15
İnək qanının plazmasında 8%-ə qədər zülal (albumin, qlo-
bulin, fibrinogen) olur. Qlükoza 40-60 mq%, yağ 0,15%, duz
0,9%, həmçinin hormonlar, vitaminlər, fermentlər və antitellər
olur. Qanın plаzmаsının 90-92%-i su, 8-10%-i quru maddədir
(cədvəl 1). Qanı müayinə etməklə müxtəlif xəstəliklərə diaqnoz
qoyulur.
Məşğələni aparmaq üçün suallar:
1. Qanın
orqanizm üçün əhəmiyyəti;
2. Qanın tərkibi və funksiyaları;
3. Qanın formalı
elementləri, onların miqdarı və funksiyaları;
4. Faqositoz haqqında anlayış;
5. Depo qanı
və onun əhəmiyyəti;
6. Qanın miqdarı və onun təyini üsulları;
7. Qan plazması, zərdabı və onların
bir-birindən fərqi;
8. Qanın plazmasının tərkibi.
Şəkil 1. Qаnın tərkibi və xаssələri