Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

 

 

 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



235

G.Abbasova 

Questions of category in morphological system 

Summary        

 

Existence of various morphological categories in language, including 



grammatical categories is one of accepted issues in linguistics. However, ques-

tion of category in language has not been defined properly enough. Grammati-

cal, general and special categories are analyzed in this article. Arguable features 

observed in definition of grammatical category attract attention. 

   

Г.Аббасова 

Вопрос категории в морфологической системе  

Резюме 


 

Присутствие различных категорий в языке, включая грамматические ка-

тегории одно из принятых вопросов в лингвистике. Однако вопрос категории 

в  языке  недостаточно  нашел  свое  точное  определение.  В  этой  статье  анали-

зируются  грамматическая,  общая  и  особая  категории.  Внимание  уделяется 

спорным аспектам, которые наблюдаются в определении грамматической ка-

тегории.  

 

Rəyçi:                        İradə Şəmsizadə 



                     filologiya elmləri namizədi, dosent 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



236

                                                    NİGAR HACIYEVA  

XANIM MANAFLI 

(BDU)            

                 nigar40@mail.ru 

 

MÜRƏKKƏB CÜMLƏNİN VƏ MƏTNİN EKSPRESSİVLİYİ 

 

Açar sözlər: sintaksis, ekspressivlik, emosionallıq, mürəkkəb cümlə, nağıl, mətn 

Key words: syntax, expressive, emotional, a compound sentence, a fairy tale, the 

text. 


Ключевые слова: синтаксис, экспрессивность, эмоциональнось, сложное пред-

ложение, сказка, текст 



 

Azərbaycan dilçiliyində mürəkkəb cümlələrin ekspressiv-üslubi keyfiyyətləri 

çox az öyrənilib. «Azərbaycan dilinin bədii üslubiyyatı» (1970) kitabında da göstə-

rilib ki, bu mövzu geniş və dərin tədqiqat tələb edir. Mürəkkəb cümlələrin, xüsusilə 

tabeli mürəkkəb cümlələrin, üslubi xüsusiyyətlərini tam genişliyi ilə vermək ayrıca 

bir elmi tədqiqat işidir» (1, s. 343). 

Azərbaycan nağıllarının dilində mürəkkəb və silsiləli fikirlər çoxdur. Bunlar 

mürəkkəb quruluşlu cümlələrlə ifadə olunur. «Bədii  əsərlərdə mürəkkəb cümləyə 

müxtəlif şəkildə münasibət göstərilir. Ümumiyyətlə, nağıl dilində təsvir çox olduğu 

üçün burada mürəkkəb cümləyə, nisbətən, geniş yer ayrılır. Nağıl dilində fikirlər 

arasında mövcud olan rəngarəng semantik münasibətləri lakonik formada, ardıcıl və 

sistemli olaraq sıx şəkildə vermək üçün tabesiz mürəkkəb cümlələrdən istifadə edi-

lir. Nağıl mətnlərində mürəkkəb cümlə sistemi ,əsasən, təkrar sisteminin, xüsusən 

sintaktik paralelizmin yüksək tezliyi ilə fərqlənir. Mürəkkəb cümlənin öz ritm xüsu-

siyyətləri var ki, bu da sintaktik təkrarın yaratdığı ritmik-melodik keyfiyyətdir. Eks-

pressivlik, emosionallıq ifadə edən mürəkkəb cümlə biçimlərinin üslubi-poetik 

funksiyası  həmin cümlələrin qrammatik vəzifəsi ilə üzvü şəkildə  vəhdətdədir»        

(8, s. 147). 

Nağıl dilində tabesiz mürəkkəb cümlənin standarlaşdırılmış konstruksiyarı iş-

lədilir ki, bu ekspressivliyi ilə seçilir. Məs.: 

1.Az getdi, çox getdi, iynə yarım yol getdi, bar qalacaya rast gəldi (AN, I c., 290). 

Ekspressivliyi bu tabesiz mürəkkəb cümlədə yaradan vasitə «iynə yarım yol getdi» - 

cümlə litotasıdır. Digər bir tərəfdən ekspressivlik cümlənin ritmik-melodik sıralan-

masında da meydana çıxır. 

Nağıl dilində tabeli mürəkkəb cümlənin müxtəlif tipləri işlədilir. Məs.: 

1.Padşahın iç-içə  qırx otağı varıdı ki, bu otaqlara padşahdan savayı kimsə girə 

bilməzdi (AN, I c., 288). 

2. Otaqlar o qədər böyükdü ki, içərisində bağlar, al-əlvan çiçəklər, meyvələr də var 

idi (AN, I c., 288). 

3.Nə qədər soraq salırsa da, qızdan bir sonraq verən olmur (AN, I c., 290). 

4. O saat başa düşdü ki, oğlu aşiq olub, gedəcək (AN, I c., 290). 

Qarşılaşdırma məqsədilə: 

Aydınlaşdırma məqsədilə: 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



237

Səbəb- nəticə məqsədilə: 

Zaman ardıcıllığı məqsədilə: 

Nağıllarda üslubi baxımdan –sa,-sə şəkilçili budaq cümlə baş cümlə ilə yerini 

dəyişir, biri digərinin arasında işlənir, bu zaman qüvvətli ekspressiya meydana çıxır. 

Sintaktik transformasiya hadisəsi də mürəkkəb cümlələrin ekspressiyasını ar-

tırır. Belə ki, sintaktik transformasiyalar nağıl dilində  də müəyyən hallarda - 

əvəzləmə prosesində, tipik dəyişmələrdə, inersiyalarda, ellipsis hadisəsi zamanı 

özünü göstərir.  

Mürəkkəb cümlə bizi əhatə edən obyektiv reallığa məxsus daha mürəkkəb 

bilikləri,obyektiv aləmdəki hadisələr arasında da mürəkkəb əlaqələri əhatə edir. 

Mürəkkəb cümlə nitq mədəniyyətinin nisbətən sonralar yaranmış yüksək ifadə 

vasitəsidir.Tədricən hadisələr arasındakı  əlaqələr dərk olunduqca, onların ifadə 

vasitəsi kimi,mürəkkəb cümlələr də yaranıb formalaşmışdır. (7, s. 284) 

Mürəkkəb cümlələr intensivlik əlamətlərini mətni bağlama cəhətinə görə kəsb 

edir. Məsələn, ”Simanın” nağılında tamamlıq budaq cümləsi (gördü ki,...) mətni 

bağlamışdır: 

“Dəşküvar durub çıxmışdı bağa. Gördü ki, bir sərçə öz balasını dimdiyində 

götürüb gəldi çarhovuzun üstə. Üç kərəm balasını suya basıb, alıb təzədən dim-

diyinə apardı. Dəşküvarın ürəyinin başına od düşüb elə bil alışdı, dedi: mənim də 

oğlum olaydı... 

Bu dəmdə Dəşküvarın bağbanı bağı gəzirdi, gördü ki, padşah oturub şarhovu-

zun üstə, çox fikirdədi. (“Simanın nağılı”, s.239) 

Qeyd edək ki, Azərbaycan nağıllarının dilində yarımçıq cümlələr tabeli 

mürəkkəb cümlə quruluşunda da müşahidə olunur. Dilimizdə mürəkkəb cümlənin 

struktur semantikasını ilk dəfə geniş plana tədqiq etmiş T.Hacıyev yarımçıq cümlə-

nin bu tipini tabeli mürəkkəb cümlənin  natamam formalarından biri sayır. Müəllif 

yazır ki, tədqiqatçıların çoxunda cümlənin yarımçıqlığı isə diqqətdən kənarda qal-

mış, halbuki  bu forma özünün zəngin struktur semantik  xüsusiyyətləəri ilə dilimiz-

də geniş işləkliyə malikdir. Tabeli mürəkkəb cümlənin natamam formalarında özün-

dən  əvvəlki cümlələrdə xatırlatma  və asanlıqla yerinə  bərpa oluna bilmə  təyinatı 

vardır. Lakin sadə cümləlrdən fərqli olaraq,burada cümlə üzvləri deyil, komponent-

lərdən biri - tabeli mürəkkəb cümlənin baş,və yaxud budaq cümlə buraxılır. Bunun 

səbəbi isə çox sadədir. Tabeli mürəkkəb cümlələrdə, adətən, budaq cümlə rema ro-

lunda çıxış edir. Hər hansı cümlə üçün isə məlumatvermə əsasdır. Ona görə də əv-

vəlki cümlədə xatırlanan məlumatın təkrarına ehtiyac qalmadan yalnız yeni məlu-

mat verilir. T.M.Hacıyev bu maraqlı fikrini davam etdirərək yazır ki,hə şeydən əv-

vəl demək lazımdır ki, tabeli mürəkkəb cümlənin yarımçıq formaları xüsusilə diolo-

ji nitqdə özünü göstərir və situasiyadan, bütöv informasiyanın məzmunundan asılı 

olur. (10, s.155-156) Araşdırma göstərir ki, nağılların dilində işlənmiş və ekspressi-

ya yaradan mürəkkəb cümlənin yarımçıq formaları 2 cür meydana çıxır: 

1) müsahibin danışığının davamı kimi, yəbni danışıq dili faktı kimı; 

2) hər hansı sualın cavabı kimi; 

Xəbər budaq cümləsi yarımçıq formada: İşlərim elədir ki,.. (“Simanın nağılı”, 

s.239), məqsədim budur ki,... (yenə orda,.s.238). 

Tamamlıq budaq cümləsi yarımçıq formada: Yəni demək istəyir ki,.. (“Nəsi 

və Nəsdərənin nağılı”s.115), onun nəyi qalır ki,..(yenə orda,s.115) 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



238

Tərzi hərəkət budaq cümləsi: Korlar işığı, gözəlliyi nə cür hiss edirlərsə... 

(“yenə orada s.116); Şah elə şirin xəyallara dalmışdı ki,.. (“Simanın nağılı”, s.240) 

Zaman budaq cümləsi yarımçıq formada: O vaxt mən səndən xahiş etmişdim 

ki,...sözünün dalını gətirə bilmədi. (“İbrahim”, s.157) 

Kəmiyyət budaq cümləsi yarımçiq formada: Halı o qədər pərişan idi ki, (yenə 

orada s.158); Həsrətini o qədər çəkmişəm ki,... (yenə orada s.159) 

Qarşılaşdırma budaq cümləsi: - Sən məni o qədər yandırıb tökürsən ki,... 

(“Əyyar”, s.144) 

Bütün bu mürəkkəb yarımçıq cümlə strukturları mətndə ekspressiv boyaların 

artmasına şərait yaradır. 

Ən böyük sintaktik vahid olan mətnin ekspressivliyi nağıl mətnlərində 

aktivliyi ilə seçilir. «Mətn dilçiliyinin ümumi linqvistik əsaslarına istinad edilmədən 

onun ekspressiv, emosional xüsusiyyətlərini açmaq qeyri-mümkündür» (8, s. 150). 

Mətn üslubi təhlilin əsası qismində də daha böyük vahid kimi çıxış edir (9, s. 106). 

«Mətn sintaksisinin özünəməxsusluğunu öyrənmək ilk növbədə poetik sintak-

sisin imkanlarını genişləndirir. Mətnin, xüsusən folklor mətnin öyrənilməsi üslubiy-

yatın, poetikanın yeni perspektivlərini açır» (8, s. 152). 

«Zaman keçdikcə bədii əsərin dil xüsusiyyətləri, bədii dilin özünəməxsusluğu 

mətn səviyyəsində aparılmış  təhlil nümunələrində öz adekvat həllini tapmışdır»      

(8, s. 153) 

«Bədii fikrin inkişafını izləmək üçün, estetik fikrin yayılma qanunauyğunlu-

ğunu müəyyən etmək üçün təhlil olunan bədii mətnin struktur və semantik cəhətləri 

vəhdətdə götürülür, həmin mətni təşkil edən dil (nitq) vahidləri- fonemlər, leksem-

lər, seqmentlər, cümlələr kontekstual baxımdan ardıcıl şəkildə araşdırılır. Bədii mət-

nin unikallığ, təkrarsızlığı  məhz poetik-üslubi təhlil vasitəsilə reallaşır. Və burada 

bədii sözün ifadə imkanları, estetik fikrin daxili siqləti mətn miqyasından tədqiq 

edilir. Forma və məzmun vəhdəti bədii mətnin təhlili üçün əsas stimul kimi özünü 

göstərir» (8, s. 154). 

«Nağıl mətnlərindən birinin başlanğıcına diqqət edək: «Biri var idi, biri yox 

idi, bir padşah var idi». Çox abstrakt (və həm də formula xarakterli) «biri var idi, bi-

ri yox idi» sintaqmından sonra «bir padşah var idi» sintaqmı  gəlir ki, bütün mətn 

«bir padşah» adlı şəxsin taleyi ilə başlayır və get-gedə müəyyənləşir (8, s. 184). 

Ə.Cavadov: «Sintaktik bütöv qeyri-müəyyənlikdən müəyyənliyə doğru inki-

şaf edir. Belə ki, mürəkkəb sintaktik bütövün qeyri-müəyyənlikdən müəyyənliyə 

doğru inkişaf edir. Belə ki, mürəkkəb sintaktik bütövün mərkəzində duran cümlə, 

əsasən, qeyri-müəyyənliyi bildirir. Mərkəzi cümlədən sonra gələn izahedici cümlə-

lər qeyri-müəyyənliyi müəyyənliyə çevirir» (5, s. 67). 

Nağıl mətnləri ekspressiya üçün geniş imkanlar açır. Bu imkanlardan biri mət-

nin təşkili mexanizmi, bağlılığı problemidir. Bu problemlə nağıl mətnlərində tez-tez 

qarşılaşmaq olur. Biz burada iki cür əlaqədən - əlaqə üsulunda bəhs edəcəyik. Bu 

əlaqə üsulları komponentlər arasında məntiqi-sintaktik əlaqə üsulları kimi tanınır. 

Tədqiqatçıların göstərdiyi kimi, sintaktik bütövlərin komponentləri bir-biri ilə 

həmişə eyni üsulla əlaqələnmir. Bu cəhəti mətn üzərində praktik şəkildə yoxlayan 

dilçilər komponentlər arasında məntiqi rabitəni müxtəlif şəkildə müşahidə etmişlər. 

İki  əlaqə üsulu- zəncirvarı  və paralel əlaqələr hamı  tərəfindən qəbul edilir. Mətn 

dilçiliyininin tədqiqyatçılarından Q.Kazımov yazır ki, zəncirvarı  əlaqənin  əsas 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



239

xüsusiyyəti ondan ibarətdir ki, əvvəlki cümlənimn reması sonrakının teması kimi çı-

xış edir və bu proses sintaktik bütöv kimi davam edir, cümlələr bir zəncirin həlqələ-

ri kimi bir-biri ilə bağlanır. Bu prosesdə həlledici rol təkrarların üzərinə düşür. Hətta 

bəzən  əvvəlki cümlənin reması sonrakında tema şəklində olduğu kimi saxlanılır      

(7, s. 451). 

Nümunələrə nəzər yetirək: 

1)

 



Əl çəkmədi ki, əl çəkmədi (AN, II, 133). 

2)

 



Ox kamandan çıxıb birbaş  sürdü ilanlara tərəf. Sürdü hara dəysə yaxşıdı düz 

qara ilanın sağ gözündən (AN, II, 135). 

3)

 

Götürüb cavan oğlanı  gəldi  şəhərə.  Şəhər padşahına bir kağız yazıb göndərdi 



(AN, II, 170). 

4)

 



Bəlğ  pəhləvan səhər durub Pəri xanımın yanına  gəlirdi. Gəlib  qalacaya  çatdı. 

Çatan kimi gördü ki. qalaca laybalay açıldı (An, II, 173). 

5)

 



Bir  nərə  çəkdi. Nərə  çəkən kimi, qoşuna qorxu düşüb, üz qoydular qaçmağa 

(AN, II, 170). 

6)

 

Nəyi var idi hamısını satdırıb qızı aldı. Aldı, amma ki, necə aldı…(AN, II, 176). 



7)

 

Qoca ilə Səlim düşdülər yola. Yolda qoca Səlimdən soruşdu ki, aşbazlıq bilir, ya 



yox (AN, II, 178). 

8)

 



Hər ikisi başladılar  süpürüşməyə. Süpürüşəndən sonra  Kəl Həsən  əl atıb 

qılınca Bəlğ pəhləvannan qılınc davasına başladı (AN, II, 173). 

9)

 

Mən razı olmadım. Razı olmayanda Qara vəzir məni zindana saldı (AN, II, 



234). 

10)


 

Verən versin, verməz verməsin (AN, III, 66). 

11)

 

ceyran əl atıb qılınca hücum elədi Əhmədə. Başladılar qılınc davasına. Əl atıb 



yapışdı Rum padşahının oğlunun yaxasından (AN, III, 208). 

12)


 

Ordan, burdan soraqlaşıb öyrəndi ki, bəli, bir belə qutu bura gəlib, içindən də 

üç qız çıxıb. Bəli, bunu da öyrəndi ki, kiçik qızı padşahın oğlu alıb (AN, III, 116). 

13)


 

Padşah çox intizarda idi ki, Kəl Həsəni  görə. Bir də  gördü ki, qabağında nə 

boyda bir adam dayandı, əynində don, ayağında çarıq (AN, III, 166). 

14)


 

Şirzad gördü daha xac yoxdu. Gördü bir qalaca var (AN, III, 108). 

Birinci cümlədə «əl çəkmədi» frazeologizmi birinci cümlədə «yeni»ni, ikinci 

cümlədə isə «məlum olan» bildirmiş  və ikinci cümlədə temaya çevrilərək onu 

birinci cümlə ilə əlaqələndirmişdir. 

İkinci cümlə: «sürdü» sözü birinci cümlədə «yeni»ni, ikinci cümlədə «məlum 

olan»ı bildirmiş  və ikinci cümlədə temaya çavrilərək onu birinci cümlə ilə bağla-

mışdır. 


Üçüncü cümlə:  Şəhər sözü birinci cümlədə yer zərfliyidir - «yeni»ni ifadə 

edir, ikinci cümlədə bu söz təyin rolunda çıxış edir - «məlum olan»dır. Bu söz ikinci 

cümlədə temaya çevrilmiş və onu birinci cümlə ilə bağlamışdır. 

«Formula səciyyəsi daşıyan nağılbaşılar (təkərləmə): «Bir varmış, bir yox-

muş» (s. 249). K.Vəliyev formulları 3 prinsip üzrə qruplaşdırır: 

1.Sintaqmatik prinsip; (başlanğıc formullar, keçid (medial) formullar; sonluq 

formulları) 

2.Semantik prinsip; (ritual formulları, toy, yas, hədiyyəvermə, mövsüm və s.; 

döyüş-müharibə formulları, yoladüşmə, vuruş, qələbə, geyim, silah və s. Öygü, dua-

alqış formulları, məişət formulları, təbiətə münasibət formulları, yol formulları) 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



240

3. Linqvistik prinsip. (dil vahidləri  əsasında yaranan formullar: söz-formula 

(metafora). Müqayisə-formula, söz birləşməsi formula (bədii təyinlər), cümlə 

formula, sadə cümlə, tabesiz mürəkkəb cümlə (paratasis) (8, s. 250), tabeli 

mürəkkəb cümlə (hipotaksis), mətn-formula, dialoq (8, s. 251). 

 

Ədəbiyyat 



 

1.

 



Allahverdiyeva F. Bədii mətnin formalaşmasında sintaktik əlaqə vasitələri. 

Bakı: ”Elm və təhsil”, 2011. 

2.

 

Azərbaycan nağılları: 5 cilddə, I c., Bakı: «Şərq-Qərb», 2005. 



3.

 

Azərbaycan nağılları: 5 cilddə, II c., Bakı: «Şərq-Qərb», 2005. 



4.

 

Azərbaycan nağılları: 5 cilddə, III c., Bakı: «Şərq-Qərb», 2005. 



5.

 

Cavadov  Ə.M. Dil vahidlərinin sırası (Azərbaycan dili materialları  əsasında). 



Doktorluq dissetasiyası, Bakı, 1975 

6.

 



Hüseynov M. Romanın üslub zənginliyi. Bakı, 1990. 

7.

 



Kazımov Q. Seçilmiş əsərləri. V cild, Bakı: Nurlan,2008. 

8.

 



Kazımov  İ.B. Oğuz qrupu türk dillərində yarımçıq cümlə. Namizədlik 

dissertasiyası, Bakı, 1987. 

9.

 

Кязимов И.Б. Неполное предложение в тюркских языках огузской группы. 



АКД, Баку, 1987, с. 20-22 

10.


 

Müzəffəroğlu T. Müasir Azərbaycan  dilində mürəkkəb cümlələrin struktur  

semantikası. Bakı: Azərnəşr, 2002. 

 

                                               Н.Гаджиева,  



Х.Манафлы 

Экспрессивность сложных предложений и текста 

Резюме 

 

В  азербайджанском  языкознании  экспрессивно-стилистические  особен-



ности  сложных  предложений  мало  изучены.  Стилистические  особенности 

сложноподчиненных предложений не исследованы. 

В  азербайджанских  сказках  много  сложных  и  ступечатых  мыслей.  Они 

выражаются с помощью предложений со сложной структурой. В языке сказок 

достаточно много описаний, поэтому здесь сложным предложениям отводит-

ся место. 

 В этой статье на фактическом материале из сказок рассмотрены различ-

ные типы сложных предложений, синтаксические трансформации, а также вы-

разительность текста, являющегося самой крупной единицей синтаксиса. 

 

 



 

 

 



 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



241

 N.Hajiyeva,  

Kh.Manafli 

Expression of compound sentences and the text

 

Summary 


 

In the Azerbaijan linguistics expressive and stylistic features of compound 

sentences are a little studied. Stylistic features of compound sentences are not 

investigated.

 

In the Azerbaijan fairy tales a lot of difficult and step thoughts. They are 



expressed by means of offers with difficult structure. In language of fairy tales it is 

a lot of descriptions, therefore here to compound sentences the place is taken away.

 

  In this article on an actual material from fairy tales various types of 



compound sentences, syntactic transformations, and also expressiveness of the text 

which is the largest unit of syntax are considered. 

 

 

Rəyçi:                   Ofeliya Piriyeva 



                  pedaqogika elmləri namizədi, dosent 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



242

ßÄßÁÈÉÉÀÒØÖÍÀÑËÛà



 

             



                                                                     HÜSEYN HƏŞİMLİ 

filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi 

                                                                (Naxçıvan Dövlət Universiteti) 

                                                                    e-mail:  hashimli-h@rambler.ru 

 

SƏİD  SƏLMASİNİN  PUBLİSİSTİKASI 

 

Açar sözlər: Azərbaycan ədəbiyyatı, publisistika, Səid  Səlmasi. 

Key words:  Azerbaijan literature,  publicistic,  Said  Salmasi. 

Ключевые слова: Азербайджанская литература, публицистика, Саид Салмаси. 

 

Səid Səlmasi (1887-1909)  qısa ömür sürsə  də, özündən sonra diqqətəlayiq 

bədii və publisistik irs qoymuşdur. O həm Bakıda nəşr olunan ayrı-ayrı qəzet və jur-

nallarda müxtəlif səpkili yazılarını oxuculara çatdırmış, həm də Güney Azərbayca-

nın bir sıra mətbuat orqanlarında çıxış etmişdir. İstedadlı qələm sahibinin bəzi bədii 

əsərləri barədə indiyədək müəyyən elmi fikirlər söylənilsə də, onun publisistikasına, 

demək olar ki, diqqət yetirilməmiş, bu sahədə yalnız tək-tək qısa mülahizələr üzə 

çıxmışdır. Bu məqalədə biz S. Səlmasinin ötən əsrin əvvəllərində Bakı mətbuatında 

işıq üzü görmüş bir sıra publisistik əsərlərini tədqiqata cəlb edəcəyik. 

Səid Səlmasinin maraq doğuran publisistik əsərlərindən biri ”İran işləri” adla-

nır. Həmin məqalə Bakıda  çıxan  “Tazə həyat”  qəzetinin  7 may 1907-ci il tarixli 

sayında dərc olunmuşdur  (3). Bu məqalə o zaman Güney Azərbaycanda  əhalinin 

ağır sosial-iqtisadi durumundan, hüquqsuz vəziyyətindən  bəhs edir. Yazının  əv-

vəlindəki qeyddən anlaşılır ki, S. Səlmasi bu məqaləni Salmas mahalından  aldığı 

məktublar əsasında hazırlamışdır. Buradan həm də o nəticə çıxır ki, həmin vaxt Səid 

doğulub boya-başa çatdığı Salmas mahalında deyilmiş, çox güman ki, Bakıda imiş.  

Məqaləni oxuduqca sanki müəllifin sətirlər arxasından boylanan həssas sima-

sını görür, onun vətəndaş harayını  eşidirik. S. Səlmasi həmvətənlərinin acınacaqlı  

vəziyyətini  konkret faktlar əsasında  ürək ağrısı ilə dilə gətirir. Cana doymuş əhali-

nin hətta tətilə başladığını da nəzərə çatdırır: “Azərbaycanda aclıq var. Bu həftə al-

dığım xüsusi məktublarda Salmas mahalında və Dеyləmqan şəhərində əhalinin tab 

gətirə bilməyəcəyi bir dərəcədə aclıq olduğunu yazırlar. Buğdanın pudu iki manat 

bir abbasıya satılır. Salmas mahalı kimi fəqiri-ümumi olan bir ölkədə iki ay buğda 

bu qiymətdə qalırsa, əhalinin dörddə biri acından öləcəyi mümkündür. Və işin için-

də də müqatilələr, hücumlar olacağı Dеyləmqan şəhərində başlayan tətili-ümumidən 

anlaşılır. Tətil haqqında bizə bеlə yazırlar: “Tətil dəhşətli bir tətil idi. Aclıqdan cə-

sarətə  gəlmiş ixtilalçılar - kişi-övrət qəmələr, rеvolvеrlərlə (tapançalarla) müsəllə-

hən Məşədi Abbasəli Babayеvin еvinə və dükanına hücumlar еtdilər. Ancaq bir şеy 

еləyə bilmədilər. Yalnız dükanın bir nеçə taxtasını sındırdılar”. 

Bunun ardınca S. Səlmasi məmləkətdəki bahalığın, qıtlığın,  əhalinin aclığa 

düçar olmasının və nəticədə tətil etməsinin  əsas səbəblərini araşdırmağa səy göstə-

rir: “Salmas mahalında olan kəndlər ki, əksəri Hacı Məmmədtağının əlindədir və bu 

kəndlərin dövlətə olan vеrgiləri “Qəllə”dir, yəni еynən buğda vеrməlidirlər... Məsə-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



243

lən, bir kənd min pud buğda dövlətə vеrgi vеrməlidir. Buğdanın pudu da bir manata 

satılır... Ərbab Təbrizdə hökumət dairələrinə xəbər vеrir. Bir qədər rüşvət-filan vеr-

dikdən sonra buğdanın pudunu əlli qəpiyə qət еdir. Nağd pulunu vеrir, sonra kəndə 

məmurlarına xəbər vеrir ki, burada əhalidən  еynən buğdanı  cəm  еt. Burada yеnə 

sahibinin birə-iki mənfəəti olur. Əhali qorxudan dərdlərini kimsəyə dеməz. Dеyər-

lərsə də zülm-cəbrdən savayı bir şеy görməzlər. Çünki Hacı Məmmədtağı hökumətə 

söyləyəcək, mən sənə peşin (əvvəlcədən) buğdanın pulunu vеrdim. İndi bunlar istə-

yir, mənim buğdamı  vеrməsinlər. Artıq iş bitdi. Hacı  Məmmədtağı  kəndxudaların 

yanına bir də hökumət qoşulur. Qırmac altında yazıq əkinçilərdən istədiklərini alır-

lar. Bu surətlə hökumətin  еhtiyat zəxirəsi adına kəndlilərdən aldığı buğda Hacı 

Məmmədtağının anbarına girir və  kənd hasilatının da üçdə  biri    Məmmədtağıya 

vеriləsidir. Bunlardan məada (başqa), nə qədər hasil vеrən yеr varsa, hamısı ərbab 

əlindədir və onların hasilatı anbarlara dolur və sair vasitələrlə  rəiyyətdən alınan 

buğdanı da nəzərə alır. Yəqin dеmək olar, illik hasilatın üç hissəsi Hacı Məmmədta-

ğının əlində, dörddə biri rəiyyətin əlində qalır”. 

Məhsulunun dörddə üç hissəsi  əlindən alınan kəndli, özünə qalan cüzi taxıl 

ilə, sözsüz ki,  gələn ilin  məhsul yığımınadək cüzi ailəsini dolandıra bilməyəcək. 

Belə olan halda o,  yenə də ərbabdan borc almaq məcburiyyəti ilə üzləşəcək. Mə-

qalənin davamında müəllif  bu məsələlərə diqqət yetirərək yazır:  “Üç-dörd ay sonra 

ki, tamam buğda rəiyyətin əlindən qurtulur, əhali hamısı kənd sahiblərinin anbarla-

rına möhtac olur. Artıq buğdanın qiyməti ərbabların insafına bağlıdır. Nеçə sənələr-

dən bəri Azərbaycan ölkəsini aclıq və qıtlıq bəlasına düçar еdən məsələ bundan iba-

rətdir və indi də Salmasda başlanılan aclığın və  tətilin səbədi budur və Salmasda 

Hacı Məmmədtağının anbarları Babayеv dеdiyimiz zalımın əlində olduğundan onun 

üçün ac və səfil qalmış əhali onun qapısına hücum еdir”.  

Məqalənin sonunda S. Səlmasi dərin kədərlə, qəlb yanğısı ilə ac-yalavac və-

ziyyətə düşmüş biçarə kəndlilərə xitab edir, eyni zamanda, sərvət naminə hər vasitə-

yə əl atan insafsız ərbabların iş üzünü, laqeydlyini, zalımlığını daha dərin qəzəblə 

açıb göstərir : “ - Ey biçarə millət, əbəs yеrə o zalımın qapısına yığılmayın! Çünki 

sizin ah-naləniz, fəryadınız o baxanlara dəhşət vеrən binanın daşlarına, kərpiclərinə 

təsir еtsə də, onun qəlbinə təsir еdə bilməz. Çün o daşlar ilə - o kərpiclərlə sizin mə-

nəvi bir rabitəniz vardır. Çünki onlar sizin ürəyinizin qanı ilə qoyulub. Bəli, o bö-

yük binanın tikilməsi minlərcə еvlərin yıxılmasına bais olub…Yazıq millət, o bina-

nın içində olan dağ parçası tək buğdaların həvəsi sizi çəkib ora aparmasın. Onlardan 

sizin nəsibiniz yoxdur. Qayıdın, balalarınızın  əlindən tutun! O çırağsız-çörəksiz 

olan daxmalarınıza girin! Xanimansızlarsınız! Xarabalar bucağına, gülxənlər içinə 

gеdin!” 


Müəllifin kədər dolu ovqatı daha də tündləşir, onun qəlb nalələri son nəticədə 

mahiyyət etibarı ilə məzlum həmvətənlərini öz hüquqları barədə düşünməyə, lazımi 

addımlar atmağa yönəldən  təsirli vətəndaş harayına çevrilir: “ Acından can vеrin! 

Sürünün, məhv olun! Bəlkə, Allah-taala onu və onun kimi zalımları yandırsın. Hər 

halda, onun qapısına cəm olmayın! Ah-nalə еtməyin! Zira o sizin fəryadınızı еşit-

dikcə sizə gülür, istehza еdir”.  

Göründüyü kimi, S. Səlmasi  zalımlara yalvarmağı rəva bilmir, kəndlilərə xi-

tabən: ”Sürünün, məhv olun!” deməklə əslində onlara öz kölə vəziyyətlərini anlat-

maqla  mübarizəyə əsləyir. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



244

Vətənpərvər ziyalı  Səid Səlmasinin diqqətəlayiq publisistik əsərlərindən biri 

də  “İrana dair. Azərbaycan “padşahları” adlanır. Həmin irihəcmli məqalə Bakıda 

“İrşad” qəzetinin 13 may və 17 may 1907-ci il  tarixli saylarında dərc olunmuşdur 




Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə