İstehsal xərclərinin təbiəti və strukturu İstehsal xərclərinin növləri Uzunmüddətli dövrdə istehsal xərcləri



Yüklə 361 Kb.
səhifə1/15
tarix29.12.2021
ölçüsü361 Kb.
#48435
  1   2   3   4   5   6   7   8   9   ...   15
MÖVZU 5-1


MÖVZU 5. İSTEHSAL XƏRCLƏRI VƏ MƏNFƏƏT

PLAN:


  1. İstehsal xərclərinin təbiəti və strukturu

  2. İstehsal xərclərinin növləri

  3. Uzunmüddətli dövrdə istehsal xərcləri

  4. İzokosta. İstehsal xərclərinin minimumlaşdırılması

  5. İstehsal xərcləri və miqyas effekti

  6. İnkişaf trayektoriyası

İstənilən istehsal, istehsal amillərinin son məhsula çevrilməsilə bağlı məsrəflər for-masında təcəssüm olunan müəyyən xərcləri nəzərdə tutur. Mikroiqtisadi nəzəriyyə resurs-ların nadirliyi müddəasına əsaslanır ki, bu da onların alternativ istifadəsi problemini şərt-ləndirir. Resursun tətbiqinin hər bir alternativ variantı müxtəlif məhsul veriminə malik ola bilər. Deməli, məsrəf və faydaların müqayisəli ölçülməsi prinsipi nöqteyi-nəzərindən resu-rsun həqiqi dəyəri resursun istifadəsinin mövcud alternativ variantları zamanı alına bilən bütün mümkün faydalardan ən yüksəyilə müəyyən ediləcək. Sadəcə desək, resursun dəyəri onun istifadəsinin ən yaxşı variantı əsasında müəyyən edilir. İstehsal xərclərini müəyyən edərkən alternativlik prinsipi böyük iqtisadi mənaya malikdir. O göstərir ki, xərclərin hə-qiqi səviyyəsi birincisi, resursun cari dəyəri üzrə və ikincisi, əldən verilmiş faydanın nə-zərə alınması ilə qiymətləndirilməlidir. Buna görə də iqtisadi təbiətinə görə istehsal xərc-ləri – resursların alternativ istifadəsindən imtina ilə əlaqədar olaraq dəyər forma-sında ifadə olunmuş istehsal üzrə məsrəflərdir.

Pul ödənişləri formasında gerçəkləşdirilmiş məsrəflərlə iqtisadi qərarlar qəbul edilər-kən diqqətə alınası məsrəflər arasında mühüm fərq vardır. O, «mühasibat» və «iqtisadi» is-tehsal xərcləri anlayışlarının da fərqləndirilməsinə səbəb oldu. Mühasibat xərcləri – is-tehsalın həyata keçirilməsilə bağlı pul formasında faktiki xərclərdir. İqtisadi (hesabi) xərclər – istehsal üçün ayrılmış resursların alternativ dəyəridir. Mühasibat və iqtisadi xərclər arasındakı fərqlərin mahiyyəti təcrübədə olan mühasibat xərclərinin hesablanması metodlarındakı fərqlərdə deyil, məhz onların müəyyənləşdirilməsinə prinsipial olaraq müxtəlif yanaşmalardadır. İstehsalçı resursları kənardan cəlb edə bilər və onda xərclər re-sursları göndərənlərə pul ödənişləri formasında təcəssüm olunur. O, özünün resurslarından istifadə edə bilər və onda istehsal xərcləri resursların alternativ istifadədən saxlanması üz-rə məsrəflər formasında təcəssüm olunur. Məsrəflərin bu növü mühasibat balansında əksi-ni tapmır və xərclərin həqiqi səviyyəsi azaldılmış olur.

İqtisadi xərclərə baxaraq anlamaq vacibdir ki, keçmiş dövrdə istehsal vəziyyətinin göstəricisi olmuş mühasibat xərclərindən fərqli olaraq iqtisadi xərclər istehsalın qəbul olunan qərarlarla şərtlənən gələcək vəziyyətinin indikatorudur. Bu mənada, iqtisadi xərclər qəbul edilən qərarla əlaqədar olaraq istehsalın və bazarın həm də cari şəraitində formala-şan məsrəfləridir. Məhz, onların bu cür anlayışı istehsalın iqtisadi xərclərinin struktur böl-güsünün əsasında durur ki, ona uyğun olaraq onların belə tərkib hissələri ayrılır: aşkar, qeyri-aşkar və biryolluq xərclər, habelə normal mənfəət (şəkil 1).


Yüklə 361 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin