Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə8/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Müəyyən ərazidə tarixən uzun müddət baş verən TFH-nin ayrı-ayrı növlərinin təkrarlanmasını təhlil edərkən onların intensivliyini və gücünü, aralarındakı əlaqəni, təbii landşaft komponentlərinin birinin pozulmasına səbəb olan zəncirvari reaksiyaların xarakterini anlamağa imkan yaranır. Məsələn, Böyük Qafqazın cənub yamacında quraqlıqdan sonra dolu və küləkli leysan yağışlarının baş verməsi və bunların nəticəsində yaranan sel və daşqın hadisələrini göstərmək olar.

Tarixi mənbələrin təhlili müxtəlif TFH-nin müəyyən ərazidə yayılması və təkrarlanmasının qanunauyğunluqlarının aşkar olunmasına imkan yaradır. Lakin mövcud məlumatların çoxu bu sahə ilə məşğul olmayan qeyri-mütəxəsislər tərəfindən tərtib olunduğundan burada bir sıra uyğunsuzluqlara rast gəlinir. Bütün bunlara baxmayaraq, təcrübəli və yüksək ixtisaslı tədqiqatçı- coğrafiyaşünas bu məlumatlardan istifadə etməklə ciddi nəticələr əldə edə bilər. Keçmişdə baş vermiş TFH-nin izlərini əks etdirən qədim xəritələr onların yenidən təzahür etdiyi arealların müəyyənləşdirilməsində rolu böyükdür. Veberin (1903) 1902-ci il Şamaxı zəlzələsi haqqında dərc olunmuş əsərini oxuyub, təhlil etdikdən sonra faktiki materiallara əsaslanmaqla bizim tərəfimizdən tərtib edilmiş xəritədə zəlzələyə məruz qalan əraziilərin yeni arealları müəyyən edilmişdir. Təbii fəlakət təhlükəsi altında olan yaşayış məntəqələri, onlardan hər birinin zəlzələyə məruz qalma dərəcəsi, torpağın pozulmuş sahələri və zəlzələnin izoseytləri Veber tərəfindən xəritəyə köçürülmüşdür. Bu cür xəritələr TFH-nin daima təkrarlandığı rayonları müəyyən etməyə imkan verir. TFH-nin tarixi xronologiyasının öyrənilməsi əhalinin gələcəkdə onların arzuolunmaz acı nəticələrindən mühafizəsi və xəbərdar olunması üçün də vacibdir. Bu xüsusilə qəflətən baş verən zəlzələ və vulkan püskürmələri kimi dağıdıcı hadisələrə aiddir. İnsanların bir qayda olaraq belə faciələr baş verdiyi yerlərdən qaçmaları və ya köçmələri məlumdur. Q Taziyev (1983) fəlakət yaradan zəlzələlərdən sonra insanların bu cür davranışını izah edən üç səbəbi göstərir. Birincisi, insanlar təcrübələrinə əsaslanaraq hər bir nəslin yaşadığı əsrdə təbii proseslərin törətdiyi faciə ilə qarşılaşacaqlarını və ya onun təkrarlanmasının mümkünlüyünü istisna edirlər; ikincisi insanların öz vətəninə, yurduna bağlılığı; üçüncüsü, yeni yaşayış məskəninin seçilməsi üçün, bir çox mürəkkəb məsələlərin həyata keçirilməsi tələb olunur. Belə ki, insanlar yeni yaşayış yerində əvvəlkindən də pis vəziyyətə düşə bilərlər. C.Letter (1969) vulkanların yayıldığı rayonlarda insanların davranışlarını müşahidə etməklə, onların yaddaşlarının intensiv vulkan püskürmələrindən təxminən10 il qısa olduğunu qeyd edir. Deməli, əksərən vulkanlar olan ərazilərdə torpaqların məhsuldarlığını nəzərə alaraq insanlar vulkan püskürməsindən sonrakı qısa müddət ərzində yeni formalaşmaqda olan təhlükəni unudaraq yenidən təhlükəli torpaqlara qayıtmasına təəcüb etmək lazım deyildir. 1903-cü ildə Veber yazırdı: «… insanlar güclü zəlzələlərdən sonra keçirdikləri təlaşı, həyəcanı, dağıntını unudaraq, həmin ərazilərdə eyni materialdan eyni tikililər inşa etməyə başlayırlar». Tarixi-coğrafi metod yeni faciənin baş vermə ehtimalını «unutmamağa» və bu istiqamətdə zəruri müdafiə tədbirləri həyata keçirməyə imkan verir. Bu çox vacib şərt olub, bu və ya digər ərazilərdə zəlzələdən dağılmış tikililərin yenidən həmin ərazidə bərpası ölkənin xalq təsərrüfatının maraqları ilə ifadə oluna bilər.


Tarixi mənbələrdə təcrübədən keçmiş təbii fəlakətlərə qarşı həyata keçirilən müdafiə tədbirlərinə dair tövsiyyələr də çox faydalı ola bilər. məs: İndoneziyanın Bali adasının qədim əl yazmalarında zəlzələyə davamlı binaların konstruksiyası ətraflı xarakterizə olunmuşdur. Müasir tikinti inşaat təcrübəsindən göstərilən tövsiyyələrə əməl olunmaqla 1979-cu ilin dekabr ayında adada baş verən güclü zəlzələ zamanı dağıntılardan xilas olmağa imkan vermişdir. Başqa bir misal Azərbaycanın İsmayıllı rayonunun Basqal və Lahıc kəndləri ərazisi tarix boyu zəlzələlərə qarşı əldə etdikləri tarixi vərdişləri tətbiq etməklə güclü zəlzələlərdən qoruna bilmişlər.

Tədqiqatın tarixi-coğrafi metodu TFH-nin müxtəlif növlərinin müəyyən ərazidə yayılması və onların ayrı-ayrı rayonlarda uzlaşması haqqında əyani təsəvvür yaradan əldə olunan məlumatların xəritəyə köçürülməsinə əsaslanmalıdır. Bu cür xəritələr ərazilərin TFH-nin növlərinin uzlaşmasına, onların təkrarlanmasına və gücünə görə rayonlara bölünməsi çox böyük elmi-praktik əhəmiyyət kəsb edə bilər. Belə tədqiqatlar istehsalın ərazi təşkilində, müxtəlif təsərrüfat və sosial obyektlərinin yerləşdirilməsi, ekoloji vəziyyəti nəzərə almaqla təsərrüfat fəaliyyətinin forma və metodlarının seçimi üçün lazım olan vacib informasiya mənbəyi ola bilər. Çox təəsüflər olsun ki, bu cür xərtitələr bizim ölkəmizdə demək olar ki, olmadığından belə xəritələrin tərtib olunması, metodikası hələdə tam işlənib hazırlanmamışdır. Tarixi yanaşmanın tətbiqi TFH-nın təzahürü zamanı əhalinin və təsərrüfatın məruz qaldığı təhlükə dərəcəsinin dəyişkənliyə uğramasını qiymətləndirməyə imkan verir. məs: Azərbaycanda son bir neçə onillik ərzində dolu düşən ərazilər dəyişilməmiş, eyni zamanda əhalinin bu rayonlarda sayının əhəmiyyətli dərəcədə artdığından, buna müvafiq olaraq ərazinin kənd təsərrüfatı baxımından mənimsənilməsi ehtimalı da artmışdır. Başqa misal. Mingəçevir, Şəmkir su ambarlarının inşa edilməsi nəticəsində Kür-Araz ovalığında daşqınların baş verdiyi zamanı kənd təsərrüfatı sahələrinin daşqınlara məruz qalması kəskin surətdə azalmışdır. Lakin, eyni zamanda əvvəlki kimi daşqına məruz qalan sahilyanı ərazilərdə əhalinin məskunlaşması və bu ərazilərin təsərrüfat baxımından mənimsənilməsi də əhəmiyyətli şəkildə artmışdır.

Belə vəziyyətdə təhlükə dərəcəsinin dəyişməsinin təhlil olunması üçün əhalinin və təsərrüfatların müxtəlif mövsümlərdə daşqınlara məruz qalma göstəricilərinin xəritələşdirmə metodikasından istifadə olunmalıdır.

Müəyyən tezlikli və gücə malik TFH-nin yayılması izoxəttlər ilə ştrixlənmiş areallar şəklində təqdim oluna bilər. Xəritədə əhalinin və müxtəlif təsərrüfat sahələrinin təsvir olunmasının çoxsaylı üsulları arasında bu məsələ üçün ən sadə üsul nöqtələr şəklində olan təsvirdir. Xəritədə nöqtələrin izoxəttlər ilə uzlaşması şəklində informasiyanın təqdim olunması, onun sonradan işlənib hazırlanması üçün daha rahat hesab olunur. Əhalinin yerləşdirilməsinə dair çoxlu materiallar olsada bu məsələdə əhalinin siyahıya alınması məlumatlarından istifadə edilməsi daha məqsədəuyğundur. TFH-nin müxtəlif dövrləri üçün tərtib olunmuş bu xəritələr əsaslandırılmış tədqiqatlar aparmaq üçün böyük elmi-təcrübi əhəmiyyətə malikdir. Azərbaycanda 1926-1999-cu illərin əhalinin siyahıya alınması göstəricilərinə əsasən bir sıra TFH-nin təzahürlərinin təhlükəlilik dərəcəsinin dəyişiklikliyə uğramasının təqdim olunmuş metod vasitəsilə tarixi-coğrafi təhlilinin həyata keçirilməsi onların təzahür etdikləri regionlarda yaşayan əhalinin artan sayını təsvir etmək olar.

TFH-nin tarixi-coğrafi metodlarla öyrənilməsi bir neçə dövrlərin zəngin faktiki materiallarına əsaslanmaqla, onların dağıdıcı gücünün zəiflədilməsi və qarşısının alınması üçün lazımı tövsiyələri hazırlamağa kömək edən mühüm vasitələrdən biridir. TFH-nin tarixi təzahürləri, təkrarlanması və dağıdıcı gücü nəzərə alınmaqla onlardan sel, sürüşmə, zəlzələ, daşqın, doluvurma və digərlərinin rayonlaşdırılması aparıla bilinər.
2.3. TFH-nin vurduqları ziyanın qiymətləndirilməsi üsulları.

TFH-nin vurduqları ziyanın faktiki və mümkün ola bilən dəyər baxımından müəyyən olunması çox zəruridir. Bütün bunlar müdafiə tədbirlərinin vacibliyini və seçilməsini, vurulan zərərin həcmini, müdafiə vasitələrinin və bu sahəyə kapital qoyuluşunun iqtisadi səmərəliliyini müəyyənləşdirməyə imkan verir. Dəymiş zərərin miqdarını landşaftın xarakterindən, TFH-nin növündən, ərazilərdən istifadə istiqamətləri kimi bir çox amillərdən asılıdır. Buna görə də, dəyən zərərlərlərini qiymətləndirmə metodikasında aşağıdakılar nəzərə alınmalıdır:

1. Landşaftın xarakteri(yüksəkdağlıq, çay vadisi və s.)

2. TFH-nin növü və onun təzahür etmə intensivliyi.

3. Ərazilərin təsərrüfat baxımından mənimsənilməsi səviyyəsi.

4. TFH-nin təsirinə məruz qalan obyektlərin tipi (yaşayış məntəqələri, sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər obyektlər).

TFH vurduğu iqtisadi ziyanın hesablanması yuxarıda qeyd olunan amillərin uzlaşmasından asılı olaraq, dağıntıların xarakterini nəzərə alan statistik məlumatların təhlil olunması, eləcə də konkret elmi və praktiki tapşırıqlar ilə əlaqədar qiymətləndirmə prosesləri üçün işlənib hazırlanan, xüsusi metodik üsulların köməyi əsasında həyata keçirilə bilər. TFH-nin nəticələrinin bu və ya digər dəqiqliklə qiymçətləndirilməsi qədim dövrlərdən indiyə kimi həyata keçirilsə də, onlar əsasən faciələrə, daha dağıdıcı təbii fəlakətlərə həsr olunmuşdur. Tarixi mənbələrdə, kitablarda daşqınlar, zəlzələlər, sellər zamanı həlak olan insanların sayı, kəndlər, dağılmış tikililər haqqında qeydlərə rast gəlinir. İqtisadiyyatın inkişaf etməsi ilə əlaqədar olaraq nəzərə alınan itkilərin siyahısı genişlənir, vurulan ziyanın qiymətləndirilməsi üsulları təkminləşir. Hal-hazırda inkişaf etmiş ölkələrdə bu və ya digər sahələrdə tikililərin dağılması, əkin sahələrinin və mal-qaranın məhv olması, məhsul itkisi nəticəsində dəymiş ziyan, müdafiə və xəbərdarlıq işlərinə qoyulmuş vəsaitin iqtisadi effektliyini müəyyən etmək üçün qiymətləndirmə metodlarından istifadə edilir. TFH-nin sosial-iqtisadi nəticələrinin dəyərini çox vaxt pul vahidlərilə ifadə edirlər. Bəzən insan həyatının dəyəri də müəyyən olunur (Bax: Urban Geoloji-Master plan for Galiforniya, 1973). Burada bir insan həyatının dəyəri 360 min ABŞ dolları ilə qiymətləndirilir. Belə yanaşma TFH-ən dəymiş zərərin ümumi miqyasının qiymətləndirilməsi üçün həyata keçirilsə də, bizim fikrimizcə, insan həyatını digər itkilər ilə eyniləşdirmək olmaz. Müxtəlif ölkələrdə TFH-dən dəyən ziyanın iqtisadi baxımdan qiymətləndirilməsinə müxtəlif cür yanaşma üsulları mövcuddur. Məsələn: ABŞ və Kanada TFH-ən dəymiş zərərin nəticələrinin təyin olunması zamanı 4 əsas zərər qrupu ayırırlar: əhali arasında ölənlər, eləcə də fiziki və psixi zədə alanlar; əmlakın tələf olması və ekoloji fəaliyyətin pozulması; ekoloji zərərlər, dolayı itkilər.

Dünyanın əksər ölkələrində baş verən böyük dağıdıcı gücə malik zəlzələ, tornado, vulkan püskürmələri, daşqınlar və digər hadisələrin vurduqları zərərlərin uçotu xüsusilə dəqiq və ətraflı aparılır. Bu zaman əsasən insan təlafatı, tikililərin dağılması, əkinlərin məhvi, yolların dağılması, yararsız hala düşməsi, sənaye sahələrində baş verən fasiləliklər və itkilər nəzərə alınır. Adətən əksər hallarda əhaliyə və təsərrüfat sahələrinə TFH-nin vurduqları birbaşa zərərlər nəzərə alınsa da, bu baxımdan dolayı itkilərin nəzərə alınması istisna təşkil edir. Dolayı itkilərə əhalinin mənəvi zərərləri, iqtisadiyyatın fəaliyyətinin pozulması, yaşayış üçün yararlı mühitin ümumi vəziyyətinin pozulması və s. məsələlər daxildir. Bəzi ölkələrdə tez-tez təkrarlanan TFH-nin uçotu sistematik şəkildə aparılmayır. Bu hal daşqınların geniş yayıldığı ölkələrdə istisna təşkil edir. Məsələn: Konadada daşqınların nəticələrinin sistematik uçotu ancaq Kvebek vilayətində aparılır. (E.Çekson, T.Mukerci, 1978; X.Visvayder, Y.Berton, 1981). İngiltərədə daşqınlar tez-tez təkrarlandığından onların vurduqları zərərlərin müfəssəl uçotu aparılır. Burada TFH-nin nəticələrinin psixoloji aspektləri də tədqiq olunur. Buraya əhalinin TFH-nə münasibəti-onların təhlükəni qiymətləndirməsi, şəxsi əmlakını müdafiə etmək zərurəti, təhlükəli zonada yaşamağa alışmaq dərəcəsi və s. daxildir. Bu tədqiqatlar ilk növbədə təhlükəli ərazilərin müdafiə olunması tədbirlərinin işlənib hazırlanması və onların iqtisadi nöqteyi-nəzərdən qiymətləndirilməsi haqqında qərarların qəbul olunması üçün zəruridir.

Dağıdıcı qüvvəyə malik TFH-nin çoxluğu zamanı onlara məruz qalan ərazilərdən intensiv şəkildə istifadə olunması ilə xarakterizə olunan Yaponiyanın iqtisadi inkişaf şəraitində fövqəladə hadisələrin nəticələrinin müfəssəl uçotunun aparılması əvvəlcədən müəyyən edilir. TFH-nin nəticələrinin sistematik və çox mükəmməl üçotu aparılır. Zədələnmiş binaların, eləcə də batmış gəmilərin, həlak olmuş və ya itkin düşmüş sakinlərinin sayı polis tərəfindən siyahıya alınır. Dövlət tərəfindən fərdi və dövlət sektoruna-ictimai əmlaka və kənd təsərrüfatı istehsalına vurulan ziyanın ayrı-ayrılıqda qiymətləndirilməsi aparılır. Tayfun, intensiv leysan, güclü külək və zəlzələlər hər il minlərlə insan tələfatına və böyük dağıntılara səbəb olur. Ərazi baxımdanq çox da böyük olmayan bir çox ölkədə əhali göstərilənlərdən başqa qar uçqunları, qasırğa, doluvurma, sürüşmə və vulkan püskürmələrindən də ciddi zərər çəkirlər. Son 100 il ərzində müxtəlif TFH-nin vurduqları ziyanın qiymətləndirilməsi və əhalinin buna münasibəti xeyli dəyişmişdir: əgər ötən əsirdə yay mövsümünün soyuq keçməsi, quraqlıq və yanğınlar böyük təhlükə törədirdisə, hazırda bunlar həç də əvvəllər olduğu kimi qorxulu hesab olunmurlar. Bu gün sahilyanı ərazilərin intensiv istifadə olunması nəticəsində sel və daşqınlar, urbanizasiyalaşmış rayonlarda (əvvəllər normal hadisə kimi qəbul olunan) qarın topalanması da təhlükəli hadisə hesab olunur.

Çox təəssüflər olsun ki, Azərbaycanda TFH-dən dəyən ziyanın sistematik uçotu aparılmır; onların qeydiyyatı və statistik uçotu təmamilə təkmilləşməmiş, dəyən ziyanın qiymətləndirilməsi metodikası isə kifayət qədər işlənib hazırlanmamışdır. Bütün bunlar TFH ilə əlaqədar problemlərin tədqiqinı xeyli mürəkkəbləşdirir. Söylənənlər TFH zamanı və ya bu problemlə əlaqədar olaraq öz işlərini müasir tələblərə cavab verən səviyyədə qura bilməyən dövlət və özəl sığorta təşkilatlarına da aiddir. Bu baxımdan TFH zamanı respublikada fəaliyyət göstərən bütün sığorta təşkilatlarının bu işə cəlb edilməsi və hər bir fəlakətin dəqiq uçotunun aparılması dövlətin strateji maraqları sırasında olmalıdır.

Azərbaycanın dağətəyi rayonlarında doluvurma kənd təsərrüfatı sahələrinə böyük ziyan yetirir. Əkin sahələrinin, bağ və üzümlüklərin doludan müdafiə olunması və onun effektivliyinin müəyyən edilməsi üçün dolunun vurduğu ziyanın məbləğini müəyyən etmək zəruridir. Bunun üçün daha səmərəli üsul təbii fəlakət nəticəsində yığılmayan faktiki məhsulun təyin edilməsi aşağıdakı düsturla təyin edilir (Y.X.Naurzakov 1975).

Burada A-doludan zərər çəkmiş kənd təsərrüfatı məhsulunun təmamilə yığılmamasının orta faizi; YhiYni - müvafiq şəkildə dolu ilə zədələnmiş və zədələnməmiş məhsuldarlıq, o cümlədən i - əkin növüdür.

Daşqın hadisəsi nəticəsində kənd təsərrüfatı əkinlərinin orta illik məhsuldarlığının itgisini hesablamaq üçün isə bizim tərəfimizdən aşağıdakı düstur təklif olunur:

Burada Y-ortaillik ziyan: D-istehsaldan əldə edilən xalis gəlir: C-su altında qalan torpaqlarda i-məhsulun istehsalından alınan və ümumi məhsulun dəyəri ilə onun istehsalında yol verilən itkilər arasında fərq kimi müəyyən olunan xalis gəlirdir. T-daşqınların təkrarlanmasında il hesabı ilə ifadə olunan ziyandır. Bu düstur əsasında ortaillik ziyanı müəyyənləşdirməklə, su basmış torpaqların müdafiə olunması tədbirlərinə sərmayə qoyuluşunun ödənilməsi müddətini təyin etmək olar.

Əgər ərazi daşqın sularının altında qalıb yararsız hala düşmüşdürsə, burada təkcə əkinçilik üçün deyil, həmçinin istehsal, mədəni-məişət, kommunal-tikinti və digər sahələrə dəyən zərərlər müəyyənləşdirilməli və göstərilən müəssisələrin bərpası üçün əlavə vəsait ayrılmalıdır. Bu cür yanaşma üsulu sellərin baş verməsi nəticəsində dəyən ziyanın qiymətləndirilməsinə qarşı da tətbiq oluna bilər. Lakin burada xüsusi əhəmiyyətli bir fərq mövcuddur; dağıdıcı sellər qarşılarına çıxan hər bir şeyi məhv etmək gücünə malikdirlər. Buna görə də zərərin hesablanması zamanı kənd təsərrüfat məhsullarının itkiləri ilə yanaşı, kənd təsərrüfatı müəssisələrinin əsas fondlarının dəyərini də nəzərə almaq lazımdır. Əgər sel bu ərazidə inşa edilən tikililəri qismən dağıdarsa, o zaman zərərlə yanaşı, bərpa işlərinə çəkilən xərclərin dəyəri də nəzərə alınmalıdır. Sel hadisəsi nəticəsində kənd təsərrüfatı torpaqları əsas istehsal vasitəsi kimi öz məhsuldarlığını itirir və yararsız hala düşür. Torpaq örtüyü qiymətsiz istehsal vasitəsi olub, onun da bərpa olunması nəzərə alınmalıdır.

S.V.Medvedev (1962) zəlzələnin bal gücünü nəzərə alıb, ondan gözlənilən itkilərin təxmini hesablanması metodunu təklif etmişdir. Zəlzələlər zamanı müxtəlif sənaye sahələri ondan eyni dərəcə də zərər çəkmirlər, bu məqsədlə o, i-sənaye sahəsinin binasına bir ballıq zəlzələdən dəyən zərər ölçüsünü təyin edən Kli əmsalını daxil etmişdir. Bu əmsala gözlənilən ziyan əmsalı kimi baxıla bilər.

M.T.Boleqenova (1971) bu əmsaldan müxtəlif ballı zəlzələlərin baş verdikləri zonalarda onun sənayeyə vurduğu ortaillik ziyanın hesablanması üçün Alma-Ata sənaye qovşağını tədqiq edən zaman istifadə etmişdir (V1 bal və daha çox; az ballı zəif zəlzələlər zamanı itki olmur və itkilər cüzi olduqda onlar hesablanmır).

Gücü bir bal olan zəlzələnin sənayenin i – sahəsinə vurduğu ziyan bu sahənin bina və qurğuların dəyərinin (Iıi) eyni ballı zəlzələlərin baş verməsi zamanı gözlənilən itkilər əmsalına (Kıi) hasili ilə ifadə olunur.

Orta illik itkilər isə eyni ballı zəlzələlərin orta təkrarlanma (Tı) müddətinə bölgüsü ilə ifadə olunur.

Lakin, bir bal gücündə zəlzələlərin mövcud olduğu ərazilərdə müvafiq qaydada ziyan vura bilən daha zəif zəlzəzələr də baş verir. (məsələn, 8 ballıq zəlzələ zonalarında gücü 6-7 bal olan zəlzələlərdə baş verir). Buna görə də bir ballıq zəlzələ zonasında zəlzələlər nəticəsində dəyən ortaillik ziyan ikiqat məbləğ ilə ifadə olunur. Bu məbləğlərdən hər biri kəsr kimi təqdim olunaraq, onun surəti bir ballıq zəlzələnin baş verməsi zamanı bu sahədə gözlənilən itkilərin əmsalına vurulan hər bir sənaye sahəsi binalarının və tikililərinin dəyərinin vurma hasilinin məbləği kimi, məxrəci isə - bu zonada eyni ballı zəlzələnin təkrarlanmasının orta müddəti kimi təyin olunur (Bolegenova, 1971);



Burada Ad-orta bir ballıq zəlzələ zonasında bütün sənaye sahələrinə zəlzələ nəticəsində dəyən ortaillik ziyan; P-i sənayenin i-sahəsinin bina və qurğuların dəyəri;

KIi-1 bal gücündə zəlzələnin baş verməsi zamanı sənayenin i-sahəsində itkilər əmsalı (bu sahədə inşa olunan bina və tikililərin ümumi dəyərindən alınan pay kimi ifadə olunur); TI-isə orta ballı zonalarda zəlzələlərin maksimal surətdə təkrarlanmasının orta dövrüdür.

Sonuncu toplanan 6 ballıq zəlzələlər üçün hesablanır (yuxarıda qeyd olunduğu kimi daha zəif zəlzələlər isə nəzərə alınmır).

8 ballıq seysmik zona üçün hesablama nümunəsi:

9 ballıq seysmik zonalarda toplananların sayı 1 ədəd çox, 7 ballıq seysmik zonalarda isə 1 ədəd az olacaqdır.

Buna oxşar üsul digər TFH nəticəsində dəyən ortaillik ziyanın müəyyən olunması, eləcə də, onların müəyyən ərazilərdə xalq təsərrüfatının bütün sahələrinə uzlaşması məqsədilə təklif oluna bilər. Burada TFH müəyyən qüvvəyə malik j - növünün nəticəsində i - sənaye sahəsində meydana çıxan itkilərin payı kimi təyin olunan gözlənilən itkilər əmsalı (Kij) kimi ziyan əmsalının daxil edilməsində mümkündür.

Müəyyən i - gücündə hər hansı bir sənaye sahəsində TFH- hər hansı bir növünün təzahürü nəticəsində meydana çıxan orta illik itkilərin təyin edilməsi üçün təklif olunan düstur aşağıdakı kimi ola bilər.



Burada: Yij - TFH-nin müəyyən qüvvəyə malik j - növünün təzahürü nəticəsində sənayenin i - sahəsinə dəymiş ziyan;

Ci - TFH-nin müəyyən qüvvəyə malik y - növünün təsirinə məruz qalmış zonada i - sahəsində əsas fondların, binaların, tikililərin və b. dəyəri: Kij - TFH-nin müəyyən qüvvəyə malik j - növünün təzahür etdiyi zonada i - sahəsində gözlənilən itkilər əmsalı:

Bj - müvəqqəti göstərici, TFH-nin təkrarlandığı zonada onun müəyyən qüvvəyə malik j - növünün təzahür etdiyi orta illik göstərici. Ümumiyyətlə, cəmi müəssisələr üçün TFH-dən gözlənilən orta illik ziyan onların bütün növlərindən sənayenin bütün sahələrinə dəyən ziyanın ümumi məbləği kimi ifadə olunur:



Belə güman olunur ki, təklif olunan metodika TFH amilindən asılı olaraq ərazinin iqtisadi qiymətləndirilməsi və müxtəlif növlü müdafiə vasitələrinin iqtisadi effektivliyinin əsaslandırılması üçün əsas vasitə kimi çıxış edə bilər. Bu cür qiymət iqtisadi nöqteyi nəzərdən nəyin sərfəli olduğunu – yəni hər hansı bir qurğu və mexanizmin müdafiəsinə vəsaitin sərf olunub-olunmamasını və dağıntılar nəticəsində meydana çıxan itkilərin qarşısının alınıb-alınmayacağı kimi məsələləri həll etməyə kömək edir. Yuxarıda sadalanan halda zəlzələ nəticəsində dəyən zərərin qiymətləndirilməsində zəif təkanlar, onlardan xəbərdarlıq edilməsinə və azacıq dağılmış tikintilərin bərpasına sərf olunmuş cüzi xərclər nəzərə alınmır (Zavruyev, 1967).

Antiseysmik tədbirlər, faciəli nəticələrin qarşısını almaq və insan həyatının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Ona görə də belə tədbirlər adətən VII bal və ondan yüksək seymsik təhlükəli zonalarda tətbiq olunur (müvafiq şəkildə tikintini bahalaşdırır). Başqa TFH-nin qiymətləndirilməsi zamanı, F.Eni və B.Noilz (1978) Kanadada və ABŞ-da baş vermiş qar uçqunlarının timsalında nəzərdən keçirirlər. Onlar göstərirlər ki, qar uçqunlarının tez-tez baş verdiyi və zərərlərin böyük olduğu Kanadada və ABŞ-ın şimal ştatlarında onu təmizləmə tədbirlərinə sərf olunan xərclər artır. Bu zaman qartəmizləmə işlərinə, onun daşınmasına və yolların buz bağlaması ilə mübarizəyə sərf olunan xərclərdə sakinlərin şəxsi məsrəfləri qeydə alınır. ABŞ-ın cənub ştatlarında qar uçqunlarından ziyan çəkməyi, qartəmizləyən texnika, qurğu və mexanizmlərin saxlanmasından daha sərfəli hesab edilir.

TFH nəticəsində dəyən ziyanın təsvir olunmuş qiymətləndirmə metodlarından müxtəlif elmi, tətbiqi, o cümlədən də sosial-iqtisadi coğrafi tapşırıqların həlli üçün istifadə oluna bilər. TFH nəticəsində gözlənilən ortaillik itkilərin hesablanması metodu daha universal hesab olunur. Lakin, bu hesablamalar ilkin informasiyanın dəqiqliyini tələb edərək, gələcəkdə yalnız məhdud ərazilərə tətbiq oluna bilər. Belə qiymətləndirmənin iqtisadi və sosial coğrafi baxımdan geniş ərazilərə tətbiqi mümkün sayılmır. Ona görə böyük ərazilərə TFH nəticəsində dəyən ziyanı iri həcmli göstəricilər vasitəsilə təyin etmək üçün digər yanaşma üsulları zəruridir. Bunun üçün təklif olunan metodun mahiyyəti TFH-nin meydana çıxması ilə əlaqədar yararsız hala düşmüş ərazinin dəyərini müəyyənləşdirməkdən ibarətdir. Dəyər göstəricilərində müəyyənləşdirilən ərazilərin mənimsənmə səviyyəsi yüksək olduqca, burada müəyyən gücə və təkrarlanmaya malik olan təbii fəlakətin də böyük həcmdə ziyan vurmasına şərait yaranır.

Oxşar sahələrə TFH nəticəsində dəyən ziyanın müəyyənləhdirilməsi üçün ilkin məlumatlar kimi ayrı-ayrı ərazilərdə çoxillik müşahidələr nəticəsində əldə olunmuş göstəricilərdən istfadə oluna bilər. Məsələn, doluvurmaya məruz qalan ərazinin müəyyən hissəsinin qiymətləndirilməsi şərti olaraq eyni səviyyəli bütün ərazilərə tətbiq oluna bilər. Bütün bunlar ərazinin mənimsənilmə səviyyəsindən asılı olaraq TFH-dən dəyə bilən ziyanın ölçülərini potensial şəkildə təyin etməyə, əsas mənbələrdən alınan məlumatlardan iri taksonomik vahidlər üçün istifadə etməyə, başqa sözlə problemin iqtisadi və sosial coğrafi baxımdan müvafiq makrosəviyyədə tədqiq edilməsinə imkan verər. Lakin biz burada ərazinin dəyərinin qiymətləndirilməsinin mürəkkəbliyi ilə qarşılaşırıq. Bir qayda olaraq, torpaqların iqtisadi qiymətləndiirmə göstəricilərindən ərazinin ayrı-ayrı sahələri üçün istifadə olunur. Buna görə də, statistik məlumatların doğruluğuna əminliyin az olduğunu nəzərə alıb, ərazinin dəyərini və əhalinin sıxlığını şərti olaraq keyfiyyət göstəricisi kimi qəbul etmək olar. Bu cür təkliflər əhalinin sıxlığı və ərazilərin mənimsənilməsi prosesləri ilə bu ərazilərdən istifadə etmək xarakteri arasında mövcud olan qarşılıqlı əlaqə haqqında nəzəri mülahizələrdən irəli gəlir (Kovalyev, Kovalskaya, 1980, Pokşişevski, 1971; 1978). S.A.Kovalyov ilə N.Y.Kovalskayanın qeydl etdiyi kimi bu asılılıq bilvasitə, ictimai münasibətlər ilə məhsuldar qüvvələrinin inkişaf səviyyəsi arasında vasitə kimi çıxış edə bilər. Lakin bir ictimai quruluş şəraitində, xüsusilə də əhalinin müəyyən ərazilərdə eyni şəkildə məskunlaşma tipi xarakterik olduğu ərazi vahidi çərçivəsində bizə problemə yaxşılaşmağa maraqlandıran göstərici kimi əhalinin sıxlığını götürmək olar. Kənd əhalisinin sıxlığı torpağın məhsuldarlığı və kənd təsərrüfatının əmək tutumu ilə sıx əlaqədardır. Torpağın məhsuldarlığının və kənd təsərrüfatının əmək tutumunun yüksək olması həm burada məskunlaşan əhalinin sıxlığının və torpağın dəyərinin yüksək olmasına şərait yaradır (daha az məhsuldar torpaqlar və az əmək tutumu ərazilər ilə müqayisədə).

İ.V.Kansebovskayanın və T.Q.Runovun qeyd etdiyi kimi (1974) «əhali uşaq, məktəbli, təqaüdçü-bütün yaş qrunları ilə birlikdə ərazinin mənimsəniləmsi dərəcəsi haqqında şahidlik edir». İnsanın ayağı dəyməyən və onlar tərəfindən istifadə olunmayan ərazilərin dəyəri şərti olaraq sıfra bərabər götürülür. Bu və ya digər sahələrin təsərrüfat nöqteyi-nəzərindən mənimsənilməyə cəlb edilməsilə əlaqədar olaraq, bu ərazilərdə tədricən maddi dəyərlər toplanır və əhalinin sıxlığı da artır. Daha az əməktutumlu sahələrin yerləşdiyi kənd təsərrüfatı ərazilərində müvafiq olaraq, az sayda əhali məskunlaşaraq, daha az dəyərlər yaradırlar. Kənd təsərrüfatı obyektlərinin əməktutumu artdıqda və buna müvafiq olaraq əhalinin sıxlığı çoxaldıqda, ərazinin dəyəri də artır. Bu baxımdan şəhər torpaqlarının dəyəri kənd təsərrüfatı torpaqlarının dəyərindən çox olur. Yaşayış yerlərinin qiymətinin artmasına müvafiq olaraq tikililərin-şəhərlərin, mühəndis avadanlıqlarının və buna müvafiq olaraq ərazi vahidinin dəyəri də artır. Buna uyğun olaraq kiçik şəhərlərə nisbətən iri şəhərlərin əhalisinin sıxlığı da çoxalır. Əhalinin sıxlığı vasitəsilə torpaqların dəyərinin qiymətləndirilməsi kimi təklif olunmuş metodikanın həqiqiliyi Azərbaycanın ərazisində torpaqların dəyəri ilə əhalinin sıxlığı arasında müəyyən qanunauyğunluğun mövcud olmasını təsdiq edir. Şəhər torpaqlarının dəyər göstəriciləri N.E.Paşenko və A.A.Seqedinovanın, (1973), şəhər əhalisinin sıxlığı isə A.O.Kudryavsevin (1971) mülahizələri əsasında qəbul olunmuşdur. Kənd əhalisinin sıxlığı isə aşağıdakı kimi hesablanır; burada kənd əhalisi və kiçik şəhərlərdə yaşayan əhalinin sayının yarısı nəzərə alınır (Azərbaycanda mövcud olan kiçik şəhərlərin əhalisinin bir hissəsi ənənəvi şəkildə kənd təsərrüfatı ilə məşğul olduğundan). Əkinə yararlı torpaqlar (çoxillik əkmələr daxil olmaqla) hesab edilən, lakin insanların zəif məskunlaşdığı yüksək dağlıq və yarımsəhra zonaları nəzərə alınmır. Hesablamalar zamanı Azərbaycan SSRİ-nin atlasında (1963) əksini tapan iqtisadi rayonlar üzrə torpaq sahələrinin quruluşu haqqında məlumatlardan və xəritələrdən istifadə oluna bilər. Kənd təsərrüfatı torpaqlarının dəyəri, iqtisadi rayonların bölgüsü üzrə iqtisadi qiymətləndirmədə müvafiq məlumatlarla təsdiq olunur.

Təhlil bir neçə mərhələdə həyata keçirilir.

I. Kənd əhalisinin sıxlığı ilə kənd təsərrüfatı torpaqlarının dəyəri arasında dərəcəli asılılılğın əmsalı təyin olunmuşdur. Kendel dərəcələrinin asılılığ əmsalı 0,6% təşkil edir. Bu nəzərdən keçirilən ölçülər arasındakı əlaqənin varlığı fərziyələri təsdiq edir.

II. Torpaqların dəyəri ilə əhalinin ( şəhər və kənd ) sıxlığı arasında mövcud olan Spirmenin qoşa asılılıq əmsçalı 0,992 % təşkil edir. Bu nəzərdən keçirilən ölçülər mövcud olan sıx əlaqənin varlığı haqqında şəhadətlik edir. Belə hallarda determinası əmsalı 0,98% təşkil edir. Bu fuunksiya variasiyalarının-ərazilərin dəyərinin 98%-nin arqument – əhalinin sıxlığı ilə təyin olunmamsı deməkdir. Reqressiv bərabərləşmə həyata keçirilərək təhlil əsasında mümükün olur.



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə