Düzən Qarabağ Son Neolit dövründə (Kamiltəpə yaşayış yerinin materialları əsasında) Təvəkkül Əliyev



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix23.06.2023
ölçüsü1,02 Mb.
#134329
  1   2   3   4   5   6   7   8   9
Düzən Qarabağ Son Neolit döv-də



Azəebaycan Arxeologiyası
Cild 24 № 1 2021. 68-86 
Xəzər Universiteti Nəşriyyatı
DOI: 10.5782/2218-0346.2021.24.1.68
68 
Düzən Qarabağ Son Neolit dövründə 
(Kamiltəpə yaşayış yerinin materialları əsasında) 
Təvəkkül Əliyev 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 
Barbara Helving 
Almaniya, Berlin. Ön Asiya Muzeyi 
Açar sözlər: Qarabağ, Neolit, Kamiltəpə, Azərbaycan, Almaniya. 
Giriş 
Uzun fasilədən sonra, 2008-ci ildə Qalatəpə Antik və Orta əsr şəhər 
məskənində qazıntılara start verilməsi ilə Mil-Qarabağ düzündə arxeoloji təd-
qiqatlar bərpa olundu. Ərazini nəzərdən keçirmək və əvvəllər qeydə alınmış 
abidələrin vəziyyətini öyrənmək məqsədilə kəşfiyyat işləri aparıldı, o cüm-
lədən, hələ XX əsrin ortalarında qeydə alınmış Kamiltəpə qədim yaşayış 
yerində yoxlama şurf qoyuldu: çiy kərpicdən tikili qalığı açıldı, obsidian qəl-
pələrindən əmək alətləri və saxsı məmulatı nümunələri toplandı. Bu abidənin 
antropogen təsir nəticəsində ciddi dağıntıya məruz qalması Azərbaycan-
Almaniya birgə arxeoloji ekspedisiyasının 2009-cu ildə burada kompleks 
araşdırmalara başlamasına zəmin yaratdı. Sonrakı il bu əməkdaşlıq daha da 
dərinləşdi: AMEA Arxeologiya və Etnoqrafiya İnistitutu, Gürcüstan Milli 
Muzeyi, Almaniya Arxeolgiya İnistututu və Fransa Milli Araşdırmalar İnisti-
tutunun müştərək təşkilatçılığı ilə Kür çayı hövzəsində yerləşən Son Neolit 
dövrünə aid üç abidənin öyrənilməsi qərara alındı. 2010-2012-ci illərdə “Qə-
dim Kür” (“Ancient Kura”), 2013-2015-ci illərdə isə “Kür hərəkətdədir” 
(“Kura in Motion”) layihələri çərçivəsində Gürcüstan ərazisindəki Arıxlı 
(Aruxlo), Azərbaycanda – Tovuz rayonunda Menteştəpə qədim yaşayış yer-
ləri ilə yanaşı, Mil düzündə Kamiltəpə və onun ətrafında da iri miqyaslı ar-
xeoloji qazıntılar aparıldı. Bu tədqiqatlar təkcə Azərbaycanın deyil, bütövlük-
də Cənubi Qafqazın Neolit dövrü mədəniyyətinin öyrənilməsində mühüm ad-
dım oldu. 
Qarabağ bölgəsi təbii-coğrafi cəhətdən Kür və Araz çaylarının arasında 
yerləşir və bir-biri ilə sıx əlaqədə olan iki hissədən – Düzən (Aşağı) Qarabağ 
və Yuxarı Qarabağdan ibarətdir. Öz növbəsində, Düzən Qarabağın da əsas 
hissəsini Mil düzü təşkil edir. Onun antropogen çöküntülərdən təşkil olunan 
səthi hamar, zəif pilləlidir. Ərazinin yarımsəhra və quru çöl landşaftı IV 


Düzən Qarabağ Son Neolit dövründə 
69 
geoloji dövrdə yaranıb inkişaf etmişdir (14, s. 84, 103). Ötən əsrin 20-ci il-
lərində Mil-Qarabağ düzündəki köçmə və oturaq təsərrüfatı tədqiq etmiş 
M.N.Avdeyev yazır ki, Mil düzü yerli addır və görünür, Mil-Minarə ilə bağlı-
dır. Kür və Araz çayları arasındakı üçbucaq isə indi də bütünlüklə “Qarabağ 
düzü” adlanır və Qarqarçayı aşıb şimala döğru uzanır (20, s. 17). Bəzən Bey-
ləqan toponiminin özü də "düzənlik”, “çöl" mənasında Mil düzünün qədim 
adı kimi qəbul olunur (5, s. 90). A.Bakıxanov Beyləqandan bəhs edərkən gös-
tərir ki, burada sultanların qəbirləri üzərində iki uca minarə var imiş və “bun-
lardan birisi yarım xaraba halında indi də mövcuddur. Buna görə, xalq 
Beyləqanı Millər deyə adlandırır” (6, s. 95-96).
Arxeoloji materiallar isə Mil-
Minarənin XI-XIII əsrlərə aid olduğunu təsdiq edir (10, s.47). 
Son Antik və Erkən Orta əsrlərdə Mil düzünün bir hissəsi qədim Azər-
baycan dövləti olan Albaniyanın Paytakaran vilayətinə daxil idi. Bu vilayətin 
ərazisi Mil düzü ilə yanaşı, Muğan düzünün bir hissəsini əhatə edir, şərqdə 
Xəzər dənizinədək uzanırdı. Orta əsrlərdə bu ərazi Balasaqan, ondan əvvəlki 
Antik dövrdə isə Kaspiana kimi tanınırdı (4, s. 16). Mil düzü ayrı-ayrı dövr-
lərdə Qarqar, Honaşen, Peyğəmbər düzü də adlanmışdır. Yerli əhali isə ona 
daha çox “Haramı düzü” deyir. Beləliklə, bəhs olunan düzün hazırda elmi 
ədəbiyyatda və danışıq dilində “Mil düzü”, “Qarabağ düzü”, “Aşağı Qara-
bağ”, “düzən Qarabağ” və ya “Mil-Qarabağ düzü” adlandırılmasını təbii qə-
bul etmək olar. 
Düzən Qarabağ, o cümlədən Mil düzü abidələrinin arxeoloji tədqiqi 
XIX əsrin sonlarından başlanmışdır. C. Veysenqof, E.Resler və A.İvanovski-
nin qeyd və araşdırmalarını buna misal göstərmək olar (Bax: 7, s.8-10). XX 
əsrin ortalarında A.A.İyessenin rəhbərlik etdiyi Azərbaycan Örənqala ekspe-
disiyası Beyləqan şəhər yerində geniş qazıntılar aparmaqla yanaşı, Mil dü-
zündə kəşfiyyat-axtarış işləri apararaq bir sıra yeni arxeoloji abidə aşkar 
etmişdir (23, s. 13-15). Ağcabədi rayonu ərazisində – Qarasuyun sol sahilin-
dəki təbii yüksəklik üzərində yerləşən Kamiltəpə də o zaman Eneolit dövrünə 
aid abidələrdən biri kimi qeydə alınmışdır. 
Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası 2009-cu ildə Kamil-
təpədə kompleks tədqiqatlara başladı. Əvvəlcə abidənin ortasında buldozerlə 
açılmış yarğanın yan divarlarında təmizləmə işləri aparıldı. Bu zaman məlum 
oldu ki, hər iki kəsik başdan-başa çiy kərpic qatlarından ibarətdir. Yaşayış 
yerində qoyulan yoxlama şurflar burada böyük bir kərpic platformanın 
olduğunu göstərdi (1, s. 28-32, şək., 4-11; 8, s. 282). Növbəti il başlanan 


70 
Təvəkkül Əliyev, Barbara Helving 
tədqiqat layihəsinin birinci mərhələsində (2010-2012-ci illər) əsas məqsəd 
Kamiltəpədə açılan və böyük marağa səbəb olan bu platformanın funksiyasını 
aydınlaşdırmağa, ətraf ərazilərdə, xüsusilə Qarqarçay, Honaşen, Qarasu və 
Şpartı (Çapartı) çayları hövzəsində özəl araşdırma (SURVEY) işlərini geniş-
ləndirməyə yönəldi. Mil-Qarabağ bəlgəsində tədqiqat aparan beynəlxalq 
ekspedisiyanın tərkibinə Almaniya, Fransa və Azərbaycanla yanaşı, digər öl-
kələrdən də (Böyük Britaniya, ABŞ, Yaponiya, İran, Türkiyə və b.) mütəxəs-
sislər cəlb edilmişdir. 
Kamiltəpədə aşkar olunan platformanı araşdırmaq məqsədilə abidə üzə-
rində geofiziki işlər aparılmış, xəritə tərtib edilmişdi. Yaşayış məskənində 
(eləcə də, Düzən Qarabağın digər abidələrində) bu istiqamətdə araşdırmalar 
Bavariya Federal Torpağının Münhendə yerləşən “Abidələrin mühafizəsi ida-
rəsi”nin geoloji kəşfiyyat şöbəsinin müdiri dr. J. Fasbinderin rəhbərliyi ilə 
yerinə yetirilmişdir (11, s. 325-333; 16, s., 18-20). Geomaqnetik xəritə kərpic 
platformanın bütün daxili hissəsinin də başdan-başa kərpic hörgü ilə dolu ol-
duğunu göstərmişdir. Bu məlumatlar əldə edildikdən sonra platformanın üzə-
rində və kənarlarında iri miqyaslı yoxlama qazıntı işləri aparılmışdır. Nəticə-
də məlum olmuşdur ki, platforma formaca dairəvi şəkildədir və onun diametri 
24 metrə yaxındır. Açılan üst-üstə13 qat kərpic hörgünün ümumi hündürlüyü 
2,6 metrə çatır. Neolit dövrünə aid bu monumental tikili vahid ölçüyə malik 
olmayan çiy kərpiclərdən inşa edilmişdir (şək. 2). Platformanın yanındakı 
otağın dağılmış kərpicləri üzərində qalınlığı 1 metrdən çox olan kül qatı aşkar 
olunmuşdur. Buradan mikromorfoloji analiz üçün götürülən nümünələrin 
təhlili göstərmişdir ki, bu kül qatı ocaq yeri deyil, təbii və ya antorpagen 
fəaliyyət zamanı yuxarıdan – platforma üzərindən aşağıya düşən, yaxud da 
atılan materiallara aiddir. Xususi mikroskop vaistəsi ilə müəyyən edilmişdir 
ki, külün içərisindəkilər ev və ya hər hansı tikili üçün nəzərdə tutulan gil, 
qamış, odun və digər materialların qalıqlarıdır

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin