Azərbaycanda “E-hökumətin” tətbiqi prosesində mövcud vəziyyətin analizi, yaranan problemlərin beynəlxalq təcrübə əsasında həlli yolları və təkliflər...
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi yazı müsabiqəsinin II turu üçün
|
|
XƏYALƏ A.MƏMMƏDOVA
|
|
|
İÇİNDƏKİLƏR:
-
GİRİŞ.......................................................................................................3
1.Elektron hökumət strukturunun iş prosesi necə olmalıdır?............................3
2.Elektron hökumətin inkişaf mərhələləri necə olmalıdır?..................................6
3.Azərbaycan Respublikasının qanunvericiliyində E-hökumətin əksi, icra olunma
prosesləri və yaranan problemlərin analizi........................................................9
4.E-hökumətin həyata keçirilməsində üzləşdiyimiz kadr çatışmamazlığı problemi və onun həlli yolları....................................................................................................11
5.Bu gün e- xidmətlərin tətbiqinin genişləndirilməsindən danışırıqsa, bəs Milli Domen adlarının verilməsi xidməti bu gün nə səviyyədədir və mövcud problemlərin həlli yolları hansılardır?............................................................................................................ 13
6. E-hökumət portal beynəlxalq təcrübəyə əsasən hansı vacib xidmətlərə və funksionallıqlara sahib olmalıdır?(nümunə olaraq ABŞ-ın rəsmi dövlət portalı.)...15
7.Problemlərlə üzləşməmək üçün E-hökumətin həyata keçirilməsində inkişaf modeli və onun təməl qaynaqları necə tətbiq olunmalıdır?....................................................... 21
8.E-hökumətin həyata keçirilməsində və idarəedilməsində “e-mədəniyyətin” vacibliyi..22
-
ƏDƏBİYYAT.......................................................................................................23
-
ƏLAVƏ (APPENDİX) –
Təklif etdiyim Elektron –hökumət dərsinin proqramı........................................25
Bügünki cəmiyyətimiz informasiya cəmiyyəti,dövlətimiz isə informasiya dövlətidir.Bu informasiya çağında yer almaq istəyən dövlətlər , bügünun və gələcəyin inzibati idarəetməsinin “elektron hökumət” anlayışı və tətbiqindən keçdiyini dərk edir və vurğulayırlar. Bu düşüncə ilə yola cıxsaq, ictimai idarəetmənin yenidən qurulması,yerli rəhbərliklərin daha təsirli və keyfiyyətli çalışması,bürokratiyanın azalması,dövlət rəhbərliyinin şəffaflaşması,əməliyyatların sürətli və dəqiq yerinə yetirilməsi və.s kimi mövzularda “elektron hökumətin”tətbiqinin böyük təsirinin olduğu ifadə edilir və bu sahənin inkişafı üçün davamlı olaraq investisiya yatırılır. İnformasiya dövründə ictimaiyyəti idarəetmək baxımında təbii olaraq radikal dəyişikliklər yaşanır.Bu prosesdə köklü dəyişikliklər etmək üçün mətbuatda ictimai birliklərdə informasiya texnologiyalarından istifadənin təbliğatının genişləndirilməsi və dövlət strukturunun yenidən qurulması lazımdır.
Elektron hökumət; ictimaiyyətə təqdim olunmuş elektron xidmətlərindən tutmuş rəqəmsal təhlükəsizliyə , online ticarət əməliyyatlarından e-mədəniyyətə, informasiya cinayətləri və əxlaqi (etik) problemlərdən rəqəmsal təhlükələrə , İnternetdə siyasətdən kiber kampaniyalara qədər uzanan bir çox mövzu və anlayışlarla yaxından əlaqəlidir.
Bildiyimiz kimi, E-hökumət iş vaxtında vətəndaş və təşkilatların,bütün sahələrdə qarşılıqlı həyata keçirilən proseslərin yenidən qurulması , “coğrafi uzaqlıq”, “zaman” ve “vasitəsiz” kimi faktorların əhəmiyyət qazanması deməkdir. (Şəkil-1).
Ənənəvi dövlət anlayışı Elektron hökumət anlayışı
Şəkil-1 Ənənəvi dövlət anlayışından Elektron hökumət anlayışına keçid
1.Elektron hökumət strukturunun iş prosesi necə olmalıdır?
E-hökumət-informasiya texnologiyaları ,internet- qısa desək bütün rabitə sistemləri media mühiti vasitəsilə daxili və xarici əlaqələrin e-transfer üsulu ilə xidmət keyfiyyətinin davamlı olaraq optimallaşdırılması ,yəni yaxşılaşdırılması deməkdir . Daxili və xarici əlaqələrə aid şəbəkələr hər zaman göz qarşısında saxlanılmalı və onların çoxistiqamətli inkişaf yolları haqqında düşünülməsi vacib olan bir sahədir. Bu səbəbdən E-hökumət sahəsində faydalı planlara ,layihələrə ehtiyac böyükdür çünki e-hökumət ictimai idarəetmə modernizasiyasında açar faktordur.
E-strukturunun iş prosesi- ümumi olaraq daxili və xarici əlaqələrdən ibarət olan şəbəkə 2 ana xətt şəkilində fəaliyyət göstərir.
1 – Daxili Əlaqələr:
- İctimai birliklər arasındakı əlaqələr
- İctimai birliklər və işçiləri arasındakı əlaqələr
2 - Xarici Əlaqələr:
- Dövlət –vətəndaş arasında əlaqələr
- Dövlət –təşkilatlar arasında əlaqələr
-
İctimai xidmətlərindən istifadə edənlər
-
Xidmət təminatçıları
Biznes
B
B2G G2G G2B
Əməkdaşlıq
Biznes
B
Keçid
Əlaqə
Təşk.1
Təşk.2
Təqdimat
C Dövlət
C2G G2G G2C C
Vətəndaş
Şəkil 2.Elektron Hökumət Modelində Dövlət-Vətəndaş-Biznes Arakəsməsi.
Qeyd:
-
Dövlət və vətəndaş arası (Government-to Citizen: G2C) əlaqələr,
-
Dövlət və təşkilat arası (Government-to Business: G2B) əlaqələr,
-
Dövlət qurumları arası (Government-to Government: G2G) və
-
Dövlət və işçilər arası əlaqələr (Government-to Employee: G2E)
-
Vətəndaş
E-hökumət , aşağıdakı şəkildən də göründüyü kimi, təşkilat rəhbərliyinin fəaliyyət və məhsuldarlığın təmin edilməsi, məlumat səviyyəsi daha yüksək vətəndaşların meydana gətirməsi, hər kəs üçün bərabər giriş, keyfiyyətli zəngin informasiya, inkişaf etdirilmiş xidmət asanlığı, müəssisə-sənaye-dövlət anlayışının qarşılıqlı inkişafına yardım etmək, maliyyə işlərinə qənaət, dövlət qurumlarında rüşvət və korrupsiyaya qarşı mübarizə, daha çox şəffaflıq və dövlət qurumları ilə əlaqə yaratmağın asan və rahat yollarını özündə cəmləşdirir.(Şəkil 3)
Bəs bu faydaları gerçəkləşdirmək üçün dövlət işlərində və iş zamanı hansı proseslər həyata keçirilməlidir?
1.Sadələşdirmə 7. Məxfilik
2. Asan keçid 8. Güvən
3.Əlaqə 9. Fəaliyyətin gücləndirilməsi
4.Sürət 10. Şəbəkə qurulması və s.
5.Standartlaşdırma
6. Mənbələrin göstərilməsi
Qeyd etdiyimiz bu kimi faktorların təmini ilə faydaları gerçəkləşdirmək olar.
Yüksək
Səviyyəli
Xidmət
Keyfiyyətlizəngin
informasiya
Qənaət
Hərkəs üçün
Bərabər giriş
E-Hökumət
Keyfiyyət
Artışı
İctimai
İdarəetmədə
Şəffaflıq
Şəkil 3 Elektron hökumətin faydaları
Şəbəkə
inteqrasiyasi
Dəyər
Yaratmaq
2.Elektron hökumətin inkişaf mərhələləri necə olmalıdır?
Dövlət qurumlarında bu sahədəki iş proseslərinin yenidən qurulması və elektron prosesin tam başa çatması aparılan uzunmüddətli proseslərlə həyata keçirilir.Elektron hökumətin tətbiqi prosesi bir sıra mərhələlərdən keçir. (Şəkil 4)
Mərhələ-1: İnformasiyanın yayılması .
Dövlət qurumlarının internet mühitində yalnız məlumatlandırma məqsədi ilə məhdud sayda rəsmi veb-saytlarında informasiya yerləşdirilir.
Mərhələ-2: Sistemləşdirilmiş şəkildə informasiyanın ötürülməsi.
Vətəndaşlar tərəfindən daha çox istifadəsi təmin oluan,veb-saytlarında yerləşdirilməkdən başqa,nizamlı şəkildə linklər vasitəsilə digər saytlarla əlaqələr yaradılır.Bundan əlavə, axtarış modulları , e-poçt kimi seçimlərdən də istifadə etmək imkanı bu saytlarda yaradılır.
Mərhələ -3: Qarşılıqlı fəaliyyət və əlaqələrin genişləndirilməsi.
Vətəndaşların istək və ehtiyaclarını yerinə yetirmək istiqamətində birbaşa informasiyanı əldə etmək üçün girişi təmin edərək qarşılıqlı əlaqə yaratmaqlarını təmin etməkdir. Burda əsasən istifadəçilərin inzibati təşkilatlarla əlaqə yaratmağı,görüş təyin etmək,rəsmi anket formalarını doldurmaq və.s bu kimi xidmətlər daxildir.
Mərhələ-4: İctimai xidmətlərin təşkili.
Bu əməliyyatlara vergi ödəmə,viza almaq,passport əməliyyatları,doğum və ölüm qeydləri,lisenziyalar və.s kimi təhlükəsizlik və gizlilik tələb edən ictimai xidmətlərdir. Burada veb-saytların əhatəsi genişlənir və portal(əsas çıxış qapısı) yaradılır.Bununla da istifadəçilər bu saytlar vasitəsilə geniş informasiya şəbəkəsinə qoşula bilirlər. Bu proseslər zamanı elektron imzanın da tətbiqinin bir sıra sahələrdə leqallaşdırılması gözlənilir.
Mərhələ-5: Vahid inteqrasiya.
Bu mərhələdə inzibati idarəetmə qurumlar , informasiyanın ötürülməsi və aparılan əməliyyatlar ortaq strukturda formalaşır. İş prosesini daha sürətləndirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb . Eyni zamanda ölkədə İKT sənayesinin inkişafı istiqamətində Azərbaycanda İnformasiya Kommunikasiya Texnalogiyalarının İnkişafı Fondunun yaradılmasını qeyd edə bilərik.
Mərhələ - 2
Mərhələ - 3
Qarşılıqlı fəaliyyət və əlaqələrin
Geniş+si
Mərhələ- 4
İctimai xidmət lərin təşkili
Mərhələ - 5
Vahid inteqrasiya
Sistemləşdirilmiş
Mərhələ- 1 şəkildə inform.ötürül+i
Informasiyanın
yayılması
ELEKTRON HÖKUMƏT
Şəkil-4 Elektron hökumətin inkişaf mərhələləri
3.Azərbaycan Respublikasının qanunvericiliyində E-hökumətin əksi, icra olunma prosesləri və yaranan problemlərin analizi.
Ümumilikdə götürsək ,2004-cü ildən başlayaraq ölkəmizdə E-Azərbaycan modelinin qurulmasında önəmli addımlar atılmışdır. Demək olar ki, Azərbaycanda telekommunikasiya infrastrukturu tamamilə modernləşdirilib. Ölkəmizin 60-70%-dən çoxunun internetlə təmin olunması,telekommunikasiya imkanlarının artması,insanlarda bu sahəyə marağın artması,sosial şəbəkələrin genişlənməsi,dövlət qurumlarında müxtəlif İnformasiya Kommunikasiya Texnologiyaları əsasında geniş layihələrin həyata keçirilməsi ,informasiya sistemlərinin yüksək səviyyədə qurulması, və.s kimi proseslər Elektron hökumət”in formalaşması prosesini sürətləndirir desək yanılmarıq. Bildiyimiz kimi,Elektron hökumət”in əsas funksiyalarından biri hakimiyyət tərəfindən insanlara verilən elektron xidmətlərin həm keyfiyyətinin, həm də kəmiyyətinin artırılmasıdır. Onu da qeyd etməliyik ki,“Elektron hökumət” yeni bir hüquqi mühit olduğu üçün onun hüquqi bazasının formalaşdırılmasına, inkişaf etdirilməsinə böyük ehtiyac var: «Azərbaycan qanunvericiliyində bu istiqamətdə müəyyən qanunlar qəbul edilsə də, beynəlxalq təcrübə ilə müqayisədə , bunların hələ də yeterli olmadığını bir daha deyə bilərik.Eyni zamanda qanunların tətbiqi ilə də bağlı ləngimələr var. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli № 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 3.1-ci bəndində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkili tapşirilmiş və bununla əlaqədar həmin qurumun tərkibində Sertifikasiya Mərkəzi yaradılmış və e-imzaların əhaliyə paylanması işi uğurla həyata keçirilmişdir.
Lakin e-imzaların dövlət qurumlarına verilməsinə baxmayaraq, bir çox qurumlarda bunun tətbiqi yoxdur, yəni, daxili elektron sənəd dövriyyəsi yox, Elektron Hökumət Portalına qoşulma təmin edilməyib, avadanlıqlar da yox səviyyəsindədir. (server və s.)
Eyni zamanda qeyd olunan Fərmanın 3.2-ci bəndinə əsasən dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin həyata keçirməsi tapşırılsa da, bu prosess də yarımçıq qalır.
Bununla yanaşı Fərmanın 3.5-ci bəndində dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirlərin həyata keçirməsi tapşırılsa da , bu məsələnin həlli hələ də açıq qalır.Belə ki yalnız,
-
2012-ci ilin yay aylarında Koreyalı mütəxəssislərin bu sahədə təcrübəsinə həsr olunan qısamüddətli seminar keçirildi.
-
2013-cü ilin (01-05.07.2013) yayında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında RİTN dövlət qulluqçuları üçün E-hökumət istiqaməti üzrə qısa müddətli ixtisasartırma kursu təşkil etmişdirlər.Yalnız 20 dövlət təşkilatı və hər təşkilatın nümayəndəsi iştirak etmişdir.
-
Fərmanın 4.1-ci bəndində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə “Elektron hökumət” portalının fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılır və bu məsələ öz həllini tapmaqdadır. Nazirliyə dövlət orqanlarının elektron xidmətlərini “Elektron hökumət” portalına qoşulmasını təmin etməsi tapşırılsa da, bəzi qurumlar üçün bu məsələ hələ də həll olunmayıb.
RİTN e-xidmətləri portalda yerləşdirir, lakin onların işə düşməsi üçün dövlət qurumlarında lazımi texniki bazanın yaradılmasında iştirak etmir.
-
Eyni zamanda Fərmanının 5.1-ci bəndində Mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətlərin təşkilini sürətləndirsinlər və onların “Elektron hökumət” portalına qoşulması üçün zəruri tədbirlər görsünlər; bu məsələni həlli üçün də vəsaiti ayrilmadiğina görə məsələ həllini tapmır. Bəzi qurumlarda İnformasiya Texnologiyaları şöbəsi yoxdur, maliyyə vəsaiti ayrılmır, maddi-texniki baza yoxdur.
-
Bundan başqa, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.1. bəndində iki ay müddətində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.Əldə etdiyimiz məlumata görə layihə hazırdır ancaq hələ də təsdiq olunmur.Bu layihədə dövlət qurumlarında elektron xidmətlərin təşkili üçün bütün çatışmamazlıqların aradan qaldırılması məsələləri nəzərdə tutulur. (Maliyyə vəsaitin ayrılmaması,kadr çatışmamazlığı və.s). Hazırda “elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulmuşdur. Bunlara Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər strukturları aid etmək olar. Bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
Dostları ilə paylaş: |