Erməni xəyanəti



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix07.09.2017
ölçüsü1,45 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

ERMƏNĠ RĠYAKARLIĞI 
 
“Mən nə azərbaycanlıyam, nə gürcü, nə də türk; mən amerikalıyam. Mən 
ilk  Ģotland  əcdadı  1686-cı  ildə  Amerikaya  gəlmiĢ  sotland  amerikalıyam.  Mən 
cənubluyam.  Ömrüm  boyu  babtist  olmuĢam  və  Amerikaya  vergi  ödəyirəm.  Bu 
kitabı  VaĢinqton,  Roma,  Paris,  London,  Moskva  və  Ġstanbul  Ģəhərlərində 
apardığım ardıcıl elmi-tədqiqat iĢlərinin iĢığı altında qələmə almıĢam. Ermənistan 

52 
 
da  tədqiqat  aparmaqda  kömək  edə  bilərdi.  Lakin  onların  arxivləri  ictimaiyyətin 
üzünə bağlanmıĢdır”. 
 
Səmyuel A. Uimz, Amerikalı alim 
 
XIX  əsrdən  baĢlayaraq  kök  atan  erməni  millətçiliyi  yarandığı  vaxtdan 
digər  xalqlara  qarĢı  amansız  qəddarlığı  ilə  seçilib.  Ġmperialist  siyasət  yürüdən 
havadarlarının  Ģirnikləndirməsi  ilə  “Böyük  Ermənistan”  xülyasına  düĢən,  baĢqa 
xalqların tarixi torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər tarixin 
bütün  mərhələlərində  Anadolu  türklərinə,  gürcülərə  və  azərbaycanlılara  qarĢı 
bəĢəriyyətə,  insanlığa  yaraĢmayan  qanlı  əməlləri  ilə  yadda  qalıblar.  Bütün  ətraf 
ölkələrdə  çoxlu  sayda  insan  erməni  millətçiliyinin,  Ģovinizminin  qurbanı  olsa  da, 
dünya ictimaiyyəti əsl həqiqətləri, əslində nəyin baĢ verdiyini etiraf etməkdən çox 
uzaq olub və təəssüf ki, indi də beynəlxalq aləm ən yaxĢı halda ikili standartlardan 
çıxıĢ edir. Səbəb çox sadədir: qarĢısına türkləri, azərbaycanlıları soyqırımına məruz 
qoymaq  kimi  vəzifə  qoyan  erməni  millətçiləri  riyakarlıqla,  sənədləri 
saxtalaĢdırmaqla  gələcəklərini  də  müəyyən  dərəcədə  sığortalamağa  çalıĢırlar. 
Erməni  yalanlarının  əsrlər  boyu  ayaq  tutub  yeriməsinin,  bunun  qarĢılığında 
beynəlxalq  aləmdə  susqunluğun  acı  nəticəsini  bu  gün  Azərbaycan  və  Türkiyə 
dövlətləri yaĢayır. 
YaxĢı  ki,  xarici  ölkələrdə  XIX-XX  əsrlərdə  türklərin  baĢına  gətirilən 
faciələrə    obyektiv    qiymət  verən,    ermənilərin    əsl  simasını  ifĢa  edən,  öz 
ölkələrinin  ermənilərə  sıcaq  münasibətinə  etiraz  etməkdən  çəkinməyən  insanlar 
var.  Düzdür,  onların  sayı  barmaqla  sayılacaq  dərəcədə  az  olsa  da,  haqq-ədalətin 
tapdalanmasına  qarĢı  üsyan  edən  həmin  tarixçilərin,  tədqiqatçıların  araĢdırmaları, 
yazdıqları əsərlər erməni faĢizminə, riyakarlığına verilən ən obyektiv qiymət kimi 
mühüm  əhəmiyyət  kəsb  edir.  Amerikalı  hüquqĢünas  Səmyuel  A.Uimz  də  erməni 
yalanlarına qarĢı çıxan, onun iç üzünü, əsl mahiyyətini açaraq dünya ictimaiyyətinə 
çatdıran  alimlərdən  biridir.  Səmyuel  A.Uimz  London,  Paris,  Roma,  Moskva, 
Ġstanbul  və  digər  Ģəhərlərin  arxivlərində  apardığı  uzunmüddətli  araĢdırmalardan 
sonra həqiqətin tərəfində dayanaraq qələmə aldığı “Ermənistan -terrorçu “xristian” 
ölkənin  gizlinləri”  adlı  əsərində  erməni  həyasızlığını  faktlarla  sübuta  yetirir. 
Əsərdə  ən  qədimlərdən  müasir  dövrümüzədək  geniĢ  təhlillər  aparan  müəllif 
ermənilərin  tarix  boyu  xəyanət  və  satqınlıq  yolu  tutduğunu  faktlarla  oxuculara 
təqdim edir. 
Səmyuel  A.Uimz  bu  kitabı  hazırlayarkən  dəfələrlə  ölümlə  hədələnsə  də, 
haqq yolundan dönməyib. 2003-cü ilin aprelində ABġ-da nəĢr olunan “Ermənistan 
-  terrorçu  “xristian”  ölkənin  gizlinləri”  kitabı  “Ermənilərin  böyük  fırıldağı 
seriyası”nın birinci cildi idi. Amma təəssüf ki, alim baĢladığı iĢi tam baĢa çatdıra 
bilməyərək  qəflətən  müəmmalı  Ģəkildə  vəfat  edib.  Səmyuel  A.Uimz  bu  gün 
Azərbaycan  ictimaiyyəti  tərəfindən  bəlkə  o  qədər  də  dərindən  tanınmır.  Amma 

53 
 
sağlığında təĢəkkür edə bilmədiyimiz bu insanın “Ermənistan - terrorçu “xristian” 
ölkənin gizlinləri” əsəri əsl həqiqətlərin dünya birliyinə çatdırılması və təsdiqi üçün 
qiymətli mənbədir. 
Səmyuel  A.Uimzin  əsərdə  söylədiyi  fikirlərin  və  üzə  çıxardığı  faktların 
oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq onların bəzilərini təqdim edirik: 
1992-ci ildə Ermənistan heç bir əsası olmadan hücuma keçərək müsəlman 
Azərbaycanın ərazisinin 20 faizini iĢğal etdi. 
Ermənilər heç bir kompensasiya ödəmədən bir milyondan çox müsəlmanı 
ev-eĢiyindən  qovdular  və  onları  zığlı,  palçıqlı  qaçqın  düĢərgələrindəki  çadırlarda  
yaĢamağa    vadar    etdilər.  Ruslar  Ermənistana  bir  milyard  dollarlıq  hərbi  silah-
sursat, avadanlıq bağıĢladılar. BirləĢmiĢ ġtatlar Konqresinin hesabatına əsasən, son 
on il ərzində ABġ Ermənistana 1,4 milyard dollar yardım göstərmiĢ, eyni zamanda 
Azərbaycanın xarici yardımını kəsməklə ayrı-seçkiliyə yol vermiĢdir”. 
*** 
“Azərbaycan dövləti erməni hücumlarından yaxa qurtarandan sonra özünü 
erməni  terrorçularından  qorumağa  baĢladı.  Konqres  Azərbaycanı  cəzalandırmaqla 
buna reaksiya verdi. BirləĢmiĢ ġtatların lobbiləĢmiĢ Konqresindəki erməni lobbisi 
Azərbaycana  yardımın  müxtəlif  növlərini  qadağan  edən  qanunlar  qəbul  etdi. 
Azərbaycana  nöqsan  tutulurdu  ki,  guya  o,  Ermənistanı  blokadada  saxlayır  və 
göndərilən  hərbi  avadanlığın  Ermənistana  çatmasına  mane  olur.  1992-ci  ildə 
Konqres  Azadlığı  Müdafiə  Aktını  qəbul  edərək  onun  907-ci  maddəsi  ilə 
Ermənistanı  “qeyri-qanuni”  blokadaya  almasını  aradan  qaldırana  qədər 
Azərbaycan xarici yardımın müxtəlif növlərindən məhrum edildi. 
*** 
“Özlərini  ermənilər  adlandıran  balaca,  lakin  hay-küyçü  qrupun  siyasi 
təzyiqinə  əsasən  hərəkət  etmək  Konqresə  baĢucalığı  gətirmir.  Erməni  faktlarını 
yoxlamağın  vaxtı  çoxdan  çatmıĢdır.  1918-ci  ildən  baĢlayaraq  bu  cubbulu  ölkənin 
əsas  məxarici  terrorizm,  əsas  mədaxili  isə  bütün  dünyanın  xristianlarından  edilən 
xarici yardım olmuĢdur”. 
* * * 
“1890-ci  ildə  Osmanlı  imperiyasının  daxilində  kiçik  bir  erməni  terrorçu 
bandası  müsəlmanlara  aid  olan  torpaqları  və  mülkiyyəti  zorakılıqla  ələ  keçirmək 
üçün  inqilabi  hərəkata  baĢladı.  Həmin  ermənilər  bəyan  edirdilər  ki,  təxminən  üç 
min ü əvvəl bu torpaqlar onların əcdadlarına məxsus olmuĢdur. Buna baxmayaraq, 
erməni  xristianlar  1890-cı  ildə  öz  terrorçu  kampaniyalarına  baĢlayana  qədər  500 
ildən  artıq  idi  ki,  Osmanlı  müsəlmanları  ilə  sülh  və  əmin-amanlıq  Ģəraitində 
yaĢayırdılar. Güman ki, ondan təxminən min il qabaq onlar Roma qanunları altında 
yaĢamıĢlar.  Ta  1914-1915-ci  illərə  qədər  Osmanlı  imperiyasındakı  bu  narahatlıq 
doğuran  banda  o  qədər  kiçik  idi  ki,  türklər  onlara  heç  məhəl  də  qoymurdu.  Sonra 
Rusiyanın  Osmanlı  imperiyasına  qarĢı  iĢğalçı  müharibəsi  baĢladı  və  rus  çarının 

54 
 
ermənilərin  həsrətində  olduğu  torpaqları  onlara  verəcəyinə  inanan  bu  ermənilər 
elliklə ruslara meyilləndilər. Rus çarının isə belə bir niyyəti yox idi! 
Gündüzlər  Türkiyə  erməniləri  özlərini  Osmanlı  qonĢularla  dost  kimi 
aparır,  gecələr  isə  Osmanlı  hərbi  qüvvələri  arxasında  dağıdıcı,  terrorçu  hücumlar 
edirdilər.  Türklərə  qarĢı  aparılan  bu  terrorçu  hücumlar  ruslarla  döyüĢlərdə  nəyə 
qadir  olduğunu  nümayiĢ  etdirən  türk  ordusunu  zəiflədirdi.  Nəticədə  Osmanlı 
hökuməti  döyüĢ  zonasının  arxasındakı  bütün  erməniləri  köçürməyə  məcbur  oldu. 
Çünki  türklər  hansı  erməninin  terrorçu  olduğunu,  hansınınsa  olmadığını 
aydınlaĢdıra bilmirdilər. Min illər birlikdə yaĢayandan sonra özlərini satqın və xain 
kimi aparanlara qarĢı özünü müdafiə edən millətin yeganə çıxıĢ yolu bu idi”. 
*** 
“Ġkinci  dünya  müharibəsində  faĢistlərin  yəhduilərə  qarĢı  törətdiklərinə 
dünyanın necə münasibət bəslədiyini ermənilər yaxĢı gördülər. Hadisənin üstündən 
53  ildən  artıq  vaxt  keçəndən  sonra  ermənilər  1915-ci  ildə  türklərin  onlara  qarĢı 
dəhĢətli  “genosid”  törətdikləri  haqqında  aləmə  car  çəkməyə  baĢladılar.  Müasir 
Türkiyə  isə  1923-cü  ilədək  -  osmanlılar  terrorçuluq  və  satqınlıqlarına  görə 
erməniləri ölkədən qovandan 8 il sonra hələ respublika elan olunmamıĢdı. 
Əgər Birinci dünya müharibəsində osmanlılar öz qüvvələrini Almaniya ilə 
birləĢdirməsəydi,  erməni  dövləti  adlanan  qurum  tarixdə  adı  bir  ləkə  kimi  qalacaq 
və itib-batacaqdı. Həmin böyük müharibə dövründə BirləĢmiĢ ġtatlar heç Osmanlı 
imperiyasına  müharibə  də  elan  etməmiĢdi.  Hansı  müəmmalı  səbəbdən  isə 
ermənilər  o  vaxt  da,  indi  də  Amerikanın  mövqeyini  dəstəklədiyini  deyir  və 
müsəlman  torpaqlarının  alınıb  onlara  verilməsini  digər  müttəfiq  ölkələrin  borcu 
sayırlar. Məsələ təkcə bununla bilmir, ermənilər belə bir inam nümayiĢ etdirirlər ki, 
müttəfiqlər  onları  öz  qoĢunları  və  pulu  ilə  müdafiə  etməyə  və  dənizdən-dənizə 
qədər olan müsəlman torpaqlarının iĢğalına kömək göstərməyə borcludurlar”. 
“Birinci  dünya  müharibəsi  qurtarandan  sonra  diktatorların  balaca  bir 
bandası  Rusiyanın  münbit  torpaqlar  arasındakı  dağlıq  hissəsində  kiçik  bir  ərazini 
nəzarətə götürərək özünü Ermənistan Respublikası elan etdi. Ermənistan adlı yeni 
ölkənin  həyata  keçirdiyi  ilk  tədbirlərdən  biri  qonĢuluqdakı  xristian  Gürcüstanına 
xaincəsinə hücum edərək torpaq ələ keçirmək cəhdlərini araya qoymaq oldu. Onda 
erməni terrorçu diktatorları məğlub oldular. 
Bundan az sonra erməni  liderləri bu dəfə  müsəlman  Azərbaycanına digər 
təəccüb  doğuran  cəhd  göstərdilər.  Erməni  terrorçu  diktatorları  bu  dəfə  də 
uduzdular. 
Özlərini  müdafiə  etmək  üçün  ermənilər  müttəfiqlərdən  silah  və  sursat 
almaq  yalvarıĢına  baĢladılar.  Bu  müddət  ərzində  ermənilərin  muzdlu  agentləri 
müttəfiq  ölkələrin  hər  birindən  qoĢun  göndərməyi  və  qamarlamaq  istədikləri 
müsəlman  torpaqlarını  onların  əli  ilə  rahatca  ələ  keçirməyi  xahiĢ  edirdilər.  Eyni 
zamanda,  erməni  liderləri  türklər  üzərinə  hücumun  planlarını  cızırdılar.  Bu  dəfə 

55 
 
türklər  erməniləri  qabaqlayaraq  hücuma  keçdi  və  osmanlıların  təxminən  800  il 
əvvəl sahiblik etdikləri “tarixi vətənlərini” geri götürdülər. 
Bütün bu müddət ərzində erməni liderləri türklərə qarĢı hücum üçün məxfi 
planlar  cızır,  eyni  zamanda  ruslarla  da  üstüörtülü  iĢbirliyinə  girirdilər. 
Özünümüdafiə üçün bir güllə də atmayan Ermənistan Sovet Ġttifaqının bir hissəsinə 
çevrildi.  1991-ci  ildə  Ermənistan  özünün  müstəqilliyini  elan  etsə  də,  Rusiya  ilə 
yaxınlıq  əlaqələrini  kəsmədi.  Öz  kiçik  ərazisində  Rusiyanın  hərbi  bazalarını 
yerləĢdirməsi haqqında Ermənistanın xahiĢi deyilənlərə sübutdur. Həmin bazalarda 
rus qoĢunları, habelə rusların MĠQ qırıcı təyyarələri bu ölkədə yerləĢdirilib və bu 
gün orada çoxlu  yer-hava raket batareyaları vardır. Bütün  bunları Ermənistan özü 
xahiĢ  etmiĢdir.  Özləri  Rusiyanın  cibində  olan  belə  adamlara  nə  üçün  Konqres 
milyardlarla dollar pul verməlidir?” 
* * * 
“Yer  üzünün  xristianları  ermənilərin  dedikləri  sözlərə  öz  qayğılı 
münasibətlərinə  son  qoymalı  və  özləri  onların  həqiqiliyini  yoxlamalıdırlar.  Bu 
sətirlərin  müəllifi  olan  xristian  öz  müstəqil  yoxlamasını  apararaq  belə bir  qənaətə 
gəlmiĢdir  ki,  ermənilərin  internet  saytlarında  və  ya  kitablarında  və  məqalələrində 
ermənilər  tərəfindən  yazılmıĢ  heç  nədə  həqiqət  tapıla  bilməz.  Çoxlu  müsəlman 
zorla  ölkədən  çıxarılmıĢdır.  Ġndi  Ermənistan  Yer  üzünün  ən  qapalı  xristian 
cəmiyyətlərindən biridir. Onun cəmisi bir “rəsmi” kilsəsi vardır. Bu kilsə dövlətin 
bir  hissəsidir  və  Ermənistan  konstitusiyası  ona  xüsusi  səlahiyyət  vermiĢdir.  Bu 
balaca torpaqda kilsə və dövlətin ayrılığından söhbət gedə bilməz. 
Ermənilərin nifrət bəsləməyi sevdikləri türklərlə bu faktı tutuĢdurun. Belə 
bir  cəhəti  qeyd  etmək  maraqlıdır  ki, Türkiyədə  Ermənistanın  özündə  olandan  çox 
erməni  kilsəsi  vardır.  Mən  bu  yaxınlarda  Türkiyədə  olmuĢam.  Gözlərimlə  Ģahidi 
olmuĢam  ki,  türklər  və  ermənilər  burada  böyük  azadlıq,  harmoniya  və  dostluq 
içində birlikdə yaĢayır və ibadət edirlər. Bu isə BirləĢmiĢ ġtatlarda türklər əleyhinə 
nifrət və qəzəb toxumu səpən erməni amerikanların çirkin təqdimatı və cəhdləri ilə 
tamamilə  ziddiyyət  təĢkil  edir.  YaxĢı,  bu  erməni  amerikanların  belə  əməlləri, 
görəsən, necə xristianlıqdır?” 
* * * 
“Bir dəfə bu kitabımın çap olunacağı barədə elan veriləndən sonra mənim  
özüm  də  Amerikanın  Erməni  Assambleyası tərəfindən qəzəbli hücum obyektinə   
çevrildim.  Nifrot  kampaniyası  mənə  qarĢı  yönəldiyindən  Amerikadakı  Erməni 
Assambleyası  Ģəxsən  mənə  hücum  etmək  üçün  min  dəfədən  artıq  xəbərdarlıq 
göndərmiĢdi.   Həmin  xəbərdarlıqların 23-ü ölümlə hədələməkdir”. 
* * * 
“Mən  ermənilərdən  xəbər  aldım  ki,  nə  üçün  onların  dövləti  1992-ci  ildə 
qonĢu müsəlman Azərbaycanına xaincəsinə hücum etdi? Ermənilər həmin ölkənin 
ərazisinin 20 faizini iĢğal etdilər və 1 milyondan çox zavallı insanı öz ev-eĢiyindən 
didərgin  salaraq  onları  çadır  düĢərgələrində  qaçqın  vəziyyətində  yaĢamağa  vadar 

56 
 
etdilər.  Bu  da  xristian  Ermənistanının  müsəlman  Azərbaycanına  qarĢı  namərd 
hücumunu  əsaslandıran  tipik  cavab:  “Mənə  söyləmə  ki,  ermənilərin  azərilərlə 
döyüĢü ermənilərin xristianlığını azaldır. Geriyə, tarixə nəzər sal, onda görəcəksən 
ki, Müqəddəs müharibə baĢ vermiĢdir”. 
Faktlar belədir ki, ermənilər  “Müqəddəs  müharibə” adlandırdıqları həmin 
qanlı  hadisələri  törətmək  üçün  ruslardan  1  milyard  dollardan  artıq  qiyməti  olan 
hərbi  sursat  və  avadanlıq  almıĢdır.  Xristian  Rusiya  və  xristian  Amerika  həmin 
“Müqəddəs  müharibə”də  Ermənistanı  müdafiə  edirlər.  Müsəlman  dünyasının 
nədən ötrü BirləĢmiĢ  ġtatlara  nifrət bəslədiyinə əla  misaldır. Ona təəccüblənməyə 
dəyərmi ki, müsəlman neft ölkələri Amerikaya satdıqları yanacağın qiymətini niyə 
belə tez-tez qaldırır?” 
Tarixçi  alim  V.Ġsxanyanın  hələ  1916-cı  ildə  Sankt-Peterburqda  dərc 
etdirdiyi “Narodnosti Kavkaza” məqaləsində  yazdığı kimi, “ermənilərin lüğətində 
heç  vaxt  vətən  sözü  olmayıb.  Onlar  tarix  boyu  Kiçik  Asiyadan  və  Rusiyadan 
kənarda,  Fərat  çayının  yuxarı  qolu  olan  Qaraçay  sahillərində,  Frakiya  və 
Mesopatomiyada  pərakəndə  dəstələr  Ģəklində  yaĢayıblar.  Onların  Zaqafqaziyaya 
qətiyyən dəxli yoxdur. Onların Azərbaycan və Dağlıq Qarabağ haqqındakı iddiaları 
qeyri-qanuni  və  əsassızdır”.  Bu  fikirləri  ermənilərin  öz  tarixçi  alimləri  Makuk 
Abekyan,  K.Patkanyan,  rus  alimi  Yuri  Pompeev,  Qafqaz  tarixi  üzrə  məĢhur 
Amerika mütəxəssisi TadeuĢ Svyataxovski də təsdiqləyir. 
 
ERMƏNĠ XƏYANƏTĠ 
 
“DaĢnaksütyun” partiyasının qarĢıya qoyduğu vəzifələrdən biri “Dənizdən 
dənizə  Böyük  Ermənistan”  dövləti  yaratmaq  idi.  Bu  sərsəm  ideyanı  yerinə 
yetirmək  üçün  Azərbaycan  dövlətini  parçalamaq,  əhalisini  soyqırıma  məruz 
qoymaq ön plana çəkilmiĢdi. 
Ötən əsrin əvvəlldrində Bakı və Ģəhərin ətrafını iĢğal etmək daĢnak lideri, 
bolĢevik  qiyafəli  Stepan  ġaumyana,  ġirvan  bölgəsi,  ġamaxı,  Muğan,  Lənkəranı 
məhv  etmək  quldur  Styopa  Lalayana  və  onun  silahdaĢı  Tatoves  Əmiryana,  Quba 
qəzasını  yerlə-yeksan  etmək  daĢnak  lideri  Hamazaspa,  Naxçıvanı,  Zəngəzuru, 
Qarabağı  talan  etmək  Andronik  Ozanyana  tapĢırılmıĢdı.  Bu  quldurlara  ġaumyan 
Ģəxsən rəhbərlik edir, onların törətdikləri faciələrdən ləzzət alır, daha da ruhlanırdı. 
ġaumyan  kim  idi?  O,  1878-ci  ildə  Tiflisdə  anadan  olub.  Hələ  gənc 
yaĢlarından  türk  dünyasına  qarĢı  amansız  olmağı  qarĢısına  məqsəd  qoyub. 
S.ġaumyan  Tiflisdə  qərargah  yaradır.  Onun  inqilabi  təĢəbbüsü  baĢ  tutmur.  Ona 
görə  də  o,  qərargahını  Bakıya  köçürür.  Çünki  həmin  dövrdə  Bakıda  Ģərait  çox 
əlveriĢli idi. ġəhərdə cəbhələrdən qayıtmıĢ 25 minə yaxın silahlı erməni əsgəri və 
onların  havadarı  olan  rus  silahlıları  vardı.  DaĢnak  lideri,  bolĢevik  qiyafəli  quldur 
S.ġaumyan  bu  qaniçən  qüvvələrə  arxalanaraq  Bakıda  azərbaycanlıların 
soyqırımına giriĢdi. Silahlı erməni quldurları bu soyqırıma çoxdan hazırlaĢmıĢdılar. 

57 
 
S.ġaumyanın göstəriĢi ilə  bütün azərbaycanlılar tərksilah edilmiĢdi,  lakin erməni-
daĢnak dəstələri diĢindən dırnağına qədər silahlı idi. Bundan əlavə, Bakı erməniləri 
də  onların  yardımçısı  idi.  Bütün  bunların  əksinə  olaraq  ġaumyanın  Ģəxsi  tapĢırığı 
ilə  müsəlman  diviziyası  nəinki  tərksilah  olunmuĢ,  həm  də  diviziyanın  rəhbərləri 
həbs  edilmiĢdi.  Onların  arasında  general  TahĢınski  də  var  idi.  Beləliklə, 
S.ġaumyanın təhriki və rəhbərliyi ilə Bakıda və Bakı ətrafında dəhĢətli soyqırımı 
baĢlandı. Onu da qeyd edək ki, bu  soyqırımı  siyasəti  bolĢevizm bayrağı altında 
həyata  keçirilirdi.  Guya  Ģura  hökümətinə  qarĢı  çıxan  əksinqilabçılarla  bolĢeviklər 
mübarizə  aparırdılar.  S.ġaumyan  öz  çirkin  əməlini  pərdələyərək  yazırdı:  “Bizim 
siyasətimiz  vətəndaĢ  müharibəsi  aparmaqdır.  Kim  bu  siyasətə  qarĢı  çıxırsa,  o, 
düĢmənlərimizin nökəridir”. 
Nəriman  Nərimanov  isə  bu  soyqırımından  dəhĢətə  gələrək  yazırdı: 
“Müsəlman hətta bolĢevik olsaydı belə, ona aman vermirdilər”. 
DaĢnaklar deyirdilər: “Biz heç bir bolĢevik tanımırıq. Təkcə elə müsəlman 
olmağın kifayətdir”. 
Stepan  ġaumyanın  əmri  ilə  Hamazasp  Quba  qəzasına  göndərilən  erməni 
quldurlarının  baĢçısı  təyin  edildi.  O,  çıxıĢ  edərək  deyirdi:  “Mən  buraya  ġura 
höküməti qurmağa yox, türklərdən qisas almağa gəlmiĢəm”. Hamazaspın baĢçılığı 
ilə Quba qəzasında 122 kənd yerlə-yeksan edilmiĢ, əhalisinə cinsinə, yaĢına məhəl 
qoymadan qəddarcasına divan tutulmuĢdu. 
Nəhayət,  “DaĢnaksütyun”  partiyasının  tapĢırığı  ilə  Andronik  Naxçıvanı, 
Zəngəzuru və Qarabağı ələ keçirməli idi. Nəticədə, onlar Bərdədə görüĢməli idilər. 
Andronik Ozanyan 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında ġahtah 
qəzasında  dünyaya  gəlib.  Gənc  yaĢlarında  eyĢ-iĢrət  içərisində  yaĢayıb,  hələ  16 
yaĢında  quldurluğa  və  terrorçuluğa  meyilli  olub.  Öz  xasiyyətində  dığaları  baĢına 
yığıb  külli  miqdarda  mal-qoyun  aparıb,  insanları  qətlə  yetirib  və  onlar  arasında 
ədavəti  qızıĢdırıb.  Məsələ  belə  qoyulmuĢdur  ki,  erməni  quldurları  rus  çarına 
sədaqətlə qulluq edəcək olsa, əvəzində Türkiyənin ġərqi Ərzurum, SarıqamıĢ, Qars 
və  Van  gölü,  Azərbaycanın  qərbi-Uluxanlı,  Vedibasar,  Qəmərli,  Dərələyəz, 
Zəngəzur  bölgələrini  Ermənistana  birləĢdirib  “Böyük  Ermənistan”  yaradacaq  və 
Andronik də oranın hökmdarı olacaq. 
Andronik  1912-1914-cü  illərdə  Balkan  müharibəsində  quldurluq  edərək 
bir müddət silahsız, dinc türk əhalisinə divan tutur. 1914-1915-ci ildə Tiflisə gəlir, 
türklərə  qarĢı  vuruĢmaq  niyyətində      olduğunu      bildirir.      Türkiyə  ərazisində 
erməni könüllülərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaĢı 
Andronik  Ozanyana  həvalə  edirlər.  Erməni  könüllüləri  rus  ordusu  ilə  çiyin-çiyinə 
Türkiyənin  Van,  Qars,  SarıqamıĢ  və  Ərzurum  vilayətlərində  vuruĢur  və  türk 
əhalisinə  divan  tuturlar.  Lakin  bu  savaĢda  da  məğlubiyyətə  uğrayan  Andronik 
1917-ci ildə çar hökümətinin devrildiyini, general Haratovun geri çəkildiyini görüb 
rusların silah-sursatlarını oğurlayıb 15 min qoĢunla qaçır. O, Ġranın Xoy Ģəhərini, 
Cənubi  Azərbaycanı,  Culfa  Ģəhərini  keçərək  Naxçıvana  basqın  edir.  S.ġaumyanla 

58 
 
əlaqə yaradan daĢnak Andronik “DaĢnaksütyun” partiyasının “Böyük Ermənistan” 
yaratmaq planı ilə tanıĢ olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, “Məni 
Naxçıvana  rəhbər  təyin  ediblər”.  Andronik  S.ġaumyanın  göstəriĢi  ilə  Naxçıvan 
əhalisindən bütün silahları yığır. Onun hu hərəkətləri, fəallığı S.ġaumyana xoĢ təsir 
bağıĢlayır və Androniki “xalq qəhrəmanı” adlandırır. O, bolĢevik lideri V.Ġ.Leninə 
belə bir teleqram vurur: 
“Andronik Ozanyan Naxçıvanda ġura hökümətini qurur. Ona əlavə kömək 
lazımdır”. Teleqram V.Ġ.Leninə çatar-çatmaz daĢnaka “əlavə kömək” təĢkil edilir. 
Əhrəqunis  kəndində  yaĢayan  Ġslam  Qurbanovun  1965-ci  ildə  mənə 
danıĢdıqlarından: 
-  Kəndlərimizə  basqın  edən  erməni  quldurları  dinc  əhalimizi  qılıncdan 
keçirir,  qadınların  bətninə  nizə  soxurdular.  Bir  az  üzdə  olan  adamların,  el 
qəhrəmanlarının  boyunlarını  vurur,  baĢlarını  dərə  aĢağı  diyirləyirdilər.  Ordubad 
rayonun  Tivi  kəndindən  Süleyman  adlı  bir  nəfər  var  idi.  Adına  Qaçaq  Süleyman 
deyirdilər.  Qaçaq  Süleyman  qorxu  bilməz  oğullardan  25  nəfəri  baĢına  yığıb  dəstə 
düzəltmiĢdi.  Onlar  ermənilərin  kəndlərə  soxulan  quldurlarına  divan  tutur, 
silahlarını  ələ  keçirirdi.  Qaçaq  Süleymanın  dəstəsi  Andronikin  qoĢununa  xəlvəti 
zərbələr  endirir,  say-seçmə  adamlarını  dənləyirdi.  Qaçaq  Süleymanın  dəstəsi  Tivi 
dağlarının ətəklərində Bütöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib 
edən  Əbdülhəmidin  əsgərləri  Xoy  Maku  istiqaməti      ilə  irəliləyərək  Ərəblər, 
ġahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daĢnakları top atəĢinə 
tuturlar.  Mərmilərdən  biri  düz  Andronikin  qərargahının  yanına  düĢür.  Türk 
qoĢununun zərbəsini görmüĢ Andronik öz əsgərlərinə qaçmaq komandası verir və 
ildırım sürəti ilə dağlara çəkilir. 
Bu  quldur  dəstə  Sisyan  mahalına  çəkilərkən  Ordubad  rayonunun  dağ 
kəndlərindən  keçməli  olur.  Tivi,  Bist,  Ələhi,  Nəsirvaz,  Bülöv  kəndlərindən  keçib 
Qıpıcıqdan Zəngəzura  aĢmağa  tələsən quldur Tividə  bir tələ  qurur. O, öyrənir ki, 
Tividə  Qaçaq  Süleymanın  “dostu”  Hayrik  adlı  erməni  yaĢayır.  Andronik  Hayriki 
ələ  alır.  Hayrikin  qonağı  olan  Qaçaq  Süleyman  baĢının  dəstəsi  ilə  Andronikin 
toruna düĢür. Andronikin göstəriĢi ilə Süleyman və onun dəstə üzvlərinin boyunları 
vurulur.  Andronikin  quldur  dəstəsi  Naxçıvanı  tərk  edərkən  Naxçıvanda  11  kəndi, 
Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuĢ, Sirap dərəsində sığınacaq tapan 
20 min  əhalini cinsinə,  yaĢına görə fərqinə  varmadan  güllələmiĢ, Yayıcı  kəndinin 
2500  nəfər  əhalisini  qılıncdan  keçirib  meyitləri  Araz  çayına  atmıĢlar. 
Ümumiyyətlə,  Naxçıvan  bölgəsində  Süleyman  kimi  Kəblalı  xan,  Cəfərqulu  xanın 
oğlu,  Kəngərli  Salmanın  oğlanları,  Əliciqusun  oğlu  Həsən,  hambal  Hüseynin 
oğlanları  kimi  el  qəhrəmanları  olmasaydı,  türk  ordusu  gəlməsəydi,  daha  böyük 
faciələr olardı.  
Mirzə Cabbar Baxçabanın dediklərindən: 
-  1918-ci  ildə  daĢnaklar  Ġrəvan  vilayətində  211  azərbaycanlı  kəndini 
dağıdıb,  300  mindən  çox  insanı  qətlə  yetirmiĢlər.  Fəlakətlə,  ölümlə  üzləĢən 

59 
 
azərbaycanlılar ev-eĢiklərini atıb dağlara qaçmıĢdılar. Mən  NoraĢen  kəndində ailə 
üzvlərimlə  bir  tövlədə  bir  köynəkdə,  alt  paltarında  qalırdım.  Bu  kənd  Ġrəvandan 
qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daĢnaklar Naxçıvanı 
viran  etmiĢdilər.  Andronikin  göstəriĢi  ilə  adamların  diri-diri  dərisini  soyurdular. 
Kütləvi surətdə əhalini qırırdılar. Ġran azərbaycanlıları Naxçıvana  köməyə gəlmək 
istəyirdilər.  Lakin  Ġran  dövləti  onları  Naxçıvana  getməyə  qoymur,  qabaqlarını 
alırdı. 
Andronik  Ozanyan  Naxçıvandan  Sisyana  (Zəngəzura)  aĢanda  Qızılboğaz 
deyilən  yerdə  Keçili  Dəli  Təhməzin  dəstəsi  ilə  toqquĢur,  xeyli  itki  verir.  Silah 
yüklü  üç at Dəli Təhməzin əlinə  keçir. Həmin  silahlarla onun oğlu  QuĢdan 30-cu 
illərə  qədər  erməni  daĢnaklarına  qarĢı  vuruĢaraq  ġahbuz  dağlarında  qaçaqlıq 
etmiĢdir. 
Andronik  Zəngəzura  aĢandan  sonra  azərbaycanlılar  yaĢayan  kəndlərin 
əhalisinə divan tutur. Kəndlərin yaĢlı adamları danıĢırdılar ki, Andronikin dəstəsi - 
Bazaçay boyunca yerləĢən Ərikli, Sükar, Pulkənd, ġükarlı, Məliklər, Saybalı, Əlili, 
Zabazadır,  Hortuyüz,  Dulus,  Ağdü,  ġam,  Pürüllü,  Ġrmis,  Bəhluli,  Dərəkənd, 
Qalaçıq,  Urud,  Dərəbəs,  Anabat,  ġükürbəyli,  Çınqıllı  kəndlərini  xaraba  qoyub 
əhalini qırıb. 
Andronikin  quldur  dəstəsi  Sisyanın  31  kəndini  dağıdıb.  Ağdü  kəndində 
400  nəfər  tutan  məscidə  adamları  yığıb  bütün  çıxıĢları  bağlayıblar.  Sonra  qəddar 
ermənilər  məscidin  damını  söküb,  içəri  küləĢ  doldurub  od  vurublar,  məscidin 
küncündə,  bucağında  qalanlar  da  tüstüdən  boğulub  ölüblər.  Bakıda,  ġamaxıda 
olduğu kimi, insanları ən çox Allah evlərində - məscidlərdə məhv edirdilər. 
Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən: 
- Andronikin quldur dəstəsi kəndi mühasirəyə  almıĢdı. 
Bacılarım  Gövhər  və  Nigar  kənddə  qalmıĢdılar,      Gövhər  qonĢumuz 
Tağının oğlu Eldənizə adaxlanmıĢdı. Atam ġamil görür ki, çıxıĢ yolu yoxdur, ona 
görə  də  qızların  erməni  əlinə  keçməməsi  üçün  onları  öldürmək  fikrinə  düĢür.  Elə 
də edir. 
Gavur  əlinə  düĢməsin  deyə,  övladlarını  özü  vurur.  Eldəniz  də  niĢanlısını 
aparmağa  gələndə  quldur  dığalar  onu  qamarlayıb  tuturlar  və  belə  Ģərt  qoyurlar: 
“Get niĢanlın Gövhəri gətir ver bizə, səni buraxaq”. Eldəniz onlara ağır sözlər deyir. 
Dığalar onu  aparıb      “Toxluqayanın”  dibində  doğrayırlar.  Atam  ġamil  ermənilərə 
əsir  düĢür.  Onu  Qarakilsənin  həbsxanasında  saxlayıb,  iĢgəncə  verirlər.  Arsen  adlı 
erməni atama zülm eləyib. Ətlə - dırnağın arasına iynə yeridib, barmağını qapının 
arasında  qoyub  sıxır,  sol  ayağını  nallayaraq  qaçaqların  yerini  ondan  öyrənmək 
istəyirlər.  Atam  onlara  sirr  vermir.  Axırda  atamın  sağ  baldırınının  dərisini  soyur, 
yerinə  duz  səpib  həməyir  keçilərə  yalatdırırlar.  Sonra  aparıb  “Göyuçuqun” 
qayasından atırlar. 
DaĢnak  tayqulaq  Zəngəzur  mahalının  qərb  hissəsini  iĢğal  edəndən  sonra 
Minkənd-ġəlvə-Murovdağ  istiqamətində  Qarabağa  keçmək  qərarına  gəlir.  Yerli 

60 
 
daĢnak  tör-töküntüləri  Androniki  baĢa  salırlar  ki,  Zəngəzur  dağlarında, 
yaylaqlarında  elat  tərəkəmələr  ancaq  yayda  olurlar.  Onlar  quyruq  doğan  kimi 
dəvələr  ağzı  arana  yatanda  barxanasını  bağlayıb  və  köçürlər.  Onların  nəzərdə 
tutduqları  maneə  Soltan  bəy  idi.  Yediyi  çörəyi  itirən  dığalar  Androniki  tamam 
arxayın  salırlar  ki,  Soltan  bəyin  böyük  təsərrüfatı  var,  baĢı  qarıĢıb  təsərrüfata. 
Andronik  hərbi  sursatını  gətirib  yığır  Qaragölün  ətrafına,  gözləyir  el  yaylaqdan 
üzülsün.  Onun  məqsədi  Qarabağa  keçmək,  nəzərdə  tutulan  planı  yerinə  yetirmək 
idi. 
QıĢda  ovçular  dağlara  çıxırdılar.  Onlar  ayı,  maral  ovlayırdılar.  ġəlvədən 
ovçu  QaraĢ,  ovçu  Soltan  ovçuluqda  tanındıqları  üçün  onlara  ovçular  deyirdilər. 
Ovçular  Qaragölün  həndəvərində  hərbi  sursatı  görüb  Ģübhələnirlər.  Onlar  ov 
etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə: 
-
 
Bəy,  baĢın  qarıĢıb  təsərrüfata  düĢmən  gəlib  oturub  çənənin  altında.  - 
Onlar gördüklərini yerbəyer Soltan bəyə çatdırırlar. Soltan bəy qəzəblənib deyir: 
-
 
Mən  bu  dağlarda  elə  bir  tufan  qopardım  ki,  onun  dalğası  bütün 
Zəngəzuru bürüsün. 
Soltan  bəy  qüvvələri  səfərbər  edir.  ĠĢi  belə  görən  Andronik  Soltan  bəylə 
saziĢə  girmək  fikrinə  düĢür.  Din  xadimlərinin  toxunulmazlığından  istifadə  edən 
daĢnak  Andronik  keĢiĢ  Mesropu  Soltan  bəylə  görüĢə  göndərir.  Soltan  bəy  yad 
adamlarla pərdə arxasından söhbət edərmiĢ. KeĢiĢ Andronikin göndərdiyi məktubu 
Soltan bəyə təqdim edir. 
Məktubun məzmunu belə olur: 
“Soltan  bəy,  bizim  ġuĢa  yürüĢümüzün  təhlükəsizliyini  təmin  etsəniz, 
Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl 
verərəm. Hörmətlə: Andronik PaĢa”.  
Soltan bəy keĢiĢə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk 
hərbi adı “PaĢa” sizə yaraĢan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eĢitdiyimə 
görə ermənisiniz. Və onu da  bilməlisiniz ki, bu  yurdun övladları qeyrətlərini pula 
satmayıblar.  O  ki,  qaldı  ġuĢa  yürüĢünün  təhlükəsizliyini  təmin  etməyə,  bizə  20 
qatır  yükü  silah  lazım  olacaq.  DanıĢıqlarımız  baĢ  tutsa,  iĢarəmi  gözləyin.  Amma 
bütün  silahları,  topları,  pulemyotları  söküb  qatırlara  yükləyin,  üstünü  də  basdırın 
diqqəti  cəlb  etməsin.  Bu  yerlərin  dəliqanlı  igidləri  Ģuluqluq  salar,  biabır  olarıq. 
Soltan  bəy  ixtisasca  topçu  idi.  Fənd  iĢlətməklə  bir  gecənin  içində  düĢmənin  silah 
yüklü  170  qatır  karvanının  ağzını  Kürdhacıya  döndərir.  Andronikin  quldur 
dəstəsini,  nizami  ordusunu  Zabığın  dərəsində  darmadağın  edir.  ÇıxıĢ  yolu 
tapmayan quldur Andronik Ozanyan keĢiĢi öldürür, libasını geyinir. 5-6 yaĢında bir 
uĢağın əlindən tutub bəyə tərəf gedir. 
Qələbədə məğrurlaĢan Soltan bəy: 
-  KeĢiĢ, hardan gəlib, hara gedirsən? 
Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə: 

61 
 
-  Bəy,  baĢına  pırlanım,  bu  uĢağa  hayıpım  gəlir,  azıb  eyləyər,  aparıb 
ötürüm. 
Soltan bəy deyir: 
-  KeĢiĢ, gəl keç. 
Bir azdan əsgərlər xəbər gətirirlər ki, Andronik keĢiĢi öldürüb paltarlarını 
geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub: 
-  Əzizlərim,  Türkiyədə  türklər  onun  qulağını  kəsiblər.  Burada  da  mənim 
qılçımın arasından keçib. O, bir daha Azərbaycana qayıtmayacaq. Doğrudan da, elə 
olur. 
Soyqırımı  Azərbaycan  xalqına  böyük  siyasi,  maddi  və  mənəvi  Zərbələr 
vurmuĢdur. Bütövlükdə, XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya 
və soyqırımı siyasətinin ağır nəticəhrini öz üzərində hiss etmiĢdir... 
Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi 
yaddaĢsızlıq və  unutqanlıq xalqımıza baha baĢa  gələ bilər. Azərbaycanlılara qarĢı 
zaman-zaman  törədilən  bu  ağır  cinayətləri  unutmamaq,  böyüyən  nəsli  bədxah 
qüvvələrə və onların məkrli niyyətlərinə qarĢı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək 
mühüm vəzifədir. 
Dünya  ictimai  fikrinə  ermənilərin  məkrli  siyasətini,  azərbaycanlıların 
erməni  tərəfindən  soyqırıma  məruz  qalmalarını  çatdırmaq  üçün  ümummilli 
liderimiz Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirəlayiqdir. 
Həmin fərmanda “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunur. 
Bu  gün  vəzifəsindən,  siyasi  mənsubiyyətindən  asılı  olmayaraq  hər  bir 
azərbaycanlı,  hər  bir  vətən  övladı  ermənilərin  xəbis  niyyətlərini,  ortaya  atdıqları 
yöndəmsiz,  sərsəm  planları  ifĢa  etməli,  Azərbaycan  xalqının  haqq  səsinin  dünya 
ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir. 
 
Əvəz Mahmud Lələdağ 
 
1918-ci ilin mart ayından etibarən əksinqilabi mübarizə Ģüarı altında Bakı 
Kommunası  tərəfindən  ümumən  Bakı  quberniyasını  azərbaycanlılardan 
təmizləmək  məqsədi  həyata  keçirilməyə  baĢlandı.  Azərbaycanlıların  soyqırımı 
Bakı, ġamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda 
və  Azərbaycanın  baĢqa  bölgələrində  xüsusi  qəddarlıqla  həyata  keçirilmiĢdir.  Bu 
ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə  yetirilmiĢ,  kəndlər  yandırılmıĢ,  milli 
mədəniyyət abidələri dağıdılıb məhv edilmiĢdir. 
 
Heydər ƏLİYEV “Azərbaycanlıların  
soyqırımı haqqında Azərbaycan Respublikası  
Prezidentinin fərmanı”ndan 26 mart 1998-ci il 
 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə