Musiqinin həyatımızdakı rolu Musiqi nədir? Bu əsərlər boyu insanları düşündürmüşdür və indi də düşündürür. Cavablar da mextəlifdir. Qədim yunanlar musiqini allahların töhvəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən qeyri-adi ,ecazkar bir qüvvə kimi yanaşırdılar. Belə ki, yunan rəvayətlərinin birində istedadlı müğənni Orfeyin oxuduğu gözəl nəğmələr allahları və adamları heyran qoyur, təbiətin kor qüvvələrini ram edirdi; külək yatır, dəniz sakitləşir,hətta vəhşi heyvanlar da susub musiqinin təkrarsız təsir gücünə tabe olurdular. Beləliklə,ən qədim zamanlardan bu günə kimi musiqinin bir möcüzə olduğunu, onun insanın əhval-ruhiyəsinə,ümumiyyətlə,daxili aləminə böyük təsir göstərdiyini hamı etiraf etmişdir.