Kitabda valideynlərin özünü aparması, övlad şəxsiyyətinə hörmətlə yanaşmaq məsuliyyəti, hər şeydən əvvəl ailədə öz nüfuzunu gözləməsi və s. bu kimi aktual məsələlər təhlil olunmuşdur.
1990
-
Qasımov, A. Gənclik və ailə /Aristo Qasımov.- Bakı: Maarif, 1990.-67s
Kitabça nigahın pozulması hallarının azalması və gənclərin qarşılıqlı daha səmimi münasibətli ailə yaratmalar kimi insanpərvərlik məqsədinə xidmət üçün nərədə tutulmuşdur.
1996
-
Fətəliyev, X. Ailədə milli tərbiyə / Xəlil Fətəliyev; elmi red. Vidadi Xəlilov; N.Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Univerisiteti.- Bakı, 1996.-187s.
2001
-
Mərdanov, M. Azərbaycan Respublikasının dövlət rəmzləri / Misir Mərdanov, Əsgər Quluyev; elmi red. Ramiz Mehdiyev .- Bakı: Çaşıoğlu, 2001.- 272 s.
Kitabda ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin yaranması tarixi izlənilir, milli rəmzlərin bərpası və qəbulu yolunda Prezident cənab Heydər Əliyevin müstəsna rolu göstərilir, milli himnimizin təkamüllü və ideya-məzmun xüsusiyyətləri tarixi- fialoji planda təhlil edilir.
AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi
Sağlam ailə, sağlam cəmiyyət, güclü dövlət,
gənc ana və uşaqların maarifləndirilməsi
(Metodiki vəsait)
Qazax 2016
Tərtib edən: Fatma Hüseynova –metodika və biblioqrafiya şöbəsinin müdiri
Redaktor: Solmaz Babanlı- MKS-in direktoru
Komputer S. Cəfərova- İnformasiya – resurs şöbəsinin müdiri, Günel Yusifova
Dizayn: V.Alməmmədova. İnformasiya-resurs şöbəsinin proqramçısı
Ədəbiyyat
1957
-
Səmədova, M. Uşaq və məktəb kitabxanalarına kömək: metodik vəsait / M.X.Səmədova, M.Y.Nəcəfova: red. Ə. Xələfov;
M.F. Axundov adına Azərbaycan Respublika Kitabxanası.- Bakı:
[ s.n.], 1957.-56 s.: 20 sm
1961
-
Məmmədov, Q. Valideynlər arasında pedaqoji təbliğat / Qulam Məmmədov; red. H.Rasizadə; Azərbaycan SSR Maarif Nazirliyi, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu. – Bakı, 1961.-56 s.
1962
-
Məmmədov , Q. Məktəb, müəllim və ailə / Q.Məmmədov; red. A.Abdullayev; Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət . – Bakı, 1962.-31 s.
1972
-
Vəlixanlı, İ. Məktəb, ailə və ictimaiyyət/ İsfəndiyar Vəlixanlı, Məscid İsmixanov; red. E. Muradağayeva.- Bakı: Maarif, 1972.-122 s.
1988
-
Əliyev, H. Ailə və məktəb ənənələri sağlam nəsil tərbiyə edir / Həmzə Əliyev; elmi red. Yusif Talıbov. – Bakı: Maarif, 1988.-106, [2] s.
üçün müsbət emosiyalar aşılayan vasitə və yollardan istifadə olunmalıdır.
Uşaq Hüquqları Konvensiyasının 23 - cü maddəsində göstərilir ki, “Hər bir uşağın ailədə yaşamaq, təhsil almaq, bütün mövcud xidmətlərdən istifadə etmək hüququ var uşağın hərtərəfli harmonik inkişafına nail olmaq üçün onun bu hüquqları yalnız dövlət deyil, həm də ailə təmin etməlidir”. Əlil uşaq onun maksimum müstəqilliyini və inteqrasiyasını təmin edən şəraitə, onun tam dəyərli və layiqli həyat sürməsinə kömək etmək üçün xüsusi qayğı, təhsil və hazırlıq hüququna malikdir.
Hazırda Azərbaycanda bir nüçə böyük maliyyə vəsait tələb edən uşaq bərpa mərkəzləri fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO –nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə çox böyük dayaqdır. Çox zaman xüsusi qayğıya ehtiyacı olan ailələr göydə Allah, yerdə Heydər Əliyev Fonduna ümidlərini bağlayırlar. Bu ümidləri isə demək olar ki, həmişə həyata keçir. Belə ümidlərdən biri isə “Autizm” Mərkəzi İctimai Birliyinin Dövlət tərəfindən qeydə alınması, məhz Heydər Əliyev Fondunun köməyi ilə reallaşır.
Tərtibçidən
Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və etiram lazımdır.
Ailə, tarixən ən mühüm tərbiyə ocağı olub və olacaqdır. Valideynlər ilk tərbiyəçi, tərbiyənin memarlarıdırlar. Uşaqlar məktəbə gedənə kimi ailədə tərbiyə alırlar. Uşaq məktəbəqədər müəssisəyə getsə də yenə birinci yerdə ailə tərbiyəsi durur. Ailə tərbiyəsi ictimai tərbiyə ilə qovuşmalı, ailədə ata –analar tərəfindən başlanılan tərbiyəvi işlər məktəbəqədər müəssisədə davam etdirilməlidir.
Uşaq bir əmanətdir, bu əmanətin sağlam yetişməsi, bir şəxsiyyət kimi düzgün formalaşması, həyat yolunda vüqarla hədəflərinə qovuşması, nailiyyətlərə çatması öncə doğru tərbiyyəsinə, sonra da təliminə bağlıdır.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılıdır.
Heydər Əliyev
ümummilli lider
Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim- tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz isdedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmalar müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Giriş
İctimai sərvət olan uşaq ailədə dünyaya göz açır. Uşağın ilkin tərbiyə aldığı mühit ailəsi və valideynləridir. Ailə uşağın fiziki və psixi inkişafına təsir edən ilk kollektivdir, burada onun mənəvi, əxlaqi kefiyyətləri formalaşdırmaq istəyirsə, bunu ilk aylardan başlamalı və fasiləsiz davam etdirməlidir.
Ailə, tarixən ən mühüm tərbiyyə ocağı olub və olacaqdır. Valideynlər ilk tərbiyəçi, tərbiyənin memarlarıdırlar. Uşaqlar məktəbə gedənə kimi ailədə tərbiyə alırlar, lakin məkətəbəqədər müəssisəyə getsə də yenə birinci yerdə ailə tərbiyəsi durur. İllər keçdikcə ailə tərbiyəsi ictimai tərbiyə ilə qovuşmalı, ailədə ata- analar tərəfindən başlanılan tərbiyəvi işlər məkətəbəqədər müəssisədə davam etdirilməlidir.
Hər bir valideyn heç bir bəhanə axtarmadan evladlarına qarşı diqqətli olmalıdır. Çalışmalıdırlar ki, övladları xeyirxah, həssas, ağıllı, ədalətli, uğurlu və namuslu insan kimi həyata qədəm qoysun, onların şəxsiyyət kimi formalaşmasında həlledici rolu televizya deyil, atalar və analar oynasın .
Azərbaycanda mənəvi və əxlaqi dəyərləri daha yüksək qiymətləndirirlər. Bizdə valideylərin övladlarına təsiri daha güclüdür və valideylər övladlarının asudə vaxtlarını televizya qarşısında keçirmələrinə göz yummamalıdırlar. Professor Milton Çenin dediyi kimi: “valideynlər övladlarına daha çox diqqət və qayğı göstərib, onları başa düşməyə çalışmalıdır”.
irsi amillərin təhsiri, müharibə, stress, narkomaniya, alkoqolizm, ailə çəkişmələri və s. bu kimi amillər ağır zərbəsini ilk növbədə anaya, onun bətnindəki körpəyə vurur. Nəticədə, lal, kar, kor, əqlidən kəm uşaqlar doğulur. Əqli və fiziki qüsurlu uşaqlar: Nitqi qüsurlu, zəif eşidən, ya lal – kar, kor və zəif görən uşaqlar təlim - tərbiyələrini respublikamızda fəaliyyət göstərən müxtəlif tipli xüsusi internat məktəblərində alırlar.
Anormal uşaqların sənətə, peşəyə ehtiyacı daha çoxdur. Ailədə tərbiyə alan anormal uşaqların valideynləri onları öz təsiri altına lıb, nizam-intizama dəvət etməli, onlara mədəni davranış, böyüklərə hörmət, əməksevərlik kimi müsbət keyfiyyətləri aşılamalıdır. Deməli, məktəb anormal uşağın ailədəki tərbiyəsini davam etdirməlidir. Uşaqların dünyagörüşünün, mənəvi aləminin formalaşmasında bir vətəndaş kimi yetişməsində xüsusi xüsusi məktəblər geniş imkanlara malikdir. Əyani əşyalar, gördükləri və işlədikləri alətlər, uşaqların şüuruna çox təsir edir, onları əməyə və peşəyönümünə istiqamətləndirir. Bu da onların cəmiyyətən təcrid olunmamalarına öz müsbət təsirini göstərir.
Beləliklə, əmək normal insanların həyatında nə dərəcədə mühüm yer tutursa, qüsurlu uşaqların həyatında daha müsbət əhəmiyyət kəsb edir. Qüsurlu uşaqlarla aparılan əmək işləri gələcəkdə onların müstəqil yaşamaları üçün, özlərini işlə təmin etmələri üçün ilkin zərurətdir. Əmək dərsləri didaktik baxımdan düzgün təşkil edilməli, onun səmərə və keyfiyyətinin artırılması
üçün xüsusi tədbirlər planı hazırlamaq, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllinə yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarət idi.
Məktəbəqədər yaşlı uşaqların təlim- tərbiyəsinin günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinin nəzərdə tutan “Azərbaycan Respublikasında Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010- cu iilər)” uşaqların fiziki tərbiyyəsi vəzifələrinin müvəfəqiyyətlə həllini nəzərdə tutur, uşaqların fiziki, əqli və psixoloji cəhəddən məktəbə hazırlığı üzrə beynəlxalq təhsil məkanında son mütərəqi təcrübənin öyrənilməsi və tətbiqini vacib sayır. “Uşaq Hüqüqları Konvensiyası”, “Uşaq Hüqüqları haqqında Azərbaycan Respublikasının Qanunu” da bu məqsədə xidmət edir.
Məktəbəqədər yaşlı uşaqlarla fəaliyyətin uğurları valideynlərlə aparılan işin səviyyəsindən asılıdır.
Məlumdur ki, valideynlərin bir qismi müəllim və tərbiyəçi olsa da böyük əksəriyyəti müxtəlif peşə sahibləri, hətta savadsız və məşğuliyyətsiz şəxslərdir. Onların pedaqoji maariflənməsinə böyük ehtiyac hiss olunur. Təcrübə göstərir ki, bəzən öz sahəsini mükəmməl bilən alimlər belə, kiçik yaşlı uşaqların tərbiyyəsində çətinlik çəkirlər, əksinə, evdar qadınların, savadsız hesab etdiyimiz şəxslərin bir qismi isə mükəmməl tərbiyəçilərdir.
Respublikamızda əqli və fiziki cəhətdən qüsurlu uşaqların sayı artmaqdadır. Bunun isə müxtəlif səbəbləri var: İqlimin korlanması,
Əlbəttə, ailədə ananın rolu çox böyük və əvəzolunmazdır. Ananın sevgisi səmalar qədər əngin, şəfqəti günəş kimi parlaq, səbri dəryalar qədər genişdir.
Ana – ilk müəllimə, həmişə mənəvi qucağına sığndığımız qoruyucu mələk, insan yetişdirən müqəddəs mürəbiyyə və şəfəq mücəssəməsidir. Ana - cənnətə geden yol, sevgi selinin qəhrəmanı, həlim təbiəti ilə fitrət bağçasının solmayan gülüdür.
Ana - təvazösü ilə torpağı, varlığı ilə günəşi, təvəkkülü ilə suyu, sahibi olduğu ailəsi ilə də cənnəti xatırladar. Uşaq tərbiyəsi, ailə qalasının mühafizəsi və bu kimi ən ağır vəzifələr ananın çiyinləri üzərindədir. Bütün dəyərlər layladan başlayaraq ananın incə səsiyilə körpələrin ruh dünyasına hörülər. O, o qədər böyükdür ki, səadəti, bəxtiyarlığı da özüylə daşıyar, “Cənnət anaların ayaqları altındadır” uca məqamını təmsil edər, əlləri öpülər, sözləri başlara tac olaraq qoyular, Rəhmanın rəhmətinin bir parçası olan rəhmi daşıdığı üçün ailədə atadan bir neçə addım öndə dayanar.
Məlumdur ki,nümunə-ən təsirli vasitədir. Uşaqların şüurunun formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ətrafdakıların nümunəsi böyük əhəmiyyətə malikdir. Qədim Roma filosofu Senekanın fikrincə, nəsihətlərlə tərbiyə çətin, nümunələrlə tərbiyə isə asandır. Tərbiyə prosesində nümunə təlim prosesindəki əyaniliyi əvəz edir. Heç bir söz yaxşı və pisin nə demək olduğu haqqında nümunə qədər əyani, konkret təsəvvür yarada bilməz. Nümunənin tərbiyəvi gücünün psixoloji əsasını uşaqların böyüklərə oxşamaq, onlar kimi olmaq meyli və qabiliyyəti təşkilo edir. Onlar tərk etməzdən əvvəl təqlib etməyi öyrənirlər.
Milli ruhda yeni insan yetişdirmək vəzifəsini öhdəsinə götürmüş insan şəxsiyyət etibarilə saf olmalıdır. Onun hər bir hərəkətində mənəvi gözəllik, yüksək ideyalılıq, vətənə sədaqət, vətənpərvərlik hissi əks olunmalıdır.
Cəmiyyətimizdə baş verən yeniləşmə uşaqlarda öyrənməyə, daima axtarışda olmağa həvəs yaradır. Bütün bunları nəzərə alaraq təlim tərbiyəyə yeni baxışla, yaradıcılıq və işguzarlıqla yanaşmalıyıq.
Ulu öndərimiz Heydər Əliyev demişdir: “Uşaqlarımız məktəbəqədər yaş dövründən başlayaraq bəşəri dəyərlərdən istifadə edərək milli zəmin üzərində, milli adət-ənənələr ruhunda tərbiyə olunmalıdırlar.”
Gələcəyimizin qurucuları, istiqlalımızın keşikçiləri olan uşaqlarımıza milli dəyərlərimizi anlatmaq, vətənpərvərlik duyğularını aşılamaq, onları bayraq sevgisi və millət sevdası ruhunda böyütmək valideynlərin müqəddəs vəzifəsidir. Uşaq bilməlidir ki, onun ailəsində vətənə, xalqa, doğma yurdun hər qarışına xüsusi hörmət, ehtiram vardır. Bunu valideyn öz sözlərində, hərəkətlərində, insanlara münasibətində öz şəxsi nümunəsi ilə göstərilməlidir. Onlar bu atalar sözünü unutmamalıdırlar: “Nə əkərsən, onu da biçərsən”. Valideynlərin öz uşaqlarına imkan daxilində dah çox vaxt ayırmaları, onlarla birgə istirahət günlərində çox zaman keçirmələri, istirahət
günlərində, övladlarını kino-teatra, istirahət parklarına və muzeylərə aparmaları, vətənimizin görməli yerləri ilə tanış etmələri ən gözəl tərbiyə metodlarından biridir. Bu zaman uşaqlar ictimai yerlərdə davranış, qarşılıqlı münasibət, muzeydəki əşyalara, istirahət parkındakı gül-çiçəklərə, yaşıllıqlara qauğı vərdişlərinə yiyələnirlər. Ölkələrinin tarixi ilə yaxından tanış olurlar, onlarda öz xalqına qarşı qürur hissi oyanır, vətənləri ilə fəxr edirlər.
Ailə üzvlərinin davranışı uşağın tərbiyəsinə güclü təsir göstərir. Buna görə də valideynlər ailə üzvləri arasında hörmət və ehtiram hissinin yaranmasına diqqət yetirilməlidirlər. Onlar nə qədər çətinliklərlə üzləşsələr də övladlarının yanında bunları büruzə verməməlidirlər.
Uşaqların tərbiyəsi, şəxsiyyət kimi formalaşması bütün dövrlərdə milli xüsusiyyətlərin, ictimai qurluşun, sosial amillərin tələblərinə uyğun aparılmışdır. Tarixən hər bir xalq, hər bir dövlət özünün tələblərinə uyğun şəxsiyyət formalaşdırmağı həlli vacib məsələ kimi yerinə yetirməyə çalışmışdır.
Qabiliyyətli, isdedadlı uşaq və gənclərlə aparılan işlərin daha sistemli, səmərəli və məzmunlu təşkili üçün dövlət başçısının 2006- cı il aprelin 17 –də verdiyi Sərəncamla “Xüsusi isdedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialı inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” təsdiq edildi. Proqramın qəbulunda məqsəd Respublikanın təhsil müəssisələrində mövcud isdedad potensialını vaxtında aşkara çıxarıb, onun inkişafını təmin etmək
Dostları ilə paylaş: |