Bəs, bir liderdə cəmlənməli olan xüsusiyyətlər nələrdir?



Yüklə 293,46 Kb.
səhifə1/4
tarix03.12.2022
ölçüsü293,46 Kb.
#72161
  1   2   3   4
Liderlik nadir insanlara xas olan


Liderlik nadir insanlara xas olan, anadangəlmə xüsusiyyətdir. Həyat tərzi və keçmişdə qazandığı təcrübələr liderliyi meydana gətirər. "Lider" sözü ingiliscə "leader" sözündən götürülmüş "bələdçi", "idarəedici", “rəhbər” mənalarını daşıyır.
Çox zaman idarəedicilik və liderlik bir-biri ilə qarışdırılır, lakin bunların ikisidə çox fərqli anlayışdır. İdarəçilik, sonradan öyrənmə yolu ilə əldə olunur. Liderlik isə insanların daxilindən gəlir. İdarəçilik üçün bir insan təhsil ala bilər, idarəçiliyin bütün sistemlərini mənimsəyə bilər və nəhayət təcrübələrlə bu insan çox gözəl bir idarəçi ola bilər.
 Lakin liderlik haqqında nə qədər təhsil, məlumat alınsa da, nə qədər bu barədə danışılsa da lider olmaq üçün bunlar yetərli olmaya bilər. Lider təsir edən, idarə edən, gözəl örnəklər verə bilən, cəmiyyətə yararlı olanı aydın sezmək yolu ilə düzgün qiymətləndirən, məsuliyyətlə, ağılla davranan, düzgün yol göstərməyi bacaran insandır. Lider başqalarından aldığı bilik və təcrübələrlə bilikli ola bildiyini, ancaq sadəcə öz ağlı ilə ağıllı ola bildiyini bilir. Bu səbəblə ətrafındakılarla məsləhətləşər, lakin son qərarı bütün məsuliyyəti üzərinə götürərək özü qərar verər.
Sahib olduğu güclü dəyərlər sayəsində ətrafında yaratdığı xarizmatik nümunəvi insan və əsaslı davranışları ilə digər insanlar üçün bir ideal insan modeli olmasına yol açar. Lider həmçinin tolerant və xoş xasiyyət bir insandır. Hər kəslə tolerant davranır və hər kəslə də sərhəd saxlayır. Sevgi göstərən hər hansı bir insan qarşısındakından sevgi görməyə bilər, ancaq hörmət göstərən hər hansı bir lider qarşısındakından mütləq mənada hörmət görür.
Bəs, bir liderdə cəmlənməli olan xüsusiyyətlər nələrdir?


Enerji: lider, birlikdə çalışdığı şəxslərin istəklərini, hətta daha çoxunu etməyə istəkli olmalıdır. Onlardan daha çox işləmək, düşünmək, təhlükəyə sinə gərmək, hər kəsdən çox yük yüklənmək məcburiyyətindədir. Amma o, bunu sevərək edir və məcburiyyətdə qalırmış kimi davranmaz.

Maraq: İnsanlar özlərinə və problemlərinə həqiqətən maraq göstərdiyinə inanmadıqları kimsənin arxasından getməzlər. Lider arxasından gələnləri yaxşı tanımalı, onları qəmgin olmamağa sövq etməli, onların yaradıcılığını ortaya çıxarmalıdır. İnsanların hər birinin nə ilə motivasiya olduğunu öyrənər, işin hansı yanından zövq aldıqlarını, güclü və zəif yanları olaraq nələri gördüklərini hər biri ilə ayrı ayrılıqda müzakirə edər.

Yüklə 293,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin