İkt-nin təhsilə nüfuzu İnformatlaşmanın təhsil sisteminə təsiri



Yüklə 47,5 Kb.
səhifə1/3
tarix19.06.2022
ölçüsü47,5 Kb.
#61802
  1   2   3
İKT-NIN TƏHSILƏ NÜFUZU


İKT-nin təhsilə nüfuzu
İnformatlaşmanın təhsil sisteminə təsiri.


İnformatlaşma şəraitində təhsil sisteminin mexanizmlərinin dəyişməsi, təkmilləşməsi və inkişaf tendensiyası. İKT-nin insanın həyat və peşə fəaliyyətində getdikcə mühüm rol oynaması, ayrı-ayrı sahələr üzrə peşəkar fəaliyyətin xarakterini, məzmununu və təşkili modelini əhəmiyyətli dərəcədə dəyişdirir. Cəmiyyətin informatlaşması insan fəaliyyətinin bütün sahələrinə təsir etdiyi kimi, təhsil sisteminə də ciddi təsir edir. Bu mənada təhsil sistemində İKT-nin tədbiqi pedaqoji fəaliyyətin təşkili və idarəedilməsində, fəaliyyət iştirakçılarının (müəllim və şagirdlərin ) qarşılıqlı əlaqə formalarında dəyişikliklər edir. Klassik təhsil sistemində “kitab bilik mənbəyidir”, “müəllim əsas informasiya daşıyıcısıdır”, “müəllim dərsin təşkilatçısı və idarəedicisidir” kimi ənənəvi pedaqoji fikirlər hakim idi. Klassik pedaqoji prosesdə müəllim, şagird, tədris vasitələri və s. həlledici rola malik idilər. İKT-nin tədbiqi ilə təşkil edilən virtual tədris prosesində isə müəllim və tədris vasitələrinin müəyyən funksiyaları artıq İKT-yə transfer olunur. Artıq klassik dərsdən fərqli olaraq yeni təlim modellərində kompüter həm bilik mənbəyidir, həm də təhsilin təşkiledici və idarəedici funksiyalarını həyata keçirir.
İKT yönümlü tədris, qlobal informasiya şəbəkəsinə qoşulmuş kompüter artıq müəllimin deyil, İnternet şəbəkəsində olan qeyri məhdud sayda elmi və tədris yönümlü informasiya resurslarının bilik mənbəyi olduğunu gündəmə gətirir. Belə bir şəraitdə kompüterin texniki və didaktik imkanlarından kompleks istifadə pedaqoji texnologiyaların tədbiqi səmərəsini əhəmiyyətli dərəcədə gücləndirir . Artıq kompüter audiovizual informasiyanın təqdimatı prosesində dinamikliyi təmin edir, şagirdlərin biliklərini elektron testlər vasitəsi ilə obyektiv və operativ qiymətləndirir, bu əsasda onlara fərdi qaydada əlavə informasiyalar təqdim edir və s. Bu amillər pedaqoji texnologiyaların İKT-nin təsiri ilə necə sürtətlə dəyişdiyini göstərir. Artıq bu gün inkişaf etmiş ölkələrdə təhsil sistemində virtual dərslərin keçirilməsi adi hal olmuşdur. Belə virtual dərslər nəticəsində müəllim və şagird müxtəlif məkanda, müxtəlif zaman daxilində ( asinxron olaraq) pedaqoji prosesdə iştirak edirlər. Bu imkan verir ki, tələbə auditoriyada mövzu üzrə dinlədiyi mühazirədən əlavə olaraq digər universitetlərdəki analoji mühazirə materialları ilə də yaxından tanış olsun, bu materialları müqayisə etsin, biliyini daha da dərinləşdirsin.
Bu vəziyyət digər tərəfdən müəllimə, onun peşə fəaliyyətinə də ciddi tələbər qoyur. Belə ki, artıq müəllimin biliyi, elmi, intellektual səviyyəsi qlobal şəbəkədə olan resurslarla müqayisədə çox cüzi və zəif görünür. Bunu həm müəllim, həm də tələbə dərk edir. Belə bir şəraitdə müəllimin funksiyası tələbələri informasiya resurslarına istiqamətləndirmək, əldə edilən informasiyaları müqayisə edə bilmək, daha keyfiyyətlilərini seçmək, mühüm informasiya portallarına bələd olmaq, oradakı yenilikləri daim izləmək, tələblərin verə biləcəkləri müxtəlif gözlənilməz suallara cavab vermək iqtidarında olmalıdır.
Təhsil sistemi fəaliyyət sahəsi olaraq birbaşa informasiya prosesləri ilə- informasiyanın qəbulu, saxlanılması, emalı, ötürülməsi məsələləri ilə məşğuldur. Belə ki , müəllim şagirdə yeni bilik öyrədərkən o, şagirdə informasiya göndərir, şagird isə bu informasiyanı qəbul edir, təhlil edir, yadda saxlayır, emal edilmiş informasiyanı bu və ya digər formada yenidən müəllimə qaytarır. Bu amil informasiya mübadiləsi prosesinin avtomatlaşdırılmasına zəmin yaradır. Bu halda kompüterin tətbiqi ilə müəllim və şagird arasında olan informasiya mübadiləsi prosesini kompüterləşdirmək mümkün olur, informasiya mübadiləsinin bütün mərhələlərini kompüterləşdirmək imkanı yaranır. Bu amillər göstərir ki, cəmiyyətin informatlaşması təhsil prosesinin kompüterləşməsindən çox asılıdır.
Təhsilin kompüterləşməsi bu sistemdə inqilabi dəyişikliklər yaradır. Bu amil təhsilin məzmununda, təşkili formalarında, öyrənmə mexanizimlərində, biliklərin qiymətləndirilməsi və monitorinqində ciddi dəyişikliklər yaradır, innovasiyalara yeni-yeni imkanlar verir.

Yüklə 47,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin