Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 468,12 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix31.01.2017
ölçüsü468,12 Kb.
  1   2   3   4   5   6

ƏLİ ABASOV  

 

ÖN SÖZ 



Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə  və Hüquq İnstitutu 

Azərbaycan Elmlər Akademiyasının müstəqil elmi qurumu kimi 1945-çi ildə  təşkil 

olunmuşdur.  İnstitut  1950-1956-cı illərdə Tarix və  Fəlsəfə  İnstitutu,  1956-1967-ci illərdə 

Azərbaycan EA Fəlsəfə sektoru, 1967-ci ildən isə Fəlsəfə və Hüquq İnsitutu adı ilə fəaliyyət 

göstərməkdədir. 

Fəlsəfə  və Hüquq İnstitutunun təşkili Azərbaycan xalqı  və elmi qarşısında misilsiz 

xidmətləri olan akademik Heydər Hüseynovun adı ilə qırılmaz surətdə bağlıdır. 

H.Hüseynovun Azərbaycan EA-nın vitse-prezidenti, ictimai elmlər bölməsinin sədri olması 

bu işdə, heç şübhəsiz mühüm rol oynamışdır. 

Aşağıda adları çəkilən alimlər müxtəlif illərdə instituta rəhbərlik etmişlər: 

Akademik Makovelski Aleksandr Osipoviç- 1945-1950-ci illər.  

F.e.d.Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d. Quliyev 

Əlövsət Nəcəfqulu oğlu-1950-1956-cı illər.  

F.e.d. Qasımov Mehbalı Məmməd oğlu- 1956-1958-ci illər. 

F.e.d. Şagirzadə Əddin Sədrəddin oğlu- 1958-1959-cu illər. 

Akademik Köçərli Firudin Qasım oğlu- 1959-1984-cü illər. 

F.e.d. Orucov Zahid Məlik olğlu- 1985-1987-ci illər. 

Akademik Aslanov Aslan Məhəmməd oğlu- 1987-1995-ci illər. 

1995-çi ildən başlayaraq f.e.d. Abasov Əli Seyidabas oğlu İnstitutda direktor vəzifəsini icra 

edir. 


Qafarov Tofiq Mikayıl oğlu, Məmmədov Nizami Mustafa oğlu, Əliyev İrşad Saleh oğlu ayrı-

ayrı vaxtlarda instituta rəhbərlik etmişlər. 

İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində Tofiq Qafarov, Nizami Məmmədov, 

Həsən Quliyev, Əli Abasov işləmişlər. Həmin vəzifəni hazırda İrşad Əliyev aparır. 

Rəşid Nurullayev, Həsən Şirəliyev, Cəmil Əhmədli, Mikayıl Məmmədov, Həsən Hüseynov, 

Rəşid Vəkilov vaxtilə institutda elmi katib vəzifəsini daşımışlar. Hazırda İnstitutun elmi katibi 

Səidə Məmmədovadır. 

Akademik F.Q.Köçərli fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, Akademiyanın müxbir və 

həqiqi uzvü elmi rütbələrini İnstitutda işlədiyi illərdə almışdır. Kadr hazırlığı, buna müvafiq 

olaraq elmi məhsuldarlıq baxımından F.Köçərlinin  İnstituta rəhbərlik etdiyi 25 illik dövr 

xüsusilə  fərqlənmişdir. Bununla əlaqədar belə bir faktı demək xarakterikdir ki, hazırda 

institutun şöbə mudirlərinin, baş və aparıcı elmi işçilərinin böyuk əksəriyyəti onun rəhbərliyi 

dövrundə doktorluq, eləcədə namizədlik dissertasiyaları müdafiə etmiş  əməkdaşlardır. 

Akademik F.Köçərli yetirmələrinin çoxunun elmi rəhbəri, məsləhətçisi, opponenti olmuşdur. 

Məhz bütün bunları nəzərə alaraq elmi-təşkilati fəaliyyəti sahəsindəki səmərəli xidmətlərinə 

görə ona "Əməkdar Elm Xadimi" kimi yüksək ad verilmiş, kollektivimiz isə onu "İstitutun 

Fəxri Direktoru" seçmişdir. 

Akademik Aslan Aslanovun 10 illik direktorluq fəaliyyəti də institut üçün uğurlu olmuşdur. 

Akademik A.Aslanovun direktor olmaqla yanaşı Akademiyanın ictimai elmlər bölməsinin 

akademik-katibi vəzifəsini daşıması institutun elmi-təşkilati fəaliyyətinə yaxşı  təsir 

göstərmişdir. Həmin illərdə  də doktor və namizədlərin sayı xeyli artmış, institut maddi-

texniki cəhətdən nisbətən yaxşı  təmin olunmuşdur. "Azərbaycan fəlsəfə tarixi"nin 

hazırlanması sahəsində fəaliyyət onun rəhbərliyi dövründə daha da canlanmışdır. 

İnstitutun fəaliyyət göstərdiyi 55 il ərzində respublikanın görkəmli filosof və 

hüquqşünaslarının bütöv bir nəslinin yaradıcılığı institutla bağlı olmuşdur. 

Dünyasını  dəyişmiş alimlərimizdən Akademiyanın müxbir üzvü Ziyəddin Göyüşov, fəlsəfə 



elmləri doktorları  Şüküfə Mirzəyeva,  Şeydabəy Məmmədov, Zaman Məmmədov, Adil 

Nəcəfov, Midhəd Ağamirov, Həsən  Şirəliyev,  Ənvər  Əhmədov, Artur Saqadeyev; Əhməd 

Əminzadə,  Əbdülhüseyn Agahi, Cahid Quliyev, Zakir Bağırov, Qurban Bayramov, Rəşid 

Əliyev, fəlsəfə elmləri namizədləri Mikayıl Məmmədov, Mirzəağa Rüstəmov, 

hüquqşünaslardan hüquq elmləri doktorları Vahid Qəhrəmanov, Qasım Cəfərov, Bilqeys 

Həşimzadə, Məmməd Xələfov, Tofiq Qafarov, hüquq elmləri namizədləri Adil Babayev, 

İmran Rəsulbəyov müxtəlif illərdə institutda çalışmışlar. 

Hazırda müxtəlif elmi və pedaqoji fəaliyyət sahələrində çalışan filosoflardan akademik 

Əfrand Daşdəmirov, Akademiyanın müxbir üzvü Fuad Qasımzadə, fəlsəfə elmləri doktorları 

Cəmil  Əhmədli, Həmid  İmanov, Nurqələm Mikayılov, Camal Mustafayev, Məmmədəli 

Zeynalov, Maarif Əkbərov, Yusif Rüstəmov, Sabir Daşdəmirov, Arif Bünyadov, Əsədulla 

Qurbanov, Fərrux Ramazanov, Nizami Nəcəfov, Nazim Səfərov, Əhməd Həsənov, Əlipaşa 

Əliyev, Maqsud Cəlilov, Zahid Məmmədov, Veli Paşayev, Gülnaz Abdullazadə, Məmməd 

Balayev, Rafiq və Babək Qurbanov qardaşları, Kərim Qasımov, Rasim Osmanzadə, 

Səlahəddin Xəlilov, Qoşqar  Əliyev, professor Tofiq Rəsulov, hüquqşünaslardan 

Akademiyanın müxbir üzvü Məsumə Məlikova, hüquq elmləri doktorları Ağababa Rzayev, 

Cəfər Mövsümov, Elşad Abdullayev, hüquq elmləri namizədləri  İsmayıl Səlimov, Aydın 

Yusifov və başqaları kollektivimizlə səmərəli elmi əməkdaşlıq etmiş və edirlər. 

Yeri gəlmişkən demək lazımdır ki, hazırda respublikanın ali məktəblərində, elmi-tədqiqat 

müəssisələrində, eləcə  də  rəhbər orqanlarında çalışan filosof və hüquqşünasların 

əksəriyyəti Fəlsəfə və Hüquq İnstitutunun yetirmələridirlər. Vaxtilə institutun yetirdiyi alimlər 

hazırda Rusiyada (Moskvada), Türkiyədə, İsraildə, ABŞ-da və bir sıra başqa ölkələrdə elmi 

fəaliyyətlə məşğuldurlar. 

Fəlsəfə  və Hüquq İnstitutu nəzdində uzun illər Müdafiə  Şurasının fəaliyyət; göstərməsi 

nəinki institutda və respublikada, eləcə də keçmiş SSRİ məkanında fəlsəfə kadrlarının elmi 

potensialının artmasında  əhəmiyyətli rol oynamışdır. Müdafiə  Şurasında Rusiya 

Federasiyasının, o cümlədən Moskva, Şimali Qafqaz, həmçinin Orta Asiya, Moldova 

alimləri doktorluq və ya namizədlik dissertasiyaları müdafiə etmiş, bəziləri isə opponent 

kimi iştirak etmişlər. Hazırda Müdafiə  Şurasının elmi əlaqələri başqa xariçi ölkələrlə  də 

yaradılmışdır. 

İnstitutun kənar təşkilatlarla elmi əlaqələrinin genişlənməsini nəzərə alaraq Elmi Şuranın 

təklifi ilə  Fəlsəfə  və Hüquq elmləri üzrə "Fəxri Doktor" adı  təsis edilmişdir. "Fəxri Doktor" 

adı alan alimlərdən biri də Azərbaycanın fəlsəfi fikrinin və hüquqlarının Avropada yayılması 

və qorunmasında mühüm xidmətləri olan İsveç tədqiqatçısı Svante Kornelldir. 

Elmi kadrların hazırlanmasında, onların yaradıcılıq əlaqələrinin genişlənməsində institutun 

tərkibində  fəaliyyət göstərən fəlsəfə üzrə Elmi Əlaqələndirmə  Şurasının və Respublika 

fəlsəfə Cəmiyyətinin fəaliyyəti də mühüm rol oynamış və oynamaqdadır. 

İnstitutda aspirantlıq və dissertantlıq yolu ilə elmi kadrların hazırlanmasına daim diqqət 

yetirilir. Təsədüfi deyildir ki, elmi dərəcə  və adları olan əməkdaşlarımız demək olar ki, 

vaxtilə institutda aspirantura, doktorantura və ya dissertantura yolu ilə dissertasiya müdafiə 

etmiş şəxslərdir. 

Hazırda institutda 25 əyani, 8 qiyabi aspirant və 30 dissertant vardır. Onlar təcrübəli 

alimlərin rəhbərliyi altında dissertasiya işlərini uğurla davam etdirirlər. 

Əməkdaşlarımızın fəlsəfi-nəzəri səviyyəsinin yüksəldilməsi, onların elmi-tədqiqat 

bacarıqlarının artırılması daim diqqət mərkəzində olmuşdur. Elmi müşavirələr, konfranslar, 

simpoziumlar, seminarlar, Elmi Şurada  əməkdaşların elmi, hesabatları bu məsələlərin 

uğurlu həllinə xidmət edir. 

Əməkdaşlarımızdan bir çoxu respublikada, istərsə  də xarici ölkələrdə  fəlsəfə  və hüquq 

elmlərinin aktual problemlərinə  həsr olunmuş beynəlxalq Elmi Konfranslarda, 


aspirantlarımız isə Azərbaycan Elmlər Akademiyası Aspirantlarının Konfraslarında fəal 

iştirak edirlər. Onların bir çoxunun məruzə, çıxış  və tezisləri həmin konfransların 

materiallarında çap olunub. 

İnstitutun elmi potensialı ilə yanaşı onun texniki təchizatında da xeyli dəyişikliklər olmuşdur. 

Vaxtilə yalnız mexaniki yazı makinalarına malik olan institutda indi müasir elektrik 

makinaları, kompüterlər, lazerli printerlər, skaynerlər, kserokslar və s. əməkdaşların 

ixtiyarına verilmişdir. Laborantların və kiçik elmi işçilərin böyük əksəriyyəti onlardan istifadə 

etməyi öyrənmişlər. 

Əvvəlki illərə nisbətən institutun elmi potensialı  və strukturunda da ciddi dəyişikliklər baş 

vermişdir. 

İnstitutun təşkil olunanda Heydər Hüseynov və Aleksandr Makovelski ilə yanaşı, o vaxtlar 

elmlər namizədləri olan Əhməd Kəradi, Zəkuyev, Mehbalı Qasımov, Museyib Mahmudov, 

Rəşid Nurullayev, Vəhid Qəhrəmanov, aspirantlardan Şükufə Mirzəyeva, Əddin Şakirzadə, 

Ənvər Əhmədov, Ramazan Seyidov, Fikrət Həsənov və Xəlil Nəcəfov çalışırdı. 

Sonrakı illərdə orta hesabla 50-60 nəfərlik elmi potesiala malik olan institutda hazırda 124 

əməkdaş çalışır. Onlardan 18 nəfəri elmlər doktoru, o cümlədən 1 nəfər akademik, 1 nəfər 

müxbir üzv, 46 nəfəri isə elmlər namizədləridir. 

Vaxtilə 4 şöbədən ibarət olan institutda indi 7 şöbə,  1 bölmə,  1 qrup və kafedra fəaliyyət 

göstərir. Onlar aşağıdakılardır: 

1. Fəlsəfə və ictimai fikir tarixi şöbəsi-müdiri f.e.d. Zümrüd Quluzadə. 

2. Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsi-müdiri f.e.d. Zakir Məmmədov. 

3. Sosial fəlsəfə və sosiologiya şöbəsi- müdiri f.e.d. Əbülhəsən Abbasov. 

4. İdrak nəzəriyyəsi və elmin metodoloisiyası şöbəsi-müdiri f.e.d. Həsən Quliyev. 

5. Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri şöbəsi- müdiri f.e.d. Ağayar Şükürov. 

6. Etika və estetika şöbəsi- müdiri f.e.d. İlham Məmmədzadə. 

7. Fəlsəfənin yeni istiqamətləri və "qender" tədqiqatları bölməsi-rəhbəri f.e.d. Əli Abasov. 

8. Keçid mərhələsində mənəvi proseslərin proqnozlaşdırılması qrupu-rəhbəri f.e.d. Rəfiqə 

Əzimova. 

9. Hüquqi tədqiqatlar şöbəsi - müdİri h.e.n. Zakir Qasımov. 

10. Fəlsəfə kafedrası-müdiri Akademiyanın müxbir üzvü, professor Məqsəd Səttarov.  

İnstitutun fəaliyyətinin bütün dövrlərində başlıça məqsəd Azərbaycan xalqının mənəvi 

mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin tarixinə, fəlsəfə  və hüquq elmlərinin aktual 

problemlərinə dair geniş  tədqiqatlar aparmaq, tədqiqatlar aparmaq nəticələrinə  həsr 

olunmuş elmi əsərlər nəşr etdirmək olmuşdur. 

İnstitut əməkdaşları son 55 il ərzində elm aləmində yaxşı qiymətləndirilən monoqrafiyalar, 

toplular, kitab və kitabçalar, eləcə də dərs vəsaitləri hazırlamış və nəşr etdirmişlər. 

Bunlardan keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi 

üzvü, dünya miqyaslı antiqşünas alim Aleksandr Osipoviç Makovelskinin "Qədim yunan 

atomistləri", "Avesta", "Məntiq" əsərlərini, fəlsəfi irsimizin əvəzsiz tədqiqatçı və təbliğatçısı, 

akademik Heydər Hüseynovun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı 

fundamental əsərini, akademik A.O.Makovelskinin Midhət Ağamirovun rəhbərlik etdiyi qrup 

tərəfindən hazırlanmış  və çapa təqdim edirilmiş 4 cildlik "Seçilmiş  əsərlərini, Azərbaycan 

filosoflarının  ən tanınmış nümayəndələrinin birgə  fəaliyyəti nəticəsində yazılmış 4 cildlik 

"Azərbaycan fəlsəfə tarixi"nin əlyazmasının hazırlanmasını  və s. göstərmək olar. 

"Azərbaycan fəlsəfə tarixi"nin I və II cildlərinin azərbaycan və rus dillərində yenidən işlənib 

çapa təqdim edilməsini institut rəhbərliyinin son illərdəki mühüm uğurlarından hesab etmək 

olar. 

Akademiyanın həqiqi üzvü mərhum A.Aslanovun, Akademiyanın müxbir üzvü 



Z.Göyüşovun, fəlsəfə elmləri doktorları  Ə.Zəküyevin,  Ə.Əhmədovun, M.Ağamirovun, 

Ş.Mirzəyevanın,  Ə.Əminzadənin gərgin axtarışlarının məhsulu olan çoxsaylı kitabları 

Azərbaycan fəlsəfə elmini zənginləşdirmişdir. 

Akademiyanın həqiqi üzvləri F.Köçərli,  Ə.Daşdəmirov, muxbir üzvü M.Səttarov, fəlsəfə 

elmləri doktorları Z.Quluzadə,  Ə.Abasov,  Ə.Şakirzadə, Z.Məmmədov, H.Quliyev, 

A.Şükürov,  İ.Məmmədzadə,  Ə.Abbasov,  Ə.Tağıyev, A.Əsədov və b. fəlsəfə elmlərinin 

müxtəlif aktual problemlərinə dair yazdıqları  əsərləri ilə  fəlsəfi ictimaiyyətin rəğbətini 

qazanmışlar.  

Ayrı-ayrı  şöbələrin fəaliyyətinə dair verilən məlumatlarda onların, eləcə  də başqa 

əməkdaşların yaradıçılığından geniş danışıldığını  nəzərə alaraq bu barədə müfəssəl 

məlumatla kifayətlənirik.  

Şöbələrin fəaliyyətindən danışarkən, hər şeydən əvvəl qeyd etməliyik ki, institutun ümumi 

tədqiqat planlarında müasir dövrün keçid mərhələsinin aktual fəlsəfi problemlərinin 

tədqiqinə xüsusi diqqət yetirilmiş, bu sahədə institutun elmi istiqamətləri 

müəyyənləşdirilmişdir. 

I elmi istiqamət Azərbaycan fəlsəfə tarixi, ictimai-siyasi, mənəvi-psixoloji tərəqqi,sosial 

idarəetmənin və  vətəndaş  cəmiyyətinin formalaşması; idrakın, təbiət-şünaslığın və 

ekologiyanın fəlsəfi problemlərini, II istiqamət isə Azərbaycanda demokratik hüquqi dövlətin 

formalaşması məsələlərini əhatə edir. 

İnstitut hər iki istiqamət üzrə aşağıdakı başlıca tədqiqatlarla məşğuldur: 

Buraya - Azərbaycan və Şərq xalqlarının fəlsəfi və ictimai fikir tarixi; müasir Azərbaycanda 

yeniləşmə proseslərinin sosial-fəlsəfi və sosial-siyasi problemləri; mənəvi, etik və estetik 

baxışların, sosial dəyərlər sisteminik inkişaf xüsusiyyətləri; milli və tarixi özünüdərk; 

Qender, dinşünaslıq problemləri və müasir Azərbaycanın mədəni, ideoloji həyatındə  və 

ictimai-siyasi proseslərdə onların təzahürü; idrak nəzəriyyəsi, sosial idarəetmənin, 

təbiətşünaslığın və ekologiyanın fəlsəfi problemləri, elmin metodologiyası məsələləri. 

Müstəqil Azərbaycanın demokratik inkişaf yolları  və formaları; ictimai-siyasi proseslərin 

demokratikləşdirilməsinin sosial və  mənəvi faktorları, Azərbaycan  əhalisinin həyat tərzinə 

və ictimai şüuruna demokratiya mədəniyyəti prinsiplərinin təsir mexanizmi; hüquqi dövlətə 

keçid dövründə dövlət və hüquq quruculuğu problemləri; müasir Azərbaycan 

Respublikasının dövlətçilik və hüquq tarixi və s. daxildir. 

İnstitutda elmi-tədqiqat materiallarının çap olunmasına xüsusi diqqət yetirilir. Yalnız 1999-

cu ildə əməkdaşlarımızın 19 əsəri nəşr edilmişdir. 

Azərbaycan EA "Xəbərlər"ində, Qanun" adlı ictimai-siyasi, elmi-kütləvi jurnalın fəaliyyətində 

əməkdaşlarımız müntəzəm iştirak edirlər. "Qanun" jurnalında institut üçün xüsusi bölmə 

ayrılmışdır. 

Alimlərimizin elmi məqalələri respublikanın kütləvi informasiya vasitələrində çap olunur, 

onlar radio və televiziyada çıxışlar edir, ölkənin elmi, ictimai-siyasi həyatında fəal iştirak 

edirlər. 

İnstitut 1996-cı ildən başlayaraq Azərbaycan EA Rəyasət heyətinin, Elm Assosiasiyası və 

Respublika Elm fondunun təsis etdikləri "Şərq Fəlsəfəsi Problemləri" adlı elmi jurnal çap 

etdirir. Jurnalın redaksiya heyəti və redaksiya şurası islam regionu fəlsəfəsinin ənənələri və 

müasir nailiyyətləri ilə elmi ictimaiyyəti və geniş oxucu kütləsini tanış etməyi öz qarşısına 

məqsəd qoymuşdur. Jurnalın redaktoru f.e.d. Z.Ə.Quluzadədir. 

Azərbaycan, Tatarstan, Türkmənistan, Türkiyə,  İran, Qazaxıstan, Rusiya, Fransa, 

Tacikistan, Özbəkistan alimlərindən ibarət redaksiya heyətinin səmərəli fəaliyyəti 

nəticəsində indiyə kimi jurnalın 2 nömrəsi nəşr olunmuş, 3-cü cild isə çapa hazırlanmışdır. 

Bununla yanaşı institut rəhbərliyi  1999-cu ildən "Qenderşünaslıq" adlı jurnal da təsis 

etmişdir. 

Elmi dairəyə  məlumdur ki, Fəlsəfə  İnstitutu yaranandan sonra onun elmi toplusu olan 


"Əsərlər" müəyyən müddət müxtəlif adlarda azərbaycan və rus dillərində  nəşr olunmuş, 

Azərbaycanda fəlsəfi və ictimai elmlərin tədqiqi və  təbliği sahəsində  səmərəli rol 

oynamışdır. Buna baxmayaraq məlum səbəblər üzündən sonradan "Əsərlər"in nəşri 

dayandırılmışdır. 

İnstitutun elmi yaradıcılıq və elmi-təşkilati fəaliyyətini əks etdirmək, xarici ölkələrin Fəlsəfə 

və Hüquq İnstitutları ilə elmi əlaqələri genişləndirmək, fəlsəfə  və hüquq elmlərinin hazırki 

vəziyyəti, bu elmlərin yeni istiqamətləri ilə oxucuları tanış etmək məqsədilə institutun 

"Əsərlər"inin nəşrini bərpa etmək qərarına gəlmişik. 

"Əsərlər"in hazırkı sayında Azərbaycanın müstəqillik  əldə etdiyi indiki dövrdə institutun 

elmi-tədqiqat fəaliyyətinə, onun gələcək perspektivlərinə geniş yer verilmişdir. 

Əsərlər"in yeni nəşrinin ilə nömrəsi ilə tanış olan və oradakı materiallara öz münasibətini 

bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. 

 

 

ZÜMRÜD QULUZADƏ 



Fəlsəfə və İctimai fikir tarixi şöbəsi 

 

Orta  əsr mədəniyyəti abidələri və, mədəniyyət tariximiz bizə Azərbaycan fəlsəfəsi ilə 



bərabər Yaxın, Orta və Uzaq Şərq, eləcə də qədim yunan fəlsəfəsi haqqında informativ və 

tədqiqi səciyyəli məlumatlar çatdırıbdır. 

Yeni dövr məlumatları, Avropa və Rus fəlsəfəsinə dair biliklər də  fəlsəfi fikrimizi 

zənginləşdirdi. Bununla belə ölkəmizdə  fəlsəfə tarixinin elmi tədqiqat obyekti kimi 

sistematik tədqiqi XX-ci əsrin 30-çu illərindən başlayıb və xüsusi dövlət elmi təsisatlarında 

aparılmışdır. Fəlsəfə tarixini eyrənən  şöbə  1929-cu ildən humanitar elmlərlə  məşğul olan 

qurumlar daxilində mövcud olub və bu günədək adını  və  tədqiqat obyektini dəyişmədən 

fasiləsiz fəaliyyət göstərir. XX-ci əsrin 30-70-ci illərində Azərbaycan fəlsəfə tarixi elminin 

inkişafı  fəlsəfə tarixi şöbəsinin uzun illər ərzində müdiri olmuş Azərbaycan EA-nın müxbir 

üzvü, fəlsəfə elmləri doktoru, prof. Z.Göyüşovun "Sovet Azərbaycanında fəlsəfi fikir" 

kitabında (Bakı, 1970) müfəssəl elmi şərhini tapmışdır. 

Mövcud illər  ərzində Azərbaycan fəlsəfə tarixinin bir elm kimi fasiləsiz və ciddi inkişafı ilə 

rastlaşırıq. Bu sahədəki tədqiqatlar bir neçə istiqaməti  əhatə edir. Dövlət himayə  və 

nəzarətində olan fəlsəfə  şöbəsində  əsas tədqiqat obyektləri marksist-leninçi fəlsəfə tarixi; 

fəlsəfi materializm, materialist dialektika, rasionalizm, ateizm tarixi problemləri idi. 

Eyni zamanda Şərq; Qədim Yunan, Rus və Qərb fəlsəfəsinin cərəyan və nümayəndələri də 

Azərbaycan fəlsəfə tarixcilərinin tədqiqat obyektlərinə daxil olmuşdur. 

Azərbaycan fəlsəfə tarixinin bir elm kimi təşəkkül və inkişafı ancaq 50-çi illərdən başlandı. 

Bu başlanğıcda  əgər bir tərəfdən o dövrün dövlət siyasəti müəyyən dərəcə  təsir 

göstərmişsə, digər tərəfdən xalqın öz milli mədəniyyəti vasitəsi ilə milli özünüdərkə çan 

atması və onun qabaqcıl vətənpərvər ziyalıları mühüm rol oynayırdı. Məhz bu amillər 50-ci 

illərdən başlayaraq Azərbaycanda aparılan fəlsəfə tarixinə dair müxtəlif istiqamətli 

tədqiqatlar arasında Azərbaycan fəlsəfə tarixini və bu tarixin Şərq kontekstinin xüsusi 

cəkisini qat-qat artırdı. 

Azərbaycanda milli fəlsəfə tarixciliyimizin banisi, XX əsr Azərbaycanın görkəmli mütəfəkkiri 

və alimi, marksizm təliminə əsaslanmısına baxmayaraq milli mədəniyyətimizin ləyaqətini və 

Qafqazda Rus imperiyasına qarşı yönəlmiş  Şamil milli azadlıq hərəkatını yüksək 

qiymətləndirən akademik Heydər Nəcəf oğlu Hüseynov olmuşdur. 

Azərbaycan fəlsəfə tarixinin gələcək inkişafı milli elmin vicdan və insaniyyət rəmzi olan bu 

işıqlı  şəxsiyyətin adı, irsi və milli elmin təşkilində  əsas tutduğu prinsiplərlə bağlıdır. 

H.Hüseynov Azərbaycan mədəniyyət tarixinə milli fəlsəfə tarixi elminin tədqiqatçısı olmaqla 


bərabər, bu elmin respublikada yaranma və inkişafının təşkilatçısı və onun təbliğatçısı kimi 

daxil oldu. 

H.Hüseynov Azərbaycan fəlsəfəsinin müxtəlif dövrlərinin ilk tədqiqatçısı olub. Bəhmənyar, 

Zərdabi, Füzuli, A. Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, 

Zərdabi və s. filosoflarımızın fəlsəfi görüşləri yaşadıqları dövrlərin sosial-mədəni mühitinə 

uyğun olaraq Heydər Hüseynovun irsində müəllifə  məxsus yüksək peşəkarlıqla işlənərək 

gələcək tədqiqatlar üçün zəminə çevrildi. 

H.Hüseynovun elmin tədqiqat, təşkilat və  təbliğatında  əsas götürdüyü prinsiplər onun 

davamçı  və  tələbələri tərəfindən  ənənəyə çevrilərək fəlsəfə tarixi şöbəsinin gələcək 

fəaliyyətini istiqamətləndirdi. 

Fəlsəfə tarixi şöbəsinə müxtəlif dövrlərdə f.e.d., prof. Əddin Şakirzadə, Azərbaycan EA-nın 

həqiqi üzvü f.e.d.,prof.əməkdar elm xadimi Firudin Köçərli və Azərbaycan EA-nın müxbir 

üzvü, f.e.d.,prof. Ziyəddin Göyüşov, f.e.d.,əməkdar elm xadimi, prof. Midhət Ağamirov, 

f.e.d., Zümrüd Quluzadə rəhbərlik ediblər. 

Qeyd etməliyik ki, şöbə daxilində aparılan tədqiqatlar hec də Azərbaycan fəlsəfə tarixi ilə 

məhdudlaşmayıb və çoxşaxəli olubdur. Belə ki, Azərbaycan fəlsəfə tarixi üzrə  tədqiqatlar 

sırf milli zəmində yox, imkan daxilində Şərq və Qərb fəlsəfə tarixi ilə əlaqəli tədqiq edilibdir. 

Bu baxımdan təsadüfi deyil ki, Azərbaycanda fəlsəfə, məntiq, etika, estetika və fəlsəfə tarixi 

elmləri üzrə tədqiqat aparmış görkəmli alim, SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın 

həqiqi üzvü, f.e.d., əməkdar elm xadimi, prof. Aleksandr Osipoviç Makovelskinin fəaliyyəti 

məhz bu şöbə ilə bağlı olubdur. 

A.O.Makovelski Qədim Yunan, Avropa, Şərq, o cümlədən Azərbaycan fəlsəfə tarixinin 

müxtəlif dövrlərinə aid tədqiqatları ilə  məşhurdur. Müəllifin qədim yunan atomistlərinə, 

Avestaya, Orta əsr və Yeni dövr fəlsəfəsinə, məntiq tarixinə həsr etdiyi fundamental əsərlər 

Azərbaycanda fəlsəfə tarixi elminin həm təşəkkül, həm də inkişaf dövrlərini təmsil edir. 

A.O.Makovelskinin Azərbaycanda fəlsəfənin müxtəlif sahələri, o cümlədən fəlsəfə tarixi 

üzrə milli mütəxəssislərin hazırlanmasında böyük rolu olubdur. 

Şöbədə  qədim yunan fəlsəfəsinin tədqiqi həm də f.e.d., prof. Ə.Şakirzadənin fəaliyyəti ilə 

bağlıdır.  Ə.Şakirzadənin "Epikur" monoqrafiyası Azərbaycanda qədim yunan filosofuna 

həsr edilmiş birinci və hələki yeganə əsərdir. 

Şöbənin digər qocaman əməkdaşı, ömrünü Şərq və Azərbaycan mədəniyyət və 

fəlsəfəsinin tədqiqinə  həsr etmiş f.e.d. prof. Əhməd Kəradi (Kürdi) Zəküyev olub. 

Ə.K.Zəküyevin Bəhmənyar, Saf qardaşlar, Ən-Nəzzam, İbn-Sinanın psixologiyası, ərəbdilli 

məntiq tarixinə dair monoqrafiyaları, Nizami, Tusi, Füzuli və başqa mütəfəkkirlərin irsi ilə 

bağlı çoxsaylı  tədqiqat  əsərləri elm aləmində  məlumdurlar. Alimin Fəlsəfə  İnstitutunda 

əlyazması  şəklində mühafizə edilən  Şərq panteizmi tarixinə aid monoqrafiyası orta əsr 

Azərbaycan filosoflarından Eynəlqüzat, Şihabəddin Söhrəverdi, Siracəddin Urməvi, Xünəci 

və b. filosoflarımızın fəlsəfə və məntiqi haqqında maraqlı məlumatlar ehtiva edir. 

Müəyyən dövr şöbədə əməkdaşlıq etmiş f.e.d. prof. Mehbalı Qasımov Şərq fəlsəfə tarixinin 

orta  əsrləri - Ömər Xəyyam irsinə  həsr olunmuş  tədqiqatı ilə  bərabər, XIX-XX əsrlərdə 

Azərbaycanda ictimai və fəlsəfi fikir və ona XIX əsr Rus qabaqcıl filosoflarının təsirinə həsr 



Yüklə 468,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə