MÜHAZİRƏ 4
OBRAZIN BÜTÖVLÜYÜ, BƏDİİ DƏQİQLİK, BƏDİİ ƏSƏRDƏ ŞƏXSİYYƏT MƏSƏLƏSİ. BƏDİİ OBRAZ VƏ ESTETİK PRİNSİPLƏR. MÜƏLLİF MÖVQEYİ VƏ ƏDƏBİ QƏHRƏMAN.
Bədii həqiqət ölçüləri və müasir üslubunun orijinallığı
Personajların qiymətləndirilməsi və obrazın bütövlüyü
Bədii dəqiqlik və bədii əsərdə şəxsiyyət məsələsi
Bədii obraz və estetik prinsiplər
Müəllif mövqeyi və ədəbi qəhrəman
Əsər o zaman inandırıcı və təsirli olur ki, orada hər şey bədii həqiqət ölçülərinə cavab versin. Yəni qəhrəmanın davranışı, dialoqlar, təbiət təsvirləri və gerçəkliyə uyğun olsun. Bədiilik anlayışı həyati faktların bədii fakta çevrilməsi ilə bağlı məsələdir.
Bədii həqiqət ölçülərini tətbiq edərkən redaktor öz vəzifəsini bu və ya digər faktların, təsvirlərin dəqiqliyinin, həqiqətə uyğunluğunun yoxlanması ilə məhdudlaşdırmır. O, müəllifin təsvir etdiyi hadisələri öz estetik təsir gücü ilə inandıran obrazlara diqqət yetirir, hadisənin obrazda ümumiləşdirilən xüsusiyyətlərini dəqiqləşdirməyə çalışır.
Bədii əsər yazıçı təxəyyülünün, onun bədii fantaziyasının nəticəsi olsa da, gerçəkliyi əks etdirməli və onu olduğu kimi canlandırmalıdır. Əsər bədii uydurma olsa da reallığı həqiqətə uyğun təsvir etməlidir. Burada bədii uydurma barədə mövcud fikirləri yada salmaq faydalı olardı.
Bədii yaradıcılıq və sənət əsəri bədii təxəyyül və bədii uydurmasız mümkün ola bilməz. Bədii təxəyyül duyğuların, qavrayışların, təsəvvürlərin, hisslərin, təəssüratın xəyalda, xatirədə bərpa edilməsi və şüurlu surətdə yenidən işlənib hazırlanması əsasına bədii surətlər yaratmaq bacarığı, həmin surətləri yaratmaq prosesi və onun nəticəsi kimi başa düşülür. Yaradıcılıq təxəyyülün mühüm növü kimi bədii təxəyyül sənətkarın sənətkarın estetik zövqü və estetik hissi ilə sıx bağlıdır və gerçəkliyin həqiqətə uyğun şəkildə canlandırılmasına, yaxud inandırıcı olmasına şərait yaradır.
Bədii uydurma da bədii təxəyyülün məhsulu sayılır. Bədii uydurma bədii təfəkkürün ünsürü, cəhəti, yazıçı təsəvvürü və fantaziyasının səmərəsi kimi dəbii surət yaratmaq vasitəsidir. Əsərdə bədii uydurmanın ölçüsü müxtəlif olur. Bu ölçü yazıçı fərdiyyətindən, yaradıcılıq prinsiplərindən, qayəsindən və bir çox digər amillərdən asılı olaraq dəyişir. Bədii uydura əsərdə bir tipləşdirmə vasitəsi kimi dai mövcud olur.
Burada bədii obrazın yuxarıda qeyd olunmuş köklü xüsusiyyətləri üzə çıxır: obyektiv və subyektiv başlanğıcların sintezi, müəllif şəxsiyyətinin canlı, təbii bağlılığı. Obyektiv reallıq müəllifin fərdi təfəkkürü işığında canlandırılır və buna görə də fərdi xüsusiyyətlərə malik olur. Bədii obraz belə fərdi xüsusiyyətlərinə görə təkrarolunmazlıq qazanır. Oxucunun emosiyaları müəllif bəyanatları ilə deyil, təsvirin özü ilə yaradılmalıdır. Mətnin emosional təsvirinin kasıblaşdırılması, məzmunun qısa məlumatlarla verilməsi onun oxucuya etdiyi təsiri əhəmiyyətli dərəcədə aşağı salır. Bəzən də yazıçı təsvirin rəngarəngliyinə aludə olaraq mətni təsvir vasitələri ilə həddən artıq zənginləşdirir, ya da obrazlı detallardan elə bol istifadə edir ki, bunlar da əsərin ideya məzmununu kölgələyir, oxucu diqqətini yayındırır.
Redaktor analizinin vacib həlqəsi əsərdəki obrazın personajların qiymətləndirilmə- sidir. Əsərdəki bütün komponentlər qarşılıqlı şəkildə bağlı olduğundan və qarşılıqlı şəkildə şərtləndiyindən redaktor təhlilinin gedişində hər bir obrazın ümumi strukdurdakı əhəmiyyətini və onun zəruriliyini və yetərliliyini müəyyən etmək lazımdır. Axı yazıçı tərəfindən obrazların yaradılmasında hadisələrin (vəziyyət və şəraitlərin), xarakterlərin daxili əlaqəsi həlledici rol oynayır.
Ancaq verilən personajın əsərin obrazlı strukturundakı rolunu müəyyən etdikdən, müəllif fikri ilə əlaqəsini aydınlaşdırdıqdan sonra redaktor onun kifayət qədər tam və hərtərəfli təsvir olunduğunu özü üçün aydınlaşdırır. Eyni bir obraz həm də müxtəlif münasibətlər sisteminə qoşulur, başqaları ilə qarşılıqlı əlaqədə olur, onlara təsir edir və onların təsirini hiss edir. Obrazları təhlil edərkən yadda saxlamaq lazımdır ki, onların heç də hamısı fikrin açılması üçün eyni dərəcədə vacib deyil, xarakterin ifadəsinin ayrı-ayrı tərəfləri oxucuda müəyyən əhval-rühiyyəni oyatmaq üçün, müəllifin qəhrəmana olan münasibətinin ötürülməsinə xidmət edir.
Bədiiliyin mühüm kriterilərindən biri də obrazların tamlığıdır. Obraz ayrıca elementlərin məcmusu kimi deyil, bütpv, vahid bir poetik şəkil kimi canlanır. Deməli, redaktorun vəzifəsi obrazın bütövlüyünü qorumaqla qiymətləndirməkdir. Obrazın bütövlüyü dedikdə, onun əhatəli təsvirlə yaranmış səciyyəsi nəzərdə tutulur. Yarımçıq təsvirlərdə obrazın bədii təqdiminə nail olmaq çətindir. Bəzən hər hansı bir detalı, hadisəni əsərdən çıxarmaqla obrazın xarakteri müəyyən edən bədii detalların da toplusu nəzərdə tutulur. Hər hansı bir adama yığcam şəkildə yazılmış xasiyyətnamədə də onun ömür yolu tam verilə bilər. Lakin o quru, cansız arayış səviyyəsindən yuxarı çata bilməz. Burada isə bədii təsvirin bütövlüyündən söhbət gedir. Yəni bədii təsvir bütövlüyü olmazsa, xarakteri səciyyələndirmək də imkansızdır. Bədiiliyin zəruri komponentlərindən biri kimi kroteroso ədəbi əsərlərin dəyərləndirilməsinin əsası sayılır.
Əsərin qiymətləndirilməsinin vacib ölçülərindən biri bədii dəqiqlikdir. Redaktor təhlillərində bədii dəqiqliyin aşağıdakı cəhətlərin nəzərə alınır:
Həyatı təsvirlərin dəqiqliyi;
Obraz təsvirində dəqiqlik;
Təhkiyədə dəqiqlik;
Obrazın daxili-hissi düşüncələrinin təqdimində dəqiqlik və s.
Təsvirdə germəklik gözlənilmədikdə, müəllifin personaja münasibətlərində emosional uyğunluq olmadıqda bu, obraza, bütövlükdə əsərin keyfiyyətinə təsir göstərir. Vahid sistem təşkil edən, sadalanmış bütün keyfiyyət göstəriciləri ədəbi-bədii əsərin bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin dəyərləndirilməsinin əsasını təşkil edir. Mətnə müraciət edərkən redkator istisna təşkil edən başqa göstəriciləri də nəzərə alır.
Bədii əsərin təhlili zamanı əsərdə şəxsiyyət məsələsinə xüsusi diqqət verilir. Çünki ədəbiyyatda insan konsepsiyası da ösz sənətinin ənənəvi xüsusiyyətləri, təbiəti ilə bağlıdır. Cəmiyyətdə insanın hərəkəti, cəmiyyət və şəxsiyyətin harmonik inkişafı, ümumilikdə götürdükdə, həyatın inkişafı, cəmiyyətin yetkinləşməsi deməkdir. İnsanın bədiiləşdirilməsi, onun tarixi mahiyyətinin üzə çıxarılması, şəxsiyyət kimi formalaşması, çoxsahəli fəaliyyəti və bu fəaliyyət zamanı onda əmələ gələn psixoloji vəziyyətlər, münasibətlər onun sənətdə təsdiqinə xidmət edir.
Zaman dəyişdikcə yeni ədəbi formalar, bədii təsvir üsulları, ədəbi məktəb və cərəyanlar yaranır. Bunların hamısı əslində insan və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərin təsiri ilə, obyektiv gerçəklik kimi meydana gəlir. Ədəbiyyatdkı obrazlar, onların xarakterində yeni çalarlar yaranır, ədəbi qəhrəmanların şəxsiyyətləri yeni məna kəsb edir.
Şəxsiyyətin bütü keyfiyyətlərini əhatə etməklə onun bədii təsvirini vermək üçün sənətkar insanı və cəmiyyəti, cəmiyyətdəki insani əlaqə və münasibətləri, şəxsiyyətlərin bir-birinə münasibətini, insanın özünə, daxili aləminə, əqidəsinə münasibətini dəqiq öyrənməli və təqdim etməlidir.
Şəxsiyyətin taleyi onun tərcümeyi halıdır. İnsanın davranışı, mənəvi aləmi, fərdi gerçəkliyə fərdi əqli münasibəti, şəxsi baxımları onun əsas keyfiyyətlərini müəyyənləşdirən cəhətlərdir. Ona görə də fərdiləşdirərək canlandırma, obrazın fərdi-özünəməxsus cizgilərinin münasib rənglərlə təsviri daha aydın bədii nəticələrə gəlmək üçün imkan yaranır.
Müasir dövrün adamlarını səciyyələndirən xüsusiyyətlərdən biri də onun universallığıdır.
Müasir ədəbiyyatda daha çox insanın daxili aləminin təsvirinə üstünlük verilir. Təsvirdə emosionallıq, lirik-psixoloji canlandırma, detallarla, incə ştrixlərlə mahiyyətin mənəvi-daxili aləminin qat-qat açılması, üzə çıxarılması və ona münasibət son dövrün nəsrində daha çox diqqəti cəlb edir. Bədii təsvirdə insanın daxili-mənəvi aləminə diqqət dərinləşdikcə ənənəvi nağılvari təhlil üslubu daha yeni ekspressiv əlamətlərlə əvəz olunur. Adət etdiyimiz epik-deklorativ, hərtərəfli geniş obrazlar görünüş kontrastlığı ilə deyil, duyum zənginliyi ilə seçilən, daxili, dərin psixoloji aləmi ilə səciyyələnən obrazlarla əvəz olunur. Obrazın hərtərəfliliyi, eyni zamanda fərdi-şəxsi keyfiyyətlərinin zənginliyi şəxsiyyətin bütöv təqdiminə imkan yaradan vasitələrdir. Kokret hissi vasitələrin güclənməsi, deklorativ tədqimin azalması, şəxsi keyfiyyətlərin əlvan rəgnglərlə təsvirinə, bu isə qəhrəmanın şəxsi keyfiyyətlərinin, daxili zənginliklərinin, fərdi gücünün və gücsüzlüyünün, əziyyət və mərhumiyyətlərinin, istedad və istedadsızlığının, ləyaqət və ləyaqətsizliyinin üzə çıxmasına kömək edir.
Bədii əsərdə hər şey gözəllik anlayışı ilə əlaqədardır. Gözəllik anlayışı şərti, obyektiv və subyektiv olsa da, zaman –zaman formalaşan bir məfhumdur və daha çox özünü həyatda, sənətdə, duyğularda göstərir. Bədii əsər sənətkarın gözəllik duyğularından yaranır. İnsanın gözəllik duyğusunun inkişafı və ya məhv edilməsi eyni dərəcədə bəşəri əhəmiyyət daşıyır. Bədii əsərdə təsvirin gözəlliyi estetik meyara çevrilir. Gözəlliyi sezmək və müşahidə etmək, dəyərləndirmək insanın canlı varlıq kimi ucalığı, yüksəkliyidir. Sənətkar obraz yaradarkən təsvir etdiyi obrazda öz gözəllik idealını əks etdirir, insanlarla adi gözlə görünməyən zəngin daxili keyfiyyətləri üzə çıxarır.
Sənətdə gözəllik duyğusu zaman məfhumu ilə bağlıdır. Bu duyğu zaman-zaman formalaşmışdır. Burada yüzillərin, nəsillərin müəyyənləşdirdiyi ölçü-biçilər, meyarlar var. Sənətin özü insanı gözəllik kriteriyaları ilə təqdim etdiyinə görə qiymətlidir. Ona görə də hər bir bədii obraz insanın bədii təfəkkür məhsulu kimi mühüm çəkiyə və dəyərə malikdir. Bədii obraz insanın sənətdə təkrar doğuluşudur. Ona görə də gözəlliyin meyarı məhz insanın özüdür.
Həyata və sənət məsələlərinə baxışların müxtəlif və mürəkkəb olduğu dövrdə müəllifin mövqeyi və onun həyata münasibəti həm ictimai, həm də estetik əhəmiyyət daşıyır. Müəllifin həyata münasibəti onun yaratdığı obrazlarda, təsvir etdiyi insanların şəxsiyyətində təcəssümünü tapır. Ona görə də əsərin təhlili zamanı təsvir olunan şəxsiyyət məsələsinin öyrənilməsi, həm də ictimai prosesi və sənətkar mövqeyini araşdırmaq deməkdir. İctimai həyatda baş verən proseslərin sürətli gedişi bəzən yazıçıya hasidləri yerindəcə qiymətləndirməyə imkan vermir. Ona görə də çox zaman həyatda baş verən ümumbəşəri və milli problemlərə, siyasi dəyişikliklərə, müharibələrə, çevrilişlərə, başqa kütləvi proseslərə münasibət sonradan formalaşır. ədəbiyyatla həyata arasında mövcud olan münasibətlər sistemində yazıçı şəxsiyyətinin həlledici rolunu həyata yeni baxış cəhdlərinin nəticəsi kimi də qiymətləndirmək olar.
Müəllif şəxsiyyəti ilə ədəbi qəhrəmanların şəxsiyyətlərinin qarşılıqlı əlaqədə zənginləşməsi yeni ictimai proseslərin bəii inikasından meydana gəlirdi. Həyata fərdi münasibətlərin fəallaşmasını əks etdirən, şəxsiyyətin fərdi cəhətlərinin güclənməsini şəsrtləndirən ədəbi əsərlərin inkişafı yeni estetik meyarları da formalaşdırırdı. Yeni meyarlar fərdin cəmiyyətdə münasibətinin yeni çalarlarını üzə çıxarır, insanların sxematik təsvirindən, zahirdən daha irəliyə, onların daxili aləminə nəzər salmaqla, onu bütöv canlandırmağa doğru bir inkişaf meylini müəyyənləşdirir və daha da gücləndirirdi.
Dostları ilə paylaş: |