Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

                                                                           

Agshin Dadashzada 

Genre specificity in Azerbaijan dramaturgy 

Summary 


 

In the article theoretical aspects of genre specificity in Azerbaijan dramatic 

works are analyzed. Furthermore, author evaluates display of comicalness and 

tragedy, and values identity of national drama. Author applies such terms as hetero-

geneity and multi planning while describing concrete images of classic dramaturgy 

and plays of Azerbaijan authors. At the same time, the issue of diffuseness of the 

genre borders in the frames of one work is analyzed and the level of the variation in 

this issue is evaluated. Furthermore, author analyzes different dramatic images crea-

ted by Azerbaijan writers and their ideological and artistic-aesthetic qualities. 

 

                                                                    



 

Filologiya  məsələləri – №7, 2013

 

 



342

        Агшин Дадашзаде 

Некоторые проблемы исследования жанровой 

специфики азербайджанской драматургии 

Резюме 

 

  В  статье  анализируются  теоретические  аспекты  жанровой  специфики 



азербайджанской  драматургии,  дается  оценка  проявлениям  трагичности  и 

комичности, высказывается мнение о самобытности национальной драмы. Ав-

тор, обращаясь к конкретным художественным образцам классической драма-

тургии и пьесам отечественных авторов, применяет такие понятия, как неод-

нородность и многоплановость жанровых особенностей. Здесь же затрагивает-

ся  проблема  размытости  межжанровых  границ  в  рамках  единого  произведе-

ния,  дается  оценка  степени  вариативности  в  данном  вопросе.  Далее  разби-

раются  отдельные  драматические  образцы,  принадлежащие  перу  азербайд-

жанских  писателей,  высказывается  мнение  об  их  идейных  и  художественно-

эстетических достоинствах. 

 

Rəyçi:      Məhəmmədəli Mustafayev 



                filologiya elmləri doktoru 

 

 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



343

AYŞƏN  KAZIMLI 

Qafqaz Universiteti 

filoloq@mail.ru 

 

CƏLİL MƏMMƏDQULUZADƏNİN HEKAYƏLƏRİNDƏ  



“KİÇİK ADAM” OBRAZLARI 

 

Açar sözlər: qəhrəman, kiçik adam, nəsr, dialoq, tənqidi realizm  

Ключевые слова: герой, маленкий человек,проза, диалог, критический 

реализм. 



Key words  hero,small people, prose, dialogue, critical realism 

 

Ədəbiyyatda “kiçik adam” probleminin qabardılmasına daha çox rus ədəbiy-



yatında rast gəlirik. Bu tipli qəhrəmanlar ilk dəfə rus ədəbiyyatında XIX əsrin 20-

30-cu illərində realizmin yaranması ilə  əlaqədar olaraq işlənməyə başladı. 

A.S.Puşkin “Dayanacaq baxıcısı”, N.V.Qoqol “Şinel” povestlərində kiçik adam ob-

razı yaratmaqla bu ənənənin başlanğıcını qoydular. Daha sonrakı dövrlərdə 

A.Çexov, M.Qorki öz hekayələrində, M.Bulqakov, M.Zoşşenka məişət satiralarında 

bu ənənəni davam etdirdilər [3]. Bu problem nə dünya ədəbiyyatından, nə də Azər-

baycan ədəbiyyatından yan keçmədi. Dünya ədəbiyyatında Frans Kafka, Alber Ka-

mü kiçik adam obrazını daha qlobal miqyasda işlədilər. Azərbaycan ədəbiyyatında 

isə Cəlil Məmmədquluzadənin başladığı bu yolu sonralar uğurla yazıçı Anar davam 

etdirdi. “Dantenin yubileyi” povestinin qəhrəmanı Kəbirlinski Azərbaycan ədəbiy-

yatında işlənmiş “kiçik adam” obrazlarından ən yadda qalanlarındandır. 

Cəlil Məmmədquluzadənin qəhrəmanlarının çoxu sadə insanlar – kəndlilər, 

kiçik məmurlar, xalqın savadsız, cahil nümayəndələridir. Ədib onları hekayələrinin 

baş qəhrəmanına çevirməklə “kiçik adam”ların problemlərini qabardır, cəmiyyətin 

inkişafdan qalmasında bu tiplərin rolunu göstərir. 

Akademik və ədəbiyyatşümas-alim İsa Həbibbəyli də Cəlil Məmmədquluza-

dənin yaradıcılığında “kiçik adam”ların üstünlük təşkil etdiyini qeyd edir: “Məhz 

onun yaradıcılığı sayəsində kiçik adam böyük ədəbiyyatın əsas qəhrəmanına çevril-

mişdir” [1, 7]. 

Cəlil Məmmədquluzadə “Poçt qutusu” hekayəsi ilə Azərbaycan nəsrinin inki-

şafında iri bir addım atdı. Bu hekayə  ədəbiyyatşünas alim Əli Nazimin sözləri ilə 

desək, “O zaman qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən ədəbiyyat 

kəbəsinə  cəmiyyətin aşağı qatlarını, zümrələrini, insanlarını  gətirir”. Novruzəlinin 

simasında kiçik adamın qeyri-adi əhvalatı oxucuya elə  dəqiqlik və incəliklə 

çatdırılır ki, oxucuda hadisənin baş verdiyinə dair şübhə yeri qalmır. Avam kəndli 

olan Novruzəlinin davranışı, Vəli xanla dialoqları müəllif ideyasının açılmasına xid-

mət edir. Elə ilk dəfə hekayədə görünməsi və xanla ilk dialoqu ilə Novruzəli öz xa-

rakterini açıq sərgiləyir: 

“-   A kişi, Novruzəli! Bu nə zəhmətdi, çəkmisən? 

-

 



 Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam” [2, 123]. 

Özünü xanın yanında kiçik tutması  və qul sayması  qətiyyən Novruzəlinin 

şəxsiyyətinə təsir göstərmir. Ümumiyyətlə “kiçik adam”lar daim cəmiyyətin gözün-

də aşağı, nə qədər namuslu, vicdanlı olsa da, bir qədər axmaq obrazında verilir. Bu 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



344

da təkcə  cəmiyyətin yox, elə  həmin “kiçik adam”ın problemidir. Çünki həmin 

“kiçik adam” bu obrazı məhz özü formalaşdırıb, şüuraltı olaraq cəmiyyətə aşağıla-

ma, təhqir etmə səlahiyyəti verir: 

Novruzəlinin sözlərindən və davranışından da göründüyü kimi, günahı olma-

ya-olmaya xandan dönə-dönə üzr istəməsi, qarşısında əyilməsi məhz özünün xarak-

terindən irəli gəlir. Ətrafdakı insanlar da məhz bu sadəliyi və avamlığından istifadə 

edərək ona ikinci dərəcəli bir insan kimi baxır, fikirləri ilə hesablaşmır, yalnız işləri 

düşəndə yalandan mehriban münasibət göstərirlər. Avam Novruzəlini digər xalqın 

nümayəndələri – ruslar, ermənilərlə müqayisə edən müəllif bu məqamda tənqidi 

realizmin qayda-qanununa riayət edir. Novruzəlinin cahilliyini onlarin mədəni sə-

viyyəsinə qarşı qoyan yazıçı  əslində öz xalqının nümayəndələrinin də tezliklə ye-

niliklərdən xəbərdar olmasını, mədəni səviyyəsinin artmasını arzulayır. Başına gə-

lən əhvalatı danışdırmaqda xanın məqsədi heç də məsələnin dərinliyinə varmaq və 

hadisənin səbəblərini araşdırmaq deyil. Xan bu hadisəyə  əyləncə kimi yanaşır və 

Novruzəlini sanki təlxək simasında öz hüzurunda rol oynamağa məcbur edir. Aşağı-

dakı sözlər də fikrimizi təsdiq edir: “Di indi əhvalatı nağıl elə, Novruzəli! Sənin bu 

hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən: yəni hamısını 

birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi...”   

[2, 126]. 

Finalda Vəli xanın Noruzəlinin başına gələn  əhvalata reaksiyası – “Xan bir 

qədər fikir etdi” ifadəsini Novruzəlinin “kiçik adam” olmasını qanuniləşdirən hökm 

kimi qəbul etmək olar. Müəllif tərəfindən hekayə boyunca Novruzəli obrazının 

təsviri məhz bu ifadə tamamlanır və “kiçik adam”ların cəmiyyətdə tutduğu yerə 

açıq münasibət formalaşdırır.  

Cəlil Məmmədquluzadənin kiçik həcmli hekayələrinin  əsas qəhrəmanlarının 

əksəriyyəti “kiçik adam” qəhrəman modelinə uyğun gəlir. Çünki yazıçı öz qəhrə-

manlarının çoxunu məhz həyatın dibindən tapır, onları ən əzab-əziyyətli situasiyala-

ra salır. Amma bu əzab-əziyyətə müəllif uğurla yumor qataraq hekayələrini oxunaq-

lı edir. Gülüşün ardında dayanan ağrı-acı “kiçik adam”ın real cizgilərini müəyyən-

ləşdirməkdə oxucuya kömək edir. Azərbaycan yazıçısı Süleyman Rəhimovun Cəlil 

Məmmədquluzadə haqqında bir ifadəsini xatırlamaq yerinə düşərdi: “

Kim deyir ki, 

Mirzə Cəlil gülüb, yanılır, Azərbaycan torpağında hələ belə ağlayan olmayıb”. Mi-

rzə Cəlil daim öz xalqının nümayəndələrinin –, avam gənclərinin, hüququnu bilmə-

yən qadınlarının, fırıldaq qurbanı olan kəndlilərinin halına ağlayıb. Amma bu ağlaş-

ma üzə gülüş, tənqidi satira şəklində çıxıb. Yazıçı zəlil vəziyyətə düşməkdə xalqın 

özünü günahlandırır və bütün qüsurları xalqın üzünə çırpmaqla, 

millətin eyiblərini 

bütün çılpaqlığı ilə göstərməklə milli oyanışa, özünüdərketməyə nail olmaq istəyib. 

Mirzə Cəlil başqa cür yaza bilməzdi, ən azı o tənqidi realizm cərəyanının nümayən-

dəsi idi və millətin yüksəlişinə onu tənqid edərək çatmağın mümkünlüyünə inanırdı. 

“İranda hürriyyət” hekayəsi daha bir “kiçik adam”ın – Kərbəlayi Məmmədəli-

nin həyatından kiçik bir fraqmentə həsr olunub. Öz vətəni İrandan bir parça çörək 

üçün didərgin düşən Kərbəlayi Məmmədəli ailəsinə verdiyi sözə əməl etmir və bir 

arvadı özünə siğə etdirir. Vətənə  İrana hürriyyət verildiyini xəbər tutan qəhrəman 

təzə arvadının tələbi ilə öz payını almağa cəhd göstərir. Hürriyyətin maddi bir şey 

olduğunu, alınıb-satıldığını xəyal edən Kərbəlayi Məmmədəli işin həqiqi məğzindən 

xəbərsizdir. İki ailənin arasında qalan qəhrəman məktub yerdəyişməsi nəticəsində bəla-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



345

ya düşür, ailəsi təzə arvad aldığından xəbər tutub onun üstünə  gəlirlər. Müəllif final 

vasitəsilə göstərmək istəyir ki, “kiçik adam” böyük planlar quranda iflasa uğrayır, 

qazandığı bir tikə  də haram olur. “Kiçik adam” verdiyi sözə xilaf çıxıb təzə arvad 

alanda hələ o qədər də günahkar deyil, amma hürriyyət payını istəməsi artıq günahdır 

və bu günah cəzasız qala bilməzdi. Əgər Kərbalayi Məmmədəli hürriyyətin nə olduğu-

nu anlasaydı, “kiçik adam” obrazı çərçivəsinə sığmazdı. Amma qəhrəman bütün heka-

yə boyu cahil və acgöz xarakterə malik bir obraz kimi təsvir edilir, azadlıq kimi ali ide-

yaların mövcudluğundan xəbəri belə olmur. Cəmiyyətdə lazımsız, artıq adam sayılması 

– hər iki arvad tərəfindən rədd olunması “kiçik adam”ın taleyidir və Kərbəlayi Məm-

mədəli  bu taleni qəbul etməyə borcludur. Müəllif qəsdən hekayəni yekunlaşdırmır. 

“Dəxi bilmirəm mərəkənin axırı hara çatdı” cümləsi ilə qəti hökm verməkdən boyun 

qaçırdır, finalı müəyyənləşdirməyi oxucunun ixtiyarına buraxır. Ancaq “kiçik adam”ın 

aqibəti oxuculara tanışdır. Onlar əbədi laqeydlik, ətrafdakılar tərəfindən aşağılanma 

damğası ilə “mükafatlandırılıblar”.  

Tipik “kiçik adam” surəti Cəlil Məmmədquluzadənin “Konsulun arvadı” heka-

yəsində də yaradılmışdır. Rzaqulu eşitdiyi xəbərə əsasən konsulun arvadının öldüyü-

nü dostuna – müəllifə xəbər verir. Təhkiyə yenə də birinci şəxsin – hadisəni danışan 

müəllifin dilindən nəql edilir. Birinci şəxsin dilindən verilən təhkiyə  Cəlil Məm-

mədquluzadənin kiçik həcmli hekayələri üçün xarakterik cəhətlərdəndir. Konsulun 

yanına başsağlığagedən iki dost absurd vəziyyətə düşürlər – konsulun arvadı olub, 

evdə isə  qətiyyən yas abu-havası yoxdur. Başsağlığa gəldiklərini deyən dostlar 

konsul tərəfindən anlaşılmazlıqla qarşılanırlar. Konsul əvvəlcə elə anlayır ki, Mosk-

vada təhsil alan oğlundan qara xəbər gəlib. Daha sonra işin məğzindən xəbər tut-

duqda – ölən adamın birinci arvadı olduğunu bildikdə qara-qışqırıq qopararaq dost-

lardan onu niyə narahat etdiklərini soruşur. Hekayədə Rzaqulu yersiz hörmətcilliyi 

ilə çıxılmaz vəziyyətə düşür. Əslində müəllif hekayənin əvvəlində öz sözləri ilə ona 

“kiçik adam” olduğunu, yersiz hərəkət etdiyini deyir: “Rzaqulu, dünyada bir şey var 

ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. Əlbəttə sən ki, deyirsən konsulun 

arvadı ölüb, əlbəttə allah cəmi ölənlərə rəhmət eləsin. Ölü sahibini yoxlamaq insa-

nın birinci nişanəsidir. Və lakin sən gərək bunu biləsən ki, ölü sahibini o yerdə yox-

lamaq lazımdır ki, sənin yoxlamağına o möhtac olsun. Amma, allaha şükür,  İran 

konsulu və cəmi yer üzünün konsulları bir böyük əşxasdırlar. Sən səy et, elə bir kəsi 

yada sal və elə bir kəsin ölüsünün üstünə get ki, səni orada gözləyə bilsinlər və ora-

ya sənin getməyin yada düşsün... Bir də, qardaş, bax, sözün açığı, sən hara, konsul 

hara?” [2, 210]. 

Ancaq deyilən sözlər Rzaquluya təsir etmir, konsula başsağlığı verməkdə israr 

edir. Böyük işlərə baş qoşması  və  əslində öz lazımsızlığını  dərk etməməsi “kiçik 

adam”ların fəlakətidir. Konsul öz son sözləri ilə əslində Rzaqulunun nə dərəcə la-

zımsız xəbəri çatdırdığını sübut edir:  “Ay cəhənnəmə vəfat edib, gora vəfat edib! 

Rəhmətliyin uşaqları (bizə işarə ilə) hələ adlarını müəllim qoyub, amma gör nəyə 

məşğuldurlar!” [2, 213]. Ancaq tipik “kiçik adam” obrazından fərqli olaraq Rzaqulu 

sonda etdiyi işin mənasızlığını anlayır ki, biz də bunu qəhrəmanın son sözlərindən 

və davranışından müşahidə edirik. 

“Şeir bülbülləri” hekayəsi anlaşılmaz və yad ərəb dilinə meyl edib öz ana dili-

nə xor baxanların tənqidinə yönəlib. Epiqraf artıq oxucuya ipucu verərək hekayədə 

nədən bəhs ediləcəyinə işarə edir: 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



346

“Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor, 

Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor” 

Ədəbiyyat zavodlarımızda verilən dərslərdən” [2, 288] 

Ana dilinə yad münasibət Cəlil Məmmədquluzadənin istər dram (“Anamın 

kitabı”), istər hekayə (“Sirkə”, Şeir bülbülləri”),.. , istərsə də publisistik (“Sizi deyib 

gəlmişəm”, “Bizim “obrazovannı”lar”, “Ana dili”) yaradıcılığında mühüm yer tutur. 

Bu hekayədə  də eyni problem qaldırılmışdır. Hekayənin qəhrəmanı nadir şeir nü-

munələri tapdığını iddia dərək Molla əmiyə onları oxumaq istəyir. Molla isə qəliz 

ərəb-fars tərkibləri ilə  zəngin qəzəlləri başa düşməsə  də, özünün savadsız sayıla 

biləcəyindən ehtiyat edərək hər deyilən sözü təsdiqləyir. Ancaq bu məqamda qonşu 

otaqdan doğma ana dilində nağıl danışan Zeynəbin səsi hamını susdurur və ana dili-

nin sehrinə salır. Müəllif hekayəyə Zeynəbin dilindən sadə və axıcı bir nağıl daxil 

edir. Amma oxucunu intizarda qoyaraq nağılı yarıda kəsərək finalla tanış etmir. He-

kayənin təhkiyəçisi – Molla əmi yalnız sonda, özü də maarifpərvər bir gəncin – ev 

sahibinin oğlunun qarşısında öz “savadsızlığını” boynuna alır və  həmin  şairləri 

anlamadığını deyir. 

“Saqqallı uşaq” hekayəsi Mirzə Cəlilin kütlə arasında çox yayılmış və sevilən 

hekayələrindəndir. Sadə təhkiyə tərzi, incə yumoru ilə yazıçı Cəlil Məmmədquluza-

də həqiqətən də Azərbaycan hekayə janrının incilərindən birini yaratmağa nail ol-

muşdur. Hekayədə təsvir olunan hadisə çox adi bir məişət hadisəsidir. Yazıçı isə bu 

adiliyə elə orijinallıq qatıb ki, oxucu məişət əhvalatının ardında böyük bir problem 

olduğunu görə bilir. Hekayənin məzmunu əslində çox sadədir: ərzaq məhsulları sa-

tan Kəblə Əzim yazıb-oxumaq bilmədiyindən hər evin borcunu divara şəkillər vasi-

təsilə qeyd edir. Evin sahibi isə divardakı yazıları görüb əsəbləşir və bu işi uşaqları-

nın turduğundan şübhələnir. Uşaqları tənbeh etsə də heç kim bu əməli boynuna al-

mır. Sonunda divara şəkillər çəkənin kimliyi evin sahibinə bəlli olur. Yazıçı öz təh-

kiyə texnikasına bu hekayədə də sadiq qalaraq hadisəni birinci şəxsin dilindən danı-

şır. Bu hekayədə də birinci şəxs həm təhkiyəçi, həm də real müəllifin özüdür. Müəl-

lifin özünü biruzə verməyi bu hekayədə də təxəllüsünü qeyd etməklə bilinir: “Molla 

əmi, düzü mənim dərsim-zadım yoxdu, bu bir yaddaşdı, yazdım ki, hesablar dolaş-

masın”.  

Hekayəni özünəməxsus sonluqla bitirən müəllif sonda oxucunu da işbirliyə 

dəvət edir: “Uşaqlar çox gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına 

böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək” [2, 267]. Bu ifadədən 

göründüyü kimi, yazıçı oxucunu başqa müəlliflər kimi ikinci planda saxlamır. Mir-

zə Cəlil bir çox hekayələrində, o cümlədən “Saqqallı uşaq” hekayəsində də oxucunu 

ön plana çıxarır, oxucunun formalaşmaqda olan rəyini, hekayəni oxuduqdan sonra 

oxucuda yaranacaq təəssüratı da hekayəsinə daxil etməyə çalışıb.  

“Saqqallı uşaq” hekayəsinin qəhrəmanı Kəblə Əzim “Poçt qutusu” hekayəsi-

nin qəhrəmanı Novruzəli obrazı ilə müəyyən yaxınlığa malikdir. Hər iki obraz döv-

rünün yeniliklərindən, yazıb-oxuma mədəniyyətindən geri qalıblar. Bu tipli “balaca 

adamlar” ətrafdakı insanların gülüşünə səbəb olur, ancaq onlar heç də təkmilləşmək, 

savadlarını artırmaq fikrində deyillər. “Mənim dərsim-zadım yoxdu” deyən Kəblə 

Əzim, “Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?” deyən Novru-

zəli öz avamlıqlarını  əllərində bir növ silaha çevirir. Müəllif isə onların qabağına 

yalnız gülüşlə çıxır. İstər Novruzəlinin əhvalatına qah-qah çəkib gülən Xan, istərsə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



347

də Kəblə Əzimin etdiklərinə uşaqları ilə birgə gülüşən Molla əmi cəhalət içində bo-

ğulan xalqı gülüşlə tərbiyə etməyin mümkünlüyünə inanır.  

Misallardan da göründüyü kimi Cəlil Məmmədquluzadə hekayələrində reallı-

ğı, həyat həqiqətlərini çatdırmaqdan ötrü “kiçik adam” obrazlarından mütəmadi şə-

kildə istifadə edir. Bu obrazlar müəllifə xalqla daha yaxın təmasda olmağa imkan 

verir, nəticədə isə ədəbiyyatın xəlqiləşməsinə gətirib çıxarır. 

                                                                                         

Ədəbiyyat 

 

1.



 

Həbibbəyli  İ. Cəlil Məmmədquluzadə – milli istiqlal ədəbiyyatının sərkərdəsi. 

Xalq qəzeti, 27.01.2010. s. 7. 

2.

 



Məmmədquluzadə C. Seçilmiş əsərləri. Dörd cilddə. I cild. Bakı, Öndər, 2004. 

3.Аникин А. А. Тема маленького человека в русской классике. 

http://www.portal-slovo.ru/philology/37140.php 

 

A.Kazimli 



The images of  ''small people''  in the stories Jalil Mammadguluzadeh 

Summary 


 

Jalil Məmədquluzadənin stories in the article "little people" characters 

investigated. For this purpose, "Mail Box", "Freedom in Iran", "The consul's wife", 

"Poetry bulbulləri," Bearded kids' stories were also investigated. The author of the 

stories in the "little man" points to the use of the image revealed 

 

А.Казимли 

Образ «маленького человека» в рассказах Джалила Маммедгулузаде 

Резюме 


 

Джалил Мамедкулизаде статье истории «маленького человека» исследо-

вал символов. Для этой цели, "Почтовый ящик", "свободы в Иране", "Консул 

жены", "Поэзия bulbulləri,"  истории  Бородатый  детей  также  были  исследова-

ны.  Автором  истории  в  "маленького  человека"  указывает  на  использование 

изображения показали. 

 

Rəyçi: Professor Akif  Hüseynli 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



348

SEVİNC QASIMOVA 

AMEA Folklor İnstitutu 

 

“AZƏRBAYCANDA NOVRUZ  ƏNƏNƏLƏRİ VƏ İNANCLARI” 

PROBLEMİNİN ƏSASLARI 

 

Açar sözlər: Novruz, çərşənbə, ənənə, inanc, folklor   

Ключевые слова: Новруз, среда, традиция, верование, фольклор. 

Key words: Novruz, wensday, tradition, belief, folklore. 

 

Problemin qoyuluşu. Azərbaycan milli-mənəvi mədəniyyətinin ən qədim və 

zəngin tarixə malik, eyni zamanda ən aktual abidələrindən biri və bəlkə də, birincisi 

Novruz bayramıdır. Bu bayramın hər zaman, həm yaşarılıq baxımından birinci he-

sab olunması  təsadüfi deyildir. Xalqımızın mədəniyyət tarixində  nə  qədər böyük 

abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən epoxaları ilə bağlıdır. Lakin 

Novruz bayramının həm qədimlik, həm də müasirlik baxımından milli mədəniyyəti-

mizdə xüsusi və əlahiddə yeri vardır: 

 Birincisi, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır. 

Bu bayramın tarixi o qədər qədimdir ki, hətta onun dəqiq yaşını müəyyənləşdirmək 

mümkün deyildir.  

İkincisi, Azərbaycan mədəniyyət tarixində Novruz bayramı kimi ikinci elə bir 

mədəniyyət fenomeni tapmaq mümkün deyildir ki, o, tarixin ən qədim dövrlərindən 

bu günə kimi bir an belə olsun xalqımızın həyatından ayrı düşməsin. Bu – Novruz 

bayramıdır.  

Novruz bayramı həmişə – tarixin bütün dövrərində, bütün epoxalarında xalqı-

mızla birgə olmuş, milli mədəniyyətimizin, milli mənəviyyat və həyatımızın ayrılmaz 

parçasına çevrilmişdir. Novruz bayramına heç vaxt sönməyən, tükənməyən elmi ma-

rağın da əsasında elə bu amil durur. Ona xalqımızın hər zaman böyük ehtiyacı olmuş-

dur. Sovet dövründə alimlərimiz “yaz bayramı”, “təbiətin oyanışı bayramı” və s. adlar 

altında bu bayramı yaşatmağa çalışırdılar ki, milli mədəniyyətimizi ölməyə qoyma-

sınlar. Çünki Novruz milli varlığımızın simvolu, milli inkişafımızın ulu və möhtə-

şəm qaynağıdır. O, bu əsas vəzifəsini bu gün də uğurla yerinə yetirir. Müasir Azər-

baycan dövlətinin milli quruculuq siyasətində muğam, xalça və aşıq sənəti ilə ya-

naşı, mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının 

mühüm milli simvollarından birinə çevrilmişdir. Bu da öz növbəsində ona olan elmi 

marağı daha da gücləndirir. Bu cəhətdən “Azərbaycanda Novruz ənənələri və inanc-

ları” mövzusu xüsusi elmi aktuallq kəsb edir. Novruz bayramının milli mədəniy-

yətimizdəki rolunun ildən-ilə daha da güclənməsi onu yaşadan, ölməyə qoymayan 

ənənələri və onların əsasında duran müqəddəs dəyərləri – inanc sistemini dərindən 

öyrənməyi xüsusi elmi vəzifə kimi qarşıya qoyur. 



Tədqiqatın  əsas məqsədi. Tədqiqatın aparılmasında başlıca məqsəd “Azər-

baycanda Novruz ənənələri və inancları” mövzusunun öyrənilməsinin  əsaslarını 

müəyyənləşdiməkdir. Bu məqsədi aşağıdakı  vəzifələri yerinə yetirməklə  həyata 

keçirmək mümkündür: 

Novruz bayramı ilə bağlı ilaxır çərşənbə ənənələrinin tədqiqi;   

Novruz bayramı ilə bağlı tamaşa ənənələrinin tədqiqi;   



 

Filologiya  məsələləri – №7, 2013

 

 



349

Novruz bayramı ilə bağlı oyun ənənələrinin tədqiqi;   

Novruz bayramı ilə bağlı magik ənənələrin (falların) tədqiqi;  

Novruz bayramı ilə bağlı mətbəx-məişət ənənələrinin tədqiqi;   

Novruz bayramı ilə bağlı inanc ənənələrinin tədqiqi; 

Novruz bayramı ilə bağlı əsas kultların (od/atəş, su, bitki, torpaq və s.) tədqiqi və s. 

“Azərbaycanda Novruz ənənələri və inancları” mövzusu ilə bağlı  tədqiqatın 

obyektində milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayra-

mı durur. Novruz bayramı bir kompleks kimi özündə milli mədəniyyətimizin aşağı-

dakı qatlarını bir çox qatlarını özündə qovuşdurur: 




Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə