Baki slavyan universiteti Fakültə mtt və İt qrup mtt-304 Fənn – Pedaqoji psixologiya Mövzu – Pedaqoji fəaliyyətin psixologiyasi



Yüklə 114,41 Kb.
səhifə1/10
tarix31.12.2021
ölçüsü114,41 Kb.
#49681
  1   2   3   4   5   6   7   8   9   10
H.Səbinə


BAKI SLAVYAN UNİVERSİTETİ

Fakültə - MTT və İT

Qrup - MTT-304

Fənn – Pedaqoji psixologiya

Mövzu – Pedaqoji fəaliyyətin psixologiyasi

Müəllim – Aybəniz Xəlilova

Tələbə - Hüseynzadə Səbinə

Bakı 2021

Fəal təlim metodları

Son dövrlərdə fəal təlim metodlarından daha çox istifadə olunur və təlimin bu əsasda qurulmasına daha çox cəhd edilir. Öyrənmədə idrak fəallığının artırılması təlimin effektiv təşkilinin ən geniş yayılmış metodlarından biridir. Konkrel situasiyaya qoşularkən şagird və ya tələbə qarşısında müxtəlil suallar dayanır: burada problem varmı, o nədən ibarətdir? Hər şeydən əvvəl, şagird və tələbə situasiyaya münasibətim müəyyənləşdirməlidir. Konkret situasiyanın təhlili ilə barlı olan işi iki istiqamətdə qurmaq olar: Birincisi, konkret situasiyanın rollu oynanılması nəzərdən keçirilir və onun təhlili ilə bağlı dərs rollu oyuna çevrilir. İkincisi, eyni bir situasiyada həll variantlarının kollektiv müzaki­rəsi aparılır, hər bir iştirakçı həll variantları ilə tanış olmaq imkanına malik olur.

Uşaq inkişaf və təlim prosesinin fəal iştirakçısıdır. Müasir təlim tələb edir ki, məlumat uşağa valideyn və ya tərbiyəçi tərəfindən hazır ötürülməsin, uşaq məlumatı tərbiyəçinin yönəldici fəaliyyəti ilə biliyin əldə edilməsi prosesində iştirak edərək, özü qazansın. Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar. Fəal təlim metodlarından istifadə tədris prosesinin təşkilinə, tərbiyəçi-uşaq münasibətlərinə yeni məzmun gətirir, tərbiyəçi-uşaq münasibətlərinin dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına

hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını təmin edir.


Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onların hazırladıqları təqdimat dəqiq olur, yaxşı tərtibatı ilə diqqəti cəlb edir. Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir. Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.


Yüklə 114,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin