İpf-b17 Optimallaşdırma üsulları



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
  1   2   3   4   5   6   7   8   9   ...   23
AU Riy ve inf kaf fenlerin tesviri



 
AZƏRBAYCAN UNİVERSİTETİ 
Riyaziyyat və informatika kafedrası tərəfindən 
tədris olunan fənlərin qısa təsviri 
İPF-B17
Optimallaşdırma üsulları - 6 kredit (75 saat)
Müasir elm və texnikanın qarşıya qoyduğu məsələlərin həlli üçün yeni üsul və 
nəzəriyyələr üzərində işləmək lazım gəlmiş, yeni elektron hesablama maşınlarının, 
kompüterlərin yaranması optimallaşdırma üsullarının inkişafına öz təsirini 
göstərmişdir. Müasir dövrün ən aktual məsələlərindən biri də mühəndis-iqtisadi 
məsələlərinin həllində optimal variantın tapılmasıdır. Bu məqsədlə klassik riyazi 
üsullarla yanaşı riyazi proqramlaşdırmaya aid edilən çoxlu sayda optimallaşdırma 
üsulları da mövcudur. Bu səbəbdən fənnin tədrisində klassik riyazi üsullar, xətti və 
qeyri-xətti proqramlaşdırma məsələsi və onun həlli üçün müxtəlif üsullar, istehsal 
funksiyalar və onların qurulması, məsələnin iqtisadi-riyazi modelinin tərtib 
olunması və alınan riyazi modelə uyğun riyazi üsulun seçilməsi və s. məsələlər öz 
əksini tapır.
Kursu başa vuran tələbələr çoxdəyişənli funksiyanın extremumlarını tapmaq, xətti 
proqramlaşdırma məsələsinin həlli üçün qrafik üsul, simpleks üsul, qoşma 
simpleks üsulu öyrənərək tətbiq etmək, nəqliyyat məsələsinin riyazi modelini 
qurmaq, qeyri-xətti proqramlaşdırma məsələsinə gətirilən mühəndis-iqtisadi 
məsələlərin riyazi modelini qurub uyğun riyazi üsulu tətbiq etmək bacarıqlarına 
yiyələnirlər.
İPF-B17
Əməliyyatlar tədqiqi - 6 kredit (75 saat)
Elm və texnikanın sürətli inkişafı insan fəaliyyətinin müxtəlif sahələrində meydana 
çıxan tətbiqi xarakterli məsələlərin həllində effektiv və optimal qərarların 
verilməsini tələb edir. Əməliyyatlar tətqiqi fənni optimal, bəzən isə praktik 
cəhətdən kifayət qədər yaxşı həllərin tapılması və əsaslandırılması üçün riyazi 


metodların işlənməsi və tətbiqi yollarını öyrədir. Bu nöqteyi-nəzərdən fənnin 
tədrisi prosesində praktik cəhətdən əhəmiyyət daşıyan müxtəlif modellərə baxılır, 
onların həll alqoritmləri verilir və tətbiq sahələri göstərilir. Təqdim edilən kursda 
xətti proqramlaşdırma məsələsi və onun xüsusi halı olan nəqliyyat məsələsi, kəsr-
xətti, tamqiymətli, parametrik proqramlaşdırma məsələləri, çoxkriteriyalı 
optimallaşdırma məsələsi öyrənilir, bu məsələlərin həll metodları göstərilir.
Çoxmərhələli sistemlərdə dinamik proqramlaşdırma məsələsinə baxılır, optimal 
həllin tapılması üçün Bellmanın optimallıq prinsipi və rekurent münasibətləri 
verilir. Konfliktli şəraitləri təhlil etmək üçün sadə model olan sıfır cəmli 
(anoqonist) matris oyunlara baxılır, optimal strategiyaların xassələri göstərilir, həll 
üsulları, xətti proqramlaşdıma ilə əlaqəsi şərh olunur. 

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin