GİGİYENA-PROFİLAKTİK
TƏBABƏTİN ƏSASIDIR
Rektor ATU-nun əməkdaşlarını Qurban
bayramı münasibətilə təbrik edib
İraq diplomatı Azərbaycan
Tibb Universitetində
3
Qəzet 1933 -cü ildən çıxır. № 15 (1633) 16 sentyabr 2016 - cı il Qiyməti 50 qəpik
Azərbaycan Tibb
Universitetinin Tədris
Cərrahiyyə Klinikasına
yeni direktor təyin edilib
Yeni tədris
ilinə həsr
olunmuş
iclasda
4
«BİLİK GÜNÜ» NƏ HƏSR EDİLMİŞ
GENİŞ TOPLANTI KEÇİRİLDİ
Bu say ı m ı z d a
6
3
2
3
Hörmətli Ədilə xanım!
Sizi – Azərbaycan tibb elminin və təhsilinin görkəmli nümayəndəsini
90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə
möhkəm cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
60 ildən artıq bir dövr ərzində Siz elm, təbabət və təhsili üzvi şəkildə
birləşdirərək həm alim və müəllim kimi, həm də uşaqların sağlamlığı-
nı qoruyan bir həkim kimi böyük uğurlar əldə etmisiniz. Siz öz nəcib
fəaliyyətinizlə uzun illər ərzində Azərbaycanda uşaq təbabətinin inki-
şafında əvəzsiz rol oynamısınız. Apardığınız çoxşaxəli tədqiqatlarla Siz
ölkəmizdə və beynəlxalq aləmdə böyük hörmət qazanmısınız.
Azərbaycan Tibb Universitetinin tibb və səhiyyə sahəsində nüfuzlu
mərkəz kimi formalaşmasında, sözsüz ki, Sizin kimi alimlərin bö-
yük əməyi vardır. Neçə nəsil pediatr həkimlərin yetişdirilməsində
bilavasitə iştirak edərək Siz daim yüksək ixtisaslı kadrların hazırlanması
prosesinə layiqli töhfələr vermisiniz. Azərbaycanda uşaqların sağlam-
lığının keşiyində duran minlərlə insan böyük qürur hissi ilə vaxtilə
tələbəniz olduğunu xatırlayır. Sizin vətəndaş mövqeyiniz və aktiv ictimai
fəaliyyətiniz də təqdirəlayiqdir.
Bu gün Siz, ömrünüzün müdriklik çağında yenə də zəngin təcrübənizi
və yüksək elmi potensialınızı səhiyyəmizin inkişafı naminə səfərbər edir-
siniz. Ümidvaram ki, bundan sonra da insanların sağlamlığının qorunma-
sı üçün öz qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz.
Ən xoş arzularla
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti