Elmи мяъмуяси


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

 

Türk dilində 

 

1. Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989. 

2. Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996. 

3. Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003. 

4. Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 

2001. 


5. Muhammed Yusuf Musa. Fıkhı islam tarihi. İstanbul, 1983. 

6. Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (tərcümə edəni: 

Ethem Ruhi Fığlalı). İstanbul, 1998. 

7. Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (tərcümə edəni: 

Mehmet Erdoğan). İstanbul, 1994.  

8. Kadir Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal 

gelişimi. Çorum İlahiyat fakültesi dergisi, 2002/2.  

9. İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı. cild XIII. İstanbul, 1991.  

10.  Şükrü Özen. İslam Hukuk düşüncesinin aklileşme süreci. İstanbul, 

1995. 


 

 

Ərəb dilində 

1

 .

 قاحسإ وبأ



يزاريشلا

 .

ءاھقفلا تاقبط



 .

 ،توريب


1970

 

2



 .

ميقلا نبا

 .

نيملاعلا بر نع نيعقوملا ملاعإ



 .

لولأا دلجملا

 .

 ،ضايرلا


1423

ـھ 


.

 

3



 .

قلاخلا دبع ينغلا دبع

 .

ةنسلا ةيجح



 .

 ،نودنريھ

،ءافولا راد

 

1993



 

4

 .



راشنلا يماس يلع

 .

ملاسلاا يف يفسلفلا ركفلا ةأشن



 .

لولاا دلجملا

 .

 ،ةرھاقلا



1962

 

.



 

5

 .



يطوبلا ناضمر ديعس دمحم

 .

ةريسلا هقف



 .

ركفلا راد

 .

 ،قشمد


1991

 

 



 

 

 



Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

379 


 

 

XÜLASƏ  

 

Erkən islam dövründə vəhy-ağıl münasibətlərinə dair 

 

Məqalədə erkən islam dövründə  ağıl-vəhy münasibətlərinə dair dolğun 



təsəvvürün əldə edilməsinə cəhd edilir. Bildirilir ki, ağıl İslamın inkar etdiyi 

mücərrədlik deyildir. Ancaq o, vəhylə müqayisədə irrasional məlumatların 

şərhedicisi rolunu oynaya bilmir. Peyğəmbərin  əşya və hadisələrə 

münasibətdə ağıla müraciət etməyinə gəlincə, bu, daha çox vəhyin gəlmədiyi 

və ya gecikdiyi zamanlara təsadüf etmişdir. Müəllifin gətirdiyi faktlar onu 

göstərir ki, Peyğəmbər bu və ya digər problem xüsusunda rasional həll 

üsullarını inkar etməmiş, məsləkdaşlarını da yeri gəldikcə bu işə 

ruhlandırmışdır. Onun zamanında vəhy  əşya və hadisələrə münasibətdə 

prioritetlik baxımından üstün status kəsb etmiş, ağıla isə  vəhyin lüzum 

görülmədiyi təqdirdə müraciət edilmişdir. Müəllif həm Peyğəmbərin, həm də 

səhabələrin dövründə Quranın  əsas istinad mənbəyi kimi qəbul edilməsini 

göstərməklə yanaşı, rasional düşüncəyə müraciətin də mövcud olmasını 

dolğun dəlillərlə əsaslandırmağa çalışmışdır.  

 

 



SUMMARY 

 

About revelation - mentality relations at the early age of Islam 

 

In the article it`s attempted to get full imagination about revelation-



mentality relations at the early age of Islam. It`s notified that mentality is not 

the abstraction that Islam denies. But in comparison vith revelation it can`t 

appear as the interpreter of irrational information. As for the Prophet`s 

address to mentality in respect to things and events, it`s mostly found when 

the revelation stopped comeing or was late. The author`s facts show that the 

Prophet didn`t deny rational solution methods in respect with any problem, 

even encouraged his followers to this work. In his time revelation had 

prevalent degree for priority in regard with things and events, but it was 

addressed to mentality when there wasn`t need to revelation. Showing that 


 Məmmədov Elvüsal Nurullah oğlu 

380 


the Quran was accepted as the main source of reference at both the Prophet`s 

and companion`s time, he equally tried to substantiate the presence of 

address to rational thought with appropriate arguments. 

 

 



РЕЗЮМЕ 

 

Об отношение к откровению – мыслям в ранний исламский период 

 

В статье автор попытался дать полное представление об отношении 



к  откровения-мыслям  раннего  периода  Ислама,  было  показано  что 

мысли (умозаключения) – не отвергаемая абстракция Ислама. И только 

лишь в сравнении с откровениями он не может играть роль коммента-

риев иррациональней информаций. Что касается обращения Пророка к 

разуму,  то  это  было  в  большой  степени  в  отсутствие  откровений  или 

его задержки. В приведелных автором фактах видно, что Пророк не от-

вергал  методы  рационального  решения  тех  или  иных  проблем  и  даже 

вдохновлял на это своих сподвижников. В его время Откровения в от-

ношение того или иного случая было приоритетным, к разуму обраща-

лись когда не было нужды в откровениях. Автор попытался обосновать 

фактами,  что  имело  место  обращения  к  рациональному  умозаключе-

нию, несмотря на того что и Пророк и сподвижники принимали Коран 

как главный источник для обращения.  

 


İslamdan əvvəlki dinlərdə oruc 

381 


 

 

İSLAMDAN ƏVVƏLKİ DİNLƏRDƏ ORUC 



 

Saleh KAZIMOV



 



 

 

 

 

 

 

 

 

 

 

 

Dünya dinləri içərisində sonuncu ilahi din olan islam dinin müqəddəs 

kitabı Qurani-Kərimdə belə buyrulur: “Ey iman gətirənlər! Oruc tutmaq 

sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz 

pis  əməllərdən çəkinəsiniz.”

1

 Bu orucun tarixinin İslamdan daha əvvəl 



olduğunu bizə açıq-aydın göstərir.  Tarixdə mövcud olan dinlərin çoxunda 

oruc mövcud olmuş və bu dinlərə mənsub olan adamlardan orucun tutulması 

istənmişdir. Mövcud inanc sistemlərinin çoxunda oruc və ya pəhriz 

formasında bir ibadət vardır.  Oruc sozü ərəb dilindəki “savm” sözünün 

qarşılığıdır. Mənası “tutmaq”, “susmaq”və ya “hərəkətsiz qalmaq” 

deməkdir. Fars dilində istifadə olunan “ruzə” sözü də eyni mənanı verir. 

Azərbaycan dilində isə “oruc” olaraq işlədilir. Dini bir termin olaraq, 

imsaqdan iftara kimi, başqa sözlə ifadə etmiş olsaq, dan yerinin 

ağarmasından günəş batana kimi yemək, içmək və cinsi münasibətdən uzaq 

durmaq formasındakı bir ibadəti ifadə edir. Qeyd etdiyimiz kimi oruc 

ibadətinin əvvəlki ümmətlərdə də olduğunu Qurani-Kərim bizə xəbər verir. 

Bəs islamdan öncəki dinlərdə mövcud olan oruc hansı formadadır? Bu ibadət 

onlarda nə cür həyata keçirilir? Təbii ki, bütün dinlər haqqında və bu 

dinlərdəki oruc haqqında mövcud mənbələrdən müfəssəl məlumat  əldə 

etmək mümkün olmadığına görə, bu suallara cavab tapmaq üçün burada oruc 

ibadətinə rast gəldiyimiz dinlərə nəzər salacağıq. 



Şintoizmdə oruc. Əsasən təbiətə  pərəstişdən ibarət olan primitiv və 

politeist bir din kimi tanınan yaponların milli dini şintoizmdə dövlətin və 

dinin  ən mühüm bayramları görkəmli imperatorların xatirə günləri ilə 

əlaqdardır. Bu əfsanəvi Dzimmu-tennodan (imperatordan) başlayır. 

Yaponların dini və milli bayramları təqvimlə qeyd olunur. Ən böyük bayram 

                                                 

 Bakı Dövlət Universiteti tarix fakultəsinin dissertantı 



1

 Bəqərə 2/183. 



 Saleh KAZIMOV 

382 


Tanrını çağırmaq, Tanrının qarşısında xidmət etmək mənasında qeyd olunan 

Matcuridir.  Ənənəvi olaraq bu bayramdan əvvəl bir və ya üç gün oruc 

tutulur. 

Brahmanizmdə (hinduizmdə) oruc. E. ə. 1500-2000-ci illərdə 

 

Şərqi Avropadan ari tayfalarının köçüb gəlməsi və Hindistandakı yerli xalqla 



uzun müddətli bir qaynayıb qarışma nəticəsində formalaşmış olan 

hinduizmdə  nəfsin təmizliyi üçün müəyyən günlərdə  və bayramlarda oruc 

tutulur. Hinduizmə  mənsub insanların dua və ibadətlə keçirdikləri xüsusi 

günləri vardır. Bu günlərdə çoxu yemək yemir, bütün gecəni dini kitablar 

oxuyaraq və tanrını düşünərək vaxt keçirirlər. Oruc bir çox qidalardan imtina 

etmək formasındadır ki, bu da bir növ pəhriz kimi həyata keçirilir. Bu hal 

bütün hinduist qruplar üçün xarakterikdir. Bəzi günlər də vardır ki, yalnız 

qadınlar oruc tuturlar. Bu günlərə xüsusi bir əhəmiyyət verildiyi üçün, “əhd” 

adlandırılır. Həmçinin tanrının qadınlıq xüsusiyyətlərinin təcəlligahı sayılan 

bütə sitayiş edilir. Bu günlər nəfsi təmizləmək üçün ayrılmış günlərdir. Qayə 

də mənəvi bir qida ilə ruhu larının əsasən arilərdən təşəkkül tapmış olduğu 

rahiblər, din adamları (brahmanlər), hökmdarlar sülaləsi, döyüşçülər 

(kşatrilər), tacirlər,  əsnaf , əkinçilər (vaisyalar) və Hindistanın tabe edilmiş 

yerli oborigenlərinin nəslindən təşəkkül tapmış hüquqsuz işçilər, sənətkarlar, 

(şudralar) kastası olmaqla dörd əsas kastaya (qrupa, varnaya) ayrılmış 

Hindistan cəmiyyətində brahmanların yaşayışında oruc geniş bir yer tutur və 

yerinə yetirilir. Brahmanlər xəstə  və qocaları belə orucdan azad edilmiş 

qəbul etməzlər. Hətta bəziləri nəfsi istəklərini ram etmək üçün on beş günə 

kimi oruc tutur. Bu müddət  ərzində bir qurtum sudan başqa heç bir şey 

içməz və hər hansı digər bir qida qəbul etməzlər. Brahmanlar indi də məhəlli 

ayların 10-cu və 11-ci günlərində oruc tuturlar. Beləliklə il ərzində tutduqları 

oruc günlərinin sayı bu ənənəni davam etdirənlər üçün 24 günə gəlib çatır.

2

  

Buddizmdə oruc. Avropada xristianlıq, Yaxın  Şərqdə, Orta Şərqdə, 



həmçinin Şimali Afrikada islam mühüm bir yer tutduğu kimi Asiyanın bəzi 

ölkələrində də, əsası e. ə. VI-V əsrlərdə Kapilavastu şahzadəsi olmuş Şakeya 

nəslindən Siddharha Qautama

3

 (Budda) tərəfindən qoyulmuş buddizm 



dininin xüsusi bir yeri vardır. Hal-hazırda 350-400 milyon adam bu dinə 

                                                 

2

 Abdurrahman Küçük, Günay Tümer. Dinler Tarihi, s. 489 



3

 Baxn. С. А. Токарев, Религия в истории народов мира s. 448, Москва 1976. 



İslamdan əvvəlki dinlərdə oruc 

383 


sitayiş edir. “Buddizmdə tək ibadət; rahiblərin ayda iki dəfə, ayın əvvəlində 

və ondördüncü günlərindəki “Oruc günü” bir yerə toplaşıb həyata 

keçirdikləri “açıq və  rəsmi etirafdır.”

4

 Buddanın doğulduğu vaxtlarda, 



Hindistanda zəhmətkeşlər kimi tanınan özbaşına bir formada oruc tutan 

asketlər (zahidlər) vardı. Onlar hesab edirdilər ki, hisslərə bağlılıqdan xilas 

olmaq, yalnız öz bədənini dəmir bir iradəyə tabe etməklə mümkündür. Buna 

görə  də asketlər oruc tutaraq özlərinə  əzab verirdilər. Onlar isti külün 

üstündə üzanmaqla, qızmar Hindistan günəşinin altında bədənlərini 

yandırmaqla, öz bədənlərini ram edib onu tamamilə şüura tabe etməyə nail 

olmaq istəyirdilər.  Əvvəllər Budda da bu cür metodları öz üzərində  tətbiq 

etsə  də, sonradan bunun mənasız olduğunu dərk edib onlardan imtina 

etmişdir.

5

 



Caynizmdə oruc. Hinduizm dininin mövcud olduğu Hindistanda din 

xadimləri brəhmənlərin nüfuzunu aradan qaldırmaq məqsədilə e. ə. VI əsdə 

meydana çıxan Caynizm milli dininin əxlaqi dualizmində oruc (Samlekhana) 

vasitəsi ilə intihar tövsiyə olunur. Dini qaydaları olduqca sərt olan 

Caynizmdə ölüm bir qurtuluşdur. Buna görə də rahiblər ölmək məqsədi ilə 

bir çox hallarda oruc tutub intihar edirlər. Təbii ki, bu haqlı bir səbəb 

olduqda edilir. Caynist inancında geniş bir yer tutan orucun hökmləri 

olduqca ağırdır. Bu ibadət bir çox qidaları  qəbul etməkdən imtina etmək 

formasındadır ki, ardıcıl olaraq 40 gün davam edir. Orucla intihara gəldikdə 

isə, bu heç də həyata biganəlik kimi qəbul olunmamalıdır. Əslində canlılara 

Caynizmdəki həssaslıqda yanaşırlar. Bu münasibət heç bir canlıya zərər 

verməmək formasında qərarlaşmış və bir ibadət olaraq həyata keçirilir.  



Konfusiçilikdə oruc. Əsası Konfusi (e.ə.551-479) tərəfindən qoyulmuş 

Çinin  ən böyük milli dini olan konfusiçilikdə mütəmadi olmasa da qurban 

kimi bəzi ibadətlər, oruc tutub pak olduqdan sonra həyata keçirilir. 

Taoizmdə oruc. Çində Konfusiçilikdən sonra mühüm bir yer tutan yerli 

və milli bir din olan taoizm dininin əsası e. ə. VI –V əsrlərdə yaşamış Lao 

Tszu tərəfindən qoyulmuşdur ki, hal-hazırda bu dinə 90 milyondan çox adam 

sitayiş edir. Taoizmdəki din adamları ustadları Lao Tszuya öz bağlılıqlarını 

                                                 

4

 Abdurrahman Küçük, Günay Tümer Dinler tarihi, Ankara, 2002, s. 483.



 

5

  Л.  А.  Сурженко,  Религии  мира,  Буддизм  с. 20-21, Минск,  Кинижний  Дом, 



2006. 

 Saleh KAZIMOV 

384 


nümayiş etdirmək üçün heç evlənməz, inzivaya çəkilərək təfəkkürə dalırlar. 

Bu dinə görə insan təbiətdəki gedişata tabe olmalı və daxilindəki kaprizləri 

bir kənara atmalıdır. Belə olduqda insan heç kimlə rəqabətə girməz və daxili 

bir rahatlığa qovuşar.  Əslində insan daxilən rahat olduqda, öz-özlüyündə 

təbii axara düşür. Belə bir insan isə özündən başqa kimsə ilə maraqlanmaz. 

Taoizmə görə əsl xoşbəxtlik də məhz budur.

6

 Bu dində oruc daha geniş yer 



tutur. Burada oruc sağlamlığı mühafizə etməklə yanaşı ölümü gecikdirən bir 

vasitə sayılır.

7

 

Sabiilikdə oruc. Qurani–Kərimdə adı keçən dinlərdən biri də sabiilikdir 



(Bəqərə 2/62, Maidə 5/69, Həcc 22/17). Dünyada hal-hazırda 20 minə kimi 

sabii yaşayır. Onlar əsasən  İraqın  şimalında Dəclə  və  Fərat çaylarının 

qovuşağında yerləşən kiçik yaşayış sahələrində, həmçinin Bağdad və Bəsrə 

kimi  şəhərlərdə, bir qismi də  İran  ərazisində yaşamaqdadırlar.

8

 Bu dində 



oruc ibadəti mühüm bir yer tutur. Oruc günah və pisliklərdən uzaq durmaq 

formasında qiymətləndirilir. Sabiilərin müqəddəs kitabı Ginzada (Xəzinə) 

insanlar, günah, pis əməl və davranışlardan uzaq tutularaq oruc tutmağa 

dəvət olunurlar. 

Ginzada insanlar, “Böyük oruc” tutmağa bu cür dəvət olunurlar: “Bu 

dünyanın yeməklərindən, içkilərindən uzaq durmaq formasındakı bir oruc 

deyildir. İffətsiz baxışlardan gözlərinlə oruc tut, pisliyə baxma və onu eləmə. 

Sənə aid olmayan qapılardan bir şey eşitməmək üçün qulaqlarınla oruc tut. 

Pis yalanlar deməmək üçün ağzınla oruc tut. Yalançılığı və adam aldatmağı 

sevmə. Pis fikirlərdən uzaq olmaq üçün qəlbinlə oruc tut, ürəyində pislik, 

qısqancıq və kin saxlama... Cinayət törətməmək üçün və oğurluq etməkdən 

uzaq olmaq mövzusunda da əllərinlə oruc tut. Sənə aid olmayan evli qadınla 

yaşamaqdan uzaqlaşaraq vücudunla oruc tut... Sənə aid olmayan işlərin 

ardınca gizlincə gəzməkdən çəkinərək oruc tut...”

9

  

Göründüyü kimi sabiilikdə yeməmək və içməmək formasındakı bir 



ibadətdən söz getmir. Bunun əvəzinə onlar gözü, əli, dili, qəlbi, qulağı  və 

digər orqanları pis şeylərdən kənar tutmaq formasındakı bir oruca dəvət 

                                                 

6

 Mehmet Aydın, Dinler Tarihine Giriş s. 63 Konya 2002. 



7

 Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 4. Ankara 1994. 

8

 Ekrem Sarıkçıoglu a. k. ə., s. 118. 



9

 Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 141. 



İslamdan əvvəlki dinlərdə oruc 

385 


olunurlar. Baxmayaraq ki, sabiilərin müqəddəs kitabı Ginzada orucla bağlı 

bu  əmirlər vardır,

10

 hal-hazırda onların böyük əksəriyyəti bu tələbləri tələb 



olunan səviyyədə yerinə yetirmirlər.  İlin bəzi günlərində  ət yeməməklə bu 

ibadəti yerinə yetirirlər. 



Yəhudilikdə oruc. Hal-hazırda yaşamaqda olan ilahi dinlərin ən qədimi 

olan yəhudilik (iudaizm) dinində də oruc tutmanın müxtlif formalarına rast 

gəlirik. Oruc yəhudilərin müqəddəs kitabı Tövratda öz əksini tapmış  və 

yəhudilərə oruc tutmaq tövsiyə olunmuşdur. Dünyanın müxtəlif yerlərində 

yaşayan 15-20 milyondan ibarət bu xalqın oruc tutmasının yaşadığı 

yerlərdən aslı olaraq bir-birindən fərqləndiyini görürük. Tarixdə başlarına 

gəlmiş  fəlakətlərin ildönümlərində  yəhudilər adətən oruc tuturlar. Məsələn, 

Babilistan  əsarətində  çəkilən iztirabları xatırladan oruclar bu növdəndirlər. 

Talmudun bəzi şərhçiləri bildirirlər ki, yəhudilər başqa dövlətin hakimiyyəti 

altında yaşayırlarsa, bu oruc məcburi,  əks halda isə  məcburi deyildir. 

Yəhudilikdə tövbə günündə (Yom Kippur)

11

 oruc (tanit) tutulur. Kippur 



peşmanlıq deməkdir. Yəhudilər bu gündə günahlardan peşiman olurlar. 

Allah da onları bağışlayır. Yəhudilərdə bağışlanma günü kimi qəbul olunan 

Yom-Kippurun mənası ibrani dilində “tövbə günü” deməkdir. Bu tarix 

oktyabr ayının axırlarına təsadüf edir.

12

 

 



Bu dində yalnız Yom Kippurda illik orucun tutulması  əmr olunur. 

Yəhudilik Musa peyğəmbər tərəfindən  əmr olunmuş  kəffarə orucunu 

mənimsəmişdir.Yəhudilər bir çox bayramlardan, xüsusilə Yom-Kippurdan 

əvvəl oruc tutur. Kəffarə orucu tutulması  məcburi olan orucdur.

13

 

Yəhudilikdə oruc bəzən nəfsi öldürmək, bəzən də  cəfa vasitəsi sayılmaqla 



yanaşı, bəzi hallarda Allaha yaxınlaşma vasitəsi olaraq qəbul olunmuşdur.

 14 


Yəhudilərin müqəddəs kitabı Tövratda bu barədə belə deyilir: “Və  Rəbb 

Musaya söyləyib dedi: Bu yeddinci ayın tam onuncu günü kəffarə günüdür 

(Levililər XXIII/26). “Ayın doqquzuncu günündə axşam üstü bir axşamdan 

o biri axşama qədər, səbtinizi tutacaqsınız”(Leililər XXIII/32). Bu müddət 

ərzində  yəhudilər sinoqoqda ibadət edib bütün yeyilən və içilən  şeylərdən 

                                                 

10

 Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 141. 



11

 Yəhudilikdə ümumi əfv, bağışlanma günü kimi qeyd olunan dini bayram 

12

 Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 6. Ankara 1994. 



13

 Абдурращман Кцчцк, Эцнай Тцмер a. k. ə., с.486

 

14

 Cemal Sofu oğlu «Ислам дини есаслары», Измир, 1996, с.311



 

 Saleh KAZIMOV 

386 


imtina edirlər. 17 iyul və 10 avqust arasındakı  bəzi günlər oruc günləridir. 

Bu günlərdə yalnız ət yemək və içki içmək qadağan olunur.

 

Yəhudilərdə bəzi 



vaxtlar vəziyyətdən asılı olaraq oruc tutmağa qərar verilir. Belə ki, əgər 

yəhudi sinaqoqunda (Beyt ha-Knisset, məbəd) dini xidmətləri yerinə yetirən 

hahamın əlindən Tövrat yerə düşmüş olarsa o, kitabı yerdən götürür və orada 

olan adamlar otuz gün oruc tutmaq məcburiyyətində qalır. Bu oruc “camaat 

orucu” (Taanit Tsibur) adlanır. Taanit, nəfsə əzab vermək deməkdir. Yalnız 

camaatın lideri (rav) belə bir oruc əmri verə bilər. Tövratda qeyd olunur ki; 

“Və bu yeddinci ayın onunda sizin üçün müqəddəs toplantı olacaqdır, 

nəfsinizi öldürəcəksiniz; hər hansı bir iş görməyəcəksiniz.”

15

  Yəhudilərin 



tutduğu bu oruc digər oruclardan fərqlənir və 25 saatdan çox çəkir. Bu qədər 

vaxtla tutulan digər bir oruc isə yəhudi təqviminin beşinci ayı olan ab ayının 

(iyul-avqust aylarına düşür) doqquzunda tutulan orucdur. Bu orucla yəhudi 

məbədinin ilk dəfə e.ə. 586-cı ildə Babilistan hökmdarı Buxtunnasr 

tərəfindən, sonra da b.e.-nın 70-ci ilində Titus tərəfindən darmadağın 

edilib,yandırılması xatırlanır.

16

 Qüds şəhərinin mühasirəyə alınması, 



tutulması, məbədin dağıdılması, yəhudi liderlərindən olan Gedalyanın 

öldürülməsi kimi günlər oruc tutulan vaxtlara aiddir.

17

  Yəhudi təqvimində 



müəyyən olunmuş oruc günləri vardır. Yəhudilərin məruz qaldıqları digər 

fəlakətləri xatırlamaq üçün tutulan oruc günləri tədricən o birilərə  əlavə 

edilmiş, amma əksəriyyət tərəfindən maraqla qarşılanmadığına görə məcburi 

sayılmamışdır. Bəzi kiçik dəyişikliklərlə bu cür orucların sayı 25 günə gəlib 

çatır.

 

Yəhudi tarixində  qədimdən bəri yayılmış olan oruc növlərindən biri də 



bəzi şəxslərin tutduğu orucdur. Bu oruc fərdidir, günahları əfv etdirmək və 

ya müsibət baş verdikdə Allahın mərhəmətini qazanmaq məqsədi daşıyır. 

Lakin bu orucla bağlı mövzuda bilikli və ixtiyar sahibi olmaq şərti vardır. 

Qorxulu yuxu görən adamın yuxusundan sonra oruc tutması lazımdır.

 

Yəhudilikdə oruc dan yerinin ağarmasından ilk ulduzun peyda olmasına 



kimi davam edir. Kəffarə orucu ilə avqustun doqquzuna düşən oruclar bir 

                                                 

15

 Kitabi Mukaddes, (Sayılar XXIX/7). İst.2004. 



16

 Baxn. Qalip Atasağun İlahi dinlerde ( Yahudilik, Hıristiyanlık və İslam`da) dini 

semboller. S.96. Konya 2002. 

17

 Ekrem Sarıkçıoglu Başlangıçdan Günümüzə Dinler Tarihi s. 236, İsparta 1999. 



İslamdan əvvəlki dinlərdə oruc 

387 


axşamdan o birisinə kimi davam edir. O biri oruclar üçün qoyulmuş ayrı bir 

hökm və  ənənə yoxdur. Yəhudilərin müqəddəs kitabında oruc nəfsin 

öldürülməsi, ona əzab verilməsi və heç bir iş görməmək formasında özünü 

göstərir.

 

Yəhudilərin və Hicaz bölgəsində bir çox ərəblərin tutduğu “Aşura orucu” 



da vardır. Hz. Məhəmməd Məkkədən Mədinəyə hicrət etdiyi zaman 

yəhudilərin aşura orucu tutduğunu görür və onunla maraqlanır. Ona bildirilir 

ki, bu xeyirli bir gündür. Allahın Bəni  İsraili (İsrail oğullarını) düşmən 

əsarətindən xilas etdiyi bir gündür. Hz. Musa da bu günü oruclu keçirmişdir. 

Hz. Məhəmməd: -“Mən Musaya sizdən daha yaxın və layiqəm”- deyərək 

həmin günün orucunu tutmağı əmr edir və təbii ki özü də həmin günü oruc 

tutur. Sonradan ramazan orucu fərz qılındıqdan sonra aşura orucu tövsyə 

edilməklə yanaşı, bunun üç gün tutulması daha uyğun sayılmışdır. Aşuradan 

bir gün əvvəl başlayıb, bir gün sonra qurtarmaq kimi, yaxud da aşura günü 

ilə yanaşı ondan əvvəlki günü və ya ondan sonrakı günü oruclu keçirmək 

tövsiyə edilib. Bu oruc fərz deyil. Müstəhəb oruc kimi davam etmişdir. 

Yalnız həmin günü oruc tutmaq müsəlmanlara görə döğru qəbul olunmur. 

Məhərrəm ayının onuncu günü olan aşura orucu məkruh olaraq qəbul olunur. 



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə