Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir



Yüklə 109 Kb.
səhifə1/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
  1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2


MÜHAZİRƏ 2.
Pedaqogikanın mövzusu, metodologiyası və tədqiqat metodları
Pedaqogika ən qədim elmlərdəndir. Elmlər sırasında onun özünəməxsus yeri vardır. Pedaqogika yunan sözüdür. O, paydaqoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir. Qədim Yunanıstanda varlıların uşaqlarına baxan, onları məktəbə müşayiət edən şəxsə paydaqoqos demişlər. Zaman ötdükcə həmin sözün mənası dəyişmiş, o, uşaqların tərbiyəsi ilə bağlı sözə, fikrə çevrilmiş və sonralar bir elm kimi təşəkkül tapıb inkişaf etmişdir.
Pedaqogika insan və onun tərbiyəsi haqqında elmdir. Pedaqogikanın bir elm kimi formalaşmasında çex pedaqoqu Yan Amos Komenskinin böyük xidməti olmuşdur.
Başqa elmlər kimi, pedaqogika elminin də obyekti və predmeti vardır. Pedaqogika elminin obyekti insandır. Psixologiya insan psixikası ilə bağlı posesləri, hadisələri, sosiologiya insanın davranışının ümumi qanuna­uyğunluqlarını, etika insanlar arasında qarşılıqlı əxlaqi münasibətlərin tənzim edilməsini, anatomiya insanın bədən quruluşunu, onun funksiyalarını, estetika insanların gözəlliyə münasibətini, onların hissi qabiliyyətini və s. öyrənir. Pedaqogika isə insanın, ana bətnindən başlamış dünyaya gəldiyi, böyüyüb boya-başa çatdığı müddət ərzində tərbiyəsi istiqamətini, onun məzmun və mahiyyətini öyrənir.
Tərbiyənin mənşəyini və mahiyyətini müəyyənləşdirmək, təlim-tərbiyənin, təhsilin qanun və qanunauyğunluqlarını aydınlaşdırmaq da pedaqogikanın öhdəsinə düşür. Pedaqogika elminin mövzusu ilə bağlı pedaqoqların fikirləri birmənalı deyildir. Bir qisim pedaqoqlar onun təlim-tərbiyə məsələlərini öyrəndiyini, digər bir qisim böyüyən nəslin tərbiyəsi haqda elm olduğunu, üçüncü bir qisim isə şəxsiyyətin formalaşmasına göstərilən bütün məqsədyönlü və mütəşəkkil təsirlərin pedaqoji prosesə aid olduğunu göstərirlər. Bütün bu qeyd olunanlara əsaslanaraq pedaqogikaya verilən təriflərə nəzər salaq:

  • Pedaqogika böyüyən nəslin tərbiyəsindən bəhs edən elmdir;

  • Pedaqogika uşaqların təlim – tərbiyə məsələlərindən bəhs edən elmdir;

  • Pedaqogika – uşaqların tərbiyə, təhsil və təliminin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollarından bəhs edən elmə deyilir;

  • Təsirin məqsədə yönəlmış xüsusi və mütəşəkkil sistemi vasitəsilə böyüməkdə olan nəslin və yaşlı adamların tərbiyəsindən bəhs edən elmə pedaqogika deyilir və s.

Qeyd edilən təriflərin hər biri tərbiyə anlayışına əsaslandığından belə demək olar ki, pedaqogika tərbiyə haqqında elmdir.
Tərbiyə tarixi mahiyyət daşıyır. O, tarixi qanunauyğunluqdur. Siviliza­siyanın meydana gəlməsi ilə yanaşı, o da zəruri gerçəkliyə çevrilmiş və tarixi dövrlərin tələblərinə müvafiq olaraq inkişaf edib təkmilləşmişdir.
İnsan tərbiyəsinin ilk addımları sivilizasiyanın ən qədim mərhələsi olan ibtidai icma dövründən başlamışdır. Bu dövrdə tərbiyə ictimai xarakter daşıyırdı. İcma quruluşunun ana xaqanlığı (madərşahlıq) dövründə uşaqların tərbiyəsi ilə qadınlar məşğul olurdu. Onlar 7-9 yaşa kimi qız və oğlanları birlikdə tətbiyə edirdilər. Sonradan oğlanların tərbiyəsi ilə kişilər, qızların tərbiyəsi ilə isə yenə də qadınlar məşğul olurdular.
İbtidai icma dövrünün inkişaf mərhələsində baş verən ilk ictimai əmək bölgüsü-əkinçiliyin maldarlıqdan ayrılması, onların müstəqil təsərrüfat sahəsinə çevrilməsi ilə tərbiyənin də məzmunu və mahiyyəti dəyişmiş oldu, cinsə görə tərbiyə daha da inkişaf etdi. Bu ata xaqanlığı (padərşahlıq) dövründə daha da inkişaf etmişdi. İkinci böyük əmək bölgüsündən sonra, yəni sənətkarlıq digər təsərrüfat sahələrindən (əkinçilik və maldarlıq) ayrıldıqdan sonra uşaqların tərbiyəsi genişləndi. Tərbiyənin yeni sahələri yarandı, sosial təbəqələşmə də gücləndi.
İbtidai icma cəmiyyəti dağıldıqdan sonra quldarlıq və feodal münasibətləri bərqərar oldu. Bununla əlaqədar tərbiyənin də forma, məzmun və mahiyyəti dəyişdi. Quldar dövlətlərdə ilk təlim-tərbiyə müəssisələri, məktəblər, tərbiyəçilər və müəllimlər meydana çıxdı. Spartada, Afinada, Romada, Çində, Hindistanda və s. yerlərdə yeni tələblərə uyğun təlim-tərbiyə sistemləri formalaşdı.
Feodal münasibətlərinin bərqərar olması ilə tərbiyədə ciddi dəyişikliklər yarandı. Feodal ağalara xidmət edən cəngavərləri tərbiyə edən yerlər, dini ehkamları öyrədən məktəblər, kilsə məktəbləri, mədrəsələr meydana çıxdı. Cəngavər təlimi məşhur cəngavərin sarayında həyata keçirilirdi. Bu tərbiyənin məzmununa yeddi əsas bacarıq (at çapmaq, üzmək, şahmat oynamaq və şer qoşub oxumağı bacarmaq) daxil idi.
Sənaye və ticarətin inkişafı təlim-tərbiyə sisteminin genişlənməsinə, onun məzmun və mahiyyətinin ciddi çəkildə dəyişməsinə səbəb oldu. İndi daha savadlı, sənayedə olan dəzgah və maşınları işlədə bilən kamil bilikli adamların tərbiyə olunması dövrün zəruri tələblərinə çevrildi.
Tariximizin müəyyən bir dövründə bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda totalitar sosializm quruluşlu, özünəməxsus təlim tərbiyə sistemi yaranmışdı. Onu tarixdə təhsilin Sovet sistemi adlandırırıq. Lakin SSRi və dünya sosializm sistemi iflasa uğradıqdan sonra, o da məzmun və mahiyyətini dəyişmiş, dünya standartlarına müvafiq inkişaf yoluna qədəm qoymuşdur. O, dünyanın inkişaf etmiş ölkələrini əhatə edən liberal-demokratik məzmunlu tərbiyə sistemi ilə əvəz olunmağa başlamışdır.
Cəmiyyətin müxtəlif inkişaf mərhələlərində tərbiyənin nə kimi rol oynadığını öyrəndikdən sonra onun əlamətlərini aydınlaşdırmaq olar.

Yüklə 109 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin