Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
  1   2   3   4   5   6   7   8   9   ...   45

ÀÇßÐÁÀÉÚÀÍ ÌÈËËÈ ÅËÌËßÐ ÀÊÀÄÅÌÈÉÀÑÛ 

Ì. ÔÖÇÓËÈ àäûíà ßËÉÀÇÌÀËÀÐ ÈÍÑÒÈÒÓÒÓ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ФИЛОЛОЭИЙА 

МЯСЯЛЯЛЯРИ 

 

 

№ 2 

 

Топлу Азярбайъан Республикасы Президенти йанында 

Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййата 

алынмышдыр (Filologiya elmləri bюлмяси,   №13).

 

Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу 



няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. 

 

 

 

 

 

 

 

 

 

 

«Елм вя тящсил» 

Бакы – 2016 

Filologiya  məsələləri – №02, 2016 

 

2



 

 

Jурналын тясисчиляри:  Азярбайcан Милли Елмляр Академийасы Ялйазмалар  



                                  Институту вя  «Елм вя тящсил» няшриййаты  

 

 

 

 

 

 

 

 

 

 

 

 

РЕДАКСИЙА  ЩЕЙЯТИ:  академик  Васим  Мяммядялийев,   академик  Иса 

Щябиббяйли, академик Теймур Кяримли,  АМЕА-нын мцхбир цзвц,   ф.ü.е.д.,   проф. 

Низами  Ъяфяров,   АМЕА-нын  мцхбир  цзвц,   ф.ü.е.д.,   проф.  Мющсцн  Наьысойлу,    

АМЕА-нын мцхбир цзвц,   ф.ü.е.д.,  проф. Ябцлфяз Гулийев,   ф.ü.е.д.,   проф. Вилайят 

Ялийев, ф.ü.е.д.,   проф. Fəxrəddin Veysəlli,      ф.ü.е.д.,   проф. Гязянфяр Казымов,   

ф.ü.е.д.,   проф. Рцфят Рцстямов,  ф.ü.е.д.,   проф. Надир Мяммядли,    ф.ü.е.д.,   проф. 

Мясуд Мащмудов, ,   ф.ü.е.д.,   проф. Buludxan Xəlilov,   ф.ü.е.д.,   проф. Мцбариз 

Йусифов,   ф.ü.е.д.,   проф.  Гязянфяр  Пашайев,   ф.ü.е.д.,   проф.  Ябцлфяз  Ряъябли,   

ф.ü.е.д.,   проф. Nizami Xudiyev,   ф.ü.е.д.,   проф. Ъялил  Наьыйев,   ф.ü.е.д.,   prof. 

Камиля  Вялийева,   ф.ü.е.д.,   prof. Азадя  Мусайева,  ф.ü.е.д.,   prof. Əzizxan 

Tanrıverdiyev, ф.ü.e.d. Paşa Kərimov,   ф.ü.е.д.,   Мящяббят Мирзялийева,   фil.ü.f.d. 

Нязакят Мяммядли 



 

 

 

 

 

Áóðàõûëûøà ìÿñóë: àêàäåìèê Òåéìóð Êÿðèìëè   

Ðÿé÷è: filologiya elmləri doktoru, professor Íàäèð Ìÿììÿäëè 

 

Ôèëîëîýèéà ìÿñÿëÿëÿðè. Áàêû, 2016, ¹ 1 

 

 

 

ISSN 2224-9257 

 

 

 



© ”Elm və təhsil” nəşriyyatı,   2016 

 

 

 www.filologiyameseleleri.net 



 

Filologiya  məsələləri – №02, 2015 

 

3



DİLÇİLİK 

 

RƏHMAN QULİYEV 



Qafqaz Universiteti Sosial və Humanitar 

 Elmlər İnstitutunun Türkologiya şöbəsinin müdiri 

rquliyev@qu.edu.az 

 

MÜASİR  TÜRK  DİLLƏRİNİN ALINMA LEKSİKASINA BİR BAXIŞ 

 

Açar sözlər: alınma, türk, leksika, ingilis dili, müstəqillik 

Key words: borrow,  lexicon, Turkic, independence, English 

Ключевые слова: заимствование,  лексики, тюркских языках, английского языка, 

независимости 

Giriş: 

Türk dillərindəki alınma szölərin müasir mənzərəsinə  nəzər salmamışdan  əvvəl 

“alınma” termini barədə məlumat verməyi lazım bilirik. «Alınma dildə xarici amilləri, 

yəni başqa dil ünsürlərinin qrafik, fоnetik, leksik, semantik, mоrfоlоji və sintaktik 

sahələrində özünü göstərən başqa dil təsirlərinin məcmusu kimi başa düşülməlidir… Bu 

prоses öz daxili imkan və vasitələri  əsasında gündən-günə  təkmilləşməklə    yanaşı, 

qоhum və qоhum оlmayan, bilavasitə və bilvasitə kоntaktda оlan dillərin qarşılıqlı təsiri 

nəticəsində gedir» [1, s. 4-5]. Geniş mənada “alınma” bir dildən başqa dilə söz keçmə 

prosesini bildirir. Bu söz iki mənada işlənir.  Beləliklə, II mənada bu termin proses, I 

mənada isə prosesin nəticəsini bildirir. “Alınma” və “alınma söz” terminləri eyni 

anlayışları bildirmir. “Alınma” dedikdə bir dildən başqa dilə keçən bütün linqvistik 

vahidlər , hər hansı bir dil elementi  başa düşülür. “Alınma söz” dedikdə isə yalnız 

leksik vahidlərin mənimsənilməsi nəzərdə tutulur. Başqa sözlə desək “alınma” termini 

daha geniş anlayışı ifadə edir. Belə ki, “alınma söz” anlayışının özü də “alınma” 

termininin ifadə etdiyi mənanın tərkibinə daxildir (2, 5-6). 

Bütün dünya dillərində olduğu kimi müasir türk dillərinin də lüğət tərkibinin 

inkişafında və zənginləşməsində dillərin  daxili imkanları ilə bərabər alınma sözlərin də 

çox önəmli rolu olmuşdur. Tarixin müxtəlif mərhələlərində türk dilləri diğər dillərdən 

söz alımışdır. “İctimai-siyasi, iqtisadi şəraitdən asılı olaraq alınmalar bəzən xüsusi dalğa 

ilə özünü göstərmiş, bəzən geri çəkilərək müəyyən zaman kəsiyində yaxşı  mənada 

qısqanclıqla qarşılanmışdır” (3,6 ). İctimai, siyasi məqamlardan asılı olaraq türk 

dillərinin bir qismi  uzun müddət ərəb, fars alınmalarına, rus imperiyası dövründə rus 

dilindən və onun vasitəsilə Qərbi Avropa dillərindən alınmalara məruz qalmışlarsa, bir 

qismi  Çin, bir qismi monqol və digər dillərin təsirinə  məruz qalmışdır.  Bəzən bu 

alınmalar həddini aşmış, bəzən isə dilimizin zənginləşməsində müsbət rol oynamışdır. 

Bildiyimiz kimi alınma sözlərsiz heç bir dil mövcud deyil. O cümlədən  türk 

dilləri tarixən türk xalqları başqa xalqlarla ictimai-siyasi əlaqədə olmuş, onlar arasında 

sıx mədəni,iqtisadi, dini münasibətlər yaranmışdır. Alınma leksikanın türk dillərində 

işlənmə dinamıkasını izlədikdə görürük ki, bu sözlərin türk dillərinə keçməsi müxtəlif 

mərhələlərə bölünür. “....alınma   leksika vasitəsilə bir xalq diğər xalqı yaxından tanıya 

bilir”( 4, 503  ). 


Filologiya  məsələləri – №02, 2016 

 

4



Alınma sözlərin müəyyən hissəsi türk dillərinin fonetik və qrammatik qruluşuna 

tabe edilərək işlənir. Alınma sözlər türk  dillərində öz ekvivalentləri ilə sinоnimik cərgə 

təşkil edir, bir çоx hallarda aktiv işlənir ki,hətta bəzən öz ekvivalentini dildən sıxışdırıb 

çıxarır. Bu baxımdan dilə  gələn alınma sözlərin zəruri  оlub-оlmaması bir an belə 

nəzərdən qaçmamalıdır.Bəllidir ki, heç bir dil tamamilə öz leksik vahidlərindən  ibarət 

deyil. Diğər dildən sözalan dilləri isə  kasıb, zəif dillər hesab etmək  də dоğru deyildir. 

Sözalma prоsesi dillərin lüğət tərkibini zənginləşdirməklə xalqların, mədəniyyətlərin 

bir-birinə inteqrasiyasını  təmin edir. “Alınma sözlər, ilk növbədə, özünü mətbuatda 

göstərir. Оna görə də hər bir cəmiyyətin mətbuatı о cəmiyyətin güzgüsü rоlunu оynayır 

və  təbii ki, həmin xalqın mədəniyyətinə  vədilinə  bəslədiyi münasibət bu güzgüdə  əks 

оlunur”( 3,7). A. Reformatskiy sözalmanı da, dillərin qarşılıqlı əlaqəsini təbii bir proses 

adlandırmışdır. Sözalma prosesi həm ekstralinqivistik, həm də daxili linqvistik 

qaydalarla şərtləndirilmiş mürəkkəb hadisədir (5 ,104).  

Türk dillərinə digər dildən sözlər bu səbəblər nəticəsində daxil olmuşdur: 

1.  Xalqın istilaya məruz qalması 

2.  Digər xalqlarla dostluq münasibətinin olması 

3.  Coğrafi şərait 

4.  Obyektiv inkişaf  qanunları 

Türk dillərində alınma leksikanın inkişaf dinamikasını izləmək, müasir dönəmdə 

bu dillərdə alınma leksikanın mənzərəsini canlandırmaq üçün tarixən türk dillərinə hansı 

dillərdən daha çox alınma leksik vahidlərin keçib işlənməsinə  nəzər yetirməyi lazım 

bilirik. 

Müasir Azərbaycan  dilinin alınma leksikasını Azərbaycan sözləri və alınma 

leksik vahidlər təşkil edir.B. Xəlilov  müasir Aərbaycan dilindəki xalis Azərbaycan 

sözlərini 4 yerə bölür:1. Türk dilləri ilə ortaqlı sözlər. Bu tip sözləri müəyyənləşdirmək 

üçün Orxan-Yenisey abidələrini istinad kimi götürən alim nümunə kimi bunları göstərir: 



ov, aç, ana, at, əkin, adaş, qab, ata, biç, ağız və s. 2. Həm türk,  həm də monqol dilləri 

ilə ortaqlı olan sözlər. Bu tip sözlərdə  fonetik, semantik və morfoloji fərqlər də ola 

bilər. Məsələn, büger-böyrək, zirüxen-ürək; asaq-axsaq; xuuray-quru və s.   3. Şumer 

dili ilə ortaqlı olan sözlər, məsələn, ada-ata, aştar-açar, ar-arı, be-bu, sa-söz və s. O. 

Süleymanov 60, A. Məmmədov 110-dan artıq sözün şumer və türk dillərində ortaqlı 

olduğunu  aşkar etmişdir( 6,34 ).4.Xüsusi Azərbaycan sözləri-B.Xəlilov bu tip sözlərin 

Azərbaycan dilinin müstəqil bir dil kimi formalaşmasından sonra yarandığını qeyd edir.  

Alim xalis Azərbaycan sözlərinə bu nümunələri misal göstərmişdir.Məsələn, sanc, dinc, 



tunc, daraq, çəpər, yaraq, yırtıq, çadır, yarpaq və s. (6, 37). B. Xəlilov bir dildən digər 

dilə  leksik vahidlərin aşağıdakı yollarla keçdiyini söyləyir:1. Zəruri və məcburi yolla;2. 

Ədəbi və danışıq dili vasitəsilə;3. Vasitəli və vasitəsiz yolla alınma sözlər.  Alimin bu 

təsnifatını qeyri-şərtsiz  digər türk dillərinə də aid etmək olar.  

Müasir Azərbaycan dilində alınma sözləri mənşəyinə görə belə qruplaşdırmaq 

olar: 


a.  ərəb mənşəli sözlər 

b.  fars mənşəli sözlər 

c.  rus mənşəli sözlər 

d.  Avropa mənşəli sözlər 

e.  Qafqaz mənşəli sözlər 


Filologiya  məsələləri – №02, 2015 

 

5



 “Fars  dilindən  dilimizə keçmiş olan sözlər həm  ədəbiyyat və  həm də  şifahi 

danışıq dili vasitəsilə keçdiyi üçün burada müxtəlif sahələrə aid sözlərə təsadüf edilir”( 

7,48 ). 

Ərəb dilindən keçən sözlər isə VII əsrdən sonrakı mərhələyə aiddir. İslam dini ilə 

əlaqədar Azərbaycan dilinə çoxlu miqdarda sözlər keçmişdir.  

Digər Türk dil qrupuna aid olan Uyğur dilində  ərəb-fars sözləri ilə  bərabər Çin 

dilindən alınmalar da çoxluq təşkil edir. Çin dilindən uyğur dilinə  əsasən idarəetmə-

inzibati sahələrlə bağlı sözlər keçmişdir. “Qədim  türklərlə çinlilər arasında uzun sürən, 

qanlı  müharibələrlə yanaşı, sıx mədəni əməkdaşlıq da olmuşdur. Bunun nəticəsində iki 

xalq bir-birinin  mədəniyyətini, dilini qarşılıqlı şəkildə zəngibnləşdirmişdir. Xüsusən də, 

Çin cəmiyyətinin ictimai fikrinin, başqa sözlə Çin dövlətinin formalaşmasında türklərin 

çox mühüm rolu olmuşdur. Çin sözlərinin uyğur dilinə keçməsinin tarixi çox qədimdir. 

Bu tarix XX yüzilliyin 50-ci illərindən başlanır. T. Rəhimov yazır ki, uyğur dilində Çin 

leksik alınmaları diğər dillərə nisbətən az olmuşdur. Çin dilindən alınmalar  əsasən 

inzibati-idarə, ticarət, məişət, çox az sayda kənd təsərrüfatı, peşə  və  hərbi leksikanı 

əhatə edir (  8, 3). 

Hazırda da Çin dili uyğurların gündəlik həyat və məişətini geniş şəkildə dəyişir. 

Bu dil onların sosial funksiyalarına, ictimai-siyasi, iqtisadi və  mədəni həyatına nüfuz 

edir. Çin dili-şençcan(ölkə başçısı);Şenu-şen(həyat)+u(materiya=biologiya;  şen 

(həyat)+li(prinsip)+syuz(elm)=fiziologiya( 9,46). 



 Türkiyə tükcəsindəki alınma leksikanı belə  təsnif etmək mümkündür. 1. ərəb 

dilindən alınmalar. Məsələn, adalet, tövbe, kıraat, silah, aşk, tabiat, tacir və s. 2. Fars 

dilindən alınmalar. Məsələn,  efsane, laf, meğer, cengaver, mehter  və s. 3. Avropa 

dillərindən alınma sözlər.Məsələn, efendi, lampa, tempo, tango və s. ( 10, 126). Türkiyə 

Cümhuriyyəti 1923-çü ildə  müstəqli respublika elan edildikdən sonra fransız, ingilis, 

italyan dillərindən külli miqdarda söz və terminlər keçmişdir. Fransız dilindən Türkiyə 

türkcəsinə sözlərin keçidi XVI əsrdən başlanır. Bu dönəm Osmanlının Fransa ilə 

iqtisadi və siyasi əlaqələrinin intensivləşdiyi bir dövr idi. XIX əsrdə isə  ərəb və fars 

sözlərinin əvəzinə fransız kəlimələri dilə daxil oldu. Bu dönəmdə 5000-dən çox söz və 

termin fransız dilindən Türkiyə trkcəsinin lüğət tərkibinə, eləcə də danışıq dilinə daxil 

oldu. Ümumiyyətlə, fransızcadan Türkiyə türkcəsinə  keçən sözlərməna-anlam 

baxımından 3 qrupa bölünür:1. Söylənişləri və anlamları heç dəyişdirilmədən alınan 

kəlimələr. Məsələn.kamp, beton, artist  və s.; 2. Türk dilinin qrammatik qanunlarına 

uyğunlaşdırılan sözlər. Məsələn,  albüm, akvariyum, avukat  və s.; 3. Söylənişləri eyni, 

ancaq türk dilinə dəyişik bir mənada keçən sözlər. Məsələn, apatman, atlet, daktilo və s. 

( 11, 73).Müasir dövrdə Türkiyə türkcəsinə keçən sözlərin böyük faizini yalnız ingilis 

dilindən keçən sözlər təşkil edir. Türkiyə türkcəsindəki alınma sözlərin türk sözləri ilə 

qarşılığının verilməsi  dil devrimi zamanından başlamışdır. Məsələn,  kompromis 



(anlaşıt), vitse-prezident (başbakan), sektor (bölge), eksport (çıkat), tradisiya (gelenek), 

qarantiya(inanca) və s.  

  Türkmən dilinin leksik tərkibinə müxtəlif ictimai-siyasi hadisələrlə  əlaqədar 

ərəb, fars, monqol, rus və rus dili vasitəsilə başqa dillərdən külli miqdarda söz və 

terminlər, ifadələr, söz birləşmələri daxil olmuşdur.Fars dilindən alınmalar. Məsələn, 



xörək, nan, peynir, bexişt, saray, kərxanə və s. Ərəb alınmaları. Məsələn, kitap, mektep, 

menzil, zexin, miras və s. Gördüyümüz kimi, Azərbaycan və türkmən dilindəki 

alınmalar demək olar ki, eynidir. F. Zeynalov Türkmən dilindəki monqol mənşəli 



Filologiya  məsələləri – №02, 2016 

 

6



sözlərə göstərdiyi misallar da demək olar ki, Azərbaycan dili ilə eynidir. Məsələn, quda, 

bal, mal, altın, çöl, saqqal, zər və s. Rus dilindən türkmən dilinə sözlərin keçmə tarixi 

1880-ci ildən-Türkmənistanın Rusiya tərkibinə daxil olduğu dönəmdən sonra 

başlanır.Türkmən dilinə rus dili vasitəsilə digər dillərdən aşağıdakı leksik-terminoloji 

vahidlər keçmişdir.Yunan dilindən –akademiya, aksioma, atom, gimnastika  vəs. Latın 

mənşəli-abstrakt, avtor, norma, satiravə s. Fransız sözləri-avans, adres, leytenant  və 

s.İngilis sözləri-boks, basketbol, voleybol, futbol və s. Alman sözləri-abzas, kontora, 



papka və s. Italyan dili-ariya, balkon, qazet və s.  

Qaqauz dilində ərəb, fars, yunan,  moldav, rumın, bolqar, rus dillərindən keçmiş 

sözlərə rast gəlinir. Təbii ki, eyni qrupa daxil olan Azərbaycan, türkmən, Türkiyə 

türkçəsi ilə müqayisədə  ərəb, fars sözləri azlıq təşkil edir. Bu da qaqauzların dini 

inancları ilə bağlıdır. Qaqauz dilindəki  ərəb-fars sözləri  əsasən türk dili vasitəsilə 

keçmişdir. Məsələn,  maşalla, musaafir, raamet fena, memleket, masal  və s.  Yunan 

dilindən keçən sözlər. Məsələn,  vatiz-xaç çəkmək; stenoz-kəbin kəsmək, klisa-kilsə; 



kaluqer-monax və s. Bu sözlər qaqauzların xristian dininə tapınmaqları ilə əlaqədar dilə 

daxil olmuşdur. Moldav və rumın sözləri: natra-məsafə; rışnişa-əldəyirmanı; ploşnisa-



taxtabiti və s.  

Qazax  dilinin leksik tərkibində- çoxlu miqdarda ərəb-fars sözlərinə rast gəlirik. 

Məsələn.  Düğa-dua; dost, ğajayip-əcaib, dünie-dünya; keremet-kəramət; raxat-rahat



riza-razı  və s. Ərəb-fars sözlərinin qazax dilinə keçməsi tatar, özbək, tacik dilləri 

vasitəsilə olmuşdur. Qazax dilindəki  ərəb-fars sözləri  əsasən aşağıdakı sahələri  əhatə 

edir. 1. Elmi-mədəni anlayışları bildirən sözlər;Məsələn,  kalam, kağa, mektup, 

mağlümat, emtixan, ğılım, meçit və s. 2. Dini anlayışları bildirən sözlər. Məsələn, oraza, 

namaz, dəret, parız, küday, aət  və s. Qazax dilində monqol alınmaları da vardır: S. 

Cəfərov yazır: “Monqol dilindən alınmalar öz mənşəyi etibarı ilə daha qədim olduğu 

üçün müasir dilimizdə onları müəyyənləşdirmək çətindir” (7,44). Məsələn,  abdıra, 

abdara, ayan, baysal, baydı və s.  

Qazax dilində rus sözlərinin keçmə tarixi isə 3 dövrə bölünür. İ. Kazımov I dövrə 

XVII əsri aid edir. Bu dövrdən etibarən rus sözləri qazax dilinə keçməyə başladı. ( 11, 

68 ). II dövr XVII-XIX əsrləri əhatə edir. Bu dönəmdən etibarən Qazaxıstan  çöllərində 

ruslar məskunlaşmağa başladılar. Soxa, borona, xodok, piket, xutor, çaşka, podnos, 

çarma və s. Sözlər bu dövrdə qazax dilinə keçdi.  III dövr isə sovet dönəmidir ki, bu 

zaman daha çox rus sözləri qazax dilinə keçməyə başladı. Qazax dilindəki alınma sözlər 

türkmənşəli və  sırf qazax dilinin özünəməxsus  sözlərlə    əvəzlənir. Məsələn, 

rubrika(aydar), veteran (ardaqer), universal(əmbebap),  şantaj(bopsa), kosmos(ğarış), 

auiditoriya(dərsxana), daça(jazxana), vizit(sapar) və s.   

Qaraqalpaq  dilinin alınma leksikasını bunlar təşkil edir: Ərəb alınmaları:alım, 

ilim, medrese, payda, sadaka və s. 

Monqol dili ilə ortaq olan sözər: balta, tütin, sarı, ağa, manlay və s. 

Fars  alınmaları:  köşe, duşpan, saray, paxta, duşpan, kepkir və s. 

Rus dili və rus dili vasitəsilə keçən sözlər:  balans, salyut, voleybol, qumanizm, 



ximiya, və s. 

Qırğız dilindəki alınma leksikanın mənzərəsinə  nəzər saldıqda görürük ki, bu 

dildə ərəbmənşəli alınmalar azlıq təşkil  edir.  Çünki qırğızlar XVIII əsrə qədər qırğız 

dili ilə  təmasda olmamış, islamı  qəbul etməmişlər(10 ,189 ). Qırğız dilinə  ərəb-fars 

sözləri əsasən uyğurlar vasitəsilə keçmişdir. Lakin bununla belə qırğız dilində  fars və 



Filologiya  məsələləri – №02, 2015 

 

7



ərəb  alınmaları vardır. Fars dili:jan-can; mayda-balaca; qül;arzan-ucuz; pul;nas-məst; 

darız-qarpız və s. Ərəb alınmaları:bayan-bəyan etmək; kabar-xəbər; dalil-dəlil; mildet-

minnət  və s. Qırğız dilində çoxlu miqdarda monqol və tunqus-mancur dilindən 

alınmalar mövcuddur. F. Zeynalov bu tip sözlərə ehtiyatla və differensial yanaşmanı 

məsləhət görür(10 , 190). Qırğızlar  Altay-hun qəbilələrinin tərkibində olarkən  

monqollarla  sıx  əlaqədə olmuşlar. Qırğız dili ilə monqol dilinin müştərək sözlərinə 

bunları misal göstərmək olar. Məsələn, sonun-yenilik; xaalğa-qapı; tulqa-dayaq; kele-

dil; baraan-siluet və s.  

Təbii ki, qırğız dilində rus dili və rus dili vasitəsilə keçən sözlər  xüsusi lay təşkil 

edir. Bu  proses də  Orta Asiyanın, o cümlədən Qırğızıstanın  Rusiyaya ilhaqından sonra   

baş vermişdir.  



Altay  dilinin leksik mənzərəsinə  nəzər saldıqda görürük ki, bu dildə külli 

miqdarda  monqol sözləri mövcuddur. “Bu sözlərin  əksəriyyərti Altay dövrü ilə 

bağlıdırsa(bəzi tədqqiatçılar bu sözləri alınma yox, hər iki dil qrupu üçün genetik 

cəhətdən ümumi hesab edirlər), müəyyən bir qismi Orta türk dövrünün, ikinci 

mərhələsi(monqol istilası dövrü) ilə əlaqədardır(10, 197).  Məsələn, orun-yer, saa-sağ, 

tala-talamaq, aru-təmiz, şili-şüşə, kulur-un, çak-çağ və s.  

Altay dilində ərəb-fars sözləri demək olar ki, yoxdur. Bu dildə mövcud olan ərəb, 

fars-tacik  sözləri də XX əsrdə  qazax dili vasitəsilə keçib.  Məsələn: aqıl, samın-sabın, 

kuday-xuda, çaazın-kağızbaa-qiymət və s.  

Tatar dilində işlənən alınma sözləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.  Ərəb alınmaları: maksat, kitap, islax, xakim və s. 2. Fars alınmaları: dərman, 



doşman, divan, namaz, xoda, qonah, xərabə və s. 3. Rus dilindən və rus dili vasitəsilə 

diğər dillərdən keçən sözlər: qimn, karavat və s.  



Özbək dilində- alınma leksikanı  ərəb-fars sözləri, rus və rus dili vasitəsilə digər 

dillərdən keçən sözlər təşkil edir. Ərəb-fars alınmaları-abaydıy, avval, avlod, sabab, 



maarif, malumat, maxsul, rozi, ruxsat, ovoz v s.(10, 260 ).Son illər özbək dilində 

ekologiya ilə, marketinqlə bağlı alınmalar çoxluq təşkil edir. Məsələn, özbək dilindəki, 

“ekoloqik, marketoloq” kimi.  “Azərbaycan və özbək  dillərinin  lüğət tərkibində alınma 

terminlər milli terminlərə nisbətən üstündür” (12,118 ).“Qeyd etmək lazımdır ki, 

müstəqillik qazanmış azərbaycanlıların, özbəklərin, uyğurların, salarların dillərində 

ictimai-siyasi terminologiyanın inkişafında alınma sözlər üstünlük təşkil edir” (9 ,7 ). 

Müasir türk dillərində alınmaların iki başlıca istiqaməti mövcuddur. 1.Rus- Avropa 

mənşəli sözlərin alınıb işlədilməsi; 2. ərəb-fars mənşəli sözlərin alınıb işlədilməsi. 

Cənub-  şərq  dilləri  ərazi  cəhətdən çin dilinə, eləcə  də  monqol dilinə yaxın olduğu 

üçün bu dillərin lüğət tərkibinə çin və monqol sözləri də daxil olmuşdur (13 , 227).  

 “Azərbaycan və özbək xalqlarının tarix boyu başqa xalqlarla münasibəti, ictimai-

siyasi, mədəni əlaqələri bu dillərin lüğət tərkibinin zənginləşməsinə gətirib çıxarmışdır.  

Bu cür şərait həm də bilinqivizmin formalaşmasına xidmət edir. Sözlərin bir dildən 

başqasına keçməsinin əsas səbəblərindən biri də bilinqivizmdir”(12,121). Məsələn, afv, 



keçirim (üzv), polk(alay), ekipac(ekipaj), curnal(jurnal), kağazbazlık(bürokratizm) 

1990–2000-ci illər Azərbaycan tarixinin elə bir dövrüdür ki, bu оn ilin hər ili tarix 

səhifələrinə  qızıl hərflərlə yazılmalıdır. Azadlıq uğrunda aparılan mübarizələrin 

sоnunda müstəqillik  əldə edən Azərbaycan bütün çətinliklərə baxmayaraq, bu yоlla 

mətin addımlarla irəliləyir və bu tarixi inkişaf sözsüz ki, milli mətbuatımızdan da yan 

keçməmişdir. Illər bоyu qapalı şəraitdə yaşayan Respublikamız sərhədlərin açılması ilə 



Filologiya  məsələləri – №02, 2016 

 

8



həm yaxın qоnşumuz Türkiyəyə, həm də Qərbə, Avrоpaya inteqrasiya etməyə başladı. 

Bu prоses özü ilə dilimizə saysız-hesabsız leksik vahidlər gətirdi və bu, özünü ilk 

növbədə mətbuatda göstərdi” (3 ,18 ). “Tariximizin bir çox mərhələləri kimi, iştirakçısı 

və şahidi  olduğumuz əsrimizin  80-cı illərin sonu, 90-cı illər dövrünün dil proseslərinin 

araşdırılıb öyrənilməsi də böyük əhəmiyyət kəsb edir. Bu illər keçmiş SSRİ-nin 

tərkibində olmuş türk xalqlarının dövlət müstəqilliyi  uğrunda mübarizəsi, milli –

demokratik hərəkatın başlanması, SSRİ-nin süqutu, beynəlxalq    aləmdə baş verən 

ictimai-iqtisadi və siyasi proseslərlə, ilk növbədə demokratikləşmə  hərəkatı ilə bağlı 

olmuşdur”  ( 11,65 ). 

 Leksik və terminoloji vahidlərin bir dildən diğərinə keçməsi dillərin lüğət 

tərkibini zənginləşdirməkdə  və daxili strukturunu dəyişməkdə önəmli qaynaqlardan 

biridir. Əgər Sövet dönəmi Türk dilləri Qərb sözlərini rus dili vasitəsilə alırdılarsa, son 

illərdə “...Qərbdən birbaşa alınmaların intensivliyi xeyli artmışdır”( 11,66 ).  

  İ. Kazımov türk dillərinə son illərdə bu sahələrlə bağlı leksikanın sürətlə 

keçdiyini yazır: ictimai-siyasi leksika, maliyə sistemi ilə bağlı leksika, bazar 

iqtisadiyyatı ilə bağlı leksika, beynəlxalq münasibətlər və diplomatik əlaqələrlə bağlı 

alınma leksika, ekoloji sahə ilə bağlı leksika, demokratik proseslərlə bağlı alınma 

leksika, texnologiya sahəsində işlənən alınma leksika, neft strategiyası ilə bağlı leksika, 

pedoqoji sahə ilə bağlı leksika, transport və  nəqliyyatla bağlı alınma leksika, 

müstəqilliklə bağlı alınma leksika, bazar iqtisadiyyatı ilə bağlı leksika, mətbuatla bağlı 

alınmalar.  

Əsrlər boyu türk dillərinədə ərəb –fars, sonralar rus alınmaları geniş halda işlənsə 

də, son dövrlərdə bunların yerini Avropa, xüsusilə ingilis mənşəli alımaların işlənməsi 

tutub. Qərbdən gələn leksika, xüsusilə də, terminlər bütün türk dillərinin leksik fonduna 

sirayət etməkdədir. 

Alınma terminlərin bəziləri müxtəlif türk dillərinə eyni şəkildə keçmişlər. 

Məsələn, insident sözü həm Azərbaycan, həm də türkmən dilinə eyni şəkildəkeçmişdir. 

“İneksiya” termini eyni şəkildə Azərbaycan və türkmən dillərində işlənir.  

 “XX  əsrdə keçmiş SSRİ-də yaşayan türk xalqlarının milli müstəqillik  şüuru 

təşəkkül tapır, SSRİ-nin dağılması  ərəfəsində ölkədə iqtisadi, ictimai-siyasi vəziyyət, 

siyasi mübarizə və eləcə də ümummilli böhran dərinləşir. 80-ci illərin sonu, 90-cı illərin 

əvvələindəki ictimai-siyasi proseslər dövründə formalaşan leksikanın sosial-linqvistik 

təbiətinin açılması çox vacibdir       (11 ,19). 

Müstəqillik illərində türk dillərinə keçmiş alınma leksikanın öünəməxsus 

xüsusiyyətləri mövcuddur. Bu  illərdə  türk  dillərindəki  alınma  leksikada  əvvəlki 

illərdən fərqli xüsusiyyətlər meydana çıxmağa başladı. Alınmalar  əvvəlki dövrlərdə 

olduğu kimi, rus dili vasitəsilə deyil, birbaşa Avropa dillərindən müstəqillik əldə etmiş  

türk xalqlarının dilinin lüğət tərkibinə keçmişdir (11,117). Müasir dövrdə  də Avropa 

mənşəli alınmalarla paralel ərəb-fars alınmaları da işlənir. Avropa mənşəli alınmalar 

ərəb-fars alınmalrını  sıxışdırır. Müstəqillik illərində türk dillərinə keçən sözlər  əsasən 

KİV-in dilində aktivləşirdi. Türkiyə türkcəsinin, qazax, özbək və  qırğız dillərindəki 

alınmalar keçdikləri dildə olduğu kimi işlənir. Azərbaycan dilində isə  alınma leksika 

əksər hallarda dilimizin qayda qanununa tabe olur.        

 


Filologiya  məsələləri – №02, 2015 

 

9



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin