GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ Fakültə: İqtisadiyyat
İxtisas: İqtisadiyyat
Fənn: Azərbaycan Tarixi
Tələbə: Nəsibova Nərmin
Müəllim: Məmmədova Sevda
Azərbaycan erkən orta əsrlərdə
III-V əsrlərdə Azərbaycanda fedalizmə xas iqtisadi münasibətlər bərqərar oldu. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsulunun yaranmasına şərait yaratdı. Feodal münasibətləri birdən-birə yaranmamışdır, hələ özündən əvvəlki quruluşun dövründə rüşeym kimi yaranmış və inkişaf etmişdi.
Əmək alətlərinin təkmilləşməsi və onların hazırlanmasında dəmirin tətbiqi əkinçiliyin və sənətkarlığın inkişafına geniş inkişafına, əmək məhsuldarlığının artmasına səbəb oldu. Taxıl sahələrinin becərilməsi genişləndirildi, müxtəlif sənət növləri yarandı və inkişaf etdi. Ticarət yollarına yaxın ərazidə və şəhərlərdə mal mübadiləsi və ticarəti vüsət aldı.
Tədricən torpaq sahibliyinin yeni, özünəməxsus cəhətləri meydana gəldi. Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Bu torpaqlarda qul və məcburu adamların əməyindən istifadə edilirdi. Belə işçilərin əməyə marağı sönür, nəticədə əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar “feod” adlanırdı. (Mülk). “Fodalizm” adı da buradan yaranmışdır.
Feodalizm dövründə iki sinif–feodal və kəndli sinfi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdi. Bu kəndlilərin bir çoxu getdikcə var-yoxdan çıxaraq yoxsullaşır, bir qismi isə varlanaraq torpaq mülkiyətçisinə çevrilirdilər.Ölkədə baş verən siyasi hərc-mərclik, hakimiyyətin Sasanilərə tabe edilməsi, dini mübarizə yoxsulların sayını daha da artırır, feodalların isə varlanmasına şərait yaradırdı.
Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi.
Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin yaranması və formalaşması prosesi bərabər getmirdi, bəzi yerlərdə feodalizmdən əvvəlki münasibətlər qalmaqda idi.
Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də var idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb olunurdu.
Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı yəni təhkimli deyildilər.
Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki dövrü əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən-III əsrdən başlamış XIX əsrin ikinci yarısınadək davam etmişdir.
Azərbaycanda əhalinin əsas kütləsini kəndlilər təşkil edirdi. Sasanilər dövründə əhali 4 sosial təbəqəyə bölünürdü.
1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran)
4. Vergi verən (vastrioşan)
Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar və tacirlər də vergi verirdilər.