Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   23

 
QƏDİM ÇİN MƏDƏNİYYƏTİ 
 
Şərqi-Çin düzənliyində Xuanxe və Yantszı çayları axır. Bu çaylar dağlardan başlayır və  dənizə 
tökülür. Gur yağışlar yağan zaman Xuanxe daşır və  ətrafı basır. Torpaq üzvi maddələrlə  zənginləşir. Belə 
torpaqları şumlamaq asan olurdu. Əhali bu məhsuldar torpaqlarda məskunlaşırdı.  
E.ə. II minillikdə Xuanxe çayı vadisində ibtidai icma quruluşu dağıldı, quldarlar, kəndli və qullar 
sinifləri və dövlət meydana gəldi.  Əkinçilik, maldarlıq, sənətkarlıq inkişaf etdi. E.ə. VI-V əsrlərdə çinlilər 
dəmirdən istifadə etməyə 
başladılar. Çəltik becərilməsi 
genişləndi. Qədim Çin 
təsərrüfatında ipəkçilik xüsusi yer 
tuturdu. 
Çin hunların hücumuna 
məruz qaldı  və vahid Çin-
parçalandı. Kiçik dövlətlər 
yarandı. Onlar arasında 
müharibələr başlandı. E.ə. IV-III 
əsrlər Çün tarixində “vuruşan 
padşahlar” dövrü adlanır. E ə. III 
əsrdə Sin padşahlığı Çində  ən 
qüdrətli dövlət oldu. Çin 
hökmdarı  İn-Çjen bütün Çini 
hakimiyyəti altında birləşdirdi. O, 
e.ə. 221-ci ildə özünü Sin-Şi-
Xuandi adlandırdı  və bu da 
“Birinci Sin imperatoru” 
deməkdir. Beləliklə, vahid və  mərkəzləşdirilmiş Çin dövləti yarandı. Sin-Şi-Xuandi hunların hücumundan 
müdafiə olunmaq üçün ölkənin şimalında Böyük Çin. səddi çəkdirməyə başladı. Səddin üstündə beş araba 
yanaşı gedə bilərdi. Bu tikinti fasilələrlə min il davam etmişdi. Səddin uzunluğu 5 min km-dən çox, 
hündürlüyü isə 6.6 m, bəzi yerlərdə 10 m idi. 
Çindən qərbə gedən “Böyük ipək yolu” bütün Asiyanı yarıb keçir, Aralıq dənizinə doğru uzanırdı. 
“Böyük ipək yolu” e.ə. II əsrdə kəşf edilmişdir. 
Çin yazısında heroqliflərdən istifadə olunurdu. On minlərlə heroqlif var idi. Çinlilər yazı materialı 
kimi bambuk lövhəciklərdən, ipək parçadan istifadə edirdilər. Eramızın başlanğıcında çinlilər cındırdan, ağac 
qabığından, bambukdan kağız düzəltdilər. Kağız ucuz başa dəlirdi. Çində biliklər yüksək inkişaf etmişdi. 
Əkinçilərin səma cisimlərinin müşahidəsi nəticəsində astronomiya elmi yaranmışdı. Çinlilər yeri nəhəng 
yumurta  şəklində  təsəvvür edirdilər. Onlara görə yer yumurta sarısı, göy isə qabığıdır, göy cisimləri ona 
bərkidilib. Onlarla birlikdə göy Yer ətrafında fırlanır. 
Kənd təsərrüfatına aid əsərlərdə torpağı becərmək və suvarmaq, ipək qurdu bəsləmək, çay kollarını 
becərmək qaydalarından bəhs olunurdu. Çay sözü Çin mənşəlidir.  Əvvəllər xəstənin qüvvəsini mühafizə 
edən dərman kimi işlənmiş, sonralar isə içki kimi istifadə olunmuşdur. Dəniz səyyahlarının və karvan 
başçılarının müşahidəsindən coğrafiya elmi yarandı. Uzaq səyahətlərə çıxanlar kompas ixtira etmişlər. E.ə. II 
əsrdə  və birinci əsrin  əvvəllərində yaşamış Çin tarixçisi Sıma Tsyan ən qədim dövrdən ömrünün sonuna 
qədər olan dövrü əhatə edən “Tarixi qeydlər”  əsərini yazmışdır. O, hər bir hadisəni düzgün yazmağa 
çalışmışdı. Elə buna görə də o, padşah tərəfindən cəzalandırılmışdı. 
Çin e.ə. VII əsrdə yaranmış Vyetnam dövləti ilə əlaqə saxlayırdı. Çinlə  qərb ölkələri arasında əlaqə 
zəif inkişaf etmişdi. Çində kağızın istehsalı, çaydan istifadə, ipək istehsalı, kompasın ixtirası yüz illərlə 
avropalılara məlum olmamışdır. 
Qədim Çin mədəniyyəti müxtəlif sahələrdə inkişaf etmİşdİ. Din ilə bağlı  təsəvvürlər öz əksini 
əfsanələrdə tapmışdı. Qədim Çin əfsanələri e.ə. VI əsrdən başlayaraq yazıya köçürülmüşdü. Əfsanələrə görə, 
ilk əvvəl qarma-qarışıq Aləm (materiya) mövcud imiş. Sonra bu aləmdən işıq və qaranlıq bildirən ünsürlər 
ayrılmışdı. Birinci kişi, ikinci qadın xəttini təmsil edirmiş. Dünyanın möcüzə yolu ilə  də yaranması 
əfsanələrdə əks olunmuşdur. Quraqlıq göydə yeddi günəşin peyda olması ilə əlaqələndirilir. Əfsanədə ilahə 
tərəfindən insanın gildən yaradılması  aşılanır. Daşqın və onun faciəvi nəticəsi, quraqlıq və ondan doğan 
aclıq, qəhrəman adamlar və onların cəsurluğu əfsanələrin başlıca mövzusunu təşkil edir. Digər qədim Şərq 
əfsanələrində olduğu kimi, daşqın allahın qəzəbi kimi qələmə verilir. 
Qədim çinlilər  əcdadlara və axirət dünyasına inanırdılar Konfusi təliminin yayılması  əcdadlara 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
159
sitayişi möhkəmləndirdi və  səmaya sitayişi genişləndirdi. Səma allahı  təcəssüm edirdi. Allaha (di) inam 
tədricən səma ibadətinə çevrilmişdi. II-III əsrlərdə Çində Buddizm yayıldı. Qədim çinlilərin təsəvvürünə 
görə ilk Budda sutraları Çinə ağ at üstündə gətirilmişdi. 
Qədim Çin erkən yazı növləri "fal kitabələrində" əks olunmuşdur. İn dövründə inkişaf etmiş heroqlif 
yazı forması mövcud idi. İn dövrünün yazı növü müasir Çin heroqliflərindən o qədər də fərqlənmir. Xan 
dövründə yazı daha da təkmilləşir. 
Ən qədim Çin nəzm ədəbiyyatı e.ə. XI-VI əsrlərə aid tunc qablar üzərində əks olunmuşdur. "Şiszin" 
əsəri 305 poetik hissədən ibarətdir. Bu, qədim Çin poeziyasının qiymətli  əsəridir. Qədim Çində musiqi, 
memarlıq, təsviri incəsənət geniş inkişaf tapmışdı. Elmi biliklərin meydana gəlməsi praktiki tələbatdan 
doğurdu. Xüsusilə riyaziyyat inkişaf etmişdi. E.ə. II əsrdə "Doqquz kitablı riyaziyyat" adlı traktat tərtib 
olunmuşdu. Bu kitab torpaqölçənlər, astronomlar, məmurlar və b. üçün zəruri vəsait idi. Astronomiya və 
təqvim sahəsində irəliləyiş vardı. II əsr astronomu 
və riyaziyyatçısı Çjan Xenin əsərində 124 ulduz bürcü barədə məlumat verilmişdir. Planetlər üzərində 
müşahidələr aparılırdı. E.ə. 104-cü ildə ilin davamiyyəti hesablandı. İl 365.25 günə bərabərləşdirildi. Bu yeni 
təqvim 85-ci ilə qədər tətbiq olundu. Bu təqvimə görə il 12 aydan ibarət idi. Təbabət inkişaf edirdi. Hələ e.ə. 
IV-III əsrlərdən iynəbatırma ilə müalicə metodundan istifadə edirdilər. Təbabətə aid əlyazmaların birində 52 
xəstəliyin (məsələn, qıcolma, əsəb pozğunluğu, qızdırma, yırtıq, qadın və uşaq xəstəlikləri və s.) 280 müalicə 
üsulu göstərilirdi. Çin qədim tarixi, mədəniyyəti, fəlsəfəsi olan bir ölkədir. Hələ e.ə.  Şan-in dövlətində 
təsərrüfatda quldarlıq münasibətləri hökm sürürdü. Döyüşlərdə  əsir tutulan qul əməyindən  əsasən 
maldarlıqda, müəyyən qədər  əkinçilikdə, həmçinin ev təsərrüfatında və tikintidə istifadə olunurdu. Həmin 
dövrdə  əkinçilikdə qan qohumluğuna  əsaslanan icmalar (patronimiya) mühüm rol oynayırdı.  Şan-İn 
dövründə və onun yerinə gələn Çjou sülaləsi dövründə dini-mifoloji dünyagörüşü hökm sürürdü. Artıq qeyd 
etdiyimiz kimi, Çin miflərinin fərqləndirici cəhətlərindən biri oradakı allahların və ruhların zoomorf 
xarakteri idi. Ona görə  də  qədim Çin allahları heyvanlar, quşlar, balıqlar ilə çox oxşar idi və  əksəriyyəti 
yarım heyvan və yarım insan şəklində  təsvir olunurdu. Həmin panteonda əsas yeri Şan-Di tuturdu. Bütün 
allahlar və ruhlar ona tabe idi. Onun iradəsi qarşısında külək, yağış, bulud və  şimşək ruhları aciz hesab 
olunurdular. Lakin Şan-di təkcə baş allah olmayıb, qədim çinlilərin təsəvvürünə görə onların  əcdadları  və 
hamiləri idi. Miflərə görə İn tayfasının əcdadı Şan-di olmuşdur. 
Çox vaxt Şan-di obrazında səmanın şəxsləndirilmiş ilahi qüvvəsi təcəssüm tapırdı. Qədim çinlilər belə 
hesab edirdilər ki, dünyada hər  şey Səmanın iradəsindən asılıdır və eyni zamanda «səmanın iradəsi» fala 
baxmaq və digər  əlamətlərlə müəyyən edilir. Dini-mifoloji təsəvvürlər icma əyanlarının ağalığı sistemini 
təbliğ edirdi. Hakim öz təbəələri qarşısında səma oğlu kimi tanınırdı. Qədim çin dinlərində  əcdadlara, 
qəhrəmanlara etiqad mühüm yer tuturdu. İnsanların ruhlarla və  əcdadlarla «əlaqəsi» çox ciddi şəkildə 
nizamlanaraq nəzarət altında saxlanılırdı. İnsanlarla allahlar və ruhlar arasında birinci vasitəçi hökmdar özü 
idi. 
Miflərdə  əcdadlar kultunda və totemizmdə  cəmiyyətin qəbilə-tayfa təşkilinin  əlaqələri öz əksini 
tapmışdır. Mifologiyada dünyanın, təbiətin yaranmasının öz izahı,  şərhi mövcud olmuşdur.  Ən qədim 
dövrlərdə, nə səmanın, nə də yerin olmadığı dövrdə kainat formasız qaranlıq xaos kimi təsəvvür edilirdi. Bir 
mifə görə, həmin formasız qaranlıqda iki ruh (yaxud allah) - İn və Yan yarandı və onlar dünyanı qaydaya 
salmağa başladılar. Sonralar, bu ruhlar bir-birindən ayrıldılar. Yan ruhu səmanı, İn ruhu isə yeri idarə etməyə 
başladı. Belə hesab edilir ki, onlar qaranlığın kobud hissəciklərindən heyvanları, quşları, balıqları və digər 
canlıları, yüngül hissəciklərdən isə insanları yaratmışlar. Digər mifə görə isə insanlar allah Fu-si ilahə 
Nyuyva tərəfindən yaradılmışdır. Üçüncü bir mifə görə isə ilk mifik insan Panqu balta ilə qaranlığa zərbə 
endirir və nəticədə bütün yüngül və təmiz olanlar yuxarı qalxan səmanı yaradırlar, ağır və çirkli şeylər isə 
aşağı enərək yeri yaradır. 
Kainatın mənşəyi haqqımda miflərdə naturfəlsəfənin ilk, qaranlıq və  bəsit də olsa belə rüşeymləri 
görünür. Hakim mifoloji şüur (təfəkkür) e.ə. birinci minilliyə qədər hökm sürmüşdür. 
İbtidai icma cəmiyyətinin dağılıb öz yerini yeni bir cəmiyyətə verməsi nəticəsində belə miflər aradan 
çıxmadı. Bir sıra miflər qədim Çin kosmoqonik konsepsiyalarının tərkib hissəsinə çevrilmişdir. Bu, hər 
şeydən  əvvəl,  İn və Yan ruhlarına  dair yayılmış miflərə aiddir. Artıq  İn və Yan kainatın yaranması  və 
inkişafında mühüm rol oynayan qüvvələrə çevrilirlər. 
Bir sıra mifoloji obrazların sonrakı fəlsəfi traktatlarda mühüm yer tutması heç də təsadüfi deyildir. E.ə. 
V-III əsrlərdə yaşayan filosoflar tez-tez miflərə müraciət edirdilər. Onlar həqiqi idarəçilik və insanın düzgün 
davranış normaları haqqında öz konsepsiyalarmı yaratmaq üçün miflərdən istifadə edirdilər. 
Bununla yanaşı, konfusiçilər miflərin tarixiləşməsini həyata keçirirlər. Buraya qədim miflərin süjet və 
obrazlarım mifdən azad edib, tarixi don geydirmək də daxildir. «Qədim Çin mifləri» kitabının müəllifi Yuan 
Ke yazırdı ki, konfusiçilərin əsas məqsədi bütün mifoloji personajların hərəkətlərini insaniləşdirmək idi ki, 
bu da miflərin tarixiləşməsi kimi başa düşülməlidir. Mifoloji əfsanələri öz təlimlərinə uyğunlaşdırmağa cəhd 
edən konfusiçilər ruhların insanlara çevrilməsinə çox səylə girişmiş, miflərin və  əfsanələrin rasional izahı 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
160
üçün də az iş görməmişlər. 
Burada miflər  ənənəvi tarixin bir hissəsinə çevrilmişdir. Bambuk lövhələrə mifləri köçürərkən onun 
ilkin mənası təhrif edildiyindən, insanlar ancaq yazılanlara inanmağa başladılar. Tədricən isə ağızdan-ağıza 
keçən miflər unudulmağa başladı.  
Nəticədə  səmərələşdirilmiş miflər fəlsəfi ideya və  təlimlərin tərkib hissəsinə çevrilmiş, miflərin 
personajları isə konfusi təlimlərinin təbliğində istifadə edilən tarixi şəxsiyyətlər kimi çıxış etmişlər. Xüsusilə 
mifik padşahlar Yao Şun, Yuy qədim dövrün ideal hakimlərinə çevrildilər. Onların hakimlik dövrü isə Çin 
tarixinin «Qızıl  əsri» elan edildi. Amansız və  qəddar hökmdarlar Tsze, Çjou obrazları da uyğun 
şəkildəyişməyə məruz qalıbdır. Onlar Yao, Şun və Yuyun antipoduna - tiranlara çevrilmişlər. Bütün bunlar 
miflərdə öz əksini tapmış, xalq ənənələrindən hakim sinfin mənafeyinə uyğun  şəkildə istifadə etmək 
məqsədinə xidmət etmişdir. Qədim dövrün bütün fəlsəfələrinin tarixi sübut edir ki, qəbilə-tayfa quruluşunun 
mifoloji baxışları elmi biliklərin yaranması prosesinə böyük təsir göstərmişdir. Fəlsəfə öz bünövrəsini 
mifoloji təsəvvürlər zəminindən götürmüş, onun materialından  əsaslı  şəkildə istifadə etmişdir. Bu mənada 
qədim Çin fəlsəfəsi Çin mifologiyasından geniş  şəkildə  bəhrələnmişdir. Başqa xalqların fəlsəfəsi kimi 
mifologiya ilə  sıx bağlı olan Çin fəlsəfəsi bir sıra spesifik xüsusiyyətlərə malik olmuşdur. Bu spesifik 
xüsusiyyətlər Çin mifologiyasının öz spesifikasından doğur. Çünki Çin mifləri, hər  şeydən  əvvəl, keçmiş 
sülalələr haqqında, «Qızıl əsr» haqqında tarixi əfsanələrin məcmusundan ibarətdir. «Şi tszin» «Dəyişikliklər 
kitabı», «Şi tszin» «Nəğmələr kitabı», «Şu tszin» «Tarix kitabı» və s. əksər hissələri qədim miflərə əsaslanır. 
Bu əsaslanma isə bir sıra kitablar «Şi tszin»  sübutu üçün ən nüfuzlu arqumentlər hesab olunur. Çin mifləri 
qədim çinlilərin dünya baxışmı  əks etdirən materiallarla o qədər də  zəngin deyildir. Ona görə Çin 
fəlsəfəsində naturfəlsəfə ideyaları mühüm yer tutmamışdır. Lakin başlanğıc haqqında, «böyük hüdud 
haqqında» - in və yan qüvvələri haqqında, hətta dao təlimi öz mifoloji və  qədim çinlilərin səma, torpaq 
haqqında bayağı dini baxışlarından götürür. 
Əsasında in və yan qüvvələri duran kosmoqonik müddəalarla yanaşı, «beş ilkin stixiya» ilə əlaqədar 
olan sadəlövh materialist konsepsiyalar da yaranıb inkişaf etmişdir. Təbiət qüvvələrinin canlı  şəkildə ilkin 
qavranılması  cəhdləri qədim Çin mütəfəkkirlərini bir-biri ilə qarşılıqlı  şəkildə  əlaqədar olan ilkin 
başlanğıclar - su, metal, torpaq, ağac kimi ünsürləri qəbul etməyə gətirib çıxarmışdır. Səma 5 ilkin başlanğıcı 
yaratmış, xalq onların hamısından istifadə edir. Onlardan biri məhv edilərsə, həyat qeyri - mümkün olar». 
«Şu Tszin» kitabının «Xun fan» («Böyük plan») fəslində deyilir: «Birinci başlanğıc - su, ikinci - od, 
üçüncü - ağac, dördüncü - metal və beşinci - torpaqdır. Su - yaş olub, üzü aşağı axmalıdır; od - yanmalı və 
yuxarı yüksəlməlidir; ağac - əyilməli və düzəlməlidir; metal - xarici təsirə tabe olmalı  və  dəyişilməlidir. 
Torpaq o vaxt özünü təzahür etdirir ki, əkilir və məhsul verir. 
Yaş olub üzü aşağı axan duzu olanı yaradır. Yanan və yuxan qalxan acı yaradır; əyilən və düzələn isə 
turş olam yaradır; tabe olan və dəyişilən isə kəskin (iti) olanı yaradır; əkini qəbul edib məhsul verən isə şirin 
olanı yaradır». 
Əvvəllər in və yan qüvvələri və 5 ilk başlanğıc səma ilə (ruhlarla) əlaqədar idi. Lakin xeyli müddətdən 
sonra Tszou Yan dini təsəvvürlərlə bağlı olan bu naturfəlsəfə sxemində  əlaqəni kəsir. Artıq bu zamanlar 
təbiət və cəmiyyətdəki baş verən dəyişikliklərin müşahidəsi ümumi yaranma və dəyişilmə haqqında fikirlərin 
formalaşmasına əsas vermişdir. Bu fikir olduqca dəqiq şəkildə «İ-tszin» (e.ə. VIII-VII əsrlər) adlı mətndə öz 
əksini tapmışdır. Kitabın adı da belə idi: «Dəyişikliklər haqqında traktat (kitab)». «İ-tszin» qrafik 
simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur. Tszian (səma), çen (dağ), li (od), 
çjen (ildırım), su-yun (külək, ağac), duy (nohur, hovuz), gün (torpaq), kan (su) həmin səkkizliyə daxil idi. Bu 
triqramlar  əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada 
rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın 
maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər 
bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. 
Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə 
olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan 
müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya 
vəziyyətlərin növbə ilə  dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə  işıq və qaranlıq qüvvələrinin qarşılıqlı 
təsirində meydana gəlir. 
«Dəyişikliklər kitabı»nın fikrincə, bir vəziyyətdən digərinə keçid varlığın dinamikasını açmalı idi. 
«Dəyişikliklər kitabı» Çin mədəniyyəti tarixində böyük bir hadisə olub, qədim şamanlar, saray adamları və 
mirzələr dairəsində yaradılıb yayılmışdır. 
«Dəyişikliklər kitabı»nın məzmunu və  əhəmiyyəti haqqında müxtəlif baxışlar mövcuddur. Bir qrup 
«Dəyişikliklər kitabı»nı romantik kitab hesab edir; ikinci qrup o qədər də əsassız olmayaraq belə hesab edir 
ki, burada mühüm fəlsəfi fikirlər tapmaq mümkündür. Üçüncü qrup bu kitabı məntiq dərsliyi sayır, dördüncü 
qrup mənəviyyatsız kitab hesab edir, beşinci qrup isə bunu fallik kosmoqoniya hesab edir və s.  
E.ə. VI-III əsrlərdə qədim Çinin ideya həyatında keyfiyyətcə yeni hadisələr meydana gəlməyə başladı. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
161
Həmin dövrdə Çinin iqtisadi və ictimai həyatında mühüm dəyişikliklər baş vermişdir. Torpaq üzərində 
xüsusi mülkiyyət bərqərar olur, yeni sənət sahələri yaranır, kənd təsərrüfatında yeni dəmir alət və əşyalardan 
istifadə olunur. Torpaqdan istifadə edilməsi üsulları təkmilləşdirilir. 
O dövrdə siyasi həyatda da mürəkkəb hadisələr baş vermişdir. Tsin, Çu, Tsi, Vey, Tszin, Çjao, Xan 
dövlətləri arasında müharibələrin ardı-arası  kəsilmir, dövlətlərin öz daxilində sosial partlayışlar baş verir. 
Vahid Çjou dövləti faktiki olaraq dağılır və bir sıra yerli hakimlər özlərini müstəqil elan etməyə çalışdılar. 
Onlar özlərini müstəqil elan edib, çox vaxt mərkəzi hakimiyyəti tanımırdılar. 
Dərin sosial gərginlik və ziddiyyətlər güclü ideoloji mübarizə ilə müşayiət olunurdu. Elə buna görə də 
sosial-siyasi çaxnaşmalar dövründə belə Çində mədəniyyət və fəlsəfənin inkişafı dayanmır, əksinə daha da 
tərəqqi edirdi. 
Zadəganlar və  məmurlar «Səma», «Tale» ideyasını daha da inkişaf etdirməyə  cəhd edirdilər. Bu da 
təsadüfi deyildir. Çünki həmin ideya onların hakimiyyətinin saxlanılması üçün zəmanət verirdi. 
Aristokratiyaya qarşı müxalifət kimi formalaşan yeni sosial qruplar öz baxışlarını irəli sürərək səmaya 
etiqad ideyasına qarşı  çıxırdılar. Onlar səma ideyasına tamamilə yeni bir məna və  məzmun verməyə 
çalışırdılar. Həmin təlimlərdə tarixi təcrübənin düzgün anlaşılmasına cəhd edilir, idarəçiliyin «ideal qanunu» 
axtarılır, müxtəlif sosial qruplar arasında qarşılıqlı münasibətlərin yeni qaydaları irəli sürülür, ayrı-ayrı 
adamların və ölkələrin dünyada yeri müəyyənləşdirilir, insanın təbiətlə, (səma ilə), dövlətlə  və digər 
adamlarla münasibətlərini aşkarlamağa səy göstərilirdi. 
«Şi Tszin», «Şu Tszin» kimi ədəbi-tarixi abidələrdə bilavasitə adamların  əmək və ictimai tarixi 
praktikasını ümumiləşdirən müəyyən fəlsəfi ideyalara rast gəlmək mümkündür. Lakin Çin fəlsəfəsi və 
mədəniyyətinin çiçəklənməsi e.ə. VI-III əsrlərə  təsadüf edir. Ona görə  də  həmin dövrün Çin fəlsəfəsinin 
«qızıl dövrü» adlanması tamamilə  həqiqətə uyğundur.  Əslində elə  həmin dövrdə  fəlsəfi və sosioloji fikir 
haqqında mühüm əsərlər o cümlədən, «Dao-de tszin», «Lun yuy», «Mo-tszı», «Men-tszı», «Çjuan-tszı», 
«Quan-tszı», «Li-Tszi» və s. əsərlər yaranmışdır. Elə həmin dövrdə öz konsepsiyası və ideyaları ilə Lao-tszı, 
Konfusi, Mo-tszı, Çjuan-tszı, Men-tszı, Syun-tszı,  Şan-Yan və Xan Feyt-tszı kimi mütəfəkkirlər yaşayıb 
yaratmışlar. Elə həmin dövrdə Çin fəlsəfə məktəbləri - daosizm, konfusiçilik, moizm, legizm, naturfilosoflar 
yaranıb inkişaf etmişlər. 
Qeyd etmək lazımdır ki, Şan və Çjou sülalələri dövründə siyasi sistem getdikcə daha da 
təkmilləşdirilmişdir. Quldarlıq quruluşu inkişaf etdikcə quldar-aristokratların tanınmış  nəsilləri daha da 
zənginləşirdi.  Şan sülaləsi dövründə Tszin nəsli həmin aristokrat-quldurların başında dururdusa, Çjou 
sülaləsi dövründə hakim Tszi nəsli başda dururdu. Şan və Çjou vanları ali hakimlər hesab olunurdular. «Şi-
tszin»də deyilir: «Bütün səma altında elə bir yer yoxdur vana məxsus olmasın, yerin sonuna qədər elə bir 
adam yoxdur ki, vanın qulu olmasın». Bütün bunlar bir daha sübut edir ki, Şan və Çjou sülalələri dövründə 
quldarlıq quruluşunun əsası torpaq və qullar üzərində dövlət mülkiyyəti, daha doğrusu hakimin mülkiyyəti 
təşkil edirdi. Şan və Çjou sülalələri dövründə ictimai həyat  şəraiti fəlsəfədə iki kəskin xüsusiyyəti bir-
birindən fərqlənirdi.  İlk növbədə ideologiya sahəsində başlıca yeri dini ideologiya tuturdu. Şan sülaləsi 
dövründə  hər  şeyi yaradan baş ilahi Şan li (ali imperator) hesab olunurdusa, Çjou sülaləsi dövründə isə 
«səma iradəsi» təsəvvürü hakim oldu. Bu dini təsəvvürlər quldarlar tərəfindən ağalıqlarını 
möhkəmləndirmək üçün mənəvi silah kimi istifadə olunurdu. Fəlsəfə din formasında işlənir və inkişaf 
etdirilirdi. Dini baxışlar cəmiyyətdə əsas yeri tutur. 
Fal sümüklərindəki yazılarda səma ancaq «di», yaxud da «şandi» (allah) kimi verilir. Burada «tyan» 
(səma, allah) termini göstərilmir. «Tyan» heroqlifi «da» (böyük) kimi göstərilir. O isə səmanı ifadə etmirdi. 
Ancaq «Şanşu» kitabının «Pan Gen» fəslində səma termini - yan «şandi» və həmçinin «tyan» mənasını verir. 
Lakin söhbət təkcə terminologiyada deyildir. Əsas məsələ dövrün mahiyyətini ifadə edən baxışların 
məzmunundadır. 
İkincisi, fəlsəfə  Şan və Çjou sülalələri dövründə siyasi və  əxlaqi təsəvvürlərlə  sıx  şəkildə bağlı idi. 
Quldarlıq cəmiyyətində hakim təbəqələr allahın adı ilə öz iradəsini aşağı  təbəqələrə yeritməyə çalışırdılar. 
Öz ağalığını möhkəmləndirməkdən ötrü quldarlar təkcə siyasi qüvvələrə deyil, həmçinin  əxlaqi 
kateqoriyalara da ehtiyac hiss edirdilər. Həmin kateqoriyalarda insanların cəmiyyətdə hüquq və  vəzifələri, 
pis və yaxşı əməlləri öz əksini tapmışdır. «Çjuan-tszı» əsərinin «Səma altı» fəslində göstərilirdi ki, fəlsəfə bu 
dövrdə səmanı başlıca - müsbət məziyyətli əsas hesab edirdi. Bu isə real tarixi şəraitə uyğun gəlir. Həmin 
fikir bir daha sübut edirdi ki, söhbət gedən dövrdə fəlsəfə din və əxlaq bir-biri ilə qırılmaz tellərlə bağlı idi. 
İn hakimi Pan-gen xalqı  xəbərdar edirdi ki, mənim üçün yaxım və uzaq fikri yoxdur. Kim cinayət 
törədirsə, ölümə məhkum olunacaq, kim xeyirxahlıq (yaxşılıq) edərsə, öz əməlinə görə şöhrətləndiriləcəkdir. 
Deməli, burada hakimlik, yüksək nəsildən olmaq, qohumluq və s. əsas yerdə durmur, əsas yerdə  əxlaqi 
normalar durur. Bütün bunlar bir daha göstərir ki, Şan sülaləsi xüsusilə Çjou sülaləsi dövründə artıq ibtidai, 
siyasi,  əxlaqi fəlsəfə yaranmağa başlamışdır ki, bu barədə  də Çin mifologiyasında material tapmaq 
mümkündür. Öz məzmununa görə quldarlıq sinfinin əxlaqi etik normaları sürətlə mürəkkəbləşməyə başladı. 
Nəticədə həmin normalarda hakim sülalənin mənafeyi ön plana çıxarıldı. Yəni Pan-Genin və sonrakı bir sıra 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
162
hökmdarların dedikləri tezliklə unudulmağa başladı. 
Həmin xüsusiyyətlər təkcə Şan və Çjou dövrünün fəlsəfəsinə xas olan cəhət deyildir. Təxminən bütün 
qədim Çin fəlsəfəsi siyasi-əxlaqi baxışlarla sıx əlaqədar olmuş, həmin əlaqə nəsli-iyerarxiya sistemi ilə bağlı 
olmuşdur. Bu əlaqə təkcə quldarlıq dövründə deyil, feodal münasibətlərin dövründə  də mövcud olmuşdur. 
Mifoloji bazaya əsaslanan qədim Çin fəlsəfəsi elə əvvəldən siyasi-əxlaqi xarakter daşımışdır. 
Qədim Çin mədəniyyəti əski dövrlərdən yazılı mənbələrlə zəngin olmuşdur. Hələ e.ə. XV əsrdə Çində 
heroqlifik yazı sistemi mövcud olmuşdur. Burada 2 min-dən çox heroqlifdən istifadə olunmuşdur. Çinlilər 
uzun əsrlər boyu ipək üzərində natural rənglərlə yazmışlar. Bizim eraya yaxın onlar mürəkkəb və kağızı kəşf 
etdilər. Bu dövrdə heroqliflərin sayı üç mini ötdü. Bizim eranın ikinci əsrində 10 minə, III əsrdə isə on səkkiz 
minə çatdı. Rəssamlıq, sənətkarlıq və s. geniş inkişaf etmişdir. İki-üç mərtəbəli evlərin tikilişi, büllur qablar 
istehsalı  və s. bu qəbildəndir. Məbədlər və  qəsrlərin tikilişi davam etdirildi. E.ə. III əsrdə Çində külli 
miqdarda imperator sarayı tikilmişdir. 
Riyaziyyat, astronomiya, ulduz kataloqu, təbabət, musiqi alətləri və s. böyük inkişaf yolu keçmişdir. 
Qədim çinlilər oxlu texniki kəşflər etmişlər. Maqnit cihazı, kompasın ilk nümunəsi, su dəyirmanı, maşın-
nasos və seysmoqrafiya çinlilərin adı ilə bağlıdır. Ən böyük tarixçi çox cildlik «Tarixi qeydlər»in müəllifi də 
çinli Sıma Syandır. Məşhur «Böyük Çin səddi» də  ən böyük memarlıq nümunəsidir. Hindistan dünyanın 
qədim sivilizasiya mərkəzlərindən biridir. Qədim Hindistan sivilizasiyası Misirin, Mesopotamiya və Yunan 
sivilizasiyalarından fərqlənir. Onun ənənələri bizim günlərə  qədər saxlanılaraq,  əslində çox cüzi 
dəyişikliklərə  uğramışdır. Arxeoloji qazıntıların aparılmasına qədər Misir, yaxud İraq kəndliləri öz 
əcdadlarının mədəniyyətləri haqqında, demək olar ki, heç nə bilmirdilər. Yunan əhalisi isə Perikl 
zamanındakı Afinanın  şöhrəti haqqında dumanlı  təsəvvürlərə malik idi. Hər iki halda keçmişlə  əlaqənin 
kəsildiyi görürük. 
 
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə