Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas



Yüklə 0,68 Mb.
səhifə1/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
  1   2   3   4   5   6   7   8   9   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k




Kafedra : İnformatika

Fənn: İnformatika və təhsildə İKT

İxtisas : TSPX

Fakultə : Pedaqoji

Müəllim : b.m. Orucova Sevinc Sabir qızı

MÖVZU 1

İnformatika elminin obyekti və predmet İnformasiyanın müasir cəmiyyətdə rolu və onun ölçü vahidləri.

Plan:

  1. İnformatikanın əsas anlayışları və tərkib hissəsiləri

2.Informasiya texnologiyası

3. Informasiya prosesləri

4.Informasiyanın ölcü vahidləri


  1. İnformatikanın əsas anlayışları və tərkib hissəsiləri

İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.

İnformatikanın üç əsas tərkib hissəsi vardır:



  1. Texniki təminat – EHM-lar və qurğular (Hard Ware);

İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən EHM-ları, digər qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.

  1. Proqram təminatı- (Soft Ware);

İstifadə edilən qurğuların idarə olunması, əlaqələndirilməsi, informasiya emalı ilə əlaqədar proseslərin yerinə yetirilməsi və qoyulmuş məsələlərin həlli proqramları öyrənilir.

  1. Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar (Brain Ware).

İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.

Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetiri­lən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaş­dırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.



İnformasiya termini latınca “information” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.

Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.

İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edil­miş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.

Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır.

Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır.

İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:



  1. Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.

  2. Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.

  3. Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır.

  4. Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.

  5. Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.

  6. Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.

Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:

  1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:

  • verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;

  • ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;

  • obyektlərin miqdarının kifayət qədər olması;

  • verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.

  1. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur:

- formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir;

- real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;

- maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;

- tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.

3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir. Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır:

- ölçülən verilənlərin dəqiqliyi;

- ölçmə və hesabat metodikası;

- maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər.

Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər:


  • konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.

  • Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur.

  • Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.

Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir.

İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.

Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir.

İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır:



  • işarələr ilə;

  • informasiyanın quruluş vahidləri ilə;

  • informasiya daşıyıcıları ilə.

İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin