1
ġĠKAR MƏHƏMMƏDƏLĠ oğlu QASIMOV
ƏSĠRLĠKDƏ QALAN LAÇIN
BAKI - ELM – 2012
2
Azərbaycan Texniki Universiteti «Tarix» kafedrasının və AMEA-nın Tarix
İnstitutunun «Azərbaycanın müasir dövrü tarixi» şöbəsi ilə birlikdə keçirilmiş
30.03.2012-ci il tarixli (pr№7) genişləndirilmiş iclasının və MBM fakültə Elmi
Şurasının 12.04.2012-ci il tarixli (pr.№8) iclasının qərarları ilə çap olunur.
Kitabın çapına göstərdiyi köməyə görə Laçın rayon İcra hakimiyyətinə
təşəkkür edirik.
Elmi redaktor:
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru, professor Y.M. Mahmudov
Rəyçilər:
AMEA-nın həqiqi üzvü, tarix
elmləri doktoru, professor Ġ.M.Hacıyev
Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar
elm xadimi, tarix elmləri doktoru, professor T.H.Musayeva
tarix elmiləri doktoru, professor O.B.Sultanov
ġikar Məhəmmədəli oğlu Qasımov
Əsirlikdə qalan Laçın. Bakı: ELM, 2012, 206s.
İSBN 978-9952-453-26-3
Kitabda tədqiqat əsərlərindən, bədii-tarixi ədəbiyyatlardan, mət-
buat səhifələrindən istifadə etməklə, Laçının qədim tarixi, zəngin tarixi
abidələri, Azərbaycanda və ondan kənarda məhşur olan ziyalılarınin
nurlu əməlləri işıqlandırılmışdır. Əsərdə erməni məkrinin köklərindən,,
Laçının işğal olunmasından, erməni vandalizmindən, torpaqlarımızın
müdafiəsi uğrunda canlarını sipər edən vətən oğullarının misilsiz qəhrə-
manlıqlarından və erməni vəhşiliklərini təsvir edən şahidlərin xatirələ-
rindən bəhs olunur.
Kitabda Laçın köçkünlərinə olan dövlət qayğısı, laçınlıların vətən
həsrəti, və Prezident İlham Əliyevin Taxta körpü ərazisində məskunlaş-
mış laçınlılarla göruşü dolğunluğu ilə işıqlandırılmışdır.
Kitab elm adamları və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Ş
2009
)
07
(
655
0503020907
Qrifli nəĢr
© «ELM» nəĢriyyatı, 2012.
© ġikar Qasımov, 2012.
3
MÜNDƏRĠCAT
Ön söz …...................................................................5-8
Laçının dünəninə və bu gününə iĢıq salan əsər.
.....9-11
GiriĢ………………………...................................12-14
I Fəsil. Qədim oğuz türk yurdu- Laçın...............16-39
Laçının qədim tarixindən........................................16-23
Zəngin tarixi abidələr diyarı...................................23-26
İşğala qədər bəzi tarix və mədəniyyət abidələ-
rinin görüntüləri.....................................................27-39
II Fəsil. Laçın- dağlar qoynunda Ģəhər..............40-57
Yaddaşlarda iz qoymuş insanların nurlu əməlləri..40-52
Heydər Əliyev qayğısı ilə çiçəklənən Laçın..........52-57
III Fəsil. Laçın xəyanətin və qarĢıdurmanın
qurbanı oldu..........................................................58-90
Erməni məkrinin kökləri........................................58-69
Siyasi gərginlik yeni mərhələdə.............................69-73
Xəyanətin acı nəticələri..........................................74-76
Laçında erməni vandalizmi və erməniləşdirmə
siyasəti (şəkillərin dili ilə)......................................77-90
IV Fəsil. Canlarını torpağa sipər edən vətən
oğulları................................................................91-110
Laçından olan Azərbaycanın Milli Qəhrəmanları..91-93
Bayramın ömür yolu gənclər üçün nümunədir.......93-95
Nəbinin döyüş yolu gənclər üçün örnəkdir............95-99
Qeyri-adi qəhrəmanlığa malik olan kəşfiyyatçı...99-101
Qazıdərəsinin şəhid oğulları...............................101-104
Vaqif sərrast atıcı kimi tanınırdı.........................104-106
İslam şəhidlik zirvəsinə qovuşdu.......................106-107
4
Laçının ilk hərbi şahinlərindən biri....................108-110
V Fəsil. Erməni vəhĢiliyi Ģahidlərin dili ilə....111-154
Qeyrət təcəssümü olan qadınlarımız..................111-112
Şəhidlər ölməz, vətən bölünməz........................113-114
Ora Vətəndir.......................................................115-122
Mühasirədə keçən 51 günün yaşantıları.............122-127
Qələmi silahla əvəz edən Muxtar müəllim.........127-129
İnanıram ki, biz tezliklə qələbə çalacağıq..........129-133
Ön cəbhəyə gedən tələbə....................................134-137
Laçın Rayonundan olan şəhid, itgin və giro-
vların siyahısı.....................................................138-148
Qarabağ uğrunda gedən döyüşlərdə həlak
olmuş Laçın polisinin əməkdaşları...................149-154
VI Fəsil. Heydər Əliyevin gəliĢi xalqda
gələcəyə inam yaratdı......................................155-158
Azərbaycanda Milli qurtuluşun zəfər yürüşü....155-158
VII Fəsil. Ġstəmirik cənnəti, bizlərə Laçın
gərək..................................................................159-162
Laçınlı köçkünlərə hər zaman dövlət qayğısı
olmuşdur.............................................................159-165
Azərbaycan Respublikasının prezidenti İlham
Əliyev: “Biz öz doğma torpaqlarımıza
qayıdacağıq”.......................................................166-190
Bunlar unudulmamalidir....................................190-192
Nəticə…………………………….....................193-198
Ġstifadə edilmiĢ ədəbiyyat ………...................199-200
5
DÖYÜġÇÜ PROFESSORUN LAÇIN YANĞISI
Tarix elmləri doktoru, professor Şikar Qasımovun
“Əsirlikdə qalan Laçın” kitabına
ÖN SÖZ
...1992-ci il mayın 17-də xəyanətlə ittifaqa girən ya-
gı düşmən bir zamanlar erməni quldurlarına qan udduran
əfsanəvi xalq qəhrəmanı Sultan bəyin yurdunu-qədimdən
də qədim oğuz-türk torpağı olan Laçını işğal etdi. 20 ildir
ki, Laçın əsirlikdədir. 20 ildir ki, Sultan bəyin misilsiz
igidliklər göstərdiyi Laçın qayaları yeni Sultan bəylərin
yolunu gözləyir! Sultan bəyin müqəddəs ruhu onun qor-
xusundan, zəhmindən zağ-zağ əsən ermənilərin yüzlərlə
oğuz-türk adlarını saxtalaşdıraraq “erməniləşdirməsinə”,
Laçını– Berdzor, Ağoğlanı– Tsitsernavank, Zabuxu–
Ağhavno, Ağbulağı– Spitakadjur, Cicimlini– Vanoca,
Minkəndi– Hak, Alxaslını– Aşeni, Çıraqlını– Arvakan,
Kamallını– Uxtadzor, Kosaları– Melikatun, Əhmədlini–
Herik, QarıqıĢlağı– Tandzut, Bozlunu– Moşatağ, Qala-
çanı– Berdik, Pircahanı– Qandza adlandırılmasına qarşı
üsyan edir! Sultan bəy öz nəvə-nəticələri olan Azərbaycan
igidlərini Ali Baş Komandanın əmri olan kimi Laçına, qə-
dim Zəngəzur ellərinə doğru Qələbə Yürüşünə səsləyir...
...20 ildir Laçınsız yaşayırıq. Lakin Qələbənin yaxı-
nında olduğuna inamımız qətidir. Elə bu münasibətlə pro-
fessor Şikar Qasımovun “Əsirlikdə qalan Laçın” adlı də-
yərli bir kitab yazmasını çox əhəmiyyətli və olduqca təq-
dirə layiq hal kimi qiymətləndirmək olar.
Doğma yurdumuzun ərazi bütövlüyü uğrunda müba-
rizə və qəhrəmanlıq mövzusunda araya-ərsəyə gətirilən
hər bir iş xüsusi əhəmiyyət kəsb edir. Bu yönümlü möv-
6
zular xalqın öz azadlığı, düşmənlərə qarşı mübarizəsi və
torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəmə-
yən igid oğul və qızlarımızın fədakarlıqlarına dayaqlanır.
Bunları əsas götürən müəllif olduqca zəruri və əhəmiyyət-
li bir mövzu üzərində işləmişdir. Kitabın əl yazmasını
oxuduqdan sonra bu qənaətə gəldim ki, əsərin ən böyük
uğuru ondan ibarətdir ki, o obyektiv həqiqəti göstərmək
imkanı verən tarixilik prinsipi ilə, tarixi səpkidə yazılmış-
dır. Ş.M.Qasımov kitabda qədim zamanlardan 1920-ci ilə
qədər Laçının qədim tarixini, onun dəyərli ziyalılarının
fəaliyyətini, dağlar qoynunda gözəl bir şəhərin salındığını
konkret faktlar əsasında, həm də yurd sevgisi ilə təsvir et-
mişdir. Eyni zamanda monoqrafiyada Laçının işğal olun-
ması, onun oğul və qızlarının göstərdikləri igidliklər şərh
olunmuşdur. Ən əsası kitabda laçınlıların məcburi köç-
künlük illərində yaşam tərzləri, onlara göstərilən dövlət
qayğısı və laçınlıların torpaq həsrəti obyektiv şəkildə təs-
vir olunmuşdur.
Müəllif Laçın bölgəsi və onun çoxsaylı kəndlərinin
yaşayış məskəni kimi çox-çox qədimlərdən xəbər verdiyi-
ni, bu ərazilərdə tarixin ən qədim dövrlərinə aid olduqca
nadir abidələrin bu günə qədər qalmasını inandırıcı şə-
kildə açıqlaya bilmişdir.
Kitabın dəyərli tərəflərindən biri də odur ki, Laçın
rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu olduğu
onun çox saylı tarixi abidələri, yaşayış məskənləri və ta-
rixi çox qədim dövrlərə gedib çıxan memarlıq abidələri
və maddi mədəniyyət nümunələri vasitəsi ilə sübut olu-
nur. Belə faktlar sırasında dəmir dövrünə aid daş at, daş
qoç fiqurları, qədim qəbristanlıqları, körpü, türbə, məbəd,
mağara, birtağlı və ikitağlı körpüləri, kümbəzləri, birsütun
Ağoğlan, Məlik-Əjdər türbələri nümunə kimi göstərilir.
7
Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü əsassız
ərazi iddiaları və hərbi təcavüzü nəticəsində xalqımızın
bir çox məhrumiyyətlərə düçar olması, sonda yarım mil-
yondan çox soydaşımızın tarixi torpaqlarımız olan Qərbi
Azərbaycandan zorla qovulması, Dağlıq Qarabağdan və
ona bitişik ərazilərdən bir milyondan çox vətəndaşımızın
öz ev-eşiyini tərk edib qaçqın və məcburi köçkün həyatı
yaşaması şərh edilmişdir.
Əsərdə Çar Rusiyası XIX əsrin 20-30-cu illərində
Azərbaycanın İrəvan xanlığı ərazisinə köçürüb gətirdiyi
ermənilərin həmişə Laçın torpağında gözü olması, lakin
onların heç zaman buna nail ola bilməməsi, eləcə də son
Qarabağ müharibəsində- 1988-1993-cü illərdə köməksiz
qalan əhalinin düşmənin hücumlarını mərdliklə dəf etmə-
si, təcavüzkar ermənilərin Dağlıq Qarabağa daxil olma-
sına imkan verilməməsi, ancaq bunlara baxmayaraq xəya-
nət nəticəsində Laçın rayonunun işğal olunduğu, döyüş-
lərdə yüzlərlə oğul və qızlarımızın şəhid olduğu və əsir
düşdüyü tarixi ardıcıllıqla işıqlandırılmışdır. Kitabda La-
çın şəhidləri haqqında verilmiş xatirələr, şəhidlərin və şə-
hid polislərin siyahısının ayrıca cədvəldə verilməsi Şikar
Qasımovun tədqiqatının dəyərini daha da artırmışdır.
Əsərə uğur gətirən cəhətlərdən biri də laçınlı məc-
buri köçkünlərə göstərilən dövlət qayğısının bünövrəsinin
ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasının və
həmin kursun Azərbaycan Respublikasının Prezidenti,
görkəmli dövlət xadımı İlham Əliyev tərəfindən bu gün
daha geniş şəkildə davam etdirilməsinin konkret faktlar
əsasında ümumiləşdirərək şərh olunmasıdır.
Yuxarıda göstərilənlərlə yanaşı, müəllıfın Ölkə rəh-
bərinin digər qaçqın və məcburi köçkünlərlə yanaşı laçın-
lılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq
Taxta Körpü və məcburi köçkünlərin sıx məskunlaşdığı
8
digər ərazilərdə həyata keçirdiyi geniş miqyaslı tikinti-qu-
raşdırma və abadlıq işləri barəsində verdiyi konkret fakt-
lar və ətraflı məlumatlar da böyük əhəmiyyət kəsb edir.
Belə bir cəhəti xüsusilə qeyd etmək istərdim ki,
“Əsirlikdə qalan Laçın” əsəri Laçın həsrətini bütün varlığı
ilə yaşayan qeyrətli Vətən oğlunun tədqiqatıdır, döyüşçü
professorun elmi araşdırmasıdır. Müəllifin özü və qardaş-
larının torpaqlarımızın müdafiəsi uğrunda erməni işğalçı-
larına qarşı müharibədə iştirak etməsi və Laçına ürəkdən
bağlılığı bu kitabda qarşıya qoyduğu məsələləri daha dol-
ğun açıqlamağa, Laçının şəhid olmuş igid oğullarının fəa-
liyyətini ürək yanğısı ilə işıqlandırmağa imkan vermişdir.
Professor-döyüşçü Şikar Qasımov öz əsərində laçın-
lıların, xüsusilə də igid oğullarımızın və şəhid övladları-
mızın simasında qəhrəmanlığın, torpağa bağlılığın parlaq
nümunəsini konkret faktlarla göstərə bilmişdir.
Ş.M.Qasımovun “Əsirlikdə qalan Laçın” kitabı ilə
tanış olan oxucuda şübhə yeri qalmır ki, torpağa və vətənə
bağlılıqları ilə seçilən belə oğulları olan Vətən torpağı heç
zaman düşmən tapdağı altında qala bilməz. İnanıram ki,
bu kitab gənclərimizdə vətənpərvərlik ruhunu alovlandıra-
caq və Laçınımızın düşmən tapdağından azad edilməsi
uğrunda mübarizəyə çağırış olacaqdır.
Arzu edirəm ki, erməni qəsbkarlarına qarşı Vətən
savaşının iştirakçısı olan döyüşçü-professor Şikar Qası-
mov lap yaxın gələcəkdə döyüşçü qardaşları, qohum-əq-
rabası və bütün Laçın igidləri ilə birlikdə qayalarında üç-
rəngli qələbə bayrağımız dalğalanan Laçınımızda aparılı-
caq quruculuq-abadlıq işlərində iştirak etsin!
Yaqub Mahmudov
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
9
Laçının dünəninə və bu gününə
iĢıq salan əsər
Azərbaycan xalqının başına ermənilər tərəfindən gə-
tirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı
siyasəti barəsində XX əsrin səksəninci illərinin sonundan
və doxsanıncı illərin əvvəllərindən başlayaraq açıqlamalar
verilməyə başlanmışdır. Etiraf etmək olar ki, bu yaxın
illərə qədər erməni quldurlarının xalqımıza qarşı törətdik-
ləri faciələr barədə özümüzə və dünyaya çatdıra biləcə-
yimiz səviyyədə təbliğat maşını yaratmamışıq. Torpaqla-
rımızın bütövlüyünün qorunması, erməni qırğınlarıının
qarşısının alınmasında misilsiz xidmətlər göstərmiş igid
oğullarımız barəsində qədərincə yazmamışıq. Onları xal-
qa tanıtdırmamışıq. 70 illik yasaqdan və təhrikdən sonra
indi aşkarlıq işığında aparılan tədqiqatlar və araşdırmalar
nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq,
yaxın milli tariximizin öyrənilməmiş səhifələrinin araş-
dırılması indi daha mühüm əhəmiyyət kəsb edir.
Bu mənada Laçının qədim tarixi, zəngin tarixi abidə-
ləri, Azərbaycanda və ondan kənarda məşhur olan ziya-
lıları, laçınlıların bütün dövrlərdə qurub-yaratmaq əzmin-
də olduqları, xüsusilə erməni quldurları tərəfindən ərazi-
sinin işğalı və işğalçılara qarşı aparılan qəhrəmanlıq müba-
rizəsi tarixini yazmaq xüsusilə vacibdir. Bu baxımdan
tarix elmləri doktoru, professor Şikar Qasımovun “Əsir-
likdə qalan Laçın” kitabını yazmasını təqdirə layiq hal he-
sab etmək olar. Laçın haqqında araşdırmaların aparılması
və onun erməni işğalçılarına qarşı sinələrini sipər etmiş
igid oğullarının fəaliyyətinin işıqlandırılması böyük əhə-
miyyət kəsb edir.
Zəngəzur Azərbaycanın unudulmaz qan yaddaşı
kitabıdır. XX əsrin əvvəllərindən sonunadək erməni vəh-
10
şilikləri ilə ilk qarşılaşan, onlara müqavimət göstərən də
Zəngəzur torpağı və onun Laçın bölgəsi olmuşdur. Laçı-
nın işğala qədərki tarixi barədə yazılanların çoxuna indi
əlimiz çatmır. Əgər indi onlar durursa da, məhv olubsa
da, ancaq bilirik ki, hamısı qalıb Laçında. Ona görə də bu
gün Laçının keçmişi, dünəni haqqında yazmaq, Laçından
uzaqlarda doğulmuş laçınlılara danışmaq və işğaldan
azad olunana qədər yaddaşlarda Laçının qorunub yaşa-
dılmasına hamılıqla çalışmalıyıq. Kitabın əl yazmasını
oxuduqdan sonra yəqin etdim ki, onun uğurlarından biri
Ş.M.Qasımovun Laçının qədim tarixini elmi əsaslara söy-
kənərək araşdırması və çox saylı qədim abidələri ilə onun
Oğuz-Türk yurdu olduğunu sübut etməsidir. Müəllif La-
çın ziyalılarının fəaliyyətini, quruculuq işlərində onların
iştirakını, xüsusilə ermənilərin bütövlükdə Zəngəzur qə-
zasında törətdikləri qırğın və talanları konkret faktlar əsa-
sında açıqlamış, erməni məkrini göstərə bilmişdir.
Əsərin üstün tərəflərindən biri odur ki, Laçında təh-
silin, maarifin inkişafı, XX əsrin 60-70-ci illərində ulu
öndər Heydər Əliyevin Laçının inkişafına qayğısı konkret
faktlar əsasında şərh olunur. Dağlar qoynunda Laçının in-
kişaf edərək gözəl şəhərə çevrildiyi oxucuya fəxarətlə
çatdırılır. Kitabda işğala qədər Laçında aparılan mədəni
quruculuq işləri və əhaliyə göstərilən sosial-mədəni xid-
mətdən geniş söz açılır. Kitabda Laçının işğal olunması,
onun səbəbləri, şəhid olnuş oğul və qizlarımız haqqında
xatirələr tarixi ardıcıllıqla işıqlandırılmış, şəhidlərin siya-
hısı və döyüşlərdə qəhrəmanlıq göstərənlərdən bəziləri-
nin şəkilləri verilmişdir.
Müəllif çoxsaylı materiallar, ədəbiyyatlar və dövrü
mətbuatdan topladığı real sənədlər əsasında Laçının dünə-
nini və bu gününü ümumiləşmiş şəkildə işıqlandıra bil-
mişdir.
11
Ş.M.Qasımov kitabda laçınlıların respublikanın 59
rayonuna müvəqqəti olaraq köçkün düşmələrini ürək ağ-
rısı ilə şərh edir. Eyni zamanda köçkünlərə göstərilən
dövlət və prezident qayğısından söz açılır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2011-ci ildə
Ağcabədi rayonunun Taxta körpü ərazisində laçınlı köç-
künlərlə görüşü barədə müfəssəl məlumat verilir.
Beləliklə, Ş.M.Qasımovun “Əsirlikdə qalan Laçın”
kitabını oxuduqdan sonra bu nəticəyə gəldim ki, müəllif
Laçının dünəninə və bu gününə işıq salmaqla onun qəh-
rəmanlıq tarixini və igid oğullarının torpaqlarını azad et-
mək əzmində olduğunu bir daha sübut edir.
Müəllifə yaradıcılıq işlərində uğurlar diləyir və arzu
edirəm ki, işğaldan azad olmuş Laçın barəsində əsərlər
yazsın.
Ramiz Cəbrayılov
Laçın rayon Ġcra Hakimiyyətinin baĢçısı
12
GĠRĠġ
Zəngəzurun Laçın bölgəsi qədim insan məskən-
lərindən biri olmuşdur. Burada ilk məskən salan türk
soylarının və albanların izləri son illərə kimi- ermənilərin
vandallıqlarına qədər, qayaüstü təsvirlərdə, qəbirlərdə,
kənd adlarında və qədim tarixi abidələrdə qalmaqda idi.
Laçında tarix boyu ermənilərin yaşamaması bir daha
sübut edir ki, bu ərazilərdə onların əcdadları məskun
olmamışdı. Lakin Alban məbədlərindəki yazıları özünün-
küləşdirdikləri üçün bu yerlərin də onlara məxsus oldu-
ğunu həyasızcasına iddia edirlər.
Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu
olduğunu onun çox saylı tarixi abidələri və yaşayış məs-
kənləri də subut edir. Rayon ərazisində tarixi çox qədim-
lərə gedən memarlıq abidələri var. Bunlar içərisində
dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbris-
tanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı
körpüləri, kümbəzləri və başqalarını göstərmək olar.
Birsütun Ağoğlan, Məlik-Əjdər abidələri ulu keçmişlər-
dən bu günki nəslə yadigar qalmış ən qiymətli mənəvi
sərvətlərdir.
Laçın qədim insan yaşayış məskənləri, yeraltı, yer-
üstü sərvətləri və türk yurdu olduğunu subut edən, qədim
tarixi abidələri və saf insanları ilə daim diqqəti cəlb edən
Azərbaycanın cənnət guşələrindən biridir. Bu gün Zəngə-
zur bölgəsində özünü qoruyub saxlayan, bu günümüzü
qədimlərə bağlayan maddi-mədəniyyət abidələri bir daha
sübut edir ki, bu diyar Azərbaycanın ən qədim yaşayış
məskəni olmaqla bərabər, onun mərdlik qalası və qəhrə-
man oğulları ilə seçilmiş bir bölgəsidir.
Ərazi bütövlüyü uğrunda Laçın əhalisinin erməni
təcavüzünə qarşı ölüm-dirim mübarizəsi, bu mübarizənin
13
gedişində qəhrəmanlıqlar göstərmiş, Sultan bəy və Xos-
rov bəy Sultanov qardaşlarının igidliyini davam etdi-rən
oğulların fəaliyyətini, torpaqlarımızın 20%-nin itirilməsi
kimi çoxsaylı məsələlər keçilən tarixi mərhələnin sərf-
nəzər edilməsi və elmi-siyasi nəticələr çıxarılması ol-
duqca zəruri və əhəmiyyətlidir.
1980-ci illərin sonu 90-cı illərin əvvəllərində M.S.
Qorbaçovun bədnam yenidənqurma siyasətindən bəh-
rələnən ermənilər öz havadarlarının siyasi və hərbi dəstəyi
ilə Dağlıq Qarabağı, Aran Qarabağın müəyyən hissəsini,
Zəngəzurun qalan Şərq və aşağı ərazilərini, Naxçıvanın
isə Kərki kəndini işğal edib, Naxçıvana dair yeni planlar
cızmışlar. Hazırda yenə də Qərbin və Rusiyanın müxtəlif
niyyətlərlə maraq dairəsinə daxil olan Azərbaycan dünya
siyasətində diqqət mərkəzində olan dövlətlərdən biridir.
Onun ayrı-ayrı əraziləri, o cümlədən də Qarabağ və Aşağı
Zəngəzur yenidən döyüş meydanına çevrilmişdir.
Azərbaycanın dilbər guşılırindən biri, saf insanları
və əsrarəngiz təbiəti ilə seçilən Laçın ərazisində daima
bədxah ermənilərin gözü olmuşdu. Ona görə də mərhələ-
mərhələ onlar talanlar törətmiş, qətliamlar etmişlər.
Xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımı siya-
sətinin dərin tarixi kökləri var. Hələ ta qədim zamanlar-
dan 1918-ci ilə qədər ermənilərin müstəqil dövlətçiliyi
olmayıb. Erməni başçıları «Böyük Ermənistan» yaratmaq
xülyası ilə XVII əsrdən dünyanın iri dövlətlərinə müraciət
etmişlər. Rusiya və Qərbin bəzi dövlətləri Yaxın Şərqdə
hökmranlıq etmək, İran və Türkiyəni zəiflətmək məqsə-
dilə erməniləri dəstəkləmişlər.
Elə bunun nəticəsidir ki, son iki əsrdə xalqımız
məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti
və böyük faciələrlə üzləşmişdir. Mərhələ-mərhələ gerçək-
ləşdirilən siyasət nəticəsində azərbaycanlılar qətl və qır-
14
ğınlara məruz qalmış, yaşayış məskənləri viran edil-
mişdir. XX əsrin əvvəllərində ermənilər dəfələrlə Laçına
hücum etmiş, oranı ələ keçirməyə çalışmışlar. Lakin
həmişə ermənilərə qarşı Laçın dağlarında tutarlı cavab
verilmiş, onlar öz istəklərinə çata bilməmişlər. Erməni hü-
cumlarının qarşısının alınmasında Laçının igid oğullarının
xüsusilə də, xalq qəhrəmanı səviyyəsinə yüksəlmiş Paşa
bəyin və oğlanları Sultan bəyin və Xosrov bəyin qəh-
rəmanlığı mühüm rol oynamışdır. Hər hücumda ermənilər
ağır itgi verərək geri çəkilmişlər.
Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzurun
xeyli hissəsi- Qarakilsə (Sisian), Gorus, Mehri, Qafan
məqsədli şəkildə yaradılmış Ermənistan dövlətinə veril-
miş, Zəngilan, Qubadlı, Laçın Azərbaycanın tərkibində
qalmışdır. Bununla da böyük bir ərazi qəddarcasına par-
çalanmış və ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan
Azərbaycandan aralı düşmüşdür. Sovet hakimiyyətinin
yaranması ermənilərin sərsəm arzularının çox hissəsini
reallaşdırmış oldu. Azərbaycan torpaqları üzərində ermə-
nilərin ilk dəfə olaraq dövləti yarandı. Bununla kifayət-
lənməyən ermənilər «Böyük Ermənistan» yaratmaq kimi
sərsəm xəyallarını həyata keçirmək üçün hər an belə
məqam gözləyirdilər. Onu da qeyd etmək lazımdır ki,
onlar yaranmış məqamlardan hiyləgərcəsinə bəhrələn-
məkdə çox mahirdirlər. Onlar zaman-zaman Azərbaycan
torpaqlarına göz dikmiş, əraziləri hesabına sərhədlərini
ilbəil genişləndirmişlər. Bu gün isə Böyük Ermənistan
xülyası ilə yaşayırlar. Yaranmış hər bir məqamdan
istifadə etməyə cəhd göstərmişlər. 1905-1907, 1914-1915,
1918-1920, 1948-1953, 1988-1994-cü illərdə dəfələrlə öz
havadarlarının köməyi ilə Azərbaycanlılar üzərinə basqın-
lar etmiş, qətliamlar törətmişlər.
15
Zəngəzur, onun bölgələrindən olan Laçın haqqında
öyrənilən hər hansı bir bilgi tarixşünaslığımız üçün
dəyərli bir iş sayılmalıdır. Odur ki, bu kitabda Laçının
XX əsrin əvvəllərinə qədərki qısa tarixi, tarixi abidələri,
rayonda 70-80-ci illərdə gedən quruculuq işləri, dəyərli
ziyalıları, Laçının işğalı, məcburi köçkünlərə göstərilən
dövlət qayğısı, xüsusilə də Laçının igid oğllarının cəsur-
luqları və vətən sevgiləri haqqında bilib və bilmədik-
lərimizi ümumiləşdirilmiş şəkildə diqqətə çatdırmağı
özümüzə borc bildik.
Qurub-yaratmaq eşqi ilə yaşayan, «Qara qapı» ad-
landırılan, mərd igidlər diyarı olan Laçın çox təssüf ki,
mənfur erməni faşistləri tərəfindən 1992-ci il may ayının
17-də o vaxtki, Azərbaycan rəhbərliyinin, başı hakimiyyət
davasına qarışan AXC-Müsavat cütlüyünün xəyanətinin
qurbanı oldu.
Laçın rayonunun 1992-ci il 17 may tarixində
Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilməsinin
20 ili tamam olur. Laçın uğrunda gedən döyüşlərdə neçə-
neçə mərd oğullarımız canından keçdi. Son dəqiqləşdir-
mələrə görə döyüşlərdə 328 nəfər şəhid olmuş, 225 nəfər
əlil olmuş, 33 nəfər hər iki valideynini itirmiş, 5 nəfər
Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşlər.
Öz havadarlarının köməyindən istifadə edərək bu
işgalı həyata keçirən Ermənistan 70 min nəfər laçınlını
keçən illər ərzində məcburi köçkün həyatı yaşa-maga
məhkum etmişdir. Çox təəssüf ki, dünyanın ən böyük
beynəlxalq təşkilatlarının və dövlətlərinin münaqişəyə
ikili yanaşmaları, göstərdikləri loyal münasibət nəticə-
sində ərazilərimizin 20 faizini əhatə edən işgal hələ də
davam etməkdədir.
Dostları ilə paylaş: |