Jqut normal hava temperaturunda 1 saat, soyuq havalarda 30 dəqiqə qoyulmalıdır



Yüklə 21,92 Kb.
səhifə1/6
tarix14.05.2022
ölçüsü21,92 Kb.
#57964
  1   2   3   4   5   6
life


Jqut arterial qanaxmalarda, arteriya damarını tam sıxmaq şərtiylə, yaradan yuxarıda qoyulur;Jqut qoyulacaq hissəyə yumuşaq bir parça (bint, paltar, dəsmal və s.) qoyulmalı, jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalı, yalnız ondan sonra həmin nahiyəyə jqut qoyula bilər. (bu dərinin sıxılaraq zədə almasının qarşısını alır) Düzgün qoyulmuş jqut, ətrafın tez bir zamanda avazıymasına və soyumasına,  qanaxmanın dayanmasına və həmin nahiyədə nəbzin itməsinə gətirib çıxartmalıdır;Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan damar tam sıxılana qədər burmağa başlayırlar. Sonda taxta parçasının geriyə burulmaqla açılmaması üçün onu digər əski parçası ilə ətrafa (ayağa və ya qola) bağlayırlar.Jqutun qoyulma vaxtını yazaraq, jqutun üzərinə bərkidilməlidir. Jqut normal hava temperaturunda 1 saat, soyuq havalarda 30 dəqiqə qoyulmalıdır; (Uşaqlarda bu müddət daha qısa olur)Jqutun qoyulma müddəti keçdikdə, jqutu boşaldaraq ətrafa 2-3 dəqiqə qanın işləməsini təmin etməliyik. Bu zaman qanaxma güclüdürsə, barmaqla qan gətirən damarı sıxaraq, qanın sürətini tənzimləyirik. Eyni zamanda hər dəfə bu cürə manipulasiya sonrası, jqutun qoyulma müddətini, əvvəlkinə nisbətdə 1,5-2 dəfə azaltmaq zəruridir. Qanaxmanı tam dayandırmaq məqsədi ilə, zərəçəkən tibb məntəqəsinə çatdırılmalıdır. Qoyulan jqutun üzərini örtmək olmaz – o, mütləq görünməlidir! Jqut qoyulmuş ətrafı bir qədər yuxarı qaldırıb, altına yastıq, mütəkkə, bükülmüş paltar qoyaraq, hərəkətsizləşdirməq məqsədi ilə onu taxta parçasına bağlamaq - şin qoymaq və üzərini paltar, ədyal və s. ilə örtmək lazımdır. Sonra, zərərçəkəni dərhal yaxındakı xəstəxanaya çatdırmaq lazımdır! Böyüklərə nisbətən uşaqlarda arteriyaların daha elastik, arterial təzyiqin isə daha aşağı olduğunu nəzərə alsaq, onlarda zədələnmiş sahədə nəinki güclü venoz qanaxmanı, hətta çox da güclü olmayan arterial qanaxmanı da, zədələnmiş sahəyə sıxıcı sarğı qoymaqla dayandırmaq olar! Ona görə də uşaqlara, yalnız istisna hallarda – sıxıcı sarğı heç bir kömək etmədikdə jqut qoymaq olar!


Yüklə 21,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin