Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya
Incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa gore soz qalın saitli heca ila başlayarsa, sonrakı
hecalar da qalın saitli olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə saitlə
başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azarbaycan sözləri ahəng qanununa tabe olur. Lakin istisnaları vardır: işıq, ilan, ilğım, inam, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır.
Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb
Sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, Günəbaxan, Günay, Aybəniz və s.
Heca Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər
dayanır. Sözdə neçə sait varsa, o qədər də heca olur. Heca bir saitdən
də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s.
Sözün sətrdən sətrə keçirilməsi Sözün sətirdən sətrə keçirilməsi, bir qayda olaraq, sözün hecalanmasına
əsaslanır. Sözlər yeni sətrə ancaq bütöv hecalarla keçirilir. Lakin
sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz. Məsələn: a-lim, təbi-i.