nümayəndələri üz-üzə  gəlir, bir masa ətrafında oturub 

bayram - izdivac mərasimi keçirirlər

3

.   Burada 



xristianlarla 

bütpərəstlər qarşılaşsa da, dini zəmində heç bir qarşıdurma səhnələri 

təsvir olunmur. Bu qarşılama mərasimində (17 gün ərzində) 

müxtəlif dillərdə danışan adamlar bir araya gəlir, iki millətin toy 

mərasiminə sevinclə qatılırlar. Burada ruslar, yunanlar, polyaklar, 

valaxenlilər, ukraynalılar, hətta türk dilli peçeneklər də  iştirak 

edirlər. Danimarkadan, Halvetiyyədən (İsvecrədən), Avstriyadan və 

digər Dunay sahili ölkələrdən olan mərasim iştirakçılarını da nəzərə 

alsaq, görərik ki, bu dastanda, sözün əsl mənasında xalqlar dostluğu 

tərənnüm olunur. 

Qeyd edək ki, almanların dastanında düşmənçilik  əhval 

ruhiyyəsi heç də din və dil müxtəlifliyindən irəli gəlmir. 

Düşmənçiliyin  əsl səbəbi qadın məkridir. Dastanın sonunda eyni 

dindən olan və eyni dildə danışan adamların bir-birinə olan 

barışmaz nifrəti burqundiyalıların süqutuna səbəb olur. Bunu 

dastanın 39-cu boyu aydın göstərir. 

Türk dastanında da əsasən  şər qüvvələrlə, tayfa daxilində  və 

tayfalararsı çarpışmalar təsvir olunur. “Kitabi Dədə Qorqud”un 

Təpəgöz boyu (s.206-215) ədalətlə  şərin mübarizəsi və bu 

mübarizədə  ədalətin zəfər çalması - Təpəgözün öldürülməsi nə 

qədər sevindiricidir, insanidir və həyata ümidvericidir. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

356


Dastanların hər ikisində diqqəti cəlb edən onların qələmə 

alınmasından xeyli əvvəl yaranmasıdır. “Kitabi Dədə Qorqud”un, 

mütəxəssislərin dediyi kimi, islamdan xeyli qabaq meydana gəlməsi 

faktdır, hərçənd ki, dastanın “Təpəgöz” boyunda Məhəhmməd ə.s.-

ın adı  çəkilir və, F.fon Diiets çox doğru olaraq, bunu sonrakı 

xəttatların  əlavəsilə izah edir. Əslində dastanda cərəyan edən 

hadisələr çox-çox qabaqlarda baş vermişdir. 

“Nibelunqlar nəğməsi” də  əsər kimi təxminən 12-ci əsrdə 

meydan gəlsə də, onda cərəyan edən hadisələr bir neçə əsr qabaqlar 

baş verdiyi elə dastanın özündən bəlli olur. Dastanda yer alan Attilla 

- hunların hökmdarı (434-453) V əsrdə yaşamışdır və dastanda bunu 

təsdiq edən bilavasitə tarixi faktlar var (22-39-cu əhvalatlar). 

Dastanlar arasında ikinci maraqlı  cəhət onların müəlliflərinn 

kimliyinin məlum olmamasıdır. “Nibelunqlar nəğməsi” dastanına 

əlavədə qeyd olunur ki, bəzi şərhedici məqamlar istisna olunmaqla 

əsərin kim tərəfidən yazıldığı tam məlum olmur. Bir çox 

mənbələrdə müəllifin dolayısı ilə Passaunun keşişi olması 

vurğulanır. Onun da ləqəbi Pilqrim olub. Digər tərədən isə 

Volfgerin də adı qeyd olunur.

4

 



Eyni sözləri “Kitabi Dədə Qorqud” haqqında demək olar. 

F.fon Diits adı çəkilən tərcüməsinə yazdığı girişdə dəfələrlə təkrar 

edir ki, bu mətnin müəllifi üçüncü adam olmuşdur (bax s. 25), yəni 

Dədə Qorqudun özü bilavasitə dastanı  qələmə alan hesab edilə 

bilməz. Həm də vaxt baxımından bütün hadisələrin Qorqud 

zamanında baş verdiyi vurğulansa da, dəqiq tarixi bəlli deyil. F.fon 

Diiets oğuzların 3 min ildən artıq yaşı olduğunu xüsusi qeyd edir 

(s.25). “Bu müqayisədən sonra çətin inkar etmək olar ki, oğuz 

müəllif, necə adlansa da, və Homer eyni nəhəngdən danışmış və ya 

daha çox hər iki nağılda eyni material əsas götürülüb, çünki olaylar 

nə qədər maraqlı olsa da, müxtəlif ərazidə və zamanda baş versə də, 

təsadüfən bu qədər eyni formalı  nəql edilə bilməzdi. Bu eyniliyin 

əsası, güman ki, aydın və mübahisəsiz faktların yəqinliyilə izah 

edilə bilməz. Ancaq əsaslar var, elə buna görə  də özümü dilə 



IV HİSSƏ 

357 


tuturam ki, oğuz siklopu homerinkindən köçürülmə deyildir (s.34). 

Onlar aşağıdakılardır: 

“Kitabi Dədə Qorqudun” məlum Drezden variantında 12 

boydan biri “Basatın Təpəgözü öldürdüyü” dastan adlanır.

5

 Bu 


boydakı hadisələr bir növ “Nibelunqlar nəğməsi”ndəki 16-cı 

aventürə oxşayır. Bu da ondan ibarətdir ki, alman dastanında Hagen 

Zigfridi kürəyindəki yamaq yerindən vurub öldürür. Bu da Hagenin 

hiyləgərliyi, Krimhildi dilə tutub onun dilindən söz alması 

nəticəsində mümkün olmşdu. Ova getməzdən  əvvəl Krimhild 

Zigfridə görə çox həyəcan keçirdiyini dilinə gətirir və deyir ki, onun 

kürəyində bir balaca yer var ki, oraya əjdaha qanı düşməyib. Oranı 

qorumaq lazımdı. Bu zaman Hagen xanıma deyir ki, Krimhild o 

yeri yamaqla yamasın ki, onu düşmən gülləsindən qorusun. 

Azərbaycan dastanında isə  Təpəgözü, bu adamyeyən 

yaramazı öldürə bilməyən Basat qocalardan soruşur ki, bu divi necə 

öldürmək olar, onlar da cavabında bildirirlər ki, onun yalnız 

təpəsindəki gözündə ət var və Basat da Təpəgözü orasından vurub 

kor edir. Sonrakı hadisələrdə isə Basat xeyli diribaş  tərpənib 

müxtəlif hiylə və fəndlərlə Təpəgözün göstərdiyi qılınclardan birilə 

onun başını üzüb atır. 

Təpəgöz daha yırtıcı  və insana yad xassələrə malikdir. 

Ə.Şmide yazır ki, alman şairi və mütəfəkkiri Y.V.fon Qöte Təpəgöz 

boyu ilə onun tərcüməsində tanış olur. “Bilindiyi kimi F.fon Diits 

Təpəgöz hekayətini Homerlə qarşılaşdırıb, bu süjetin daha qədim 

olduğu, hətta Homerə örnək olduğu düşüncəsini savunur. Bu qədər 

irəli getməkdən çəkindiyi anlaşılan Qöte isə, Təpəgöz imacında 

dünyanın başına müsibət gətirən zalımların cisimləndiyi kanısın-

dadır.”


6

 Y.V.fon Qöte Təpəgöz timsalında “Timurnamə” və 

“Dostnamə” adlı  əsərlər yazmağı planlaşdırırdı. Ancaq bunları 

həyata keçirə bilməyən  şair özünün “Qərb-şərq divanın”da və ona 

yazdığı 100 səhifəlik qeydlərində şərqin 7 dahi şairini, o cümlədən 

Nizamini vəsf edir.

Məlumdur ki, Y.V.fon Göteyə  şərq aləmi, xüsusilə  də türk 



dünyası haqqında, məlumatarı  məhz F.fon Diits çatdırdı. Ancaq 

Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

358


F.fon Diits tərcüməsindən  əvvəl böyük bir giriş yazmış  və burada 

“Kitabi Dədə Qorqud”un yaranması  və  təhlililəə bağlı böyük bir 

giriş vermişdir. 

F.fon Diits girişdə yzır ki, oğuzlar xrstianlıqdan 9 əsr qabaq 

olmuşlar və "Dədə Qrqud" oğuzların abidəsidir. Dastanda Allahın 

vəsfindən sonra Məhəmmədin  ə.s. vəsfi gəlir, ancaq Əlinin adı 

çəkilmir. Deməli, dastanın müəllifi və ya toplayanı  hənəfit (şiə) 

olmayıb. Dədə Qorqud əhvalatları öz adından danışmır, üçüncü 

şəxsin adından danışır. Hər  əhvalatda Dədə Qorqud gəlib öyüd-

nəsihət verən rolunda çıxış edir. 

Təpəgözü xarakterizə edərkən F.fon Diits onu mahiyyətcə 

yunan siklopu, xüsusilə  də Homerin polifemilə müqayisə edir. 

Yunanların sikloplarını üç yerə bölən F.fon Diits Siciliya 

sikloplarını adanın ilkin sakinləri hesab edir. Bu müəllif iddia edir 

ki, oğuz və Homer siklopları bir cəhətlərinə görə eyni olmaqlarına 

baxmayaraq Homer bu barədə heç nə demir. K.Abdulla isə hansının 

daha qədim olmasına münasibət bildirərək yazır ki, “daha qədim 

kimdir?” axtarışlarına ehtiyac yoxdur.

8

 

Alman F.fon Diits oğuzların  əvvəllər Təpəgözə malik 



olmasını belə izah edir ki, onlar yunan mifologiyası ilə tanış 

olmayıblar. Ona görə  də onlar Homerin əsərlərini tərcümə edə 

bilməzdilər, etsələr də, mifoloji şeyləri dərk edə bilməyəcəkdilər. 

Homer Asiyaya səfərləri zamanı  tərcüməçilərin köməyilə  Təpəgöz 

haqqında eşitməmiş olmazdı. Digər tərəfdən oğuz siklopu başdan 

axıra qədər öz ifadəsini tapıb, halbuki Homerin Polifemi kopyadır, 

bir parçadır və  əlavə edir ki, oğuz yazarı  əslində Homerdən daha 

çox məlumatlı olub (s.34). 

Beləliklə, F.fon Diits bu nəticəyə  gəlir ki siklop mövzusu 

Homerdən asılı olmayaraq şərqdə çoxdan mövcud olmuşdur (s.35). 

Biz ümidvarıq ki, bu iki möhtəşəm dastanın müqayisəsi elmə 

böyük sirləri açmaqda köməklik göstərə bilər. Maraqlıdır ki, 

"Nibelunqlar nəğməsi"nin mənfi qəhrəmanı Hagen çox amansızdır, 

qəddardır, ancaq o, mifik deyildir, adi mərhəmət hissini itirmiş bir 



IV HİSSƏ 

359 


cəlladdır. O heç nəyə baxmır, hətta Etselin Krimhilddən olan balaca 

oğlu Ortlibin başını uf demədən bədənindən ayrır. 

Təpəgöz isə mifikdir, adamyeyəndir, gər gün 50-60 adam 

yeyir, sonradan isə  oğuzlarla danışıqlar nəticəsində  hər gün iki 

adam və 50 qoyun yeməyə razılıq verir. Onu kor qoyan və başını 

bədənindən ayıran Basat da elə belə adam deyil, uşaqlığında  şir 

südü ilə qidalanmışdır. Hagenin Balmunq adlı  qılıncı Zigfriddən 

qalma qılıncdır, onunla Hagen neçə-neçə adamları qanına qəltan 

eləyir. Basat da Təpəgözü iki qılıncdan birilə öldürür. Ancaq alman 

dastanında Balmunq sehrli qılınc olduğu kimi, "Kitabi Dədə 

Qorqud"da Təpəgözün su pərisinin-anasının ona bağışladığı üzük 

məğlubedilməzliyin rəmzlərididr. 

Bu dastanların oxşar süjetlərindən və səhnələrdən danışarkən 

onlarda təsvir olunan sevginin, şənliklərin, ov səhnələrinin, 

geyimlərin, atların, döyüş və yarış epizodlarının və digər neçə-neçə 

adət  ənənələrin təhlilindən sonra qəti qərara gəlmək olar ki, bu 

dastanların bir-birinə qarşılıqlı təsiri olub ya yox. Bu isə ciddi elmi 

araşdırmaların, tipoloji-qarşılaşdırma və tekstoloji təhlilin 

nəticəsində mümkün ola bilər. 

Biz bu kiçik yazıda iki dastanın bəzi oxşar və  fərqli 

cəhətlərindən danışdıq. Ümidvarıq ki, Azərbaycan tədqiqatçıları 

alman xalqının bu böyük abidəsini öz dilimizdə oxumaqla onu 

“Kitabi Dədə Qorqud”la geniş  şəkildə müqayisə etmək üçün yeni 

mənbə əldə edəcək və maraqlı nəticələrə gələcəklər. 

 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə