ىنبملا
Щярякяси щяr щансы бир амилин идарясиндян асылы олмайан, щямчинин
сонунъу самити саитсиз олан ад груплу сюзляр «ясмаул- мябниййя» адланыр.
Исимлярин мябни олмасынын сябябини изащ едян Ярдябили гейд едир ки, беля
исимляр форма вя мяна бахымындан юн гошмалара, щямчинин феля
бянзядийи цчцн флексийа яламятляри гябул етмир – бирщаллыдыр. Мясялян, انتئج
- дакы ت
вя ا ن
битишян явязликляри бир вя ики щярфдян ибарят олдуглары цчцн
форма ъящяtдян юн гошмалара (ядатлара) бянзяйир. (Чцнки юн гошмалар
вя ядатлар ясасян бир вя ики щярфдян ибарят олур). Исимляр (ад груплу сюзляр)
ися ясасян ики вя даща артыг щярфин бирляшмясиндян ибарят олмалыдыр. Бу
цмуми гайда позулдуьу цчцн бир сыра исимляр (ад груплу сюзляр) форма
бахымындан юн гошмалара вя ядатлара бянзяйир вя нятиъядя онларын
хцсусиййятини кясб едяряк щалланмыр. ى تم
ися мяна бахымындан ядата(суал
ядатына) бянзядийи цчцн мябнидир. Чцнки,
ىتم
موقت
اَ
موقت
ُ
mənasına yaxındır.
Гейд етмяк лазымдыр ки, ад груплу сюзлярин мябни олмасынын
сябябляри грамматикляр тяряфиндян эениш шякилдя мцзакиря едилмиш, бу
барядя мцхтялиф нязяриййяляр, мараглы мцлащизяляр иряли сцрцлмцшдцр. Ибн
Маликин,щямчинин Ябу Яли ял- Фарисинин фикринъя исимлярин мябни
олмасынын сябяби онларын юн гошмалара (ядатлара) бянзямяси, йахуд юн
гошма (ядат) мянасында олмасыдыр. Бу барядя фикирлярини ачыглайан
Cəmaləddin əl-Ərdəbilinin şərhində məcrurat, təvabi va-l-əsma əl-məbniyyə
335
Сибявейщи гейд едир ки, «бина» (исмин мябни олмасы)нын сябябляри ня
гядяр чохшахяли олса да, онлар щамылыгла онун юн гошмалара бянзямяси
иля ялагядардыр (8,s.29).
ءام سلاا
ة ينبملا
– гисминя ашаьыдакы ад груплу сюзляр
дахилдир:
1.
تارمضملا
- явязликляр.
Диэяр нитг щиссяляриндян фяргли олараг явязликляр гурулушъа мцхтялиф
нювляря бюлцнмяся дя, яряб грамматикасында онлары ишлянмясиня эюря ики
гисмя айырырлар: айры ишлянян явязликляр вя битишян явязликляр. Явязликлярин
мяна нювляриня эялинъя, бунлар яряб дилиндя шяхс, ишаря, суал явязликлярин-
дян,
щабеля
нисби
вя
аид
явязликляриндян
ибарятдир.
Мяс,
هبرض
,
كبرض
,
وھ
,
امھ
,
كايا
вя с.
2.
ءامسا
ةراشلاا
- ишаря явязликляри
,
ناذھ
,
ناتھ
,
ءلاؤھ
اذھ
,
هذھ
3. تلاو صوملا
- нисби явязликляр. Nisbi əvəzliklər müstəqil mənaya malik
olmadığı üçün ön qoşmalara bənzəyir. Çünki bu əvəzliklərdən sonra
mütləq cümlə gələrək onun mənasını tamamlamalıdır. Əl-mausulatın ön
qoşmalara bənzəməsini qrammatiklər
هبش لا
ىرا قتفلاا
adlandırır. Ərdəbili
yazır ki, bu əvəzlikləri “Mubhəmat” (aydın olmayan əvəzliklər) də
adlandırırlar.
لوصوملا
مسا
دبلا
هل
نم
ةلمج
عقت
كلت
ةلمجلا
ةلص
كلذل
مسلاا
ك لتو
ة لمجلا
ا ما
ةيمسا
هوباك
قلطنم
يف
و حن
ينئا ج
يذ لا
هو با
ق لطنم
ا ماو
ة يلعف
بھذ ك
هو خا
ي ف
و حن
ينئا ج
يذ لا
ب ھذ
هو خا
...
ا مناو
ت جاتحا
تلاو صوملا
ى لا
ةلص لا
لا
ا ھن
ة مھبم
ي ف
ل صا
اھع ضو
كلذ لو
تيم س
تامھبم
(7,s.283)
4.
ءام سا
لا عفلاا
- щярякят билдирян сюзляр. Бу сюзляр щярякят билдирдийи,
башга сюзля десяк фел мянасына малик олдуьу цчцн беля адланыр. Мяс,
ملھ
,
ديور
,
لھيح
,
تاھيھ
вя с.
Ярдябили щярякят билдирян сюзляри ащаьыдакы шякилдя груплашдырыр:
1. Ямр мянасына малик оланлар:
ديور
اديز
ً
Зейдя мющлят вер,
ملھ
مكئادھ ش
(1,s.97) шащидляринизи эятирин, ل ھيح
د يرثلا сяриди (хюряк ады) эятир, ه م
- бясдир !, ه ص – сус !,
ك نود
د يز
- Зейди тут,
كيلع
اديز
ً
– Зейди зярури щесаб ет (о сяня лазымдыр)
2. Кечмиш заман (мази) мянасында оланлар.
تا ھيھ
كاذ
)
ىا
د عب
(
–
узаглашды,
ناتش
ام
امھنيب
– онлар (икиси) айрылдылар.
3. Индики заман (мцзаре) мянасында оланлар. Məs, فا
– щайыфсыланы-
рам, дарыхырам.
Ярдябили гейд едир ки, ясмаул – яфал юн гошмалара бянзядийи цчцн
мябнидир. Шейх Мустафа ял – Ьялайини ясмаул – яфалын юн гошмалара
H.Heybatov
336
бянзямясинин сябябини функсионал бахымдан (ямяли ъящятдян) изащ едяряк
бу сюзлярин дя юн гошмалар кими щяр щансы бир амилин тясири алтына
дцшмядян юз мямулуну идаря етдийини вя еля буна эюря дя мябни
олдуьуну эюстярир. О, ясмаул – яфалла юн гошмалар арасында олан бу
бянзярлийи
هبشلا
ىلامعتسلاا
адландырыр (5,c-2,s.211).
5 .
ءامسا
ماھفتسلاا
– суал билдирян мцхтялиф мяналы сюзляр (sual əvəzlikləri).
Бунлар ашаьыдакылардан ибарятдир:
نايا
,
ىتم
,
اذام
,
ام
,
نم
اذ
,
فيك
,
نم
,
مك
,
ىنا
,
نيا
6.
ءامسا
ةيانكلا
- кинайя мягсяди иля ишлядилян сюзляр
Бу сюзлярин кюмяйи иля данышан(мутякяллим) она яввялъядян мялум
олан щяр щансы бир щадисяни цстцюртцлц шякилдя ифадя едир. Бу сюзляр
ибарятдир:
ةيربخلا مك
ةر يثك ب تك ىد نع ىا ىدنع باتك مك وحن
,
اذ ك
–
اذ ك ت لق
,
نيا ك و
َ
ة يربخلا م ك ل ثم
ضرلااو تاومسلا ىف ةيا نم نياكو وحن ىنعم
,
تيذ و تيك
تيك تلق وحن
,
تيذ تلعف
Cəmaləddin əl-Ərdəbilinin şərhində məcrurat, təvabi va-l-əsma əl-məbniyyə
337
İSTİFADƏ OLUNMUŞ
ƏDƏBİYYAT SİYAHISI
1. Qurani-Kərim məalı, Z.M. Bünyadov, V.M.Məmmədəliyev “Qismət”,
2006
2. V.M.Məmmədəliyev, Kufə qrammatika məktəbi, Bakı-1988
3. Х.К.Баранов, Арабско-Русский словарь, Москва, издательство
«Русский язык» 1977
4
.
يرشخمزلا
,
فملا
ةيبرعلا ملع يف لص
,
توريب
:
ليجلا راد
,
2000
5
.
ينييلاغلا ىفطصم خيشلا
,
ةيبرعلا سوردلا عماج
,
ةرشاعلا ةعبطلا
1968
6
.
يناغفلاا سردملا يلع دمحم خيشلا
,
يطويسلا حرش يف سردملا تارركم
,
لولاا نيئزجلا
يناثلاو
,
نامعنلا ةعبطم
-
فرشلاا فجنلا
1389
-
1969
م
7
.
يناغفا سردم ةملاع
,
تامدقملا عماج
,
ج
2
,
ترجھ تاراشتنا ةسسؤم
,
مق
-
1370
8
.
ليقع نبا ﷲ دبع
,
ليقع نبا حرش
,
ج
1
,
ريما
-
مق
1411
H.Heybatov
338
РЕЗЮМЕ
Маджрурат, таваби ва-л-асма аль-мабниййа в комментарии
Джамаледдина аль-Ардебили
Г.Гейбатов
Статья посвящена освещению грамматических вопросов в связи с
Маджрурат, Таваби ва-л-асма аль-мабниййа в труде одного из самых
выдающихся арабоязычных азербайджанских языковедов, живших в
конце XII, в I половине XIII века Джамаледдина аль-Ардебили
«Шархуль-Унмузадж-фин-нахв». Автор старался на фоне комментарии
Ардебили охватить мысли и суждения в связи с упомянутыми
грамматическими вопросами в классическом арабском языкознании и
сделать из них правильный вывод.
SUMMARY
Majrurat, Tevabi va-l-asma al-mabniyya in the commentary
of Jamaladdin al-Ardabili
H.Heybatov
The article is devoted to the illumination of grammatical problems
concerning the Majrurat, Tevabi va-l-asma al-mabniyya in the work
“Sharhul-Unmuzaj fin-nahv” Jamaladdin al-Ardabili, one of Azerbaijani
linguists who lived at the end of 12 century and in the 1
st
half of 13 century.
The author tried to make correct conclusion and to cover the ideas and
thoughts concerning the grammatical problems mentioned in classic Arabic
linguistics in the background of Ardabili’s commentary.
“Allahsızlar İttifaqı”nın Azərbaycandakı fəaliyyəti
339
“ALLAHSIZLAR İTTIFAQI”NIN
AZƏRBAYCANDAKI FƏALIYYƏTI
Taleh HACIYEV*
Bolşeviklər inqilabi çevrilişdən sonra bütün sahələrdə hücumlarını
davam etdirərək əsas məqsədlərini əhalinin dini etiqadına yönəltdilər. Bu
məqsədlə hər bir vasitədən istifadə etməyi qərarlaşdırdılar. Müxtəlif adlarda
təşkilatlar,ittifaqlar və cəmiyyətlər yaradaraq Sovet hökümətinin dini
strategiyasını müəyyən etdilər.
Din əleyhinə mübarizənin ilk toxumlarını 1922-ci ildə yaradılmış
“Bezbojnik”**
1
qəzeti qoydu. Bolşeviklərin bu adı seçməkdə ateist
dünyagörüşünə istinad etməsi nəzərdə tutulurdu. Beləki, yunan dilindən
tərcümədə “ateist” allahsız demək idi. İlkin mərhələlərdə cəmiyyət şəkilində
yaranan bu təşkilat 1925-ci ildə “Ümumittifaq Allahsızlar ittifaqı”nın əsasını
qoydu. Bu təşkilatın məramı və məqsədləri qəti müəyyənləşərək 1929-cu
ildə “Mübariz Allahsızlar ittifaqı” adı altında Kommunist Partiyasının
ölkədə dini mübarizə vəzifəsini qarşısına qoydu. Sovet bolşeviklərinin
rəhbərliyi altında din əleyhinə mübarizə cəbhəsinin kütləvi bir dəstəsi kimi
təşkilat dinə qarşı mübarizəni sosializmin düşmənlərinə qarşı mübarizə şüarı
əsasında fəaliyyətə başladı.
Təşkilatın Azərbaycandakı fəaliyyəti hələ 1923- cü ildən “Materialistlər
klubu”nun simasında başlamışdı. Bakıda təşkil olunan bu klubun əsas
məqsədi dini görüşlərə qarşı materialist, marksizm, leninizm, təbliğatını
qoyaraq əhalinin müxtəlif təbəqələri içərisində, müxtəlif auditoriyalarda din
əleyhinə məruzə və mühazirələrin oxunmasını, qəzet və jurnalarda
məqalələrin, ədəbiyyat nəşrinin təşkil edirdi.
1
Görülən işlərin nəticəsində 1924-cü ilin avqust ayında Azərbaycan
Kommunist partiyasının Bakı komtəsi “Allahsızlar İttifaqı”nın və müvəqqəti
BDU İlahiyyat Fakültəsinin aspirantı.
** Azərbaycan dilinə tərcümədə “Allahsız” deməkdir.
Taleh HACIYEV
340
bürosunun yaradılması haqda qərar qəbul etdi. Müvəqqəti büronun vəzifəsi
İttifaqın nizamnaməsini, iş planının və təlimatının hazırlanmasından ibarət
idi. Bu qərarın icrası 1925-ci ilin mart ayında həyata keçdi.
2
1925-ci ilin sonlarında “Allahsızlar İttifaqı” öz şöbələrini Bayılda,
sonralar Bakının başqa rayonlarında genişləndirərək din əleyhinə mübari-
zənin yeni və güclü mərhələsini başladı.
3
“Mübariz Allahsızlar İttifaqı” bolşevik hakimiyyətinin qərarlarına əməl
edərək əhali arasında kütləvi şəkildə din əleyhinə təbliğat işini aparmalı, bir
çox istiqamətlərdə ateizmi təbliğ edərək elmi-kütləvi işləri gücləndirməli idi.
Din əleyhinə aparılan təbliğat işlərinin əsasını zəhmətkeş kütlələr
arasında məruzələrin, fərdi söhbətlərin, disput axşamlarının keçirilməsi təşkil
edirdi. Bu məqsədlər üçün təbliğatçılar insanın yaranma tarixinin, təbiət
elmlərinin meydana çıxmasında dinin rol oynamadığını xalqa maariflən-
dirməli idilər. Dinə qarşı təbliğat-təşviqat işləri mədəni tədbirlərin köməyi
ilə də möhkəmləndirilməli idilər.
“İttifaq”ın üzvləri ölkənin ziyalı ordusunun da din əleyhinə apardığı işin
bir hissəsinə çevirmək məqsədi güdürdü. Müxtəlif klubların, dərnəklərin
köməyi ilə kolxoz və sovxozlarda kütləvi təbliğat işlərini apararaq əhalini
dindən ayırmağa cəhd edirdilər. Ateist dünyagörüşü orta məktəblərdən, ali
məktəblərdən başlayaraq kütləvi hal alırdı. Ən əsas qüvvə dini bayramların
keçirilməsinə yönəlmişdi. Azərbaycanda geniş vüsət almış Qurban,
Ramazan, Mövlud və məhərrəmlik mərasimlərinin keçirilməsinə qarşı
təşviqat işlərinin əsas məramını ateistik ədəbiyyatın nəşr edilməsi, yayılması
təşkil edirdi.
4
1925-ci ildə “Ümumi Allahsızlar İttifaqı”nın Bakı şöbəsi kimi yaranan
təşkilatın əsas vəzifəsi zəhmətkeşləri “dini tiryəkdən” azad etmək uğrunda
bütün şüurlu fəhlə və kəndlilərin fəal mübarizəsini və onlarda elmi
materialist dünyagörüşünü tərbiyələndirmək üçün “mübariz ateizim bayrağı”
adı altında birləşdirməkdən ibarət idi.
5
Lakin müsəlmanlara qarşı yönəldilmiş bu təbliğat işləri səmərəli
olmadığından dərsliklərin, kursların təşkil olunması qərara alınmışdı.
Azərbaycan və rus dilində təşkil olunmuş “ateist” kurslarına göndərilmiş 48
nəfərdən yalnız 38 təhsilini sona çatdırmışdı.
6
Kursların tədris proqramına dünyanın yaranışı, biologiya, mədəniyyət
tarixi, dini etiqadın meydana gəlməsi və inkişafı, din və sinfi mübarizə,
“Allahsızlar İttifaqı”nın Azərbaycandakı fəaliyyəti
341
Məhəmməddən əvvəl ərəblərin vəziyyəti, Quranın nədən ibarət olması, dörd
xəlifə dövlətinin hakimiyyət mübarizəsi, Əli və Müaviyə, Hüseyn və Yəzid
müharibəsinin motivləri, İslamda siyasi partiyalar mövzusu daxil edilmişdi.
7
1925-ci ildə Aİ –nın nəzdində xristian, müsəlman və yəhudi dinlərinə
qarşı təbliğatın metod və formalarını işləyib hazırlamaq məqsədi ilə yaranan
üç komissiyanın İslam üzrə sədri kimi C.Məmmədzadə təyin edildi.
1926-cı ilin mart ayının sonunda “ Allahsızlar birliyi”nin əksəriyyəti rus
və ermənilərdən ibarət olan 1200-1400 üzvünün iştirak etdiyi Bakı
qurultayının iclasında Məmmədzadə və Yarigin... çıxış edərək “sosialist
cəmiyyətində dini mövhumata qarşı mübarizə haqqında” məruzə etdilər.
Cəmiyyətin Bakı zəhmətkeşlərinə etdiyi müraciətdə şəhərin Sovetlər
İttifaqından Şərqə açılan qapı olduğunu qeyd edərək ümid edirdi ki,
cəmiyyət bütün şüurlu elementlər tərəfindən dəstəklənəcək.
8
Dinə qarşı Bakıda açılan ilk muzeyə Leninqraddan 3200 adda müxtəlif
eksponat və ədəbiyyat göndərilmişdi. İslam eleyhinə azərbaycan dilində 20
rəsmi sənəd nəşr edilmişdi. 1927-28-ci illərdə “Allahsızlar birliyi”nin 28%
azərbaycanlılardan ibarət olmuşdu.
9
1929-cu ildə Azərbaycan Kommunist (b) Partiyasının Mərkəzi Komitəsi
apardığı qlobal tədqiqatdan sonra artıq etiraf etmişdi ki, 1927-ci ildən
başlayaraq Azərbaycanda “Allahsızlar İttifaq”nın fəaliyyəti heyrətedici
şəkildə zəifləmişdi.
10
1928-ci ildə islama qarşı hazırlanmış, birbaşa hücuma rəsmi olaraq
hökümət üzvlərindən Milli Xalq Komissarı M.Quliyev rəhbərlik edirdi.
İslama qarşı ciddi məruzələrlə çıxış edərək o, dinə qarşı baş hücum planının
mədəni inqilab şüarı altında keçirilməsini və bir sıra tədbirlərin müddəalarını
hazırlamasını təklif etmişdi.
11
Bolşevik rəhbərliyinin göstərişi ilə “Mübariz Allahsızlar İttifaqı”nın
Azərbaycan şurası bütün özəklərində köklü dəyişikliklər aparmaq qərarına
gəlir, təşkilatın genişlənməsi zəmin yardaraq, onun sıraların məsul işçilər,
komsomolçular, kommunistlər formal olaraq yazılmağa sövq edildi.
12
Artıq 1930-cu ildə Allahsızlar təşkilatının Bakıda 25000, bütün
azərbaycanda isə 45000 min üzvü olur.
13
1932- ildə Mərkəzi Komitənin
təkidi ilə təşkilatın üzvlərinin sayı zəhmətkeş kütləsinin cəlb edilməsi ilə
artaraq 25% qadınlardan ibarət olan 80 min nəfərlik təşkilata çevrilmişdi.
14
Taleh HACIYEV
342
1937 ci ildə dərc olunan “SSRİ –də Mübariz allahsızlar 15 ildə” adlı
statistik məlumat dərc olundu. Bu məlumatda qeyd olunurdu ki, 1930-cu ildə
Azərbaycanda MAİ –ın üzvləri 3 mindən çox olmamışdır.
15
Yuxarda qeyd etdiyimiz rəqəmlərlə statistik məlumatda qeyd olunanları
müqayisə etdikdə Azərbaycanda Aİ–ın rəhbərlik tərəfindən bu rəqəmlərin
şişirdilməsinin bariz nümunəsi kimi göstərmək olar.
Azərbaycanda 1928-1936 illər dövründə dinə aid dərc olunmuş bütün
qərarların bir və ya iki bəndi “MAİ”nın güclənməsinə, genişlənməsinə,
canlanmasına həsr olunmuşdu.
16
Bu ittifaqın fəaliyyətindəki ümumi qüsur
onun dinə qarşı mübarizənin müntəzəm və ardıcıl aparılmamasında, sadəcə
olaraq məhərrəmlik, orucluq və qurban bayramı münasibətlə apardığı
təbliğat işinin kobud formalarını tətbiq edilməsində, inzibati tədbirlərə baş
vurulmasında ,din xadimlərinin və dindar adamların hisslərinə toxunulması
kimi hallara yol verildiyində özünü göstərirdi.
17
1935-ci ildə Azərbaycan K (b) P MK-nın Bürosunda partiya, həmkarlar,
komsomol və kommunist təşkilatlarından “Allahsızlar İttifaqı”nın İslama
qarşı mübarizəsinin gücləndirilməsində ona dəstək olunması tələb olunurdu.
Bu təşkilata başçılıq edən Ş.Ələkbərli zamanında uzun müddətli represiyalar
dövrü olduğundan bu təşkilata öz təsirini göstərir. 1936-1937 ci illərdə bir-
birinin ardınca təyin olunan anti-din başçıları fəaliyyətsiz işlərinə görə
vəzifələrindən azad olunurdular.Onların Azərbaycanın 35 rayonunda 18 min
üzvülük 352 qanadının yaradılmasına baxmayaraq onların repressiyadan
xilas olunmasına səbəb olmadı.
18
Fəaliyyətlərinin qeyri-kafi qiymətləndirilməsinə baxmayaraq bu təşkila-
tın üzvlərinin sayı müntəzəm olaraq artırılır və 1939-1940-cı ilin məlu-
matlarında 129662 nəfəri əhatə etməklə 3320 özək olmuşdur ki, bununda
57592 nəfəri müsəlman mənşəli azərbaycanlılardan ibarət olduğu qeyd
olunurdu.
19
Şişirdilmiş qiymətlər sayəsində tarixi ədəbiyyatda “Allahsızlar İtti-
faqı”nın böyük bir iş gördüyü irəli sürülürdü. Qeyd olunurdu ki, ...Cəmiyyət
xalqı mənəvi cəhətdən azad etmək, onları dinin dumanlandırıcı zəhərindən
xilas etmək uğrunda fəal mübarizə apararaq bütün şüurlu fəhlə-kəndliləri
“mübariz ateizim bayrağı” altında toplaya bilmişdir.
20
“Allahsızlar ittifaqı”nın fəaliyyətini bu cür şişirdilməsi əslində Sovet-
lərin dinə qarşı siyasətində əsas rol oynaya bilməzdi. Bu kimi tədbirlər
“Allahsızlar İttifaqı”nın Azərbaycandakı fəaliyyəti
343
rejimin inzibati-təziq və repressiyalar fonunda əldə olunmuş “naliyyətlər”
baxımından yuxarda qeyd olunduğu kimi bu formal xarakter daşıyırdı, yəni,
bu üzvlərin say miqdarının artımış olması əsil allahsızların sayının artması
deyil (səmimi) sadiq olduğunun göstəricisi deyildir.
Eyni zamanda bu cəmiyyətin azərbaycanlılar üçün ağır mənəvi təhqir
kimi sayılması, hətta onun öz dini səviyyəsiindən aslı olmayaraq, Ceyhun
Hacıbəyli tərəfindən haqqlı olaraq göstərilməsi,
21
bu təşkilatın böyük miq-
darda tərəfdaş yığmaq arzusu ilə aparılan təbliğatın qabaqcadan məğlu-
biyyətə düçar olmasını görmək olardı.
Tədqiq olunan dövrdə “Allahsızlar İttifaqı”nın din əleyhinə kitab və
kitabçalar, elmi və kütləvi xarakterli broşuralar yazılması və nəşrində aktiv
iştirak etmişlərdir.
1928 -ci ildə “Allahsızlar ittifaqı”nın Bakı şurası tərəfindən “Din və
Proletariyat” adlı xüsusi kitabçası din əleyhinə mübarizə aparan təbliğat-
çılara kömək məqsədi ilə nəşr edildi. Bununla“Allahsızlar ittifaqı” gələcəkdə
nəşr olunacaq din əleyhinə aid bir çox elmi-kütləvi kitabçaların Türkçə
nəşrinə başlanğıc qoyaraq onun istər ateist dərnək üzvləri, istərsə kütləvi
oxuculara istismarçı siniflərin əlində əlverişli nəzəriyyə olan dini inkar edən
cəmiyyət və təbiəti, elmi materialist nöqteyi nəzərindən izah etməsi
məqsədini güdürdü.
22
1929-cu ildə “Azərnəşr”də din, xüsusilədə İslamla mübarizə aparan
təbliğatçılar üçün azərbaycan dilində “İşçi allahsızlar dərnəkləri üçün dərs
kitabı”nəşr olunur. Mənbəyi rus dilində olan din əleyhinə mübarizə işlərinin
xüsusiyyətinə aid olan kitabda İslam dinin yaranma tarixi, İslam dinin
məzhəbləri, İslam mədəniyyəti, Ramazan, Qurban, məhərrəmlik mərasimləri
haqda, islamda qadın məsələsi, kommunizm nöqteyi - nəzərindən izah
edilmişdir.
23
Rus kommunistlərinin iddiaları müsəlman kommunistləri tərəfindən
1928-1930 cu illərdə, “Mədəni inqilab və İslam”, “Panislamizm, impe-
rializim və ruhaniyyət”, “Orucluğun əmələ gəlməsi”, “Qurban kəsmək haq-
qında”, “Məhərrəmlik münasibətilə”, “Din və Qadın”, və s. kimi kitab və
kitabçalar hazırlanaraq, ictimaiyyət arasında yayılmasında özünü
göstərirdi.
24
Ümumiyyətlə, 1930-cu ilə qədər ümumi tirajı 160 000 nüsxəyə çatan 32
əsər buraxılsa da, ateist kadrların yetişməsində müsbət rol oynamamışdır.
25
Taleh HACIYEV
344
C. Hacıbəyli din əleyhinə təbliğatda bu cür kitabların nəşrinin zəif olduğunu,
orjinal əsərlərin az olduğunu, tərcümə edilmiş ədəbiyyatın isə dinə və
ilahiyyata qarşı nəzəri fikirləri çıxmaq şərti ilə müsəlman reallığına uyğun
gəlmədiyini göstərmişdi.
26
Azərbaycanda din əleyhinə yaranan təşkilatın “Allahsız” adlı mətbuat
orqanı da var idi. Ümumiyyətlə 20-ci illərin əvvəlindən başlayaraq
bolşeviklər din əleyhinə mətbuatdan geniş istifadə edərək “Kommunist”,
“Bakı fəhləsi”, “Kəndli” “Yeni yol” qəzetlərinin, “İnqilab və Mədəniyyət”,
“Şərq qadını”, “Gənc Bolşevik” “Maarif və mədəniyyət”, “Kommunist
tərbiyəsi uğrunda”, “Molla Nəsrəddin” jurnalarının nəşrini başladı.
27
Dövrü mətbuat içərisində din və ruhanilik əleyhinə mübarizədə “Molla
Nəsrəddin” satirik jurnalı bolşeviklər üçün xüsusi önəm daşıyırdı. Belə ki,
bu jurnal Cəlil Məmmədquluzadənin başçılığı altnda 7 aprel 1906 ci ildən
başlayaraq
28
ətrafında Azərbaycan cəmiyyətinin qabaqcıl və müttərrəqi
qüvvələrini toplayaraq öz səhfələrində məişətdə olan mövhümatı, xürafatı,
dini fanatizmi tənqid edirdi. Jurnal nəinki dini fanatizmi, habelə həyatın
aynasında əyri görünən nə vardırsa hamsını özünün əvəzsiz qələmi ilə ifşa
etmiş və bu baxımdan geniş oxucu kütləsi qazanmışdır.
Bolşeviklər aprel inqilabından sonra bu cür məqamlardan ustalıqla
istifadə edərək öz siyasi ideyalarını yaymağa çalışırdılar.
“Molla Nəsrəddin” jurnalı bolşevik siyasətindən fərqli olaraq dinin
məişətdən yox olmamasına çalışmış və özünün 4-cü sayında insanlara
Allaha, peyğəmbərə və imamlara itaət etməni, lakin mövhumata səbəb
olanları tənqid atəşinə tutmasını qeyd etmişdir.
29
Azərbaycan K(b)-P MK-nin din və mövhümat əleyhinə mübarizədə
“Molla nəsrəddin” jurnalından istifadə etmək haqqında 26 aprel 1923 cü il
tarixdə qərar çıxarmışdır.
30
Beləliklə “Molla Nəsrədin” jurnalı sovet
hakimiyyətin tərəfinə keçərək mövhümat, cəhalət , köhnə adət və ənənələr
əleyhinə öz ənnənəvi mübarizəsini davam etdirməsinə baxmayaraq ,1925-
1927 illərin dövrü mətbuatında C.Məmmədquluzadə və “Molla Nəsrəddin”
jurnalı həyatla ayaqlaşa bilməməkdə təqsirləndirilmiş.
31
Bu cəhətdən
Aəzərbaycan K(b)P MK –nin 9 aprel 1929 cu il tarixdə keçirilən “Dini
xürafatla mübarizədə respublika partiya təşkilatının vəzifələri haqqında
məsələ müzakirə edən plenumun qətnaməsinə “Molla Nəsrəddin” jurnalının
“din əleyhinə oxunaqlı, kütləvi , ucuz jurnal kimi yenidən təşkil edilməsinə”
“Allahsızlar İttifaqı”nın Azərbaycandakı fəaliyyəti
345
dair ayrıca bir təklif daxil edilmişdir. Bundan başqa, “Allahsızlar İttifaqı”nın
işini gucləndirmək , azərbaycan dilində din əleyhinə müntəzəm iş aparılması
və genişləndirilməsi məqsədi ilə “Molla Nəsrəddin” jurnalının cəmiyyətin
mətbuat orqanına çevrilməsi tövsiyyə olunmuşdur.
32
Azərbaycanda ateizim hərəkatının fəal iştirakçılarından olan İ.Dubinski
“Din ilə mübarizə cəbhəsində” adlı məqaləsində yazmışdır: “Molla
Nəsrəddin” jurnalı din əleyhinə mübarizədə lazimi iş görmür, “ Mübariz
Allahsızlar İttifaqı”nın Bakı və dairə komitələrinin dəfələrlə qərar
çıxarmalarına baxmayaraq , bu vaxta qədər “Allahsız” məcmüəsi ilə əvəz
edilərək nəşr olunmur. Qəribə bir fakt qeyd edəlim : Azərbaycanda liberal və
azad fikirli “Molla Nəsrəddin” jurnalı nəşr olunur. Məcümənin nəşri üçün
kifayət qədər vəsait buraxılır, lakin bu məcmüə əsl həqiqətdə öz
redaktorunun orqanıdır. Elə güman edirik ki, bu kefiyyətə son veriləcək və
nəticə etibarı ilə mübariz allahsız işçi sinifinin öz məcmüəsi ,orqanı
düzələcəkdir.
33
Artıq 1931-ci il avqust ayından “Molla Nəsrəddin” jurnalı yeni heyət və
redaktor tərəfindən “Azərbaycan və Bakı Allahsızlar” şurasının orqanı kimi
nəşr olunmağa başlandı. Lakin bolşeviklərə din əleyhinə mübarizədə həqiqi
ateist jurnalı lazım idi. Bu baxımdan jurnalın 6-cı sayından yəni 1932-ci ilin
yanvar ayından etibarən jurnal “Allahsız” adı ilə nəşr edildi. Jurnalın məsul
redaktoru Vəli Xuluflu, onun redaksiya heyəti Dubinski, Əhməd Tirinç,
Sami Kamal, M.S.Ordubadi təyin olundu.
34
Bolşeviklər jurnalın bu adla nəşr olunmasını “Əski Molla Nəsrəddin” 25
illik mübarizəsində bir çox mühüm işlər görmüşsədə, ancaq rekonstruktiv
dövrün tempinin qabağında getmək deyil, hətta dalından belə gedə
bilməməsini əlaqələndirmişdilər. “Molla Nəsrəddin” jurnalının 4-cü
sayından onun ateist deyil, teist olması məlum olmuşdur.
35
Göründüyü kimi bolşeviklər, özlərinin də etiraf etdikləri kimi “Molla
Nəsrəddin” jurnalının teist olmasını, onların maraqlarına cavab verməməsini
dialektik materializmi təbliğ etməməsini adının dəyişdirilərək “Allahsız”
adlandırılması ilə nəticələndirmişlər.
Azərbaycan MAİ-ın Mərkəzi və Bakı Şurasının orqanı olan bu
məcmüənin nəşr olunaraq cəmiyyət arasında yayılmasında məqsədi dinin və
din xadimlərinin ifşa edilməsi, təbiət və cəmiyyətə qarşı olan dini baxışların
tənqid edilməsi, dialektik materializim dünya görüşünün, sosializm
Taleh HACIYEV
346
quruluşunun müvəffəqiyyətlərinin, din əleyhinə aparılan mübarizənin vəzifə
və formalarının tətbiq edilməsi, Azərbaycanda vahid dinsizlər çəbhəsi əmələ
gətirilməsi, mübariz allahsızlar kadrosunun hazırlamasından ibarət idi.
Jurnalın din əleyhinə və sosializim quruluşu uğrunda mübarizə, kapitalist
və müstəmləkə ölkələrində din, elmi populyar, bədii kütləvi, mübariz
allahsızlar cəmiyyətinin fəaliyyəti, tənqid və biblioqrafiya kimi şöbələri
mövcud idi.
Yüksək sahəli bir yayım orqanına məxsus xüsusiyyətlərdən məhrum olan
məcmüədə daha çox kobud, sərt, təcavüzkar, hətta mənasız, səfeh bir dildən
və üslubdan istifadə edilmişdir. Jurnalda dinlə əlaqəli karikaturalar, dini
hekayələr ,və felyotanlar, ədəbi tənqidlər, ºerlər, xəbərlər, tarixlə əlaqəli
məqalələr, və s. yer almışdır.
Ümumilikdə jurnalda əsas olaraq işlənən mövzular bundan ibarət idi:
Dostları ilə paylaş: |