HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ 1936 5 mart



Yüklə 1,16 Mb.
səhifə1/6
tarix01.12.2016
ölçüsü1,16 Mb.
#532
  1   2   3   4   5   6


Qarayev Yaşar Vahid oğlu — tənqidçi, ədəbiyyatşünas,
HƏYAT VƏ FƏALİYYƏTİNİN

ƏSAS TARİXLƏRİ



  • 1936 5 mart - Azərbaycanın qədim şə­hər­lərindən olan Şəkidə anadan ol­muşdur

  • 1952 - Orta məktəb şagirdləri ara­sın­da ke­çi­­rilən elmi ­sa­bi­­nin qalibi ki­mi Mos­kva­ya səya­hətə gön­dəril­miş­dir

  • 1953-1958 - Bakı Dövlət Univer­si­te­tin­ təh­sil almışdır

  • 1957 - Moskvada gənclərin ­­bələrin VI Ümum­­dünya festi­va­lın­da iştirak etmişdir

  • 1959 17 mart - Nizami adına Dil Ədəbiyyat İnstitutuna laborant təyin olunmuşdur

  • 1963 iyun - Namizədlik disser­ta­si­yası müda­fiə etmişdir

  • 1971-1991 - SSRİ Yazıçılar İt­tifa­­qının Tənqid Ədə­biy­yat­şü­n­as­­lıq Şu­ra­sının üzvü

  • 1975 dekabr – 1981 mayƏdə­biy­yat institunun «Müasir ədəbi proses» şö­bəsinin müdiri

  • 1976Azərbaycan yazıçılarının VI qurul­ta­yın­da «Poezi­ya­nın illəri yol­ları» möv­zu­sunda hesabat ­ru­­si ilə çıxış etmiş­dir

  • 1979 8 may - Doktorluq dis­ser­tasiyası müda­fiə etmişdir

  • 1980– «Dünya ədəbiyyatının in­kişaf qanuna­uy­ğun­luqları» pro­b­­lemi üzrə koor­dina­siya Şura­­sının sədri

  • 1980-1985 - Ədəbiyyat İnstitutu di­rekto­runun elmi işlər üzrə müa­vini

  • 1981 - Azərbaycan Yazıçılar İttifaqı­nın Tən­­­qid Ədə­biy­yat­şü­naslıq Şurasının sədri

  • 1981-1985 - Nizami adına Ədə­biy­yat İnsti­tu­tu­nun nəz­dində İxti­sas­laş­dırıl­mış Müda­fiə Şurası səd­ri­nin müa­vini

  • 1981-1991 - SSRİ Yazıçılar İt­tifa­­nın Tən­qid Şurasının üzvü

  • 1982 - Azərbaycan Yazıçılar İt­tifaqı Tənqid bölməsinin rəhbəri

  • 1983 - Əməkdar Elm Xadimi adı ve­ril­miş­dir

  • 1985 - Professor elmi adı almış­dır

- Azərbaycan Milli Aka­de­mik Dram Teatrının Bə­dii Şu­­ra­sının üzvü

  • 1985-1992 - Nizami adına Ədə­biyyat İnstitutu nəzdində İxti­sas­la­şdırılmış Müdafiə Şurasının səd­ri

  • 1986 - Azərbaycan Mədəniyyət Na­zirliyi Bədii Şurasının üzvü

- «Əmək rəşadəti» medalı ilə təltif olunmuşdur

  • 1987 - Azərbaycan EA Ədəbiyyat, Dil İncə­­nət bölməsinin Əla­qələndirmə Şura­­nın səd­­ri

  • 1987 mart - Ədəbiyyat insti­tu­tu­nun direktoru

  • 1987-1991Türkmənistan EA Dil Ədəbiyyat İnstitutu nəzdində İxtisaslaşdırılmış Müdafiə Şura­sının üzvü

  • 1990 - İranın Təbriz Qum şə­hərlərində Firdovsinin 1000 illi­yi­ həsr olunmuş tədbirlərdə işti­rak etmişdir

- İstanbulda Azər­bay­can Kü­l­­tür dər­nək­ləri­nin I Bey­­nə­l­xalq Kon­qre­si­nin iş­ti­­rak­çı­sı

  • 1991Türkiyə Cümhuriyyəti Azərbaycan MEA Ədəbiyyat İns­titutunun Bakıda keçirdiyi Azər­bay­can mühacirət ədə­biyyatının proble­m­l­ərinə həsr olun­­muş Bey­nəlxalq sim­­poziu­mun təsisçisi ol­muş, yekun sözü söyləmişdir.

- Moskvada və Sankt-Pe­ter­bur­qda Niza­minin 850 illiyinə həsr olunmuş təd­bir­lərin işti­rakçısı

- Nizami Gəncəvinin yubi­ley­i­nə həsr olunmuş Bey­nəl­xalq Kon­­qresinin(Təb­kiz)iştirakçısı



  • 1991 3-8 may - Azərbaycan EA-nın Türki­­dəki Azərbaycan Kül­tür dərnəyi ilə Ankarada ke­­çir­diyi «Gəncəli Nizami» simpo­ziu­mu­nun əsas təşkilatçılarından biri ol­muş, «Niza­mi müasirlik» möv­zu­sunda məruzə etmiş­dir

  • 1992- Azərbaycan Prezident Apa­ratı nəz­din­ Dövlət Ali At­tes­tasiya Şurası Rəyasət Heyətinin üz­

- İran-Azərbaycan bey­nəl­xalq «Şəh­­riyar Kon­qresi» Ko­­­mitə­si­nin sədri, elmi-təş­kilati mərkəzi­nin rəh­bə­ri

- Azərbaycan Yazıçılar İt­ti­fa­qı İdarə Heyə­tinin Tən­­qid və Ədəb­iy­yat­şü­nas­­lıq üzrə katibi



- «Məmməd Araz» müka­fatı ilə təltif edil­mişdir

  • 1993 29 mart - İranın Azər­bay­­canın «Şəh­riyar Konqresi» ko­mi­tələri Azərbaycan Mədə­niy­yət Nazirliyi, Yazıçılar İttifaqı ilə birgə keçirdiyi «Şəhriyar poe­ziyası: qaynaqlar ənənələr» Bey­nəl­xalq simpoziumunun əsas təşkilatçısı olmuş, məruzə ilə çıxış etmişdir

- Türkiyənin Kayseri şə­hə­rində Xo­ca Əhməd Ya­sə­vi­nin 900 il­liyinə həsr olun­­­muş sim­po­ziumda «Er­­kən təsəvvüf kül­tü­rü–«Yə­sə­vi­lik» möv­zusun­da el­mi məruzə ilə çıxış etmiş­dir

  • 1994 - «Türk dünyası ədəbiyyat tarixi» 30 cildliyinin təşkilat ko­mitə­sinin üzvü

  • 1995 - Məhəmməd füzulinin 500 illiyi münasibəti ilə Ankarada ke­çirilən Beynəl­xalq yubiley top­lan­tısının böl­­­rinin biri­nin rəhbəri ol­muş, «Fələklər yan­ ahım­dan…» məruzəsi ilə çıxış etmiş­dir

- Ankara «Atatürk Araş­dırma Mər­kə­zi»­nin təşəb­büsü ilə Ba­kı­da təsis olun­muş eyni adlı Mərkəzin rəhbəri

  • 1995-2001 - İranın Marağa şə­­rində keçi­rilən Əv­hədi kon­qre­sin­ Azərbaycan nüma­yən­ hey­ətinin rəhbəri olmuş, elmi məruzə ilə çıxış etmişdir

  • 1995 3-6 oktyabr - Şimali Kipr Türk Cüm­huriyyətində keçirilən III Uluslararası Ata­türk sim­po­zi­u­munda Azərbaycan nüm­yən­ he­­ti­nin rəhbəri olmuş, «Əli bəy ­seynzadə kül­türdə ortaq türk məkanı» mövzusunda məruzə ilə çıxış etmişdir

  • 1996 - Qafqaz Müsəlmanları İda­­si nəzdində Elmi-Dini Şuranın üzvü

- «Ustad» ali jurnalistika mü­kafatı ilə təltif olun­muş­dur

  • 1997Azərbaycan Yazıçılar İt­tifaqı İdarə Heyətinin üzvü

- «Kitabi Dədə Qorqud- 1300» yubileyinə həsr ol­un­muş beynəlxalq sim­po­ziumun təşkilatçı­ların­dan biri olmuş, böl­mə­lər­dən bi­rinə rəh­bərlik və çı­xış etmişdir

- Tehranda və Təbrizdə ke­çi­ri­lən Bey­nəl­xalq Şəh­riyar Ko­n­qresində elmi mə­ruzə ilə çıxış etmişdir



  • 1997 1-6 dekabr - Albert Beyts adı­na Beynəlxalq konfransın (ABŞdaimi təşkilat komitəsi, onun Sankt-Peter­burq filialı Azərbaycan EA-nın birlikdə ke­çirdiyi VI Beynəlxalq sim­po­ziu­mu­nun əsas təşkilatçısı olmuş, yekun sözü söyləmişdir

  • 1998 - Nazirlər Kabineti nəzdində Azərbaycan di­linin təsbiqi üzrə ­kumət komissiyasının üzvü

- Dədə Qorquda həsr olun­muş Sovet və Tür­kiyə alim­­lərinin Bakıda ke­çi­ri­lən II kol­lek­viu­munun tə­sisçisi

  • 1998 13-15 sentyabrŞimali Kipr Türk Cüm­huriyyətində keçirilən «Ata­türk, türk dün­ya­ Kıprız» sim­­poziumunda «Atatürkün irsi çağ­daş ortaq türk ­yər­ləri» mövzusundv məru­ ilə çıxış etmişdir

  • 1998 25-26 dekabrTürkiyə Cümhuriyyəti Ba­ «Atatürk Araşdırmaları Mərkəz»nin Ni­­za­mi adına Ədəbiyyat İnstitutu ilə bir­lik­ keçirdiyi simpoziuma rəh­bərlik etmiş, gi­ri­ş sözü söyləmişdir

  • 1999 5-7 iyun - M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə Nizami adına Ədəbiy­yat İnsti­tutunun A.S.Puşkinin 200 il­li­yi­ həsr olun­muş birgə sessiyasının əsas təşki­latçısı olumuş, giriş sözü söy­ləmişdir.

  • 1999 sentyabr - Vaşinqtonda keçirilən Bey­nəl­­xalq «XXI əsr Qərb dəyərləri» simpo­ziu­mun­­da «Qərb Şərq dəyərləri: sintez prob­le­mi» mövzusunda məruzə ilə çıxış et­miş­­dir

  • 1999 dekabr «Qlobal sivilizasiya Şərq ­yər­ləri» Respublika müşavirəsinin təsisçisi olmuş, giriş yekun sözü söyləmişdir

  • 2000 - Türk elminə ­­niy­yətinə ən yaxşı xidmət üçün İs­tanbul Universitetinin beş ödü­lündən biri ilə təltif edilmişdir

  • 2000 7-10 aprel - «Kitabi Dədə Qor­qud dün­ya epos ənənələri» möv­zu­sunda Beynəlxalq elmi sim­po­zi­u­mun əsas təşkilat­çıla­rın­dan bi­ri olmuş, «Qorqud dün­ya XXI əsrin as­ta­na­sında» möv­zu­unda məruzə etmişdir

  • 2001 29 iyun - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir

    • Azərbaycan Sovet Ensi­klo­pe­diyası, «Azər­bay­can»­, «Tür­kolo­gi­ya», Azər­­baycan EA X­ə­bər­ləri dər­gilərinin redak­si­ya heyətinin üzvü


TEHRAN ƏLİŞANOĞLU

YAŞAR QARAYEV: ƏDƏBİYYATŞÜNAS VƏ

ƏDƏBİYYAT TƏNQİDÇİSİ

Azərbaycanda ədəbi-nəzəri fikrin kökü, qay­­naqları çox dərinlərə gedir, onun çağdaş ta­ri­­xi isə keçən əsrin axır­la­rından hesablanır. Ədə­bi düşüncədə, tənqiddə yaddaşın son yüz ili özün­də neçə-ne­çə təkrarsız ad, imza və ünvan da­şı­yır. Gör­düyü işin siqləti, əhatə və təsir dai­rə­­si, fəa­­liyyətinin ger­çək sonucları artıq za­ma­nın sı­nağından çı­xan, milli ədəbi fik­rin tarixini ya­zıb-ya­rat­dığı qədər özü də ta­rixləşən müs­tə­s­na adlar sıra­sında YAŞAR QARA­YEV adı­nın, im­zasının özüm­lü ye­ri var­dır. Milli ədəbiy­ya­t­şü­na­slığın son qırx illik döv­­­rü­nün kardinal prob­­­le­m­lə­ri­nin həllində, aktual və pers­­pek­­tiv tə­ma­yüllərinin müəy­yənləşməsində, çağdaş nə­zəri öl­­çü və mə­­na kəsb etmə­sin­də Y.Qarayevin elmi-ədə­bi yara­­dı­cı­lığı­nın apa­­rıcı möv­qeyi danıl­maz­dır.

Tənqidçi, nəzəriyyəçi-alim, ədəbiyyat ta­ri­x­çisi və elm təş­­ki­lat­çısı, İnstitut direktoru, Azər­bay­can Yazı­çı­­lar Bir­liyinin İdarə He­yə­tinin üzvü və uzun müddət ka­ti­bi, Əməkdar Elm Xa­dimi, Dövlət mükafatı lau­­reatı, Res­pub­li­ka Prezidenti yanında Ali Attestasiya Komi­təsi Rə­ya­sət Heyətinin və Döv­­lət Ali Ekspert Ko­missiyasının üzvü, neçə-neçə bey­nəl­xalq el­mi və bə­dii şuraların üzvü, yaxud, səd­ri, filologiya elm­ləri dok­toru, professor, Azər­bay­can Milli Elm­lər Akademiyasının müxbir üzvü, Bey­nəl­xalq «Çingiz Aytmatov Aka­de­miyası»nın hə­­qiqi üzvü və Türk Humanitar Akademiyasının (Atatürk Tarix, Dil və Kül­tür Kurumu) müxbir üzvü, Azərbaycan ədə­biy­yat­çılar cə­miy­yətinin və «Şəhriyar konqresi» mər­kə­zinin sədri – gər­gin yara­­­dı­cılıq yollarında qa­za­­nılmış bu adlar, rüt­bə­lər və vəzifələrdən hər biri ədi­bin həyat və fəa­liy­yə­ti­nin mü­əy­yən sahəsinə işıq salmaqla yana­şı, bütöv­lükdə Y.Qara­yevin geniş erudisiyası, şəxsiyyətinin və yara­­dı­cı­lı­ğı­nın miqyası, intellekti və səngimək bil­məyən icti­­mai fə­al­lığı barə­də təsəvvür ya­radır, onun alim fər­diy­yə­­ti­nin sə­ciy­yəsin­dən–- sabitlik, ar­dıcıllıq və məqsəd­yön­lü­lükdən xə­bər verir. Hələ 1950-ci illərin or­talarına təsa­düf edən ilk qələm təcrübələrindən- ədə­­bi qey­dlə­rindən baş­laya­raq, Yaşar Qarayevin ömür ta­le­yi Azər­bay­can ədəbiy­ya­tının inki­­şaf stixiyası ilə sıx bağlanmış, öz ar­dı­cıl tən­qidi fəa­­liyyəti, müasir ədəbi prose­sə, teatr hadi­sələ­rinə və klas­sik irsinin incə­lən­məsinə isti­qamət­lən­dir­miş mün­­təzəm təşkilati işi və kitab­ları ilə o, cari ədə­bi gerçək­liyi daim çağ­daş­lı­ğa yönəltməyə ça­lış­mış­dır. Təsadüfi deyil ki, bu döv­rdə mədəni-tarixi pro­­sesə nəzəri-konsep­tual yön ver­mək, sti­xiyalı gedişatı dərk olunmuş ədəbi-bə­­­dii hə­rə­kat sə­­viyyəsinə yüksəltmək səyin­də bulunanlar içəri­si­n­də Yaşar Qara­yevin adı birin­ci­lər sıra­sın­­da çəki­li­r. Belə ki, Azərbaycan EA Niza­mi adına Ədəbiyyat İn­sti­tu­tu­nun nəz­din­də «Ədəbi pro­­ses» şö­bəsinin yara­dılması /1975/, Y.Qa­ra­yevin bilavasitə rəh­­bər­liyi altında burada gö­rü­lən iş­lərin re­al nəticəsi ola­raq, illik ədəbi yekun­ların təş­ki­li və «Ədə­bi pro­ses» məcmuə­lərinin /1976-1984/ meyda­na gəl­mə­si, Həm­çinin, son­ralar İtti­faq miq­ya­sında da­­vamını tapan ilk m­həl­li /Şərq/ realizm mü­şavi­rə­lə­rinin Bakıda ke­çi­ril­mə­si /1969;1972/ bu fəa­li­yyə­tin ilk əyani sə­nəd­ləri­dir. Çağdaş ədə­bi prosesin ide­o­lo­giyası, fəl­səfəsi, in­ki­şaf konsep­sio­nu­nun hazır­lan­ma­sın­­da Y.Qarayevin ən yaxından iştirakı bir ger­çək­dir.

Bütövlükdə bir sistem kimi çağdaş milli ədəbiyyat­şü­naslığın və ədəbiyyat nəzəriyyəsinin ərsəyə gəlməsində də Y.Qarayevin özümlü payı vardır. Azərbaycan ədəbiy­yat­şünas­lı­ğının realizm və roman­tizm kimi köklü prob­lem­lərinin qoyulu­şu tərzin­də və həlli təcrübəsində alim özünə qədərki möv­­cud fikir və mövqelərə rəğmən əsaslı də­­yi­şik­lik­lər etmiş, yeni meto­doloji prinsiplər iş­ləyib hazır­­lamışdır. Onun milli realizmin genezisi, ti­polo­giyası və tarixi təkamül qanunauyğunluqlarına dair fun­da­mental tədqi­qat­la­rının nəzəri nəticələri habe­lə keç­­miş İttifaq ərazisinə daxil olan türk xalqlarının ədə­biyyatşünaslığında dərin izlər bu­raxmış, bu sahə­də­ki araş­dırmaların meto­doloji prinsip­lə­ri­nə çevril­miş­­dir. Y.Qara­yevin yeni milli realizm kon­­sep­si­ya­sı, həm­­çinin, klassik maarif­çilik ədəbiy­ya­tının sosi­al-es­­te­tik tə­biəti­nin, ide­ya-bədii struktu­runun də­rin­dən a­çıl­­ması­na bir ­zə­min olmuş­dur. Y.Qa­rayevin bə­dii metod, ja­nr, qəh­rə­­­man kimi ka­te­qoriyaların işlən­mə­sinə dair tə­d­­qiq­lə­ri mil­li ədə­­biyyat­şü­nas­lı­ğın arse­na­lı­nı zən­gin­­­ləş­dir­miş, on­un bu barə­də­ki dol­ğun nəzəri qə­naətləri ay­­­­rı-ayrı jan­r­la­rın– drama­turgiya, poe­ziya və nəs­rin mil­­­li es­te­tik təbiəti və inkişaf xüsu­siyyət­lə­rinin öy­rə­nil­­­mə­­sində metodoloji əsas olmuş, buna rə­vac vermiş­dir.

Tənqidçi Yaşar Qarayevin alim stixiyası ta­rix­çi­li­yin­də daha bariz üzə çıxır. Milli ədə­biy­yat tarixinin kon­kret bir mər­­hə­ləsinin–Yeni dövr ədə­biyyatının nüfuz­lu mü­təxəssisi ki­mi ta­nınsa da, bunun təs­­biti olaraq Azər­bay­can ədə­biyyat el­mi­nə la­yiqli töh­fə­lər olan «Rea­lizm: sə­nət və həqiqət», «Faciə və qəh­rə­man», «Meyar–şəx­siyyətdir», «Ədəbi üfüqlər», «Hüseyn Ca­vid» kimi mono­­qra­fi­ya və kitablar dərc etdirsə də, onun bu yöndə fəa­liy­yətinin miqyası «min illik poe­ziya­mı­zın» üfüqləri boyda­dır. Azər­baycan ədəbiyyatı tarixi­nin ayrı-ay­rı dövr­lə­ri­nin köklü prob­lemlərinə aydınlıq gə­ti­rilməsində, son dövr elmi-ədəbi müba­hisə­lə­ri­nin pred­me­tinə çev­rilmiş dövr­­ləşdirmə və mərhələləşmə prin­sip­lə­rinin dəqiq­ləş­dirilməsində, burda möv­cud yan­lış subyektiv və ideo­loci sapın­tı­ların aradan qal­dırılmasında Y.Qarayevin məqa­lə, məruzə və çıxışları, ümumiləşdirici qənaət­lə­ri əsaslı rol oynamışdır. Ümu­mən Y.Qarayevin ədəbiyyat tarixçi­liyinin elmi mahiyyəti onun təzkirəçi və vulqar sosio­lo­ci ənənəyə fəlsəfi nə­zə­ri istiqamət verməsi, ədəbiyyat tarixini sadəcə fakt­lar yı­ğını, mətnlər top­lusu kimi, yaxud ictimai və ideo­loci hə­rə­kat­la­rın pas­siv kölgəsi kimi deyil, öz immanent in­ki­şaf qanuna­uyğun­luq­ları olan, estetik hərəkat zəmi­nində araş­­dır­masın­da­dır. Cə­sarətlə söylə­mək olar ki, çağ­daş milli ədə­biyyat tari­xi konsep­sio­nunun ərsəyə gəl­mə­sin­də apa­rıcı fiqur­lardan biri Yaşar Qarayevdir, məhz onun rəhbərlik etdiyi Ni­za­mi adına Ədə­biy­yat İns­titutunda hazırlanan çox cild­li ədəbiyyat tarixi bunun faktı ola bi­lər.

Respublikamızda və respublika hü­dudların­dan kə­nar­da /Rusi­ya­da, İraqda, İran­da, Tür­ki­yədə/ dərc olunmuş 200-dən artıq elmi mə­qa­lə, o cümlədən beş monoqrafik təd­qi­qat, sək­kiz te­matik elmi-tənqidi məqa­­lələr mə­cmuəsi: -«Səhnə­miz müa­sir­lərimiz», «Tənqid: problem­lər, por­t­ret­lər», «Poeziya nəsr», «Ədəbi üfüqlər», «Meyar şəx­­­siy­yət­dir», «Tarix: yaxından uzaqdan» və s. kimi san­bal­­­­lı bir yaradıcılığa malik Yaşar Qa­ra­yevin elmi fəa­liy­yətinin ­daha bir istiqaməti elmin təş­kili, təcrübi-əməli fəaliyyət sahəsidir. Hələ 1972-ci ildən o, Ya­zıçı­lar İttifaqının Tənqid və ədə­biy­yat­şünaslıq şura­sının səd­ri /SSRİ Yİ-da Tənqid Şurasının daimi üzvü/ olmuş, da­­ha sonra Ya­zıçılar Birliyində Tənqid sahəsi üzrə katib ki­mi ça­lış­mışdır. Onun MEA ilə əməkdaşlığının ta­rixi daha qədim­dir. Əmək fəaliyyəti ilk gündən Ni­za­mi ad­ına Ədə­biy­yat İnstitutu ilə bağlanmış Y.Qara­yev bu­rada uzun illər şöbə mü­diri, elmi işlər üzrə direktor müa­vi­ni işləmiş və indi artıq on beş il­dən artıqdır ki, İn­stituta rəhbərlik etməkdədir. Respublikada ədə­biyyat el­mi­­nin əsas mərkəzi kimi tanınan bu elm ocağında çağ­daş e­l­mi istiqamətlərin müəyyənləş­diril­məsi, ha­belə həya­ta ke­­çi­ril­mə­sində alimin, elm təşki­lat­çısı­­nın iş­ti­rakı, rəhbər və yönəldici möv­qe­yi ba­rizdir. Ədə­biy­yat­çı-alim kadrlarının yetiş­məsində, elmin ar­dıcıl olaraq «gənc­­ləş­dirilməsi» prosesində Y.Qarayev bir İns­ti­­tut rəh­­­bəri ki­mi bu yöndə apardığı fəal siyasətlə, bi­lavasitə mü­əl­lim, öy­­rədici kimi təkrarsızdır. Onun el­mi rəh­bər­liyi ilə onlarla na­mizədlik və dok­torluq dis­ser­­tasiyası mü­da­fi­ə olunmuş, yüksək səv­iy­yəli mütəxəs­sis­lər ye­tiş­mişdir. Tə­sadüfi deyil ki, Azər­­bay­can ədə­biy­yat­şü­nas və tən­qid­çilərinin son iki-üç nəs­linin ək­sər nü­ma­yən­də­lə­ri özünü «Ya­şar Qarayev mək­­bi»nin yetirməsi say­maq­­dadır.

Son on illərdə Y.Qarayevin bir elmi-ictimai xadim ki­mi fəaliyyəti daha qabarıq nəzərə çarpmaqdadır. Uzun il­lər ərzində RS­FSR-in, keçmiş İt­tifaqa daxil olan Or­ta Asiya respublikalarının, son çağlar qazan­dığımız mil­li müstəqillik dövründə isə Qərbi Avropanın və ABŞ-ın, yaxın İran, Tür­kiyə, İraq ölkə­lərinin alimləri ilə el­mi-ədəbi əmək­daş­lığın yara­dılması, ədəbiyyatın xalq­lar arasında bir mənə­vi-mədəni körpüyə çev­ril­mə­sində alimin şəx­si təşəbbüsü və nüfu­zunun əhəmiyyətli yeri var­dır. Xaricə rəsmi səfərlər zama­nı elm və mə­də­niyyəti təmsil etməsi Y.Qara­yevin ictimai-mədəni həya­tı­mız­da miqyaslı iştirakını vurğulamaqdadır.

Y.Qarayevin elmi-ədəbi fəaliyyəti Dövlət tərə­fin­dən qiymət­ləndirilmiş, o, 1980-ci ildə «Poeziya və nəsr» ki­ta­bına gö­rə Dövlət mü­kafatı, 1982-ci il­də isə fi­lo­loci elmin inki­şa­­fı və bu sahədə yüksək ix­tisaslı kadr­la­rın hazır­lanmasına gö­rə Əməkdar Elm Xadimi adını al­­mış, çeşidli milli və bey­­nəlxalq ödüllərlə, mü­­ka­fatlarla təltif olunmuşdur. Lakin alimin ən bö­yük mükafatı elmi ictimaiy­yət arasında nüfuzu, xalq tərə­fin­­dən sayılıb-seçilməsidir.



Bu gün 65 yaşı tamam olan Yaşar Qarayevin mənalı alim ömrünün anımları beləcə Azərbaycan xalqının, onun milli ədəbiyyatının çağdaş tarixi ilə yaxından bağ­lı­dır, daxilən ilgilidir. O tarix ki, bütün keşmə­keş­lə­ri­nə bax­mayaraq, daim istiqlalına doğru süslənmiş və nəha­yət­də onu tapmışdır. Çağdaş tariximizin, ədə­biy­ya­tı­mı­zın, o sıradan onun ayrılmaz tərkib hissəsi olan Y.Qara­yev yaradıcılığının ən böyük əsəri–yaratdığı, yarada bil­diyi azadlıq, milli müstəqillik ideyalarıdır, istiq­lalı­mızdır. O İs­tiq­lal ki, gücü, potensiyası doğur­du­ğun­­­dan daha çox hələ doğuracaqlarındadır…­­Yorul­maq bil­mə­­dən çalışan, qələm işlədən, əv­vəlkindən daha artıq bir əzm və ehtirasla fəaliyyət göstərən alim nümunəsi, Yaşar Qarayev adı, imzası bunu təsdiq etməkdədir…

ELM VƏ MƏDƏNİYYƏT

XADİMLƏRİ

YAŞAR QARAYEV HAQQINDA
Yaşar Qarayev müasir ədəbi prosesi diqqətlə iz­ləyən, bədii düşüncənin nəzəri prob­lemləri ilə mün­təzəm məşğul olan, çoxəsrli bədii sərvətimizin də ən yax­şı ənənələrini tədqiq və təbliğ edən istedadlı tənqidçi və ədə­biy­yatşünas kimi tanınmışdır…

Yaşar vətandaşlıq vəzifəsi kimi profes­sional tən­qidçiliyi özünə əsas ixtisas seçmişdir. Əsl ideyalı tənqid odur ki, orada yazıçı şəx­siy­yəti, yazıçının ger­çəkliyə münasibəti ilə yana­şı tən­qidçi şəxsiyyəti, onun tənqidçi idealı həyat həqi­qətlərinə və bədii həqiqətə münasibəti də ay­dın ifadəsini tapmış olsun. Bu keyfiyyət Yaşarın tənqidində güclüdür.

Məmməd Cəfər. Ön söz //Qarayev Y. Poeziya və nəsr». – Bakı, 1979. – S.3
Yaşar Qarayev əsərdən əsərə inkişaf edən iste­dadlı alimdir. Onun keçən ilin sonunda nəşr edilən «Rea­lizm: Sənət və həqiqət» mono­qrafiyası buna ən yaxşı sübutdur…

Monoqrafiyanı oxuyarkən müasir nəzəri –estetik və elmi-metodoloci nailiyyətlərə dərindən va­qif bir tədqiqatçı ilə üz-üzə gəlir, onun güclü məntiqinə, tənqidçi-alim düşüncəsinə inanırıq.

Abbas Zamanov. Həqiqətlər və mübahisələr //Kommunist. – 1981. - 28 may
Yaşar Qarayevin bu yaxınlarda çapdan çıxmış «Faciə və qəhrəman» adlı kitabı Azər­baycan ədə­biy­yatında faciə canrının yaranması və inkişafı haq­qında, habelə bu canrın nəzəri-estetik məsə­lə­lərinə dair ilk elmi əsərdir. Tam ziddiyyət və əmək­se­vər­lik­lə yazılmış bu kitab milli dramaturgiyamızın bir sıra mühüm və mürəkkəb məsələlərini işıqlandırır, bununla yanaşı müəllifin istedadı bir tədqiqatçı oldu­ğu­na, onun gələcəkdə yeni-yeni əsərlər yaradacağına ümid və inam doğurur.

Mehdi Məmmədov. Faciə canrının tədqiqi //Ədəbiy­yat və incəsənət. – 1966. -14 may
Bu və ya digər əsərin ədəbiyyata və səhnəyə gətirdiyi yenilik və gözəlliyə həssas olan Y.Qara­yev hər şeydən öncə tənqidi mühakimələri ilə diqqəti cəlb edir.

Məmməd Arif. Teatr tənqidi //Ədəbiyyat və incəsənət, 1973. – 27 mart
Yaşar Qarayev Azərbaycan ədəbi tənqi­dinin ən fəal və görkəmli nümayəndələrindən biridir. O, Azərbaycan ədəbiyyatının tarixinə, dra­ma­turgiya ilə səhnənin qar­şılıqlı əlaqələrinə, ədəbi metodların inkişaf xüsu­siyyətlərinə, müasir ədəbi prosesin aktual prob­lem­ləri­nə dair iste­dadla yazılmış sanballı əsərlərin müəl­lifi kimi tanınmışdır…

Bəkir Nəbiyev. Tədqiqatın vüsəti //Azərbaycan müəllimi. –1980, 14 mart
Tənqidçinin ayırıb seçdiyi, məşğul olduğu problemlər öz-özlüyündə miqyaslı və möh­təşə­mdir: intibah, maarifçilik, realizm, roman­tizm, sosialist rea­lizmi, inqilabi romantika, faciə, kome­diya, lirika, satira problemləri! Müəllifin mənafeyi hər şeydən müqəddəs və uca tutduğu bədii ədəbiyyatın mənafeyi prin­sipi – bu məsə­lələrin özəyidir, aparıcı qüvvəsidir.

Bəxtiyar Vahabzadə. Tənqidçinin yeni uğurları //Bakı. – 1980. - 17 mart
Yaşar Qarayev – çağdaş Azərbaycan ədəbiy­ya­tında 60-cılar nəsli kimi tanınanların ən parlaq nümayən­dələrindən biri, bu nəslin tənqidçisidir. Ona görə yox ki, məhz bu nəsl yazıçıları, şairləri haqqında yazıb. Yox, Yaşarın bütün yaradıcılığına nəzər sa­lsaq bu nəsl yazıçılarının əsərləri haqqında məqalələri, esseləri yalnız kiçik bir hissəni təşkil edər. Ya­şar ona görə bu nəslin tənqidçisi hesab olunmalıdır ki, o nədən yazır-yazsın – «Kitabi Dədə Qorqud»­dan, Orta əsrlər klassik şerimizdən, XIX əsr maarifç­ilərindən, XX əsr roman­tik­lərindən, Sovet dövründə yaşayıb-yaratmış yazı­çılardan, folklor örnəklərindən, ayrı-ayrı region­ları­mızın söz ir­sindən, Güney Azərbaycan, İraq türklərinin ədə­biyyatından, yaxud da sırf nəzəri məsələ­lərdən, hər za­man haqqında bəhs etdiyi materiala məhz 60-cılar nəs­linin estetik və ictimai meyar­larıyla yanaşır, tənqidçi və mütəfək­kir kimi yetişdiyi dövrün baxış nöqtəsindən nəzər salır.

Anar. Yaşar tənqidinin yaşarlılığı //Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7
Adətən biz fərdi üslub, məxsusi dəst-xətt, qələmin spesifikası dedikdə, nədənsə bədii sərvət yara­dıcılarını – şairləri, nasirləri, dramaturqları nə­zər­də tuturuq. Halbuki məhz belə bir məx­susilik tən­qidçi və ədəbiyyatşünas qələminin də kəsərini və təsi­rini şərtləndirən mühüm estetik cəhətlərdəndir. Bu mə­nada Yaşar Qarayevin fərdi sintaksisi, obrazlı, dolğun təhkiyəsi, söy­lənilən mürəkkəb fikirlərin cüm­lələrdəki söz quru­luşunda öz uyğun, həmahəng if­adə­si­ni tap­ması, yəqin ki, bu kitabın oxucularında da razılıq hissi yaradır.

Elçin. Tənqidçinin «mən»i və tənqidin problem­lə­ri //Ədəbiyyat və incəsənət. – 1976, 4 dekabr
S bolğşim udovolğstviem proçital ə unikalğnuö kniqu Əşara Karaeva «Tarix: yaxından və uzaqdan», izdannuö v 1996 qodu….

Zdesğ polnota - ne tolğko duxovnoqo opıta, no i polnota razliçnıx sposobov, kotorımi mo­jno pisatğ o naşix prob­le­max, proüessax, pro­isxodəhix v jizni i sudğbax naşix sovre­mennikov.

Avtor neredko obrahaetsə k osmıs­leniö form proəvleniə gt­niçeskoy i istori­çeskoy paməti v naüionalğnom xudo­jes­tve­n­nom soznanii, naxodə pri gtom analoqiö s vzaimootno­şeniem çe­lo­veka i istorii a gkzistenüialğnoy filosofii Karla Əspersa.

Azad Mirzadjanzade. O bolğşom vklade… /Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıja buraxılışı. – 2000. - №6-7
Yaşar Qarayev, ələ aldığı konular qarşı­sında dərin bilgisi, oricinal təhlil yeteneyilə oxu­cunu hər an yeni bir yorum, yeni bir fikri kəşf, yeni bir hökmlə üz-üzə gətirir, hətta bə‘zən onu sarsıyır və ya şaşırtır… O, bəsit bir şəkildə tarixi olayları sıralamır, ədəbi əsərlərin dil və yapı özəlliklərindən, temalarından yüzeysel bir şəkildə söz etmir, tarixi bir vakayi, ədəbi bir hadisəni, bir sənətkarın şəxsi başarı və hü­nərini, milli kültürün bir yanı, tamamlayan ünsür­lər­dən biri olaraq dəyərləndirir

.Yavuz Akpınar. Bəlli başlı dönəmlər, zirvədə görüşən şəxsiyyətlər…//Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7

Qardaşım Yaşar! Bizi bir-birimizə bağla­yan böyük bir xalq mirasımız var. Tək bir dilin bu mirasına bizdə xoyrat, sizdə bayatı deyirlər. Bu xoyrat və bayatılarla öz-özümüzü ovun­dur­duq, dərdimizi, qəmimizi yüngül­ləş­dirmək istə­dik, yaşamaq üçün mücadiləni davam etdi­rərək ömür keçirdik:

Yaşar könlüm, qəm içər yaşar könlüm

Dostların arasıyla çırpınar, yaşar könlüm.

Bağdaddan bir ah çəkər, Bakıda «Yaşar» könlüm.

Əbdüllətif Bəndəroğlu. Xoyrat sağısı və salamı ilə// Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7
Y.Qarayevin gəldiyi nəticə və ümumiləşdirmələr eyni dərəcədə Sovet Asiyasının bir çox xalqlarının ədəbiyyatlarına da şamil edilə bilər.

Berdıbayev Raxmanqul. Azərbaycan realizminin mərhələləri //Sovetskaə törkoloqiə. – 1984. - №3. – S.85
Yaşar Qarayev, hər şeydən əvvəl, böyük alim-mütəfəkkir, məhsuldar filoloq-tədqiqatçıdır – etiraf etəmk lazımdır ki, istər təfəkkürünün səviyyəsinə, istəsə də qələminin miqyasına görə həkarları onunla müqayisəyə çətin gəlirlər. Yaşar müəllim istər poezi­ya­dan, istər nəsrdən, istər dramaturgiyadan…. İstərsə də Şəki dialektindən yazsın, hər hansı halda gözəl yazır; istər Niza­midən, istər Füzulidən, istər M.F.Axun­dovdan…. istərsə də Hacı dayıdan danışsın, gözəl danışır. Və hərdən mənə elə gəlir ki, allah Ya­­şar Qara­yevi bu dünyaya ona görə göndərib ki, Azə­r­baycan dilinin intellektual qüdrəti, emo­sional gücü barədə tam təsəvvür yaratsın…

Cəfərov Nizami. Azərbaycanın ədəbiyyat filosofu //Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq. – Bakı, 2001. – S. 3
Yaşar Qarayev həmişə mənə antik dövr titanlarını xatırladıb. Bu şəxsin özünəməxsus elmi və fərdi sanbalı çox təbii şəkildə, çox harmonik tərzdə birləşir. Düşüncənin ağırlığı və məntiqin pərvazı, bey­nəlmiləl dəyərlərlə milli dəyərlərin bir-birinə qaynayıb qarışması, mürək­kəbliyin sadəliyi və sadəliyin kamilliyi, yavaş hərəkətin inadlı səbatı və məqsədəyetmənin gözəgörünməz ehtirası – bütün bunlar titan zəhmətinin çətin sezilən, bəlkə də sezilməyən, am­ma əvəzsiz komponentləridir.

Bir şey aydından aydındır. Özündə kosmik bir başlanğıc, daha doğrusu və əslində sonuc məkanı ya­rada bilən Yaşar Qarayev ona doğru gələn ­bir çox sa­h­man­sızlıqları sahmanlaşdıra bilir və bəlkə də on­un bir alim, bir təşkilatçı kimi ən böyük missiyası elə budur

Kamal Abdulla. Sahmanlaşdıran sonuc məkanı //Ya­zı­­çı. «Oğuz eli» qəzetinin xüsusi buraxılışı. – 2000. – № 6-7. – S.3
Yaşar Qarayev – universal tədqiqatçıdır. Lakin ilk növbədə o, nəzəriyyəçidir. Nəzəriyyə isə dərin ümumi­ləşdirmələr, fəlsəfi düşüncələr, təfək­kür itiliyi tələb edir. Məhz ona görə də eyni za­manda o estetik­dir – bu isə bütövlükdə nəinki gö­zəllik haqqında ən dəqiq elmdir, həm də incəsənətin fəlsəfəsidir.

Əlibəyli Gülrux. Düşünən dünyamız. – Bakı, 1998. – S. 152
.Milli ədəbiyyatımızın ən önəmli mərhələ­lərindən olan 60-cı illər ədəbiyyatından söh­bət gedən­də hələ o zaman nəsrdə Əkrəm Əy­lisli, Anar, El­çin, şer‘də Cabir Novruz, Fikrət Qo­ca, Tofiq Bayram, ədəbi tən­qiddə Yaşar Qar­a­­yev o dövrün yaradıcıları, ən azı əsas nü­ma­yən­dələri sayılırlar. Ədəbi tən­qid sahəsində Yaşa­ra or­taq olan yox idi. İndi də yoxdur. Bən­ərsiz üs­lubu və zəngin bədii dili ilə seçilən bu gənc tən­qidçi özünün həmin rəqibsiz mövqeyini bu ahıl yaş­larında da bütünlüklə və uğurla qoruyub saxlamaqdadır.

Ağamusa Axundov // Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7
Y.Qarayevin nəzəri planda qaldırdığı və həmişə səy göstərdiyi belə problemlər sırasında xüsusilə klassik Azərbaycan ədəbiyyatında rene­sans və maarifçilik prob­lemlərini qeyd etmək la­zımdır. Ümumiy­yətlə, Y.Qarayev üçün, ədəbi pro­­sesi emprik, fakt­lar və hadisələr yığımı kimi nə­­zərdən keçirmək yox, əksinə, ümumi nəzəri-es­tetik kateqoriyalar (məsələn: renesans, m­arif­ç­ilik, realizm, romantizm) işığında təhlil etmək xas­dır.

Şamil Salmanov. Sənətin mahiyyəti //Ədəbiyyat və incəsənət. – 1980, 29 fevral
Öz ustadlarının ənənələrini uğurla davam etdi­rən, tənqidi əsl yaradıcılıq səviyyəsinə qal­dıran, ədəbi prosesdə ­öz mötəbər sözü ilə seçilən tən­qi­d­çilər­dən biri də Yaşar Qarayevdir.

Məlumdur ki, tənqidçi, təkcə bədii ədə­biyyatı şərh etməklə kifayətlənmir, həm də sə­nətin estetik-tərbiyəvi cəhətlərini təbliğ edir, oxu­cu ilə ədəbiyyat arasında, bir növ, canlı əlaqə və ünsiy­yət yaradır. Ya­şar Qarayevin müasir ədə­biyyatımızla, onun problemləri ilə bağlı yazıla­rında biz bu əsas xüsusiyyəti görürük.

Nizaməddin Babayev. Tənqidi fikrin üfüqləri. //Azərbaycan. – 1986. . – №5. - S.184
Böyük alim səlahiyyətini qazanan Yaşar Qarayev çoxsahəli və bənzərsiz yaradıcılığa malik şəxsiyyətdir. Şübhəsiz, onun kamal dünyasında ədəbiy­yatşünaslıq problemləri aparıcı rola malikdir, ana xətt təşkil edir. Alimin bu sahədə gördüyü əvəzsiz xid­mətlər dərin ehtiram və qibtəyə layiqdir.

Teymur Bünyadov. Gözəl insan, böyük alim. //Yazı­çı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №­6­­-7
Yaşarın istedadı, təxəyyülü və təfəkkürü qələmə aldığı, haqqında fikir və söz dediyi böyük şəxsiyyətlərin, mütə­fəkkirlərin səviyyəsinə uyğun oldu­ğu üçün tutarlı, elmi və ehtiraslı olur. Yaşar nə yazıb­sa, ürəkdən yazıb. Məhz bu­na görədir ki, hədərə gedəni demək olar ki yoxdur. Bu de­dik­lərimə Yaşarın təvazökarlığını, nəfsinə hakim­liyi­ni, şəxsiyyətinin ziyalı bütövlüyünü də əlavə etmək istərdim.

Şirməmməd Hüseynov. Oxucu sözü //Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7

Bu günkü elmi, ədəbi-mədəni gerçəkliyimizdə kifayət qədər yüksək nüfuz və ləyaqət sahibi olan «Ya­şar Qarayev» imzası, cəsarətlə demək olar ki, artıq iyirminci yüzillik Azərbaycan ədəbiyyatşünaslığının ən mötəbər imzaları sırasına daxil olmuşdur.

Hələ tələbəlik illərindən ədəbi məqalələr yazmağa başlayan, universiteti bitirdikdən sonra isə Aka­demiyanın Ədəbiyyat institutuna gələrək birbaşa elmi fəaliyyətə qoşulan, sıravi elmi iş­çilikdən Azər­­­baycanda filoloci fikri istiqa­mət­lən­dirən əsas elmi müəs­sisənin rəhbər­liyinə qədər çə­tin və şərəfli yol keçən Yaşar Qara­yev indi ta­nınmış ­nəzəriyyəçi-ali­m, nüfuzlu tənqidçi və ictimai ədəbiyyat tarixçisidir.

Qasımlı Məhərrəm. Yaşar Qarayev-60 //Dil və ədəbiyyat. – 1996. - №4. – S.115
Yaşar Qarayevin tədqiqatçı kamilliyi, alim hə­s­­­­­­­saslığı, obyektivliyi və müdrikliyi onu ziyalı kimi bü­­tün respublikada sevdirib, şöhrət­ləndirib. Respub­li­k­amız­da onlarla elmlər doktoru və elmlər nami­­zə­di Y.Qarayevin yetirm­ə­sidir. Alimlik zirvəsində ona rə­ğ­­­bət bəsləyən­lər­dən biri də mənəm. Ancaq sə­m­imi­y­­y­ə­t­­lə deyirəm ki, Yaşar mənim qəlbimdə həm­i­şə­ya­şar ş­a­­g­­ird-recissor dostum kimi canlı, səmimi və əbə­di­dir

Həsənağa Turabov. Mənim ilk recissorum //Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7

İyirminci yüzillikdə ədəbi tənqidimizin, ədəbiyyatşünaslığımızın uğurları, zənginliyini Ya­şar Qarayevin yaradıcılığı olmadan tam təsəvvür etmək mümkünsüzdür.

Hüseyn Abbaszadə. Böyük tənqidçilər belə olurlar // Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7
Yaşar Qarayev ədəbiyyat, hər hansı şer, nəsr haq­qında çox dəqiq, məntiqi, həm də obyektiv fikir söyləyə bilən gözəl alim və ziyalıdır

Qabil //Yazıçı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxı­lı­şı. – 2000. - №6-7
Yaşar elm aləminin şairi, ədəbi-bədii aləmin alimidir. Onun təfəkkürü bədii duyumla ra­sional dü­şün­cənin üzvi vəhdətindən yoğ­rulmuşdur.

Səlahəddin Xəlilov. Ədəbiyyatdan fəlsəfə­yə…­//Ya­zı­çı. ««Oğuz eli»» qəzetinin ayrıca buraxılışı. – 2000. - №6-7

ƏSƏRLƏRİ
KİTABLARI
A) Azərbaycan dilində
1. Azərbaycan ədəbiyyatında faciə canrı. Red. H.Orucəli. – Bakı: Azərbaycan EA-nın nəşri, 1965. – 192 s.
2. Azərbaycan realizminin mərhələləri. (Kitabın üzqabığında əsərin adı «Realizm: sənət həqiqət») Red. K.Talıbzadə.– Bakı: Elm, 1980.–257 s.
3. Ədəbi üfüqlər. Red. Musa Ələkbərli. – Bakı: Gənc­lik, 1985. – 288s.
4. Xarı bübülün nağılı. (İlyas Əfəndiyevin həyat yaradıcılığı haqqında). Red. Azər Bağırov. – Bakı: Azərnəşr, 1995. – 53 s.
5. İlyas Əfəndiyev. (Mühazirəçiyə kömək). Red.V.Paşayev. - Bakı: Bilik, 1987. – 50 s.
6. Meyar – şəxsiyyətdir. Red. Arif Səfiyev. – Bakı: Yazıçı, 1988. – 456s.
7. Poeziya və nəsr. Red. ön söz M.Cəfər. – Bakı: Yazıçı, 1979. – 198 s.
8. Poeziyanın kamilliyi. (B.Vahabzadənin yaradıcılığı haqqında). Red. A.Səfiyev. – Bakı: Yazıçı, 1985. – 193 s. - Ş. Salmanovla birlikdə

Kitabın içindəkilər: PoeziyaPoetik «mən»in doğuluşu; Lirika zaman. Mənəvi axtarışlar yolu ilə; Epik poeziyanın imkanları. DramaturgiyaDaxili aləmin səsi; Tarix müasirlik; Sabah nəfəsli sənətkar.

9. Səhnəmiz və müasirlərimiz. Red. Arif Səfiyev. – Bakı: Azərnəşr, 1972. – 252s.
10. Şərqin dahisi. (Füzuli- 500). Red.İsmayıl Vəliyev.– Bakı: Azərbaycan en­siklo­pediyası, 1996. – 55s. (Mətn Azər­baycan, rus, ingilis, fransız dillərindədir)

12. Tənqid: problemlər və portretlər. Red. Z.Qiyasbəyli. – Bakı: Azərnəşr, 1976. – 212 s.

* * *


13. Вагиф. Очерк творчества. Выдающиеся люди Азербайджана. Ред. В.Порт­нов. – Баку: Язычы, 1984. – 32 с.

14. Гений Востока. (Физули – 500). – Баку: Азер­байджанская Енциклопедия , 1996. – С.27-47

15. Гусейн Джавид. (К 100 летию со дня рож­дения) . – Баку: Коммунист, 1982. – 97с.

16. Джафар Джабарлы. Ред. В.Портнов. – Баку: Язычы, 1982. – 28 с.

17. Жанр трагедии в Азербайджанской драматургии. Автореферат диссертации на соиск. Учен. ст. к.ф.н. – 20 с.

18. Мирза Алекпер Сабир. – Баку: Язычы, 1987. – 36с.

19. Мирза Фатали Ахундов. – Баку: Ишыг, 1988. – 15с.

20. Мирза Фатали Ахундов. Ред. В.Портнов – Баку: Язычы, 1982. – 36с.

21. Низами Гянджеви. Ред. Дж.Джафаров. –Бак: Елм. 1991. –17с.- совместно с А..Рус­та­мо­вой

22. Самед Вургун. Выдающиеся люди Азербайджана. Ред.­Т.Гу­се­йнзаде.–Баку: Язы­чы,­1986.– 46 с.- совместно с А.Гад­жи­е­вым

23. Сокровищница этических и эстетических ценностей. («Кни­га моего Деда Коркуда») – Баку: Элм, 1999. – 30 с. – cов­мес­т­но с Б.Набиевым

24. Становление и развитие реализма в Азер­байд­жанской литературе. Автореферат дис­сертации на соискание ученой степени доктора филологических наук. – Баку, 1979. – 44с.

25. Этапы Азербайджанского реа­лизма. Ред. Т.Гусейн­заде. – Баку: Язычы, 1983. – 286 с.
Ъ/ Хариъи диллярдя
26. Азярбайъан ядябиййаты. Нашири Й.Ак­пынар. – Истанбул, 1999. – тцрк дилиндя

27. Мирзя Фятяли Ахундов. – Бакы: Йазычы, 1982. -инэилис дилиндя

28. Молла Пянащ Вагиф. – Бакы: Йазычы, 1983.- инэилис дилиндя

29. Мирзя Ялякбяр Сабир. Очерк. – Бакы, 1987. - инэилис дилиндя

30. Халг мянявиййатынын эцзэцсц (Китаби Дядя Горгуд). – Бакы: Елм, 1999. – 36 с. - Бякир Нябийевля бир­лик­дя - инэилис дилиндя

31. Шяргин дащиси (Фцзули – 500). – Бакы: Азярбайъан Енсиклопедийасы, 1996. – С. 17-27 - инэилис дилиндя

32. Шяргин дащиси (Фцзули – 500). – Бакы: Азярбайъан Енсиклопедийасы, 1996. – С. 47- 52с. – фран­сыз дилиндя
VII. MƏQALƏLƏRİ
A) Azərbaycan dilində
33. Açıq dialoq:
Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin