Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir


TFH-nin tədqiqinin iqtisadi aspektləri



Yüklə 2,03 Mb.
səhifə4/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

1.5. TFH-nin tədqiqinin iqtisadi aspektləri

İqtisadiyyat təbiət hadisələri ilə daima əks təsirdə olan insan fəaliyyətinin sahəsidir. O bir tərəfdən TFH-nin baş verməsi nəticəsində böyük ziyan daşısa da, digər tərəfdən onunla mübarizədə zəruri olan maddi resurslar və texniki vasitələr yaradır. TFH-nin qarşısının alınmasına dair bu və ya digər qərarların qiymətləndirilməsi, onlardan müdafiə və vurduqları ziyanların azaldılması, onların iqtisadi və sosial səməriliyinin meyarları vasitəsilə təyin olunur. Elm və texnikanın müasir səviyyəsində mövcud olan bütün müdafiə metodları iqtisadi baxımdan səmərəli olmadığından, bəzi hallarda TFH-dən sosial müdafiə aspektlərinin üstünlük təşkil etdiyini qeyd etmək lazımdır. T.V.Zvonkovanın «Tətbiqi geomorfologiya» adlı fundamental əsərində inşaata təsir göstərən fiziki-coğrafi proseslərin inkişafının zona və regionlar üzrə qanunauyğunluqları və onlara antropogen amillərin təsiri təsvir olunaraq, «hər hansı bir prosesin inkişafının ayrı-ayrılıqda deyil, diılıqda deyil, diləcə də, insanın təsərrüfat fəaliyyəti ilə qarşılıqlı əlaqədə baş verdiyi» qeyd olunur. Yalnız amillər kompleksinin nəzərə alınması onların inkişaf proqnozuna və müdafiə tədbirlərinin təşkilinə daha düzgün şəkildə yanaşmağa imkan verir. Kitabda sel, sürüşmə, qum yığını və digər təhlükəli TFH-nin inkişaf etdiyi rayonlarda müxtəlif tikililərin layihələşdirilməsi və inşası üzrə, onların zərərli təsirindən müdafiə üzrə tövsiyyələr əksini tapmışdır. Müəllif «tikilinin inşası və onlardan gələcəkdə istismarı mürəkkəbləşdirən əlverişsiz təbii amillərin aradan qaldırılmaq üzrə həyata keçirilən işlərin dəyərinin həddən artıq yüksək olduğunu, onun ölçülərinin tikililərin istismarından alınan iqtisadi səmərə vasitəsilə təsdiqlənmədiyini və belə vəziyyətdə tikintinin məqsədəuyğunluğu haqqında məsələnin meydana çıxdığını» qeyd edərək, müdafiə tədbirlərinin iqtisadi nöqteyi-baxımından qiymətləndirilməsinin vacibliyi haqqında məsələ qaldırır.

Müdafiə tədbirlərinin iqtisadi baxımdan səmərəliyi məsələsinə bir çox tədqiqatdlarda baxılmışdır. D.Elms, C.Berell və D.Darvin TFH ilə mübarizə strategiyasında itkilərin minimallaşdırılmasının vacib olduğunu qeyd edərək, eyni zamanda resursların məhdudiyyətinə və bununla əlaqədar olaraq, riski azaltmaq məqsədi ilə vəsaitlərin paylanmasının iqtisadi baxımdan əsaslandırılmasını zəruri hesab edirlər. Müəlliflər problemi zəlzələdən müdafiə nümunəsi baxımından nəzərdən keçirərək, bu tapşırıqların kapital qoyuluşu və itkilərin dəyərlərinin məbləğlərinin minimallaşdırılmasına şərait yaratdığını göstərirlər.

İndiki dövrdə TFH ayrı-ayrı ölkələrin iqtisadi inkişaflarını mürəkkəbləşdirirlər. Məsələn: 1969-cu ildə Tunisdə baş verən daşqın hadisəsi ölkənin ümummilli məhsulunun 12%-nə bərabər olan iqtisadi ziyan vurmuşdur. TFH bəzi hallarda ayrı-ayrı regionlarda təsərrüfat sisteminin dəyişilməsinə səbəb ola bilər. 1975-ci ilin avqust ayının əvvəllərində Arktikanın soyuq hava kütləsi Braziliyanın Parana ştatının kofe istehsalının əsas rayonlarından birinə daxil olaraq, bütün kofe ağaclarını məhv etmiş və nəticədə kofenin becərilməsi ilə məşğul olan 1 milyon işçi qüvvəsinin təqribən 600 min nəfəri öz işlərini itirmişlər. Bu, əhalinin başqa şəhərlərə miqrasiyası ilə əlaqədar olaraq, köçdükləri ərazilərin iqtisadi durumu xeyli ağırlaşmışdır. Kofe plantasiyaları yalnız yaxşı yol şəbəkələri olan, elektrikləşdirilmiş, inkşaf etmiş qəsəbələrin və bir qayda olaraq torpağa qoyulan daha yüksək qiymət ilə xarakterizə olunan rayonun yalnız bir hissəsində qorunub saxlanmışdır. Qalan bölgələr isə məşğuliyyətlərini dəyişmişdir, yəni onlardan məhsuldar torpaqları olanların bir qismi buğda ilə paxlalı bitkilərin becərdilməsi, digərləri qumsal torpaqları olan əhali isə maldarlıqla məşğul olmağa başlamışlar.

Qeyd etmək lazımdır ki, Sovet coğrafi ədəbiyyatında TFH-nin iqtisadi coğrafi nöqteyi nəzərdən tədqiqinə, o cümlədən bu elm sahəsilə iqtisadiyyat arasında möcud olan qarşılıqlı əlaqələrin araşdırılmasına çox az elmi işlər həsr olunmuşdur. M.Q.Boleqenova (1977) sənayenin ərazi təşkili zamanı bu amilin nəzərə alınmasının vacibliyinə diqqət yetirərək , Alma-Ata sənaye qovşağının müxtəlif sahələrinə dəyən ziyana seismik şəraitin göstərə biləcəyi təsiri nəzərdən keçirmişdir. Ekstremal şəraitin sənaye istehsalının ərazi təşkilinə təsirinə bütünlüklə həsr olunmuş ilk iqtisadi-coğrafi dissertasiya işi bu problemi Başqırdıstan MR-nın timsalında nəzərdən keçirmiş R.Q.Safiullinin namizədlik dissertasiyasıdır (1979). Müəllif Ekstremal Təbii Hadisələrin baş verməsi ETH nəticəsində xalq təsərrüfatına vurulan maddi ziyan amilinə əsasən Başqırdıstanın sənaye şəbəkələri və onun təsiri ilə mərkəzləşdirilmiş sənaye obyektlərinin tikintisi və fəaliyyəti zamanı meydana çıxan məsrəflərin artması amilləri üzrə ETH-nin sənaye istehsalı obyektlərinə təsirini tədqiq etmişdir.

Onun təklif etdiyi maddi ziyanın tədbiqi üsulları metodiki maraq kəsb edir (enerji istehsal tsikli metodundan istifadə etməklə). Müəllif elmi işində ETH-nin hiss olunan təsirinin qarşısının alınması yollarını qeyd etmişdir: bu məqsədlər üçün müvafiq mühəndis-texniki müdafiə tədbirlərinin işlənib hazırlanması ilə yanaşı, buraxılan məhsulun xalq təsərrüfatı nöqteyi nəzərindən əhəmiyyət kəsb etdiyi məqamda ETH təsirinə məruz qalma səviyyəsindən asılı olaraq fəhlə və texnikanın müəssisələr arasında paylanması variantı təqdim olunur.

A.T.Klebanovanın «SSRİ-nin böyük şəhərlərinin sahilyanı sürüşmə ərazilərinin öyrənilməsində iqtisadi-coğrafi yanaşma» başlıqlı elmi əsərində göstərir ki, sahilbərkitmə və sürüşməyə qarşı kompleks mübarizə tədbiri aparmadan, ərazinin funksiyonal inkişafını təmin etmək olmaz. Müəllif bu ərazilərin iqtisadi-coğrafi tədqiqinin, onun mühəndis geoloji, ekoloji, sosial-iqtisadi aspektlərdən ibarət olan mühəndis mühafizəsinin kompleks qiymətləndirilməsinə imkan yaratdığını qeyd edir. Çəkilən məsrəflər ilə əlaqədar olaraq, nəinki mühəndis tədbirlərinin, eləcə də onların sosial-iqtisadi səmərəliliyinin təyin olunması zəruridir.

TFH-nin tədqiqinin iqtisadi aspektləri növbəti fəsildə daha ətraflı nəzərdən keçiriləcəkdir. Burada təbii fəlakət baş verən zaman dəyən ziyanın ödənilməsi ilə məşğul olan və iqtisadiyyatın mühüm sahələrindən biri kimi çıxış edən sığortalaşmaya diqqət yetirmək çox zəruridlir. Qeyd etmək lazımdır ki, TFH-nin baş verməsi zamanı göstərilən ödənişin ağırlığı sığorta sahəsinin öhədəsinə düşür. Belə ki, 1973-cü ilin sonu - 1974-cü ilin əvvəli Avstraliyanın Kvinslend ştatında baş verən dağıdıcı daşqından sonra sığorta şirkətləri sənaye və ticarət şirkətlərinə dəyən ziyanın təqribən 43%-ni; fərdi sektora dəyən ziyanı isə yalnız 27% ödəmişdirlər, bu ziyanın ödənilməsini 41% dövlət, 11%-ni isə xeyriyyəçi fondlar öhdələrinə götürmüşdürlər. (But, Dossel, 1980)

B.A.Boltun «Təbii fəlakətlər: onların tədqiqi və onlar ilə mübarizə metodları» başlığı altında dərc olunmuş kitabda ayrı-ayrı ölkələrdə baş verən TFH nəticəsində meydana çıxan itkilərin sığorta şirkətləri tərəfindən ödənilməsinə dair nümunələr (misallar) əksini tapmışdır.

TFH-ə diqqətin yetirilməsi, sığorta fəaliyyətinin geniş vüsət almış bütün təriflərində yüksək səviyyədə müşahidə olunur. F.V.Konşinin monoqrafiyasında «sığortanın baş verən təbii fəlakətlər və bədbəxt hadisələr nəticəsində xalq təsərrüfatıvna dəyən ziyanın sığorta ödənişləri hesabına ödənilməsi üçün mərkəzləşdirilmiş sığorta fondunun təşkili metodlarından biri olduğunu» qeyd edilmişdir. L.A.Matılyev (1972) eləcə də ondan məqsədli şəkildə istifadə etmək, yəni təbii fəlakətlər, bədbəxt hadisələr ilə əlaqədar olaraq dəyən ziyanın ödənilməsi üçuün «sığorta fondunun bir hissəsi olan təhsilə» də işarə edilir. A.Banasinski sığorta müdafiə xidmətlərinin təsərrüfatın ən müxtəlif sahələrinə və müxtəlif növlü əmlaka şamil edildiyini də qeyd edir. Onun mülahizələrinə əsasən «sığorta fondunun mərkuəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş, yəni ayrı-ayrı sığorta olunmuş şəxslərin üzvlük haqları, mərkəzi və ya yerli büdcələrin vəsaitləri sayəsində və ən nəhayət əks metodlar ilə yaradılması əhəmiyyətsiz hesab olunur».

Bütün söylənənlər sığorta işinin təcrübəsində mövcud olan qaydalara əsaslanır. Burada inkişaf ilk növbədə təbii fəlakətin vurduğu ziyana təsir formalarının dəqiqləşdirilməsi yolu ilə baş verir (yalnız sığorta fondunun müəyyən sahəsi hesabına, ondan məqsədli şəkildə istifadənin çərçivəsi daxilində). A.Bonasinski tərəfindən qeyd olduğu kimi 80-cı illərdə sığorta fəalahiyyətlərinin genişləndiriləmsinə xüsusi əhəmiyyət verilirdi. Sığorta vasitəsilə ümumxalq əmlakını əhatə etmək zərurəti haqqında ideya da geniş vüsət almışdı. Dövlət tərəfindən ümumxalq mülkiyyətinin sığortası (bu mülkiyyətin yeganə sahibi) uzun müddət inkişaf etməmişdir. Bu, Sovet İttifaqında yalnız xarici ticarət əmtəədövriyyəsinə və dəniz gəmiçiliyinə tətbiq olunurdu.

Coğraıfiyaşünaslar üçün sığortaşünasların TFH-nə verdikləri «təbii fəlakətlər» anlayışının müəyyən olunması böyük maraq kəsb edir. Bu anlayış «Ölkənin əksər ərazisini əhatə edən və iri maddi itkilər, çoxlu insan tələfətaının və sağlamlığın itirilməsi kimi hallar törədən təbiət qüvvələrinin təsiri nəticəsində meydana çıxan hadisələr təbii fəlakət adlanır» kimi müəyyən olunmuqşdur. Bu anlayış sığorta işinin nəzəriyyəçilərinin əsas baxışlarını ifadə edir. Bu tərifdə nəzərdə tutulmuş təbii fəlakətlərin təsirinin ərazi aspektləri coğrafiyaşünaslar tərəfindən tədqiqatların nəticələrinin sığorta fəaliyyəti sahəsinə sistematik şəkildə ötürülməsini təmin böyük edir. Burada söhbət geniş sahələrdən və maddi itkilərin məbləğindən getdiyindən, TFH-nin ərazilər üzrə diferensasiyası, coğrafi «inventarizasiyasının» qəbulu haqqında biliklərin tətbiqi üçün ilkin şərait yaradılır. TFH-nin vurduğu ziyan nəticəsində meydana çıxan hadisələrin inkişaf mexanizminin öyrənilməsi coğrafi müşahidələrin sığorta işinə daxil edilməsi üçün geniş şərait yaratmış olur. Bu məsələnin əsas mahiyyəti bütün təsərrüfat sahələrinin TFH-dən sığorta olunmamasından və bu zaman bütün TFH-nin nəzərə alınmamasından ibarətdir. Dəyən ziyanın mütləq və təsadüfi xarakterli olmasını aydınlaşdırmaq üçün TFH-nın baş verdiyi yeri və vaxtı müəyyən etmək vacibdir. Bütün hallarda eyni şəkildə fəaliyyət göstərən təbii fəlakətlərdən fərqli olaraq, bəzən hərdən bir müxtəlif cür təzahür edən hadisələri də müəyyən etmək vacibdir. Burada, mübahisəli hallarda coğrafi ekspertizadan istifadə etmək də məqsədəuyğundur.

Konkret landşaft sahələrində baş verən TFH haqqında coğrafi biliklərin olması təsadüflüyün və gözlənilməz halların azaldılmasına ilkin şərait yaradılır. Məsələn, çaylarda buz axını və çay axını ilə müəyyən edilən şimal sahillərdən cənuba doğru yerini dəyişən daşqınlar haqqında proqnozlaşdırma aparmaq mümkündür. Uçqunların öyrənilməsi zamanı əldə olunan nəailiyyətlər müəyyən ərazilər üçün dəyən ziyanın müyəyyənləşdirməklə kifayət qədər etibarlı xəbərdar tədbirlərini həyata keçirməyə imkan verir. TFH nəticəsində dəyən ziyandan müdafiə olunmaq tövsiyyələri, coğrafi tədqiqatların nəticəsi kimi təklif olunaraq, müəyyən oxşar ərazilərdən istifadə etməkdə və digər qərarların qəbul edilməsində istifadə olunur. Burada sığorta xidmətləri ilə əməkdaşlıq şəraitində müvafiq tövsiyyələrin həyata keçirilməsi üçün vasitələr meydana çıxır. Sığorta təcrübəsi birbaşa təsiretmə qüvvəsinə malik olub, ərazilərdən istifadə edən şəxsləri nəzərdə tutulmuş əsas məhdudiyyətlərə riayət etməyə təhrik edir. Burada söhbət «müvafiq sığorta şərtlərinin daha konkretlərilə əvəzlənməsindən gedir». Bu şərtlər vaxtında islah olunmalı və əksinə olaraq ərazilərdən istifadədə tövsiyyə olunmuş yeni rejimə keçməyə gecikmiş şəxslər üçün sığorta haqqının müxtəlif stafkaları tətbiq edilməlidir.

Çox güman ki, sığorta haqqı vstavkalarının diferensasiyası bu cür hallar da əsassızdır. Burada sığorta işində tətbiq olunan çoxdan müəyyən edilmiş prinsip mövcuddur. Sığorta müdafiəçilərindən tədiyə olunmuş bütün şəxs və təşkilatları TFH-nin ziyanından qoruyan dəqiq tənzimləyici kimi çıxış etmək tələb olunur. Sığorta xidmətlərinin təşəbbüsünə əsasən tədiyə ödənişləri ilə həqiqi ziyanın məbləğləri arasında olan dəqiq qarşılıqlı münasibətlər də tədqiq olunur. Ərazilərdən istifadə olunması rejimi haqqında müəyyən tövsiyyələrə cavab verən sığorta şərtlərinə gəldikdə isə risk adlandırılan təbii ziyanın növünün potensial imkanına nəzər yetirilməsi qəbul olunmuşdur. Buraya tezliyi və intensivliyi hesablanan təhlükəli hallar da aiddir. Burada ərazilərdən istifadənin müxtəlif rejimlərinin hökm sürməsi zamanı hadisələrin inkişafına bir sıra çoxillik və sistematik nəzarət vacibdir. Bu cür müşahidələrə əsaslanmadan risk üçün kəmiyyət xarakteristikasını təqdim etmək çətin olardı. Bu olmadan isə sığorta müdafiəsində dəqiqliyə və müfəssəlliyə rast gəlmək qeyri-mümkündür.

Coğrafiyanın sığorta işi ilə əməkdaşlığı daimi olmalıdır. Belə ki, burada onun inkişaf perspektivlərinin nəzərə alınması mütləq şəkil alır. Demək olar ki, yuxarıda sadalanan hər bir məqamlar realizə olunmaq üçün müəyyən zaman kəsiyi tələb etməsələr də, sığorta işinin müvəffəqiyyət qazanacağını gözləmək üçün bütün əsaslar mövcuddur.

Sığorta müdafiəsinin bütovlüyü prinsipinin həyata keçməsi mərhələ-mərhələ baş verir. Məsələn: vətəndaşların sığorta olunmuş şəxsi əmlakına vurulan ziyan dövlət və ya özəl sığorta orqanları tərəfindən təmamilə ödənilir. Lakin kənd təsərrüfatı istehsalının mövcud inkişaf mərhələsində kənd təsərrüfatı müəssisələrinin qarşılaşdığı ziyanı təmamilə sığorta fondları hesabına ödəmək qeyri-mümkündür. Buna görə də, kənd təsərrüfatı müəssisələri, eləcə də müvafiq nazirliklər şəxsi ehtiyat fondlarına malikdirlər. Bütün bunlardan əlavə olaraq respublika ehtiyat fondatları da mövcuddur. Bu prinsipin hansı hallarda daha geniş şəkildə tətbiq olunması haqqında məsələ daima müzakirə olunur. Dəyən ziyanın təcili inventarizasiyası metodlarının yaradılmasının köməyi ilə bu istiqamətdə meydana çıxan bir çox məsələlər aradan qaldırıla bilər.

Sığorta müdafiəsinin həqiqiliyi sığortanın təşkilinin daha uğurlu şəkildə realizə olunmuş prinsipidir. Burada real olaraq sığortanın bütün hallarında ümumi məbləğə görə dəyən ziyanın ödənilməsi nəzərə alınır. Başqa sözlə sığorta zamanı dəyən ziyanın ödənilməsindən imtina halları olmadıqda müdafiənin həqiqiliyi real olur. Dövlətin sığorta siyasətində sığorta ödənişindən imtina hallarına fövqəladə hallarda rast gəlinir. Lakin, burada sürət problemi mövcuddur. Bunun sayəsində təbii ziyanın yaratdığı dağıntılar həqiqətən də bərpa olunur. Burada sığorta xidmətinin yalnız çevik fəaliyyətinə deyil, eləcə də alınmış ödəniş məbləğlərinin realizəsi mühüh yer tutur. Eyni mənşəli çətinliklərin sırf coğrafi aspekti yaşayış məntəqəsinin sel axını ilə dağıdılmasının timsalında aydın şəkildə nəzərə çarpır. Bu cür fəlakətin baş verməsi zamanı pul vəsaitləri şəkilində göstərilən maddi yardım tikinti materialları və inşaat texnikası şəklində ola bilər. Lakin yaxınlıqda qəsəbənin yenidən inşa edilməsi üçün zəruri meydança olmaya da bilər. Bu zaman qəsəbənin tikintisi üçün yeni torpaq sahələrinin ayrılacağı hallarda da bu torpaqların mənimsənilməsinin, yol şəbəkələrinin yenidən salınmasına, yaxınlıqda yerləşən bütün torpaq sahələrinə TFH-nin nə cür təsir etməsi və bu cür yenidənqurma prosesinə xərclərin ödənilib-ödənilməməsi və digər suallar meydana çıxır, buna oxşar vəziyyətləri əvvəlcədən görmək və nəzərə almaq coğrafiya elmi tərəfindən həll edilə bilər.

Burada təbii fəlakətlərə əks təsir təcrübəsi fəal olub, daima inkişaf etdiyindən coğrafi biliklərin tətbiqi imkanları böyükdür.


1.6. TFH-nin tədqiqinin sosial aspektləri.

Dünya miqyasında TFH sosial aspektlərinə böyük diqqət yetirilməklə onların nəticələrinin aradan qaldırılması, dəyən ziyanın azaldılması, zərərçəkənlərə yardımın göstərilməsi və maddi dəyərlərin bərpası, TFH-nin törətdiyi dağıntılar vaxtı müxtəlif tədbirlərin işlənib hazırlanmasına yönəlmiş xüsusi xidmətlərin və proqramların yaradılması nəzərə alınır. TFH-nin nəticələrindən müdafiə proqramlarının işlənib hazırlanması prosesində sosial, psixoloji aspektlər böyük əhəmiyyət daşısa da əvvəllər bu sahəyə kifayət qədər diqqət yetirilmirdi. «Fəlakətlərin planlaşdırılması» anlayışına aşağıdakılar aiddir:

1. Regional, milli və beynəlxalq səviyyədə «fəlakətlərin planlaşdırılması» üzrə proqramların işlənib hazırlanması.


  1. «Fəlakətlərin planlaşdırılması» üzrə mütəxəssislərin hazırlanması.

  2. TFH-nin sosial psixroloji aspektlərinin tədqiqi ilə əlaqədar olan elmi tədqiqatların aparılması.

Regional səviyyədə «fəlakətlərin planlaşdırılması» üzrə proqramların işlənib hazırlanması ABŞ, Yaponiya, Böyük Britaniya və s kimi ölkələrdə həyata keçirilir. Bu zaman hər bir ölkədə bu problemin tədqiqatlarının və proqram təşkilatçılarının diqqətini həmin regionlar geniş yayılmış TFH-nin cəlb etməsi təbiidir. Məsələn: Yaponiyada zəlzələ, ABŞ-da – daşqın, qasırğa və zəlzələ, Böyük Britaniyada isə - daşqın hadisələri geniş yayılmışdır. Regional proqramların işlənib hazırlanması zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi və TFH-nin nəticələrinin ləğvi üzrə yerli təşkilatların – dövlət, xeyriyyə cəmiyyətləri, könüllü dəstə və ya qrupların birlikdə iştirakı nəzərdə tutulur. Burada söhbət əhalinin fəlakət bölgələrindən çıxardılmasının təşkili üçün tranzit vasitələrin təqdim olunması, zərərçəkənlərə sığınacaqların, qida, tibbi vasitələrin verilməsi kimi tədbirlərdən gedir. Adətən bu məqsəd üçün hazırlıqlı və təlim keçmiş mütəxəsislərin xüsusi dəstələrinin təşkili zəruridir. Buna oxşar proqramların işlənib hazırlanması zamanı daha vacib məsələlərdən biri də maliyyələşdirmə mənbələrinin maddi və insani ehtiyatların müəyyən olunmasıdır.

Milli proqramların reallaşması dövlət səviyyəsində mümkün olan elementlərin məcmusundan ibarətdir. Bir çox ölkələrdə «fəlakətlərin planlaşdırılması»nın təşkili ilə məşğul olan dövlətin xüsusi xidmət orqanları yaradılmışdır (fərdi təşkilatlardan, könüllü və xeyriyyəçi cəmiyyətlərdən başqa).

Məsələn: Avstraliyada 1974-cü ildə federal hakimiyyət müdafiə nazirliyinin nəzdində təbii fəlakətlər ilə mübarizə təşkilatı təsis etmişdir. Fəlakətlərin baş verməsi zamanı əhaliyə yardımın göstəridlməsi ilə mülki müdafiə qüvvələri məşğul olur.

Son 50 il ərzində bir çox ölkələrdə «fəlakətlərin planlaşdırılması» üzrə mütəxəssislər hazırlayan xüsusi təhsil müəssisələri və fakultetləri fəaliyyət göstərir.

Fəlakətlər zamanı əhaliyə yardım göstərilməsi istiqamətində qismən tibbi təhsil müəssisələri müəyyən işlər görürlər. Məsələn: bu istiqamətdə faciələrə hazırlıq və onların nəticələrinin ləğvi üzrə Oksfordun hazırlıq proqramı mövcuddur. Belə proqramlardan Brüsellin Luven şəhərində kotolik Universetetinin nəzdindəki Epidimioloji Tədqiqat mərkəzi, Londonun Gigiyena və tropik təbabət məktəbinin nəzdindəki Ross institutu istifadə edir. Lakin bütün bunlar kifayət olmadığından hər bir TFH-nin nəticələri ilə mübarizə apara bilən xüsusi hazırlıq keçmiş mütəxəssislərin hazırlanmasına zərurət duyulur. Burada tədris prosesi iki istiqamətdə qurulmalıdır: birinci- faciələrə hazırlıq proqramının planlaşdırılması və onun riskinin azaldılması; ikinci- təbii fəlakçətlərin nəticələrinin ləğvi (Thonpson,1983,).

Mütəmadi olaraq TFH-nin müxtəlif növləri ilə qarşılaşan Avstraliyada 1956-cı ildə təbii fəlakətlərdən müdafiə üzrə ixtisaslaşmış kollec yaradılmışdır. Buna qədər isə TFH nəticələrinin ləğvi ilə könüllü təşkilatlar məşğul olmuşlar. Lakin, 60-cı illəritn sonunda və 70-ci illərin əvvəllərində ölkəni bürüyən iri faciələr xüsusilə də 1974-cü ildə Darvin şəhərini yerlə yeksan edən Treysk siklonundan sonra TFH- ilə mübarizə tədbirlərinin təşkilində və bu sahədə mütəxəssislərin hazırlanmasında böyük dəyişiliklər olmuşdur, bu sahədə çalışanların peşə yönümlüyünə dair kurslar təşkil edilmişdir.

Böyük Britaniyada işlənib hazırlanmış tədris metodikası, yerli şəraitə uyğun olaraq dəyişdirilmişdir. Müxtəlif, dövlət, həm də könüllü təşkilatların iş fəaliyyətlərinin koordinasiyası üzrə proqramlar işlənib hazırlanaraq mütəxəssislərin hazırlanması həyata keçirilir. Fəaliyyətini problemlər toplusu ilə məhdudlaşdıran və bilavasitə TFH nəticəsində baş verən faciəni qabaqcadan proqnozlaşdıran bu kollec 80-cı illərin əvvəllərindən başlayaraq perspektivdə olan planlarla məşğul olmağa başlamışdır (Gilmor, 1983,).

Bir çox ökələrdə TFH ilə məşğul olan xüsusi tədqiqat mərkəzləri yaradılmışdır.

Son 20-30 il ərzində inkişaf edən müasir elmi tədqiqatların əsas istiqamətləri təbii fəlakətlər zamanı insanların davranış tərzlərinin, əhalinin ayrı-ayrı zümrələrinin və idarəedici təşkilatlarının TFH-yə münasibətinin öyrənilməsinə və onların sosial psixoloji aspektlərinin araşdırılmasına həsr olunmuşdur.

Yaponiyada zəlzələləri XIX əsrin ortalarından tədqiq edən təbii fəlakətlərdən müdafiə milli mərkəzi və onlardan xəbərdarlıq edilməsi üzrə Elmi-tədqiqat institutu (Kioto) fəaliyyət göstərir.

Son on ildə Yapon tədqiqatçıları TFH-nin psixoloji və sosial aspektlərin tədqiqi ilə məşğul olurlar. 1961-ci ildən başlayaraq zəlzələ zamanı əhalinin davranışı müxtəlif şəhərlərdən və zümrələrdən olan əhalinin – ev sahiblərinin, tələbələrin, sürücülərin, şirkət nümayəndələrinin bu hadisələrə münasibəti xüsusi seminarda müzakirə obyektinə çevrilmişdir (Denes et.ol…1972).

ABŞ-da TFH-nin ilkin tədqiqatları XX əsrin əvvəllərinə təsadüf edir. 1950-ci ildə ölkədə baş verən fəlakətlərin tədqiqat proqramı planlaşdırılmışdır. Eyni zamanda Çikaqoda yerləşən Milli Tədqiqat Mərkəzində fəlakətlərin sistematik şəkildə tədqiq olunması prosesinə başlanmışdır. Həmin illərdə hazırlanmış proqramlar üzrə aparılan tədqiqatlar bir sıra univaersitetlər tərəfindən həyata keçirilir. Təbii fəlakət problemləri üzrə tədqiqatların aparıcı mərkəzlərindən biri də Kolorado Universitetdir. 1957-ci ildə təbii fəlakətlərin öyrənilməsilə əlaqədar olaraq Milli Elmlər Akademiyasında 1957-ci ildə yaradılan təşkillat yeni komitə ilə əvəz edildi. Yeni tədqiqat qrupu kimi yaradılmış bu komitə ABŞ ərazisində TFH-ni öyrənmək üçün daha geniş sahələrdə tədqiqatlar aparmağa başladı.

50-ci illərin sonlarında TFH-nin psixoloji aspektlərinin, sosial davranış tərzinin, fərdi və qrupşəkilli davranışın və cəmiyyətin fəaliyyətinin tədqiq olunmasına başlanmışdır. Fəlakətin psixoloji aspektlərinə həsr olunmuş ilk elmi iş 1957-ci ildə «fəlakətlər; psixoloji esse» başlığı altında Marta Volfenstayn tərəfindən nəşr etdirilmişdir. Bu elmi əsər sosial davranış nəzəriyyəsinə həsr olunaraq, fəlakətlərdən ekstremal vəziyyətdə çıxmağın numunəsi kimi istifadə edir. 1972-ci ildə R.R.Daynes, E.L.Kvaranteli və K.A.Kreps «təbii fəlakətlərin planlaşdırılması perspektivləri» kimi eyni adlı iki elmi əsər dərc etdirmitşlər. Birinci elmi əsər bu sahədə son dövrlərdə aparılan tədqiqatların nəticələrinə, ikinci fəlakətlər zamanı dövranış tərzinin və cavab reaksiyalarının öyrənilməsindən həsr edilmişdir. O, 7 il ərzində ölkənin yüzdən çox bölgələrində Oqayo ştatınındakı Universitetin nəzdindəki fəlakətlərin tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən araşdırmalara əsaslanır. Fəlakə zamanı meydana çıxan bir çox problemləri təbii proseslər deyil, cəmiyyətin bu hadisələrə münasibətinin doğurduğu nəticələrlə inandırıcı təsvir olunmuşdur.

Müəlliflər TFH-nin planlaşdırılmasına dair bir çox tədqiqat və proqramların ümumiləşdirilməsinə əsaslanaraq, onlara qarşı mübarizə aparmaq proqramlarını təqdim edirlər. Bu proqram növbəti müddəalardan ibarətdir:



  1. Təhlükə haqqında proqnozdan və informasiyanın yaradılmasından ibarət olan xəbərdarlıq.

  2. Baş verə biləcək fəlakətə hazırlıq (insan və maddi ehtiyatların hazırlanması).

  3. Zərərçəkənlərin axtarışı və onların xilas olunması.

  4. Zərərçəkənlərə yardım. Onların köçürülməsinin edilən ilk və ilk təcili tibbi yardımın göstərilməsidir.

  5. Fəlakətə qədərki şəraitin, yəni bütün rabitə,təchizat vasitələrinin bərpası.

Təbii fəlakətlərin sosial psixoloji aspektləri sonrakı ilərdə də öyrənilmişdir. Məsələn: L.Kripstensen və K.E.Rux fəlakətlər fərdlərin davranışlarına təsirinin tədqiqinə dair bir sıra eksperimentlər həyata keçirmişlər. Burada namizədlərin seçimi təsadüfən aparılırdı. İnsanların təbii fəlakət haqqında informasiyaya reaksiyası öyrənilirdi. Y.Ferel və R.Kristofoviq maddi ziyanı azaltmaq məqsədilə əhaliyə daşqın təhlükəsi haqqında xəbərdarlıq etmə sisteminin işlənib hazırlanması zamanı sosioloji və psixoloji tədqiqatların məlumatlarından istifadə etmişdirlər. Təşkilatçılar yaxın gələcəkdlə baş verə biləcək dağıdıcı qüvvəyə malik zəlzələlər haqqında informasiyanın elan olunmasının sosial və psixoloji nəticələri xarakterizə edirlər.

Belə tədqiqatlar başqa ölkələrdə də aparılır. Belə ki, Fransada fəlakətdən xəbərdarlıq edilməsi üzrə xüsusi Psixososioloji mərkəz yaradılmışdır. Onun tədqiqatlarının bəzi nəticələrini Şarl Şandesso dərc etmişdir. Mərkəzin həyata keçirdiyi tədqiqatlar nəticələrində fəlakətlər zamanı özünü biruzə verən əhalinin davranış tərzinin bəzi cəhətləri, emosiyaların təzahürü, həmrəylik xüsusiyyətləri öyrənilmişdir. Yaponiyada TFH-in sosial aspektlərinə böyük diqqət yetirilir və 1978-ci ildə Teealonika şəhərində, Yunanıstanda baş verən dağıdıcı zəlzələnin sosial nəticələri öyrənilib. Şri-Lankada hər il faciəli daşqınlar ilə qarşılaşan Patitanur şəhərinin yeni əraziyə köçürülməsi haqqında məsələ qoyulmuşdur. Lakin əhali arasında keçirilən sorğu bu sakinlərin yalnız 36 %-nin yeni yerə köçmək istədiklərini göstərmişdir. Əhalinin belə yeni ərazilərə köçməyə mənfi münasibətləri əsasən sosial (dini) amillər ilə bağlı olduğu məlum olmuşdur .

Son illər bir qism ölkələrdə hazırlanmış tövsiyyələrin mexaniki olaraq, başqa ölkələrdə tətbiqinin qeyri-mümkünlüyü diqqəti cəlb edib. Belə ki, R.M.Vud TFH-nə cavab reaksiyasını ifadə edərək onlara uyğunlaşmaq baxımından Cənubi və Mərkəzi Asiyanın sakinləri ilə Qərb ölkələrin sakinlərinin psixologiyalarında mövcud olan müxtəlifliyi qeyd edir və məlum olur ki, sakinlərin kollektiv təcrübəsi bu sahədə də fərqlidir.

«Fəlakətlərin planlaşdırılmasına» yalnız baş vermiş hadisələrin planlaşdırılmasını daxil etmək kifayət etmir. Planlaşdırmaya həmdə fəlakətlərdən xəbərdarlıq edilməsinə və ona xilasedici xidmətlərin və ictimai strukturların hazırlığına yönəlmiş fəaliyyət daxildir. Bu baxımdan 80-cı illərin əvvəllərində Okeaniyada 11 ada dövlətlərini birləşdirən təşkilat tərəfindən işlənib hazırlanmış təbii fəlakətlərə hazırlıq strategiyası nümunəvidir. Burada binaların müqavimətinin artırılması və onların bərpa olunması, Təbii fəlakət təhlükəsi ilə əlaqədar olaraq kənd təsərrüfatının inkişafı, səhiyyə xidmətlərinin və infrastrukturun fəlakətə hazırlığı, böhranlı vəziyyətlərdə idaretmə kimi məsələlərə xüsusi diqqət yetirilir. Müəyyən ərazilərdə təklif olunmuş tədbirlərin nümayişi ilə əlaqədar olaraq xüsusi seminarlar təşkil olunur, əhalinin və mütəxəssislərin hazırlanması həyata keçirilir, hər bir ölkənin səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla tədris materialları işlənib hazırlanır.

«Fəlakətin planlaşdırılması» və müxtəlif amillərin uçotu, xüsusilə də, sosial-psixoloji amillərin uçotu üzrə tədbirlərin hər zaman həyata keçirilməsinin qeyri-mümkün olduğunu qeyd etmək vacibdir. «Xoş niyyətlər» torpaqdan istifadənin, sosial bərabərsizlik ilə qarşılaşan bir çox ölkələrin və rayonların kasıbçılıq və iqtisadi tənəzzülün reallığı ilə qarşılaşaraq olduğu kimi qalırlar. Bu cür uğursuzluqlara aid olan bir çox misallar «Disasters an the Small Dvoelling» kimi beynəlxalq konfransın materiallarında əksini tapmışdır (1981). E.R.Mayklz tərəfindən «səhv və nöqsanlar» adlandırılan təbii fəlakətlərin faciəli nəticələrinin sadalanan variantları əsas etibarıilə sosial-iqtisadi şəraitin nəticəsidir.

Bu suallar Azərbaycan üçün pesrpektiv nöqteyi-nəzərdən maraq kəsb etdiyinə görə, bu suallara diqqət yetirmək zəruri hesab olunur. Çox təəssüflər olsun ki, Azərbaycanda TFH-nin sosial-psixolojti aspektlərinə kifayət qədər diqqət yetirilmədiyindən həm qərar qəbul edən şəxslərin, həm də onların təsirinə məruz qalan əhalinin TFH-nə reaksiya ifadə etməyə dair sosioloji tədqiqatlar, bu planda fərdlərin və müxtəlif sosial dəstələrin öyrənilməsi haqqında məsələ qaldırmaq vacibdir. Sosial-psixoloji aspektlərin uçotu mümkün ola bilən TF hazırlaşmağa, onlardan müdafiyəyə yönəlmiş tədbirlərin təşkilinə, əhalinin təşkilinə, tibbi yardıma, nəticələrin ləğvinə yardım edə bilər.

Bu və ya digər səviyyədə sosial aspektləri nəzərə alan elmi işlər arasında A.T.Altununun əsərini misal çəkmək olar (1976). Bu əsərdə mülki müdafiənin hərbiləşməmiş qüvvələrinin TF və onların nəticələrinin ləğvinə hazırlanması üzrə əsas müddəalar şərh olunmuş, icra olunan fəaliyyət növlərinin mövzüsu və onlar ilə mübarizə istiqamətində aparılan işlərin yerinə yetirilməsi üsulları üzrə tövsiyyələr tərtib olunmuşdur. Göstərilən kitabın TF zamanı zərərçəkən əhaliyə ilk tibbi yardımın göstərilməsinə həsr olunmuş hissəsi böyük maraq kəsb edir.

L.A.Beyin SSRİ-də mövcud olan təbii fəlakətləri coğrafi patalogiyanın, tibbi coğrafiyanın və səhiyyə sisteminin təşkilinin problemi kimi tədqiq edib. Bu aspektdən elmi iş müəllif tərəfindən ilk dəfə araşdırılmışdı. Müəllif zəlzələlərin, sunami küləklərinin, daşqınların, sellərin, qar uçqunlarının tibbi nəticələri haqqında məlumatları sistemləşdirərək TF ilə müşayət olunan xəstəliyin və ölüm hallarının artımı haqqında məlumavtları tətqiq edir. Məsələn: 1948-ci ildə oktyabr ayında Aşqabadda baş verən zəlzələdən sonra hamiləlik və doğum göstəriciləri həddən artıq azaldığından bu ana ölümün üç dəfə, uşaq ölümünün 1,5 dəfə, vaxtıfndan əvvəl doğulan və ölmüş halda doğulan uşaqların sayınnın isə bir dəfə artmasına səbəb olmuşdur. İnfeksion xəstəliklərin də artımı baş vermişdir. Belə ki, 1949-cu ildə Türkmənistanda 1948-ci il ilə müqayisədə qarın yatalağına yoluxma 36%, dizenteriyaya yoluxma 22%, difteriyaya yoluxma 30%, skarlamin xəstəliyinə yoluxma isə 15% ,malariyaya yoluxma hallarının sayı isə təxminən 2 dəfə artmışdır. TF zamanı xarici şəraitin psixikaya təsiri və normal həyat tərzinin pozulması ilə ürək-damar və endokrin xəstəliklərin artımı və ağırlaşması ilə əlaqədardır. Bu elmi işdə TF zamanı tibbi-sanitar sahələrin rasional sisteminin və ekstremal vəziyyətdə olan bölgələrin xarici mühitinin sağlamlaşdırılmasının təşkilinə əhəmiyyətli yer ayrılır. Gözlənilməz TF yaratdığı fövqaladə vəziyyət zamanı səhiyyə orlanlarının mülki müdafiənin tibbi xidməti, hərbi-tibbi xidmət orqanları, ictimai təşkilatlar (Qırmızı Xaç və sanitar təşkilatı ) ilə qarşılıqlı fəaliyyəti zəruridir. Bu vaxtlı-vaxtında həyata keçirilən xüsusi hazırlıq prosesində də əksini tapmalıdır.

TFH-in problemlərinin sosial aspektlərinin artan vacibliyinin dərk olunmasının şübhəsiz təsdiqi və nəticəsi bu sahədə genişlənən beynəlxalq əməkdaşlıqdır. Bir tərəfdən iqtisadi baxımdan inkişaf etmiş ölkəçlərdə təbii fəlakətlər problemini əhatə edən qlobal problemlərin həllinə görə məsuliyyəti dərk olunması güclənir:digər tərəfdən isə müxtəlif ölkələrin əməkdaşlığı olmadan bu problemin həllinin qeyri-mümkün olduğu aydın olmuşdur.

Şübhəsiz ki, bəşəriyyətin TFH ilə mübarizəsinin vacib sahələrındən biri də elmi və texniki təcrübənin geniş mübadiləsidir. Bu sahədə mövcud olan daha vacib praktiki məsələrə: TF müxtəlif ölkələrin ərazilərində və bütün dünya miqyasında coğrafi baxımdan yayılması və mütəmadiliyi haqqında toplanmış bütün məlumatların ümumiləşdirilməsini, eləcə də elmi əsaslar, tədqiqat metodları və xəbərdarlıq vasitələri ilə TF müdafiə üsulları haqqında qarşılıqlı informasiyanın geniş şəkildə vüsət almasını aid etmək mümkündür. TFH ilə mübarizə təcrübəsi zərərləşmiş rayonların əhalisinə hərtərəfli yardım göstərilməsi zamanı beynəlxalq əməkdaşlığa olan zərurəti aydın şəkildə gösməkt olar. Hal-hazırda dünyada bir çox təşkilatlar, eləcə də fəaliyyəti beynəlxalq əməkdaşlığa yönəlmiş xüsusiləşdirilmiş təşkilatlar mövcuddur.

1972-ci ildə BMT-nin başçılığı altında təbii fəlakətlər zamanı yardımın göstərilməsi üzrə təşkilat təsis olunmuşdur. Onun əsas funksiyası TF-dən zərər çəkmiş rayonlar üçün beynəlxalq fövqəladə yardımın səfərbərliyindən və koordinasiyasından; təbii faciələrin yaxınlaşmasına hazırlıq dərəcəsinin təmin olunmasından, yəni TFH nəticələrinin ləğvi üçün geniş imkanların seçilməsindən və hazırlıq işlərtinin əvvəlcədən planlaşdırılmasının təkmilləşdirilməsindən, texniki nailiyyətlərə və kəşflərə informasiyanın toplanmasını və öyrənilməsini təşkil edərək onların proqnozlaşdırılması əsasında TFH xəbərdarlıq edilməsindən ibarətdir.

TF-ə hazırlıq və onlardan müdafiə prosesində BMT-nin digər idarələri də iştirak edir. Məsələn: FAO əkin yerlərinin və sudan istifadənin sığortası üzrə ekspertlər təqdim edir. Yunesko zəlzələyə davamlı tikililərin tikintisi və zəlzələ riski ilə əlaqədar qiymətldəndirmə üzrə səriştəli məsləhətlərin verilməsini təmin edir. Ümumdünya meteoroloji təşkilatı (ÜMT) hava haqqında məlumatlar xidmətinin təşkili üzrə elmi nöqteyi nəzərdən yardım edir.

Beynəlxalq səhiyyə təşkilatı (BST) ayrı-ayrı ölkələri zəruri dərman vasitələri, boksinlər ilə təmin edərək TF-r nəticəsində zərərçəkən əhaliyə kömək edir, TF ilə qarşılaşan ölkələri fövqaladə vəziyyətlərə hazırlanması və onların nəticələri ilə daha effektiv mübarizə baxımından əməkdaşlığı genişləndirir.

TF nəticələrinin ləğvi üçün ayrı-ayrı ölkələrin istifadə etdiyi kollektiv səylər xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə BMT-nin nəzdində Beynəlxalq Mülki Müdafiə təşkilatı (BMMT) yaradılmışdır. Onun tərkibinə 80-dən çox dövlət və beynəlxalq təşkilatlar daxildir. 1980-ci ildə Yuneskonun nəzdində faciəli sürüşmələrin və sel axınlarının proqnozlaşdırılması və xəbərdarlıq edilməsi ilə məşğul olan xüsusi beynəlxalq elmi şüra təşkil olunmuşdur. Kütləvi fəlakətlər zamanı yardımın göstərilməsi üzrə Beynəlxalq Qırmızı Xaç Komitəsi böyük təcrübəyə malikdir. İsveçrədə TF zamanı təcili yardımın göstərmək məqsədi ilə «Ölkədən xaricdə baş vermiş faciələrə yardım xidməti» təşkil olunmuşdur. Bu xidmətə daxil olan əməkdaşlardan zərərçəkmiş rayonlarda 1 aydan 3 ilə kimi istifadə oluna bilər. Fransada yaradılmış Beynəlxalq təcili yardım xidiməti (BTYX) qısa müddət ərzində dünyanın hər hansı bir bölgəsinə ekspedisiya göndərməyə qadir olan nəqliyyatın təminatının mobil təşkilatıdır.

İnkişaf etmiş dövlətlərin bir qayda olaraq xüsusilə inkişaf etməkdə olan ölkələrə yardım etdiyini xüsusilə qeyd etmək lazımdır.

Bir sıra təşkilatlar beynəlxalq miqyasda TF haqqında informasiyanın toplanması və yayılması ilə məşğul olurlar. Buna oxşar vacib beynəlxalq mərkəzlərdən biri də ABŞ-nın geoloji xidmətinə məxsus olan zəlzələlər haqqında milli xidmətdir. Avropa səviyyəsində təbii fəlakətlərə dair məlumatlar Stasburqda beynəlxalq seismik mərkəz tərəfindən işlənib hazırlanır. Yuneskonun başçılığı altında Lima və Manillada regional mərpkəzlər təşkil olunmuşdur.

Sakit Okeanın hövzəsində Beynəlxalq koordinasiya qrupu yaradılmışdır. Onun tərkibinə 30-dan çox ölkə daxildir. Bununla bərabər Rusiyadada sunami küləkləri ilə əlaqədar Beynəlxalq mərkəz təşkil olunmuşdur.

Yuxarıda TFH problemi ilə əlaqədar bütün beynəlxalq təşkilatlar və proqramlar sadalanmır. Burada, beynəlxalq konfranslar, seminarlar, nəşirlər haqqında bir söz söylənmir. Təqdim olunan qısa səciyyə beynəlxalq aləmdə bu problemə olan marağın əhəmiyyətini bir daha sübut edir.

Beynəlxalq coğrafiya ittifaqının «İnsan və mühit» komissiyası tərəfindən həyata keçirilən tədqiqatın əsas məqsədi ayrı-ayrı şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinin TFH-nə cavab reaksiyası verməsi haqqında məsələnin öyrənilməsindən ibarətdir. Tədqiqatlar yer kürəsinin müxtəlif yerlərində yerləşən 23 ölkəsində rayonlaşdırılmış proqramlar əsasında aparılmışdır. Onun materialları Kilbert F.Uaytın redaksiyası altında 1974-cü ildə nəşr olunmuşdur. Bu kitaba 15 ölkədən olan alimlərin məqalələri daxil olmuşdur. (sovet alimlərindən İ.P. Gerasimovun və Q.V.Zvonkovanın məqaləsi təmsil olunmuşdur). Bu kitab 1978-ci ildə SSRİ-də «Təbii fəlakətlər; tədqiqat və mübarizə tədbirləri» başlığı altında ixtisarla rus dilinə tərcümə olunaraq nəşr olunmuşdur. Onun ətraflı tənqidi təhlili kitabın ön sözündə tərcümənin redaktorlararından biri olan görkəmli sovet coğrafı S.B.Lavrov tərəfindən yazılmışdır. Burada yalnız həyata keçirilən tədqiqatın TFH problemlərinin sırf texniki metodlar ilə həll edilmə imkanları təsdiq olunmuş və sosial aspektlərin vacibliyi nümayiş etdirilmişdir.

Bu bölmənin yekununda Salli Leüyvesli tərəfindən tərtib olunan və «Disasters» dərgisində dərc olunan təbii fəlakətlərə dair ədəbiyyatın qısa təhlili verilmişdir. Ədəbiyyat üç hissəyə:

- ölkələr üzrə faciələrə;

- faciələrin amillərinə;

- faciələrə cavab reaksiyalarına bölünür.

Bu istiqamətdə dərc olunmuş təqribən 700 sayda elmi əsər öz əksini tapmışdır.

Bu ədəbiyyat siyahısına əsasən ingilis dilində nəşr olunmuş elmi əsərlər daxil edilmişdir: ikincisi, bu ədəbiyyata inkişaf etməkdə olan ölkələrdə dərc olunan nəşrlər daxil edilməmişdir: üçüncüsü, ayrı-ayrvı ölkələrə aid olan nəşrlər müqayisə olunmur. Həmin ədəbiyyatın tərtibatçısı ön sözdə «hər bir bölmədə istinad olunan ədəbiyyatın bu kateqoriyadan olan faciələrin yayılma imkanının və yaxud ayrı-ayrı ölkələrin bu faciələr qarşısında əlacsızlığını əks etdirmədiyini və həmin nəşrlərin yalnız coğrafiyaşünasların, sosioloqların, həkimlərin, psixiatorların, iqtisadçıların, mühəndislərin, eləcə də digər mütəxəssislərin tədqiqatçı maraqlarını əks etdirdiyini, o cümlədən də ədəbiyyatın bu istiqamətlərinin daha böyük maraq kəsb etdiyini izah edərək bütün bunları dərk edir.

Fəlakət problemlərinin təqdim olunmasında müasir tendesiyaların qiymələndirilməsi üçün daha nümunəvi «Faciələrə cavab reaksiyası» bölməsidir. Birincisi, bu bölməyə problemin mühəndis və iqtisadi aspektlərinə aidiyyatı olan nəşrlər daxil olmur;bu nəşrlərin, bir çoxu insanların və təşkilatların davranışına-sosial, eləcə də psixoloji və tibbi aspektlərə aiddir. Bu bölmədə əksini tapan nəşrlər fərdlərin (202), ailələrin (12), ayrı-ayrı yerlərin əhalisinin (58) və cəmiyyətin (9) reaksiyasına və davranışına aidiyyatına görə ayırd edilirlər.

L.Leyveslişin tərtib etdiyi ədəbiyyat xarici ölkələrin mütəxəssislərinin müasir cərəyanını əks etdirdiyindən, bu ədəbiyyata böyük diqqət yetirilir. Bu mütəxəssislərin diqqəti- ni əsas etibarılə problemin sosial aspektləri cəlb edir. Yuxarıda qeyd olunduğu kimi, bu aspektlər daha ciddi diqqətə layiq olub, onların öyrənilməsi TFH-lə mübarizə strategiyasının vacib tapşırıqlardan biridir.
1.7. TFH-nin proqnozlaşdırılmasının metodoloji prinsipləri

TFH-nin təbii xassəsini açıqlayan və insanlar ilə təsərrüfatın bu TFH-ə müvafiq qaydada təsirini ifadə edən TFH-nin təzahürünün mütəmadiliyini nəzərə alaraq bir qayda olaraq bu hadisələrin proqnozlaşdırılması məsələlərinə (öyrənilməsinə) həsr olunmuş elimi əsərlərə böyük diqqət yetirirlər. Bir çox xüsusi nəşrlər də mövcuddur (məsələn: T.K.Sulakvelidze və b. 1970: N.V.Koşelenko, 1970: N.V.Dumitroşko, 1979: K.Kitazova, 1983: N.A.Babaxanov 1983 və b.)

TFH-nin özü-özlüyündə proqnozlaşdırılması iqtisadi-coğrafi səciyyə daşıyan bu kitabda tədqiqat obyekti olmadığından biz bu problemi ətraflı şəkildə xarakterizə etmək fikrində deyilik. Lakin, proqnozlaşdırma təsərrüfatın ərazi təşkili ilə əlaqədar TFH-nin nəticələrinin öyrənilməsi üçün müstəsna şəkildə vacib, olduğuna görə də, bilavasitə tədqiqat obyektinə aidiyatı olmasada TFH-nin proqnozlaşdırılmasının metodoloji aspektlərinin nəzərdən keçirmək vacib hesab edirik.

Hadisələrin və proseslərin bu və ya digər şəkildə proqnozlaşdırılması çoxdan mövcud olsa da ictimai şüurun inkişaf etməsi ilə proqnozların formaları təkmilləşir. 1960-cı illərdə SSR-idə proqnozlaşmanın elmi-tədqiqat sahəsi kimi sürətli inkişafı başlanmışdır. Proqnozlaşdırma metodologiyasının elm sahəsi kimi inkişafı, prqnozlar metodikasının ən müxtəlif biliklər sahəsində, o cümlədən də coğrafiya elmində inkişafı bu dövrdən başlayır.

Coğrafi proqnozlaşmanın aktuallaığı şübhəsizdir. Həm fiziki coğrafiyaşünaslar, həm də coğrafi problemlərin çox geniş sahələrinin tədqiqatı ilə məşğul olan iqtisadi-coğrafiyaşünaslar bu məsələdə həmrəy mülahizələri dəstəkləyirlər. (Sauşkin, 1968, 1972; Zuvonkova, 1970, 1972, 1983; Myarkov, 1972; Simanov, 1978; Spentor, 1975, 1976 və b.) Sadalanan müəlliflər elmi işlərin əsas tapşırıqlarından biri kimi müəyyən təbii prosesin baş vermə vaxtının və yaxud miqyasının proqnozlaşdırılması üzrə çıxış edirlər. (Kotlyanov, 1977; Zvonkova, 1983). Coğrafi proqnozlaşdırmanın obyektləri həm artıq məlum olan mövcud proseslər, həm də hələ mövcud olmasalar da, müxtəlif səbəblərin təsiri altında meydana çıxa bilən proseslərp ola bilər. Hər iki halda «təbii proseslərinin proqnozlaşdırılması zaman və məkan, təbiət və təsərrüfat amilləri kimi əsas komponentlərin təhlilinə əsaslanır və bunlar praqnoz verilmiş müddətdə əsas ola bilərlər». (Zvonkova, 1970).

Tədqiqatların miqyaslarına görə bütün proqnozları coğrafi zolağı və yaxud onun iri hissələrini əhatə edən qlobal, çoxsaylı proqnozlar qrupundan ibarət regional və məhdud növlərə bölmək mümkündür. (Ryabrkov, Kurakova, 1983. Simunov 1976 və b). Hal-hazırkı dövrdə məhdud proqnozlar daha çox işlənib hazırlanmışdır. Bu bir çox hallarda geosferin ayrı-ayrı komponentlərinin proqnozlarıdır. Onlara ya komponentlər, ya da sahələr üzrə proqnozlar adlandırırlar. Bəzən iki və daha çox komponentlərdən ibarət olan proqnozları işləyib hazırlansada, bu həddən artıq nadir hallarda baş verir. Təbiətin qarşılıqlı əlaqələrindən insanların təsərrüfat fəaliyyətinin təsirindən ibarət olan kompleks proqnozlar praktik olaraq mövcud deyildirlər.

Coğrafi proqnozlaşdırmanın müvəqqəti aspektləri Q.V.Zvonkovanın elmi işlərində inkişaf etmişdir (1970, 1972). Proqnozun, baş verməsi müddətinin həyata keçdiyi zaman kəsiyi, proqnozun təsdiq olunması vaxtı, ümumi müvəqqəti şkala nəzərdən keçirilir Y.Q.Simonov. (1976, səh 171). Coğrafi proqnozlarda müvəqqəti kateqoriyaların nizama salınmasına olan zərurətə işarə etmişdir. Belə ki, «havanın uzunmüddətli proqnozu anlayışının və yaxud iqtisadiyyatın inkişafının uzunmüddətli proqnozunun mənaları konkret mənada uyğunlavşmaya bilər. O bir halda ayları, digər halda ili , üçüncü halda on illiyi əhatə edə bilər». Hər iki müəllif obyektdən kənarda qısa müddətli, orta müddətli və yaxud uzunmüddətli proqnozun təcililiyi haqqında danışmağın lazım olduğunu hesab edir; iqtisadiyyatda və texnikada həyata keçirilən orta müddətli proqnoz 7-10 illik dövrü əhatə edir. Bu dövr üçün təhlükəsində 2 gün mülddət ilə ölçülür. Proqnoz müddətləri landşaft komponentlərinin inkişafının davamlı dövründən asılı orlaraq müxtəlif ola bilər: bitki örtüyünün dəyişilməsi müddəti bir neçə onilliyi, relyefin dəyişilməsi müddəti isə çox böyük müddəti əhatə edir.

Beləliklə, TFH-nin proqnozlaşdırılması zamanı proqnozun məkan-zaman aspektləri obyektin xüsusiyyətləri ilə əlaqədardır. Ərazi vahidinin seçimi sonuncu göstərici ilə təyin olunur. Bunun üçün pronoz işlənib hazırlanır. Çox illik müşahidələr əsasında aşkar olunmuş bu və ya digər TFH-nin yayılması zonaları uzunmüddətli proqnozun məkan baxımından tərkib hissəsini təşkil edir; müvəqqəti tərkib hissə müəyyən zaman kəsiyi ərzində müşahidələrin təkrarlanması əsasında hesablanan hadisələrin mümkünlüyü ilə xarakterizə olunur. Bu cür proqnoz hidrometioroloji hadisələr üçün işlənib hazırlanır. Geoloji hadisələr, xüsusilə də zəlzələlər üçün yalnız proqnozun məkan baxımından tərkib hissəsinin mövcudluğu mümkündür. Bu cür xarakterli proqnozlar iqtisadi coğrafiya üçün həddən artıq vacibdir. Belə ki, onların əsasında zəlzələlərin tənzimlənməsi ola biləcəyi ərazilərdə onların nəzərə almaqla ərazi təşkili həyata keçirilir. Onlar ilə təsərrüfatın ərazi strukturu sıx əlaqədardır. Bu proqnozların nəzərə alınması ilə müxtəlif dərəcəli kapital ehtiyatına malik obyektlərin tikintisi həyata keçirilir. Yuxarıda sadalanan TFH-nin qısa müddətli proqnozu vacib olub, o çox təsərrüfatın idarəetməsinin operativ tapşırıqlarının həlli üçün daha da vacibdir.

Coğrafi obyektlərin proqnozlaşdırılmasının məkan-zaman aspektlərinin işlənib hazırlanması tədqiqatçılara illik prinsipdən istifadə etmənin məqsədəuyğunluğu haqqında qənaətə gəlməyə imkan vermişdir (Simonov, 1976; Zvonkova, 1983). Onun mahiyyəti müşahidələrin müvəqqəti sırasının kifayət qədər olmaması zamanı məkan müşahidələri ilə əvəzlənməsindən ibarətdir. Bu prinsipdən inkişaf prosesinin ümumi oxşarlığı zamanı müxtəlif səviyyələr və yaxud mərhələləri ifadə edən sistemlərin inkişafının proqnozlaşdırılması zamanı istifadə olunur.

Coğrafi proqnozlaşdlırma prosesində proqnoz verilmiş obyektinin xassələrinə müvafiq olan proqnozun seçim metodu daha da mürəkkəbdir. Müasir proqnoztikaya 100-dən çox proqnozvermə metodu məlum olsa da, onların hər birindən coğrafi proqnozların, xüsusilə də TFH proqnozlarının işlənib hazırlanması zamanı istifadə olunmur. Coğrafi proqnozlar xassələrinə görə axtarış məqsədi daşıyırlar. Onlar normativli proqnozların əksinə olaraq hər hansı bir şəkildə əvəlcədən verilmiş normalar, meyarlar kimi məhdudiyyətlərə malik olmurlar.

Müəlliflərin bir çoxu coğrafi proqnozlaşdırma metodlarına müraciət edərək ümumelmi metodlardan, ekstrapolyasiyalardan, mütəxəssis rəyindən, modelləşmədən istifadə etməyi tövsiyə edir (Zvonkova. 1970, Simonov 1976, Riyabçikov, Kurakova 1983). Ümumelmi metodlardan məhdud proqnozlar, ayrı-ayrı TFH-nin proqnozları üçün geniş şəkildə istifadə olunur (buraya riyazi statistikadan, mümkün ola bilən metodlardan istifadə aiddir).

Proqnozlaşdırmada mütəxəssis rəylərindən çox geniş şəkildə istifadə olunur. Onlardan biliklərin müasir inkişaf səviyyəsi zamanı nəzərə alınması çətinlik təşkil edən bir çox amillərin təsiri altında formalaşan hadisələrin proqnozlapşdırılması üçün də istifadə olunur (əasən isə dəyişkənlik istiqamətləri məlum olmayan hallarda ). Başqa sözlə desək, mütəxəssis rəylərindən qeyri-müəyyənlik şəraitində proqnozun işlənib hazırlanması üçün istifadə olunur. Məsələn: mütəxəssis rəyi metodu vasitəsilə ABŞ-nın milli müdafiə universiteti tərəfindən 2010-cu ildə iqlimin dəyişməsi proqnozu işlənib hazırlanmışdır.

Ekstropolyasiya metodları, qısa zaman kəsiyi ərzində baş verən hadisələrin proqnozu üçün tətbiq olunur. Bu zaman kəsiyi ərzində proqnozlaşdırılan hadisələrin inkişafını determinasiya edən amillərin dəyişkənliyinin istiqaməti kifayət qədər yaxşı məlumdur. Məsələn: bu metoddan artıq bir çox onilliklər ərzində su ehtiyatlarının proqnozlaşdırılması üçün istifadə olunur. Ekstrapolyasiya proqnozlarının tətbiqinin əsas mürəkkəbliyi kifayət qədər uzun müddət ərzində əsas müşahidələrin olmamasından ibarətdir. Mütəmadi meteoroloji, hidrpoloji və digər müşahidlələr aparan stasionar şəbəkələrinin kifayət qədər sıx olması ilə əlaqədardır. Təbii hadisələrin bəzi növlərinə görə müvəqqəti sıralar proqnoz üçün davamiyyət zərurətinə malik deyildirlər. Bu vəziyyət sayəsində ekstrapolyasiya proqnozu nisbətən qısa zaman kəsiyi ərzində işlənib hazırlana bilər.

Modelləşdirmə metodları son onillik ərzində geniş şəkildə inkişaf etmişdir. Bu riyazi tədqiqat metodlarının və hesablama texnikasının tətbiqi ilə bilavasitə əlaqədardır. Bu sahədə olan biliklərin, eləcə də EHM-in müasir inkişaf səviyyəsi nəzərə alınan çoxlu sayda amillərdən,variantlardan, iri həcmli ilkin informasiyadan ibarət proqnozların kifayət qədər mürəkkəb modellərini istismar etməyə icazə verir.

Mütəxəssislər xarakterinə və mürəkkəbliyinə görə, müxtəlif cür tətbiqolunma sahələrinə malik modellərin ciddi şəkildə bölürlər. Belə ki, məsələn; qanunvericilik şəklində fəaliyyət göstərən təbiət-zaman, mövsümi, gündəlik, çoxillik və yaxud mütəmadi əlaqələrə əsaslanan proqnozların modelləri nəzərə alınan amillərin nisbətən cüzi sayı ilə, məhdud müddətə – aya, mövsümə, ilə, bir neçə ilə proqnozlaşdırmanın etibarlılığı ilə xarakterizə olunur. Bu proqnozlardan əsas etibarı ilə kənd təsərrüfatında istifadə olunur. Bir çox amillərdən, xüsusilə də geoloji və geomorfoloji, müşahidə olunmayan meteoroloji amillərdən asılı olan təbiət proseslərinin proqnozlaşdırılması daha mürəkkəbdir. Dəyişkən və uzun müddətli proqnozlaşdırılmanın çoxluğu bu proqnozların qeyri-dəqiq edir.

Bu mərhələdə proqnozların riyazi modellərinin işlənib hazırlanmasının mürəkkəbliyi və onun kifayət qədər qeyri-dəqiqliyi mütəxəssislər proqnozun təqdiqatların- müqayisələrin, ümumiləşdirmələrin coğrafi metodlarının praktiki əhəmiyyətinin gücləndirilməsi haqqında nəticəyə gəlməyə səbəb olur (Zvonkova 1970).



Yekun nəticədə indiki dövrdə proqnozlaşdırmanın əvvəlki bölmədə haqqında söhbət gedən «fəlakətlərin planlaşdırılmasının» ayrılmaz və çox əhəmiyyətli hissəsi olduğunu qeyd etmək mümkündür. Bütün bunlardan əlavə, TFH- proqnozlarından istifadə və onların hər hansı bir şəkildə əvvəlcədən verilmiş normalar, meyarlar kimi məhdudiyyətlərə malik olmurlar.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə