Dielektriklər elektrik sahəsində. Elektrik cərəyanını keçirməyən maddələrə dielektriklər yaxud izolyatorlar



Yüklə 54,5 Kb.
səhifə1/5
tarix13.03.2023
ölçüsü54,5 Kb.
#87541
  1   2   3   4   5
Dielektriklər elektrik sahəsində.


Dielektriklər elektrik sahəsində.
Elektrik cərəyanını keçirməyən maddələrə dielektriklər (yaxud izolyatorlar) deyilir. Dielektriklərdə sərbəst yükdaşıyıcılar yoxdur. Ona görə də adi şəraitdə onlarda elektrik yüklərinin nizamlı hərəkəti mümkün deyil. Dielektriklərdə atomların valent elektronları öz nüvələri ilə möhkəm bağlıdır. Nüvənin müsbət yükü, bütün elektronların mənfi yüklərinin cəminə bərabərdir, yəni dielektriklər molekulu elektroneytraldır.
Əgər nüvənin bütün müsbət yüklərini onların “ağırlıq” mərkəzində yerləşən yekun +q yükü ilə, bütün elektron yüklərini isə mənfi yüklərin “ağırlıq” mərkəzində yerləşən yekun –q yükü ilə əvəz etsək, hər bir molekula bir elektrik dipolu kimi baxmaq olar (bir-birində hər hansı bir məsafəsində yerləşən, modulca bərabər, işarəcə isə əks olan iki +q və -q yüklərindən ibarət sistemə elektrik dipolu deyilir). Bu dipolların hər biri
(1)
ifadəsi ilə təyin olunan dipol momentlərinə malikdir. Bu baxımdan dielektrikləri 3 qrupa ayırmaq olar:

  1. I qrupa daxil dielektriklərin (məsələn, N2, H2, O2, CO2, CH4, və s.) molekulları simmetrik quruluşa malikdir, yəni onlarda mənfi və müsbət yüklərin “ağırlıq” mərkəzləri üst-üstə düşür. Belə molekullar qeyri-polyar molekullar adlanır və onların dipol momenti sıfıra bərabər olur. Belə dielektriki xarici elektrik sahəsinə daxil etdikdə qeyri-polyar molekulun yükləri xarici sahənin təsiri ilə əks istiqamətdə (müsbət yüklər sahə istiqamətində, mənfi yüklər isə əksinə) yerini dəyişir. Nəticədə müsbət və mənfi yük mərkəzləri bir-birinə nəzərən sürüşür və molekul dipol momenti qazanır.

  2. II qrup dielektriklərin (məsələn, H2O, NH3, SO2, CO və s.) molekulları asimmetrik quruluşa malikdir , yəni onlarda müsbət və mənfi yüklərin “ağırlıq” mərkəzləri üst-üstə düşmür. Belə molekullar polyar molekullar adlanır. Xarici elektrik sahəsi olmadıqda da bu molekullar dipol momentinə malik olurlar. Lakin xarici elektrik sahəsi olmadıqda polyar molekulların dipol momentləri istilik hərəkəti nəticəsində fəzada çox xaotik yönəlir və onların yekun momenti sıfıra bərabər olur. Belə dielektriki xarici elektrik sahəsinə daxil etdikdə, sahə qüvvələri dipolları sahə boyunca döndərməyə çalışır və sıfırdan fərqli yekun moment yaradır.


  3. Yüklə 54,5 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin