Clevlrənl; ajrif taglyev bakı Mütərcim 2008



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix05.05.2017
ölçüsü179,67 Kb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

(birinci əksliyə -  T.A.) calanır.
Beşinci fəsil
Birinci  əksliyin  əksliyi  yalnız  bir  olduğu  üçün  sual  doğur:  tək 
və  çox,  eləcə d ə  böyük  və kiçik bir-birinə necə  əksdir? Axı  «mi,  mı- 
yoxsa»  sual  şəkilçilərini  biz  həmişə  qarşı-qarşıya  qoyduqda 
işlədirik  ,  m əsələn  «bu  ağdırm ı  yoxsa  qara»  və  «bu  ağdıım ı  yoxsa 
ağ  deyil;  a n c a q   soruşm uruq  ki,  bu  insandır  yoxsa  ağ,  yalnız 
müəyyən  b ir  ehtim alla  soruşuruq,  məsələn,  K leonm u  gəldi  yoxsa 
Sokrat».  Bu  h a ld a   heç  bir  qism  şeylərdə  [qarşılıqlı  istisna]  vacib 
deyil.  A ncaq  burada  da  suallann  qoyuluşu  üsulu  oradan 
götürülm üşdür.  Çünki  yalm z  biri  digərinə  əks  olan  [eyni  bir  şeyə] 
eyni  bir  z a m a n d a   məxsus  ola  bilməz;  bundan  burada  d a  kimin 
gəldiyi  so ru şu ld uq da  istifadə  edilir:  əgər  onltır  (Kleon  və  Sokrat  -  
T.A .)  birlikdə  gəlmiş  olsaydılar,  o n d a  sual gülməli  olardı;  ancaq  bu 
d a  yenə  q arşılaşdırm a  -   «tək  yoxsa  çox»,  rnəsələn,  onların  hər 
ikisimi  gəldi  yoxsa  biri  sualı  altına  düşür.  Belsliklə,  əgər  «mi,  mı  ...
-  yoxsa»  sualı  hər  zam an  birinin  digərinə  əks  olm asına  aiddirsə, 
digər  tərəfdən  isə  əgər  biz  soruşuruqsa  « b ı  böyükdürm ü  yoxsa 
kiçik,  yoxsa  bərabərdir»,  o nda  bərabər  böyük  və  kiçiyə  hansı 
anlam d a  əks  ola  bilər?  Axı  bərabər  onlardan  birinə  yaxud  heç 
birinə əks deyil;  doğrudan d a nə üçün  bərabəri  kiçikdən çox böyüyə 
əks hesab etm əyək? O ndan  başqa d a  bərabər qeyri-bənıbərə əksdir, 
belə alınacaq ki,  bərabər təkdən d ah a artıq çoxa əksdir.  Əgər qeyri- 
bərabər  də  böyük  və  kiçiyin  birlikdə  göstərdiyini  bildirirsə,  onda 
b ərab ər  o n ların   ikisinə  də  əksdir  (və  bu  şübhə  qeyri-bərabəri  iki 
qəbul  edənlər  üçün  əlverişlidir)1;  an caq   bu  halda  belə  alınır  ki,  bir 
nəsə  iki  şeyə  əksdir,  bu  isə  m üm kün  deyil.  O ndan  başqa,  bərabər 
böyük  və  kiçik  arasında  qalm ış,  araçı  kimi  gcrünür,  am m a  heç  bir
212
əks  olan  araçı  deyildir  və  o la  d a   bilməz,  bu  nəticə  o n u n   tərifm dən 
çıxır:  axı  aralıq  olan  b itk in   əkslik  deyil,  əksinə,  b itk in   əkslikdə 
daim  aralıq elem ent olur.
O d u r ki,  bizə  bərabərin  [böyüyə  və kiçiyə] ya in k a r kimi,  ya da 
m əhrum luq  kimi  əks  o ld u ğ u n u   qəb u l  etmək  qalır.  A m m a   o,  yalnız 
on lard an   birinin  inkarı  y a x u d   m əhrum luğu  ola  bilm əz;  doğrudaıı 
da  nə  üçün  o  kiçikdən  çox  böyüyə  əks  qoyulm alıdır?  Beləliklə, 
bərabər  məhrumluc[  a n la m ın d a   onların  hər  ikisinin  (böyük  və 
kiçiyin  -   T.A .)  inkarıdır,  o n a   görə  də  «mi,  mı  ...  -  yoxsa»  sualı 
o n lard an   birinə  yox,  h ə r  ik isinə  a id d ir  (məsələn,  «bu  böyükdürm ü 
yoxsa b ərabərd ir»  yaxud  « b u b ərab ərdirm i yoxsa kiçikdir») burada 
sual  isə  h ə r  ikisinə  aiddir.  A n c a q   b u   zəruri  m əh ru m lu q   deyildir. 
Axı  böyük  və  ya  kiçik  o lm a y a n   şeylərin  heç  də  ham ısı  bərabər 
deyildir,  b ə ra b ə r yalmz təb iətcə böyük yaxud kiçik o lan d ır.
Beləliklə,  bərabər -   nə  bö y ü k ,  nə  də  kiçik  o lan d ır,  bərabər  tə- 
biətcə  böyük  yaxud  kiçik  o la n d ır;  o  d a  onların  hər  ikisinə  (böyüyə 
və  kiçiyə  -   T.A.)  m əhrum   etm ə   anlam ında  in k ar  kim i  əksdir;  ona 
görə  də  b ərab ər  böyük  və  k içik   arasın d a  o rta  həddir.  Eləcə  də  nə 
yaxşı,  nə  pis  olan  o n ların   h ə r  ikisinə  əksdir,  an caq   adı  yoxdur, 
çünki  o n larm   hər  ikisi  h a q q ın d a   d a  fərqli  an la m la rd a   danışılır  və 
onların   daşıyıcısı  da  tək  deyil;  [təkdən  böyük]  isə  o d u r  ki,  nə ağ  nə 
də  q a ra d ır.  A ncaq  bu  h a ld a   d a   tək  haqqında  danışılm ır,  ancaq 
m üəyyən  sayda  bu  və  ya  d ig ər  b o y a la r  (rənglər)  v a rd ır  ki,  onlann 
h a q q ın d a  m əhrum  olm a a n la m ın d a  inkar xəbər verir:  o n la r ya boz, 
ya  sarı  ya  da  bu  q əb ildən  o lan   başqa  b o y alar  olm alıdırlar. 
Beləliklə,  b un un   hər şey  h a q q ın d a   deyilməsinin  m üm kün  olduğunu 
hesab  edənlərin  hücum ları  düzgün  deyil,  beləki,  o n lar  hesab  edirlər 
ki,  səndəl  və  əl  arasın d a  b ir  a ra lıq   element  olduğu  kim i,  yaxud 
yaxşı  və  pis  arasında  o n la rd a n   heç  biri  olm ayan  aralıq   element  ol- 
du ğ u  kim i  guya  hər  şey  üçün  b ir  aralıq  element  olm alıdır.  Am m a 
bu  heç  d ə  zərurətdən  irəli  gəlm ir.  Bir-birinə  əks  olan  şeylərin  bir- 
birini  in k a r  etməsi  o  z am an   m üm kündür  ki,  o n la n n   arasında  bir 
aralıq   və  b ir  təbii  məsafə  o lsu n.  A m m a  [səndəl  və  əl  kimi]  şeylərin 
a ra sın d a   [dəqiq  anlam da]2  fərq lər  yoxdur:  axı  o n la rd a   birlikdə 
in k ar  o lu n a n   eyni  bir cinsə  m əxsus  deyil,  çünki  b u ra d a   substrat bir 
deyildir.
213

Altmcı fəsil
Tək  və  çoxa  aid  sualı  da  bu   cür  qoym aq  olar.  Axı  əgər  çox 
bütün  m ünasibətlərdə  təkə  əksdirsə,  onda  b u radan   uyğunsuzluq 
irəli  gəlir.  Y əni,  birincisi,  tək  b u   halda  kiçik  və  azsaylı1  olacaq, 
çünki  çox  həm çinin  azsaylıya  d a  əksdir.  İkincisi,  bu  halda  iki  çox 
olacaqdır,  çü n k i iki  dəfə -  artıq  çox  dəfədir,  «iki  dəfə»  isə  «ikidən» 
törəm ədir;  belə  ki,  tək  kiçik  olacaq:  axı  iki  tə.c  və  azla  müqayisədə 
deyil  bəs  n ə   ilə  müqayisədə  çoxdur?  Axı  birdən  kiçik  artıq  heç  nə 
yoxdur.  S o n ra ,  əgər  uzun  və  qısa  -   məsafəyə  aid  olduğu  kimi  çox 
və  az  m iq d a ra   m əxsusdursa  və  əgər  çox  həm   də  çoxsaylı,  çoxsaylı 
isə  -   ç o x d u rsa   (məgər  asan  m əhdudlaşdırılan  fasiləsizdə2  məsələ 
başqa  cürdür?),  onda  az  bir  çoxluqdan  ibarət  olacaq.  Belə  ki,  əgər 
tək azdırsa o n d a  o bir çoxluq olacaq; bu isə ik:i çox olarsa zəruridir. 
A ncaq  çoxsaylı  h aqqında  hansısa  mənacla  «çox»  haqqında 
danışıldığı  k im i  danışm aq  m üm kün  olsa  da,  yenə  də  o  «çoxdan» 
fərqlənəcək;  məsələn,  su  h aq q ın d a  deyirlər  ki,  o  çoxdur,  ancaq  o 
çoxsayhdır  dem ək  olmaz.  L akin  hissələrə  bölünən  haqqında  o 
çoxsaylıdır  dem ək  olar:  bir  h alda  -   o  zam an  demək  olar  ki,  ya 
üm um iyyətlə,  ya da nə ilə m üqayisədəsə artıq  çoxluq  vardır (bunun 
kim i nə isə  b ir kəsiri  olan  az da b ir çoxluqdur),  başqa  halda  isə -  o 
zam an  d e m ə k   olar  ki,  o n u n   h aq q ın d a  ədəd  kim i  danışılsın,  yalmz 
bu  h ald a  o   təkə  əksdir.  D o ğ ru dan   da,  birisinin  «tək  və  təklər» 
yaxud  «ağ  və  ağlar»  deyib  b u nu n la  da  ölçülənlə  ölçünü  müqayisə 
etdiyi  kim i  biz  də  «tək  yaxud  çox»  deyiıik.  Bu  anlam da  da 
çoxdəfəlik  h aq q ın d a   danışılır,  yəni  deyilir  ki,  hər  bir  ədəd  çoxdur, 
çünki  b irlərd ən   ibarətdir  və  bir  ilə  ölçülə  bilər,  həm   də  o  aza  yox, 
təkə  əksdir.  Bu  anlam da  iki  də  çoxdur.  ancaq  ya  nə  ilə 
m üqayisədəsə yaxud ümumiyyətlə  artıq   olan çoxluq kimi  çox deyil. 
Ü m um iyyətlə  deyilərsə  iki  azsayhdır  yaxud  azdır,  çünki  iki  ilİcin 
çoxluqdur  və  bir  kəsiri,  yetərsizliyi  vardır  (orıa  gör  də  A naqsaqor 
«bütün 
şeylər 
azlığı 
və 
çoxluğu 
baxım m dan 
birlikdə 
hüd u d su zd u rlar»   deyərkən  səhvə  yol  vermişdir;  o  «azlığına  görə»  - 
«çoxluğuna  görə»  dem ək  əvəzinə,  deməlidi  ki,  onlar  azsaylı 
old u q ların a  görə  hüdudsuz  deyillər);  iş  ondadır  ki,  bəzilərinin  israr 
etdiyi km i a z  «birdən» yox,  «ikidən» yaranır.
214
Beləliklə,  tək və ç o x   ədədlrdə  ölçü və  ölçülən  bir-birınə əksdir, 
onlar isə müstəqil əlaqələnm işə məxsus o lm a y a n   əlaqələndirilmişlər 
kim i  bir-birinə  əksdir.  B aşqa  bir  yerdə3  biz  a rtıq   müəyyənləş- 
dirmişik  ki,  əlaqələndirilm iş  haq qınd a  iki  a n la m d a   danışılır:  bir 
tərəfdən,  əksliklər  an lam ın d a,  digər  tərəfdən  -   biliyin  dərk  edilənə 
m ünasibəti  anlam m d a  danışılır,  [həm  də  b u   sonuncu]  ona  görə 
əlaqələndirilmiş  a d la n ır  ki,  nəsə  başqa  birisi  o n a   aiddir.  «Birin» 
başqasm dan,  məsələn ikid ən  kiçik olm asına  isə  heç nə m ane olm ur, 
çünki  əgər o  kiçikdirsə,  b u nu n la  o  hələ  az  deyil.  Çox  isə ədəd  üçün 
sank i  cinsdir:  axı ədləd  vahidlə ölçülən  ço x luqd u r.  «Bir» və ədəd  isə 
əksliklər  kimi  yox  (b u   a rtıq   deyilmişdir),  əlaqələndirilm işlər  kim i 
m üəyyən bir dərəcədə bir-birinə əksdir, yəni:  b iri  ölçü,  o biri ölçülən 
o ld u ğ u   üçün  b ir-birinə  əksdir.  O na  görə  d ə  bütün  «bir»  olanlar 
m əsələn,  əgər «bir»  bölünm əzdirsə4 ədəd  deyildir.  D ərk  olunana b u  
c ü r  m ünasibətdə  o la n   biliyə  gəlincə,  b u ra d a   iş  o  cür  deyildir. 
D o ğ ru d u r,  bilik  ölçü,  d ə rk  olunan isə -  ölçülən  görünə  bilər, am m a 
əslində  hər bir  bilik  d ə rk   olunan  predm etə  a id   olsa  da,  bütün  dərk 
o lu n a n la r biliklə  əlaqələnm iş  deyillər,  çünki  m üəyyən  m ənada  bilik 
d ə rk   olunanla  ölçülür.  Ç ox  isə  nə  aza  (aza  a rtıq   çox  -   çoxluqdan 
əksdir),  nə də  təkə,  o n u n   bütün  an lam ların d a  əks  deyildir;  ancaq  o 
tə k ə   birincisi,  o  m ə n a d a   əksdir  ki,  artıq  deyildiyi  kimi,  çoxun  özü 
bölünəndir,  halbuki,  tə k   bölünməzdir;  ikincisi,  o   m ənada  əksdir  ki, 
əgər  çox  ədəddirsə,  tə k   isə  -  ölçüdürsə,  o n d a   o n la r  bir-biri  ilə  bilik 
d ə rk  olunanla əlaqələndirildiyi kimi əlaqələndirilm işlər.
Yeddinci fəsil
Bir  halda  ki,  əksliklər  aıasında  aralıq  elem ent  olmalıdır  və 
on ların   bəzilərində  b u   gerçəkdən  vardır,  o n d a   aralıq  element 
əksliklərdən  tö rənm əlidir.  Çünki  bütün aralıq  elem entlər əksliklərin 
m ən sub  olduğu  cinsə  m əxsusdurlar.  D o ğ ru d a n   da,  biz  aralıq 
deyəndə  bir  şeyin  n əyə  dəyişilirsə  ona  öncədən  dəyişilməsini 
nəzərdə tu tu ru q   (m əsələn,  əgər liranın  kən ar sim lərindən ən  yüksək 
səslərə  ən  kiçik  aralıq   səslər  vasitəsilə  keçilərsə,  onda  öncə  aralıq 
səslərdən  keçilm əlidir,  boyalarda  isə  -   əgər  ağ  boyadan  q a ra  
bo yağ a  keçilərsə,  o n d a   öncə  q ara  boya  y o x ,  al  qırmızı  və  boz 
b o y ad an   alınm alıdır;  b ü tü n   başqa şeylərdə d ə   b u n a   oxşar mənzərə 
alınır);  bir  cinsdən  b a ş q a   cinsə  məsələn,  b o y a d a n   fıqura  keçid1  isə
215

m ü m k ü n   deyil.  Beləliklə,  aralıq  mərhələ  aralığı  olduğu  şeylə 
b irlik d ə  eyni bir cinsə m əxsus olm alıdır.
D ig ə r  tərəfdən,  bütün  aralıq  m ərhələlər  bir-birinə  əks  olan 
m üəyyən  şeylər  arasında  o lu r,  çünki  yalnız  onların  öz  aralarında 
dəyişkənlik  baş  verə  bilər  (o d u r  ki,  bir-birinə  əks  olm ayan  şeylər 
a ra s ın d a   aralıq  mərhələ  o la  bilməz,  çünki  əks  halda  dəyişilmə  bir- 
birinə  əks  olm ayan şeylər  a ra sın d a   da  baş  verərdi).  A m m a  əksliyin 
növlərindən  biri  olan  ziddiyyətdə  heç  bir  aralıq  olm ur  (axı 
zid d iy y ət  elə  qarşı  q o y m ad ır  ki,  o ıa d a   tərəflərdən  biri  istənilən 
şeyə,  b a şq a   sözlə,  heç  b ir  aralığı  olm ayan  şeyə  məxsus  olur), 
əksliyin  başqa  növlərindən  isə  biri  -   əlaqələndirmə,  digəri  -  
m əh ru m lu q ,  üçüncüsü -  saxlam alıdır.  Əlaqələndirilm iş  əksliklərdən 
b ir-b irin ə  əks olm ayanlann isə heç  bir aralıq mərhələsi yoxdur;  ona 
görə  k i,  onlar  eyni  bir cinsə  m əxsus  deyillər (doğrudan  da,  bilik  və 
o n u n   ək s  etdirdiyi,  o  biliyin  obyekti  arasm da  nə  aralıq  ola  bilər?). 
A n c a q   böyük  və  kiçik  a ra s m d a   aralıq  mərhələ  vardır.  A m m a  əgər 
ara lıq ,  sübut  olunduğu  kim i,  eyni  bir  cinsə m əxsusdursa və  əksliklr 
a ra s ın d a   olan  aralıqdırsa,  onda  o  labüdən  bu  əksliklərdən 
ib a rə td ir.  D oğrudan  da,  b u   əksliklərin  hansısa  [ümumi]  cinsi  ya 
o lac a q ,  ya da olmayacaq.  H ə m  də əgər ümumi cins  bu əksliklərdən 
öncə  m övcuddursa,  o nda  öncədən  m övcud  olan  əksliklər  -   cinsin 
növləri  kimi əkslikləri y a ra d a n   növ fərqlərindn  ibarət olacaq,  çünki 
növlər  cinslərdən  və növ  fərq lərind ən   ibarətdir  (məsələn,  əgər ağ və 
q a ra   əksliklərdirsə,  həm  də  a ğ   boya  işıq  saçan,  q a ra   boya  isə  işığı 
u d a n   bo yadırsa2,  onda  b u   növ  fərqlər  -   «saçma»  və  «udma»  - 
ön cəd ən   olan  əksliklərdir).  A n c a q   əksliklər  kirni  fərqlənən  [növlər] 
yəni  a ra lıq   mərhələlər,  cin sd ən   və  növ  fərqlərindən  ibarət  olm ahdır 
(m əsələn,  qara  və  ağ  a ralığ m d a  olan  bütiin  boyalar  onlann 
cin sin d ən   (onlann  cinsi  isə  -  boyadır)  və  bu  və  ya  başqa  növ 
fərqlərind ən   ibarət  olan  b o y a la r  kim i  göstərilməlidir;  ancaq  bu 
fərq lər  birinci  əksliklər  olm ayacaq lar,  əks  halda  hər bir boya ya ağ 
ya  q a r a   olardı;  deməli,  o n la r  başqadırlar;  ona  görə  də onlar birinci 
əksliklərin (məsələn,  ağ və q a r a  -  T.A .)  aralığm da  olan əksliklərdir, 
birinci əksliklər isə -  «işıq saçan »  və «işığı udan» əksliklərdir).
B a x   buna  görə  də  ilk  öncə  cins  daxilində  olm ayan  əksliklər 
a ra s m d a   aralıq  əksliklərin  n ə d ə n   ibarət  olduğu  tədqiq  olunmalıdır, 
çünki  eyni  bir  cins  daxilində  olan  növ  fərqləri  labüdən  ümumi 
cinsdə  birləşməyən  növ  fərqlərindən  düzəlir3,  yaxud  onların  özü 
m ü rək k əb   tərkibli  olm ur.  Ə ksliklər  isə  bir-birindən  irəli  gəlmir,
216
çünki  onlar  başlanğıclardır;  aralığı  təşk il  cdənlərın  isə -  ya  h ə r  biri 
[tərkibsiz,  sadədir],  ya  d a  heç  bıri  [tərkibsiz  deyildir].  A m m a 
əksliklərdən  y ä ra n a n ,  irəli  gələn  b ir  şöncə yaranır,  çünki  əksliklərin  özləri  ilə  m üqayisdə o  bu xassəyə az 
və  ya  çox  dərəcədə  də  m alik  o lac a q d ır;  belə  ki,  o  da  əksliklər 
arasında  aralıq  b ir  şey  olacaq.  O  səb əb d ən   digər  aralıq  [pillələr]  -  
də  tərkibə m alikdirlər,  çünki  [bu xassəyə]  birindən  çox,  b irin d ən   az 
ölçüdə  [malik  olan]  qismən  o nuııla  müqayisədə  [bu  xassənin] 
birindən  çox,  birindən  az  aid  edildiyi  daşıyıcıdan  yaranır.  Lakin 
eyni  bir  cins  daxilində  əksliklərdən  öncə  mövcud  olan  heç  nə 
olm adığından,  bütün  aralıq  m ərhələlər  əksliklərdən  y aranm alıdır, 
belə ki,  əkslik  k im i  bütün sadə aralıq  pillələr də biıinci  əksliklərdən 
ibarət  olacaq.  Beləliklə,  aydın  olur  k i,  bütün  aralıq  m ərhələlər 
[həlqələr]  [əksliklərin]  məxsus  o ld u ğ u   cinsə  məxsusdur,  əksliklər 
arasında olan  həlqələrdir və əksliklərdən yaranır.
Səkkizinci  fəsil
Növcə  b a şq ası  olan  nədənsə  və  nələrdəsə  fərqlidir  və  onların  
hər  ikisinə  m əxsusdur;  məsələn,  əgər  b:.r  şey  növcə  digərindən 
başqadırsa,  can lı  varhqdırsa,  o n d a  o n la rın   hər  ikisi-o  d a   onun 
fərqləndiyi  də  canlı  varlıqlardır.  D em əli,  növə  görə  b aşq a-b aşq a 
olan  şeylər  eyni  b ir  cinsə  məxsus  olm alıdırlar;  mən  isə  o n u   cins 
adlandırıram   və  onun  sayəsində  bu   başqa-başqa  şeylər  eyni 
adlandırıhrlar  və  m ateriya  kim i  y a x u d   başqa  cür  m övcud 
olm asından  asxlı  olm ayaraq  fərqliliklərə  təsadüfən  m alik  olm urlar. 
D oğrudan  d a,  fərqliliklər  üçün  ürnum i  olan  nəinki  o n ların   hər 
ikisinə  m əxsus  olmalxdır,  həm   də  o n u n   -   «canlx  varlxğın»  -  özü 
onlai'in  hər  biri  üçün  başqa  məsələrı:  b ir   halda  -   at,  başqa  h a ld a   -  
insan  olm alıdır,  o n a   görə  də  o n lar  ü çün  ümumi  olan  növcə  biı- 
birindən  fərqlənir.  Beləliklə,  özlü yün d ə1  onlardan  biıi  b ir  canlı 
varlıq,  o  biri  isə  b a şq a   canlı  varlıq,  m əsələn:  biri-at,  o  biri  -   insan 
olacaq.  D em əli,  b u   [növ]  fərqliliyi  ciınsin  başqası  olm alıdır;  çünki 
cinsin özünün  b a ş q a  etdiyini, m ən fərq adlandırıram .
Beləliklə  də,  bu  fərq  əkslik  o la c a q   (bu  ilk  b axışdan   da 
aydındır):  h ər  dəfə  bölgü  bır-birinə  əks  olan  [əlamətlər]  vasitəsilə 
aparılır,  əksliklərin  eyni  bir  cins  daxilində  olması  isə  sübut 
olunmuşdur,  çü n k i  göstərildiyi  kim i  əkslik  -   bitmiş,  tam alanm ış 
fərqdir,  növə  g örə  hər  bir  fərq  isə  rıədənsə  və  nədəsə  fərq d ir,  bu
217

səbəbdən də o fərq fərqlənənləırin h ər ikisi üçün eynidir, yəni cinsdir 
(ona  görə  də  cinsə  görə  yox,  növcə  fərqlənən  əksliklər  eyni  bir 
kateqoriyada  qo şa  olurlar  və  bir-birindən  yüksək  dərəcədə 
fərqlənirlər  -   axı  onların  fərqi  bitm iş,  tam am lanm ış  fərqdir  -   və 
[eyni bir şeydə] b ir yerdə olm uıiar).
Beləliklə,  növcə  başqası,  fərqli  olm aq  eyni  bir  cinsə  məxsus 
olub,  özündə  bölünməz  əksliyə  m alik  olm aq  (növcə  eyniyyət  təşkil 
etm ək isə bölünməz olan belə  əksliklərə malik olm am aq)  deməkdir, 
çünki  [cinsin]  əkslikləi'ə  böliinməsi  zam anı  əksliklər  bölünməz 
həddə çatana qədər araJıq həlqədə də yaranır.  O na  görə də aydındır 
ki,  cinsin  növlərindən  heç  biri  onu n   eyni  deyildir  və  növcə  ondan 
fərqlənmir  (bu  d a   bekı  olmalıdır:  çünki  m ateriya  inkar  [forma] 
vasitəsilə  aşkar  edilir,  cins  isə  cinsi  olduğu  -   cins  haqqında  hera- 
klidçilərin  söylədiyi  anlam da  yox,  təbiətdə  necə  varsa  o  anlam da 
cinsi  olduğu  şey  üçün  m ateriyadır);  bunu  həm ən  cinsə  məxsus 
olm ayan şeyə m ünasibətdə də dem ək olar:  o həm ən cinsdən məxsus 
olduğu cinsə  görə,  növcə  isə  -  [ancaq]  həmən  cinsə  məxsus  olandan 
fərqlənəcək.  Çünki  şeyin  ııövə  görə  fərqləndiyi  şeydən  fərqi 
əkslikdən  ibarət  olmalıchr;  belə  fərq  isə  eyni  bir cinsə m nsub  olana 
məxsusdur.
Doqquzuncıı  fosil
Soruşula  bilər  ki,  qadın  və  kişi  cinslərinin  bir-birinə  əks 
olmasına baxm ayaraq,  nə üçürı qadın və kişi növə görə bir-birindən 
fərqlənmirlər,  növə  görə  fərq  isə  əkslikdir;  eləcə  də  -   qadın  və  kişi 
cinsləri  canlı  varlıq  olsalar  d a  nə  üçün  növcə  başqa-başqa  deyillər, 
yaxud fərqli növlərə məxsus deyillər,  axı  bu  canh varlıqdakı fərqdir
-   «qadın» və  «kişi»  özlüyündə  canlı  varlığa  məxsusdur.  Bu  sual  isə 
demək  olar  ki,  nə  üçün  bir  əkslik  növcə  fərq  yaıadır,  digəri 
yaratm ır,  məsələn:  «qııruda  yaşayan»  və  «qanadlılar»  (quşlar  -  
T.A.)  belə  fərq  yaradırlar,  ağbənizlik  və  qarabuğdayılıq  isə 
yaratm ırlar  sualı  ilə  eyni  səsləşir.  Y oxsa  məsələ  ondadır  ki,  bu 
m isallarda birincilər -  sözün əsl anlam ında cinsin xassələri, ikincilər 
isə  -   az  dərəcədə  cinsin  xassələridir?  A m m a  biz  bir  tərəfdən, 
müəyyənliyə,  digər  tərəfdən,  m ateriyaya  m alik  olduğum uz  üçün 
müəyyənliyə  (tərifə)  aicl  olan  əksliklər  növcə  əksliklər  yaradırlar, 
m ateriya  ilə  bağlı  olan  əksliklər  isə  belə  fərqlər  yaratm ırlar.  Odur 
ki,  insanda  belə  fərqləri  nə  ağbənizlik,  nə  də  qarabuğdayılıq
218
yaratmır  və  ağbəniz  və  q a ra b u ğ d a y ı  insanları  ay rı-ayrı  adlarla 
adlandırsaq  o n lar  bir-birindən  növcə  fərqlənəcəklər.  Ç ü n ki  burada 
insan  m ateriya  kimi  götürülür, 
mELteriya 
isə  növ  fərqləri  yaratm ır; 
odur  ki,  əti,  qanı,  sümükləri  ayrı-ayrı  olsa  da  ay rı-ayrı  insanlar 
insan  növləri  deyillər;  d o ğ ru d u r,  b urada  m ü rək k əb   tam lar 
ayrıdırlar,  ancaq  növcə  ayrı  deyillər,  çünki  b u rad a   tərifd ə  əkslik 
yoxdur;  halb uk i b u 1 sonuncu  bölünm əzdir.  Kalliy isə -  m ateriy a ilə 
birlikdə müəyyənlikdir; dem əli, in sa n  ağbənizdir o n a  görə ki,  Kalliy 
ağbənizdir;  deməli,  ağbənizlik  insaıı  üçün  gəlmə,  təsadüfi  bir  əla- 
mətdir.  Eləcə  də  mis  çevrə  və  ağac  çevrə  növcə  fərqli  deyillər  mis 
üçbucaq  və  ağacdan  düzəldilm iş  üçbucaq  m ateriy alarım n   [ayrı] 
olm asına  görə  yox,  onların  təriflərində  əkslik  o ld u ğ u   üçün  növcə 
fərqlənirlər.  A ncaq m ateriyanın özü m üxtlif olduğu y a x u d  müəyyən 
anlam da  fərq  yaratdığı halda düşünm ək olarmı ki,  m a te riy a   şeyləri 
növcə  ayrı-ayrı  etmir?  D o ğ ru d an   da,  bax  atın  və  in san ın   tərifləri 
onların  m ateriya  ilə bağlı  old u ğ u n u   göstərməsinə  b a x m a y a ra q   bax 
bu   a t  və  b u   insan  nə  üçün  növcə  fərqlidirlər?  Bu  fərqlilik  onların 
təriflərində  əksliyin  olm asından  irəli  gəlmirmi?  Ə lb əttə,  ağbəniz 
insan  və  q a ra   at arasm da  da  fərq,  həm də növcə  fərq v a rd ır,  ancaq 
onlarm  fərqi birinin ağbəniz,  o birinin q ara olm asından irəli gəlmir, 
çünki  əgər  onların  hər  ikisi  ağ  olsaydı  belə  yenə  də  növcə  fərqli 
olardılar.  Q adın  və  kişi  cinslərinə  gəlincə  isə,  o n lar  d o ğ ru d a n   da 
yalmz  canlı  varlığa  m əxsus  xassələrclir,  anca  canlı  varlığın 
m ahiyyətinə  aid  olm ayıb  m ateriyaya,  yəni  bədənə  məxsus 
xassələrdir,  ona  görə  də  eyni  b ir  toxum dan  onun  hansı  dəyişikliyə 
m əruz  qalm asından  asılı  o lara q   qadm   yaxud  kişi  cinsi  yaranır. 
Beləliklə,  növcə  başqa  olm ağın  nə  demək  olduğu  və  bəzi  şeylərin 
növcə  nə  üçün  fərqləndiyi,  b aşq alarm ın  isə  fərqlənm ədiyi  deyilmiş 
oldu.
Onuncıı IFəsil
Ə ksliklər növə  görə fərqli  (hetera),  keçici və  daim i  isə əksliklər 
olduqları  üçün  (axı  m əhrum luq  nıiiəjyən  bir  qabiliyyətsizlikdir1), 
keçici,  təsadüfı və daim i olan lar c irs ə  görə ayrı olm ahdırlar.
İndi  biz  ən  ümumi  əlam ətlər  haqqın d a  danışdıq  və  düşünm ək 
olar  ki,  h ə r  b ir  daim i  və  h ər  b ir  ikeçici  olanın  növcə  ay rı  olması, 
eləcə  də  m əsələn,  ağbəniz  və  qarabu ğ dayın ın  növcə  ay rı  olması 
zərurət  deyil  (axı  eyni  bir  şey  h ə tta   eyııi  bir  v ax td a  ağbəniz  də
219

qaıabuğdayı  d a   ola  bilər,  am m a  ümumı  kimi  götürüldükdə  -  
məsələn,  [ümumiyyətlə]  insan  ağbəniz  də,  qarabuğdayı  da  ola  bilər
-  həm də o  b ir təkcə olsa belə,  çünki eyni bir adam  -  ancaq eyni bir 
vaxtda  yox  -   ağbəniz  do.  qarabuğdayı  da  ola  bilər,  halbuki, 
ağbənizlik qarabuğdayılığa əksdir).
Lakin  məsələ  ondadır  kı,  bəzi  əksliklər  (məsələn,  indicə 
göstərilənlər  və  bir  çox  başqa  əksliklər)  bəzi  şeylərdə  keçici, 
müvəqqəti  ola  bilər,  başqa  əksliklər  üçün  isə  bu  m ümkün  deyil  və 
onlara  həm   keçici,  həm  də  daimi  olanlar  aiddir,  çünki  heç  nə 
təsadüfən  keçici  olmur:  axı  keçici  olm aya  d a  bilər,  halbuki, 
keçicilik  nəyə  məxsusdursa  o na  zəruri  olaraq  məxsusdur;  yoxsa 
eyni  bir  şey,  əgər  mümkün  olsaydı  həm   keçici,  həm   də  müvəqqəti 
olmamaq  üçün  daimi  olaıdı.  Beləliklə,  keçicilik,  təsadüfilik  ya 
mahiyyət  olm alıdır,  ya  da  hər  bir  keçici  şeyin  m ahiyyətində  ol- 
malıdır.  B unu  daimi  olan  haq q m d a  da  demək  olar:  onların  hər 
ikisi2  m ənsub  olduqları  şeyə  zəruri  m əxsusdurlar.  Deməli,  nəyəsə 
uyğun  olaraq  və  nəyinsə  əsasm da  b ir  əlam ətin  keçici,  digərinin 
daimi  olduğu  birincidə  əksliklər  vardır,  belə  ki,  onlar  ayrı-ayrı 
cinslərə m əxsusdurlar.
Tam am ilə  aydın  olmövcud  ola  bilməzlər:  yoxsa  in san lard an  biri  keçici,  o  biri  -  daimi 
olardı3.  A m m a  eydoslar  haqcjında  deyirlər  ki,  o n lar  növcə  təkcə 
şeylərlə  eyniyyət  təşkil  edirlər  və  onlarla  təkcə  adları  eyni  deyil; 
halbuki,  cinsə  görə  ayrılanlar  növə  görə  ayrı  olanlardan  bir-birinə 
daha uzaqdırlar.
220
Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə