Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


Filologiya  məsələləri – №7, 2013



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



383

TAHİRƏ ƏLİYEVA 

Əlyazmalar İnstitutu 



 

ƏHDİ BAĞDADİ VƏ SADİQ BƏY ƏFŞAR 

 

Açar sözlər: Təzkirə, divan, qəzəl, qəsidə, Füzuli 

Key words: Tazkira, divan, gazal, qasida, Fuzuly 

Ключевые слова: Тазкире, диван, газель, касыда, Физули 

 

XVI  əsr Azərbaycanda, bütövlükdə  Səfəvilər dövlətində, eləcə  də Osmanlı 



dövlətində türkdilli ədəbiyyatın, poeziyanın çiçəkləndiyi bir dövr olmuşdur. Bu iki 

ölkədə ədəbiyyatın inkişafının ən önəmli göstəricisi, heç şübhəsiz, şüəra təzkirələri-

dir. Həmin dövrdə Osmanlı ədəbiyyatında Səhi bəyin “Həşt behişt” (1538), Lətifi-

nin “Təzkirətüş-şüəra” (1546), Aşiq Çələbinin “Məşairüş-şüəra” (1568), Kınalıza-

dənin “Təzkirətüş-şüəra” (1586), Bəyaninin “Təzkirətüş-şüəra” (1597), Azərbaycan 

ədəbiyyatında Sam Mirzənin “Töhfeyi-Sami” (1550-1560), Sadiq bəy  Əfşarın 

“Məcməül-xəvas” (1607-1608) və s. təzkirələrin adını  çəkmək olar. Tədqiqatçılar 

“Gülşəni-şüəra” təzkirəsi (1564) müəllifi Əhdi Bağdadinin (?-1594) böyük müasiri 

və həmyerlisi Məhəmməd Füzuli kimi Osmanlı dövlətinin ərazisinə daxil olan Bağ-

dadda yaşamasına baxmayaraq Azərbaycan türkü olduğunu xüsusi olaraq qeyd et-

mişlər. Görkəmli türk alimi İsmayıl Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” adlı ki-

tabında yazır: “Hicri onuncu əsrin yetişdirdiyi klassik türk şairlərindən biri də Əhdi-

dir. Əhdi uzun müddət seyr və səyahətdə bulunmuş, Türkiyədə və İstanbulda yaşa-

mış olmasına rəğmən ləhcə etibarilə Azərbaycana mənsubdur” (1, s. 157-158). İs-

mayıl Hikmət, həmçinin, bağdadlı olan Şəmsi, Hüsni, Rindi, Zehni və Elmini də 

Azərbaycan şairləri kimi təqdim edərək araşdırmışdır. “Bağdadda yaranan Azərbay-

can  ədəbiyyatı  və Ruhi Bağdadi divanı” adlı kitabında  Əhdi Bağdadini Füzulidən 

sonra XVI yüzillikdə Bağdadda Azərbaycanı təmsil edən ikinci sənətkar (2, s. 15) 

adlandıran professor Azadə Musabəyli onun əsasən Osmanlı şairlərinə həsr edilmiş 

təzkirəsində həmvətənlərinə yer ayırmasını xüsusi qeyd etmişdir. C.S.Robinson Əh-

dinin təzkirəsinə həsr etdiyi məqaləsində Osmanlı müəlliflərinin onun bu əsərinə la-

yiq olduğu qədər önəm vermədiklərini deyir, bunun səbəbini isə Bağdadın Osmanlı 

imperatorluğunun əyalət şəhəri olmasında görür: “Osmanlı imperiyasının əsas mə-

dəniyyət mərkəzlərindən nisbətən aralıda yerləşən Bağdadda doğulmuş Əhdini bəzi-

ləri xüsusi diqqətə layiq olmayan əyalət əhli kimi də qəbul edə bilər” (3, s. 174).  

Əhdinin 1563-cü ildə tamamladığı təzkirəsi müqəddimə, dörd rövzə (hissə) və 

xatimədən ibarətdir.  Ə.Bağdadinin həyat və yaradıcılığı, “Gülşəni-şüəra”sı barədə 

iri həcmli tədqiqat  əsəri yazmış, müxtəlif  əlyazma nüsxələri  əsasında  əsərin elmi-

tənqidi mətnini tərtib etmiş türk alimi Süleyman Solmaz 381 şairi əhatə edən təzki-

rədə digər mənbələrdə adı  çəkilməyən 149 şairdən danışıldığını bildirmişdir           

(4, s.X). Alim həmçinin göstərir ki, 1563-1564-cü illərdə tamamlanmış  əsər Os-

manlı şairləri ilə yanaşı geniş bir coğrafiyanın – İraqla bərabər Azərbaycan, Buxara, 

Suriya və Misirin qələm sahibləri barədə də məlumat verir. Füzulinin ölümünə sə-

bəb olan xəstəlik barədə, onun şair oğlu Fəzli barədə də biz ilk dəfə Əhdidən öyrə-

nirik (4, s. X). Onun haqqında məlumat verdiyi Azərbaycan şairlərindən Füzuli, Fə-

zli, Şəmsi, Hüsni, Rindi, Zöhdi, Muradi, Hüsni, Elmi, Kəlayi, Həsiri, Məhvi, Nadiri, 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



384

Natiqi, Valehi, Zəmiri, Fərdi və başqalarını göstərmək olar. Çoxsaylı şairlər barədə 

məlumat əldə etmək üçün yazıçı 10 il səfərlərdə olmuş, Anadoluda, İstanbulda ya-

şamış, bir sıra sənətkarlarla görüşmüş, bəzən əsərlərini şairlərin özündən, bəzən də 

başqalarının vasitəsilə almışdır.  

Ətraflı nəzərdən keçirdikdə görürük ki, görkəmli Azərbaycan şairi, ədəbiyyat-

şünası  və  rəssamı Sadiq bəy  Əfşar (1533-1610) özünün “Məcməül-xəvas” adlı 

təzkirəsini araya-ərsəyə gətirərkən eyni üsullardan istifadə etmişdir. Məhəmmədəli 

Tərbiyət  Əlişir Nəvainin “Məcalisün-nəfais”  əsərinin təsiri ilə  cığatay türkcəsində 

yazılmış təzkirədə 480 söz ustadından danışıldığını qeyd edir (5, s. 281). Sadiq bəy 

Əfşar da təzkirəsini yazmadan öncə çoxlu səyahətlər etmiş, bir sıra sənətkarlarla 

görüşərək onlardan əsərlərini almışdır. Sadiqinin də təzkirəsi geniş bir coğrafiyanı – 

bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistanın ədəbi 

mühitini əhatə edir. 1607-ci ildə tamamlanmış bu əsərdən müəllifin dövrünün Əb-

dülbaqi  əfəndi, Məhəmməd  Əmami kimi sənətkarlarını  şəxsən tanıdığını görürük. 

Səfərləri zamanı Osmanlı imperatorluğunun bir sıra yerlərində olmuş Sadiqi haq-

qında danışdığımız Əhdi Bağdadi ilə uzun illər dostluq əlaqəsi saxladığını bildirir: 

“Mövlana Əhdi Bağdaddandır. Xoşrəftar və xoştəbiət insandır. İllərlə ünsiyyətdə ol-

muşuq. Hər cür şeir deyir. Divan bağlayır” (6, s. 322). Sadiq bəy əsərində Əhdinin 

atası Şəmsinin də adını çəkmiş, onun bağdadlı, təəssübkeş şiə olduğunu bildirmişdir 

(6, s. 338). Əhdi kimi Sadiqi də  təzkirəsində bütün türk dünyasının sənətkarlarını 

əhatə etməyə çalışmış, öz müasirlərinə xüsusi diqqət vermişdir.  Əhdi I Sultan 

Süleyman Qanuni (1520-1566), Sadiqi isə I Şah Abbas (1587-1629) dövrünün 

sənətkarlarından daha çox bəhs etmişdir.  

Hər iki müəllifin  əsərinin fəsilləri cəmiyyətin müxtəlif təbəqələrinə  məxsus 

olan şairlər barədə məlumat və şeirlərindən nümunələrdən ibarətdir. Daha doğrusu, 

bu təzkirələrin fəsilləri ayrı-ayrı zümrələrin nümayəndələrini əhatə edir. Ə.Bağdadi 

təzkirəsinin 1-ci rövzəsi I Sultan Süleymana, 2-ci rövzəsi onun dövrünün görkəmli 

alim və  sənətkarlarına, 3-cü rövzə sancaq bəyləri və  dəftərdarlara, sonradan əlavə 

edilmiş 4-cü rövzə isə II Sultan Səlim dövrünün şairlərinə  həsr edilmidir. Sadiqi 

təzkirəsinin 1-ci məcməsi hökmdarları, 2-ci məcməsi  şahzadələri, 3-cü məcməsi 

səltənət sütunu olan türkləri, 4-cü məcməsi səltənət sütunu olan tazikləri [iranlıları], 

5-ci məcməsi səltənət sütunu olan türklərin və taziklərin [iranlıların] böyük övladla-

rını, 6-cı  məcməsi Peyğəmbər nəslindən olan şairləri, 7-ci məcməsi türk, fars və 

ərəb dillərində söz demək qüdrətinə malik olan şairləri, 8-ci məcməsi Əcəmin müa-

sir fəsahət və bəlağət sahiblərini əhatə edir. 

Hər iki təzkirə müəllifini dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə böyük 

hörmət və məhəbbət birləşdirir. Qeyd etmək istərdik ki, Əhdi də, Sadiqi də eyni za-

manda şair olmuşlar və onların şairlikləri arasında da müəyyən uyğunluqlar vardır. 

Əhdi doğma dili ilə bərabər sonralar, Türkiyə səfərində Anadolu türkcəsini də şeir 

yazacaq səviyyədə öyrənmiş (4, s. 3), S.Solmazın təsbitinə görə, 94 Osmanlı şairi-

nin türkcə, 4 Osmanlı şairinin farsca yazdığı şeirə nəzirə yazmışdır (4, s. 6). Şeirlə-

rindən görünür ki, o, həmişə dahi həmyerlisinin poeziyasının təsiri altında olmuş, 

Füzulinin türkcə və farsca şeirlərinə cavablar yazmışdır. O digər şairlərin də, məsə-

lən, bağdadlı Xürrəminin Mövlana Füzulinin şeirlərini dilində əzbər edib şeir-sənət 

aləminə  gəldiyini xüsusi olaraq qeyd etmişdir (4, s. 281). Ə.Bağdadi təzkirəsinin 

Füzuli maddəsində onun bağdadlı, fazil, şuxtəb və  şirinsöhbət olduğunu, həndəsə, 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



385

heyət (astronomiya), hikmət, hədis, təfsir elmində, müəmma yazmaqda kamilliyini, 

“Leyli və Məcnun” poeması, türkcə və farsca risalələr, “Hədiqətüs-süəda” adlı əsər 

yazdığını, əsərlərinin ərəb dünyasında, Orta Asiyada, farslar arasında, Rumda (Os-

manlı dövlətində) geniş yayıldığını qeyd etmiş, bir sıra farsca və türkcə qəzəllərinin 

mətlələrini vermişdir (4, s. 460-463). 

Qeyd edildiyi kimi, Füzulinin oğlu Fəzli barədə ilk məlumata Əhdi təzkirəsin-

də rast gəldik. Buradan Fəzlinin dərin zəkalı, istedadlı, müəmma yazmaqda məha-

rətli şair olduğunu, zahiri elmləri gözəl bildiyini, qənaətlə guşənişin həyat sürdüyü-

nü, türk, fars, ərəb dillərində əsər yazdığını öyrənirik. Fəzlinin 3 dildə şeirlərindən 

nümunələr verən müəllif onun türkcə aşağıdakı beytini misal gətirir: 

Künci-fərağətimdür meyxanələr bucağı, 

Başım kəsilsə kəsməm ol guşədən ayağı (4, s. 477). 

Sadiq bəy  Əfşar da bir neçə dildə – Azərbaycan, cığatay və fars dillərində 

şeirlər yazmışdır. Filologiya elmləri doktoru Paşa Kərimov nəşr etdirdiyi Sadiqinin 

türkcə divanına yazdığı ön sözdə şairin iki böyük türk şairindən – Nəvai və Füzuli-

dən təsirləndiyini qeyd etmiş, onun Füzulinin “Sübh”, “Görüb” rədifli qəzəllərinə, 

“Mənəm ki, qafiləsalari-karivani-qəməm” misrası ilə başlanan 9 bəndlik tərkibbən-

dinə yazdığı nəzirələrini təhlil etmişdir. Tədqiqatçı göstərmişdir ki, Sadiqi bu əsər-

lərində tamamilə Füzuli poeziyasının, onun bədii məntiqinin təsiri altında olsa da, 

özünün orijinal fikirlərini də ifadə etməyə çalışmışdır (7, s. 18-20). 

Sadiq bəyin də  təzkirəsində Füzulinin həyat və yaradıcılığına dair dəyərli 

fikirlərə rast gəlirik.  İlk dəfə burada onun Bayat elindən olduğu barədə  məlumat 

verilir. Füzuli haqqında məlumat “Məcməül-xəvas” təzkirəsinin “Türk, fars və ərəb 

dillərində söz demək qüdrətinə malik olub, ərəb və əcəmdə şöhrət tapmış türk şair-

ləri haqqında” adlı 7-ci məcməsinin  əvvəlində yerləşdirilmişdir. Burada Füzuli 

barədə oxuyuruq: “Bayatdır.  İbrahim xanın xidmətinə Bağdada gedib. Xani-mər-

hum Sultan Süleyman Xongarın yanından köçüb İraqa gəldiyindən Mövlana Füzuli 

Hillədə sakin olur. Zahiri elmləri öyrənməyə başlayır və az bir vaxtda böyük uğur 

qazanır. Həqiqətən heç bir kəsə belə bir istedad səadəti üz verməyib ki, türk, fars və 

ərəb kəlamını bu səviyyədə bilsin. Türkcə “Qəzəl və qəsidələr divanı”, “Şah və Gə-

da”, “Leyli və  Məcnun”, “Bəngü Badə” münazirəsi və “Rövzə”  əsərlərini yazıb. 

Farsca “Qəzəl və qəsidələr divanı”, “Rindü Zahid”, “Səhhət və Mərəz”, ərəbcə “Qə-

zəl və qəsidələr divanı”nı yazmışdır. Təxminən otuz min beyt şeiri var ki, onun öz 

xətti ilə mütaliə etmişəm...” (6, s. 131). Göründüyü kimi, Sadiqi də Əhdi kimi, Fü-

zulinin 3 dildə gözəl əsərlər yazdığını, zahiri elmləri mükəmməl bildiyini qeyd et-

mişdir. Sadiqi də Əhdi kimi məlumatının sonunda şairin bir sıra türkcə qəzəllərinin 

mətlələrini əlifba sırası ilə düzmüşdür. Bunun səbəbi odur ki, hər iki müəllif təzkirə-

nin məhdud imkanları daxilində Füzuli poeziyası barədə mümkün qədər geniş məlu-

mat vermək istəmişlər. Sadiqi daha da irəli gedərək Füzuli mətlələrindən ibarət ki-

çik bir divan tərtib etdiyini bildirmişdir. 

Əhdi Bağdadinin təzkirəsi türk alimi Süleyman Solmaz tərəfindən ətraflı təd-

qiq edilmiş, o, müxtəlif nüsxələr əsasında əsərin elmi-tənqidi mətnini hazırlamışdır. 

S. Solmazın tədqiqatı dörd bölümdən ibarətdir. Birinci bölümdə “Gülşəni-şüəra” 

nın dil və üslubu, Əhdidən öncəki türk təzkirəçiliyi nəzərdən keçirilmişdir.  İkinci 

bölümdə “Gülşəni-şüəra”nın  əldə olan nüsxələri, buradakı ayrı-ayrı  şairlər barədə 

məlumatlar nəzərdən keçirilmişdir. Üçüncü bölümdə  təzkirənin mətni müasir türk 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



386

əlifbası ilə verilmişdir. Nüsxə fərqləri

 

hər bir səhifənin aşağısında verilmiş, mətndən 



sonra  şəxs, yer və əsər adlarının indeksləri verilmişdir. 

Sadiq bəy Əfşarın “Məcməül-xəvas” təzkirəsi əvvəllər Qafar Kəndli, Məntiqə 

Muradova tərəfindən araşdırılmış, 2008-ci ildə filologiya üzrə fəlsəfə doktoru Ək-

rəm Bağırov onun mətnini tərcümə edərək ön söz, şərh və indekslərlə çap etdirmiş-

dir. Təzkirəni çapa

 

hazırlayarkən Ə. Bağırov iki mənbədən istifadə etmişdir. Əsərin 



doktor Əbdurrəsul Xəyyampur tərəfindən fars dilinə çevrilərək 1948-ci ilə çap edil-

miş nüsxəsi, Təbriz Mərkəzi Kitabxanasında saxlanan əlyazması. Tədqiqatçı qeyd 

etmişdir ki, təzkirə Ə. Nəvainin üslubuna və təzkirəçilik ənənəsinə uyğun bir şəkil-

də yaradılsa da, öz orijinallığı və elmi-bədii dəyəri ilə bu janrda yazılmış orta əsr 

təzkirələri  içərisində xüsusi çəkiyə malikdir (6, s. 5). 

Əhdi Bağdadi və Sadiq bəy Sadiqi Əfşar öz dövrlərinin görkəmli  şair və 

ədəbiyyatşünas alimləri olmuşlar. Onların haqqında danışdığımız təzkirələri Azər-

baycan və Osmanlı ədəbiyyatı tarixinin öyrənilməsində əvəzsiz mənbə kimi yüksək 

qiymətləndirilir. 

 

Ədəbiyyat 



 

1. Hikmət İsmayıl. Azərbaycan ədəbiyyatı tarixi. II cild. Bakı: Azərnəşr, 1928. 

2. Musabəyli Azadə. Bağdadda yaranan Azərbaycan  ədəbiyyatı  və Ruhi Bağdadi 

divanı  (Əlyazma qaynaqları üzərində araşdırmalar, müqayisəli mətnin 

transfoneliterasiyası). 2 cilddə. I cild. Bakı: Elm və təhsil, 2011. 

3. Robinson C.S. Əhdi Bağdadinin “Gülşəni-şüəra” təzkirəsi / “Şərq” tərcümə 

toplusu, № 3. Bakı, 2006, s. 174-182. 

4. Solmaz Süleyman. Ahdi ve Gülşen-i şu’arası (inceleme-metin). Ankara, 2005. 

5. Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan. Bakı: Azərbaycan Dövlət 

Nəşriyyatı, 1987. 

6. Əfşar Sadiq bəy. Məcməül-xəvas. Bakı: Elm, 2008. 

7.  Əfşar Sadiq bəy.  Şeirlər / Nəşrə hazırlayan və ön söz müəllifi Paşa Kərimov. 

Bakı: Elm və təhsil, 2010. 

 

 Таира Алиева  



Ахди Багдади и Садиг бек Афшар 

Резюме 


 

Ахди  Багдади  и  Садиг  бек  Афшар  являются  выдающимися  азербайд-

жанскими  поэтами  и  литературоведами XVI века.  Написанные  ими  тазкире 

являются  очень  важными  и  ценными  источниками  нашей  литературы  того 

периода. Оба автора в своих тазкире освещают азербайджанскую и турецкую 

литературу. Особенно уважительно они отнеслись к творчеству великого азер-

байджанского поэта Мухаммеда Физули. Наряду с разницами в тазкирах Ахди 

и Садиг бека, наблюдается ряд общих черт. 

 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



387

Tahira Aliyeva 

Akhdy Bagdhdady and Sadeeg bek Afshar 

Summary 


 

Akhdy Baghdady and Sadeeg bek Afshar are outstanding Azeri poets and 

specialists in literature of the XVI century. Tazkires written by them are very 

important and valuable sources of our literature of that period. Both authors are 

covering Azeri and Turkish literature. They approached specially to the oeuvre of 

the great Azeri poet Mohammad Fuzuli. Among differences there are some 

common features in tazkires of Akhdy and Sadeeg bek. 

 

Rəyçi:                Paşa Kərimov 



                 filologiya üzrə elmlər doktoru 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



388

                                                                                    ƏFSANƏ ƏLƏSGƏRLİ 

                                                                                  efsanebayram@gmail.com 

        

TÜRK DÜNYASI MEDİASINDA VAHİD İNFORMASİYA SİSTEMİ VƏ 

ONUN GƏLƏCƏK PERSPEKTİVLƏRİ 

 

Açar sözlər: türk mediası, KİV, vahid informasiya məkanı.  

Key words: turkic media, mass media,  a single information space. 

Ключевые  слова:    тюркская  медиа,  СМИ,  единое  информационное  прост-

ранство. 



 

Son dövrlər türksoylu xalqlar arasında iqtisadi, siyasi və mədəni əlaqələr ge-

nişləndikcə,  əməkdaşlıq artdıqca, bu, həmin prosesləri işıqlandıran media qurum-

larını da bir-birinə yaxınlaşdırır. Odur ki, media qurumları arasında fikir mübadiləsi 

aparılır, əməkdaşlığın genişlənməsi üçün zəmin yaranır. Bütün bu amillərin fonunda 

xarici proseslər və daxili ictimai proseslərdən asılı olaraq, türk dünyası vahid media 

şəbəkəsi – vahid türk dünyası informasiya sistemi anlayışı ortaya çıxır. Bu anlayış 

tarixi zərurətdən  meydana gəlmişdir. Vahid informasiya məkanı  termini yeni olsa 

da,  əslində ideya məzmun baxımından  yeni deyil. Belə ki, ümumtürk mətbuat 

tarixinə nəzər yetirdikdə, Çar Rusiyası tərkibində yaşayan türk-müsəlman əhalinin 

hamısına doğma olan, onların oxuya biləcəyi qəzet yaradılması ideyası mütərəqqi 

ziyalılar tərəfindən hələ XIX əsrdə ortaya atılmış, onun reallaşdırılması üçün 

cəhdlər edilmişdir. Böyük türk ziyalısı, əslən Krım tatarı İsmayıl bəy Qaspıralının 

çıxardığı “Tərcüman” qəzeti bu baxımdan ümumtürk nəşri rolunu oynaya bilmişdir. 

Qəzetin təkcə Krımda deyil, imperiyanın ucqarlarında bir çox şəhərlərdə yayımlan-

ması və oxunması bunu sübut edir. 1925-ci ildə Bakıda düzənlənmiş I Türkoloji qu-

rultayda Əhməd Baytursınulının təşəbbüsü ilə sovet türkləri  üçün ortaq bir qəzetin 

çıxarılması  məsələsi gündəmə  gəldi. Lakin bu dəyərli təşəbbüs SSRİ-də milli dü-

şüncəli ziyalılara qarşı “pantürkizm” damğası ilə başlanan repressiya hərəkatı  nə-

ticəsində gerçəkləşə bilmədi.Bu gün beynəlxalq aləmdə baş verən  ictimai-siyasi 

proseslərin idarəedilməsi və ona təsir edərək istənilən istiqamətə yönəldilməsində 

məhz media, informasiya texnologiyalarının imkanları birinci yerdə dayanır. Artıq 

regional və beynəlxalq müstəvidə müharibə  və mübarizələrin media vasitəsi ilə 

psixoloji təsir və “informasiya hücumu” şəklində aparılması medianın nə dərəcədə 

əhəmiyyətli olduğunu göstərir. Bu baxımdan türk dövlətləri və toplumlarına qarşı 

bəzi hallarda beynəlxalq səviyyədə olan qərəzli mövqe, türk coğrafiyasında baş ve-

rən proeslərə ikili standartlarla yanaşma, hadisələri obyektiv deyil, yalnız Qərb ma-

raqlarından dünyaya tanıdılması qeyri-obyektivlik və türk coğrafiyasının səsinin 

dünya səviyyəsində yetərincə eşidilməməsi türk dünyası vahid media şəbəkəsi anla-

yışını ortaya çıxarır. 

Əvvəlcə vahid informasiya məkanının yaranmasının zəruriliyi və üstünlüklə-

rini sadalayaq. Bu birlik nə üçün lazımdır? 

─ Türk xalqları arasında xəbər mübadiləsinin artırılması  və informasiyanın  

vahid coğrafi məkanda dövr etməsi; 

─ Türk xalqlarının mənəvi, siyasi və iqtisadi birliyinin təmin olunması; 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



389

─ Türk xalqlarının vahid etnik və milli kimlik baxımından ortaq dəyərlər 

ətrafında birləşməsi

─ Türk toplumlarına хaricdən olan zərərli informasiya təzyiqi və hücumunun 

qarşısının alınması; 

─ Bu coğrafiyada baş verən hadisə  və proseslər barədə beynəlxalq icti-

maiyyətə obyektiv, tərəfsiz və doğru xəbərlərin çatdırılması və s. 

─ Beynəlxalq aləmdə Türk birliyi və gücünün formalaşdırılması; 

Yuxarıda qeyd edilən şərtlər həqiqətən vahid türk mediası şəbəkəsinin  yaran-

ması və formalaşmasını zəruri edir. Lakin qloballaşan dünyada  və mürəkkəb icti-

mai-siyasi inkişafın fonunda buna necə nail olmaq mümkündür? Bu suala cavab 

verməzdən öncə digər maraqlara görə beynəlxalq jurnalistikada formalaşmış vahid 

informasiya məkanlarını analiz edilməsi daha vacibdir. Dünya jurnalistika tarixinə 

fikir versək,  görərik ki,  bir-birinə qonşuluq, tarixi kök, qohumluq baxımından 

yaxın olan xalqların mediaları artıq demək olar ki, vahid informasiya siyasəti strate-

giyasını  həll edə bilmişlər. Artıq beynəlxalq mediada bu cür  ölkələri özündə 

birləşdirən və  həmin xalqların KİV-ləri arasında  əlaqə yaradan regional və 

beynəlxalq informasiya təşkilatları müəyyən olunmuş arealda informasiya şəbəkəsi 

quraraq qarşılıqlı informasiya mübadiləsinə nəzarət edir. Bu daha çox özünü əsasən 

informasiya agentliyi sahəsində göstərir. "Ümumafrika Xəbər Agentliyi-PANA, 

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı--OANA,  Ərəb Xəbər 

Agentlikləri Federasiyası--FANA, Latın Amerikası Xüsusi Xəbər Agentliyi--

ALASEL, Latın Amerikası Milli Xəbər Xidmətləri Təşkilatı--ASİN kimi təşkilatlar  

dünyada tanınmış  və  uğurla fəaliyyət göstərən qurumlardandır. (Həmid Vəliyev, 

“Xarici ölkələrin jurnalistikası tarixi”, Bakı, 2012) SSRİ-nin süquta uğramasından 

20 ildən çox vaxt keçsə  də, bu gün keçmiş SSRİ-ni  əhatə edən MDB siyasi və 

iqtisadi maraqlardan asılı olaraq, vahid informasiya məkanının yaradılmasına böyük 

önəm verir, bunun nəticəsi kimi, 1992-ci ildə “Mir” dövlətlərarası teleradioyayım 

şirkəti meydana gəldi.  Şirkətin hazırladığı teleməhsullar xəbərlər başda olmaqla, 

MDB-ə üzv dövlətlərdə rusdilli əhali tərəfindən maraqla qarşılanmaqdadır.  2006-cı 

ildə  yaradılmış MDB-yə daxil olan iştirakçı dövlətlərin  Humanitar Əməkdaşlıq 

Üzrə  Şurasının  əsas məqsədlərindən biri kimi  informasiya və kommunikasiya 

sahəsində  çoxtərəfli koordinasiyası məsələsi ortaya qoyması, fondun 2009-cu ildə 

Moskvada keçirilmiş MDB və Baltikyanı ölkələrin Milli KİV-lərinin forumunda 

“vahid informasiya məkanı olmadan digər bütün digər birliyi saxlamaq real deyil”    

- kimi fikirlərin səsləndirilməsi, Dövlətlərarası Fondun təşkilatçılığı ilə 2010-cu ilin 

oktyabrında MDB dövlətlərinin ziyalılarının V forumda MDB-yə üzv dövlətlərinin  

KİV-ləri arasında daimi əlaqələrin sistemli şəklə salınması MDB üzrə vahid infor-

masiya sisteminin formalaşmasına və  gələcəkdə güclü şəbəkəyə çevrilməsinə he-

sablanıb. (Б.Л.Залесский,  масс-медиа  и  развитие  единого  информационного 

пространства. 

1.

 



 http://elib.bsu.by/bitstream/123456789/26852/1/85-89.pdf) 

Türkdilli dövlətlərin bir çoxlarının MDB-nin üzvü olmasını nəzərə alsaq, bu 

faktor türk dünyası vahid informasiya məkanının yaradılmasına öz təsir və maneəsi-

ni göstərmək imkanları real məsələdir.  

Ən  əvvəl o qeyd olunmalıdır ki, türk ölkələri mediaları arasında sıx  əmək-

daşlığın yaradılması ilk növbədə türk dövlətləri və toplumları arasında qarşılıqlı si-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



390

yasi-iqtisadi münasibət və maraqlardan asılıdır. Bu maraq və münasibətlər siyasi 

müstəvidə tam üst-üstə düşərsə, digər sahələrdə olduğu kimi, media sahəsində  də 

əlaqələr daha da genişlənər. Bu sözsüz ki, media vasitəsi ilə xalqlar arasında ya-

xınlaşmanı təmin edə bilər. Odur ki, hər bir türk xalqına məxsus medianın üzərinə 

bir sıra vəzifələr düşür. Bunları aşağıdakı kimi ümumiləşdirib qeyd etmək olar; 

─ Hər bir dövlət və toplumun digər  türk ölkələrində baş verən vacib siyasi, 

ictimai və mədəni hadisələri izləməsi və yetərincə işıqlandırması; 

─ Mətbuatda və elektron resurslarda “Türk dünyası” adlı ayrıca  rubrika təşkil 

edilməsi; 

─ Türk xalqlarının mədəni irsi, musiqisi və s. mövzulara aid ümumi 

verilişlərin, dərgi və resursların hazırlanması; 

─ Türk xalqlarının manəfe və maraqlarına zidd məqamlardan qaçınılması; 

─ Jurnalist materiallarında yeri gəldikcə türk xalqlarını birləşdirən ortaq dəyər 

və keçmişə, mədəni irsə istinad edilməsi; 

─ Jurnalistlərin digər eyni kökdən olan xalqlara yazılarında bərabər və tole-

rant yanaşılması, ayrıseçkilik və üstünlük mövqeyi bildirən ifadələrdən qaçınılması; 

─ Türk cəmiyyətlərində baş verən gərgin münaqişə  və proseslərdən in-

formasiya hazırlayarkən  mənbəyə diqqət edilməsi və informasiya hazırlayarkən 

mövzuya həssas və diqqətlə yanaşılması; 

─ Jurnalistlərin ölkələr və xalqlar arasında sülhü, dostluğu və həmrəyliyi əsas 

tutması; 

─ Jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, fikir və təcrübə mübadiləsi; 

─ Türk dünyası jurnalistlər birliyinin yaradılması  və onların fəaliyyətini 

tənzimləyən  ümumi fəaliyyət planı və davranış kodeksinin qəbul edilməsi;  

─ Türk Dünyası Jurnalistika Mərkəzinin yaradılması, burada jurnalistlərin 

peşə  vərdişləri ilə yanaşı,  türk dünyası  ədəbiyyatı, mədəniyyəti, tarixi və digər 

zəruri mövzularda bilgi və dünyagörüşlərinin artırılması; 

 

Türk dünyası  mətbuat tarixini, müasir jurnalistika problemləri və inkişaf 



istiqamətlərini araşdıran elmi işlərin, kitabların, dərs vəsaitlərinin yazılması, 

müxtəlif türk ləhcələrində çapı; 

 

Türk dövlətlərində  fəaliyyət göstərən jurnalistika fakültələrində  tədris 



planına “Türk xalqları jurnalistikası” adlı fənnin daxil edilməsi və tədrisi; 

 



Türk dövlətləri və toplumlarında fəaliyyət göstərən media holdinqlərin iş 

prinsipinin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi; ölkələrin media holdinqləri 

arasında  əməkdaşlıq  ənənələrinin qurulması; gələcəkdə türk dünyasını  əhatə edə 

biləcək beynəlxalq arenada nüfuz sahibi olan güclü media holdinqlərin yaranması 

uğrunda çalışmaların aparılması; 

  Hələlik vahid informasiya şəbəkəsi  tam formalaşmasa da, müxtəlif bölgələr-

də ümumtürk xarakerli media nümunələri yaranmaqdadır. Sözsüz ki, onların gələ-

cəkdə türk mediası vahid informasiya məkanının formalaşması üçün “zəncirin hal-

qaları” funksiyasında çıxış etməsi şübhəsizdir.  

  Yaxın gələcəkdə türk coğrafiyasında vahid informasiya məkanının qurulması 

aşağıdakı mərhələlərdən keçə bilər;  

 – Hər bir toplum və dövlətdə medianın türk coğrafiyasına geniş yer ayırması; 

– Hər bir toplum və dövlətdə türk dünyasına yönəlik, eləcə  də regional 

nəşrlərin, saytların, verilişlərin fəaliyyətinə stimul verilməsi; 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



391

– Türk dövlətləri və toplumlarının aparıcı media qurumları arasında informa-

siya mübadiləsi barədə əməkdaşlıq, müxbir postlarının genişləndirilməsi; 

– Aparıcı media qurumlarının vahid bir platformada birləşməsi; (məsələn; 

Türkdilli dövlət və toplumların Media Forumu), vahid informasiya siyasətinin 

memorandumunun,  jurnalist şəbəkəsi üçün qaydalar toplusunun hazırlanması  və 

mütəmadi işlək quruma çevrilməsi; 

– Vahid informasiya şəbəkəsinin müəyyən müddətdən bir, forum keçirməsi və 

hesabat verməsi SSRİ-nin dağılması və 7 müstəqil türk dövlətinin dünya xəritəsində 

meydana gəlməsi türk dünyası mediası yeni mərhələyə  qədəm qoydu.  Türk 

coğrafiyasında fəaliyyət göstərən media qurumlarının qarşılıqlı  əlaqəsi və 

əməkdaşlıqları baxımından bir sıra vacib addımlar atıldı. 

1992-ci ilin noyabrında  Ankarada yaradılan Türkdilli Ölkələrin İnformasiya 

Agentlikləri Birliyi türk dünyası ilə bağlı xəbərlərin qərəzsiz və obyektiv dünyaya 

çatdırılması və habelə qurumun üzvləri arasında əməkdaşlıq əlaqələri, qarşılıqlı təc-

rübə mübadiləsi imkanlarının genişləndirilməsi üçün yaradılması  təqdirəlayiqdir. 

Qurum türk dövlətləri və toplumları arasında xəbər əlaqələrinin qopuqluğu ucbatın-

dan və və digər obyektiv səbəblərin nəticəsi kimi  meydana gəlib. Birliyin yaradıcı 

üzvləri, Türkiyədən Anadolu agentliyi, Azərbaycandan AzərTac, Qazaxıstandan 

KazTag, Qırğızıstandan Kabar, Türkmənistandan TürkmenPress, Şimali Kipr Türk 

Cümhuriyyətindən (ŞKTC) TAKdır. Qurumun baş katibliyi funksiyasını Anadolu 

agentliyi həyata keçirir.  

(http://www.tkaonline.org/index.php?      

option=com_content&view=article&id=47&Itemid=56Türkdilli Xəbər Agentlikləri 

Birliyinin (TKA) üzvlərinə)     2008-ci il aprelin 29-dan mayın 3-dək Bakıda TKA 

Baş  Məclisinin “Türkdilli ölkələrin  əlaqələrinin inkişafında xəbər agentliklərinin 

əməkdaşlığının rolu” mövzusunda VII iclasında media sahəsində müzakirələr 

faydalı oldu. Yekunda Bakı forumunun qərarı ilə “Başinform”, “Tatar-inform” və 

“Krım xəbərləri” agentliklərinin Birliyə üzv qəbul edilməsi qurumun əhatə dairəsini 

genişləndirmiş oldu. 2010-cu il dekabrın 21-22-də Türkiyənin Ankara şəhərində 

düzənlənən Türkdilli Ölkələrin I Media Forumu və 2011-ci ilin oktyabrın 28-30-da 

Bakıda reallaşan Türkdilli Ölkə  və Toplumların II Media Forumu türk soyundan 

olan ölkə və xalqların, toplumların bir araya gəlməsi və ortaq problemləri müzakirə 

edib vahid əməkdaşlıq perspektivləri baxımından tarixi hadisə oldu.  Son illər 

Türkiyənin təşəbbüsü ilə türk dünyasını  əhatə edən ortaq media quruluşlarının 

meydana gəlməkdədir. 2009-cu ildə yeni televiziya kanalı—TMB yayıma başladı. 

Türk dünyası musiqisini tanıtmaq və türk xalqları arasında mədəni  körpü olmağı 

qarşısına məqsəd qoyan “Turkish Music Box”—“Türk Musiqi Qutusu” qısa zaman-

da müxtəlif coğrafi məkanlarda yaşayan türk xalqlarının maraqla izlədiyi  populyar 

kanala çevrilmişdir.  2009-cu il martın  29-undan  yayım həyatına başlayan və bütün 

türk coğrafiyasını salamlayan “TRT AVAZ” qısa müddətdə türk ellərinin ortaq səsi 

olmağı bacarmışdır. (http://www.trt.net.tr/trtavaz/iletisim.aspx)  Bu gün media 

konsernlərinin inkişafı və iqtisadi üstünlüklərinin nəticəsidir ki, onların nüfuz dairə-

si  getdikcə ölkə  sərhədlərindən çıxmaqda, böyük bir regionu əhatə etməkdədir. 

Daha böyük kütləyə təsir etmə mexanizminə malik transmilli media holdinqləri bu 

gün vahid informasiya sisteminin formalaşmasında həlledici rola malikdir. Məs; 

Məşhur media maqnatı əslən avstraliyalı olan Rupert Merdok təkcə ABŞ-a 8 kanala 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



392

nəzarət edir, 10-a yaxın ingilis qəzet, Avstraliyada isə 21 qəzet ona məxsusdur. XX 

əsrin sonlarında başda Türkiyə olmaqla, müstəqil türk dövlətlərində yeni yeni 

formalaşan media holdinqləri gələcəkdə  vahid türk coğrafiyası media şəbəkəsinin 

strukturunun  güclənməsinə müsbət təsir edəcəyi  şübhəsizdir. 2010-cu il dekabrın 

21-22-i  Ankarada düzənlənən Media Forumunda Türkiyənin Xarici İşlər naziri Əh-

məd Davudoğlunun  “Dünyada ən nüfuzlu 100 media quruluşu arasına türk dün-

yasından neçə media quruluşunun girdiyi dünyadakı  təsirini göstərən bəlkə  də  ən 

önəmli göstəricilərdən biridir.”—söyləməsi həqiqətən bir fakt və reallıqdır. (Türk 

dili konuşan ülkelermedya forumu, Basın Yayın ve Enformasyon Genel Müdürlüğü, 

Ankara, 2010) Bu fikrin reallığa çevrilməsi həm də  gələcəkdə dünya mediasında 

təmsil olunan nüfuzlu türk media orqanlarının türk dünyası vahid media şəbəkəsinin  

inkişafına təsir göstərməsi deməkdir. Müasir dövrdə beynəlxalq arenada başda 

Azərbaycan olmaqla, müstəqil türk dövlətlərinin ictimai-siyasi nüfuzu yüksəlməsi, 

iqtisadi göstəricilərinin  artması, informasiyalı cəmiyyətdə söz və mətbuat azadlığı 

təmin edilməsi  müstəqil və demokratik, iqtisadi cəhətdən güclü, nüfuzlu medianın 

formalaşmasında əhəmiyyətli rol oynayır.  Qazax jurnalist, tədqiqatçı Askar Uma-

rov  türk dünyası mediasının vahid informasiya məkanının formalaşdırılması  mə-

sələsiylə bağlı müxtəlif səpgili işlərin görülməsini;  əsas dillərdə  resurs onlayn mər-

kəzi kimi türkdilli KİV portalı hazırlanması, AZSAT, KazSat 2, TurkSat3 pey-

klərində türk dillərində olan kanalların siqnallarının  pulsuz yerləşdirilməsi barədə 

dövlətlərarası səviyyədə qərar qəbul edilməsini və s. zəruri sayır. (Askar Umarov, 

“Türkdilli Medya Forum gerekmektedir”, “Birlik” jurnalı, iyun 2013, səh 20 

www.atxem.az\\birlik\\) 

Türk coğrafiyası mediasında vahid informasiya sisteminin gələcək imkanları 

olduqca böyükdür. Bu sistemin zamanla tam formalaşacağı  təqdirdə, türk dünyası 

coğrafiyası daxilində regionlar arasında qarşılıqlı informasiya paylaşımı güclənə-

cək, informasiyanın sistem daxilində dolğun və operativ yayımı təmin ediləcək, üs-

təlik türk dünyası coğrafiyası ilə bağlı yeniliklər beynəlxalq mediaya məhz birinci 

mənbədən ( türk mediasından) təqdim ediləcək. Bunların reallaşması isə türkəsilli 

dövlətlər və muxtar qurumların, elcə  də azsaylı digər türk xalqlarının  əsas media 

qurumlarının mütəmadi bir araya gəlməsi, qarşılıqlı  əməkdaşlıqdan və yuxarıda 

qeyd edilən təkliflərin həyata keçirilməsindən asılıdır. 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə