AZƏRBAYCAN
Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan
respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir. Faktiki
olaraq prezident hakimiyyəti hökumətin icra, qanunvericilik və məhkəmə qolları
üzərində üstünlük təşkil etmişdir. 7 noyabr parlament seçkiləri Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə bağlı bir
sıra əsas standartlarına cavab verməyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun (DTİHB) yekun hesabatına görə, seçki çatışmazlıqlarına
namizədlərin qeydə alınma prosesindəki qüsurlar, sərbəst toplaşma və ifadə
azadlıqlarına qoyulan məhdudiyyətlər, məhdudlaşdırıcı siyasi mühit, namizədlərin
mediada qeyri-bərabər işıqlandırılması və səslərin sayılması, eləcə də protokolların
tərtib edilməsində problemlər daxildir. Eks-prezident Heydər Əliyevin oğlu,
Prezident Ilham Əliyev 2008-ci ildə qüsurlu seçkilərdə 2-ci müddətə seçilib;
konstitusiya ilə mandatlaşdırılmış prezidentlik müddətinə qoyulmuş limit ciddi
qüsurlar olan 2009-ci il referendumu vasitəsilə ləğv edilib. Ölkədə 50-dən çox
siyasi partiya olsa da, prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyası siyasi arenada dominantlıq edir. Ermənistanın dəstəyi ilə etnik erməni
separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər hissəsinə və yeddi ətraf
Azərbaycan ərazisinə nəzarət etməyə davam edib. Dövlət həmin ərazilərdə baş
verən hallara heç bir nəzarət həyata keçirməmişdir.
Təhlükəsizlik qüvvələri
üzərində nəzarət mülki qurumların səlahiyyətində olmuşdur.
İfadə, toplaşma və birləşmə azadlıqlarına qoyulan
məhdudiyyətlər siyasi
partiyaların fəaliyyətini pisləşdirmiş və vətəndaşların sülh seçkiləri yolu ilə
hökuməti dəyişmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Polisdə
və hərbi orqanlarda insanların döyülməsi və işgəncələr nəticəsində ən azı yeddi
nəfərin ölümü və hüquq-mühafizə orqanlarının cəzasız qalması ilə bağlı məlumat
vardır. Həbsxana şəraiti ümumiyyətlə sərt, bəzi hallarda isə insan həyatı üçün
təhlükəli olmuşdur. Xüsusilə hakimiyyətə siyasi müxalif hesab edilən şəxslərə
münasibətdə həyata keçirilən əsassız həbs və saxlamalar və məhkəmədən öncəki
uzun müddətli saxlamalar davam etmişdir. Səlahiyyətli orqanlar həmin şəxslərdən
bəzilərini il ərzində azad etsə də, dövlət siyasi motivlər səbəbindən insanları həbs
etməyə davam etmişdir. Hüquq-mühafizə və məhkəmə orqanları da daxil olmaqla,
geniş yayılmış korrupsiya halları davam etmişdir. Kütləvi informasiya vasitələrinə
təzyiq və məhdudiyyətlər və siyasi iştiraka məhdudiyyətlər daha da pisləşmişdir.
Bəzi hallarda dövlət dini azadlığı məhdudlaşdırmağa davam etmişdir. Qadınlara
qarşı zorakılıq halları barədə məlumat verilmişdir. İnsan alveri problem olaraq
qalmışdır.
İNSAN HÜQUQLARINA HÖRMƏT
AZƏRBAYCAN
2
Bölmə 1 İnsan toxunulmazlığına hörmət, o cümlədən:
a. Həyatdan əsassız yaxud qeyri-qanuni məhrumetmədən azadlıq
Hökumət yaxud onun nümayəndələrinin il ərzində əsassız yaxud qanunsuz qətl
törətməsi ilə bağlı məlumat daxil olmamışdı, amma insan hüquqlarının
monitorinqini həyata keçirən şəxslər məlumat vermişlər ki, polis yaxud hərbi
orqanlar tərəfindən nəzarət olunan təcridxanalarda ən azı yeddi nəfər vəfat etmişdir
.
Ceyhun Zərbəliyev martın 25-də Nəsimi rayon 19-cu polis bölməsində ölüb. Polis
onu martın 23-də saxlamışdı. Rəsmilər Zərbəliyevin intihar etdiyini iddia edib.
Daxili İşlər Nazirliyi bildirib ki, daxili tədqiqat aparıb, nəticədə üç nəfər daxili işlər
orqanlarından xaric edilib və altı əməkdaş nizam-intizam komitəsi tərəfindən
cəzalandırılıb. Nazirlikdən həmçinin bildirilib ki, Nəsimi rayon prokurorluğunun
cinayət araşdırması polis tərəfindən vəzifə cinayətini aşkar edib.
43 yaşlı Vüqar Əzizov aprelin 14-də Salyan rayon polis təcridxanasında vəfat edib.
O, narkotikdən istifadə ittihamı ilə saxlanılıb. Rəsmi olaraq ölümün səbəbi kimi
narkotik aludəçiliyi və arterial qanaxma olduğu göstərilib.
21 yaşlı Urxan Məmmədov iyulun 14-də Şəki rayonunda yerləşən hərbi bölmədə
vəfat edib. Hökumət qurbanın respirator çatışmazlıq, kəskin koronar çatışmazlıq və
beyin şişi səbəbindən əzab çəkdiyi barədə məlumat verib. Ailəsi Məmmədovun
bədənində kiçik qançırların olduğunu iddia edərək hökuməti məhkəməyə verib.
İlin sonunda həmin iş Gəncə şəhər Apelyasiya məhkəməsində həllini gözləyirdi.
Məlumata görə, sentyabrın 28-də Nadir Abdullayev polisin suallarına kobud cavab
verdiyinə görə Ucar rayon Polis idarəsində döyülərək öldürülüb. Abdullayevin
qohumları bildirib ki, çoxsaylı bədən xəsarətləri ona işgəncə verildiyini sübut edir.
Namir Pirməmmədov sentyabrın 31-də Goranboy rayonunda yerləşən 157 saylı
hərbi hissədə vəfat edib, onun başı və üzünə dəyən zərbələrdən vəfat etdiyi
bildirilir.
Rauf Hüseynov noyabrın 17-də Şirvan şəhər polis şöbəsində vəfat edib. Rəsmilər
saxlanma zamanı Hüseynovun ürək tutmasının olduğunu bildirib. Hüseynov
Zərdab rayon hərbi komissarlığının rəisi olub. Fiziki işgəncə əlamətlərinə dair
məlumat daxil olmayıb.
Dekabrın 11-də Cəlilabadda polisin Qəzənfər Seydanovu döydüyü iddia edilir. O,
həmin gün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
AZƏRBAYCAN
Vaqif Süleymanov, Toğrul Məmmədzadə, Rüstəm Əliyev yaxud Ağa Turabovun
işlərinə dair hər hansı yenilik barədə məlumat olmamışdır. Onların hamısı 2009-cu
ildə polis yaxud Ədliyyə Nazirliyinin təcridxanasında vəfat edib.
Rəşad Həziyev, Məhəmməd Rəhimov və ya Zaur Məmmədovun işlərinə dair hər
hansı yenilik barədə məlumat olmamışdır. Onların hamısının cəsədi 2008-ci ildə
polis şöbələrinin içərisində və ya ətrafında tapılmışdır.
Orduda pis rəftar halları geniş yayılıb (bax Bölmə I.e.) və bəzən ölümlə
nəticələnib.
Hökumət 2009-cu ildə orduya çağırılmış 6 əsgərin vəfatı barədə məlumat
vermiş və bunları ermənilərlə təmas xəttində baş vermiş hadisələrə aid etmişdir.
Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ
bölgəsinin əksər hissəsinə və ətrafda olan yeddi rayona nəzarəti davam etdirmişdir.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas
xəttində il ərzində baş vermiş atışmalar yenə də hər iki tərəfə aid çox saylı
tələfatlarla nəticələnmişdir. Xarici İşlər Nazirliyi 2009-cu ildə təmas xəttində iki
mülki şəxsin həlak olması barədə məlumat vermişdir. 2010-cu il üçün rəqəmlər
olmamışdır
.
Ərazilərin minalardan təmizlənməsinə dair milli agentliyin verdiyi məlumata
əsasən, minaların partlaması nəticəsində bir əsgər həlak olmuş və dörd nəfər
yaralanmışdır (iki əsgər və iki mülki şəxs). Ərazilərin minalardan təmizlənməsinə
dair Azərbaycan Milli Agentliyinə görə, 64 448 vahid partlayıcı qurğu məhv
edilmişdir.
b. İtkin düşmə
İl ərzində siyasi motivlər səbəbindən itkin düşmə hallarına dair heç bir məlumat
olmamışdır. Lakin hökumət Dağlıq Qarabağ münaqişəsi nəticəsində Dövlət
Komitəsində 4049 nəfərin itkin şəxs kimi qeydiyyatda olması barədə məlumat
vermişdir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində
itkin düşmüş şəxslərlə bağlı işləri araşdırmağa davam etmiş və itkin düşmüş
şəxslərin vahid siyahısının hazırlanması üçün hökumətlə birgə işləmişdir.
BQXK-yə görə, il ərzində münaqişənin hər iki tərəfinin itkin düşənlərinin təsdiq
edilən sayı 4558-dən 4571 nəfərədək artmışdır. 2008-ci ildə hökumətlə
AZƏRBAYCAN
4
imzalanmış çərçivə sazişinin nəticəsi olaraq, BQXK 2008-ci ildə toplanmadan bəri
3189 ailədən vəfata qədər olan vəziyyət barədə məlumat toplamışdır. Təmas
xəttində hər iki münaqişə tərəfindən olan ailələrdən, eləcə də Ermənistanda
toplanmış məlumatlar insan qalıqlarının tanınmasında dövlət komissiyasına yardım
etmək üçün nəzərdə tutulmuşdur. Dekabrda BQXK hökumətlə lisenziya
müqaviləsi imzalamışdır, məqsəd vəfata qədər/vəfatdan sonra məlumatlar bazasını
təhvil verməkdən ibarətdir, bu, itkin düşmüş şəxslərin ailələrindən toplanmış
məlumatın gələcək ekzqumasiyalar zamanı (vəfatdan sonra) toplanacaq
məlumatlarla müqayisə edilməsinə imkan verəcəkdir.
BQXK hərbi və mülki əsirlərə (H/MƏ) xüsusi diqqət yetirməyə davam etmiş və
onların beynəlxalq humanitar hüquq çərçivəsində mühafizə olunmalarına əmin
olmaq üçün il ərzində səfərlər etmişdir. BQXK əlaqələrin yenidən qurulması və
saxlanması məqsədilə H/MƏ və onların ailəsi arasında Qırmızı Xaç mesajlarının
mübadiləsinə müntəzəm rəvac vermişdir. Hökumət bildirmişdir ki, BQXK bir
hərbi əsirin və bir mülki əsirin repatriasiyasına, habelə dörd Azərbaycanlının (iki
hərbi və iki mülki şəxs) qalıqlarının Azərbaycana qaytarılmasına/ötürülməsinə
yardım etmişdir, əvəzində iki şəxsin qalıqları Ermənistana qaytarılmışdır.
c. İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan
davranış yaxud cəza
Konstitusiya və cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur; lakin etibarlı hesabatlara əsasən,
təhlükəsizlik orqanları saxlanan şəxsləri etirafa vadar etmək məqsədilə döymüş və
hərbçilər tabeçiliyində olan şəxsləri fiziki təzyiqə məruz qoymuşlar. İl ərzində yerli
insan hüquqları müdafiəçiləri məlumat vermişdir ki, təhlükəsizlik orqanları
tərəfindən 169 nəfər təcridxanada işgəncəyə məruz qalmışdır. Sonradan bu
şəxslərdən ən azı yeddi nəfərin vəfat etməsi ilə bağlı məlumat daxil olmuşdur.
Cəzasızlıq problem olaraq qalmışdır. Azərbaycanın İnsan Hüquqları Mərkəzinin
(AİHM) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (BİHF) 2009-cu ildə
BMT-nin İşgəncələrə qarşı Komitəsinə təqdim etdiyi hesabata əsasən, rəsmilər
habelə pis rəftar edildiklərini iddia edən saxlananların müstəqil ekspertizasının
təmin edilməsinə de fakto qadağa qoymuş və vəkillə təmin edilməsini
gecikdirmişdir.
Hərbi Prokurorluq yanvarın 28-də baş vermiş cinayətlərlə, o cümlədən rüşvət, hərbi
şəxsin təhqir edilməsi, xəsarət yetirilməsi yaxud işgəncə verilməsi, səlahiyyətlərdən
sui-istifadə, səlahiyyətləri aşmaq yaxud etinasızlıqla bağlı ordunun beş üzvünü həbs
etmiş və onlara qarşı cinayət işi başlanmışdır.
AZƏRBAYCAN
5
İyunun 12-də Ali Hərbi Dənizçilik Məktəbinin üç kadeti yoldaşları Röyal Musayevi
döymüş, nəticədə Musayev xəstəxanaya düşmüşdür. İnsan Hüquqları üzrə
Müvəkkil (Ombudsman) Elmira Süleymanova işin araşdırılması və qanun
pozuntusuna yol vermiş şəxslərin ədalətə cəlb edilməsi üçün həm Baş Prokurorun
müavininə, həm də hərbi prokurora müraciət etmişdir. İlin sonun bu şəxslərdən heç
biri araşdırmaya başlamamışdı.
Avqustun 6-da Naxçıvanda insan hüquqları müdafiəçiləri bildirmişdir ki,
səlahiyyətli orqanlar məlumatlara əsasən küçə ticarəti ilə bağlı qadağanı
pozduğuna görə qanunsuz olaraq Cənnət Bağırovanı dövlət psixiatrik dispanserinə
yerləşdirmişlər. Səlahiyyətli orqanlar çoxsaylı şikayətlərdən sonra həmin gün
Bağırovanı azad etmişlər.
İl ərzində yerli qeyri-hökumət təşkilatı (QHT) insanların cinsi orientasiyaya görə
polis tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir (bax Bölmə 6).
Mirzə Zahidovun 2008-ci ildə döyülməsinə qarşı hər hansı məsuliyyətə cəlb edilmə
barədə məlumat olmamışdır.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, il ərzində dövlət 247 əməkdaşı insan
hüquqlarını pozduğuna görə cəzalandırmış və 20 nəfəri vəzifəsindən azad etmişdir.
Həbsxana və saxlanma mərkəzlərinin şəraiti
Həbsxana insfrastrukturunun davamlı olaraq təkmilləşdirilməsinə
baxmayaraq, həbsxanalarda şərait sərt və həyat üçün təhlükəli olaraq qalır.
Cox sayda məhbusun bir yerda saxlanılması, qeyri-adekvat qidalanma, istilik və
ventilyasiyanın az olması və zəif tibbi xidmət kimi amillər birlikdə yoluxucu
xəstəliklərin yayılmasını ciddi problemə çevirmişdir. Son zamanlar həbsxana
infrastrukturunda aparılmış təkmilləşdirmə işlərinə baxmayaraq, əsasən, Sovet
dovründən qalmış müəssisələr beynəlxalq standartlara cavab verməmişdir
.
Qapalı
cəzaçəkmə müəssisələrində rəhbərlik məhbusların fiziki hərəkətlər etmələrinə,
vəkilləri və ailə üzvlərinin onlara baş çəkmələrinə məhdudiyyət qoymuşlar.
Məhbusların işləməsi və təlim alması üçün bəzi imkanlar olmuşdur.
İstintaq
təcridxanasında yerləşdirilmiş bəzi saxlanılan şəxslər onlara edilmiş fiziki zorakılıq
hallarının gizlədilməsi məqsədi ilə bir çox hallarda zirzəmilərdə yerləşən "təcrid
olunma kameralarında" saxlanılmışlar. İfadə alınması məqsədi ilə belə kameralarda
saxlanılan şəxslərin qidalanmasına və yatmasına imkan verilməmişdir.
Yerli və beynəlxalq müşahidəçilər Qobustan qapalı həbsxanasında şəraitin pis
olması barədə məlumat təqdim etməyə davam etmişlər. İl ərzində rəsmilər yeni
binanın inşasına başlamışlar. Noyabr 2009-cu il hesabatında İşgəncələrin Qarşısının
Alınması üzrə Avropa Komitəsi (İQAAK) qeyd etmişdir ki, 2008-ci ildə Qobustana
AZƏRBAYCAN
6
edilən səfər zamanı həbsxana rəsmisi məhbusu İQAAK-dan gələn nümayəndə heyəti
ilə danışmaması üçün hədələməyə cəhd göstərmişdir və rəhbərliyin bəzi məhbuslara
nümayəndə heyətinə şikayət etməmələrinə dair xəbərdarlıq etməsi aydın idi. Bunlara
baxmayaraq, nümayəndə heyəti məhbuslardan onlara qarşı həbsxana əməkdaşları
tərəfindən qəsdən törədilmiş fiziki zorakılıq və gücdən həddən artıq istifadə halları
barəda mötəbər məlumat almışdır.
Daxili İşlər Nazirliyindən xəbər verilmişdir ki, il ərzində aşağıdakı cəzaçəkmə
müəssisələrində təmir-bərpa işləri həyata keçirilmişdir: Qaçaqmalçılıqla Mübarizə
Şöbəsi və Bakının Xəzər, Səbail, Nəsimi rayonlarının və Qusar, Göygöl və Lerik
rayonlarının polis şöbələri. Nazirlikdən həmçinin bildiriblər ki, əlavə 20 saxlama
müəssisəsində təmir-bərpa işləri həyata keçirilmişdir.
Sərt həbsxana şəraiti il ərzində çoxsaylı ölüm halı ilə nəticələnmişdir; Ədliyyə
Nazirliyi məlumat vermişdir ki, il ərzində həbsxanada 106 nəfər vəfat etmişdir,
2009-cu illə müqayisədə bu, 19% azdır. Nazirlik ölüm hallarının əksəriyyətinin
müxtəlif xəstəliklər nəticəsində baş verdiyini qeyd etmiş, lakin vərəmdən vəfat
edənlərin sayının digər xəstəliklərdən ölənlərin sayından çox olmasına
baxmayaraq, vərəmdən ölüm hallarının sayının əhəmiyyətli dərəcədə azalması
faktını vurğulamışdır.
Daxili Işlər Nazirliyi nəzdində olan cəzaçəkmə
müəssisələrində intihar nəticəsində baş vermiş bir ölüm faktını qeyd etmişdir. Bu
ölüm faktı ilə əlaqədar olaraq etinasızlığa görə rəhbərlik bir polis əməkdaşını işdən
azad etmiş, digər iki əməkdaşı isə intizam məsuliyyətinə cəlb etmişdir.
2009-cu ilin avqust ayında etnik azlıq olan Talış qrupunun tanınmış alimi və Tolışi
Sədo qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədov Ədliyyə Nazirliyinin tibb
müəssisəsində vəfat etmişdir. Nazirlik bu ölümün ürək çatışmazlığı nəticəsində baş
verdiyini qeyd etsə də, ailə üzvləri və yerli hüquq müdafiəçiləri ona müvafiq tibbi
xidmətin gostərilməməsinə əmin olmuşlar. Məmmədovun dul qalmış həyat yoldaşı
Ədliyyə Nazirliyini məhkəməyə vermiş və il ərzində Məmmədovun işini Avropa
İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etmişdir. Bəzi yerli QHT-lər hesab
edir ki, Məmmədovun həbsi onun etnik mənsubiyyəti və mədəni fəaliyyəti ilə bağlı
olmuşdur.
Il ərzində Ədliyyə Nazirliyinin təcridxanasında saxlanılan Arif Aslanovun
2008-ci ildə baş vermiş ölümü ilə əlaqədar olaraq heç bir istintaq aparılmamışdır.
Ədliyyə Nazirliyi vərəmə yoluxmuş 497 məhbusun müalicə olunması barədə
məlumat vermişdir. Hökumət bildirmişdir ki, məhbuslar və saxlanılan şəxslər
arasında ölümün digər əsas səbəbləri xərçəng, miokard infarktı, hepatik sirroz və
ürək çatışmazlığı olmuşdur.
Hökumət və insan hüquqları müdafiəçilərindən ibarət həbsxanalar üzrə birgə
monitorinq qrupu həbsxanalara giriş icazəsini yalnız Penitensiar
AZERBAIJAN
7
Xidməti əvvəlcədən xəbərdar etməklə əldə etmişdir. Məlumat verilir ki, il ərzində
qrup əvvəlcədən xəbərdarlıq verilsə də müəssisələrə giriş icazəsinin əldə
edilməsində çətinliklərlə qarşılaşmışdır. Qrup 2009-cu ildə çoxsaylı cəzaçəkmə
müəssisələrinə səfərlər etmiş, həbsxanalarda daha yaxşı tibbi şərait üçün
müvəkkillik etmiş, həbsxanalarda daha çox telefon quraşdırılmasını təşkil etmiş,
həbsxanalara kitab bağışlamış və 47 məhbusa hüquqi yardım göstərmişdir.
Qadın və kişilər istintaq təcridxanalarında bir yerdə saxlanılmış, lakin məhkum
olunduqdan sonra qadınlar ayrıca həbsxanaya yerləşdirilmişlər. Azyaşlıların ayrı
saxlanılması müəyyən edilsə də, beynəlxalq müşahidəçilər bəzi azyaşlıların
böyüklərlə bir yerdə saxlandığını qeyd etmişdir.
Hökumət BQXK, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi
(İQAAK), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi də daxil olmaqla bəzi beynəlxalq və yerli
humanitar və insan hüquqları qruplarının habsxanalara bir sıra səfərlər etməsinə
icazə vermişdir.
2009-cu ilin iyul ayından etibarən Ədliyyə Nazirliyinə əvvəlcədən məlumat
vermədan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə Nazirliyin müəssisələrinə səfər
etməyə icazə verilməmişdir. Daxili İşlər Nazirliyinin nəzdində olan istintaq
təcridxanalarına Komitənin hələ da maneəsiz çıxışı vardır
.
BQXK-nın Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar olaraq saxlanılan hərbi və mülki əsirlərə, habelə
Ədliyyə, Daxili İşlər və Milli Təhlikəsizlik Nazirliklərinin səlahiyyətində olan
müəssisələrdə saxlanılan şəxslərə maneəsiz çıxışı olmuşdur.
Penitensiar Xidmət
konsulluq tərəfindən edilən səfərlərdən başqa xarici ölkə səfirliklərinə həbsxanalara
giriş icazəsi verməmişdir.
Bəzi beynəlxalq təşkilatların missiyalarına həbsxanalara
monitorinq məqsədilə səfər etməyə icazə verilirdi.
d. Əsassız həbs yaxud saxlama
Qanun əssasız həbs və saxlamanı qadağan etsə də, hökumət ümumilikdə praktikada
bu qadağalara riayət etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.
Polis və təhlükəsizlik orqanlarının rolu
Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyə görə
məsuliyyət daşıyır va birbaşa Prezidentə hesabat verir. Daxili İşlər Nazirliyi
yerli polis qüvvələrinə nəzarət edir və daxili mülki müdafiə qoşunlarını
saxlayır. Milli Təhlükəsizlik Nazirliyinin ayrı daxili təhlükəsizlik qüvvələri var.
Təhlükəsizlik qüvvələri ümumən cəzasız hərəkət edə bilsə də, hökumət il ərzində
insan haqlarının pozulması ilə bağlı 174 şikayətə görə 276 polis işçisinə qarşı
tədbirlər görüldüyünü bildirmişdir. Hökumət cinayət məsuliyyəti barədə məlumat
verməmiş, amma bildirmişdir ki, o, 20 polis işçisini Daxili İşlər Nazirliyinin
sıralarından çıxarmış, 18 polis işçisini tutduğu vəzifədən azad etmiş və 238 nəfəri
intizam məsuliyyətinə cəlb etmişdir.
AZƏRBAYCAN
8
Həbs prosedurları və saxlama yerində rəftar
Qanunda nəzərdə tutulub ki, cinayətdə təqsirli bilinərək saxlanılmış, həbs edilmiş və
ya ittiham edilmiş şəxslərə onların hüquqları, həbsin səbəbləri dərhal izah edilməli
və müvafiq hüquqi proses təmin olunmalıdır. Bununla belə, təcrübədə hökumət bu
müddəalara riayət etməmişdir. Çox vaxt polisə müqavimət kimi saxta ittihamlarla
əsassız həbslər il ərzində problem olaraq qalmışdır.
Qanun polislərə şəxsləri həbs-qətimkan tədbiri olmadan 48 saat saxlamağa və
sorğu-sual etməyə icazə verir. Təcrübədə polis işçiləri həbs-qətimkan tədbiri
olmadan şəxsləri bir neçə gün, bəzən həftələrlə saxlamışdır. Digər hallarda
hakimlər həbs qərarını həbs faktından sonra çıxarmışlar
.
Baş Prokurorluq və ya digər icraedici orqanların məmurlarının təlimatına
əsasən fəaliyyət göstərən hakimlər saxlanılan şəxsləri vəkillə təmin etmədən
bir neçə saat ərzində həbs cəzası vermişlər.
Qanun saxlanılan andan vəkil tutmaq hüququnu nəzərdə tutur; təcrübədə, xüsusilə
Bakı şəhərindən kənarda vəkillə təmin olunma aşağı səviyyədə olmuşdur. Qanunda
nəzərdə tutulmasına baxmayaraq, imkansız məhbuslar vəkildən yararlana
bilməmişlər. Səlahiyyətli şəxslər ailə üzvlərinin baş çəkməsini məhdudlaşdırmış və
saxlanılanlar barədə məlumat verməmişlər və çox vaxt ailələr həbs olunmuş
qohumları ilə bağlı hər hansı məlumat əldə etmək üçün günlərlə gözləməli
olmuşlar. Rəsmi qaydada fəaliyyət göstərən zamindurma sistemi olmasa da,
şəxslərə bəzən saxlanılanları zaminə götürərək onların məhkəmədən əvvəl istintaq
zamanı şərti azadlığa buraxılmasına imkan verilmişdir. Siyasi baxımdan şübhəli
şəxslər polis şöbəsində bəzən bir neçə saat, hətta günlərlə yazışma hüququ
olmadan təkadamlıq kamerada saxlanılmışlar.
İl ərzində həbs və saxlama prosedurların çoxsaylı pozulma halları olub.
Noyabrın 12-də Şərur rayon polis idarəsi ittiham irəli sürmədən Sabit Əliyevi
noyabrın 21-dək saxlamışdır. Sabit Əliyev 7 noyabr parlament seçkilərində
namizəd olmuş qardaşı Səxavət Əliyevin seçki müşahidəçisi olmuşdur; qanunla
ittiham 48 saat ərzində irəli sürülməlidir. Azad edilməzdən qabaq Sabit Əliyevdən
kəndi tərk etməmək haqqında bəyanata qol çəkmək tələb edilmişdir (bax bölmə 3).
Noyabrın 9-da Bəxtiyar Hacıyev bildirib ki, 24 saat ərzaq və susuz saxlandıqdan
sonra o, azad edilib. 7 noyabr parlament seçkilərində namizəd olmuş Haclyev
həmçinin Azadlıq Radiosuna bildirib ki, rəsmilər saxlama zamanı onu hədələmiş
və ailəsinə onunla görüşməyə icazə verməmişlər (bax bölmə 2.d).
Dostları ilə paylaş: |