Redaktə işi xüsusi bilik, təcrübə və səriştə tələb edir. Bədii ədəbiyyat müasir şəraitdə cəmiyyət həyatında tərbiyəvi əhəmiyyət kəsb edir. Redaktorun əsər üzərində işi (mətnin qiymətləndirilməsi, analitik təhlili, düzəlişləri) mətnin mükəmməlliyinə xidmət edir.
Redaksiya- nəşriyyat mərhələləri demək olar ki, profilindən və növündən asılı olmayaraq bütün nəŞriyyatlar üçün eynidir. Yal-nız ədəbiyyatın növünə görə redaktənin xüsusiyyətləri fərqli olur.
Nəşr - yayılmaq üçün nəzərdə tutulmuş, müəyyən informasi-yaları əhatə edən, redaksiya-nəşriyyat düzəlişlərindən keçmiş, tex-niki vasitələrin köməyi ilə sayı çoxaldılan, poliqrafik cəhətdən tər-tib olunmuş, buraxılış məlumatlarını əhatə edən nəşriyyat məhsu-ludur. Bütövlükdə nəşriyyat prosesini 4 mərhələyə ayırırlar: