İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


Seyid Yəhya  Şirvaninin həyat və yaradıcılığı



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

Seyid Yəhya  Şirvaninin həyat və yaradıcılığı:  Seyid Yəhya  Şirvani 14-cü 

əsrin sonunda Şamaxı  şəhərində tanınmış seyid ailəsində dünyaya gəlmişdir. Onun 

nəsli yeddinci imam İmam Museyi Kazıma qədər gedib çıxır. Ailəsi  Şamaxının 

sayılıb-seçilən soylarından idi. Atası  Bəhaəddin öz dövrünün nəqibul-əşrafı

13

 

olmuşdur. Uşaqlığını və gəncliyini Şamaxıda keçirən Seyid Yəhya burada çox yaxşı 



təhsil almış, dil və din elmləri sahəsində müxtəlif müəllimlərədən dərs almışdır. Bu 

müəllimlər içərisində  Şeyx  Şəmsəddin Axsıkəti, Mövlana Hafizəddin  əl-Gərdəri, 

Mövlana Tacəddin, Mövlana Qütbəddin Sərabi kimi dövrünün böyük alimlərinin 

                                                 

11

 Sadık Vicdani, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, səh. 20. 



12

 Mehmet Serhan Tayşi, “Ömer Halveti”, DİA, İstanbul, 2007, c. 34, səh. 65. 

13

 Nəqibul-əşraflıq Abbasi xəlifəsi Mütəvəkkilin (232-247/847-861) dövründə təsis olunmuş və 



daha sonra müsəlman dövlətlərinin bir çoxunda mövcud olmuşdur. Bu qurumun başçısı olan 

nəqibul-əşrafın əsas vəzifəsi həzrət Peyğəmbərin nəslindən gələn seyid və şəriflərin işləri ilə 

məşğul olmaq, onların hüquqlarını qorumaq, seyidlərin  şəcərələrinə  nəzarət etmək, saxta 

yollarla özlərini Peyğəmbər nəslinə aid edənlərin qarşısını almaqdan ibarət idi. Bax. Murad 

Sarıcık, Osmanlı İmparatorluğu’nda nakibü'l-eşraflık müessesesi, Ankara, 2003, s. 23. 


Xəlvətiyyə təriqəti 

11

adını birbaşa özü “Şifa  əl-Əsrar” adlı  əsərinin müqəddiməsində qeyd edir.



14

 Lakin 


onun həyatında  ən mühüm rolu xəlvəti  şeyxi Sədrəddin Xiyavi oynamışdır. Məna 

aləmində yaşadığı müəyyən halların nəticəsində Yəhya Şirvani xəlvətiyyə təriqətinə 

girərək  Şeyx Sədrəddin müridi olmuşdur. Atası  əvvəllər onun sufi olmasına etiraz 

etsə  də, daha sonra özü də  təriqət yoluna girərək  Şeyx Sədrəddinin müridi 

olmuşdur.

15

 

1455-ci ildə Şeyx Sədrəddinin vəfatından sonra təriqət içərisində şeyxlik üstündə 

anlaşmazlıq meydana çıxmış, Şeyx Sədrəddin özündən sonra Seyid Yəhyanı vəsiyyət 

etdiyi halda, başqa bir mürid olan Pirizadə  şeyxlik iddiası ilə  çıxış etdi. Bunun 

ardınca Seyid Yəhya  Şirvanşah I Xəlilullahın dəvəti ilə Bakıya gəldi.  Şirvanşah 

tərəfindən çox yaxşı qarşılanan Seyid Yəhya üçün sarayın yanında xanəgah da təsis 

edildi.


 16

 Burada çox sayda mürid yetişdirən şeyx yazdığı əsərlərlə xəlvətiliyi demək 

olar ki, yenidən sistemləşdirdi və islam dünyasının hər tərəfində yayılmasına zəmin 

yaratdı. Məhz buna görə ona təriqət içərisində ikinci qurucu mənasında “Piri-sani 

(ikinci pir)” deyilmişdir. 

Seyid Yəhya Bakıda yaşadığı müddətdə bir çox əsər qələmə almışdır.  Əsərlə-

rinin əksəriyyətini ərəbcə və farsca, bir əsərini isə Azərbaycan türkcəsində yazmışdır. 

Əsərləri içərisində  xəlvətilərin gündəlik vird kimi oxuduqları “Virdus-səttar”-ın və 

Azərbaycan türkcəsində qələmə aldığı “Şifa əl-Əsrar”-ın xüsusi yeri vardır. “Şifa əl-

Əsrar”-da müxtəlif təsəvvüfi məsələlər Quran, hədis və böyük islami şəxsiyyətlərin 

fikirlərindən çıxış edərək sadə bir dildə izah olunmuşdur. Ümumiyyətlə, Seyid 

Yəhyanın düşüncə sistemində  fəlsəfi təsəvvüfdən çox praktiki-əməli təsəvvüf 

mövzularına daha çox yer verilmişdir. Bu da onun fikirlərinin sadə xalq kütlələri 

arasında yayılmasına zəmin yaratmışdır.  

Seyid Yəhyanın yuxarıda qeyd olunan əsərlərindən başqa da bir çox əsəri vardır. 

Bunlardan bəziləri belədir: 

1.

 

Kəşful-qülub- farsca 



2.

 

Adabul-vüzu (Əsrarul-vüzu)-  



3.

 

Məkarimi-əxlaq (Əxlaqi-mahmudə) 



4.

 

Məqamat (həft məqam)- farsca 



5.

 

Ətvarul-qülub 



                                                 

14

 Seyid Yəhya Şirvani, Şifa əl-Əsrar, nəşrə haz. M. Rıhtım, Bakı, 2013, s. 107-108 



15

 Mehmet Rıhtım, Seyid Yəhya Bakuvi, s. 26-31. 

16

 Mehmet Rıhtım, həmin əsər, s. 34-35. 



 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

12

6.



 

Bəyanul-ilm- mənzum əsərdir 

7.

 

Mənazilul-aşiqin 



8.

 

Şərhe Sualate Gülşəne Əsrar 



9.

 

Qəzəliyyat- frasca mənzum əsərdir 



Bunlardan başqa mənbələrdə onun bir çox başqa əsərindən də bəhs olunur.

17

 



Seyid Yəhya Şirvani ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmış və orada 

vəfat etmişdir. Mənbələrdə onun vəfat tarixi kimi həm 1463, həm də 1466-cı il 

göstərilir. Vəfatının ardından onun müridləri başda Anadolu olmaqla islam dünyası-

nın müxtəlif bölgələrində  təriqəti yaymış  və beləcə  xəlvətiyyə müridlərinin və 

təkyələrinin sayına görə  ən böyük sufi təriqətlərindən birinə çevrilmişdir. Təsadüfi 

deyildir ki, Osmanlı sultanlarından bir çoxu məhz bu təriqətə mənsub olmuşlar. 



Xəlvətiyyə silsiləsi: Sufi təriqətlərində hər bir təriqət şeyxinin həzrət Peyğəmbə-

rə  qədər gedib çıxan və ona icazət verən  şeyxlərinin adlarından ibarət olan silsilə 

olur. Təsəvvüfdə iki əsas silsilə vardır: ələviyyə və siddiqiyyə. Əgər silsilə İmam Əli 

(ə) vasitəsilə həzrət Məhəmmədə (s) çatırsa buna ələvi silsilə deyilir. Əbu Bəkr Sid-

diq (r.a.) vasitəsilə Peyğəmbərə (s) çatan silsilə isə siddiqi və ya bəkri silsilə adlanır. 

Ələvi təriqətlər zikirlərini səsli (cəhri zikr), siddiqi təriqətlər isə əsasən səssiz (xəfi) 

edirlər. Həzrət  Əliyə çatan silsiləyə  əhli-beytə hörmət  əlaməti olaraq “silsilətuz-

zəhəb”, yəni qızıl silsilə deyilir. Təriqətlərin  əksəriyyəti  ələvi silsiləyə, bəzisi isə 

siddiqi silsiləyə mənsubdurlar. Məsələn, Kübrəviyyə, Qadiriyyə, Mövləviyyə, Bekta-

şiyyə təriqətləri ələvi, Nəqşbəndilik təriqəti isə siddiqi təriqətdir.  

Xəlvətiyyə  təriqəti də  ələvi təriqətlərdəndir. Bu təriqətin də silsiləsi 

peyğəmbərimizə  həzrət  Əli vasitəsilə çatır. Lakin xəlvətiliyi tədqiq edən bəzi 

alimlərin də qeyd etdiyi kimi bu təriqətin ilkin silsiləsində səkkiz əhli-beyt imamının 

adı keçdiyi halda, daha sonrakı dövrlərdə populyarlıq qazanmış və gününmüzə qədər 

qəbul olunan silsilədə  təkcə  həzrət  Əlinin adı qeyd olunur. Bunun da səbəbi kimi 

Osmanlı-Səfəvi rəqabəti göstərilir. Belə ki, Səfəvi dövlətində  şiəlik rəsmi məzhəb 

xarakteri aldıqdan sonra Osmalılar bu fəaliyyətə qarşı şiəliklə başda vəlayət prinsipi 

olmaqla müəyyən bənzər xüsusiyyətlərə sahib olan sünni təriqətlərini önə  çəkdi və 

dəstəklədi. Bu təriqətlərin də başında səfəviliklə “qohum” təriqət olan xəlvətilik 

gəlirdi. Məhz bu dövrdə hər halda şiəliklə əlaqələndirilməmək məqsədi ilə həzrət Əli 

istisna olmaqla, digər  əhli-beyt imamlarının adlarının xəlvətiyyə silsiləsindən 

                                                 

17

 Mehmet Rıhtım, “Seyid Yahya Şirvani”, DİA, c. 43, 265-266 



Xəlvətiyyə təriqəti 

13

çıxarıldığı ehtimal olunur.



18

 Türk tədqiqatçısı Mustafa Aşkar Yusif Sinan Əfəndinin 

(ö. 989/1581) xəlvətiyyənin öndə gələn şəxsləri ilə əlaqəli yazdığı “Mənaqibi-şərif”

19

 



adlı  əsərindəki silsilədən çıxış edərək ilkin xəlvəti silsiləsində  həzrət  Əlidən sonra 

İmam Həsən və  İmam Hüseynin, Məruf Kərxinin də ardından  İmam Zeynəlabidin, 

İmam Məhəmməd Baqir, İmam Cəfəri-Sadiq, İmam Museyi-Kazım, İmam Rza kimi 

əhli-beyt imamlarının da adlarının qeyd olunduğunu yazır.

20

 Aşkara görə, daha sonra 



silsilədə edilmiş  dəyişiklik yuxarıda da qeyd edildiyi kimi Səfəvilərlə Osmanlılar 

arasındakı ideoloji mübarizədir. Osmanlıların Səfəvilərə qarşı xəlvətilik, mövləvilik, 

nəqşbəndilik və başqa bir çox sünni sufi təriqətlərini dəstəklədikləri tarixi bir 

gerçəklikdir.

 21

  Lakin fikrimizcə, xəlvətiyyə silsiləsindəki dəyişikliyin bu ideoloji 



mübarizə ilə əlaqələndirilməsinin bəzi zəif cəhətləri vardır. Belə ki, Aşkarın mənbə 

kimi göstərdiyi Atayinin (ö. 1044/1634) “Hədaiqul-həqaiq fi təkmilətiş-şəqaiq”,  

Bandırmalızade Ahmed Münib Efendinin (1858-1918) “Mir`atut-turuq” adlı əsərləri 

başda olmaqla silsilədə əhli-beyt imamlarının qeyd olunmadığı əsərlər  daha çox 17-

ci əsr və sonrasına aiddir. Halbuki imamların adlarını silsilədə qeyd edən “Mənaqibi-

şərifin” müəllifi olan Yusif Sinan Əfəndi Səfəvi-Osmanlı ideoloji və  hərbi 

mübarizəsinin zirvədə olduğu 16-cı  əsrin alimlərindəndir. Deməli, silsilədəki 

fərqliliyi qeyd olunduğu kimi sırf ideoloji mübarizə zəminində dəyərləndirsək, onda 

bunun 16-cı  əsrdə yazılan  əsərlərdə edilməsi daha məntiqli olardı. Fikrimizcə, son 

dövr xəlvətilərinin həzrət Əlidən sonra Həsən əl-Bəsri ilə davam edən silsiləni qəbul 

etməsi bu silsilənin ələvi təriqətlərin əksəriyyətində qəbul olunan daha tanınmış bir 

silsilə olmasıdır.  Ələvi təriqətlərin silsiləsinə  nəzər saldıqda onların mütləq 

əksəriyyətinin öz silsilələrində Cüneyd Bağdadiyə  qədər eyni şəxslərə yer 

verdiklərini görərik. Deməli, sonrakı  xəlvətilərin qeyd olunan silsiləyə  rəğbət 

göstərməsini bu silsilənin daha məşhur olmasında axtarmaq daha doğru olardı. 

Hal-hazırda Xəlvətiyyənin  əsas qəbul etdiyi Həzrət Məhəmməddən Yəhya 

Şirvaniyə qədər olan silsilə isə belədir: 

 

 



                                                 

18

 Bax. Mustafa Aşkar, “Bir Türk Tarikatı Olarak 



Halvetiyye’nin Tarihî Gelişimi 

ve Halvetiyye Silsilesinin Tahlili”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 1999, 

cilt: XXXIX, s. 546-559 

19

 Əsər “Mənaqibi Ricali Xəlvətiyyə” adı ilə tanınır. 



20

 Mustafa Aşkar, həmin məqalə, s. 559. 

21

Nümunə üçün bax. Murat Akgündüz, “Mevlevîlik ve Osmanlı Padişahları”, Uluslararası 



Mevlâna ve Mevlevîlik Sempozyumu, Bildiriler II [Mevlânâ Celaleddin Rumi’nin 800. 

Doğum Yılı Anısına], 26-28 Ekim 2007, [t.y.], cilt: II, s. 347-352 

 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

14

Həzrət Məhəmməd (s) 



 

Həzrət Əli (ə) 

 

Həsən əl-Bəsri (v. 110/728) 



 

Həbib əl-Əcəmi (v.130/747-48[?]) 

 

Davud ət-Tai (v. 165/782) 



 

Məruf əl-Kərxi (v. 200/815) 

 

Səriy əs-Səqəti (v. 253/867) 



 

Cüneyd əl-Bağdadi (v. 297/910) 

 

Mimşad Dinəvəri (v. 299/912) 



 

Məhəmməd Dinəvəri (v. 340/951) 

 

Məhəmməd əl-Bəkri (v. 380/990) 



 

Qazi Ömər Vəcihəddin (v. 442/1050) 

 

Ömər əl-Bəkri (v. 487/1094) 



 

Əbun-Nəcib Sührəvərdi (v. 563/1168) 

 

Qütbəddin Əbhəri (v. 572/1177) 



 

 

Məhəmməd Sincani (?) 



 

Şəhabəddin Təbrizi (v. 702/1302) 

 

İbrahim Zahid Gilani (v. 705/1305) 



 

Xəlvətiyyə təriqəti 

15

Əxi Məhəmməd (v. 780/1378) 



 

Ömər Xəlvəti (v. 800/1397) 

 

Əxi Mirəm (v. 812/1409) 



 

İzzəddin Xəlvəti (v. 828/1424) 

 

Sədrəddin Xiyavi (v. 860/1455) 



 

Seyid Yəhya Şirvani (Bakuvi) (v. 868/1463 və ya 870/1466) 

 

Seyid Yəhya Şirvanidən sonra xəlvətilik dörd əsas şöbəyə ayrılmışdır. Bunlar Dədə 



Ömər Rövşəniyə aid edilən rövşəniyyə, Çələbi xəlifə kimi məşhur olan Şeyx Məhəmməd 

Çələbi Cəmaliyə aid edilən cəmaliyyə,  Şeyx  Şəmsəddin  Əhməd Sivasiyə aid edilən 

şəmsiyyə və Şeyx Əhməd Şəmsəddin Marmaravinin qurduğu əhmədiyyə şöbələridir. Bu 

əsas  şöbələr də öz növbəsində müxtəlif alt şöbələrə bölünmüşlər. Ümumiyyətlə 

xəlvətiyyə təsəvvüf təriqətləri içərisində ən çox şöbəyə ayrılan təriqət sayılır.

22

 



Xəlvətiyyənin yaranması və inkişafı dörd əsas mərhələyə bölünür: 

1.

 



Üsul mərhələsi. Bu mərhələ  Əbun-Nəcib Sührəvərdidən  İbrahim Zahid 

Gilaniyə qədər olan dövrü (X-XIII əsrlər) əhatə edir. 

2.

 

Təriqətləşmə mərhələsi. Bu mərhələ İbrahim Zahid Gilanidən təriqətin quru-



cusu Ömər Xəlvətiyə qədərki dövrü (XIII-XIV əsrlər) əhatə edir. 

3.

 



Təkamül mərhələsi. Bu mərhələ Ömər Xəlvətidən Seyid Yəhya  Şirvaniyə 

qədərki dövrü (XIII-XIV əsrlər) əhatə edir. 

4.

 

Yayılma və qruplaşma mərhələsi. Xəlvətiliyin inkişaf seyrindəki sonuncu 



mərhələ olan bu mərhələ Seyid Yəhya  Şirvanidən sonrakı dövrü əhatə edir.

23

 



Həqiqətən də Yəhya Şirvaniyə qədər xəlvətiyyə təriqəti yayılma imkanı tapmamışdı. 

İlk dəfə müxtəlif bölgələrə  təriqəti yayan xəlifələr məhz Seyid Yəhya tərəfindən 

göndərilmişdir.

24

 



                                                 

22

 Aşkar, “Bir Türk Tarikatı Olarak Halvetiyye’nin Tarihî Gelişimi ve Halvetiyye Silsilesinin 



Tahlili”,  səh. 555-560. 

23

 Mehmet Rııhtıım, Seyid Yahya Bakuvi və  Xəlvətilık, Qismət nəşriyyatı, Bakı 2005, s. 151.  



24

 Yağlıkçızade Ahmed Rifat Efendi,  Lügat-i tarihiyye ve coğrafiyyeİstanbul : Mahmud Bey 

Matbaası, 1299,  IV, s.  240. 


 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

16

Xəlvətiyyənin əsas görüşləri: 

Bütün sufi təriqətləri kimi xəlvətilikdə  də Allaha doğru gedən mənəvi səfər 

mənasında işlədilən süyrü-süluk düşüncəsi böyük əhəmiyyət kəsb edir.  Con 

Spenserin də qeyd etdiyi kimi xəlvətiyyə sistemi zöhd və xəlvətə xüsusi əhəmiyyət 

verən bir təriqətdir.

25

 Bu baxımdan bu iki məfhum  xəlvəti sistemində salikin Allaha 



gedən yolda mərhələlər qət edərək mənəvi saflığa qovuşmasında açar rolu oynayır.  

Xəlvətiyyə təriəqtinin əsasları bunlardır: 

1.

 

La ilahə illəllah ilə zikr etmək. 



2.

 

Allahın yeddi adının (Əsmai-səbə) zikri ilə məşğul olmaq. 



3.

 

Qəlbin saflaşmasını və pisliklərdən təmizlənməsini təmin etmək.



26

 

Yuxarıda da qeyd olunduğu kimi, Allahın yeddi adının (Əsmai-səbə) zikr 



edilməsi xəlvətilikdə çox geniş yayılmışdır. Bunlar la ilahə illəllah, Allah, Hu, Həqq, 

Həyy, Qəyyum, Qəhhar adlarıdır. Bu zikir şəkli ilk dəfə  İbrahim Zahid Gilani 

tərəfindən tətbiq edilmişdir. Ondan əvvəl süluk Allahın üç adı ilə edilirdi. Lakin 

xəlvətiliyin müxtəlif qollarının zikirlərində bu adlara bəzi başqa adlar da əlavə 

edilmişdir. Təriqətdə qeyd olunan yeddi adın müqabilində  nəfsin yeddi sifəti də 

qəbul olunur.

27

 Bu sifətlər  əmmarə (mütəmadi olaraq pisliyi əmr edən nəfs), 



ləvvamə  (özünü qınayan nəfs),  mülhimə (yaxşılıq və pisliyin ilham olunması 

sayəsində xeyirlə  şəri ayıra bilən, pisliklərdən çəkinən nəfs),  mütməinnə 

(pisliklərdən təmizlənmiş, Haqq ilə rahatlıq tapmış  nəfs),  raziyə (Allahın hər 

hökmünə razı olan nəfs),  mərziyyə (Allahın hökmünə boyun əyməsi nəticəsində 

Allahın da ondan razı qaldığı  nəfs) və  kamilə  və ya zəkiyyə (bütün pisliklərdən 

təmizlənərək iradəsini Allahın iradəsində yox etmiş və beləcə mütləq rahatlığı tapmış 

nəfs) nəfsdir. Sifətlərlə sülukun növləri, aləmlər, hallar, məhəllər, varidlər, şühudlar, 

adlar və nurlar arasında müəyyən bir əlaqə vardır. Məsələn, birinci nəfsin sifəti 

“əmmarə”, sülukun növü “seyr iləllah”, aləmi “şəhadət”, halı “zövq”, məhəlli “sədr”, 

varidi “şəriət”, şühudu “tövhidi-əfal”, adı “la ilahə illəllah”, nuru da “göy rəng”-dir.

28

 

Xəlvətiyyə  təriqətində müridlərin həm gündəlik fərdi zikirləri, həm də toplu 



halda icra etdikləri zikirləri vardır. Seyid Yəhya  Şirvaninin “Virdus-səttar”-ı  fərdi 

zikirlərdə  ən çox istifadə olunan dualardandır. Toplu zikirlər isə bütün ələvi 

təriqətlərdə olduğu kimi səsli edilir. Bu zikirlərdə musiqidən, xüsusən ney, qudum və 

                                                 

25

 John Spencer, The Sufi Orders in Islam, Oxford, 1971,  s. 75. 



26

 Mustafa Kara, Tasavvuf ve Tarikatlar Tarihi, İstanbul, 1998, s. 289. 

27

 Mehmet Rıhtım, “Seyid Yahya Şirvani”, s. 394 



28

 Süleyman Uludağ, “Halvet”, s. 393 



Xəlvətiyyə təriqəti 

17

dəf kimi alətlərdən istifadə olunur. Yenə bir çox təriqətdə halqa şəklində  hərəkət 



edərək icra edilən zikir, yəni  dövran da xəlvətiyyədə çox böyük əhəmiyyətə 

malikdir.  

Yuxarıda deyilənlərə əsasən, belə bir nəticəyə gəlmək mümkündür ki, xəlvətilik 

sırf Azərbaycanda qurulmuş bir təriqət olmaqla, bütün İslam dünyasına da buradan 

yayılmışdır. Məhz təriqətin ikinci piri Seyid Yəhya  Şirvaninin  ətraf bölgələrə 

göndərdiyi xəlifələrin təbliğatı  nəticəsində  xəlvətilik Azərbaycanla məhdudlaş-

mayaraq Balkan yarımadasından  Şimali Afrikaya qədər

29

 bütün islam dünyasında 



yayılmış və hal-hazırda islam dünyasının ən böyük təriqətlərindən biridir.  

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

Akgündüz, Murat, “Mevlevîlik ve Osmanlı Padişahları”, Uluslararası Mevlâna 



ve Mevlevîlik Sempozyumu, Bildiriler II [Mevlânâ Celaleddin Rumi’nin 800. Doğum 

Yılı Anısına], 26-28 Ekim 2007, [t.y.], cilt: II 

Aşkar, Mustafa, “Bir Türk Tarikatı Olarak Halvetiyye’nin Tarihî Gelişimi ve 

Halvetiyye Silsilesinin Tahlili”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi

1999, cilt: XXXIX 

Bahadıroğlu, Mustafa,  “İbrahim Zahid-i Geylani”, DİA, İstanbul, 2000. 

Cövhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Beyrut, tarixsiz, c. 4 

Kara, Mustafa, Tasavvuf ve Tarikatlar Tarihi, İstanbul, 1998 

Mazzaoui, Michel M., The origins of the safawids: siism, sufizm and the gulat

Wiesbaden: Franz Steiner Verlag, 1972. 

Rıhtım, Mehmet, Seyid Yahya Bakuvi və  Xəlvətilık, Qismət nəşriyyatı, Bakı 

2005. 

---------------------,  Seyid Yəhya Bakuvi, Bakı, 2013 



---------------------, “Seyid Yahya Şirvani”, DİA, İstanbul, 2013. 

Sarıcık, Murad, Osmanlı  İmparatorluğu’nda nakibü'l-eşraflık müessesesi

Ankara, 2003 

Spencer, John, The Sufi Orders in Islam, Oxford, 1971. 

Tatcı, Mustafa, “Elmalı’nın İrfan Ocakları: Bektâşîlik ve Halvetîlik Üzerine Bir 

Değerlendirme”, Elmalı İrfan ve Sevgi Şehri, 2009 

                                                 

29

 Bax. Spencer,The Sufi Orders in Islam,  s. 75-80. 



 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

18

Tayşi, Mehmet Serhan, “Ömer Halveti”, DİA, İstanbul, 2007 



Uludağ, Süleyman, “Halvet”, DİA, İstanbul, 1997 

Vicdani, Sadık,  Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi,  İstanbul 

1338-1341 

Yağlıkçızade Ahmed Rifat Efendi,  Lügat-i tarihiyye ve coğrafiyye,  İstanbul : 

Mahmud Bey Matbaası, 1299 

  

 



ب ،ةيملعلا بتكلا راد ، فوصتلا لھأ بھذم ىلع فرعتلا ،قاحسإ نب دمحم ركب وبأ ،يذابلاكلا

 ،توري


١٤١٣

 

 ه



 

١٩٩٣



م

 

ربا لامك دمحم روتكدلا:قيلعت و قيقحت ،ةيفوصلا تاحلاطصا ،قازرلا دبع نيدلا لامك ،يناش



 ،رفعج ميھا

 ،باتكلل ةماعلا ةيرصملا ةئيھلا :ةرھاقلا

١٩٨١

.

 



نانبل ةبتكم ،ةيفوصلا تاحلطصملا مجعم ،مازخ يبأ داؤف رونأ روتكدلا  

 

 



Xəlvətiyyə təriqəti 

19

 



XÜLASƏ 

 

Xəlvətiyyə  təriqəti Azərbaycanda təşəkkül tapmış  və daha sonra Şimali 



Afrikadan Balkan yarımadasına qədər islam dünyasının müxtəlif bölgələrində 

yayılmış ən böyük sufi təriqətlərindən biridir. Şamaxıda doğulub Bakıda vəfat edən 

Seyid Yəhya  Şirvaninin fəaliyyətləri nəticəsində  xəlvətiyyə sistematik bir təriqət 

halını almışdır. Ələvi silsiləyə mənsub xəlvətiyyə zöhd və xəlvətə xüsusi əhəmiyyət 

verən bir təriqətdir. Bu məqalədə  xəlvətiliyin yaranması, inkişaf tarixi və  əsas 

prinsipləri tədqiq olunur. 

 

RESUME 

 

Khalwatiyya is one of the biggest Sufi orders (tariqa) which was established in 

Azerbaijan and later on spread in different places of Islamic world, from the 

Northern Africa to the Balkans. As a result of Sayyid Yahya Shirvani`s activites, 

who was born in Shamakhi and died in Baku, the Khalwatiyya order became a 

systematical Sufi order. Belonging to the 'Alawi silsila  

(the chain of 

spiritual transmission), the tariqah of Kahlawatiyya gives a special  importance to the 

notions of zuhd and khalwa. In this article, the formation, development and main 

principles of Khalwatiyya has been investigated. 

 

РЕЗЮМЕ 

 

Сформировавшийся  в  Азербайджане,  позже  распространившийся  в 



различные  районы  исламского  мира  от  Северной  Африки  до  Балканского 

полуострова, Орден Халватиййа являлся одним из самых больших суффийских 

орденов.  В  результате  активной  деятельности,  родившегося  в  Шамаха  и 

скончавшегося  в  Баку, 

Сейид  Яхйя  Ширвани

  Халватиййа  принимает 

системную  форму  ордена.  Принадлежавшая  к  алавийской  силсила  (цепь 

духовной  преемственности)  Халватиййа  является  орденом,  придающим 

определенную значимость зохду и халвату. 

В  данной    статье  исследуются  появление,  историческое  развитие  и 

оснавные принципы Халватиййа. 


Son dövr Azərbaycan müfəssirləri 

21

 



 

SON DÖVR AZƏRBAYCAN MÜFƏSSİRLƏRİ

1

 

 

f.f.d. Mirniyaz Mürsəl oğlu Mürsəlov 

BDU-nun İlahiyyat fakültəsinin müəllimi 

 

 

Açar sözlər: Bakuvi, Şəkəvi, Haşimzadə, təfsir, müfəssir. 

Key words: Bakuvi, Shakavi, Hashimzada, tafsir, mufassir 

Ключевые слова: Бакуви, Шекеви, Гашимзаде, тафсир, муфассир 

 

Məqalədə XIX-XX əsrlərdə yaşamış görkəmli Azərbaycan müfəssirləri Mir 



Məhəmməd Kərim Bakuvi, Mövlazadə  Şəkəvi və  Əhməd Haşımzadənin həyat və 

yaradıcılıqlarını araşdırdıq. Yaşadıqları dövrdə İslam aləminin düşdüyü vəziyyətdən 

qurtulması üçün çıxış yolunu müsəlmanların maariflənməsində, bu məqsədlə  də 

təhsil müəssisələrinin yaradılması, dini təfriqələrə düşməmək üçün məzhəb 

təəssübkeşliyindən uzaq durmaqda və Qurani-Kərimi insanların idrak səviyyəsinə 

görə izah etməkdə görürdülər. Öz düşüncələrini insanlara praktik müstəvidə 

çatdırmaq məqsədilə təfsir əsərləri yazmış və Azərbaycan din elminə öz töhfələrini 

vermişlər. Məqalədə, həmçinin Mir Məhəmməd Kərim Bakuvinin “Kəşfül-həqaiq an 

nükətil-ayati vəd-dəqaiq”, Mövlazadə Şəkəvinin “Kitabul-bəyan fi təfsiril-Quran” və 

Əhməd Haşımzadənin “Təfsirul-Quranil-Azim”  əsərləri təfsirin rəvayət və dirayət 

növünə görə tərəfimizdən təhlil olunmuşdur. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə