İPF-B24
Riyazi fizika tənlikləri - 7 kredit (90 saat)
Riyazi fizika tənlikləri – tədris planının əsas və çox tutumlu fənlərindən biridir.
Fənnin əsasını tətbiqi məsələlər təşkil edir. Bu fənn riyazi analiz, cəbr və analitik
həndəsə, diferensial tənliklər fənləri bazasında, kompleks
dəyişənli funksiyalar
nəzəriyyəsi və funksional analizin elementləri ilə sıx əlaqədə tədris edilir.
Fənnin məqsədi tələbələrə riyazi fizikanın klassik tənlikləri üçün əsas məsələlərin
həlləri və tədqiqi üsullarını öyrətməkdir. Tələbələr məsələlərin fiziki mənasını,
onların qoyuluşunu, həll üsullarını yaxşı mənimsəməlidirlər.
Mühazirə kursu
məşğələlərlə müşayət olunur ki, burada da əsas
məqsəd konkret məsələlərin
qoyuluşu və həlli vərdişlərinin aşılanmasıdır. Kursun sonunda tələbələr riyazi
fizikanın əsas məsələlərini, bu məsələlərin həllərinin xassələrini, onların tapılması
üsullarını mənimsəmiş olacaqlar.
İPSF- B05
Ehtimal nəzəriyyəsi və riyazi statistika - 4 kredit (60 saat)
Fənn iqtisadi problemlərin həllində mühüm əhəmiyyət daşıyan diskret və kəsilməz
təsadüfi kəmiyyətlərin paylanma qanunlarını, onların ədədi xarakteristikaları,
seçmə üsulları, paylanma parametrlərinin statistik
qiymətləndirilməsi kimi
mövzuları öyrədir. Kursun məqsədləri ehtimal nəzəriyyəsi və riyazi statistikanın
əsas anlayışlarını və dilini, statistik verilənlər əsasında məntiqi nəticəçıxarmanın
əsas prinsiplərini başa salmaq, statistik informasiyadan
istifadə etmək vərdişləri
aşılamaqdan ibarətdir.
Kursun sonunda tələbələr ehtimalın hesablanması üçün kombinatorikanın əsas
üsullarından (vurma qanunu, aranjeman, kombinezon, permutasiyaların sayı
düsturları)
istifadə etmək, şərti ehtimalı birbaşa və Bayes teoremindən istifadə
etməklə
hesablamaq, hadisələrin asılı olub-olmamasını müəyyən etmək, Bernuli,
Binomial, həndəsi və Puasson paylamalı diskret
təsadüfi dəyişənlərlə işləmək,
kəsilməz təsadüfi dəyişənlərlə işləmək,
müntəzəm, normal və üstlü ehtimal
paylamalarının xassələrini bilmək, riyazi gözləmə və dispersiyanın mənasını başa
düşmək və hesablamaq birgə paylanmış dəyişənlər
üçün kovariasiya və
korrelyasiya
əmsalını
hesablamaq,
paylanma
parametrlərini
statistik
qiymətləndirmək kimi bacarıqlara yiyələnəcəklər.
Dostları ilə paylaş: