Fənn: Toxuculuq, geyim-ayaqqabı mallarının ekspertizası Mövzu: Toxuculuq haqqında ümumi məlumat. Toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələri



Yüklə 34,71 Kb.
səhifə1/11
tarix02.01.2022
ölçüsü34,71 Kb.
#41412
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10   11
ASEU TEACHERFILE MATERIALS 2021 04 03 2839165539050953461.docx 1619501879



Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Mühəndislik və tətbiqi elmlər” kafedrasının



baş müəllimi İ.Allahverdiyeva.,

allahverdiyeva.ilhame@inbox.ru
Fənn: Toxuculuq, geyim-ayaqqabı mallarının ekspertizası
Mövzu: Toxuculuq haqqında ümumi məlumat.

Toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələri
PLAN

  1. Toxuculuq liflərinin təsnifatı

  2. Toxuculuqda istifadə olunan təbii liflərin növləri və xarakteristikası

  3. Kimyəvi liflərin növləri və xarakteristikası

  4. Toxuculuq liflərinin əsas xassələri.


Mühazirə mətni mənimsənildikdən sonra tələbələr “Toxuculuq, toxuculuq malları” haqqında müəyyən təsəvvürlərə malik olacaqlar. Onlar toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələrini mənimsəməklə toxuculuq liflərini bir-birindən ayırd edə biləcəklər.
Toxuculuq malları qeyri-ərzaq malları içərisində xüsusi çəkisinin həcminə görə aparıcı yerlərdən birini tutur.

Toxuculuq latın sözü olub, textum – parça mənasını verir.

Toxuculuq lifi istənilən toxuculuq məmulatının quruluşunu əmələ gətirən ilk element hesab olunur. Ona görə də hər bir toxuculuq məmulatının əsas xassələri, hər şeydən əvvəl, onun hazırlandığı liflərin xassələrindən asılıdır. Müxtəlif toxuculuq məmulatlarının istehsalında tətbiq edilən toxuculuq lifinin uzunluğu diametrindən bir neçə dəfə artıq olur. Lifli materiallar geniş növ müxtəlifliyinə malikdir. Lakin toxuculuq sənayesində liflərin hamısından istifadə edilmir.

Müxtəlif toxuculuq məmulatının, iplik, sap, parça, trikotaj, tül və s. hazırlanmasında əsas xammal lif hesab edilir. Lif nədir? Uzunluğu bir neçə dəfə diametrindən artıq olan, elastik, əyrilmə, toxunma və istismar zamanı mexaniki xassələrə malik olan möhkəm cisimlərə lif deyilir. Bütün liflər sadə və texniki liflərə bölünür. Sadə liflər ayrı-ayrı tellərdən, texniki liflər isə bir neçə sadə liflərdən ibarət olur. Sadə liflərə pambıq, ipək və s., texniki liflərə isə kətan, kəndir, cut, çətənə və s. daxildir. Uzunluğuna görə liflər uzun və qısa olurlar. Uzunluğu çox olan liflərə süni ipək, təbii ipək, kapron və başqa kimyəvi liflər daxil olur. Belə liflərə sap deyilir.

Liflərin növləri olduqca çoxdur. Lakin onların hamısı toxuculuq sənayesində eyni dərəcədə istifadə edilmir. Toxuculuq lifləri bilavasitə təbiətdən alına bilər və yaxud süni üsulla müəyyən istehsal prosesi nəticəsində əldə edilər.


Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin