M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə1/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   177
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL

NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI
Q.T.HƏSƏNOV, M.A.MUSAYEV, Ə.Ə.ƏLİYEV, A.M. AGAYEV, D.C.ƏSGƏROV


FİZİKADAN LABORATORİYA İŞLƏRİNƏ RƏHBƏRLİK (Dərs vəsaiti )
Əlavələr və düzəlişlərlə tamamlanmış üçüncü nəşri

Azərbaycan Respublikası Təhsil

Nazirliyinin 6 iyul 2010-cu il tarixli 1016 saylı əmri ilə dərs vəsaiti kimi

təsdiq edilmişdir


Bakı - 2015

UDK 53(0765)
Redaktor: Prof. Musayev M.A. (ADNA)

Rəy verənlər: Prof.Əhmədov F.A. (Bakı Dövlət Universitetinin «Optika və molekulyar fizika» kafedrasının müdiri)
Dos. Ələkbərov A.S. (Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Elektrik və optika» kafedrası)
Prof. Nazıyev C.Y. (Azərbaycan Dövlət Neft Akademiyası «Fizika» kafedrası )
Dos. Abbasov İ.İ. (Azərbaycan Dövlət Neft Akademiyası «Fizika» kafedrası )

Müəlliflər:

Prof. Qafar Teymur oğlu Həsənov Prof. Müsavər Abdusalam oğlu Musayev Dos. Əli Əmir oğlu Əliyev

Dos. Akif Mirzə oğlu Ağayev

Dos. Dünyaməddin Cəfər oğlu Əsgərov

MÜNDƏRİCAT

Xətalar haqqıda .... .......................................................................................5



LABORATORIYA IŞLƏRI

1 Burulma rəqqası vasitəsilə bərk cisimlərin ətalət momentinin təyini.......................................................................................................8

2 Düşmə üsulu ilə ətalət momentinin təyini............................................13

3 Çevrilmiş rəqqas vasitəsilə sərbəstdüşmə təcilinin təyini ....................16

4 Sönmənin loqarifmik dekrementi, sönmə əmsalı və rəqs sisteminin

davamlılığının təyini.............................................................................20

5 Zərbə mexanizminin öyrənilməsi ........................................................23

6 Döyünmə hadisəsinə əsasən naməlum səs mənbəyinin tezliyinin təyini.............................................................................................................27

7 Perpendikulyar rəqslərin toplanmasına əsasən naməlum tezliyin

təyini ............................................................................................................30

8 Əyilmə üsulu ilə Yunq modulunun təyini ...........................................34

9 Kleman-Dezorm üsulu ilə qazlarin istilik tutumlarinin cp/cv – nisbətinin təyini............................................................................................................ 38

10 Səsin qaz daxilində yayilma sürətinə əsasən cp/cv - nisbətinin təyini............................................................................................................ 43

11 Stoks üsulu ilə mayelərin özlülük əmsalının təyini ............................49

12 Puazeyl qanununa əsasən mayelərin daxili sürtünmə əmsalının təyin..............................................................................................................54

13 Damcı üsulu ilə mayenin səthi gərilmə əmsalının təyini ....................57

14 Hava molekullarinin sərbəst yolunun orta uzunluğunun və effektiv diametrinin təyini.........................................................................................61

15 Bolsman sabitinin təcrübi təyini .........................................................65

16 Om qanununa əsasən xüsusi müqavimətin təyini ...............................69

17Metallarin müqavimətinin termik əmsalının təyini .............................73

18 Kondensatorun elektrik tutumunun dəyişən cərəyan körpüsü vasitəsi ilə təyini .......................................................................................................77

19 Boşalma üsulu ilə kondensatorun tutumunun təyini ...........................81

20 Elektron lampasının öyrənilməsi ........................................................84

21 Yarimkeçiricilərin müqavimətinin temperaturdan asilılığının

öyrənilməsi və aktivləşmə enerjisinin təyini ...............................................87

22Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananının təyini..............92

23Elektronun xüsusi yükünün maqnetron vasitəsilə təyini......................96

24Juberüsuluiləsarğacınöz-özünəinduksiyaəmsalının təyini.................101

25Holl effektinin öyrənilməsi.................................................................105

26 Ferromaqnitlərin maqnit xassələrinin öyrənilməsi............................109

27 Refraktometr vasitəsilə mayelərin sindirma əmsalının təyini............114

28Nyuton həlqələri vasitəsilə əyrilik radiusu və dalğa uzunluğunun təyini...........................................................................................................117



29 Lazer şüalanmasının dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsilə təyini...........................................................................................................121

30 Buger qanunun öyrənilməsi və lazer şüalarının mayelərdə udulma

əmsalının təyini..........................................................................................125

31 Malyus qanununun öyrənilməsi və lazer şüalanmasının polyarlaşma

dərəcəsinin təyini...............................................................................128

32 Stefan-Bolsman sabitinin təyini........................................................132

33 Fotoelementin inteqral həssaslığının təyini......................................136

34 İşiq diodu vasitəsilə plank sabitinin təyini........................................140

35 Qeyri -müəyyənlik münasibətinin yoxlanması.................................147

MÜƏLLİFLƏRDƏN
Son illərdə ölkəmizdə bir sıra uğurlu təhsil islahatları həyata keçirilmişdir.Yeni təhsil konsepsiyasına uyğun olaraq kredit təhsil sisteminə keçidlə əlaqədar bakalavr təhsil pilləsi üçün yeni dərslik və dərs vəsaitlərinin hazırlanması zərurəti meydana çıxmışdır.

ADNA-nın bakalavr təhsil pilləsində təhsil alan I kurs tələbələri fizikadan laboratoriya dərslərinə hazırlaşarkən əvvəlki illərdə nəşr olunmuş vəsaitlərdən istifadə edirdilər. Lakin bu vəsaitlərin bəziləri mənəvi cəhətdən köhnəlmiş, digər qismi isə son dövrlərdə laboratoriyalarda qoyulan işləri əhatə etmir və günün tələblərinə cavab vermirdi. Odur ki, 2010-cu ildə Q.T.Həsənov, Ə.Ə.ƏIiyev, M.A.Musayev və D.C.Əsgərov tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 iyul 2010-cu il tarixli 1016 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş «Fizikadan laboratoriya işlərinə rəhbərlik» adlı vəsaitin yenidən işlənməsi və laboratoriyalardakı işlərə uyğunlaş­dınlması zərurəti yarandı.

Təqdim olunan dərs vəsaiti ADNA-nın «Fizika» kafedrasında fəaliyyət göstərən laboratoriya işlərinə uyğun tərtib edilmiş və bakalavr təhsil pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Dərs vəsaiti yazılarkən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 12.07.2011-cü ildə təsdiq edilmiş Ali təhsil məktəblərinin texniki ixtisasları üçün fizika kursunun ümumi proqramı və bu proqram əsasında fizika kafedrası üçün Energetika fakültəsi Elmi Şurasının 10 yanvar 2012-cı il tarixli 2 saylı protokolu ilə təsdiq olunmuş işçi proqram əsas götürülmüşdür.


XƏTALAR HAQQINDA
Hər hansı bir fiziki kəmiyyəti ölçərkən uyğun ölçü cihazından istifadə edilir. Təbiidir ki, ölçmənin nəticəsi heç zaman mütləq dəqiq ola bilməz. Fiziki kəmiyyətin mümkün qədər dəqiq qiymətini tapmaq üçün bir neçə dəfə təkrar ölçü aparmaq lazımdır və təkrar ölçü zamanı ölçü şəraiti dəyişməz qalmalıdır.

Təcrübə zamanı buraxılan xətanın qiyməti qəbul edilmiş üsuldan, ölçü cihazının və müşahidəçinin dəqiqliyindən asılıdır. Təcrübdə buraxılmış xətalar xarakterinə görə sistematik və təsadüfi xətalara ayrılır.

Sistematik xəta: a) cihazın düzgün dərəcələnməməsi; b) şkalanın düzgün qoyulmaması; c) cihazın saz olmaması; d) cihazda olan tarazın düzgün qoyulmaması və s. səbəblər nəticəsində ortaya çıxır. Belə xətaları aradan qaldırmaq mümkündür.

Təsadüfi xətalar isə əsasən cihazın və ölçünü aparan şəxsin özünün dəqiqliyindən asılıdır. Belə xətanı tamamilə aradan qaldırmaq mümkün olmasa da həmin xətanın təcrübənin nəticəsinə nə dərəcədə təsir etdiyini təyin etmək olur. Ölçü zamanı müəyyən xəta buraxıldığından ölçdüyümüz fiziki kəmiyyətin həqiqi qiymətini təyin edə bilməsək də, aldığımız nəticənin həqiqi qiymətə nə dərəcədə yaxın olduğunu qiymətləndirə bilərik.

Ehtimal nəzəriyyəsi və statistik metodlarla təsadüfi xətaların öyrənilməsi göstərir ki, fiziki kəmiyyətin həqiqi qiymətinə yaxın qiyməti onun ədədi orta qiymətidir. Tutaq ki, eyni şəraitdə bir fiziki kəmiyyəti ölçərkən I təcrübədən alınan qiymət a1, II təcrübədən alınan qiymət a2 , III təcrübədən alınan qiymət a3, n-ci təcrübədən alınan qiymət isə an olmuşdur.

Bu halda ölçmələrin orta ədədi qiyməti



olar. Burada n - təcrübələrin sayını göstərir.

Ayrı-ayrı təcrübələrdə buraxılmış mütləq xətalar isə



a1 =

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə