Baki döVLƏt universiteti



Yüklə 75,39 Kb.
səhifə1/10
tarix16.12.2022
ölçüsü75,39 Kb.
#75550
  1   2   3   4   5   6   7   8   9   10
referat 644


BAKI DÖVLƏT UNİVERSİTETİ

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİ


DÜNYA İQTİSADİYYATI İXTİSASI QRUP 500 TƏLƏBƏSİ




ATAXAN HƏSƏNOVun

İQTİSADİ NƏZƏRİYYƏDƏN


FƏRDİ İŞİ


SUALLAR :



  1. Tələbat, onun növləri və iqtisadiyyatda rolu. Resurslar, onların növlərinin məhdudluğu. İstehsalın imkanları iqtisadi seçim

  2. İqtisadi Nəzəriyyənin tədqiqat və şərh metodları

  3. Bazar İqtisadiyyatı və onun genetik əsasları. Natural əmtəə istehsalı, əmtəə funksiyaları

  4. Bazarın mahiyyəti və meydana gəlməsi şərtləri. Bazarın formaları və növləri

  5. Firma(müəssisə): məzmunu və təşkili formaları. Firmanın sahibkarlıq fəaliyyəti

  6. Rəqabət: məzmunu, formaları və iqtisadi rolu. Təkmil və qeyri-təkmil rəqabət bazarları. Bazar ağalığı

  7. İstehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və onların xüsusiyyətləri. Torpaq bazarı və torpağın növləri

  8. Mikroiqtisadiyyatın bazar strukturunun formalaşması

  9. Mikroiqtisadi səviyyədə məşğulluq və onun əsas formaları. Məşğulluq səviyyəsinə təsir edən amillər

  10. Mikroiqtisadi səviyyədə dövlətin sahibkar və investisiya siyasətinin əsas istiqamətləri

Müəllim : İqtisad Elmləri Namizədi, Dosent Kutayis Sarıyev




1. TƏLƏBAT, ONUN NÖVLƏRİ VƏ İQTİSADİYYATDA ROLU. RESURSLAR, ONLARIN NÖVLƏRİ VƏ MƏHDUDLUĞU. İSTEHSALIN İMKANLARI VƏ İQTİSADİ SEÇİM
İqtisadi nəzəriyyənin ilkin anlayışlarından biri də tələbat anlayışıdır. Tələbat özlüyündə olduqca geniş anlayışdır. Tələbata hər hansı bir fərdin şəxsi və mədəni səviyyəsinə uyğun olaraq özünəməxsus ehtiyacıdır. Daha ümumi dil ilə desək, tələbat – orqanizmin, şəxsiyyətin, sosial qrupların və bütövlükdə cəmiyyətin həyat fəaliyyətini saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyacdır. Bunla yanaşı tələbat ödənilməsi zəruri olan ehtiyacdır.
Ən kiçik subyektlərdən tutmuş ən böyük subyektlərə qədər hər şeyin və hər kəsin özünəməxsus tələbatları var. Buna görə də, tələbata ehtiyacı olan subyektlər müxtəlifdir. Ama tələbatın daşıyıcısı olan əsas subyektlər bunlardır: fərdlər, qruplar, kollektivlər, cəmiyyətlər. Obyektinə görə isə tələbatlar belə bölünür:maddi tələbatlar, mənəvi tələbatlar, etik tələbatlar, estetik tələbatlar. Bundan başqa tələbat belədə qruplaşdırılır: maddi tələbatlar, mənəvi tələbatlar, sosial tələbatlar, bioloji tələbatlar, ideoloji tələbatlar. Bununla bərabər bəzi ədəbiyyatlarda tələbat anlayışı fəaliyyət sferasına görə də bölünür. Fəaliyyər sferasına görə tələbatar belə bölünür: əməyə olan tələbat, ünsiyyətə olan tələbat, istirahətə olan tələbat və iqtisadi tələbat.
İqtisadi nəzəriyyə əsasən iqtisadi tələbatı öyrənir. İqtisadi tələbat insanın və ya cəmiyyətin ehtiyacının o hissəsidir ki, onun istifadəsi üçün təsərrüfat prosesi lazım olsun, yəni maddi məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sferası olsun.
İqtisadi tələbatın istehsala çox böyük təsiri var. Çünki, tələbat yaradıcı fəaliyyətin daxili hərəkətverici qüvvəsi və istiqamətvericisidir. Bununla yanaşı, insanların yeni ehtiyaclara tələbatı yeni məhsulların yaranmasına gətirib çıxarır. Yəni istehsal kəmiyyət və keyfiyyətinə tələbatın təsiri böyükdür. Bundan belə nəticə götürə bilərik ki, tələbatın iqtisadiyyata böyük təsiri var.
İqtisadi nəzəriyyənin digər təməl anlayışlarından biri də resurs anlayışıdır. Resursu ən ümumi formada belə demək olar. Resurs – insanın və ya cəmiyyətin həyatnemətlərini istehsal etmək üçün istifadə etdiyi və istifadə edəbiləcəyi maddi, əmək, maliyyə və təbii nemətlərin məcmusudur.
Bir çox mənbələrdə resurs belə qruplaşdırılır: 1. maddi resurslar, 2.insan resursları, 3. maliyyə resursları. Maddi resurslar çox geniş anlayışdır. Bura xammal, material, torpaq, kapital aiddir. İnsan resursları dedikdə əmək, sahibkarlıq və idarəçilik qabiliyyətinə malik insanlar və canlı, şüurlu qüvvə nəzərdə tutulur. Maliyyə resursları isə təsərrüfat prosesi üçün lazım olan kapital və pulu nəzərdə tutur.
Bildiyimiz kimi, dünyamızda resurslar səmərəsiz müsadirə edildiyinə görə getdikcə azalır. Başqa sözlə, təbii sərvətlərin getdikcə tükənməsi və potensial ehtiyatlarının azlığı iqtisadiyyatın istehsal imkanları minimuma endirir. Bu vəziyyətdə, insanların əsas vəzifəsi resurslardan daha səmərəli istifadə etməklə tələbatlarının daha dolğun ödənilməsinə nail olmaqdır.
Bu həmçinin iqtisadçılarının öyrəndiyi predmetlərdəndir. Yəni mövcud və gələcək tələbatların ödənilməsi üçün istehsal imkanları hesablanır. İstehsal imkanları resurslardan tam istifadə olunduğu şəraitdə məhsul buraxılışının ən yüksək həcminə nail olmaqdır. Başqa sözlə minimum resurslardan maksimum istifadə. Başqa sözlə nə qədər mümkünsə bir o qədər istehsal etmək. Buna baxmayaraq, bir çox hallarda istehsalın imkanları tələbatın bütün növlərini ödəməyə kifayət etmir. Belə halda yeni iqtisadi anlayış ortaya çıxır: alternativ seçim. Alternativ seçim ödənilməsinə imkan olmayan tələbatı başqa məhsullarla ödənilməsinə deyilir.


Yüklə 75,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin