1
HASİL FƏTƏLİYEV
İÇKİLƏRİN
EKSPERTİZASI
DƏRSLİK
BAKI - 2015
2
Azərbaycan Respublikası Təhsil Nazirliyinin_____-ci il tarixli
___ saylı əmri ilə dərslik kimi təsdiq edilmiş və qrif verilmişdir
Elmi redaktor: Azərbaycan Kooperasiya Universitetinin
professor əvəzi, texnika elmləri doktoru,
Vüqar Şahbaba oğlu Mikayılov
Rəy verənlər: Azərbaycan Texnologiya Universitetinin
professoru, biologiya elmləri doktoru
Əhəd Əli oğlu Nəbiyev;
Azərbaycan Dövlət Aqrar Universitetinin
professoru, aqrar elmləri doktoru
Nazim Məhəmməd oğlu Yusifov
Hasil Kamaləddin oğlu Fətəliyev (texnika elmləri doktoru,
professor) İçkilərin ekspertizası Dərslik, Bakı, 2015, ____ səh.
Dərslikdə içkilər istehsalı və istehlakı, ona təsir edən amillər təhlil
olunmuş, “şərab”, “pivə”, “tünd alkoqollu içkilər” istehsalı üzrə
ölkələrin ixtisaslaşması və fərdi xüsusiyyətləri ön plana çəkilmişdir.
Spirtsiz içkilər, mineral sular, pivə, şərab və digər içkilərin istehsal tex-
nologiyası, eyniləşdirmə və ekspertizası şərh olunmuş, məmulatların
orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji keyfiyyət göstəriciləri və
onlara qoyulan tələblər verilmişdir. Istehsal olunan müxtəlif növ
içkilərin doldurulması, qablaşdırma və markalanması həmçinin
saxtalaşdırılması, qüsurları və onların aradan qaldırılma yolları şərh
olunmuşdur.
Dərslik “istehlak mallarının keyfiyyət ekspertizası və marketinqi”
ixtisası üzrə təhsil alan magistr-tələbələr üçün nəzərdə tutulmuşdur.
Lakin ondan digər ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər,
həmçinin sahə üzrə mütəxəssislər istifadə edə bilərlər.
3
MÜNDƏRİCAT
GİRİŞ ........................................................................................... 7
İÇKİLƏRİN TƏSNİFATI ........................................................ 11
BİRİNCİ FƏSİL ........................................................................ 19
SPİRTSİZ VƏ AZ SPİRTLİ İÇKİLƏRİN
EKSPERTİZASI ....................................................................... 19
1.1.
S
PİRTSİZ İÇKİLƏR
............................................................... 19
1.1.1. Spirtsiz içkilərin qida dəyəri ...................................... 19
1.1.2. Spirtsiz içkilər üçün xammal və yarımfabrikatlar ..... 21
1.1.3. Spirtsiz içkilər istehsalının texnoloji mərhələləri ...... 28
1.1.4. Eyniləşdirmə və ekspertiza ........................................ 40
1.2.
M
İNERAL SULAR
................................................................ 64
1.2.1. Təsnifatı ..................................................................... 64
1.2.2. Təbii mineral suların sənaye doldurulmasının
texnologiyası ........................................................................ 68
1.2.3. Eyniləşdirmə və ekspertiza ........................................ 70
1.3.
P
İVƏNİN EKSPERTİZASI
...................................................... 83
1.3.1. Təsnifatı ..................................................................... 83
1.3.2. Pivənin qida dəyəri .................................................... 85
1.3.3. İstehsal texnologiyası................................................. 86
1.3.4. Eyniləşdirmə və ekspertiza ........................................ 94
1.3.5. Pivənin saxtalaşdırılması......................................... 123
İKİNCİ FƏSİL ........................................................................ 125
ŞƏRABLARIN EKSPERTİZASI .......................................... 125
2.1.
Ü
ZÜM ŞƏRABLARI
............................................................ 125
2.1.1. Dünyada üzüm-şərab istehsalı və istehlakı.............. 125
4
2.1.2. Azərbaycanda üzüm-şərab istehsalı və istehlakı ..... 128
2.1.3. Üzümün tərkib və keyfiyyəti ..................................... 132
2.1.4. Şərabların kimyəvi tərkibi ....................................... 137
2.1.5. Üzüm, şirə və şərabın qida dəyəri ........................... 141
2.1.6. Dünya ölkələrində şərabların təsnifatı .................... 145
2.1.7. İstehsal texnologiyası .............................................. 155
2.1.8. Eyniləşdirmə və ekspertiza ...................................... 176
2.2.
O
YNAQ VƏ QAZLAŞDIRILMIŞ ŞƏRABLAR
.......................... 231
2.2.1. Oynaq şərabların təsnifatı ....................................... 231
2.2.2. İstehsal texnologiyası .............................................. 233
2.2.3. Eyniləşdirmə və ekspertiza ...................................... 251
2.2.4. Orijinal üzüm şərabları ........................................... 259
2.2.5. Qazlaşdırılmış şərab kokteylləri .............................. 260
2.3.
M
EYVƏ
-
GİLƏMEYVƏ ŞƏRABLARI
.................................... 262
2.3.1. Təsnifatı ................................................................... 262
2.3.2. İstehsal texnologiyası .............................................. 264
2.3.3. Eyniləşdirmə və ekspertiza ...................................... 272
2.3.4. Dünyanın meyvə-giləmeyvə içkiləri ......................... 275
2.4.
Ş
ƏRABLARIN SAXTALAŞDIRILMASI
,
XƏSTƏLİK VƏ
ÇATIŞMAZLIQLARI
.................................................................. 278
2.4.1. Şərabların saxtalaşdırılması ................................... 278
2.4.2. Şərabın xəstəlikləri .................................................. 287
2.4.3. Şərabın nöqsanları .................................................. 293
2.4.4. Şərabın bulanmaları ................................................ 297
ÜÇÜNCÜ FƏSİL .................................................................... 301
KONYAKLARIN EKSPERTİZASI ..................................... 301
3.1.
K
ONYAKLARIN TƏSNİFATI
............................................... 301
3.2.
İ
STEHSAL TEXNOLOGİYASI
.............................................. 303
3.2.1. Konyak istehsalının qısa tarixi ................................ 303
5
3.2.2. Konyak şərab materiallarının alınması və
keyfiyyətinin qiymətləndirilməsi ........................................ 305
3.2.3. Konyak spirtinin alınması, yetişdirilməsi və keyfiyyət
göstəriciləri ........................................................................ 307
3.3.
E
YNİLƏŞDİRMƏ VƏ EKSPERTİZA
...................................... 312
3.3.1. Məhsulun qəbulu, nümunə götürülməsi və sınaq
metodları ............................................................................ 312
3.3.2. Orqanoleptik qiymətləndirmə .................................. 315
3.3.3. Fiziki-kimyəvi keyfiyyət göstəriciləri ....................... 317
3.3.4. Qablaşdırma və markalanma .................................. 319
3.5.
K
ONYAKIN NƏQL ETDİRİLMƏSİ
,
SAXLANMASI VƏ
SAXTALAŞDIRILMASI
.............................................................. 321
3.6.
D
ÜNYANIN KONYAK ÇEŞİDLƏRİ
....................................... 325
3.6.1. Azərbaycan konyakları ............................................ 325
3.6.2. Fransa konyakları .................................................... 329
3.7.
D
İGƏR TÜND ALKOQOLLU İÇKİLƏRİN EKSPERTİZASI
........ 330
3.7.1. Brendi ...................................................................... 330
3.7.2. Rom .......................................................................... 333
3.7.3. Viski ......................................................................... 337
3.7.4. Cin............................................................................ 341
3.8.
M
ÜXTƏLİF İÇKİ NÖVLƏRİNİN İSTEHLAKINA DAİR
TÖVSİYƏLƏR
........................................................................... 343
DÖRDÜNCÜ FƏSİL .............................................................. 346
LİKOR-ARAQ MƏMULATLARININ EKSPERTİZASI .. 346
4.1.
L
İKOR
-
ARAQ MƏMULATLARI
........................................... 346
4.1.1. Təsnifatı ................................................................... 346
4.1.2. Likor-araq məmulatları alınmasının texnoloji
prosesləri ........................................................................... 348
4.1.3. Eyniləşdirmə və ekspertiza ...................................... 354
6
4.1.4. Nəql etmə və saxlanma ............................................ 365
4.1.5. Saxtalaşdırma .......................................................... 366
4.1.6. Müxtəlif ölkələrdə buraxılan likor-araq məmulatları
........................................................................................... 368
4.1.7. Şərab içkiləri ........................................................... 374
4.2.
A
RAĞIN EKSPERTİZASI
.................................................... 377
4.2.1. İstehsal texnologiyası .............................................. 377
4.2.2. Eyniləşdirmə və ekspertiza ...................................... 386
4.2.3. Saxtalaşdırma .......................................................... 398
4.2.4. Dünyada araq istehsalı ............................................ 401
BEŞİNCİ FƏSİL ..................................................................... 411
ETİL SPİRTİNİN EKSPERTİZASI ..................................... 411
5.1.
İ
STEHSAL TEXNOLOGİYASI
.............................................. 411
5.1.1. Qısa istehsal tarixi ................................................... 411
5.1.2. Etil spirti çeşidlərinin təsnifatı və xammalın təsviri 412
5.2.
S
PİRT İSTEHSALININ ƏSAS MƏRHƏLƏLƏRİ
....................... 415
5.3.
E
YNİLƏŞDİRMƏ VƏ EKSPERTİZA
...................................... 423
5.3.1. Qəbul qaydası, nümunənin götürülməsi və məhsulun
sınağı ................................................................................. 423
5.3.2. Orqanoleptik təhlil ................................................... 428
5.3.3. Fiziki-kimyəvi keyfiyyət göstəriciləri ....................... 431
5.3.4. Qablaşdırma və markalanma .................................. 436
5.4.
N
ƏQL OLUNMASI VƏ SAXLANMASI
.................................. 438
ƏDƏBİYYAT .......................................................................... 440
7
GİRİŞ
İçkilərin, xüsusilə də spirtlilərin istehsal və istehlak coğ-
rafiyası onların istehsalı üçün istifadə olunan kənd təsərrüfatı
xammalının yayıldığı rayonlara görə müəyyən olunur. Məsələn,
üzümçülük-şərabçılıq rayonları – Fransa, İtaliya və İspaniya,
“arpa” rayonları - əsasən Şotlandiya (pivə istehsalı), düyü əsasında
içkilər istehsalı rayonları – Çin və Yaponiyadır. Avropa müstəm-
ləkəçilik dalğası ilə alkoqollu içkilər istehsalı Latın Amerikası öl-
kələrinə yayılmışdır. Burada həmçinin xammal amili rol oynamış,
istehsal yerli qarğıdalı, şəkər qamışı və aqavaya əsaslanmışdır.
Hətta nəqliyyatın müasir inkişafı şəraitində alkoqollu içkilər
istehsalı ilə uyğun kənd təsərrüfatı xammalı rayonları arasında
əlaqə saxlanılmaqdadır. Şərab istehsalında son vaxtlar müşahidə
edilən nəzərə çarpacaq yer dəyişikliyi cənub yarımkürəsində
(Argentina, Çili, CAR, Avstraliya), həmçinin Çində yeni üzüm-
çülük rayonlarının formalaşması ilə bağlı olmuşdur. Lakin ənənəvi
şərabçılıq ölkələri olan Fransa, İtaliya və İspaniya hələ də liderlik
mövqelərini saxlamaqdadırlar.
Pivə istehsalı məkan baxımından az dəyişən olub, hazırda da
demək olar ki, öz tarixi yerində qalmaqdadır. Pivə müqayisədə
ucuz olsa da nəqliyyat məsarifləri son məhsulun qiymətinə əsaslı
təsir göstərir. Pivənin saxlanma müddəti qısa olub, uzaq
daşınmaları arzu olunan deyildir. Pivənin fiziki istehlak həcmi
digər tip alkoqollu məhsulları xeyli üstələyir. Bu isə nəqliyyat
amilinin rolunu gücləndirir və istehsalla kütləvi istehlak rayonları
arasında bağlılığa zəmin yaradır.
Qeyd etmək yerinə düşər ki, dünyada adambaşına şərab
istehsalı 4,4 litr təşkil etdiyi halda, pivə üzrə bu göstərici 26,5 litrə
bərabərdir (2008-ci il).
“Pivə” ölkələrinə qədimdən pivə ənənələri olan ölkələr aid
edilir. Bu qrupa Almaniya (istehlak olunan alkoqollu içkilərin
strukturunda pivənin payı 60%-dir), Danimarka (60), Böyük
8
Britaniya (70), İrlandiya (70%), Çexiya, kapitalizmə yeni keçən
ölkələr, həmçinin ABŞ, Kanada və Avstraliya daxildir.
Pivənin geniş yayılmasını bir neçə amil şərtləndirir. Buraya ilk
növbədə istehsalı üçün geniş çeşiddə xammal bazasının
mövcudluğu (arpa, buğda, çovdar, qarğıdalı və s. dənlilər); ikinci,
digər alkoqollu içkilərlə müqayisədə nisbətən aşağı dəyəri və
nəhayət az miqdarda alkoqola malik olması aid edilə bilər.
Pivə çox vaxt alkoqol kimi deyil, “soyuducu içki” kimi
istehlak olunur. Pivəyə bir sıra zəif inkişaf etmiş Afrika və Latın
Amerikası ölkələrində də üstünlük verilir.
Ənənəvi “şərab” ölkələri – Fransa (istehlakda şərabın payı
70%-dir), İtaliya (75%), Argentina (75%), Çili və Gürcüstandır.
Dünyada üzüm şərablarının istehlakı digər alkoqollu içkilərlə
müqayisədə xeyli azdır.
Tünd içkilər üstünlük təşkil edən ölkələrə - Polşa (
istehlakda
payı
60%), Ukrayna (70%), Rusiya (75%) demək olar ki, bütün MDB
ölkələri (Gürcüstan istisna olunmaqla), Pribaltika, mərkəzi
Amerika və Cənub-Şərqi Asiyanın bir çox ölkələri həmçinin
Nigeriya daxildir. Tünd spirtli içkilər nəqliyyata çox davamlı olub,
saxlanma müddətinin uzunluğu ilə seçilir. Bu, onların xarici ticarət
şəbəkələrində geniş yayılmasına zəmin yaradır.
Alkoqollu içkilər istehlakı səviyyəsini müəyyən edən vacib
amillərə ölkənin mədəni səviyyəsi, ilk növbədə isə din amili aid
edilir.
Aşağı istehlakla səciyyələnən ölkələr zolağının sərhədi
alkoqolu qəti qadağan edən İslamın və onun istehlakını pisləyən
buddizmin yayılma sərhədlərinə uyğun gəlir. Bir sıra ölkələrdə, o
cümlədən Pakistan, Banqladeş və Əfqanıstanda alkoqol demək
olar ki, istehlak olunmur. Bu cür “Ayıq zolaq” Morokko və
Əlcəzairdən - İndoneziyayadək davam edir.
Mədəni xüsusiyyətlər baxımından diqqəti cəlb edən isə bir sıra
Avropa ölkələrində istehlak həcminin inkişaf edən vəziyyətdə,
yaxud stabil yüksək olmasıdır. Böyük Britaniya və İrlandiyada
alkoqollu içkilərin yüksək istehlakı içkilərin müəssisələrdən
9
(Almaniyada pivə müəssisələrindən) açıq aparılma ənənəsinin
olmasıdır.
Çox vaxt müxtəlif növ istehlak bazarlarını vacib amil kimi
təhlil edəndə ölkədəki həyat səviyyəsinə baxılır. Lakin alkoqol
istehlakında onun istehlak səviyyəsi ilə bu və ya digər ölkənin
inkişaf səviyyəsi arasında birbaşa asılılıq aşkar edilməmişdir.
Alkoqol istehlakına görə eynilik təşkil edən iki diametral əks–
(daha az və daha çox inkişaf edən) ölkələr qrupu səciyyələndirmək
olar. Məsələn: bir tərəfdə – zəif inkişaf etmiş Uqanda (15 yaşından
artıq hər adambaşına 18 ℓ təmiz spirt – 2005-ci il) Burundi (9
ℓ/adam), Haiti (8), İvedelula (9), Dominik (7,5); digər tərəfdə - çox
inkişaf etmiş Böyük Britaniya (12) Fransa (11), Almaniya (12)
Lüksemburq (16 ℓ/adam) dayanır. Yaxın miqdar səciyyələri arxa-
sında prinsipial keyfiyyət fərqləri gizlənir. Daha geri qalmış
ölkələrdə alkoqollu içkilərin yüksək istehlak səviyyəsi aşağı həyat
səviyyəsinin və çox hallarda stress faktorlarının, ictimaiyyətdəki
gərgin münaqişlərin nəticəsidir (məsələn, “öncüllər”dən olan
Uqandada 20 ilə qədər davam edən vətəndaş müharibəsi). Daha
sakit daxili vəziyyətli zəif inkişaf etmiş ölkələr adətən alkoqollu
içkilərin yüksək istehlak göstəricilərinə malik olmurlar. Əsasən
aşağı keyfiyyətli alkoqol istehlak edilən zəif inkişaf etmiş
ölkələrdə bir litr alkoqol istehsalına çəkilən xərclər inkişaf etmiş
ölkələrdəki analoji xərclərdən xeyli aşağıdır.
Avropa mədəniyyətli inkişaf etmiş ölkələrdə alkoqollu
məhsulların istehlak səviyyəsi son vaxtlar bütün qrup ölkələr üçün
orta səviyyəyə - yəni 10,5-11,0 ℓ/adama çatır. Daha çox kənara
çıxmalara İsveçrə və Norveçdə (“Avropa səviyyə”sindən aşağı),
həmçinin İrlandiya, Böyük Britaniya və Lüksemburqda (yüksək)
təsadüf olunur.
Ümumiyyətlə dünyada içkilər istehlakının ölkələr üzrə fərqli
xarakterdə olması nəzərə çarpır.
Alkoqollu içkilərin illik istehlak dinamikasına nəzər saldıqda
(2000 və 2007-2010-cu illər) aydın olur ki, 15 yaşından yuxarı hər
adama təmiz spirt istehlakı üzrə MDB və Şərqi Avropa ölkələri
10
artan dinamikalı ölkələr qrupuna aid edilə bilər. Bu qrupa 2000-ci
ildə 10 lirtdən çox, 2007-2010-cu illərdə isə 14 litrə yaxın olmaqla
Belarus liderlik etmişdir. Buraya həmçinin Koreya, Sloveniya,
Rusiya, Slovakiya, İspaniya, Belçika, Avstraliya, Polşa, Finlan-
diya, Ukrayna, Yeni Zenlandiya, ABŞ, Kanada, İsveçrə, Qaza-
xıstan, Norveç, Meksika aiddir.
Azalma yönümlü ölkələr qrupunda Çexiya lider olub, 2000-ci
ildə hər adama orta hesabla 16 litrə yaxın təmiz spirt istehlak
olunsa da sonrakı illərdə azalma müşahidə edilmişdir. Bu qrupa
həmçinin Fransa, Avstriya, İrlandiya, Almaniya, Macarıstan,
Portuqaliya, Danimarka, Böyük Britaniya, İsveçrə, Niderland,
Yunanıstan, Yaponiya, İtaliya, İsrail, Türkiyə daxildir.
İstehlak strukturuna nəzər saldıqda aydın olur ki, inkişaf etmiş
ölkələrdə təlabat zəif alkoqollu içkilər yönündə dəyişmişdir.
Rusiya içkilər strukturunda həmişə tünd alkoqol dominantlıq
etsə də, son 20 ildə pivənin xüsusi çəkisində artım müşahidə
olunmaqdadır.
“İdeal” istehlak strukturu (Q.Edvards, P.Anderson, T.Babor
və b. görə) belə hesab olunur: pivə 50%; şərab 35%; tünd içkilər
15%. Qeyd etmək yerinə düşər ki, belə struktura Belçikada təsadüf
olunur.
Ümumiyyətlə əhalisinin yüksək gəlir səviyyəsi olan ölkələrdə
(AB, ABŞ, Kanada, Avstraliya, Yaponiya) alkoqol istehlakının bir
qədər azalması müşahidə edilir ki, bu da həmin ölkələrdə sağlam
həyat tərzinə üstünlük verilməsi ilə əlaqədardır. Iqtisadi baxımdan
inkişaf etməkdə olan ölkələrdə əksinə, əhalinin gəlirlərinin artması
ilə alkoqol istehlakının yüksəlməsi müşahidə olunur. Bu qrupa
Meksika, Braziliya və Çin aiddir.
11
İÇKİLƏRİN TƏSNİ
FATI
Bütün içkiləri mineral sular, spirtsiz və spirtli (alkoqollu)
içkilər olmaqla 3 qrupa bölmək olar (şəkil 1, 2).
Alkoqollu içkilərin təsnifatı. Bütün alkoqollu içkilər tər-
kibində olan etil spirtinin miqdarından asılı olaraq qruplara,
qruplar isə öz növbəsində istifadə olunan xammal və texno-
logiyadan asılı olaraq yarımqruplara bölünürlər.
Yarımqruplar növlərə, yarımnövlərə və ayrı-ayrı adlara
bölünür. Təsnifləşdirici əlamət kimi istifadə olunan yardımçı
xammal (məsələn, ədviyyat toplusu və balzam üçün ətirli
bitkilər), yaxud spesifik texnoloji üsullar (konyak, rom və
viskinin palıd çəlləklərdə yetişdirilməsi) götürülə bilər.
Likor-nalivka məmulatları və şərabların çeşidi yüzlərlə
adda olması ilə seçilir. Başqa spirtli içkilərin çeşidi xeyli azdır.
Lakin son vaxtlar ölkə və xaricdə buraxılan araq
məmulatlarının çeşidinin genişləndirilməsi istiqamətində işlər
aparılmaqdadır.
Bütün spirtli içkiləri saxlanıb yetişdirilməsinə və saxlanma
müddətinə görə üç qrupa bölmək olar:
saxlanılmadan (yetişdirilmədən) istehsal olunanlar.
Buraya etil spirti və araq aiddir;
qısa müddətli yetişdirilməklə hazırlananlar - 1 ayadək
(likör-nalivka məmulatları);
uzun müddətli yetişdirilməklə hazırlananlar - 3 aydan
10 ilədək və daha çox (konyaklar, şərab, rom, viski, cin).
Spirtli içkiləri yetişdirmək üçün palıd çəlləklərindən və
butulkalardan istifadə olunur.
Daxili yandırılmamış (konyak, rom), yaxud yandırılmış
(viski) palıd çəlləklərdən və ya içkiyə palıd qırıntıları əlavə
edilməklə (konyak spirti, brendi) içkilər hazırlanır.
14
Şərab çəllək, çən yaxud digər iri qabaritli qablarda yetiş-
dirildikdən sonra butulka, balon, paket və ya digər qablara
doldurulur. Kolleksiya şərabları üçün butulkalarda uzun müd-
dətli saxlanma tətbiq olunur.
Yalnız rektifikasiya olunmuş etil spirti əmtəəlik sortlara
bölünür. Qalan spirtli içkilər sortlara bölünmür.
Alkoqollu içkilər tündlüyündən asılı olaraq zəif, orta, tünd və
yüksək alkoqollu olmaqla qruplaşdırılır.
Zəif alkoqollu içkilər. Ümumiyyətlə içkinin tündlüyünü
müəyyən edən spirtin norma və miqdarı məsələsi bir qədər şərti
göstəricidir. Bəzi ölkələrdə bu norma yuxarı, digərlərində isə
aşağıdır.
Zəif alkoqollu içkilərə adətən tərkibində spirtin miqdarı 8%-i
keçməyən içkiləri aid edirlər.
Pivə - pivə mayalarının təsiri altında səməni şirəsinin qıc-
qırdılması yolu ilə alınır. Burada demək olar ki, həmişə mayaotu
iştirak edir;
Braqa – müxtəlif bitki məhsullarının (meyvə-tərəvəz) qıc-
qırdılma məhsulu kimi alınır. Müstəqil şəkildə qəbul olunmayıb,
əsasən samaqon alınması üçün istifadə olunur;
Sidr – çox maraqlı alma içkisi olub, mayalardan istifadə
olunmadan alınır. Onun maksimum tündlüyü -7%, adətən isə 2%
təşkil edir;
Toddi – bəzi palma şirələrinin ekzotik qıcqırma məhsu-
ludur;
Kvas - ənənəvi spirtli içki hesab olunmayıb, az miqdarda
olsa da spirtə malik olur;
Kumus – çox az miqdarda spirtə malik olmaqla at südünün
turş süd məhsuludur;
Dostları ilə paylaş: |