Fərdi mühafizə vasitələri. Tənəffüs üzvülərinin fərdi mühafizəsi



Yüklə 61,46 Kb.
səhifə1/9
tarix22.06.2022
ölçüsü61,46 Kb.
#62057
  1   2   3   4   5   6   7   8   9
mm 37-42, 59


  1. Fərdi mühafizə vasitələri. Tənəffüs üzvülərinin fərdi mühafizəsi

Fərdi mühafizə vasitələri (FMV) təyinatlarına uyğun olaraq, tənəffüs üzvlərini, üzü, gözləri, dəri örtüyünü, paltarı, ayaqqabıları, şəxsi ləvazimatları zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrdən, radioaktiv tozlardan (maddələrdən), bakterial (bioloji) aerozollardan, nüvə partlayışının işıq şüalanmasından qorumaq üçündür. FMV həmçinin, qısa bir müddətdə yandırıcı maddələrin və açıq alovun təsirindən də mühafizəni təmin edir. Fərdi mühafizə vasitələrini təyinatlarına görə 4 qrupa bölürlər:

  • tənəffüs üzvlərinin fərdi mühafizə vasitələri;

  • gözlərin fərdi mühafizə vasitələri;

  • dərinin fərdi mühafizə vasitələri;

  • tibbi fərdi mühafizə vasitələri.

Tənəffüs üzvlərinin fərdi mühafizə vasitələri
Tənəffüs üzvlərinin fərdi mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar, KDP əlavə patron komplekti, DPQ-1, DPQ-3 əlavə patronlar, hopkalit patron DP-1 və tənəffüs üzvlərinin sadə fərdi mühafizə vasitələri aiddirlər.
Əleyhqazlar tənəffüs üzvlərini, üzün dərisini, gözləri zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrdən, radioaktiv tozdan, bakterioloji (bioloji) aerozollardan, müxtəlif zərərli qarışıqlardan mühafizə etmək üçündür.
Əleyhqazlar mühafizə prinsiplərinə görə süzücü və təcridedici növlü olurlar.
Süzücü əleyhqazların mühafizə prinsipi zərərli qazların və buxarların aktivləşdirilmiş kömür-katalizatorda udulmasına və aerozollar əleyhinə süzgəcdə (filtrdə) mexaniki təmizlənməsinə əsaslanır. Süzücü əleyhqazlar havada oksigenin həcmcə miqdarı 17%-dən çox olduqda tətbiq olunurlar.
Süzücü əleyhqaz süzücü-uducu qutudan (elementlərdən) və üz hissəsindən ibarətdir. Əleyhqazın tərkibinə çanta və tərləməyən plyonkalar da daxildirlər. Bunlardan başqa, əleyhqazın markasından asılı olaraq, onun dəstində hidrofob örtük, danışıq quruluşu üçün membranlar, su keçirməyən kisə, su qabı üçün klapanlı qapaq və birka olur. Qışda əleyhqazın dəstinə qızdırıcı manget əlavə olunur.
Hal-hazırda MM sistemində böyüklər üçün QP-5, QP-5M, QP-7, QP-7V, QP-7VM, ICAN 20-100, ZM-6800, MP-5u, uşaqlar üçün PDF-7, PDF-Ş, PDF-D və s. markalı süzücü əleyhqazlardan, 1,5 yaşına qədər olan körpələr üçün isə süzücü əleyhqaz rolunu oynayan KZD-6 (KZD-4) uşaqları mühafizə kamerasından istifadə edilir.
Qəza-kimyəvi təhlükəli maddələr olan obyektlərdə tənəffüs üzvlərinin fərdi mühafizə vasitəsi kimi sənaye əleyhqazlarından istifadə olunur. Sənaye əleyhqazlarında qabarit ölçüləri kiçik, orta və böyük olan uducu, yaxud süzücüuducu əleyhqaz qutuları tətbiq olunur.


  1. Yüklə 61,46 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin