Bakıdakı Facebook nəsli



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix24.04.2017
ölçüsü0,58 Mb.
1   2   3   4   5
 

53

   


Şahin Abbasov və Xədicə İsmayılova, “Azərbaycan gənclərinə oxunulmuş hökm narahatlıq doğurur”, 18 İyul 

2006, 


http://www.isn.ethz.ch/isn/Current-Affairs/Security-Watch/Detail/?lng=en&ots627=fce62fe0-528d-

4884-9cdf-283c282cf0b2&id=52186

54

   



Freedom House, “Azərbaycan: Keçid dövründə olan xalqlar 2006” (“Azerbaijan: Nations in Transit 2006”), 

http://www.freedomhouse.hu/pdfdocs/azerbaijan2006.pdf

55

   



Anar Vəliyev, ““Azərbaycan Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol. 53, 

no. 3, May/İyun 2006, səh. 23. 

56

   


Şahin Abbasov və Xədicə İsmayılova, “Bakıda yenidən müxalifət-polis qarşıdurması”, EurasiaNet, 

Oktyabr 2005, 

http://www.eurasianet.org/departments/civilsociety/articles/eav101005.shtml

.   


57

   


BBC İvan Mahoneyu tərəfindən çəkilmiş sənədli film, Inqilabı necə etməli (How to Plan a Revolution) 

(2006),

http://video.google.com/videoplay?docid=-6283659946022683358#

. Film haqqında daha geniş 

məlumat əldə etmək üçün 

http://news.bbc.co.uk/2/hi/programmes/this_world/4908406.stm

.   


 

www.esiweb.org 

11 


onun  rolunun  olması  ittihamı  ilə  həbs  edildi.  Bunun  ardınca,  çox  tezliklə  iki  yüksəkrütbəli 

kabinet üzvü, iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov “hakimiyyətdən 

sui-istifadə”, 

“dövlət  vəsaitini  mənimsəmə”  və  “hakimiyyət  çevrilişinə  cəhd”də 

günahlandırılaraq  həbs  edildilər.

58

  100-ə  yaxın  insan  iddia  edilən  ssenaridə  iştirak  ittihamı  ilə 



həbs edildi.   

 

Bu,  2005-ci  ilin  6  noyabr  seçkiləri  fonunda  baş  verənlər  idi.  Lakin  səsvermənin  özü  daha  pis 



keçdi. ATƏT müşahidəçilərinin bəyanatlarına əsasən “seçki məntəqələrində səslərin sayılması   

zamanı  geniş  miqyasda  ciddi  pozuntular  qeydə  alınmışdır”

59

  ATƏT/DTİHB  hesabatında 



“seçicinin seçiminə təsir göstərmək cəhdləri, səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə və 

qutulara  topa  bülleten  atılması”  kimi  hallar  daxil  olmaqla  sistemli  problemlər  və  pozuntuların 

olduğu  qeyd  edilmişdir.

60

  ATƏT  ekspertlərinin  yekun  qənaəti,  seçkilərin  “bir  sıra  ATƏT 



öhdəliklərinə  və  demokratik  seçkilərin  keçirilməsi  üçün  tələb  olunan  digər  beynəlxalq 

standartlara” cavab verməməsi olmuşdur.

61

 

 



Yekun  olaraq,  3  müxalifət  partiyası  parlamentdəki  125  yerdən  6-nı  qazandı.  Noyabırn  19-da, 

30.000-nə  yaxın  müxalifət  tərəfdarı  seçkinin  keçirilməsi  və  nəticələrinə  etiraz  etmək  üçün 

küçələrə  çıxdı.  Etirazçıların  çoxu  Əliyevi  istefaya  çağırırdı.

62

  Bəzi  etirazçılar  narıncı  baş 



örtükləri  (bandana)  bağlayaraq  əllərində  “Demokratiyamızı  neftə  qurban  verməyə  son 

qoyulsun!”  yazılmış  plakatlar  daşıyırdılar.  Lakin  tezliklə  hərəkatın  nəbzi  itirildi.  Kütlələrin 

sıxlaşdığını  görən  Xalq  Cəbhəsi  Partiyasını  lideri  Əli  Kərimli  Noyabrın  26-da  oturaq  aksiya 

keçirməyə  çağırış  etdi.  Lakin  bu  aksiya  da  polisin  sərt  müdaxiləsi  vasitəsilə  dağıdıldı.

63

 

Etirazçıların arasında olan çox sayda gənc xəsarət aldı və həbs edildi.



64

  2006-cı  ilin  fevralında 

Azadlıq bloku dağıldı.   

 

Avropa  Şurasının  daha  öncələr  də  qeyd  etdiyi  kimi  2005-ci  il  parlament  seçkiləri  “ölkənin 



demokratiya etimadını doğrultması üçün həlledici test” olacaqdı.”

65

  Parlament Assambleyasının 



bu  saxta  seçkilərdən  sonra  tətbiq  etdiyi  sanksiyalardan  biri  kifayət  qədər  simvolik  idi:  bu 

Azərbaycandan  olan  yeni  seçilmiş  parlament  üzvlərinə  oturmaq  üçün  yer  verməkdən  imtina 

edilməsi idi. 2006-cı il, Yanvarın 23-də Azərbaycan nümayəndə heyətinin etimadını şübhə altına 

alan təklif hazırlandı.

66

  İki gün sonra qəbul edilən qətnamədə Parlament Assambleyası “noyabr 



                                                 

58

   



Fərhad Əliyev 2007-ci ildə vergi mənimsəməsi, korrupsiya və digər iqtisadi cinayətlər üzrə 10 illik həbs 

cəzasına məhkum edilmişdir. Əli İnsanov vəzifədən sui istifadə və digər iqtisadi cinayətlərdə təqsirkar 

bilinmişdir. Vəkillər prosedur pozuntularından şikayət etmişlər. 2007-ci ildə o da 10 il həms cəzasına 

məhkum edilmişdir.   

59

   


ATƏT/DTİHB, “Azərbaycan Respublikası: Parlament Seçkiləri, 6 Noyabr 2005”(“Republic of Azerbaijan: 

Parliamentary Elections, 6 November 2005”), Seçki Müşahidə Missiyasının Yekun Hesabatı, səh. 2, 

http://www.osce.org/odihr/elections/azerbaijan/17946

60



   

Ibid

61

   



ATƏT Seçki Müşahidə Missiyasının 2 Fevral 2006-cı ildə çap edilmiş nəticələri: 

http://www.osce.org/documents/odihr/2006/02/17923_en.pdf

. Daha çox məlumat üçün Seçki Monitorinq 

Mərkəzinin təhlilində: 

http://www.ndi.org/files/1981_az_emcbrief_020106.pdf

62



   

BBC, “Azərbaycanda minlərlə insan yeni etiraz aksiyaları keçirir” (“Thousands in fresh Azeri protest”), 19 

Noyabr 2005, 

http://news.bbc.co.uk/2/hi/europe/4452174.stm

63

   



Fariz İsmayılzadə, “Musavat  Yeni Azərbaycan Parlamentinə qoşulmağa qərar Verdi” (“Musavat Decides to 

Join  New  Azerbaijan  Parliament”),  Eurasia  Daily  Monitor,  vol.  3,  no.  29,  10  Fevral  2006, 

http://www.jamestown.org/single/?no_cache=1&tx_ttnews[tt_news]=31372

.   


64 

 

Anar Vəliyev, ““Azərbaycanda Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol. 



53, no. 3, May/İyun 2006, səh. 23., 

65

   



AŞPA-nın 1456 nömrəli qətnaməsi (2005), “Demokratik İnstitutların Azərbaycanda fəaliyyəti”, 22 İyun 

2005. 


http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta05/eres1456.htm

66



   

Bax: AŞPA-nın 1480 nömrəli qətnaməsi (2006), “Azərbaycan nümayəndə heyətinin etibarnaməsinin əsaslı 

səbəblər üzündən ratifikasiya edilməsində mövcud maneələr” (“The challenge of still unratified credentials 


 

www.esiweb.org 

12 


seçkilərinin  Azərbaycanın  Avropa  Şurası  qarşısında  götürdüyü  öhdəlikləri  yerinə  yetirməkdə 

növbəti  uğursuzluq  olduğunu  aydın  şəkildə  göstərdiyi  və  buna  qarşı  sanksiyalar  tətbiq 

olunmasının vacib olduğunu” təsdiq etdi. Lakin bununla belə mətn təəccüb doğuran bir qərarla 

bitirdi: 

 

“Assambleya  yekun  olaraq  Azərbaycanda  2005-ci  ilin  noyabrda  keçirilən  parlament 



seçkilərinin  Sərbəst  toplaşma  haqqında  nizamnamənin  8.2.b  bəndi  ilə  təzad  təşkil  etdiyi 

qərarına  gəlmişdir:  öhdəlik  və  vəzifələrin  yerinə  yetirilməsində  ardıcıl  uğursuzluq…  Lakin 

Assambleya  Azərbaycan  nümayəndə  heyətinin  etimadnaməsini  təsdiq  etməyi  qərara 

almışdır.”

67

 

 



Hər  hansı  sanksiyanın  tətbiq  edilməməsi  ilə  Avropa  Şurası  bu  cür  utanmaz  seçki 

manipulyasiyasını  təsdiq  etməməsini  bildirməsi  üçün  ixtiyarında  olan  yeganə  əhəmiyyətli 

vasitədən istifadə etməmiş oldu. Bu institut özünün əsas mandatına - üzv dövlətlərdə demokratik 

standartların tətbiq edilməsinə etinasız yanaşmış oldu.

68

 

 



2005-ci  ilin  dərsləri  hər  şeyə  aydınlıq  gətirdi.  Seçki  inqilabı  olmayacaqdı.  Demokratikləşmə 

üçün kənardan gələn hər hansı  bir dəstək olmayacaqdı.  ABŞ, Avropa Birliyi  və  Türkiyə xüsusi 

şərh  vermədən  aşkar  seçki  manipulyasiyasını  qəbul  etdi.  Bununla  yanaşı,  hakimiyyətin 

ötürülməsi  və  yaxud  həqiqi  demokratiyanın  əldə  edilməsi  üçün  real  addımların  atılmayacağı 

aydın  idi.  Siyasi  gənclər  hərəkatları  dağılmağa  başlamışdı.  Rejim  siyasi  fəaliyyətlə  məşğul 

olmağı təkcə qorxulu deyil, həm də faydasız etməkdə uğur qazanmışdı.   

 

 

C.   



“Dəyişikliyin özü olmaq” 

 

“Təsdiqləyirəm  ki,  polyaklar  kənardan  hər  hansı  bir kömək  gözləmir... Ətrafdan  gələn  hər 



hansı  həmrəylik  jestini  sevinə-sevinə  qəbul  etməyə  hazır  olsalar  da,  onlar  yalnız  və  yalnız 

özlərinə  arxalanmalı  olduqlarından  və  bunun  gələcəkdə  belə  olacağından  çox  gözəl 

xəbərdardırlar. (Bunu baĢqalarına bildirmək istəkləri də var.)” 

 

Adam Miçnik, Qdansk həbsxanasından yazılmış məktub, iyul, 1985

69

 

 



2005-ci  il  noyabr  seçkiləri  hökumətin  tənqid  edilməsi  prosesində  bir  süstlük  yaratmış  oldu. 

Müxalifətin  ənənəvi  üsullarının  qeyri-effektiv  olduğu  sübut  olundu.  Kütləvi  informasiya 

vasitələri hükumətin sərt nəzarətində idi. Azərbaycandan kənarda yaşayan az sayda insan ölkədə 

demokratiyanın  vəziyyətindən  narahat  idi.  Bu  təslimçilik  və  süstlük  ruhu  dəf  olundu.  2009-cu 

ilin iyulunda AST (ESİ)-nın İsa Qəmbərdən götürdüyü müsahibə zamanı, Musavat partiyasının 

lideri:  “  Demokratik  mübarizə  vasitəsilə  nəyinsə  dəyişə  biləcəyinə  inam  qalmamışdı.  İnsanlar 

                                                                                                                                                             

of the parliamentary delegation of Azerbaijan on substantial grounds”), 25 Yanvar 2006. 

http://assembly.coe.int/Main.asp?link=/Documents/AdoptedText/ta06/ERES1480.htm

67



   

AŞPA, “Azərbaycan nümayəndə heyətinin etimadnaməsində mövcud maneələr üzrə qəbul edilmiş 1480 

(2006) nömrəli qətnamənin tətbiqi” (“Implementation of Resolution 1480 (2006) on the challenge of 

credentials of the parliamentary delegation of Azerbaijan”), 26 İyun 2006, 

http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta06/eres1505.htm

68



   

AŞPA 1456 nömrəli Qətnamə (2005), “Azərbaycanda demokratik institutların fəaliyyəti” (“Functioning of 

democratic institutions in Azerbaijan”), 22 İyun 2005, 

http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta05/eres1456.htm

.     

69

   



Mətni tam olaraq Full New York Review of Books-un onlayn versiyasından oxumaq olar, 

http://www.nybooks.com/articles/archives/1985/jul/18/letter-from-the-gdansk-prison/?page=4

.   


 

www.esiweb.org 

13 


həbsləri  də,  seçkiləri  də,  heç  nəyin  dəyişmədiyini  də  görürlər.  Onlar  artıq  heç  nədən  ilham 

almırlar.”

70

   


 

2005-ci ilin noyabrında əksəriyyəti xaricdə təhsil almış 11 nəfərdən ibarət gənc Bakı kafelərinin 

birində  seçkidən  sonrakı  tutqun  bir  dövrdə  görüşdülər.  Sonradan  onlardan  birinin  yazdığı  kimi, 

burda  iştirak  edənlər  bir-birini  yaxşı  tanımasalar  da,  onları  birləşdirən  bir  cəhət  vardı  -  hamısı 

ölkənin seçdiyi inkişaf xəttindən narazı idilər və hamısı nəyinsə dəyişməli olduğunu və onların 

nəslinin  bunda  böyük  rol  oynamasının  vacibliyi  ilə  razılaşırdılar.

71

  Görüş  zamanı  yeni  bir 



gənclər  hərəkatının  yaradılması  ideyası  doğdu.  Görüşdə  iştirak  edən  Adnan  Hacızadənin  ESİ-a 

bildirdiyi  kimi,  lap  başlanğıcdan  siyasətdən  uzaq  olmaq  qərarı  verilmişdi.

72

  Mandat, 



parlamentdə  yer  və  ya  güc  uğrunda  mübarizə,  Yox!,  Yeni  Fikir  və  Məqamın  misalında 

göründüyü kimi və qrup üzvlərinin hamısının razılaşdığı kimi qorxulu və qeyri-effektiv idi. İndi 

məqsəd  gənc  insanları  maarifləndirən  və  cəmiyyətin  müxtəlif  sahələrində  fəal  rol  oynamağa 

sövq  edən  ictimai  bir  hərəkatın  yaradılması  idi.

73

  Qrup  mentalitetdə  dəyişikliyi,  korrupsiya  və 



yerlibazlıqdan imtina edilməsini, gender münasibətlərinin yenidən nəzərdən keçirilməsini, fərqli 

gənclik mədəniyyətinin aşılanmasını və keçmiş nəslin acı təcrübəsindən nəticə çıxarmağı təbliğ 

edirdi.  Musavat  Partiyasını  başqanının  oğlu  İlkin  Qəmbərin  təsvir  etdiyi  kimi,  gənc  fəallar 

“Azərbaycan gənclərini bir araya gətirəcək və liderlik və komanda quruculuğunu təbliğ edəcək 

bir təşkilat qurmaq istəyirdilər.”

74

   



 

Bir  neçə  aylıq  müzakirədən,  planlaşdırma  və  hazırlıqdan  sonra  2006-cı  il  fevralın  11-də  OL 

yarandı.  Təşkilatın  mottosu  “Dəyişiklik  görmək  istəyirsən?  Dəyişikliyin  önündə  Ol”  idi.

75

 



Rəsmi şəkildə qeydiyyatdan keçməmiş və buna görə də hüquqi olaraq maliyyə ala bilməyən OL 

qeydiyyatdan  keçmiş  QHT-lərlə  layihələrdə  əməkdaşlıq  etməyə  başladı.  Yeni  üzvlərin  qəbul 

edilməsində  həssaslıq  göstərən  OL  yeni  gələnlər  üçün  cari  üzvlərindən  tövsiyə  istəyirdi. 

Hərəkatın  fəaliyyətində  iştirak  edən  yüzlərlə  gəncdən  əlavə,  rəsmi  üzvlərin  sayı  tezliklə  200-ə 

çatdı (2006-cı ildəki 20 nəfərdən). Bütün sənədlər onlayn rejimdə mövcud idi; onları hökumətin 

hər şeyi nəzarətdə saxlayan gözlərindən gizlətmək üçün cəhd belə göstərilmədi.   

 

İsmarıcını  çatdırmaq  üçün  OL  həm  şifahi  xəbər  ötürmədən,  həm  də  social  mediadan  istifadə 



edirdi.  2005-ci  ildə  YouTube  fəaliyyətə  başladı.  2006-cı  ilin  sentyabrında  Facebook 

istifadəçilərin xidmətinə verildi. Eyni ildə Twitter adlı mikro-bloq açıldı. OL-çu fəallar interneti 

doğma  evlərinə  çevirdilər,  başqa  fəaliyyəti  əks  etdirməklə  bərabər  OLun  manifestinin  də 

yerləşdirildiyi bloq işə başladı.

76

  Sənəddə göstərilirdi ki, OL-un siyasətlə heç bir əlaqəsi yoxdur 



və  hər  hansı  siyasi  partiya,  koalisiya  və  ayrı-ayrı  siyasi  liderləri  dəstəkləmir.

77

  3  əsas  prinsip 



təsbit edildi: tolerantlıq, qeyri-zorakılıq və müasirlik. 

 

OL-un  qarşıya  qoyduğu  məqsəd  ictimai  dəyişikliyin  təbliğ  olunması  idi.  Prioritetlərdən  biri  də 



təhsil  idi.  Gənc  insanların  çoxu  korruspiyaya  uğramış  Azərbaycan  təhsil  sisteminin 

keyfiyyətindən narazı idi. (Yaxşı qiymətlər və  yaxud imtahanlar üçün rüşvətin verilməsi adi bir 

hal idi.) OL üzvü Ruslan Əsaədovun dediyinə görə, “Azərbaycandakı universitetlərin əksəriyyəti 

korrupsiya və güclü hökumət nəzarəti ucbatından funksionallığını itirmişdir... Gənc insanların öz 

                                                 

70

   



İsa Qəmbərlə müsahibə, July 2009. 

71

   



OL! Azərbaycan Gənclər Hərəkatının bloqu, “„OL‟ un yaranma „mif‟i” (Myth on the creation of OL), 

http://ol-az.blogspot.com/2009/02/ol-yaranmas-mifi.html

.   

72

   



Adnan Hacızadə ilə e-mail vasitəsilə ESI müsahibəsi, Yanvar 2011   

73

   



OL! Azərbaycan Gənclər Hərəkatının bloqu, “„OL‟ un yaranma „mif‟i”, ibid.   

74 


 

İlkin Qəmbərlə ESİ müsahibəsi, İstanbul, Noyabr, 2009   

75

 

Daha çox məlumat üçün: 



www.antv.ws

 və 


www.youtube.com/user/olmedia

76



 

Bloqun ünvanı 

http://ol-en.blogspot.com/

.   


77

 

OL! blog, 



http://ol-az.blogspot.com/2009/01/frequently-asked-questions.html



 

www.esiweb.org 

14 


fikirlərini  paylaşa  biləcəkləri  liberal  bir  mühit  yoxdur.”

78

  Buna  görə  də  OL  “alternativ  təhsili” 



qarşısına məqsəd qoymuşdu. 2007-ci ildə OL Amerika Məzunları Birliyinin Bakının mərkəzində 

yerləşən  ofisində  həftəlik  leksiyaların  keçirilməsinə  başladı.  Mövzular  təhsilin  keyfiyyətinin 

yaxşılaşdırılmasından  tutmuş  Ombudsmanın  roluna  və  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə 

qədər fərqli idi. Getdikcə populyarlaşan leksiyalarda 100-ə yaxın dinləyici iştirak edirdi. 2008-ci 

ildə  OL  ifadə  azadlığından  tutmuş  2008-ci  ilin  avqustunda  baş  verən  Rusiya-Gürcütsan 

müharibəsinə  qədər  müxtəlif  mövzuları  əhatə  edən  seminarlar  təşkil  etdi.  2009-cu  ilin 

sentyabrında  OL  Azad  Fikir  Universiteti  (AFU)  layihəsinə  başladı.

79

  (Qeydiyyatdan  keçmiş 



layihə  kimi  AFU  mailiyyə  dəstəyi  ala  bilərdi.

80

)  2009-cu  ilin  sentyabrı  ilə  2010-cu  ilin  iyunu 



arasında  layihə  çərçivəsində  ümumilikdə  1,000  nəfərin  iştirak  etdiyi  100-ə  yaxın  interaktiv 

seminar, leksiya, müzakirə və digər tədbirlər təşkil edilmişdir.

81

 

 



Adnan  Hacızadə  OLun  kreativ  beyninə  çevrilmişdi.  (Dostları  onu  “bizim  lokomativ” 

adlandırırdılar.) OLun mətbuat bölümünə məsul şəxs kimi o, satirik və tənqidi mövzularda olan 

maraqlı  videoların  yaranmasına  rəhbərlik  etməyə  başladı.  Bunların  arasında  “Siz  nəyə 

inanırsınız?”  (Azərbaycan  və  rus  dillərində)  tipli  fəlsəi  mövzulara  toxunan  videolar  da  vardı.

82

 

Digər videolar isə müasir Azərbaycan mədəniyyətini tənqid edir. (“Çünki mən azerbaycanlıyam”), bir 



neçə  dəqiqədən  ibarət  olan  bu  videolar  Azərbaycanda  yaşayan  hər  kəsə  aydın  olan  gündəlik 

situasiyaları əks etdirir.    Videolardan biri evinin hökumət tərəfindən sökülməsini fatal bir hadisə 

kimi qəbul edən azərbaycanlını təsvir edir. Digərində isə çox bahalı bir mobil telefonu olan lakin 

o  telefona  danışmaq  üçün  pul  yükləyə  bilməyən  bir  insanı  görmək  olar.

83

  Daha  sonra  OL 



demokratiya  haqqında  ilhamverici  bir  video  istehsal  etdi.  OL-un  ən  çox  baxılan  videosu 

(YouTube-da  14  mart  2011  tarixinə  qədər  128,333  dəfə  baxılmış)  2009-cu  ildə  istehsal  edildi. 

“Esel  Heinz”  (  “Uzunqulaq  Haynz”ın  alman  dilinə  tərcüməsi)  videosu  OL-un  və  Adnanın 

işlərinin  tanınmasında  bir  neçə  istiqamətdə  dönüş  yaratdı:  Video  onlayn  yerləşdirildikdən  bir 

neçə həftə sonra Adnan həbs edildi.   

 

 



D.   

İtirilmiş Respublikanın xatirələri   

 

“Demokratiya Avropanın övladlarıdır və indi o, bir dalğa kimi bütün dünyaya yayılmaqdadır 



…  Tamamilə  təbiidir  ki,  bu  dalğanın  təsir  etdiyi  ilk  ölkələr  Avropaya  yaxın  olan  Baltik 

ölkələri  oldu.  Ən  sonuncu  isə  Mərkəzi  Asiya  ölkələri  olacaq.  Lakin  Azərbaycan,  müəyyən 

qədər  coğrafiyasına  və  müəyyən  qədər  də  tariximizə  görə  xüsusi  haldır.  Biz  avropalı 

qüvvənin  koloniyasıyıq  -  buna  görə  də  qonĢu  ölkələr  bundan  məhrum  olduğu  halda  biz 

Avropa  fikirləri  ilə  təmasda  olmuĢuq.  Həmçinin  bizim  iki  il  fəaliyyət  göstərmiĢ  müstəqil 

dövlətimiz olub - 1918-ci ildə qurulmuĢ müsəlman dünyasının ilk dünyəvi respublikası”

84

 

 

Azərbaycanın ilk seçilmiş prezidenti Əbülfəz Elçibəyin jurnalist Tomaz Qoltzla söhbətindən, 1991 



                                                 

78

 



Ruslan Əsədovla müsahibə, Bakı, 18 Noyabr, 2010. 

79

   



AFU-nun veb səhifəsi 

www.azadfikir.org

.   

80

   



Milli Demokratiya Fondu (NED) və Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatı 

81

   



ABŞ-ın German Marshall Fondu, “Uğur hekayələri: Azad Fikir Universiteti”, 

http://www.gmfus.org/blacksea/success_stories

.   

82

   



FuserLimon, “What do you believe in? Azərbaycan – Bakı – Siz Nəyə İnanırsınız?”, YouTube, 29 Noyabr2006, 

http://www.youtube.com/watch?v=99YcHcw899YcHcw8aiAaiA

. Müxtəlif gənclərə sual verilir və müxtəlif 

cavablar alınmışdır (”Allah”; özlərinə; demokratiyaya, ədalət, azadlıq və sevgi). 2006-cı ildə hazırlanan bu 

videoya YouTube-da 34,000 dəfədən çox baxılmışdır. 

83

   



Bax: “Çünki mən Azərbaycanlıyam” videolara ESİ veb səhifəsindən də baxmaq olar.   

84

   



Tomas Qoltz, Azərbaycan Gündəliyi : Azmış Reportyorun neftlə zəngin, müharibə dağıntıları yaşayan, post 

Sovet respublikasındakı macəraları (Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-Rich, War-



Torn, Post-Soviet Republic), M.E. Şarp, 1998, səh. 59-60. 

 

www.esiweb.org 

15 


2008-ci  il  mayın  28-də  Bakı,  İstanbul,  Los  Anceles,  London  və  Nyu  Yorkda  üzərində  əlvan 

rənglərlə  A,  D,  R  hərfləri  həkk  olunmuş  köynəklər  geyinən  Azərbaycanlı  gənclər  toplaşmışdı. 

Onlar  Eyfel  Qülləsinin  qarşısında,  Xəzər  dənizi  sahilində  və  Bakının  mərkəzindəki  heykəllərin 

qarşısında  şəkillər  çəkdirdilər.  Kimisi  fəxr  hissi  ilə  gülümsəyir,  kimisi  ciddi  baxır.  Qolları 

üzərində  dayanan  da  var  idi.  Gənclər  şəkil  çəkdirib  videolar  hazırladılar.  Hər  yerdə  verilən 

ismarıc 3 eyni hərfdən ibarət idi: ADR.   

 

ADR  Azərbaycan  Demokratik  Respublikasının  abreviaturasıdır.  Bu  gənc  azərbaycanlılar  üçün 



ADR  -  müharibə  və  çaxnaşmanın  içində  1918-ci  ildə  yaranmış,  iki  ildən  də  az  fəaliyyət 

göstərərək  1920-ci  ildə  süquta  uğramış  ilk  müstəqil  Azərbaycan  dövləti  –  fərqli,  demokratik 

gələcəyin  simvoluna  çevrildi.  15-dən  çox  şəhərdə  təşkil  olunmuş  28  may  tədbiri  ADR-in  90 

illiyini  qeyd  edirdi.  Tədbirin  şüarı:  “ADR  bizi  birləşdirir”  idi.

85

  Sovet  dönəmində  bu 



qısamüddətli  “burjua  respublikası”nı  yad  etmək  qadağan  idi.  Bu  gün  Bakı  rəsmiləri  ADR-i 

hazırki Azərbaycan dövlətinin uzaq sələfi kimi yad edirlər. Lakin 90 illiyin şərəfinə təşkil edilmiş 

tədbirlər zamanı polis  Bakının bir sıra  ərazilərinə  müdaxilə  edərək bir neçə  saat  ərzində  təqribi 

15 nəfəri həsb etdi.

86

   


 

1918-ci  il  28  Mayda,  Azərbaycan  Respublikasının  müstəqilliyinin  elan  olunduğu  gün, 

Azərbaycan  Milli  Şurasının  sədri  Rəsulzadə  idi.  Rəsulzadə  həmçinin  Bakıda  ilk  universitetin 

yaradıcısı  kimi  xatırlanır  O,  1920-ci  il  ADR-in  dağılmasına  kimi  parlamentin  fəal  üzvlərindən 

biri olmuşdur.   

 

2008-ci ilin iyununda Məzunlar Şəbəkəsi və OL Hərəkatı Tiflisdə  “ADR: Keçmişdən Gələcəyə 



doğru  1918-2018”  adlı  forum  təşkil  etdi.  Forumdan  sonra  Facebookda  yerləşdirilmiş  postda 

deyilir: 

 

“ADR ideallarını həyata keçirmək və bu ideyaları və dəyərləri bu gün də təbliğ etmək bizim 



mənəvi borcumuz və tarixi missiyamızdır... Biz düşünürük ki, Azərbaycan vətəndaşları siyasi 

seçim  etməkdə,  öz  fikirlərini  ifadə  etməkdə  azad  olmalı  və  heç  kim  fərqli  düşüncəsinə  və 

əməllərinə görə cəza almaq, həbs edilməklə qorxudulmamalıdır..”

87

   



 

Emin  Milli  forum  iştirakçılarını  “ADR  ideyalarını  və  dəyərlərini  yenidən  Azərbaycana 

qaytarmaq  üçün”  “ADR  Fəaliyyət  Planı”  yazmağa  dəvət  etdi. 

88

  OL  və  AN  üzvləri  də 



Azərbaycan hökumətini neft gəlirlərindən xaricdə oxumaq üçün təqaüd ayrılmasına inandırmaq 

üçün imza toplamağa başladılar. Fəallar, çətin iqtisadi durumuna baxmayaraq ADR hökumətinin 

1919-cu ildə 99 tələbəni xaricə oxumağa göndərdiyini də qeyd etdilər.   

 

İlk  baxışda  Azərbaycan  Demokratik  Respublikası  21-ci  əsrdə  böyüyən  gənc  azərbaycanlılar 



üçün  qeyri-adi  bir  ilham  mənbəyidir.  ADR  Qafqaz  tarixinin  ən  çaxnaşmalı  dövründə  mövcud 

olmuşdur:  Osmanlı  imperiyası  dağılırdı;  Rusiya  çarın  dəstəkçiləri  və  bolşevik  inqilabçıları 

arasında  gedən  müharibənin  ortasında  idi;  İngilis  qoşunları  Azərbaycanın  neft  sənayesinə 

                                                 

85

   


Əli Novruzov, “Azərbaycan ilk respublikanın yubileyini qeyd edir” (“Azerbaijan marks anniversary of its 

first republic”,) Frontline Club, 29 May 2009, 

http://frontlineclub.com/blogs/alisnovruzov/2009/05/azerbaijan-marks-anniversary-of-its-first-republic.html

.   


86

   


Bəzi aksiyalardan nümunələrə baxmaq və həmçinin bu tədbrinin məqsədləri haqqında daha geniş məlumat 

üçün 


http://ol-az.blogspot.com/2009/05/adr-bizi-birlsdirir-aksiyas.html

.   


87

   


Facebook, “ADR: Keçmişdən Gələcəyə – 1918-2018” (note), 29 Oktyabr 2008, 

http://www.facebook.com/note.php?note_id=94466645098

88

   



Məzunlar şəbəkəsinin Facebook profili, 

http://www.facebook.com/wall.php?id=6006082842&page=2&hash=f4a7842d802d07596fa05936646cc1ca

 


 

www.esiweb.org 

16 


qoyduqları sərmayəni müharibə və inqilabdan qorumağa çalışırdı.

89 


Bütün bunlara baxmayaraq 

ADR  müstəqilliyini  elan  etdiyi  28  may  1918-ci  ildən  Qızıl  Ordu  tərəfindən  işğal  olunduğu  18 

aprel  1920-ci  ilə  qədər  23  ay  mövcud  oldu.  Hətta  bu  qısa  dönəmin  başlanğıcında  Bakı  3 

müxtəlif  ordu  tərəfindən  mühasirəyə  alınmışdı:  bolşevik,  Osmanlı  və  1919-cu  ilin  avqustunda, 

respublikanın süqutundan 8 ay öncə, artıq buranı tərk edən ingilis ordusu

90

   



 

Qısa  ömrü  olan  ADR  Azərbaycanın  təkcə  ilk  müstəqil  dövləti  deyil,  həm  də  demokratiya 

tərəfdarı  olan  fəallar  üçün  fəxr  mənbəyi  olan  nisbətən  müasir  bir  dövlət  idi.  Gənc  blogger  Əli 

Novruzovun 2008-ci ilin iyununda yazdığı kimi:   

 

“…  ADR  həqiqi  demokratiyaya  əsaslanırdı:  bir  çox  Avropa  millətlərindən  daha  çox  öncə 



qadınlar və gənclərə seçki hüququ verilmişdi (1919); demək olar ki, bütün etnik azlıqlara yer 

ayrılmış  həqiqi  demokratik  parlament  yaradılmışdı.  Hökumət  hətta  işçi  birliklərinin  də 

xüsusi  nümayəndəsi  üçün  yer  ayırdı;  hətta  Təsisat  Məclisinin  çağırılması  üçün  hazırlıqlara 

başlandı  (Rusiyanın  Bolşevik  qüvvələri  tərəfindən  müdaxilə  nəticəsində  qurulmayan)  ... 

Azlıqlar, sosialist, kapitalist, mühafizəkarlar, liberallar, dünyəvi millətçilər və dini sağçıların 

da daxil olduğu Azərbaycan cəmiyyətinin bütün siyasi və ictimai zümrələri ADR parlamenti 

və  nazirlər  şurasında  geniş  sayda  təmsil  olunmuşdular...  Azərbaycan  Demokratik 

Respublikası Azərbaycanda Avropa stilli ilk müasir təhsil ocağı-Bakı Dövlət Universitetini 

(1919) təsis etdi.”

91

 



 

Əli  Novruzov  “İtirilmiş  respublika”  adlandırdığı  ADR-i  və  onun  irsini  həm  də  qeyd  olunması 

Əliyevlər  ətrafında  yaradılmış  kultdan  narazı  olan  gənc  fəallar  üçün  dissidentliyin  mənasını 

anlatan güclü simvol olaraq görürdü.    :   

 

“ADR liderləri demokratiya quruculuğunun və Müsəlman Şərqində təkcə Azərbaycan deyil, 



digərlərinə də nümunə ola biləcək müasir dövlətçiliyin ən parlaq modelini qurmuşdular.”

92

 



 

Emin  Millinin  dostu,  Rəşad  Şirinin  ESİ-a  söylədiyi  kimi,  ADR  “Qərb  stilli”  demokratiyanın 

Azərbaycan üçün mümkünlüyünü sübut etdi:   

 

“[ADR]  hazırki  demokratiyayönlü  elitanın  Azərbaycanda  demokratiyanın  mümkün 



olmadığını  deyənlərə  qarşı  arqument  olaraq  istifadə  etdiyi  bir  mərhələdir...  yaxşı  keçmişə 

əsaslanaraq daha yaxşı gələcək qurmaq üçün cəhddir.”

93

   


 

 

E.   



Uzunqulaqların hüquqları   

 

“Sosial  dəyiĢikliklər,  hər  Ģeydən  əvvəl,  ictimai  sifariĢ  olan  baxıĢların  və  fərqli 



mənəviyyatların toqquĢmasından sonra yaranır.” 

Adam Miçnik, Qdansk həbsxanasından yazılmış məktub, iyul, 1985 

 

                                                 



89

   


Tomas de Vaal, Qafqaz: Giriş (The Caucasus: An Introduction,) Oxford University Press, 2010, səh. 64. 

90

   



Çarlz Kinq, Azadlıq Kabusu. Qafqazın Tarixi (The Ghost of Freedom. A History of the Caucasus), Oxford 

University Press, 2008, səh. 166-168. 

91

   


Əli Novruzov, “Azərbaycan Demokratik Respublikası- Müsəlman Demokratiyasının 90-cı ildönümü” 

(“Azerbaijan Democratic Republic – the 90th anniversary of a Muslim Democracy”), In Mutatione Fortitudo 

bloqu, 6 İyun 2008, 

http://blog.novruzov.az/2008/06/azerbaijan-democratic-republic-90th.html

92 


 

Əli Novruzov, “Azərbaycan Demokratik Respublikası- Müsəlman Demokratiyasının 90-cı ildönümü” 

(“Azerbaijan Democratic Republic – the 90th anniversary of a Muslim Democracy”), In Mutatione Fortitudo 

bloqu, 6 İyun 2008, 

http://blog.novruzov.az/2008/06/azerbaijan-democratic-republic-90th.html

 

93



   

ESI-ın Rəşad Şirinlə müsahibəsi, 11 Mart 2009. 



 

www.esiweb.org 

17 


2008-ci  ilin  noyabrında  Londonda,  Lordlar  Palatasında  təşkil  edilmiş  Avropadakı  Azərbaycan 

Gənclərinin  Forumu  (FASE)  zamanı,  gənc  fəal  və  Adnan  Hacızadənin  dostu  Emin  Milli 

“Dəyişiklik Manifesti” adlandırdığı nitqini təqdim etdi:

94

   



 

“Azərbaycana hələ də dəyişiklik gəlməyib. Lakin siz dəyişikliyin qarşısını aldıqca o, bir o 

qədər güclü şəkildə gələcək və sizi də zəbt edəcək. Dəyişiklik daxildən və xaricdən, soldan 

və  sağdan,  cənnət  və  cəhənnəmdən  Azərbaycana  doğru  irəliləyir.    İndi  isə  bizim  nəslə   

cəmiyyətimizdəki  dəyərlər  strukturu  çərçivəsində  hansı  dəyişikliyin  lazım  olduğunu 

dəqiqliklə  müəyyənləşdirəcək  güclü  vizyonun  və  dövlətin  yaradılması  lazımdır.  Elə  bir 

dövlətin ki, cəhənnəmlə nəticələnməyəcək və bizim cənnətə öz yolumuzu açacaq. 

 

Emin  Azərbaycanın  neftinin  ondan  yalnız  insan  potensialının  inkişafı  üçün  istifadı  ediləcəyi 



təqdirdə ölkə üçün xeyir gətirəcəyini bildirirdi:   

 

“İnsan qızılımız ola-ola qara qızılın insan qızılına çevrilməsi haqqında danışmaq bizə heç bir 



şey verməyəcək.”

95

 



 

Emin  ADR-in  demokratik  irsini  geri  gaytamağı  və  Azərbaycanın  təhsil  sistemində  islahatlar 

etməyin  təbliğatını  aparırdı.  O,  həmçinin  Azərbaycanlı  uşaqlara  artıq  kiçik  yaşlardan  azad 

cəmiyyətin dəyərlərini aşılamağın vacibliyindən çox həvəslə danışırdı.

96

  Eminin nitqi YouTube-



a yerləşdirildi. Onun hələ də qeyri-müəyyən olan dəyişiklik anlayışı bir sıra gənc Azərbaycanlını 

narahat  etməyə  başlamışdı.  Brüsseldə  olan  bir  hökumət  yönümlü  fəalın  ESİ  dediyinə  görə 

“Eminin  Azərbaycanı  Lordlar  Palatasında  tənqid  etməsi  bəzilərinin  xoşuna  gəlmədi.  Bu 

demoralizə  edən  bir  addım  idi”

97

  Emin  üçün  isə  düşüncəsini  söyləmək  azadlıq  idi. 



Avtoritarizmin  Azərbaycanda  gücləndiyi  aşkar  idi,  Eminin  hökumətə  münasibətdə  mövqeyi 

getdikcə daha da tənqidi olurdu.

98

 

 



Tezliklə Emin Bakıdakı xaricdə təhsil almış Facebook nəslinin ən məşhur natiqinə çevrildi. Bakı 

Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsini 1999-cu ildə bitirərək ABŞ-ın Beynəlxalq 

Respublikaçılar  İnstitutunda  bir  neçə  ay  işlədikdən  sonra  o,  Almaniyaya  gedib  2002-ci  ildə 

Saarbrüken  universitetinin  hüquq  fakultəsini  bitirmişdir.  Bundan  sonra  o  bir  neçə  beynəlxalq 

təşkilatla  işləmiş,  ATƏT-in  2005-ci  ildə  seçki  müşahidə  missiyasına  və  Avropa  Şurasına 

Azərbaycandakı  40-a  yaxın  siyasi  məhbusun  işi  üzrə  yardım  etmişdir.

99

  Emin  Qərbdə  təhsil 



almış,  xaricdə  liberal  demokratiya  ilə  birbaşa  tanış  olmuş  gənc  azərbaycanlıların  ölkənin 

inkişafında vacib rol oynaya biləcəyinə inanırdı. Bu düşüncəyə əsaslanaraq 2005-ci ildə Emin və 

dostları  Məzunlar  Şəbəkəsini  (AN)  yaratdılar.

100


  AN  real  təşkilat  deyildi;  onun  ofisi,  büdcəsi, 

rəsmi üzvlüyü yox idi, iştirak etmək istəyən hər kəsin üzünə qapılar açıq idi. İlk altı ay  ərzində 

1,500-dən  çox  adam  elektron  ünvan  siyahısına  qoşulmuşdu.  AN  şəbəkəsinin  ilk  tədbirlərindən 

                                                 

94

   


3  uşağın  ən  kiçiyi  olan  Emin  Milli  1979-cu  ildə  Bakıda  Natella  və  Paşa  Abdullayevlərin  ailəsində 

doğulmuşdur.  Onun  atası  mühəndis  idi.  Emin  ictimai  fəal  olduğu  zaman  valideyinləri  artıq  pensiyaya 

çıxmışdılar. Onun atası uzun sürən xəstəlikdən sonra 2010-cu ildə dünyasını dəyişmişdir. 

95

   



Emin Milli, “Dəyişiklik Manifesti” (“The Manifesto for change”) (full version), 

http://www.youtube.com/watch?v=ClZT7yP4lM0

96

   



Ibid

97

   



ESI müsahibəsi, Bakı, Dekabr 2009.   

98 


 

Emin Milli, “Azərbaycandakı dəyişikliyin manifesti” (“Manifesto for Change in Azerbaijan”), 24 Yanvar 

2011 tarixində Facebook-da yerləşdirilmiş qeyd, 

http://ru-

ru.connect.facebook.com/note.php?note_id=135447193184885

99



   

Adnan və Emin həbsdə olduqları müddətdə onlar haqqında məlumatın yerləşdirildiyi Azərbaycan bloggerləri 

tərəfindən yaradılmış veb səhifə, 

http://adnanemin.wordpress.com/

 

100


   

ESI-ın Rəşad Şirinlə, Məzunlar Şəbəkəsinin həmtəsisçisi ilə müsahibəsi, Bakı, 21 Oktyabr 2009.   



 

www.esiweb.org 

18 


biri də Amerika Məzunlar Birliyinin ofisində təşkil edilmiş parti idi. Həmtəsisçilərdən biri olan 

Rəşad Şirin bunu belə təsvir edir:   

 

“Biz  iştirakçılıq  hissini aşılamaq  istəyirdik.  Burada  100  nəfər  insan  var idi, onlardan çoxu 



heç bir-birini tanımırdı. Belə bir tədbir Bakıda birinci dəfə idi ki, təşkil olunurdu.”

101


   

 

Daha  sonra  buna  bənzər  çoxlu  tədbirlər  təşkil  edilməyə  başladı.  Eminin  dediyinə  əsasən,  AN 



şəbəkəsinin ən böyük partilərdindən birinə 1,000-ə yaxın insan gəlmişdi.

102


  2005-ci ilin mayında 

AN  özünün  ilk  mühazirəsini  təşkil  etdi.  Bundan  sonra  demək  olar  ki  hər  bazar  günü  belə 

mühazirələr təşkil edilirdi. Sonralar Emin deyirdi: 

 

“Bizim  ilk  mühazirəmiz  xaricdə  oxumaq  imkanları  barədə  idi  ki,  bunun  çox  insanı  cəlb 



edəcəyini  düşünmüşdük.  Sonra  isə  daha  fəlsəfi  mövzular  müzakirə  edilməyə  başlandı-

dekonstruktivizm, Habermas və s.”

103

 

 



Alman  fəlsəfəsinə  maraq  heç  də  təsadüfi  deyidi.  Habermasa  görə  “ictimai  sfera”  açıq  tənqidi 

müzakirənin olduğu  yerdir. Onun emansipasiyaçı  baxışına görə, müstəqil debatın ictimai sahəsi 

despotik dövlət gücünün idarə edilməsinə xidmət etməlidir.

104


  AN həmçinin film nümayişləri də 

təşkil edirdi.

105

  Nümayiş  edilən ilk filmlərdən biri Şərqi Almaniyada özü də  istəmədən  əmrləri 



yerinə  yetirən  Ştazi  agentindən  bəhs  edən  The  Lives  of  Others  (Başqalarını  Həyatı,  2006)  filmi 

idi.  Uydurma  bir  ölkədə  devrilən  tiran  rejiminin  eyni  dərəcədə  amansız  və  əzici  olan  digər  bir 

rejimlə  əvəz  olunduğundan  bəhs  edən  siyasi  satira  janrında  Land  of  the  Blind  (Korlar  Ölkəsi 

2006)

106


  filmi növbəti dəfə nümayiş etdirildi.

107


 

 

Başqaları  kimi,  Emin  üçün  də  Azərbaycanda  president  seçilmək  üçün  qoyulan  vaxt 



məhdudiyyətini  aradan qaldıran 2009-cu ilin mart  referendumu  dönüş nöqtəsi  oldu.

108


  15 aprel 

2009-cu ildə Emin “Azərbaycanda nəsil və demokratiya” adlı növbəti tənqidi nitqini Nyu Yorkda 

Kolumbiya Universitetində söylədi. O, Əliyevlər ətrafında yaradılmış şəxsiyyətə pərəstiş bütünü 

tənqid  etdi.  Onun  dediyi  kimi,  Azərbaycan  keçmiş  Sovet  İttifaqında  bu  tipli  ilk  “siyasi  nəsil” 

tərəfindən idarə olunur:   

 

“Martın  18-də  keçirilmiş  bu  referendum  hakim  rejimin  gücünün  daha  da 



möhkəmləndirilməsinin kulminasiya nöqtəsi idi. Düşünürəm ki, referendum legitim deyildi, 

o nə ədalətli, nə də hüquqi idi.    Azərbaycan hökuməti ömürlük prezidentliyə konstitusional 

qapıları açmaqla Çad, Uqanda, Zimbabve, Əlcəzair, Belarusiya, Özbəkistan və Venesuelanın 

yolunu getmək qərarını vermişdir.”

109

 

 



                                                 

101 


 

Ibid.   

102


   

ESI-ın Emin Milli ilə müsahibəsi, Bakı, Dekabr 2010. 

103 

 

Ibid.   



104

   


Bax: Yurgen Habermas, Dövlətin struktur baxımından dəyişilməsi (The Structural Transformation of the 

Public Sphere), 1962, 1989-cu ildə İngilis dilinə tərcümə edilmişdir.   

105


   

Nigar Fətəliyeva, “İndi CinemAN Azərbaycandadır” (CinemAN, Now in Azerbaijan), 20 February 2009, 

http://stop-it-please.livejournal.com/62158.html

106



   

Bax: Korlar ölkəsi ( Land of the Blind)

http://www.imdb.com/title/tt0433405/

.   


107

   


CinemAN haqqında daha geniş məlumat üçün: 

http://cinemanen.wordpress.com/

.   

108


   

“Azərbaycan Prezidentlik Müddətini lazımsız edəcək ziddiyyətli təklif irəli sürür”, Azadlıq Radiosu, 18 Mart 

2009, 

http://www.rferl.org/content/Azerbaijanis_Vote_On_Controversial_Proposal_To_Scrap_Presidential_Term_L



imits/1512634.html

109



   

“Azərbaycanda nəsil və Demokratiya”, 4 May 2009, 

http://emajidli.wordpress.com/2010/04/05/dynasty/



 

www.esiweb.org 

19 


Emin  ən  kəskin  sözlərini  Azərbaycanda  bütün  sahələrdə  güclü  kök  salmış  korrupsiya  mövzusu 

üçün saxlamışdı:   

 

“İqtisadiyyatın  monopoliyası  və  dünyadakı  korrupsiyanın  ən  yüksək  səviyyəsinin  olması 



çoxşaxəli  və  dayanıqlı  iqtisadi  sistemin  yaradılmasının  qarşısını  alır.  Rejim  korrupsiya 

sistemindən istifadə  edərək  (korrupsiyaya  icazə  verib,  cəza  verməyərək)  rejimi  dəstəkləyən 

klanların  sadiqliyini  qazanır.  O  həmçinin  korrupsiyanın  sistemin  əsası  və  oyun  qaydaları 

olduğu  bir  mühitdə  yaşamaq  uğrunda  mübarizə  aparmaq  üçün  korrupsiyaya  qurşanmağa 

məcbur edilən əksər vətəndaşların əl-qolunu bağlayır” 

 

Emin  üçün  Azərbaycanın  heç  bir  zaman  siyasi  rəqabətə  şərait  yaratmayacaq  avtoritar  rejimin 



güclənməsi  ilə  üz-üzə  qaldığı  daha  çox  aydın  olurdu.  “  Müxalifət  qüvvələrini  təhdid  etmək  və 

müstəqil ictimai  qrupların  yaranmasının qarşısını  almaq üçün  rejim  özünün repressiya aparatını 

daha da gücləndirir.”

110


 

 

Eminin təqdimatının mətni və videosu onlayn olaraq yerləşdirilmişdir. Azərbaycan diplomatları 



və  Bakıdakı  beynəlxalq  təşkilatlarda  işləyən  bir  sıra  insanlar  Eminin  özünün  də  bildiyi  kimi, 

onun böyük risk altına girdiyini deyirdilər. Kolumbiya nitqi zamanı söylədiyi kimi

 

“  Yanvar  ayında  mən  BMT-nin  binası  qarşısında  bu  referendum  əleyhinə  etiraz  aksiyası 



təşkil edib özüm də burda iştirak edəndə mənim yaxın ailə üzvlərimdən biri işdən çıxarıldı. 

Ona dövlətin düşməninin qohumu olduğunu demişdilər. Bu sizin bu rejimə sadiqlik əlaməti 

göstərməkdən  imtina  edərkən  və  ya  onların  yürütdüyü  siyasətlə  razılaşmayaraq  öz  fikrinizi 

söylədiyiniz  zaman  tətbiq  olunan  yumşaq  tənbeh  metodudur.  Ümid  edirəm  ki,  bizim 

tədbirimizdə iştirak edən insanlar bu cür cəza ilə üzləşməyəcək və onlar alternativ düşüncəni 

dinlədikləri üçün qohumları işdən çıxarılmayacaq.”

111

 

 



 

Lakin  nə  Emin  nə  də  dostu  Adnan  hədələnməmişdilər.  Adnanın  xahişi  ilə  Emin  ABŞ-a  etdiyi 

səfərdən  döndüyü  zaman  OLun  həyata  keçirdiyi  növbəti  layihəsi-2009-cu  il  Gül  Bayramından 

bir  ay  sonra  YouTube-da  yerləşdirilən  satirik  video  üçün  uzunqulaq  kostyumunu  gətirdi.

112

  Bu 


müxalifət  mətbuatında  dolaşan  şaiyələrə  yol  açan  ironiya:  Azərbaycan  hökuməti  $41,000 

dəyərində  uzunqulaqları  məhz  Almaniyadan  almışdır.

113

  “Uzunqulaq”  videosuda  uzunqulaq 



journalist rolunu oynayan bir qrup gəncə mətbuat brifinqi verir: 

 

“Əgər  mən  yenidən  Azərbaycanda  doğulsaydım,  mən  yəqin  ki  yenidən  uzunqulaq  kimi 



doğulardım. Avropa ölkələrinin əksinə olaraq, burda səndə nə qədər çox uzunqulaqlıq varsa, 

sənin  üçün  bir  o  qədər  çox  imkanlar  var...  Nəyə  görə  mən  belə  bahayam?  Çünki  mən  A 

kateqoriyalı  uzunqulağam  –  mən  üç  dildə  danışıram  və  skripka  ifa  edirəm  ...  Mən  digər 

uzunqulaqların hüquqlarını qorumaq üçün Liberal Uzunqulaqlar Assosiasiyasının üzvü kimi 

fəaliyyət  göstərməyi  planlaşdırmışdım.  Lakin  QHT-lər  haqqında  sonuncu  qanun  düzəlişi 

təkliflərini nəzərə alsaq bunun qeyri mümkün olacağı görünür. Əgər onlar uzunqulaqlara bu 

işlə məşğul olmağa icazə vermirlərsə, o zaman normal insanlar bunu necə edəcəklər?”

114


   

 

                                                 



110

   


Ibid

111


   

Ibid

112


   

BBC, “Uzunqulaq bloggerləri” (“The „donkey bloggers‟”), 25 Noyabr 2010, 

http://www.bbc.co.uk/worldservice/programmes/2010/11/101125_outlook_azerbaijan_donkey_bloggers.shtml

 

 



113

   


Mətbuatda gedən məlumata görə: “Azərbaycan hökuməti 41 min dollara bir eşşək alıb”, 7 İyun 2009, 

http://ria.az/iqtisadiyyat/10503.html

; Famil CƏFƏRLİ,

 

FUTBOL



 

 



EŞŞƏK

 

BİZNESİ, Musavat qəzeti, 



http://www.musavat.com/new/yazar/54617-FUTBOL_VƏ_EŞŞƏK_BİZNESİ

114



   

Uzunqulaq videosunun YouTube ünvanı 

http://www.youtube.com/watch?v=Aaecvg7xCIk

 (Azərbaycan 

dilində ingilis subtitrləri ilə), bu URL üzrə 24 Yanvar 2011 tarixinə qədər 126,138 dəfə baxılmışdır. 


 

www.esiweb.org 

20 


Jurnalistlər  üçün  skripka  ifa  etdikdən  sonra  uzunqulaq  konfrans  otağını  tərk  etməyə  hazırlaşır. 

Bunu edərkən o, jurnalistlər tərəfindən alqışlanır və video donur, ekranda isə sual əmələ gəlir:   

 

“Uzunqulaqların qoruyanlar tapılar. Bəs insan hüquqlarını kim qoruyacaq?” 



 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə